Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

27

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



(Hacı Mir Məhəmməd Kərim əl‐Bakuvi)

olan Hacı Mircəfər ağa Seyid Məhəmməd oğlu ‐

nun ailəsində dünyaya gəlmişdir. Onun soy

şəcərəsi Әli ibn Әbu Talibə qədər gedib çıxır.

Bakuvinin anası Nərgiz xatun şeyx Nəcəfin

qızı idi. Bakuvinin babası isə İçərişəhər məsci ‐

dinin axundu Ağa Seyid Məhəmməd idi.

İlk təhsilini atasından və İçərişəhərdəki məd ‐

rəsədə alan Bakuvi, ali təhsilini atası Mircə ‐

fərin arzusu ilə 1871–1881‐ci illərdə Bağdadda

almışdır. Әrəb dilini, fiqh, kəlam, təfsir, islam

tarixi kimi elmləri dərindən öyrəndikdən sonra

Bakıya dönmüş, imtahan verərək 1894‐cü ildə

prixod mollası adını, 1895‐ci ildə axund adını

almış, səkkiz il Bakıda Gilək məscidində və

İçərişəhərdəki Şah məscidində fəaliyyət göstər ‐

mişdir. Mir Məhəmməd Kərim 1904‐cü ildə

Bakı qəzasının qazısı və Bakı quberniyası Şiə

Məclisinin sədri vəzifələrinə seçilmiş, 1918‐ci

ilə kimi bu vəzifələrinə davam etmişdi.

Maddi‐mənəvi, fərdi və ictimai işlərdə onun

məsləhətinə üz tutanların sayı‐hesabı yox idi.

O, nəzəri maarifçilik işi ilə yanaşı, ictimai

sahələrdə də fəal maarifçilik işi görürdü. Onun

ilk sədri olduğu «Hidayət» xeyriyyə cəmiyyəti

bu sahədə ilk ictimai təşkilat olub, geniş fəaliy ‐

yət aparırdı.

Mir Məhəmməd Kərim, təşkilatçılığı və

İslamın dövrün ehtiyaclarına olan töhfələrini

səsləndirməklə həmişə diqqəti cəlb edən bir

mövqedən çıxış edirdi. Onun yenilikçi ruhu

cəmiyyətin bir çox ilklərinə də səbəb olmuşdur.

Bakuvi əsrinin elmi nailiyyətlərindən çıxış

edərək mənəvi təkmilləşmədə elmə, elmlə

əməlin (praktikanın) birliyinə xüsusi əhəmiy ‐

yət verirdi. Moizə və söhbətlərində elmin inki ‐

şaf yolları və savadsızlığın aradan qaldırıl ması

onun əsas meyarı olmuşdu. O deyirdi: «Dinin

və imanın əsası elm və irfandır. Balalarınızı

məktəbə göndərin. Milli yüksə lişin yeganə

yolu elmdən keçir».

O, milli münaqişələrin yatırılmasında, sülh

proseslərində də fəal iştirak edirdi. 1905‐ci ildə

Bakıda erməni daşnaklarının törətdikləri fa ‐

ciələr də qırğını dayandırmaq üçün öz canını

fəda edərək aktiv təşəbbüs göstərmiş və belə

demişdi: «Cənablar, nə üçün yubanırsız? İtirdi ‐

yimiz hər dəqiqə onlarla bədbəxtin həyatına

bais ola bilər. Mən əlimdə Quran qabaqda

gedəcəyəm. Qoy birinci güllə mənə dəysin».

Sükunətin bərpasından sonra ermənilər yazırdı:

«Müsəlmanları öldürmək üçün əvvəlcə Qazını

öldürmək lazım idi».

O həmçinin 1918‐ci ilin mayında qurulan

iki illik Azərbaycan Demokratik Cümhuriyyə ‐

tinin ən hərarətli tərəfdarları arasında milli

azadlıq və milli birliyin carçısına çevrilmişdi.

İctimai görüşlərində kamil insan və təkmil

cəmiyyət konsepsiyasından çıxış edən Bakuvi

sübut etməyə çalışırdı ki, müsəlman aləminin

inkişaf maneələri arasında ən böyük amil

müqəddəs Quranın göstərdiyi yoldan uzaq

qalmaqdan qaynaqlanır.

O, hələ yüz il əvvəl insanlara demokratiya

dərsi verir, yazdığı  təfsirində Hücurat surəsinin

ikinci ayəsi ilə buna geniş izah gətirirdi. Ona

görə, inanan və inanmayan hər kəs Qurandan

bəhrələnir. Quran müşavirəni, əksəriyyətin

qərarına hörmətamiz davranmağı və həmfikir

olmağı əmr edir. Müsəlmanlar bunu izləməsə

də, dünyanın bütün qabaqcıl ölkələri bu

prinsiplərlə idarə edilir. Әsas demokratiyanın

özü İslamdır. Ona görə belə möhtəşəm bir

qaynaq əldə mövcud ikən bunun sadəcə ölü ‐

lərə aid edilməsi qəbul edilə bilməz.

Bakuvi xeyriyyəçilik tədbirlərində də yaxın ‐

dan iştirak edirdi. Məsələn, Musa Nağıyevin

oğlu Ağa İsmayıl öləndən sonra Novruz bayra ‐

mında Hacı və bir neçə məşhur axund, qazı və

ağsaqqal, o cümlədən Mir Məhəm məd Kərim,

Axund Mirzə Әbu Turab məsləhət ləşib qərara

gəlirlər ki, Ağa Musa gələndə cəmiyyəti‐xey ‐

riyyə üçün bina tikdirməyi onun boynuna

qoysunlar.

1917‐ci ilin fevralın 18‐də, Bakı xanının

qar daşı Hüseynqulu xan general Sisianovun

başını qılıncla üzdüyü yerdə, «Naxır bulağı»nın

üstündəki «Şollar‐Bakı» su kəmə rinin ilk suvermə

mərasimində qazı Mir Məhəm məd Kərim əlində

Quran sözə başlamış, Quran dan ayələr oxuyaraq

həyatın əsasının su olduğunu demiş, impera‐



28

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



tor ailəsinə dua edərək əhalini su kəmərinin

başa çatması münasibəti ilə təbrik etmiş, bu

yolda xərc və zəhmət çəkənlərin ata‐analarına

dua oxumuş, özlərinə cansağlığı və var‐dövlət

arzu etmişdi. Hacı Zeynalabdin Tağıyevin

xidmətlərini xüsusi qeyd edən Bakuvi Hacıya

kranı birinci açmağı təklif etmişdi.

Çox təəssüf ki, «Molla Nəsrəddin» jurnalı

Bakuvi kimi mütəfəkkir din alimlərini də

tənqid edir, onların karikaturalarını öz səhifə ‐

lərində dərc edirdi. «Molla Nəsrəddin», «Kəşfül‐

Həqayiq» kitabının nəşrində köməyi olan

H.Z.Ta ğıyevi də belə bir əsəri nəşr etdirdiyinə

görə qınayırdı.

1920‐ci ildə Qafqazda siyasi vəziyyətin

dəyiş məsi ilə Mir Məhəmməd Kərim Mərdə ‐

kandakı evinə çəkilərək elmlə məşğul olmağa

başladı. Çünki Azərbaycanı işğal edən Qızıl

Ordu milli‐mənəvi dəyərləri qadağan etmiş,

bunun nəticəsində 1925‐ci ildə «Allah sızlar

cəmiyyəti» qurmuş, eyni zamanda dini və

dindarları sosializm düşməni kimi qələmə

vermişdi. Bu siyasətin «təmizləmə hərəkatı»

nəticəsində Qazı Məhəmməd Kərim də müx ‐

tə lif bəhanələrlə dindirilməyə başlandı. Әmə ‐

liy 


yat müvəkkili Varoşkeviç onu 13 fevral

1938‐ci ildə Maştağa şöbəsində sorğuya çəkdi.

Yalançı şahidlər dinləndi və eyni gündə məh ‐

kəmə qərarı üzünə oxundu.

Mir Cəfər oğlu Məhəmməd Kərim 1939‐cu

il martın 15‐dən 16‐na keçən gecə repressiya

qurbanları arasında güllələnərək şəhid edildi.

Dini fəaliyyəti və antisovet çıxışları ilə rejim

əleyhdarı elan edilən alimin evi talan edilmiş,

kitabxanası isə yandırılmışdı. İslam ümmətinə

ondan qalan xatirə isə xalqımıza onun ən

böyük töhfəsi sayılan «Kəşfül‐Həqayiq», təfsir

ilə çap edilmiş aşağıdakı  yazıları və tərcü mə ‐

ləri oldu.

1) «İran kəndlərinin halı»; 2) «Təbrizdə

gördüklərim»; 3) On yeddi Ramazan»; 4) «Ermə ‐

nüsə»; 5) «Özreyi‐Qureyş»; 6) «Kərbala yan ‐

ğısı»; 7) «Fətətu Ğassan»; 8) «Rəşidin bacısı

Abbasə»; 9) «Әbu Müslüm əl‐Xorasani»; 10) «Sə ‐

lib müharibəsi»; 11) «Emin və Məmun qar daş ‐

ları».

Quran elmləri arasında təfsir ən geniş sahə ‐



dir. İlahi kəlamın izah və açıqlanması Həzrət

Peyğəmbərdən (s.ə.s) başlayaraq bu günə qədər

davam etmişdir. Bu məqsədlə Quran tarixinə

külli miqdarda ədəbiyyat daxil olmuşdur.

Təbii olaraq yazılan bu təfsirlərin əksəriyyəti

ərəb dilində, bir qismi isə osmanlıca və fars

dilində yazılmışdır.

Әrəb dilində təfsirlərin başa düşülməsinin

çətinliyi səbəbilə müsəlmanların öz dilində

oxuyub anlayacağı sadə bir təfsirə ehtiyac var

idi. Məhəmməd Kərim Bakuvi belə bir əsəri

qələmə alaraq, azərbaycan türkcəsində ilk

təfsiri ərsəyə gətirdi.

Təfsirin – «Kəşfül‐Həqayiq an Nukətil‐Ayəti



vəd‐Dəqayiq» («Ayələr və keyfiyyətlərinin incə likləri

haqqında həqiqətlərin kəşfi»)

– adın 


dan da

görüldüyü kimi, əsas məqsəd xalqın Qura nın

izah və hökmlərinə diqqətlə baxıb görmə sini

təmin etmək, Quranın mənasının asan anla ‐

şılması və uca qayəsindən həzz almasına

xidmət etmək idi.

Hər təfsirin özünə xas metod və xüsusiy ‐

yətləri vardır. Məhəmməd Kərim Bakuvinin

bu əsəri təfsir üsulu baxımından zəngin

möhtəvaya sahib bir əsərdir. Bu baxımdan

rəvayət təfsiri yönündən əsərin metodu haqda

aşağıdakıları sadalamaq olar:

Müəllif ayələrin nazil olma səbəbləri və hik ‐

 mətləri baxımından tarixi hadisələrə aid rəva ‐

yətlərə geniş toxunaraq, zəif rəvayətləri rədd

edir, bəzi müfəssirləri tənqid edir, ehtiyac ol‐

mayan izahlardan uzaq durmağa çalışırdı.

Quranın Quranla təfsiri müfəssirlərin əksəriy ‐

yəti tərəfindən istifadə edilmiş bir metoddur.

Quranın bir yerindəki ayənin izahı və anlaşıl ‐

ması üçün başqa bir yerdə keçən ayə vardırsa

və ya bir yerdəki mövzu başqa bir yerdə daha

geniş əks etdirilmişdirsə, bu ayələri yanaşı

təfsir etmək və biri ilə digərini aydınlaşdırmaq

təfsir elmində ən məqsədəuyğun yol hesab

edilmişdir.

Bakuvi də bu metoda böyük əhəmiyyət

vermiş, bir ayəni daha açıq başqa bir ayə ilə,

eyni zamanda bir ayəni başqa bir ayə ilə ancaq

ləfzi yox yalnız mənası ilə təfsir etmişdir.



29

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Quranın sünnə ilə təfsirində ayələrin Həzrət

Peyğəmbər əleyhissalamın sünnəsi möhtəva ‐

sında izahı geniş yer tutur. Müfəssir təfsirdə

müxtəlif hədis qaynaqlarından, bəzən öz məz ‐

həbi olan əhli‐şiənin «mutunu‐ərbəa» adlanan

dörd hədis kitabından, bəzən də əhli‐sünnə

hədis qaynaqlarından təfərrüatı ilə istifadə

etmişdir.

Әsabələr və tabeundan gələn rəvayətlərə

ehtiyacı qədər müraciət etmiş, ayələrin təfsir

və izahlarında onların rəyi və rəvayətlərindən

istifadə etmişdir. Onlardan ən çox müraciət

edilənlər arasında Abdullah İbn Abbas, Həsən

Bəsri, Həzrət Әli, Həzrət Cəfər Sadiq, Abdul‐

lah ibn Məsud, Mücahid, Qatada və Süfyan İbn

Üyeynəni sadalamaq olar.

Müəllif bəzi hallarda mövzuları müasir

müstəvidə təhlil etmişdir. Vətən sevgisi, icti‐

mai‐siyasi idarənin insan üçün əhəmiyyəti,

planetlərin ömrü məsələsində və isbat edilmiş

elmi tədqiqatların Qurana ziddiyyətinin müm ‐

 künsüzlüyü kimi mövzulara müasir prizma ‐

dan baxmışdır.

Elmin bu sahəsində olduğu kimi, bu əsərdə

də bir çox yeniliklər keçmiş biliklərin təməlləri

əsasında qoyulmuşdur. «Kəşfül‐Həqayiq» təfsiri

də özlüyündə Quran təfsirləri arasında bu

sahənin mötəbər qaynaqlarına istinad etmişdir.

Zəmaxşərinin (v.1143) «Təfsiri‐Kəşşaf», Təbərsi ‐

nin (v.1153) «Məcməul‐Bəyan», Fəxrəd 

din‐

Razinin (v.1209) «Təfsiri‐Kəbir», Әbus‐Süud



Әfəndinin (1574) «İrşadul‐Әqlis‐Səlim», Әbu

Məhəmməd Bəğavinin (v.1341) «Lübabüt‐təvil

fi məanit‐tənzil» əsasında «əl‐Xəzrin Təfsiri»,

Nəsafinin (ö.1310) «Mədariküt‐Təmzil və Hə ‐

qa 

iqü‐t‐Təvil», Qazi əl‐Bəyzavinin (v.1286)



«Әnvarüt Təmzil», İsmayıl Haqqı Bursəvinin

(v.1724) «Ruhül‐Bəyan» kimi təfsirlərindən

istifadə edilmişdir.

Mir Məhəmməd Kərimin hədis qaynaq ‐

larından istifadəsinə gəlincə, Bakuvi, yuxarıda

da qeyd edildiyi kimi, həm Әhli‐Sünnə, həm

də İmamiyyə hədis ədəbiyyatından geniş isti ‐

fadə edərək müdafiə etdiyi «İslam milləti»

vəhdət mə urəsinin nümunəvi timsalını özü

təzahür etdirmiş, metodologiyasında əyani

surətdə bunun mümkünlüyünü göstərmişdir.

Buxaridən Kuleyniyə qədər bütün hədis qay ‐

naq larına müraciət etmişdir.

Təfsirin digər  klassik təfsirlərindən fərqlən ‐

dirən spesifik xüsusiyyətləri də vardır. Bun‐

lardan bəziləri belədir. Müəllifin «Furqan»

surəsinin 39‐cu ayəsində bəhs edilən «Rəss

camaatı»nın Qafqazda, Araz çayı ətrafında

yaşayan əhaliyə işarə etdiyi və Allahın onlara

İsa ilə Məhəmməd peyğəmbər (s.ə.s) arasında

Hanzala İbn Safvan adlı peyğəmbər göndər ‐

diyini qeyd etməsidir (Kəşfül‐Həqayiq, II\640).

Yenə Bakuvi «Bəqərə» surəsinin 102‐ci ayə ‐

sində xalqa sehr öyrətdiyi qeyd edilən Harut

və Marut adlı iki şəxsin mələk olduqlarını

iddia etmənin doğru olmadığını, onların sehr

elmini bilən iki padşah olduqlarını və xalqı

imtina etmək üçün onlara sehr elminin öyrət ‐

diklərini qeyd edirdi (Kəşfül‐Həqayiq I\62).

Bununla yanaşı, müfəssir alim öz təfsiri ilə

XX əsrin astanasında müsəlman ictimaiyyə ‐

tinin yaralarını sarımağa, mənəvi böhrana yol

açan təfriqə, nifaq, cəhalət və xurafatın qarşı ‐

sını almağa, müsəlmanları Quran həqi qət ləri

ətrafında sıx birləşməyə çağırırdı.

Bu minvalla ərsəyə gələn əsər 1904‐cü ildə

Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə

Tiflisdə «Kaspi» qəzetinin Buxariyyə mətbə ‐

əsində çap olundu.

İlk dəfə türk dilində, Azərbaycan türkcə ‐

sində nəşr olunan təfsirin şanı və şöhrəti bütün

Türkistana yayıldı. Әsərin nəşri islam aləmində

böyük əks‐səda yaratmış, müəllifə böyük şöhrət

qazandırmışdır. Müəllifə Türkmə nistandan, Tata ‐

rıs tandan, Gürcüstandan bir çox hədiyyələr,

Özbəkistandan xələtlər, İrandan «Şiri‐xurşid»

medalı, Osmanlı dövlətin dən isə ağ platindən

8 guşəli medal təqdim olunmuşdur. Təfsirin

üç nüsxəsi 1907‐ci ildə İstanbula göndərilmiş,

30

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Osmanlı padişahı II Әbdülhəmidə Axund Yusif

Talıbzadə tərəfin dən şəxsən təqdim edilmişdir

ki, bu haqda yazı sənədi hal‐hazırda Başba ‐

kan lıq arxivi, Osmanlı ilə Azərbaycan xan ‐

lıqları münasibət lə rinə dair arxiv sənədləri

arasında (II\216‐220 №76) saxlanılır.

İsmayıl bəy Qaspiralı da «Tərcüman» qə ‐

ze 


tinin 24 sentyabr 1904‐cü il nömrəsində

Bakuvi haqqında belə yazırdı: «Axund Mir

Məhəmməd Kərim Әfəndi fikri açıq, elm və

məlumatı bol bir zatdır. Ülumi‐diniyyədə olan

yədi‐tula (geniş bilik) Azərbaycan şiveyi‐türki ‐

sində təfsir müsbətdir».

Çoxəsrlik və zəngin ənənəyə  malik Azər ‐

bay can  xalqının dini ədəbiyyatında Qurani‐

Kərim  elmlərinə həsr olunmuş əsərlər ən yük səkdə

durur. Çünki «Sizin ən xeyirliniz Quranı



öyrənən və onu öyrədəndir» hədisi‐şərifi bir

düstur kimi hər bir mömini onun qulluğunda

durmağa vadar etmiş, qəlblərin onun elm,

hikmət və səadət nuru ilə payidar olması ən

müqəddəs borc hesab edilmişdir. Məhz bu

amal müqəddəs Quranı təkcə oxumaq, öyrət ‐

mək yox, həm də onun həqiqətlərini izah və

təfsir etməyə, sirlərini aydınlaşdırmağa xidmət

etmişdir. Bu səpkidə meydana gələn cildlərlə

əsərlərdən biri də Mir Məhəmməd Kərim

Bakuvinin (1858–1939) «Kəşfül‐Həqayiq an

Nukətil‐Ayəti vəd‐Dəqayiq»

təfsiridir.  Mürək kə ‐

binin quruduğu vaxtdan yüz il keçsə də, insa ‐

nımızın ona olan ehtiyacı onu yazan qələmin

səbəb və dərdləri qədər böyükdür. Dahi şair

Nizami Gəncəvi necə də gözəl tərənnüm edir:



Yüz il sonra sorsan: Bəs o hardadır?

Hər beyti səslənər: Burda, burdadır.

Oxuculara  təqdim edilən bu əsərin qayəsi

tarixi keçmişi olan zəngin ənənəni yeni nəslin

zehin dünyasına çatdırmaq, gələcəyin xoşbəxtlik

yolunu  keçmişin sarsılmaz təməllərindən bəhrə ‐

lənərək qurmaqdır.

«Bəsmələ» adı ilə məşhur olan «Bismil la ‐

hir rahmənir rahim»in  İslam  alimləri  arasında

bu və ya digər amillər səbəbilə hər surənin ilk

ayəsi olub‐olmadığı mübahisəli məsələlərdən

biridir. Məhəmməd Kərim Bakuvi «bəsmələ»ni

hər surənin birinci ayəsi qəbul etsə də, indiki

tərtibat əsasında ayələrin nömrələnməsi «bəs ‐

mələ»dən sonra göstərilmişdir.

Bir qisim qısa ayələrin birləşdirilərək təfsir

edilməsi və eyni zamanda bəzi mətbəə xətaları

ayə saylarının fərqli olmasına gətirib çıxar ‐

mışdır. O dövrlər üçün spesifik olan belə fərq ‐

liliklər Quran ayələrinin ümumilikdə 6200,

6236, 6666 və sair kimi fərqli rəqəmlərini və

sayını  meydana gətirmişdi. Bu səbəbdəndir

ki, «Kəşfül‐Həqayiq» təfsirində Bəqərə surəsi

282, Nisa surəsi 175 ayə, Maidə surəsi 123, Rad

surəsi 45 ayə və sairdir. Müasir tərtibatda isə

Bəqərə surəsi 286, Nisa surəsi 176, Maidə surəsi

120, Rad surəsi isə 43 ayədir.

İslam dininin öyrənilməsi vacib hökm 

lərinə tabe olan, itaət edənlər üçün hər şeydən



əhəmiyyətli, vacibi Qurani‐Şərifin uca mənala ‐

rını anlayıb, ondakı faydalardan mənfəət əldə

etməkdir. Çünki Qurani‐Şərifin üstün əxlaqı

əmr edən, vəhşilik və cəhaləti qadağan edəndir.

Qurani‐Şərifin əsası İslam dini olduğuna görə,

hər müsəlman kişi və qadın insanlıq xüsusiy ‐

yətləri baxımından kamilləşmək üçün ondakı

hökmləri, onun açıq‐aşkar olan ayələrinin

içində örtülü qalan incəlikləri və rəmzləri

öyrənməlidir. Qurani‐Şərifi özünə rəhbər edən,

onun nuru ilə hidayət tapan heç kimdən heç

vaxt insaf və mürüvvətin ziddinə bir əməl

meydana gəlməz.

Qurani‐Şərif ərəb dilində olduğuna görə

başqa dildə danışan millət üçün onun ehka ‐

mını və incəliklərini anlamaq mümkün deyil.

Madam ki Qurani‐Şərifin mənası ucadır, o hər

bir millətin dilində tərcümə və təfsir edil məsə,

ondan lazım olduğu qədər faydalana bilməz ‐

lər. Hərçənd fars, türk, hind və başqa dilli xalq ‐

ların içində ərəb dilinə agah olan şəxslər həmişə

olub və indi də var və onlar Quranın ehkamını

xalqa anladırlar. Amma bu hökmləri bir  alim dən

dinləməklə şəxsin öz dilindən olan təfsirdən

Qurani‐Şərifin incəlik və ehkam larını oxuyub

dərk etməsi arasında böyük fərq vardır. Әrəb



31

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



dilində həddindən çox təfsir vardır və digər

bəzi dillərdə də təfsirlər yazılıbsa da, onlardan

mühüm bir fayda əldə edilmir. Məsələn, fars

dilində bir neçə təfsir vardır ki, o təfsirlərdə

Quranın kəlmələrinə xas qrammatika qayda ‐

larını  və bəzi kəlmələri izahdan başqa, Qurani‐

Şərifin incəliklərindən heç bir şeyi qeyd

etməyiblər. Әksinə müsəlman millət 

lərinin

içində təfriqəyə səbəb olan sözlərdən bəhs olu ‐



nub. Halbuki Qurani‐Şərif başqa millətlərlə

müsəlmanlar arasında sülh, ədalət və insaf

üzrə hərəkət etməyi əmr edir.

Özünü alim kimi göstərənlər islam ümmətini

başqa millətlərin nəzərində insafsız, zalım və

fəsadçı kimi qələmə verir, hə a islamın

əsasının zülm və fəsad üzərində qurulduğunu

deyib, islama həqarətlə baxırlar. Allah müha ‐

fizə etsin, İslamda bir qüsur yoxdur. Qüsur

ümmətin mənsublarındadır, nəinki İslamın

əsasında.

Hərçənd türk dilində olan təfsirlərin bəzi ‐

sində Qurani‐Şərifin mətləbləri həqiqətən,

olduğu kimi açıqlanıbdır, lakin o təfsirlər

osmanlıca yazıldığına görə Azərbaycan türkcə ‐

sində danışanlar onlardan faydalana bilmirlər.

Həmd olsun bu dövrə, İslam ümməti ara ‐

sında elm və maarif günbəgün yayılmağa baş ‐

layıb, elm və sənət öyrənməkdə fövqəladə bir

cəhəd hesab olunur. Ana dilləri olan türk dil ‐

lərində kitabların nəşr edilməsi və sonsuz şövqlə

onlara öz dillərində öyrədilməsi göz önün ‐

dədir. Türk dilində danışan müsəlmanların

Qurani‐Şərifin ehkamlarını, öyüd‐nəsihətlə ‐

rini mümkün qədər öz dillərində öyrənməsi

daha sərfəlidir.

Bilik, sənət və mənəvi kamillik elmini öy ‐

rənmək insanlara xas olduğundan onların

elmdən qafil olmaları caiz deyil. Qurani‐Şərif

və hədislərdə sənət, elm öyrənməyin təşviq

edilməsi, elm sahiblərinin aqil, elmsizlərin cahil

və zalım ləqəbi ilə yad edilməsi heç bir elm və

fəzilət əhlinə gizli deyil.

İslam ümmətinin arasında ixtilaf zühur

edən dən bəri hər bir qrup və onların rəhbər ‐

ləri və ruhaniləri dinə zidd olan iddiala rını

dəstəkləmək üçün yalan hədislər uydurub,

xalqın zehninə doldurmaqla onları inan dırıb,

həqiqət kimi onların arasında yayıblar. Qu ‐

rani‐Şərifin inci kimi parlaq olan öyüd‐nəsi hət ‐

ləri və hikmətləri xalqın zehnindən bir də fəlik

silinib, xalqın rəhbərləri də Qurani‐Şərifin mət ‐

ləblərini onlara öyrətməkdən çəkinib, hə a avam

xalq Qurani‐Şərifin mətləblərindən danışanda

təzyiq və qorxutmaq yolu ilə onlara o mətləb ‐

ləri tərk etməyi əmr ediblər. İndiki dövrdə

ruhanilərin əksəriyyəti Quranın mövzu larından

danışmağı haram elan edir, xalqı onu tərk

etməyə təşviq edirlər. İddiaları da budur ki,

imamlardan başqası Quranın tələblərini dərk

edə bilməz.

Qurani‐Şərifin açıq‐aşkar olan ayələrində

hər bir hökm və öyüd‐nəsihət barəsində mömin ‐

lərə xitab edilibdir və şübhəsiz ki, o hökm və

nəsihətlərə əməl etməyin vacibliyi və mömin ‐

lərin də buna məsul olmaları bəhs olunan

sözün doğruluğuna açıq bir dəlil və sübutdur.

Әmirəl‐möminin Hz. Әli (ə.s) öz xütbələrin ‐

dən birində buyurubdur: «Quranı özünüzə

imam və rəhbər seçin». Görəsən, Quranı imam

seçməkdə məqsəd nədir? Məqsəd Qurani‐

Şərif dəki elm və hikmətləri dərk edib öyrənmək ‐

dən başqa bir şey deyil. Yenə Hz. Әli (ə.s) öz

kəlamlarından birində insanları iki qismə ayırır:

birinci qrup alimlər, ikinci qrup elm öyrənən ‐

lərdir, onlardan başqasını isə yer üzündəki

qədir‐qiyməti olmayan heyvanlara‐həşəratlara

bərabər sayıbdır.

İnsanın şərəfi və iftixar qaynağı onun

elmindədir. Vəhşicəsinə əməllər edən cahil və

nadan şəxsləri islam dininə görə müsəlman

adlandırmaq böyük xətadır. Möhtərəm pey ‐

ğəm bərimiz (s.ə.s) deyibdir: «Müsəlman o şəxs ‐

dir ki, xalq onun əlindən və dilindən salamat

olar». (Buxari, İman 4; Nəsai, İmam 9.)

32

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



İnsandan əmələ gələn hər bir xəta onun

cəha lətindən qaynaqlanır. Hər bir dövrdə hansı

elmlər və sənətlər yayılıbsa, o elm və sənəti

öyrənmək lazımdır. Hansı dildə olursa olsun

o elmi öyrənmək vacibdir. Peyğəmbə rimizin

dediyi kimi: «Elm Çində olsa da, öyrənin».

(bax: Acluni, Kəşfü‐l Xəfa, 1/138; Beyhaqi,

Şuəbu`l‐İman, 1/254.)

İslam dinində qadınlar da kişilər ilə eyni

səviyyədə dini ehkamlar qarşısında bərabər

olduğuna görə, müqəddəs şəriətin sahibinə

görə, elm öyrənmək məsələsində də hər ikisi

bərabər səviyyədədir. Onun dediyi kimi: «Hər

bir müsəlman kişi və qadına elm öyrənmək

lazımdır». (Kuleyni, Üsul, 1/30; İbn Macə Mü ‐

qəd dimə, 17.) Elm ancaq dinin cüzi hökm ‐

lərindən ibarət deyil, necə ki, bu dövrdə xalqa

bundan başqa heç bir elm öyrədilmir. Әksinə,

əvvəlcə dini elmlər, ondan sonra bəşəriyyətin

məişəti üçün lazım olan elmlər öyrədilməlidir.

