“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə15/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   11   12   13   14   15   16   17   18   ...   125
– Arif müəllim, elmin inkişafı və yük sək -

ixtisaslı elmi kadrların hazırlanması elmin

qanunverici bazasından əhəmiyyətli dərə cədə

asılıdır. Bu barədə və bu sahədə AAK ilə bağlı

vəziyyət haqda yığcam məlumat verməyinizi

istərdik.

– Şübhəsiz, hər hansı islahatı uğurla həyata

keçirmək, səmərəli nəticələr əldə etmək üçün,

ilk növbədə, onun qanunverici bazasını forma -

laş dırmaq  lazımdır.  Azər baycan  Respub lika sının

Prezidenti  İlham Əliyev 10 aprel 2008-ci il tarixdə

«Azər baycan elmində islahatların aparılması ilə

bağlı Dövlət Komissiyasının yaradıl ması haq -

qında» Sərəncam imzalamışdır. Həmin sənəd

əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu

il tarixli «Azərbaycan Respublikasında 2009–

2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra te -

giya»nın və «Azərbaycan Respublikasında

2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli

Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət

Proqramı»nın təsdiq edilməsi haqqında», habelə

22 may 2009-cu il tarixli «2009–2013-cü illərdə

Azərbaycan Res publikasının ali təhsil siste mində

islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq

edilməsi haqqında», 11 iyun 2011-ci il tarixli

«2011–2013-cü  illərdə  Azərbaycan  təhsi li nin

inkişafı üzrə Milli Strategiyanın hazır lanması

haqqında», 21 oktyabr 2009-cu il tarixli «Azər -

bay 


can Respublikasının Prezi 

denti yanında

Elmin İnkişafı Fondu nun yaradılması haqqında»

Sərəncamlar növbəti illərdə elm və ali təhsil

sahəsində qarşıda duran vəzifələri dəqiq şəkildə

müəyyən ləşdirmişdir. 

Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral

tarixli  «Azərbaycan  Milli  Elmlər  Aka demiya sı -

nın gənc alimlərinin Avropa nın elmi mərkəzlə -

rində doktorantura təhsi li nin maliyyələşdirilməsi

haqqında» Sərən  camı respublikada elmi tədqiqat -

ların müasir standartlar səviyyəsində aparılma -

sına,  ölkə nin  elmi  kadr  potensialının  artı   rıl    ma sına,

Azərbaycan elminin dünya elm məkanına inteq -

rasiyasının təmin olunmasının sü rətlən dirilməsinə

xidmət edir. 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci

il 5 iyun tarixli 769 nömrəli Sərən 

camı ilə

«Azər bay can  Respublika sı nın  Prezi  denti  yanında

Ali Attestasiya Komis siyası haqqında Əsasnamə»yə

və «Alimlik dərəcələrinin və elmi adların veril -

məsi qay daları haqqında Əsasnamə»yə edilən

əlavə və dəyişikliklər həm yüksək ixtisaslı elmi

və elmi-pedaqoji kadrların attesta si yası sahə -

sində, həm də Azərbaycan elminin beynəlxalq

aləmdə səviyyəsinin və nüfu zunun yüksəlməsi

istiqamətində çox mühüm əhəmiyyətə malikdir. 

Bütün bu sənədlər AAK-nın fəaliyyətinə hüquqi

əsas yaradır və bu dövlət quru munun səmərəli

fəaliyyətinin tənzimlən məsinə imkan verir.



Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə