Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


– Dərslik siyasətinin həyata keçirilməsi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

– Dərslik siyasətinin həyata keçirilməsi

istiqamətində hansı islahatlar nəzərdə tutu‐

lur?

– Təhsilin məzmununun təkmilləşdiril 

məsi ilə yanaşı, müvafiq tələblərə cavab verən



dərsliklərin və metodik vəsaitlərin hazırlan ‐

ma sına da böyük ehtiyac duyulur. Təbii ki,

təhsilin səviyyəsi xeyli dərəcədə dərsliklərin

keyfiyyətindən və məzmunundan asılıdır.

Bu sahədə mövcud olan problemi həll

etmək üçün onun kökünü tapmaq lazım gəlir.

Problemin kökü isə müəllifdir, daha doğrusu,

müəlliflərin az olmasıdır. Təhsil Strategiya ‐

sında kurikuluma əsaslanan yeni dərsliklərin

yaradılması, şagird və müəllimlərin müvafiq

dərslik seçiminin təmin olunmasına xüsusi

diqqət ayrılır.

Eyni zamanda müasir tələblər təhsilve ‐

rənlər qarşısında təkcə dərsliyin məzmunu ‐

nun təhsilalanlar tərəfindən mənimsə nil məsini

deyil, həmçinin və bəlkə də, daha vacib – lazımi

bilikləri necə və haradan əldə etmək yollarını

onlara öyrətməyi tələb edir. Ona görə də

dərsliklərlə yanaşı, təfəkkürün və şəxsiyyətin

inkişafına yönəlmiş, yeni kurikulum və infor‐

masiya‐kommunikasiya texnologiyaları əsasında

təhsilverənlər üçün təlim metodologiyaları,

metodiki vəsaitlər, didaktik materiallar və

digər təlim vasitələrinin hazırlanmasını stimul ‐

laşdıran mexanizmlər də yaradılmalıdır.

Tərəfimizdən dərsliklərin keyfiyyətini yük ‐

səltmək məqsədilə dərslik müəlliflərinə kuri ‐

kulumun  tələblərinin  dərindən  öyrə dil  mə sinin

təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas

məqsədi kurikulumun əsas tələblərinin, stan‐

dart və alt‐standartların dərsliyin məzmu nuna

çevrilməsi yollarının öyrədilməsi, dərs lik lərin

qiymətləndirilməsi meyarlarının izah edil 

məsindən ibarətdir.



Biz hər zaman dərsliklərdə olan problem ‐

lər barədə danışırıq. Amma o da həqiqətdir ki,

dərsliyin ilk dəfə yaradılması çox ağrılı bir

prosesdir. Söz yox ki, dərsliklərimiz daha

keyfiyyətli olmalıdır. Amma biz dərslik hazır ‐

lanması üçün müraciət edən insanlar arasında

fənn mütəxəssislərini görmək istəyərdik.

Onlar bu işlə əlaqədar müraciət etmirlər. Bu,

problemdir və biz görürük ki, ali təhsil müəs ‐

sisələrinin müvafiq kafedralarında mütəxəs ‐

sislər, peşəkarlar toplaşıb. Azərbaycan Milli

Elmlər Akademiyasının müvafiq institut la ‐

rında mütəxəssislər fəaliyyət göstərir. Amma

biz universitetlərin adlarını dərsliklərin

hazırlanması üçün elan olunan tender iştirak ‐

çı ları arasında görmürük. İqtisadi nöqteyi‐

nəzərdən də bu həmin universitetlər üçün

faydalı işdir. Dövlət bu işə görə xeyli vəsait

ödəyir. Dərsliklərin məzmununun hazırlan ‐

ması üçün xərclənən vəsait universitetlərin



22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar

bu vəsaiti həmin müəllimlərə əlavə qonorar

kimi ödəyə bilərlər.

Keyfiyyətli dərsliklərin hazırlanması hər

bir təhsil sistemi üçün prioritet məsələdir.

Xüsusilə də informasiya cəmiyyətində yaşadı ‐

ğı 

mız indiki dövrdə biliklərin məzmunca



köhnəlmə intensivliyi artdıqca, bütün keyfiy ‐

yət meyarlarına uyğun gələn dərslik nümu ‐

nələrinin hazırlanması aktuallaşır.

– Azərbaycan universitetlərinin dünyanın

nüfuzlu reytinq cədvəllərində mövqeyi heç

də ürəkaçan deyil. Nazir kimi bunun əsas

səbə bini nədə görürsünüz?

– Ali təhsil müəssisələrinin idarəolunma ‐

sının mütərəqqi prinsiplərinə əsaslanan, iqtisadi

cəhətdən səmərəli və akademik gös tə ri ci lə ‐

rinin yüksək olmasını təmin edən yeni tələblər

üzərində qurulmasının vaxtı artıq gəlib çat ‐

mışdır. Bu gün universitetlərimizin elmi kadr,

zəngin təcrübə və maddi bazasının poten ‐

sialından ali təhsildən kənarda, demək olar ki,

istifadə olunmur. Diqqət yalnız qəbula yönəl ‐

miş, gəlir mənbəyi kimi yalnız tələbə 

lərin


təhsil haqqı əsas götürülür. Halbuki dünyanın

ən reytinqli təhsil ocaqlarında təhsil haqqı

onların büdcəsinin heç dörddə birini təşkil

etmir.


Qəbuldan söhbət düşdüyü üçün Dövlət

Strategiyasında bununla bağlı ali və orta ixti‐

sas təhsili müəssisələrinə qəbul və yerləşdirmə

mexanizminin təkmilləşdirilməsi, dövlət və

özəl ali təhsil müəssisələrinə ödənişli təhsil

üzrə qəbul planının ləğv edilməsi və dövlət

sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləş ‐

dirilməsi nəzərdə tutulmuşdur. Bizim bu məsə ‐

ləyə yanaşmamız ondan irəli gəlir ki, keyfiy yətli

təhsil vermək imkanlarına, maddi‐texniki

şəraitlərinə, elmi‐pedaqoji heyətin potensi ‐

alına görə bütün ali təhsil ocaqları, istər dövlət,

istər özəl iki qrupa bölünməli – milli statuslu

universitetlər və adi universi 

tetlər. Dövlət

sifarişi yalnız milli statuslu universitetlər

arasında bölüşdürülməli, eyni zamanda bura

qəbul olunmaq istəyən abituri yentlər üçün

keçid balı yüksək olmalıdır. Adi universi 

tetlərin keçid balı minimal səviyyədə saxla ‐



nılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul

planı tədricən ləğv edilməlidir. Bu baş ver ‐

dikdə, biz yüksək reytinqə və yaxşı təhsil

vermək imkanlarına malik ali məktəb ləri mizi

orada oxumağa layiq olan, bilikli tələbə kon ‐

tingenti ilə təmin edə biləcəyik. Digər tərəf ‐

dən, tələb olunan balı toplamadığı üçün xaricə

üz tutmağa ehtiyac qalmayacaq, ali təhsil

almaq istəyən və minimal tələblərə cavab

verən hər bir şəxs təhsilini vətənində adi

universitetlərdə davam etdirmək imkanı qaza ‐

na caqdır.

Fəaliyyət göstəricilərindən asılı olaraq ali

təhsil müəssisələri bir kateqoriyadan digərinə

keçə biləcəklər.

Məlumdur ki, bu gün dünya rəqabət dün ‐

yasıdır. Bizim uşaqlarımızın gələcək rə qib ləri

hal‐hazırda Çində, ABŞ‐da, Çilidə və istənilən

digər ölkədə böyüyür. Bu o deməkdir ki, bizim

təhsil sistemimiz çevik və ömür boyu öyrənmə

imkanına malik kadrları formalaşdırmağı ba ‐

car malıdır. Digər tərəfdən, maddi dəyəri olan

hər bir şey uğrunda kəskin mübarizə getdiyi

kimi, dünyanın lider ölkələri arasında beyin,

zəka uğrunda da ciddi mübarizə gedir. Belə ki

inkişaf etmiş ölkələr öz iqtisadi qüdrətini daha

da artırmaq üçün digər ölkələrdən yük sək

təhsilli və ixtisaslı peşəkarlarının müha cirətini

fəal surətdə təbliğ edir, bu məqsədlə həm

birbaşa proqramlarından istifadə edir, həm də

tanın 

mış universitetləri və transmilli kor 



porasiyaları buna təşviq edirlər. Bu tendensiya

ildən‐ilə daha da artacaqdır. Belə vəziyyət

yaxşı təhsil alanların vətənində öz potensialını

tam realizə etməsi və bununla ölkənin sosial‐

iqtisadi inkişafına töhfə verə bilməsini təmin

edən təhsil sisteminin və təhsil mühitinin

yaradılması kimi yeni vəzi fə ni bizim qarşı ‐

mızda qoyur. Ona görə də uşaq larımızın, gənc ‐

lə rimizin yüksək intellektə malik hissəsi ölkə mizin

gələcək elitası kimi xüsusi qayğı ilə əhatə

olunmalıdır.

Onu da qeyd edim ki, müasir şəraitdə ali

təhsil müəssisələri təhsildə keyfiyyətə təminat

verə bilən və elmin son nailiyyətlərini özündə

23

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



əks etdirən elmi mərkəzlər kimi fəaliyyət

göstərməli, mütəxəssis hazırlığını beynəlxalq

standartlara uyğunlaşdırmalıdır. Dünya qlobal ‐

laş dıqca böyük şirkətlər, korporasiyalar hər

sahədə, o cümlədən də ali təhsil müəssisələ ‐

rinin inkişafında böyük rol oynayır. Eyni za‐

manda qeyd etmək lazımdır ki, şirkət və

korpo rasiyaların da ali təhsil müəssisələrinin

xidmətinə, apardığı tədqiqatlara, yetişdirdiyi

mütəxəssislərə böyük ehtiyacı var. Ona görə

də bu gün ali təhsil müəssisəsinin iş dünyası

ilə əlaqələrinin genişləndirilməsi çox mühüm ‐

dür. Nəzəri biliklərlə yanaşı, müasir təcrübi

biliklərə yiyələnməklə yüksəkixtisaslı kadr

hazırlığının təmin edilməsi üçün ali təhsil

müəssisələri biznes qurumları ilə birlikdə öz

maddi‐texniki və tədris‐laboratoriya bazalarını

zənginləşdirməlidir. Eyni zamanda bu əlaqə ‐

lər çərçivəsində tələbələrin istehsalat təcrübə ‐

ləri biznes qurumlarında təşkil edilməli və

burada ali təhsil müəssisələrinin filialları (təd ‐

ris laboratoriya bazası – texnoparklar) yaradıl ‐

malıdır. Ali təhsil müəssisələri bu bazalarda,

həmçinin biznes qurumlarının müxtəlif is‐

tehsalat‐praktiki sifarişlərini yerinə yetirmək

üçün elmi tədqiqat işlərini yerinə yetirməlidir.

Digər tərəfdən biznes qurumlarının əməkdaş ‐

ları bu bazalarda və ali təhsil müəssisələrində

tədris prosesinə cəlb edilməli və onların müasir

təcrübi bilikləri təhsildə reallaşdırılma lıdır.

Beləliklə, əlaqələr həm praktiki və həm də

elmi tədqiqat istiqamətlərini əhatə etməlidir.

Әlaqələrin bu formada təşkili təhsil–elm–

biznes üçbucağını formalaşdırır və həm ali

təhsil  müəssisələrinin, həm də biznes qurum ‐

la rının öncədən qeyd olunan maraqlarının

təmin olunmasına zəmin yaradır.

Növbəti tədris ilindən başlayaraq ali təhsil

müəssisələri üzrə SABAH qruplarının, yəni

savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən

ibarət qrupların təşkili üçün seçimin aparıl ‐

ması nəzərdə tutulur. Bu yeniliyin məqsədi

xüsusi istedadı ilə seçilən və təhsildə göstərici ‐

ləri ilə fərqlənən tələbələrə yüksəkkeyfiyyətli

təhsil almaq üçün əlverişli şəraitin yaradıl ma ‐

sından ibarətdir.



– Müəllim hazırlayan universitetlərin əksə ‐

 riyyətində uyğun tədris metodikası kafedra ‐

larının olmaması və həmin dərslərin ixtisas

müəllimləri tərəfindən tədris olunma ması müəl ‐

 lim hazırlığında ciddi problemlər yaradır. Bu

məsələyə münasibətiniz bizim üçün maraq ‐

lıdır.

– Dövlət Strategiyasında bu məsələyə xü‐

susi yanaşma var. Ümumiyyətlə, təhsildə əsas

meyar, başlıca düşüncə müəllimlə bağlı olma ‐

lıdır. Biz onu bilirik ki, nə qədər yüksək səviy ‐

yəli infrastruktur, tədris vəsaiti, maliyyə

imkan ları olsa da belə, keyfiyyətli müəllim ol‐

madan təhsili inkişaf etdirmək mümkün deyil ‐

dir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi

formalaşması, əsasən, müəllimin akademik

bacarığından, tədris təcrübəsindən və peşə ‐

karlıq səviyyəsindən asılıdır.

Bilik və bacarıqlarını davamlı artıran müəl ‐

lim 


lər təhsilalanların nailiyyətlərinə əlavə

töhfələr verirlər. Yeri gəlmişkən qeyd edək ki,

təhsil islahatı uğurla aparılan ölkələrdə müəl ‐

lim peşəkarlığının inkişafı üçün stimulların

yaradılmasına və müəllim hazırlığının təkmilləş ‐

dirilməsinə xüsusi diqqət yetirilir.

Müvafiq stimullaşdırıcı mexanizmlər və

səmərəli monitorinq sistemi vasitəsilə müəl ‐

lim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.

Yüksək nüfuzlu təhsilverənin formalaşdırıl ‐

ması istiqaməti üzrə həyata keçiriləcək tədbir ‐

lər sırasına müəllimlərin peşəkarlıq səviy yə sinin

daim yüksəlməsini təmin edən yeni sistemin

yaradılması daxildir. Bu baxımdan təhsilve ‐

rən lərin əlavə təhsili üzrə strukturların yara ‐

dıl masının stimullaşdırılması, pedaqoji heyət

üçün yeni modul‐kredit və rəqabətəsaslı tə lim ‐

lər sisteminin yaradılması və digər məqam lar

da nəzərdən qaçırılmamalıdır.

Bu istiqamətdə, həmçinin müəllim peşə ‐

sinin nüfuzunun artırılması üçün səriştə və

nəticə əsaslı diferensiallaşdırılmış, əmək baza ‐

sında rəqabətqabiliyyətli əməkhaqqı sistemi‐

nin yaradılması, müəllimin karyera inkişafı və

fəaliyyətinin stimullaşdırılması üzrə yeni sis‐

temin yaradılmasına dair işlərin görülməsi də

nəzərdə tutulmuşdur.

24

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Müəllim hazırlığı üzrə yeni kurikulumlar

tətbiq edilsə də, bütövlükdə ali təhsil müəs ‐

sisələrinin kurikulumları əmək bazarının müasir

şərtlərinə uyğun gəlmir. Odur ki, strategi ‐

yanın birinci strateji istiqaməti üzrə, əsasən,

kurikulumların daha da inkişaf etdirilməsi

nəzərdə tutulur və bu prosesin davamlı xarak‐

ter alması qeyd olunur.

Spesifik misallardan biri odur ki, biz 2008–

2009‐cu tədris ilində təhsil sistemimizdə yeni

kurikulumun tətbiq olunmasına başlamışıq.

Amma müəllimlərə «yeni kurikulumun tələbləri

nədir, bu onların işində, peşəkar hazırlığında

hansı yenilikləri və hazırlıqları tələb edir»

mövzusunda təlim və tədris aparmağı unut ‐

muşuq. Bunun hansı nəticələrə gətirib çıxara

biləcəyi aydındır. Təbii olaraq yeni kurikulu‐

mun, məzmunun tələbləri, yeni metodikaların

daha fəal və peşəkar şəkildə müəllimin hazır ‐

lıq mərhələsində tədrisi və tətbiqi diqqət mər ‐

kə zində olacaq. İkinci məsələ ondan ibarətdir

ki, biz hər zaman müəllimin hazırlığı və məz ‐

mundan danışırıq. Bu, çox mühüm bir möv ‐

zudur və həmişə diqqət mərkəzimizdə olacaq.

Nə qədər ki cəmiyyət var, o qədər də təhsilin

məzmunu və müəllimin keyfiyyəti mövzusu

haqlı bir sual olaraq qalacaq. Müasir müəllim

təhsil prosesinin istiqamətləndiricisi və koor‐

dinatoru rolunda çıxış etməli, təhsilverənlərin

hazırlanması prosesində bütün bu tələblər

hökmən nəzərə alınmalıdır.

– Azərbaycan təhsilinin rəqabət keyfiy ‐

yətinin artırılması üçün hansı tədbirlərə

ehti yac  duyulur?

– Ölkəmizin İnkişaf Konsepsiyasından irəli

gələrək dövlət başçısının imzaladığı «Azər ‐

bay can təhsilinin inkişafı üzrə Dövlət Stra te gi ‐

yası»nın missiyası ölkəmizin modern ləş dirilməsi

üçün zəruri olan insan kapitalını inkişaf etdir ‐

mək və bununla Azərbaycanın beynəlxalq rəqa ‐

bət qabiliyyətini yüksəltməkdən ibarətdir.

Strategiya təhsil sahəsində aparılacaq islahat ‐

ların başlıca istiqamətlərini müəyyənləş dirir,

Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına

uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və

təhsilin bütün pillələrində keyfiyyətcə yeni

mərhələyə başlamağı qarşımıza əsas vəzifə

kimi qoyur.

Məsələnin digər tərəfinə gəldikdə isə demə ‐

liyəm ki, bazar iqtisadiyyatı mexanizminin

əsaslarından biri elm, biznes, əmək bazarı və

təhsil xidmətidir. Onlar arasında harmoniya

iqtisadi tərəqqinin vacib şərtidir. Müasir biznes

çevik və dinamik olduğundan işaxtaranlar

qarşısında yeni tələblər qoyur. Hazırda bazarın

tələblərini ödəmək üçün biznes subyektlərinin

əsas ehtiyaclarından biri (və bəlkə də, birin‐

cisi) yüksəkixtisaslı kadrlardır. Bu səbəbdən

müasir аli təhsilin əsas tendensiyası qlobal

əmək bazarı yönümlü olması və məzunlara işə

düzəlmə qabiliyyətinin aşılanmasıdır. Bunun

üçün hazırda ali təhsil müəssisələrində daha

çox diqqət yetirilən nəzəri hazırlıq kifayət

deyil, digər bacarıq və keyfiyyətlər də tələb olu ‐

nur. Onların sırasında mütəxəssisin tənqidi

təfəkkürə, mədəni‐intellektual səviyyəyə, İKT‐dən

istifadə və birgə fəaliyyət bacarıqlarına malik

olması, daim öyrənməyə və ixtisas səviyyəsini

təkmilləşdirməyə meyil göstərməsi, yaradıcı ‐

lığı, təşəbbüskarlığı, əməksevərliyi, intizam ‐

lılığı ilə fərqlənməsi, sağlam rəqabətə dözümlü

olması, müstəqil qərarlar qəbul etməsi, bəşəri

və milli dəyərləri qiymətləndirə bilməsi geniş

miqyasda birmənalı qəbul edilən xüsusiyyət ‐

lərdir.


Burada zəruri olan odur ki, bu gün hazır ‐

lanan kadrlar kəskin rəqabət şəraitində həm

ölkədə və həm də dünya əmək bazarında iqti‐

sadi, menecment və texniki biliklərə yiyələnə ‐

rək işləməyə hazır olsunlar. Bu isə öz növbə sində

onlara əmək bazarında rəqabətə dözümlü

olmağa imkan yaradan yeganə yoldur.