Məsələn, tarix, həndəsə, coğrafiya, riyaziyyat,

astronomiya elmləri. Qurani‐Şərifdə bu elmlərin

hamısının öyrənilməsi üçün açıq‐aşkar ayələr

mövcuddur. Fəqihlər öz kitablarında miras‐

dan bəhs edəndə riyaziyyata əsaslanırlar, hal‐

buki bu dövrdə elm dalınca gedən tələbələrin

əksəriyyəti riyaziyyatdan bixəbərdirlər. Habelə

namaz ehkamında fəqihlər qiblədən bəhs

edəndə astronomiyaya əsaslanırlar, amma bu

dövrdə fiqh müəllimləri və tələbələr tədris

vaxtı qibləni təyin mövzusuna çatanda ustad

və tələbələrin hamısı aciz və çaşqın qalırlar, bir

bölgənin en və uzunluq dairələrini o bölgənin

yer səthinə aid hesab edib, bölgənin hüdudla ‐

rını onun en və uzunluq dairəsi hesab edirlər.

Tarix elmi isə dəyərli bir elmdir. Qurani‐

Şərifdə tarix elmindən də bəhs edilir. Amma

islam ümmətinin alim və tələbələri belə bir

elmdən bixəbər qalıblar. Keçmiş dövrlərdəki

alimləri araşdıran şəxslərə gizli deyil ki, onlar

bütün bu bəhs edilən elmlərə agah olub, bu

sahədə kitablar da yazıblar.

Qurani‐Şərifin uca mətləbləri zülmət pərdə ‐

sinin arxasında qaldığına görə İslam ümmə ‐

tinin içində cəhalət yayılıb, müsəlman lar öz

həvəs və nəfslərinə tabe olub, hər kəs özü üçün

İslamda bir yol seçib və onların arasın dan ədalət

və insaf yox olub, zülm açıq‐aşkar yayılıbdır.

Әmirəl‐möminin Hz.Әli (ə.s) hər bir elmə

sahib olmaqdan başqa, riyaziyyat elminə də

agah idi. Bir gün o cənab ayağını üzəngiyə

qoyanda riyaziyyat elminə agah olan bir yəhudi

soruşdu ki, ya əmirəl‐möminin, o hansı ədəddir

ki, onun bölünməsi 9‐da biri qədər olsun (yəni

onun yarısı və 3‐dən biri, 4‐dən biri, 5‐dən biri,

6‐dan biri, 7‐dən biri, 8‐dən biri, 9‐dan biri, 10‐dan

biri olsun)? O cənab elə ayağı üzəngidə ola‐ola

buyurdu: «Həftənin günlərini bir‐birinə vur, o

saydan ilin günlərinə hasil olan rəqəm sənin

cavabındır». O cənab bu sözü buyurub, atına

minib yola düşdü. Ondan sonra yəhudi gedib

hesabladı və cavabın doğru olduğunu gördü.

(Әgər o hesabı burada qeyd etsəm, uzunçuluq

olub, əsl mətləbdən çıxmış olarıq. Kitabın

mövzusundan başqa  bir mətləbə qarışmaq

gözəl bir şey deyildir.) Dünya və axirət səadəti

ancaq elmlə mümkün dür. Elm öz sahibinə

ancaq şərəf verər. Әgər Qurani‐Şərifin ayələrini

bir‐bir mülahizə eləsən, görərsən ki, elmin

ucalağına və elm sahibinin fəzilətinə, ona zinət

verənin elm olduğuna necə dəlildir. Zülmət və

cəhalət vadisindən xilas olmaq, maarif

aləminin zirvələrində yer almaq insanın öz

əlindədir. Dinin zahiri və batininin ilk

mərtəbəsi Allah‐taalanı bilməkdir və bu da

ancaq elm yolu ilə mümkündür.

Məqaləni Həzrəti Peyğəmbərin (s.ə.s) «Uşaq ‐

lıqda öyrənilən elm daş üzərindəki yazıya,

qocalıqda öyrənilən elm su üzərindəki yazıya

bənzəyir» ilahi kəlamı ilə bitiririk.



Kataloq: elm -> pdf
pdf -> Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир
elm -> Ateroskleroz xolesterinin damar divarına çökməsi nəticəsində yaranır. Zamanla bu proses sürətlənərək damar mənfəzinin ciddi daralmalarına və tam tutulmasına aparıb çıxarır
elm -> Qabırğa sınıqları
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев
pdf -> Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə