22
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
elm və texnologiya varlı xalqların imtiyazıdır.
Başqaları elmi tərəqqini israfçılıq sayır və
düşünürlər ki, onunla ölkə üçün daha vacib və
daha həyati məsələləri həll edəndən sonra da
məşğul olmaq mümkündür. İnkişaf etməkdə
olan və yetərincə varlı ölkələrin bəziləri hesab
edirlər ki, tərəqqi üçün bazanı inkişaf etmiş
ölkələrdə istehsal olunmuş texnologiyaların
satın alınması yolu ilə də təmin etmək olar. Bu
cür yanaşmalar kiçik, ən yaxşı hallarda isə
ortasəviyyəli, bir qayda olaraq, böyük
institutlar və elmi qruplar tərəfindən deyil,
fərdi qaydada əldə olunan elmi nailiyyətlərə
gətirib çıxarır. Bu cür mürəkkəb problemlər
onunla bir az da çətinləşdirilir ki, bir çox
şüarlar, verilişlər, hesabatlar, bütövlükdə
situasiya haqqında təsəvvür verməyərək,
yalnız lokal istehlak problemini işıqlandırırlar.
İnsan fikrinin məhdudlaşdırılması. Əsl
tərəqqi əsas problemlərin birgə həllində iş
bilən insanların iştirakını tələb edir. Qərbdə bu
işdə bu biliklər və ideyalar mübadiləsində
müxtəlif sahələri təmsil edən həm cavan, həm
də yaşlı insanlar iştirak edirlər. Yekun olaraq
cəmiyyətin bu və ya başqa sahəsində nələrin
edilməli olduğu ilə bağlı dəqiq tövsiyələr
hazırlanır. Bir çox inkişaf etməkdə olan
ölkələrdə bu cür yanaşma kağızda bəyan
edilsə də, praktikada işləmir. Bunun səbəbləri
çoxdur: həm iyerarxik zehniyyətlər, həm də
yaşlı nəslin birinciliyi sistemi insanlara öz
fikirlərini sərbəst ifadə etməyə imkan vermir.
Baxmayaraq ki, Qərb demokratiyaları
idarəetmənin yeganə uğurlu modeli deyil,
problemlərin demokratik həlli təcrübəsinin
olmaması kollektiv insan şüurunu boğur,
qanunvericilik bazasının tərəqqisini daraldır,
insan potensialını əngəlləyir.
Konstitusiya hüququ və fanatizm. Çaş -
qınlıq və xaos bəşəriyyətin əhəmiyyətli bir
hissəsi tərəfindən dinin vacib həqiqətlərinin,
etik, mənəvi və humanist dəyərlərin başa
düşülməməsindən və təhrif edilməsindən
doğur. Dünyada yaşayan bir milyarda yaxın
müsəlman üçün, məsələn, İslam Müqəddəs
Quranda həmin dəyərləri tam və dəqiq ifadə
edir. Quran bəşəriyyətin varlığı və birliyinə,
anadan olandan ölənədək insan həyatına, hətta
elmə və biliklərə aid təməl həqiqətlərini aydın
ifadə edir. “Oxu!” – Peyğəmbərin birbaşa
vəhylərinin birinci surəsinin birinci sözü məhz
budur (Quran, 96:1). Bir çox başqa surələrdə
də biliyin, elmin və təlimin vacibliyindən
danışılır. Peyğəmbərin hədislərindən birində
deyilir: “Allah cənnətin yolunu bilik axta rış -
larında səyahət edən hər kəs üçün asan etdi”.
Lakin bilik axtarışı birinci pillədir. Quran
vurğulayır ki, uğur və inkişaf uğrunda müba -
rizədə əsas rol insanların özlərinə məxsusdur:
“Həqiqətən, Allah, bunu özləri etməyənə qədər,
heç bir insanın vəziyyətini yaxşılaşdırmaz”.
Bütün birliklər və dinlər özlərində
müəyyən fanatizm elementi də daşıyır, lakin
əgər bu fanatizm qanun səviyyəsinə
qaldırılmışdırsa, milli təhlükəsizlik üçün
təhlükə yaradırsa, birlik son nəticədə iflasa
uğrayır. Situasiyanın dünya iqtisadiyyatındakı
nəhəng qeyri-bərabərlik fonunda özünün
uzlaşdırılmamış siyasəti və aqressiv kütləvi
informasiyası ilə Qərbin başçılığı gərgin ləş di -
rir. Bu fon dini və mədəni dəyərlərin itirilməsi
və ya təhrif olunması üçün real şərait yaradır.
İşsizliklə birgə o, tərəqqinin kəskin şəkildə
inkar edilməsinə gətirib çıxarır, narazılığı və
ümidsizliyi dağıdıcı məcraya yönəldir.
Bu çoxtərəfli problemlərin həlli üçün bəs
nə lazımdır? Ümumi mənzərəni çərçivələyən
çoxsaylı mədəni və dini motiv səbəbindən
cavab bayağı ola bilməz. Bununla belə, mən
inanıram ki, yuxarıda adları çəkilən dörd amil
göstərir ki, aşağıdakı vəzifələri həll etməklə
əhəmiyyətli tərəqqiyə nail olmaq mümkündür:
1) savadsızlığın ləğv edilməsi, qadınlara
23
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
cəmiyyətdə aktiv rol verilməsi və təhsil
sistemində islahatların keçirilməsi yolu ilə
insan ehtiyatlarının gücləndirilməsi; 2) milli
konstitusiyaların fikir azadlığını təmin etməli,
bürokratiyanı minimuma endirməli, insan larda
inam doğuran qanunlar sistemini yaratmalı
konstitusiya olması məqsədilə dəyişdirilməsi;
3) elmi bazanın inkişafı. Tərəqqinin sonuncu
tərkib hissəsi inkişaf və dünya qloballaş
-
masına daxil olma üçün böhranlıdır və buna
görə də həmin hissəni daha ətraflı müzakirə
etmək lazımdır.
Uğurlu olması üçün sağlam elmi struktur
öz komponentlərinin – elmi bazanın, texnolo -
giyanın və cəmiyyətin qarşılıqlı əlaqəsinə
əsaslanmalıdır. İlk olaraq, elmi baza haqqında.
Onun əsasını qabiliyyətli olanlar üçün xüsusi
təhsilin təşkil edilməsi, gənc alimlərə öz baca -
rıqlarını üzə çıxarmaq imkanı verən ali səviy -
yəli mərkəzlərin mövcud olması, biliklərdən
ölkənin (bəlkə də, bütün dünyanın) sənayesi
və iqtisadiyyatı üçün faydalı şəkildə istifadə
edilməsi üçün elmi baza məktəb və univer -
sitetlərdə ümumi təhsil sistemi ilə sıx qar şılıqlı
münasibətdə inkişaf etməlidir. Təd qiqatların
elmi mədəniyyətdə qəbul olunmuş, əmək
-
daşlıq və həqiqət axtarışlarında ümumi səylər
tələb edən etikaya uyğun aparılması üçün
kiçik də olsa, elmi bazanın olması mütləqdir.
Elmi tərəqqidə əminliyin dərk edilməsi və
ölkəsinə görə qürur hissi cəmiyyətin maarif -
lənməsinə şərait yaradır.
24
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
İkincisi, texnologiyaların inkişafı. Elmi
baza milli və beynəlxalq səviyyələrdə texno -
lo giyaların inkişafı üçün əsas yaradır. Elmi
yanaşmadan istifadə etməklə, dövlət öz
tələbatlarını dəyərləndirə və ehtiyatlarını uğurlu
texnoloji həllərə, məsələn, kənd təsərrüfatına,
səhiyyəyə, idarəetməyə, informasiyaya, ola
bilər ki, dünya bazarında iştiraka istiqamət -
ləndirə bilər.
Üçüncüsü, cəmiyyət, onun elmi mədəniy -
yəti. İnkişaf etməkdə olan ölkələrin ədəbiyyat,
əyləncə, idman, tarix sahələrində özlərinin
zəngin mədəniyyəti vardır. Lakin onların
çoxunda elmi mədəniyyət zəifdir, ya da ki,
ümumiyyətlə, yoxdur. Elmi mədəniyyət
dövlətin mürəkkəb problemləri dərk etmək və
rasional tərzdə həll etmək imkanlarını artırır,
cəmiyyəti, ayrı-ayrı səsləri kollektiv xor şəklində
birləşdirərək, möhkəmləndirir. Bir halda ki,
elm əyləncə qədər hiss olunan və mənimsə -
nilən deyil, ona görə də bütün sahələrdə –
qidalanma və genetikadan dünya bazarının
yüksək texnologiyalarına qədər – elmi biliklər
hamı üçün anlaşıqlı olsun. Daha güclü elmi
baza elmi mədəniyyətin zənginləşməsini,
rasional məhsulların tətbiqini mümkün edir,
cəmiyyətin inkişaf potensialını və onun
bəhrələrini dəyərləndirməyi öyrədir. Millətin
gələcəyi olan gənclik bu cür mədəniyyətdən
real fayda görəcək.
Bu cür strukturun yalnız inkişaf etmiş
ölkələrin üstünlüyü, kasıb ölkələr üçün əsas
maneə olması haqqında konsepsiya yanlışdır.
Bundan başqa, çoxları konspirasiya nəzəriy -
yəsinə inanır, bu nəzəriyyəyə görə, dünya
inkişaf etməkdə olan ölkələrə kömək etmə -
yəcək, buna görə də onlar biliklərin hərəkətinə
nəzarət etməlidirlər. Birinci rəy yumurta və
toyuqla bağlı məlum paradoksu xatırladır:
inkişaf etmiş ölkələrin statuslarına çatana kimi
onlar da inkişaf etməkdə olan ölkələr idilər.
Çin, Hindistan kimi ölkələrin dünya bazarın -
dakı müvəffəqiyyətləri onların inkişaf etmiş
təhsil sistemlərinin və iqtisadiyyatın müəyyən
sahələrində texnoloji nailiyyətlərin birbaşa
nəticəsidir: Hindistan kompyuter təminatı
sahəsində dünya liderlərindən birinə çevrildi,
“Çində istehsal olunmuşdur” markalı çoxişlə -
nən mallara isə dünyanın istənilən nöqtəsində
rast gəlmək olar.
“Konspirasiya nəzəriyyəsi”nə gəlincə isə,
şəxsən mən ona xüsusi əhəmiyyət vermirəm
və hesab edirəm ki, millətlərə bir-birinin maraq -
larına uyğun qarşılıqlı fəaliyyətdə olmaq daha
sərfəlidir. Əgər fərq çox böyükdürsə, qarşılıqlı
maraq, daha doğrusu, daha inkişaf etmiş
tərəfdaşın marağı yoxa çıxır. Əgər fərq azalarsa,
onda qarşılıqlı fəaliyyətdə olan ölkələr bir-
birinə qarşı xüsusi bir cazibə hiss etməsələr
də, informasiya əldə etmək (xüsusilə elmi
informasiya) asanlaşacaqdır. Konspirasiya
nəzəriyyəsi çərçivəsində mövcud olmaq
tərəqqiyə doğru aparmır. İnki
şaf etmiş və
inkişaf etməkdə olan ölkələrin əməkdaşlıq
etməsində zəruri olan məsuliyyətin başa
düşülməsi və qəbul edilməsidir. Mənim
tərəfdaşlıq layihəmdə mən, aşağıda göstərilən
kimi, ikitərəfli məsuliyyəti nəzərdə tuturam”.
Əhməd Zevayl ABŞ kimi güclü bir
dövlətin də gələcəyi ilə bağlı narahatlığını,
əsasən, təhsil və elmi-tədqiqat problemləri ilə
bağlayır: “Hətta bütün bunlarla birlikdə, məni
Amerikanın gələcəyi ilə bağlı narahatlıq onun
üç probleminə görə tərk etmir. Bunlar təhsil
və elmi-tədqiqat problemləri, ölkədəki mövcud
zorakılıq problemləri, eləcə də dünyanı
görmənin məhdudluğu problemləridir. Birincisi,
təhsil və tədqiqatlar. ABŞ-da ən yaxşı təhsil
25
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
almaq mümkündür, lakin o, əhalinin əksəriy -
yəti üçün əlçatmazdır. Bundan da başqa, ölkə
heç səy də göstərmir ki, elm hər kəsin – həm
varlı, həm də kasıb insanın təhsilinin bir
hissəsinə çevrilsin. İkinci pillə məktəblərində
keçirilmiş riyaziyyat üzrə ümumdünya
testlərinin nəticələrinə görə, ABŞ on yeddinci
yer tutur. Bu qədər aşağı yeri müəyyən dərə -
cədə onunla izah etmək olar ki, testlərdə bəzi
ölkələrdən yalnız elit məktəblərin şagirdləri
iştirak etmişdi, amma bununla belə, mən daha
yüksək nəticələr gözləyirdim.
Bu problemin bir tərəfi də təhsil sistemi
problemi ilə bağlıdır. Yeniyetmələrin müasir
texnologiyalar dünyasında irəli getmək
yollarını öyrəndiyi özəl məktəblər imtiyazlı
siniflərə xidmət edirlər. Bu məktəblərdə
nəinki yetərli sayda kompyuterlər var, həm də
şagirdlər xüsusi hazırlıq keçmiş müəllimlərin
rəhbərliyi altında həmin kompyuterlərdən
tənqidi təfəkkürün formalaşdırılması, dün
-
yanın dərk edilməsi, inkişafın yeni üfüqlərinin
açılması üçün istifadə edirlər. Adətən, belə
məktəblərin şagirdləri yaxşı oxu
yurlar və
onlardan çoxu kollecə daxil olmağa və
sonrakı uğurlu karyeraya hazır olurlar. Eyni
zamanda bəzi rayonlarda kütləvi məktəblər
maddi təminat və peşəkar müəllimlərlə bağlı
qıtlıq hiss edir. Bu cür məktəblərin problem -
lərinin nəticəsi kimi, onların məzun
ları
cəmiyyətdə uğur qazanmaq iqtida rında olmur -
lar, onlardan bəziləri isə zorakılıq üzərində
qurulmuş həyat yolunu seçirlər. Ən varlı
ölkələrdən birindəki bu qeyri-bərabərlik
mütləq aradan qaldırılmalıdır, belə ki, rəqabət
dünyasında çiçəklənmə əhalinin maksimum
hissəsinin məhsuldar işləməsini tələb edir.
Problemin başqa tərəfi xüsusi elmi təh -
sildir. Amerika elminin böyük nailiyyətləri
fonunda onların kütləvi informasiya vasitə -
lərində nə dərəcədə zəif işıqlandırılması
təəccüb doğurur. Mən həm də elmin əsas
məqsədlərinin başa düşülməməsinə təəccüblə -
nirəm. Mən ona görə təəccüblənirəm ki,
Amerikadan daha çox şey gözləyirdim. Eyni
zamanda xoşuma gələn bir cəhət də var ki,
amerikalılar elmin gündəlik həyatda rolu ilə
maraqlanır, xüsusilə də təbabət və müdafiə
sahələri, ya da kosmosun mənimsənilməsi
kimi böyük nailiyyətlər sahəsi üzrə özünütəh -
sillə həvəslə məşğul olurlar. Bəzi amerikalılar
elmə şübhə ilə yanaşırlar və onların dəlilləri
həqiqət payından da xali deyil, lakin mütə -
rəqqi texnologiyaların həmişə həm də mənfi
tərəfləri vardır.
Atom enerjisinin mənimsənilməsi atom
bombasının yaradılması ilə nəticələndi, amma
həm də müasir həyati problemlərin həllinə
kömək edən güclü enerji mənbəyini də açıq -
ladı. Lazerdən raketlərin tuşlanması üçün isti -
fadə edilir, lakin onlar cərrahiyyədə də işlənir.
Bütün bunlarla birgə, biz özümüzü, ətraf
aləmi, bir hissəsi olduğumuz Kainatı daha
yaxşı başa düşməyə kömək edən yeni biliyin
özlüyündə çox böyük əhəmiyyətini yaddan
çıxarmamalıyıq. Elmi təhsilə malik cəmiyyət -
lər texnologiyaların müsbət və mənfi cəhətlə -
rini götür-qoy edə və birincilərdən daha yaxşı
həyata nail olmaq üçün istifadə edə bilərlər.
Şübhəsiz, səhvlər də qaçılmazdır, lakin
bütövlükdə elmi tərəqqi həyat üçün vacibdir.
ABŞ-dan yan keçməmiş bir hal, ehkam -
çılıq da narahatlıq doğurur. Elm və din, əgər
hər iki tərəfdə ön planda ehkam durmursa,
münaqişəyə girmirlər. Mən başa düşə
bilmirəm, niyə valideynlər uşaqlarının təka -
mül nəzəriyyəsini öyrənmələrinə mane olurlar.
Münaqişə hələ 1925-ci ildə başlamışdır. O
26
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
vaxt Tennesidə biologiya müəllimi işləyən
Con Skoups öz tələbələrinə Darvinin
nəzəriyyəsini öyrətmək istədi və bununla
antitəkamül qanununa meydan oxudu. O
dövrün iki ən bəlağətli natiqinin – Koarens
Darrounun və Uilyam Cenninqs Brianın üz-
üzə dayandığı məşhur məhkəmə prosesində o,
təqsirli bilindi. Başqa, daha müasir bir
misalda, Kanzas ştatının qanunvericilik
məclisi təkamül nəzəriyyəsinin müasir təhsil
üçün doğurduğu nəticələrlə birgə tədrisinə
qadağa qoydu. Bəli, insanlar dini əqidələrinin
tələb etdiyi şeylərə inana bilərlər, lakin
müəllimlər heç nədən çəkinmədən və heç
nədən ehtiyatlanmadan öz şagirdlərinə qəbul
olunmuş və sübuta yetirilmiş elmi konsepsi -
yaları, o cümlədən də təkamül nəzəriyyəsini
tədris etməlidirlər.
Nəhayət, elmi tədqiqatların dəstəklənməsi
haqqında. Bu dəstək fövqəldövlətin səviyyə -
sinə uyğun deyil və ciddi problemdir. Mənim
ABŞ-a təzəcə gəldiyim illərdə elmin dəstək -
lən məsi hərtərəfli idi, çünki ölkənin liderləri
onun gücünə və əhəmiyyətinə inanırdılar.
Müvafiq olaraq da universitet sonrası elmi
təhsil proqramları ABŞ-dan və bütün dünya -
dan olan ən yaxşı tələbələri cəzb edirdi. Bu
gün mən maliyyə dəstəyində yeni, dərhal fayda
tələb olunmaqla, eləcə də sonrakı tətbiqlə
birbaşa əlaqə ilə bağlı bir təmayül görürəm.
Bu cür məhdudiyyətlərin yeni kəşflərin
edilməsinin tarixi təcrübəsi ilə düz gəlmədiyi
haqda çoxlu misallar var və bunlardan lazerin,
tranzistorun, kompyuterin adlarını çəkmək
olar.
İkinci problem də – mövcud zorakılıq
problemi də təhsillə bağlıdır. Ümid edirəm ki,
Amerika onu tez bir zamanda həll edə bilər.
Məktəblərdə, küçələrdə insanların məruz
qaldıqları təhlükə Amerika həyatının
reallığına çevrilir və bu da mənim ailəmi və
milyonlarla başqa ailələri narahat etməyə
bilməz. Çoxları zorakılığı söz azadlığının
nəticəsi sayır, lakin mən söz azadlığının eyni
təminatlarla və demokratik qaydalarla bərqə -
rar edildiyi Şimali Kanadaya gələndə eyni
səviyyəli zorakılıqla qarşılaşmıram. Biz
çoxmillətli Los-Ancelesin ən yaxşı rayonla -
rından birində yaşayırıq, lakin orada da gecə -
lər küçəyə çıxmaq qorxuludur. Təbii ehti yat larla
və gözəlliklərlə bu dərəcədə zəngin ölkədə
belə şeylər olmamalıdır. Ümidvaram ki,
zorakılıq probleminin həlli mövcuddur.
Bəziləri düşünürlər ki, Amerika cəmiy -
yətində zorakılığın və qeyri-bərabərliyin
səbəbi varlılarla kasıbların qarşıdurmasıdır.
Bu amillər müəyyən rol oynasalar da, mən
onları əsas saymıram, həm də cəmiyyətin
əksər hissəsi orta sinfə aiddir. Kanadada və bir
çox Avropa şəhərlərində də, Avstraliyada da
qeyri-bərabərlik mövcuddur, Qahirədə isə
varlılarla kasıblar arasındakı uçurum lap çox
böyükdür, amma bu yerlərdə mən rahat, heç
bir zorakılıqdan ehtiyatlanmadan gəzirəm.
Düşünürəm ki, sosial nizamsızlıq, silahlar
üzərində nəzarət və cinayətə görə cəza ilə
bağlı Amerika qanunlarına bir də baxılmalıdır.
Başa düşürəm ki, bu, mürəkkəb, ölkənin
ruhuna və kapitalist ideallarına toxunan bir
məsələdir, amma biz artıq başqa, bu cür hallara
yeni perspektivlər və yanaşmalar nəzərdə tutan
bir dünyada yaşayırıq. Hadisələrin axarını
öncədən görmək iqtidarında olan yeni lider
ABŞ-ın gələcəyi naminə bu missiyanı öz
üzərinə götürməlidir.
Məni narahat edən üçüncü problem –
baxışların yetərincə geniş olmamasıdır ki,
həmin problem hökumətin səthi və özündən
27
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
razı xarici siyasət yeritməsinə gətirib çıxarır.
Bu kitab yazılan zaman Amerikanı qorxuya
salmış daxili və beynəlxalq terror dalğası
güclənmişdi. Dünyanın ən güclü dövləti
beynəlxalq birlikdə terrorizmə qarşı mübari -
zədə aparıcı rol oynamalıdır. İnsan hüquqları -
nın bərqərar edilməsi, insanlar və ölkələr
arasında qeyri-bərabərliyin aradan qaldırıl -
ması işində də lider rolunu oynamalıdır. ABŞ
Yer üzərində vahid dünya qurulmasında, onun
hər bir sakininə insan ləyaqətinin təmin
edilməsində də liderlik məsuliyyətini öz
üzərinə götürməlidir. Mən altmışıncı illərdə
geniş yayılmış amerikalı obrazını xatırlayıram
– insan bəşəriyyət naminə Aya qədəm basır.
Neyl Armstronqun Ayda dediyi ilk sözlər
aşağıdakılar idi: “Bir insanın bir kiçicik
addımı bütün bəşəriyyətin nəhəng sıçrayı
-
şıdır”. Marşall planı və “Sülh Korpusu” Ame -
ri kanı ümumdünya lideri kimi səciyyə ləndirən
təşəbbüslərin daha iki nümunəsidir.
Əlbəttə, Birləşmiş Ştatlar dünyanın bütün
problemlərini həll etmək iqtidarında deyil, o
ən güclü dövlət olaraq, liderlik yükünü çiynində
daşımalı və başqaları üçün nümunə, model
olmalıdır. Amerika başqa ölkələrin xalqlarına
düşmən olmağı özünə rəva görə bilməz, o
həm öz vətəndaşlarına, həm xarici ölkələrin
vətəndaşlarına eyni ədalət standartı tətbiq
etməlidir. Uzaq perspektiv baxımından kor -
rupsi yaya uğramış rejimlərin dəstəklənməsi və
xarici siyasətdə ikili standartların tətbiqi ABŞ-ın
mənafeyinə uyğun deyil. Xarici siyasətə
yenidən baxmaq, daha müdrik düşünülmüş
yanaşmalara keçmək vaxtı çatmışdır. Ümid
edirəm ki, dünyanı belə mənzərədə görmək
“Dünya zənginliyimizə və demokratiyaya
görə bizə nifrət edir” və ya “Biz dünyanın
bütün problemlərini həll edə bilmərik” kimi
bəsit və səbatsız dəlillərin qarşısında davam
gətirə biləcək. Əksinə, bütün dünyada insanlar
Amerikanı diqqətlə izləyirlər və çox ölkələr
demokratik azadlıqların Amerika sistemini
əxz etmək istərdilər. Müasir dünyanın bir çox
problemlərinin həllində Amerika real tərəfdaş
ola bilər.
Raket sipərinin qurulması yeni baxış
gətirməyəcək. Bu baxış təcridizm siyasəti ilə
də gəlməyəcək. Bütün insanları Yer kürəsində
bütün insanlar üçün ümumi olan vahid
məqsədlərlə yaşadığımıza, bəzən təfərrüat -
larla bağlı aramızda fikir ayrılığı baş verirsə
də, bunun belə olduğuna inandıraraq. Bizim
dünyamızda insanlar, mədəniyyətlər, millətlər
arasında körpülər salmaq lazımdır. Başlıcası,
binəsibləri inkar etməmək, dünyanın fəlakətli
vəziyyətdə olan hissəsini taleyin cənginə
buraxmamaqdır. Yoxsulluq və ümidsizlik
terrorun və dünya düzəninin hiddətlənməsinin
mənbəyidir.
Əhməd Zevayl özü özünə sual verir:
“Uğur düsturu mövcuddurmu?”. O bu sualı
aşağıdakı fikirləri ilə cavablandırır: Elmdə
mənim ehtirasım bilik – tərəqqi təməli
axtarışlarıdır. Bilik gücdür; məlumat bilik
almağın yalnız vasitəsidir. Özümüz haqqında
nə biliriksə, elə oyuq. İnsanın unikallığı təfək -
kürü haqqında düşünə bilməyindədir, bir də
nadir istedadlı şəxsiyyətlər bizim təbiət
haqqında biliklərimizi dəyişə bilərlər. Bilik
ümmanı isə dərin və sonsuzdur. Bu fikri İsaak
Nyuton çox yaxşı ifadə etmişdir: “Mən özümü
dəniz qırağında oynayan, tez-tez yeni, həmişə -
kindən daha hamar daşı, ya da daha qəşəng
balıqqulağını götürmək üçün oyunun
dan
ayrılan uşaq kimi görürəm. Qarşımda isə
sahilsiz, tamamilə naməlum bilik ümmanı
uzanır”.
28
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Yeni biliklər bizə özümüzü, ətrafımızda
baş verənləri, bir hissəsi olduğumuz Kainatı
anlamaqda kömək edir. Biliyə olan hərislik
məni bütün ömrüm boyu – ibtidai məktəbdən
indiyə kimi müşayiət etmişdir. Ona görə də
bütün ömrüm boyu universitetlər mənim üçün
azadlıqdan, işıqdan və oxumaqdan həzz
aldığım bir məbəd, müqəddəs bir yer olmuşlar
və belə olaraq da qalır.
Taleyin mənə hədiyyəsi hesab etdiyim
işimə olan həvəsim də çox vacibdir. Eyni
zamanda düşünürəm ki, uğur qazanmaq ətra -
fımdakı insanların hörmətini qazanmaq dan və
daxili məmnunluqdan heç də dəyərli deyil.
Bizdə belə bir misal var: “al-kana a kanz la
yufna” və ya “məmnunluq əbədi xəzinədir”.
Həvəs, məmnunluq və nikbinlik olan yerdə
uğur qazanmamaq təsəvvürə gəlmir. Elə
görünə bilər ki, mən uğur qazanmağın
düsturunu verirəm. Xeyr, mən bütün hallar
üçün yararlı olan universal düstur bilmirəm,
amma mənə bir şey aydındır – adiliyin
sərhədlərini adlayıb keçə bilməyimiz üçün
bizim mütləq istəyimiz olmalıdır.
Xristofor Kolumbun (1451–1509) dəniz
səfərlərində ona arzusu yol göstərirdi. O,
Kanar adalarından 3900 mil Qərbdə “Çin” də
olmasa, “Hindistan”ın yerləşdiyinə əmin idi.
Əlbəttə, orada nə Hindistan vardı, nə də Çin,
amma arzu Kolumbu yeni torpaqlara gətirib
çıxardı. Həmin vaxtlar məlum olan biliklərə
yiyələnərək, Kolumb intuisiyasına söykənirdi,
amma məhz intuisiya, məhz həvəs və dünyaya
öz baxışlarına sədaqət onu mümkünsüz
görünən bir kəşfin müəllifi etdi. Kolumbun
ideyası təsdiqlənməmiş olsa da, onun səfəri
Yeni Dünyanın kəşfinə gətirib çıxartdı. Bəs
Kolumb kim idi – dahi, sərsəm, ya da bəxti
gətirmiş insan? Bəzi tarixçilər deyirlər: eyni
zamanda hər üçü! Lakin kimliyindən və
necəliyindən asılı olmayaraq, o, dünyanın
hamının inandığı mənzərəsini dəyişə bildi. O,
dünyanı görmə üsulunun özünü dəyişdi.
Leonardo da Vinçi (1452–1519), Kolum -
bun müasiri, özünün “Dünya sonunun görün -
tüsü” kitabında təbiətə yeni baxış ifadə etdi.
O, uğurun sirrinə aparan yolu göstərdi – saper
vedere, “bilmək, görmək kimi”.
Həyatda uğur hamının, özü də həyat
yolunun istənilən mərhələsində üzünə gülə
bilər, lakin elmi dərəcədən asılı olmayaraq, bir
kəsin uğur qazanmasına bir sıra başqa insanlar
da, onların kollektiv səyləri də təsir göstərir.
Bu faktı qəbul edərək, varlılar kasıblara
kömək göstərməlidirlər. Sivil ölkədə və sivil
planetdə hər bir insan qiymətli olmalıdır. Əgər
insan, ölkə və hətta bütöv coğrafi regionlar
inkişaf etməyiblərsə, bilik əldə edə bilmir -
lərsə, bunun nəticələri təkcə ehtiyac içində
olanlar və əzab çəkənlər üçün yox, bütövlükdə
bütün dünya üçün dəhşətli ola bilər. Belə
hallar sosial və mədəni dəyərlərin deqradasi -
yasına səbəb olur, zorakılığa və terrora aparıb
çıxarır.
Bu kitabın fəsillərində mən adıçəkilən
problemləri necə gördüyümü təqdim etməyə,
başlıca sualları qaldırmağa və onlara mümkün
cavablar verməyə cəhd göstərdim. Bu sual la -
rın kökündə savadsızlıq, səfalət və azadlığın
boğulması durur.
Bütövlüklə keçdiyim yol haqqında
danışarkən, mən İnsanın Kainatımızın məkan
və zamanındakı miqyası qarşısında baş
əyirəm. Ömrümüzün zamanı da, qoy lap 100
il olsun, Kainatın həyatının zamanı da, lap 100
il olsun, Kainatın həyatının zamanı ilə – 100
milyard ilə yaxın vaxtla müqayisədə bu, bir
saniyənin yüz milyon saniyə ilə və ya üç illə
müqayisədə qısa olduğu qədər qısadır. Məkan
baxımından Yer kürəsi Kainatımızdan atomun
Dostları ilə paylaş: |