Söhbəti apardı: Emin BAYRAMZADӘ

25

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Paşazadə Hacı Allahşükür Hümmət oğlu

— Şeyxülislam və Qafqaz Müsəlmanları

İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi

Dinlərarası Şurasının həmsədri, Roma Katolik

və Rus Pravoslav kilsələrinin təklifi ilə kato‐

lik‐pravoslav məzhəblərarası əlaqələr komis ‐

si yasının üzvü (2006), UNESCO‐nun yanında

yaradılan din xadimlərinin yüksək səviyyəli

Məşvərət qrupunun üzvü (2009), BMT yanında

Dinlərarası Məşvərət Şurasının üzvü, Ümum ‐

dünya İslam Konqresi, Ümumdünya Xalq

Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya

İslam Şurası, «Vicdana çağırış» Beynəlxalq

Fondu və bir sıra digər nüfuzlu beynəlxalq

təşkilatların rəyasət heyətlərinin üzvü, Azər ‐

baycan Respublikası Prezidenti yanında Әfv

Komissiyasının üzvü, İordaniya İslam Mədəniy ‐

yəti Kral Akademiyasının müxbir üzvü (1986)

və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akade ‐

miyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təş ‐

kilatının təsisçilərindən biri (2008), Müstə qil

Dövlətlər Birliyi müsəlman dini liderlərinin

Məşvərət Şurasının sədri (2009), Bakı Dövlət

Universitetinin professorudur.



Şeyxülislam Hacı Allahşükür

Paşazadə haqqında 

Azərbaycanda din‐dövlət münasibətlə ri ‐

nin düzgün məcrada qurulması sahəsində də

Şeyxülislamın xidmətləri təqdirəlayiqdir. Mə ‐

lum  dur ki, sovet dövründə din dövlətdən təcrid

edilmişdi. Dövlətin siyasəti belə idi. Lakin

Azərbaycan xalqının ümummilli lideri Heydər

Әliyev ölkədə qabartmadan, üzə vurmadan çox

müdrik din siyasəti yürüdürdü. Bu siyasətin

əsas qayəsi dini yaşatmaq, onun cəmiyyətdə

öz rolunu yetərincə oynaya bil məsi üçün şərait

yaratmaq, dinlə bağlı mənəvi dəyərləri qoruyub

saxlamaq idi. Heydər Әliyev Şeyximizin sima ‐

sında yeni təfəkkürlü, yeni düşüncəli, güclü

təşkilatçılıq qabiliy yətinə malik olan bir din

xadimi gördüyü üçün onunla qısa bir zamanda

səmimi münasibətlər qurdu. Prezident Şeyxi ‐

mizi bütün dövlət təd birlərinə dəvət edir və açıq

şəkildə deyirdi ki, Şeyx mənim dostumdur. Şeyx

də özünə xas olan dinamiklik, çevikliklə din‐

dövlət  münasibətlərinin  düzgün  tənzim lən ‐

məsi üçün əlindən gələni edirdi. Azərbaycan

xalqına, Azərbaycan dövlə tinə sədaqəti, həmişə

Azərbaycan dövlətçili 

yinin mənafeyini hər

şeydən üstün tutması Şeyxülislama Azərbay ‐

canda çox böyük hörmət qazandırmışdır. O,

Azərbaycan xalqı nın ümum milli lideri Heydər

Әliyev cənablarının xarici siyasətinə şərik

olmuş, bu siyasətin həyata keçi rilməsi üçün

əlindən gələni əsirgəmə mişdir.

Vasim MӘMMӘDӘLİYEV,

akademik, BDU‐nun İlahiyyat 

fakültəsinin dekanı

26

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Azərbaycan xalqının ideologiyasının və

mənəviyyat fəlsəfəsinin təşəkkülündə din alim ‐

lərinin maarifçilik cərəyanı xüsusi yer tutur.

Azərbaycan mənəvi‐mədəni dəyərlər bazası

məhz onların düşüncə və səyləri ilə formalaş ‐

mışdır. Milli dəyərlər və mənəvi ənənələrin

birləşdirilməsi sayəsində təşəkkül tapan bu

mə urə universallığı ilə fərqlənən bir irsə

çevrilmişdir.

XIX əsrdə ölkənin ideologiyasında maarif ‐

çilik fəlsəfəsinin artması ictimai böhrandan

çıxış yolunun xalqın maariflənməsində görül ‐

məsinə təkan verdi. Bu dövrdə etnik varlığın

qorunub saxlanması da əhəmiyyət kəsb edən

bir amil olduğu üçün onun tərkib hissəsi olan

dinin vəziyyəti maraq doğurdu. Xalqın dini

maariflənməyə olan ehtiyacı və maarifçi ideoloq ‐

ların dinə münasibətdə müxtəlif mövqedə

olduğu bir şəraitdə bunun öhdəsindən gəlmək

özlüyündə məsuliyyət tələb edən bir hala

çevrilmişdi. Belə bir müəmmada, Quran həqi ‐

qətlərinin sadə bir dildə xalqa çatdırılması,

onun fövqəlbəşər ecazının əks etdirilməsi, eyni

zamanda maarif və inkişafın həm bir Quran

qayəsi olduğunu göstərmək vacib məsələ idi.

Elmi dünyagörüşünün formalaşmasında

ensiklopedik biliyə malik, şəxsi elmi axtarış ‐

ları, təmsil etdiyi Azərbaycan və Şərq mədəniy ‐

yəti ictimai fikri və fəlsəfi ənənələri ilə tanışlığı

mühüm rol oynayan bir ziyalı kimi Mir Məhəm ‐

məd Kərim əl‐Bakuvi (1858–1939) bu dövrə

işıq tutacaq bir əsər nümayiş etdirdi. Bakuvi

Qurani‐Kərimə yazdığı üç cildlik təfsiri, «Kəş ‐

fül‐Həqayiq an Nukətil‐Ayəti vəd‐Dəqayiq» 

əsəri ilə

Azərbaycan müsəlmanlarının öz dilində dini

maariflənməsi üçün mədəni inqilab səviyyə ‐

sində bir fəaliyyətə imza atdı.

Söz yox ki, XX əsrə qədər Azərbaycan dilində

yazılmış təfsir əsərlərinə rast gəlməsək də,

Azərbaycan alimləri tərəfindən yazılmış ərəbcə

təfsirlərə rast gəlmək mümkündür. Ağa Nemə ‐

tullah Naxçıvanı hələ XV əsrdə «Fəvatihul‐

İlahiyyə vəl‐Məfatihul‐Ğaybiyyə» adlı təfsir

yazmışdır. Bundan başqa, İran, Osmanlı və s.

kimi müxtəlif ölkələrdə yaşayıb‐yaradan alim ‐

lərimiz olmuşdur. Hərçənd Quranın  Azər ‐

baycan dilində ilk tərcüməsinin Uzun Həsənin

əmri ilə edildiyi də bizə məlumdur. Ancaq bu

tərcümə geniş xalq kütlələrinə çatdırılmamışdır.

Eyni zamanda Azərbaycanda Quranı qayna ğın ‐

dan öyrənmək imkanı ancaq ərəbcə mükəm ‐

məl bilənlərlə məhdudlaşırdı.

Bu  səbəblədir ki, Bakuvinin «Kəşfül‐Həqayiq»i,

dövrün nöqsanları və ehtiyacları əsasında

qələmə alınmış bir təfsir olaraq hər təbəqədən

insanlara müraciət edən əsər kimi işıq üzü

gördü.

Qeyd etmək lazımdır ki, belə bir şəx siy ‐



yətin dünyagörüşü və  islami fikirləri Quranın

tərcümə və təfsirinə əsaslanan bu əsərlərində

lazımı səviyyədə əks etdirilərək ictimaiyyətə

çatdırılmışdır. Onun bəzi Quran ayələrinə

gətirdiyi sırf özünəməxsus izahları, ümumbə ‐

şəri problemlərin həllinə dair fikirləri, məzhəb

anlaşmazlıqlarının səbəbləri və çıxış yolları

kimi birlik və vəhdət çağırışları həm də müasir

dövrün tələbidir.

Bu baxımdan Bakuvinin müasir əli a ilə

yeni nəşri, tarixi və milli‐mənəvi dəyərlər mən ‐

zuməsindən bir əsər olması nəzər alınaraq

yeni nəslin idrakına təqdim edilməyə layiq ən

görkəmli əsərdir.

Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvi

1858‐ci ildə Bakıda məşhur seyid nəslindən



Kataloq: elm -> pdf
pdf -> Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир
elm -> Ateroskleroz xolesterinin damar divarına çökməsi nəticəsində yaranır. Zamanla bu proses sürətlənərək damar mənfəzinin ciddi daralmalarına və tam tutulmasına aparıb çıxarır
elm -> Qabırğa sınıqları
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə