Rəşad İlyasov,
filologiya üzrə fəlsəfə doktoru
85
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
86
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Vegetarianlıq sadəcə qidalanma sistemi deyil, bu
canlı məxluqları öldürmək və ağrı verməkdən imtina
etməklə xarakterizə olunan bir həyat tərzidir. Məhz
buna gör
ə vegetarianlıq heyvandarlıq məhsul larının
istifadəsini istisna edir.
Nəyə görə insanlar vegetarian olur?
Vegetarian qidalanma sisteminin seçilməsində vacib
rolu dini inanclar oynayır. Məsələn, Şərqin bir çox
dinləri – buddizm, hinduizm, caynizm – canlı
məxluqları öldürməyin və ağrı verməyin insanın öz
təbiətinə zidd olduğuna dair fəlsəfi baxışı qəbul edir.
Avropalıların vegetarian olmaqlarının səbəbləri
müxtəlif ola bilər. Hər şeydən əvvəl bu heyvanlara əzab
verməyə qarşı olan etik amillərlə bağlıdır. Digər insanlar
tibbi səbəblərə görə vegetarianlığa müraciət edirlər, belə
ki, bu qidalanma üsulunun xərçəng, ateroskleroz, bəzi
ürək-damar xəstəliklərinin inkişafı riskini və mədə-
bağır saq traktının yaranması riskini azaltmağı haqda
sübutlar mövcuddur.
Həmçinin vegetarianlığın iqtisadi səbəbləri də
vardır – bir qism insanlar düşünür ki, ətdən istifadə
səmərəsizdir, belə ki, ət məhsullarının qiyməti çox
yüksəkdir.
Çox insanlar arıqlamaq üçün vegetarian olmağı
qərara alırlar. Amerika dietoloqlar birliyinə görə düzgün
təşkil olunmuş vegetarian qidalanma sistemi, həqiqətən,
təbii yolla çəkini azaltmağa imkan verir.
Vegetarianlığın növləri
Vegetarianlığın bir neçə növləri vardır və elə
qidalanma sistemləri vardır ki, onları bəzən səhvən
vegetarianlıq hesab edirlər. Məsələn, fleksitarianlığı tez-
tez vegetarianlığın bir növü kimi qiymətləndirirlər və bu
qidalanma sistemini vegetarianlığın ən yumşaq
variantlarından biri hesab edirlər. Amma bu doğru deyil.
Fleksitarianlıq,
əsasən, tərəvəz yeməyindən ibarət
olan qidalanma növüdür. Ət və dəniz məhsullarının az
miqdarda və ya çox nadir hallarda istifadəsinə icazə
verilir, məsələn, ayda bir dəfə. Dünyanın aparıcı
dietoloqlarının fikrinə görə, bu qidalanma sistemi bu
gün çox effektivdir, lakin o vegetarianlığa aid edilmir.
Məsələ ondadır ki, klassik vegetarianlar hesab edir ki,
qidalanmada heyvan mənşəli məhsullar tamamilə istisna
etməlidir. Hesab olunur ki, vegetarianlıq dörd növdə ola
bilər.
Lakto-ovo-vegetarianlıq
– ət, dəniz məhsulları və
balığın istifadəsinə qadağa qoyur. Bütün süd məhsul -
larının, toyuq yumurtasının və balın istifadəsi məsləhət
görülür. Bu qidalanma sistemi arıqlamaq arzusunda
olanlar arasında ən geniş yayılmış vegetarian pəhrizidir.
Lakto-ovo-vegetarianlar
ilk növbədə etik müla -
hizələri və məsləkləri rəhbər tuturlar. Onlar qidalanmada
istehsalında heyvan qursağından istifadə olunan bəzi
pendir növlərini xaric edirlər. Lakto-ovo-vegetari anlıqda,
bir qayda olaraq, bitki qidası əsasən süd məhsulları və
yumurta ilə uzlaşdırılır.
Lakto-vegetarianlıq
bitki qidasından istifadəyə
icazə verən, lakin lakto-ovo-vegetarianlıqdan fərqli
olaraq, toyuq yumurtasından istifadəyə qadağa qoyan
vegetarian qidalanma sistemidir. Lakto-vegetarianlar
hesab edir ki, yemək rasionuna heyvan mənşəli qidaları
daxil etmək olar, o halda ki, onlar zorakı yolla istehsal
olunmayıb. Yumurta yemək rasionundan tamamilə xaric
edilir, çünki yumurtada rüşeym vardır, yəni istifadə
zamanı öldürmə baş verir ki, digər istənilən canlını
yeməkdən fərqlənmir.
Ovo-vegetarianlıq
– öz rasionunda yumurta və
baldan istifadəyə icazə verən, lakin bununla belə bütün
süd məhsullarından istifadəyə qadağa qoyan vegetarian
qidalanma sistemidir. Etik nöqteyi-nəzərdən yumur -
tadan istifadəyə onunla bəraət qazandırılır ki, müasir
quşçuluqda yumurta mayalanmamış alınır, bu səbəbdən
o, potensial canlı hesab edilmir. Bundan başqa, toyuq
yumurtaları bir çox sevimli yeməklərin və qənnadı
məmulatlarının tərkibinə daxildir, ona görə ovo-vege -
tarianlığı vegetarianlığın demokratik növü hesab etmək
olar.
Veganlıq
– vegetarianlığın kəskin klassik variantıdır.
Zəiflik göstərilməsinə yol verilmir. Bu qidalanma
metodikasına uyğun olaraq, bütün heyvan mənşəli
məhsullardan istifadəyə ciddi məhdudiyyət qoyulub –
ət, dəniz məhsulları, balıq istifadə etmək olmaz. Bütün
süd məhsulları, yumurta və bal istisna edilib. Bəzi
vegetarianlar hesab edir ki, müəyyən qidadan əlavə
müəyyən məişət əşyalarını da xaric etmək lazımdır:
Canlıların xəzindən və dərisindən hazırlanan paltar
və aksessuarlar;
Tərkibinə heyvan mənşəli maddələrin daxil olduğu
məhsullar və preparatlar (məsələn: jelatin və ya
qliserin); heyvanlar üzərində test edilmiş məhsullar.
Vegetarianlıq tarixindən
Lev Tolstoy heyvanlara rəhmi gəldiyinə görə
vegetarian olmuşdur, Adolf Hitler isə yüz yaşınacan
yaşamaq istəyirdi. Bu gün bitki qidasından istifadə dəb
halına gəlib, bununla belə, yeni vegetarianlar nəinki
özləri ətdən imtina edir, həmçinin ətyeyənlərlə fəal
mübarizə aparır. Elmi-statistikaya əsasən hal-hazırda
dünyada milyarda yaxın vegetarian yaşayır. Bəzi
Vegetarianlıq fәlsәfәsi
ölkələrdə onlardan çox, bəzilərində isə azdır. Bitki əsaslı
pəhriz saxlayan insanların sayına görə absolyut rekord
Hindistana məxsusdur, burada vegetarianlar əhalinin
80% -ni təşkil edir. Lakin bu təəccüblü də deyil.
Əksəriyyət hindlilər üçün inək indiyə kimi müqəddəs
heyvan sayılır və onu kəsib bifşteks hazırlamaq ən
böyük günahdır. Əhali çoxluğu olan Çində də ətə deyil,
ənənəvi olan düyüyə və tərəvəzə üstünlük verilir. Yapon
mətbəxində heyvan mənşəli qidalar keçmiş zamanlardan
etibarən əsla donuz və mal əti ilə deyil, dəniz məhsulları
ilə təqdim olunur. Lakin Amerika və Avropada
vegetarianlıq nisbətən son dövrdə yaranıb və onun
pərəstişkarları hələ ki azlıq təşkil edir, cəmi 5 %.
Bitki mənşəli qidaların “missionerləri” öldürülməyə
məruz qalmış heyvanların və quşların həyatından
dəhşətli təsvirlər olan ədəbiyyatı geniş yayır,
“Makdonalds”ları hamburgerləri ilə birgə boykot edirlər.
“Qrinpis”ə dəstək olaraq, heyvanlar üzərində təcrübə
aparmağa qarşı protest edirlər.
XX əsrin əvvəlində məşhur yazıcı Frans Kafka
akvariumda balıqlara diqqətlə baxaraq nə isə deyir:
“İndi mən sizə sakitcə baxa bilərəm, mən daha sizi
yemərəm”. “Qəsr” və “Məhkəmə”nin müəllifi heç
bilməzdi ki, onun bu təsadüfi ifadəsi vegetarianların
“mən heç kimi yemərəm” şüarına çevrilərək tarixə
düşəcək.
Vegan adlanan ciddi vegetarianlar, həqiqətən heç
kimi yemir. Onların fikrincə, qaçan, uçan və üzən hər şey
insana qida kimi xidmət etməməlidir. Bəzi vegetarianlar,
hətta bal da yemir, çünki o “arıların istismarından
yaranan məhsuldur”.
Belə bir elm var – məntiq
Sübutsuz qalmamaqları üçün bitki mənşəli qidanın
tərəfdarları insana ət yeməyin nə üçün zidd olmağı
barədə ətraflı izahat verirlər. Onların əsas arqumenti
budur: bizim orqanizm təbiətcə heyvan mənşəli qidalar
üçün uyğun deyil. Və hamıya aydın olsun deyə, insanı
yırtıcı heyvanlarla müqayisə edirlər. Həqiqətən, oxşarlıq
azdır. Yırtıcılarda qurbanı parçalamaq üçün iti dişlər və
caynaqlar vardır, amma insanda dişlər o cür inkişaf
etməmişdir və caynaqlar əvəzinə isə dırnaqlar vardır.
Ətin daha yaxşı həzm edilməsinə turş mədə şirəsi
kömək edir: bütün yırtıcılarda onun turşluğu insanda
olduğundan daha çoxdur. Bitki mənşəli qidanın həzmi
üçün vacib olan uzun bağırsaq yırtıcıya lazımlı deyil,
ona görə onların bağırsağı insanda olandan bir neçə dəfə
qısadır.
Bu yolla, vegetarianlar nəticə çıxarır: insanlar–
yırtıcı deyil, ona görə də onlar ətlə qidalanmamalıdırlar.
Lakin əgər insanı otyeyən heyvanlarla müqayisə etsək,
oxşarlıq daha az olacaqdır. Otyeyənlərdə minasız, düz,
çeynənən səth ilə azı dişlər və iti kəsici dişlər vardır. Bir
halda ki, sərt bitki qidalarından azı dişlər tez ovulur,
təbiət otyeyən heyvanlarda dişlərin daima yenilən
-
məsinin qeydinə qalmışdır.
Bitki kütləsinin fermentasiyası üçün adaptasiya olan
otyeyənlərin böyük (bəzən hətta ayrıca kameralara
bölünən) mədəsi də insan mədəsinə oxşamır. Turşluq da
onda daha az olacaq. Hətta bağırsaqları da insandakı
kimi deyil. İnək və dovşanlarda o təxminən bədəndən
iyirmi dəfə uzundur, insanda isə – səkkiz. Belə çıxır ki,
bitki qidası da bizə uyğun deyil.
Bu qida paradoksunu bioloqlar çoxdan bəri izah
ediblər. Məlum olub ki, insanı nə otyeyən nə də yırtıcı
heyvana aid etmək olmaz. O, bioloji əcdadı meymun
kimi hər şey yeyəndir. İnsan orqanizmi elə yaradılmışdır
ki, eyni dərəcədə həm bitki, həm də heyvan mənşəli
qidaların öhdəsindən yaxşı gəlir. Və vegetarianların
insanların əvvəldən ot yeməkləri haqda fərziyyəsi
yanlışdır. “Bizim ulu əcdadlarımız yalnız bitki mənşəli
qidadan istifadə edirdi” – veganlar sakitləşmir. Bəs qaya
üzərində mamont və digər heyvanların ovu təsvir
olunmuş şəkillər necə olsun? Heç kim mübahisə etmir,
ilk insan yeməli meyvə və bitki kökləri ilə qidalanırdı,
amma əgər imkan düşsə idi ətdən də istifadə edirdi.
Antropoloqlar hesab edir ki, heyvan mənşəli qidaya
ən kəskin keçid Buz dövründə olmuşdur, nə zaman ki
bitkilərin çoxu buz bağlamışdır. Bu ağır şəraitdə insan
məcbur idi ki, ət pəhrizinə riayət etsin. Belə çıxır,
vegetarianlıq nəzəriyyəçiləri səhv ediblər: əcdadlarımız
yalnız bitki ilə qidalanmayıb. Lakin baxmayaraq ki,
vegetarianlıq təbiətcə insana uyğun deyil, o yenə də
meydana gəldi.
Əvvəlcə Pifaqor:
Ət yeməyindən dərk edilmiş şəkildə imtina edən
insanlar haqqında ilk etibarlı məlumat eramızdan əvvəl
təqribən IV-V minilliyə aid edilir. Allahlarla uğurlu
ünsiyyətdə olmaq və sehrli ayinlər keçirmək üçün qədim
Misir kahinləri vegetarian olurmuşlar. Bəlkə, bir çox
Misir allahlarının heyvani siması öz rolunu oynamışdır,
bəlkə də ola bilsin, ayinin xidmətçiləri ehtiyat edirdilər
ki, yeyilmiş canlı məxluqların ruhu fövqəl qüvvələr ilə
mükəmməl dialoqa girməyə mane olur.
87
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Qədim Yunanıstanda vegetarianlıq daha gec, antik -
lik dövründə meydana gəlmişdi. Və onun yaranma səbəbi
artıq başqa idi. Heç bir mistika. Sadəcə mütərəqqi
yunanlar düşündülər: bitkilərlə yaxşı qidalana biləriksə,
nəyə görə günahsız heyvanları öldürək? Sokrat, Platon,
Dioqen, Plutarx və bir çox başqa filosoflar vegetarian
olmuş və öz işlərində bitki tərkibli pəhrizin əlverişliliyi
barədə fikirlər irəli sürürdülər.
Lakin vegetarianlığın yayılmasında açar rolunu
eramızdan əvvəl VI əsrdə Pifaqor oynamışdır. Məşhur
filosof və riyaziyyatçı ruhun köçməsinə inanmış və buna
görə də heyvan əti yeməkdən qəti imtina etmişdir. Onun
çoxsaylı şagirdləri, nüfuzlu ailələrdən olan gənc adamlar
da müəllimlərinin örnəyi ilə bitki mənşəli pəhrizə
keçmişdir, bu dünya tarixində ilk “vegetarianlar
cəmiyyəti” idi. “Vegetarianlıq sağlamlığa zərər
yetirməz ki?” – pifaqorçuların yaxınları narahat olurdu.
Bu sualı eramızdan əvvəl IV əsrdə dahi həkim
Hippokrat cavablandırmışdır. Sağlam qidalanma
haqqında danışarkən o, vegetarianlığı da təqdir etmişdir.
Avropada qədim yunan sivilizasiyasının tənəzzülü
ilə vegetarianlıq da uzun müddət unuduldu. Bitki
tərkibli pəhrizə yalnız bəzi dini icmaların
nümayəndələri, xristian asketləri və rahib-münzəvilər
riayət edirdi. Qalan insanlar isə nə oldu onunla qidalanır
vəmənşəyi haqda düşünmürdülər.
İkinci gəliş
Vegetarianlığa olan maraq İntibah dövründə qayıtdı,
lakin Leonardo Da Vinçinin hər cür yeniliklərinin
həvəskarlarından başqa ətdən imtina edən az idi. Yalnız
XIX əsri ortalarında vegetarianlıq kütləvi xarakter kəsb
etməyə başlayır.
Rəsmi olaraq hesab olunur ki, ingilislər yenidən
vegetarianlığı aşkar etmişlər. Bütün şərq dəbi ilə bərabər
onlar Hindistandan (özünün ən böyük koloniyası) qədim
hind Veda dininin ideyalarını da gətirmişlər, hansı ki,
yemək üçün canlı məxluqları öldürməyi qadağan edir.
Vegetarianlar 1842-ci ildən özlərini “vegetarian”
adlandırmağa başladılar. Terminin müəllifi “Britaniya
vegetarian cəmiyyəti” nin yaradıcısıdır. Latın sözü
“vegetus” onlar üçün daha müvafiq olmuşdur, belə ki,
o, “sağlam, gümrah, təmiz” mənasını verir. Tam simvolik
olmuşdur, çünki səslənməsinə görə o, ingiliscə “vegetable”
olan tərəvəz sözünü xatırladırdı.
İngiltərədən vegetarianlıq tədricən bütün Avropaya
və Amerikaya yayılırdı. Qərb vegetarianlığının əsas
məqsədi hindlilərdə olduğu kimi, müdafiəsiz heyvanların
ölümündən imtina idi. Qərəzli politoloqlar iddia edir ki,
Avropalılar üçün iqtisadi böhran və onun ardınca ət
qidasının bahalaşması mühüm rol oynamışdır.
O zamandan vegetarianlıq yoxa çıxmamış, lakin heç
tələbatı da böyük deyildi. Bitki əsaslı pəhrizi daha çox
ekstatik (şövqlü) ziyalılar saxlayırdı:Rusiyada qraf
Tolstoy, Amerikada həkim-naturopat Herbert Şelton,
Hindistanda şair Rabindranat Taqor, İngiltərədə
dramaturq Bernard Şou başda olmaqla. Populyarlığını
isə XX əsrin sonlarında qazanmağa başladı, nə zaman
ki, həkimlər sübut etdi ki, ətsiz yaşamaq mümkündür.
Belə bir tarixçə.
Vegetarianlıq: xeyir, yoxsa ziyan?
Son illikdə vegetarianlıq dünyəvi cəmiyyətdə ən çox
müzakirə olunan mövzu olub. Bəziləri bu qidalanma
metodikası və həyat tərzinə dəstəklə çıxış edir, bəziləri
isə qəzəbli şəkildə onun ziyanlı olduğunu sübut edirdi.
Sözsüz ki, hər iki tərəfin öz dəstəyinə dair çoxlu dəlilləri
və tutarlı arqumentləri var, lakin ümumi rəy indiyəcən
mövcud deyil. Ona görə də bu müba
hisədə hansı
mövqeni tutmağa hərə özü qərar verməlidir.
Vegetarianlığın xeyri
Amerika həkimləri iddia edir ki, vegetarianlar
yoğun bağırsaq xərçənginə yoluxmağa daha az
meyillidirlər. Əslində, heç bir xüsusi tədqiqat aparmadan
da hər kəs bilir ki, tərəvəz və meyvələr faydalı qida
lifləri ilə zəngindir. Onlar bağırsağın normal fəaliyyətinə
kömək edir, öd ifrazını və mədəaltı vəzinin şirə
ayırmasını yaxşılaşdırır. Məhz buna görə vegetarianlar
daha sağlam bağırsaq və mədəaltı vəzinə malikdir, bu
isə öz növbəsində bir çox xəstəliklərin yaxşı
profilaktikası deməkdir.
O faktı nəzərə almaq lazımdır ki, vegetarian
qidalanmasında duzdan az istifadə olunur. Bir qayda
olaraq, duz bütün ət yeməklərinə əlavə olunur, bu da
orqanizmdə suyun saxlanmasına gətirib çıxarır, qan
damarları və böyrəyə ağırlığı artırır. Bitkilərdə bədənin
su balansının tənzimlənməsinə kömək edən kalium və
maqnezium kimi minerallar mövcuddur. Bunu, sözsüz
ki, vegetarianlığın müsbət cəhəti hesab etmək olar. Bir
çox tərəvəzlərin tərkibində elə maddələr var ki, yüksək
arterial təzyiqə təsir edərək onu aşağı sala bilər.
Britaniya alimləri sübut edib ki, ət məhsullarının qida
rasionundan tam təcrid edilməsi göz kataraktı inkişafı
riskini əhəmiyyətli dərəcədə azaldır. Alimlər, həmçinin
qeyd ediblər ki, vegetarianlarda dərinin vəziyyəti və
bənizi daha yaxşıdır, nəinki ənənəvi qidalanma siste -
mindən faydalanan insanlarda. Onların fikrincə, bu,
bağırsağımızın zərərli toksinlərdən yaxşı təmizlən
-
məsinə imkan verən vitamin və bitki liflərinin çox
istifadə edilməsi ilə əlaqədardır.
Vegetarianlığın mənfi cəhətləri
Vegetarianlığın üstünlüklərinə baxmayaraq, bu
qidalanmanın danılmaz mənfi cəhətləri də vardır:
B12 vitamini çatışmazlığı – sübut olunmuş faktdır
ki, bütün vegetarianlar B qrupu vitamini çatışmaz
-
lığından əziyyət çəkir, bu səbəbdən də bir çox nevroloji
pozuntulara meyillidilər, həmçinin bu vitamin hüceyrə
artımı və qan hüceyrələrinin formalaşması üçün vacibdir.
Mikroelementlərin çatışmazlığı – vegetarianların
orqanizmində kalsium, dəmir, sink çatışmır, çünki bu
88
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
mikroelementləri lazımi səviyyədə bitki mənşəli məh -
sullardan almaq qeyri-mümkündür.
Vegetarianlar qoz-fındıq və dənli paxlalılar yeməklə
heyvan mənşəli zülal çatışmazlığını kompensasiya
etməyə çalışırlar. Lakin bu, ətin ən yaxşı əvəz olunması
deyil. Bundan əlavə, bitki mənşəli qidalardan lazımi
miqdarda zülal alıb qidalanmada istifadə etmək üçün
kifayət qədər böyük miqdarda zülal tələb olunur, bu isə
həzm sisteminin işinə yaxşı şəkildə təsir etməyəcəkdir.
Qırmızı əti (mal ətini) rasiondan istisna etmək
xüsusilə hipertoniya, anemiyadan əziyyət çəkənlərə,
həmçinin keçid dövründə olan qızlara məsləhət
görülmür.
İdmanla məşğul olan vegetarianlar tez bir zamanda
yorulur və qüvvəsini zəif şəkildə bərpa edirlər, səbəb isə
eynidir – heyvan zülalı çatışmazlığı.
Hər halda, vegetarianlıq barədə nə qərar verək?
Tamamilə bitki mənşəli qidaya keçmək bir məna kəsb
edirmi? Bu məsələ ilə bağlı son rəyi 1988-ci ildə
Amerika dietoloqlar birliyi vermişdir. Əlavə vitamin və
digər mineralların qəbul edilməsi şərtilə, ciddi
vegetarian rasionlarında proteinin aşağı bioloji dəyərinə
baxmayaraq, vegetarianlıq ateroskleroz, hipertoniya,
bəzi xərçəng, şəkər və digər xəstəliklərin profilaktikası
yollarından biridir.
Belə aydın olur (çıxır) ki, vegetarianlıq həyat
əhəmiyyətli vitaminləri (В2, В12, D) və mikro
-
elementləri (dəmir, kalsium, sink) çatışmayan sağlam
pəhrizdir. Yaxşı ki, farmakoloqlar vegetarianların
köməyinə çatmış və vitamin həbləri istehsal etməyə
başlamışlar. Əks halda, bu qidalanmanın tərəfdarları bir
xəstəlikdən qurtularaq digərini qazanardılar: qan azlığı,
sümük zəifliyi, əsəb pozuntuları, cinsi funksiyanın
korlanması. Həkimlərin fikrincə, ən ağıllı vegetarian
pəhrizi – ciddi olmayan pəhrizdir, hansı ki, süd
məhsulları və yumurtadan istifadəyə icazə verir. Bir
tərəfdən insan faydalı maddələrin çatışmazlığından
əziyyət çəkməz, digər tərəfdən tədricən bəzi
xəstəliklərdən xilas olar. Heyvanları da öldürmək lazım
gəlməz.
Vegetarianlıq: yeni həyata necə başlamalı?
Vegetarianlar “cəmiyyəti”nə qoşulmaq barədə qərar
verərkən onu nəzərə alın ki, ciddi vegetarianlıq növü
yalnız yaşlı insanlar üçün məsləhətdir. Gənc yaşlı
insanlar üçün bu məsləhət görülməyib, lakto və ya lakto-
ovo vegetarianlıq növünə icazə verilir. Ümumiyyətlə,
vegetarianlığa onun yüngül formalarından başlamaq
lazımdır. Hamilə qadınlara həkimlə bu qidalanmanın əks
göstərişləri barədə müzakirə etmək lazımdır, belə ki, o,
gələcək ananın və uşağın sağlamlığına mənfi təsir
göstərə bilər.
Vegetarian sistemi ilə qidalanmağa başlamaq üçün
ilin isti dövrünü seçmək lazımdır, çünki bu dövrdə
maddələr mübadiləsi daha fəal şəkildə gedir və meyvə-
tərəvəz seçimi daha zəngindir. Bu dövrdə orqanizm
üçün bitki mənşəli qidaya keçmək asandır və yeni qida
rasionuna alışmaq insanda stressə səbəb olmayacaq.
Həmçinin vegetarian olmaq barədə qərar verdikdən
sonra, əlavə olaraq balanslaşdırılmış kompleks vitamin
qəbulunun qayğısına qalmaq lazımdır.
Əvvəlcə elə görünə bilər ki, icazə verilən
yeməklərin sayı çox məhduddur, lakin bu elə deyil.
Vegetarian qidalanma sistemi müxtəlifdir, bir çox
yeməklər nəinki faydalı, həm də çox dadlıdır. Əsas olan
– bir az fantaziya və istənilən adi yeməyi bitki mənşəliyə
çevirmək olar. Ət məhsulları və balığa alternativ olaraq,
soya, paxlalı, göbələk və badımcandan istifadə edə
bilərsiniz. Əlbəttə, yeməyin dadı adət olunandan fərqli
olacaq, lakin ədviyyatlardan istifadə vəziyyəti
düzəldəcək.
Əksər insanlar üçün yeni qidalanma sisteminə
keçmə – nə isə yeni bir şeyə, yeni mərhələyə və ya həyat
tərzinə başlamaq deməkdir. Axı vegetarianlıq – yalnız
qidalanma sistemi deyil, həm də həyat fəlsəfəsidir.
Necə və nə ilə qidalanmaq, buna hər insan özü qərar
verməlidir. Həm bitki, həm də ət məhsulunun müsbət
cəhətləri vardır. Qafqaz qocaları (ağsaqqalları) ət
yeyərək yüz yaşacan yaşayır. Hunza uzaq qəbiləsindən
olan insanlar yalnız bitki mənşəlilərlə qidalanır və az da
yaşamırlar. Hərənin öz seçimi, öz yolu.
Nuranə Alverdiyeva,
Neft Kimya Prosesləri İnstitutunun əməkdaşı
_________________________________________
Moris Meterlink (1862–1949, Belçika dramaturqu,
esseçi və şair)
“Əgər nə vaxtsa insan ət yemədən yaşamağın
mümkünlüyünü dərk etsə, bu nəinki fundamental
iqtisadi inqilab, həm də cəmiyyətin əxlaq və
mənəviyyatında əhəmiyyətli irəliləyiş olacaqdır”.
_________________________________________
A.N.Beketov (1862–1941, Rusiya və Sovet
arxitektoru, rəssam-peyzajçısı)
“Tək bəşəriyyətə deyil, bütün canlılara sevgi..budur
mənəvi inkişaf etmiş insanın nəcib atributunun –
insanlığın ən yüksək ifadəsi”.
Makkartni Pol (1942, Böyük Britaniyanın rok musi -
qiçisi, müğənni, şair, prodüser)
“Əgər ət kombinatlarında divarlar şüşədən olsaydı,
hamı vegetarian olardı”.
89
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
90
ELM DÜNYASI / Elmikütlәvi jurnal / №03 (03) 2013
Ермянистан–Азярбайcан, Даьлыг Гарабаь мцна-
гишясинин ядалятли тянзимлянмясинин ян мцщцм аспек-
тляриндян бири Ермянистанын юлкямизя тяcавцзцня вя
Азярбайcан торпагларыны ишьал етмясиня эюря онун
бейнялхалг щцгуги мясулиййятинин мцяййянляшдирил-
мясиндян вя Азярбайcана дяйян мадди вя мяняви зя-
рярин юдянилмясиня йюнялдилмиш комплекс мясялялярин
щяллиндян ибарятдир.
Бейнялхалг щцгуг бахымындан Ермянистанын
бейнялхалг-щцгуги мясулиййят дашымасы щеч бир шцбщя
доьурмур. Ермянистан Республикасы бейнялхалг
щцгугун вя БМТ Низамнамясинин норма вя ясас
принсиплярини кобудcасына позмагла, тякcя сцлщя
гаршы cинайят олан вя бейнялхаlг щцгуг цзря тяcав-
цзкарын цзяриня cидди мясулиййят гойан тяcавцзкар
мцщарибяйя башламайыб, щям дя Азярбайcан яразиси-
нин 20%-ни ишьал етмякля, диэяр дювлятин ярази
бцтювлцйцня вя тохунулмазлыьына гаршы тящдид вя йа
эцc тятбиг етмякля баьлы гадаьалара мящял гойма-
мышдыр. Бу факт БМТ Тящлцкясизлик Шурасынын Ермя-
нистан-Азярбайcан, Даьлыг Гарабаь мцнагишяси иля
баьлы гябул етдийи 4 гятнамядя юз яксини тапмышдыр [1;
2; 3; 4]. БМТ Тящлцкясизлик Шурасы юз гятнамяляриндя
Даьлыг Гарабаь реэионунун Азярбайcана мяхсус ол-
масыны бирмяналы олараг тясдиг етмишдир. Бейнялхалг
щцгуги ядябиййатда да ядалятли олараг буна истинад
едилмишдир [5, 44; 6]. «Азярбайcан Республикасынын
Даьлыг Гарабаь бюлэяси» ифадяси БМТ Баш Ассамб-
лейасынын (БА) гятнамясиндя дя тясбит едилмишдир.
Беля ки, БМТ БА-нын 16 йанвар 1998-cи ил тарихли
«БМТ иля Авропа Тящлцкясизлик вя Ямякдашлыг Тяш-
килаты арасында ямякдашлыг» гятнамясиндя «Азярбай-
cанын Даьлыг Гарабаь бюлэяси» вя онун ятрафындакы
мцнагишядян бящс едилир [7].
Буна охшар тяфсир БМТ БА-нын 9 феврал 2000-cи
ил, 2 март 2001-cи ил, 14 феврал 2002-cи ил вя 6 феврал
2003-cц ил тарихли гятнамяляриндя дя юз яксини тапмыш-
дыр. БМТ БА-нын 14 март 2008-cи илдя кечирилян 62-cи
сессийасында гябул едилмиш гятнамядя Азярбайcан
Республикасынын бейнялхалг сявиййядя танынмыш сяр-
щядляри щцдудунда онун суверенлийиня вя ярази
бцтювлцйцня щюрмят вя дястяк эюстярилмяси бирбаша
бяйан едилир, щямчинин бцтцн ермяни щярби гцввяляри-
нин Азярбайcан Республикасынын ишьал олунмуш яра-
зиляриндян дярщал, там вя данышыгсыз чыхарылмасы тяляб
едилир. Бу сяняддя Азярбайcан Республикасынын ишьал
едилмиш яразиляриндян говулан ящалинин юз доьма
йурд-йуваларына гайытмасы кими айрылмаз щцгугу да
тясдиг едилир вя мцнагишядян язиййят чякянлярин щяр-
тяряфли реабилитасийасы да дахил олмагла беля бир гайыдыш
Dostları ilə paylaş: |