“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə5/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   2   3   4   5   6   7   8   9   ...   125
4

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




5

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

mışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir

yerində keyfiyyətli tibbi xidmət almaq üçün

gözəl imkanlar vardır. Səhiyyənin maddi-

texniki bazası möhkəmlənir, güclənir. Əmi -

nəm ki, yaxın bir-iki il ərzində artıq bütün

şəhərlərimizdə ən gözəl klinikalar yaradıla -

caqdır.

Təkcə son iki həftə ərzində ölkəmizin bir

neçə şəhərində müasir xəstəxanalar açıl 

-

mışdır. Deyə bilərəm ki, bölgələrdə, rayon -



larda istifadəyə verilmiş xəstəxanalar da ən

müasir avadanlıqla təchiz edilir və ən yüksək

standartlara malikdir.

Azərbaycan Tibb Universiteti ölkəmizdə

həkim kadrların hazırlanmasında xüsusi rol

oynayan ali məktəbdir. Bu ali məktəbin böyük

tarixi, gözəl ənənələri və əminəm ki, gözəl

gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbay -

canda səhiyyə sahəsinə ayrılan xərclər artır,

səhiyyənin maddi-texniki bazası möhkəm -

lənir. Belə olan halda, əlbəttə ki, tibbi xidmə -

tin səviyyəsi də artmalıdır.

Universitetdə çox böyük təcrübəyə,

biliklərə malik olan professor-müəllim heyəti

vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə

ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc

həkimlər dünyada səhiyyə sahəsində gedən

bütün prosesləri yaxından izləyə bilsinlər.

Bunu etmək üçün burada imkanlar, kompyu -

ter otaqları vardır. Əminəm ki, müxtəlif ali

məktəblərlə canlı bağlantı da yaradıla bilər.

Əməliyyatların izlənməsi üçün gözəl şərait

vardır.

Beləliklə, bizim gənc həkimlərimiz dün -

yada səhiyyə sahəsində gedən bütün mütə -

rəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün

dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir.

Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz.

Bu gün vaxtilə müalicəsi mümkün olmayan

bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa

müalicə edilir. Diaqnostika cihazları, o cüm -

lədən burada quraşdırılan kompyuter tomoq -

rafları, MRİ, müasir rentgenlər imkan verir

ki, istənilən xəstəlik ilkin mərhələdə aşkar -

lan sın və düzgün diaqnoz qoyulsun. Artıq bu

cihazların mövcudluğu düzgün diaqnozun

qoyulmasında da mühüm bir addımdır və

əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.

Yəni dünya səhiyyə elminin uğurlu

inkişafı insanların sağlamlığına bilavasitə bir

töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu

sahədə gedən ən son yeniliklər, ixtiralar

Azərbaycanda da tətbiq olunsun. Biz buna

hazır olmalıyıq. Yaradılan maddi-texniki

baza, müasir avadanlıq belə imkanları verir.

Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır.

Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə

etməlidirlər ki, daha da bilikli olsunlar. Elə

edək ki, Azərbaycanda istənilən ən ağır

əməliyyat aparıla bilsin. Son illərdə deyə

bilərəm ki, biz buna nail ola bilmişik. Çünki

bu gün Azərbaycanda ən ağır ürək-damar

əməliyyatları, orqan transplantasiyaları apa -

rılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsu -

silə imkanlı insanlar müalicə üçün hələ də

daha çox xaricə üz tuturlar. Biz elə bir vəziy -

yət yaratmalıyıq ki, buna ehtiyac olmasın.

Azərbaycanda ən yüksək tibbi xidmət, ən

yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki,

birgə səylər, həm dövlət tərəfindən aparılan

siyasət, yeni tibb ocaqlarının yaradılması,

müasir avadanlığın mövcudluğu və həm də

həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu

məqsədə nail olmağa gətirib çıxaracaqdır.

Bu yaxınlarda mən təhsillə bağlı fikir -

lərimi bildirdim. Bir daha demək istəyirəm,

elə etməliyik ki, bizim gənclər xaricə oxu -

mağa getməyə ehtiyac duymasınlar. Azərbay -

canda təhsilin səviyyəsi elə olmalıdır ki,

bura da ən yüksək təhsil almaq üçün imkan

olsun. Səhiyyə sahəsində də, həmçinin biz o

səviyyəni əlbəttə ki, təmin etməliyik. Əmi -

nəm ki, biz buna nail olacağıq. Çünki son

illərdə səhiyyə sahəsində aparılan islahatlar




uğurludur, bununla bərabər hələ çox iş

görülməlidir. Ancaq beynəlxalq təşkilatlar, o

cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbay -

canın bu sahədəki fəaliyyətini yüksək

qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə

Təşkilatının Avropa bölməsi Azərbaycanda

gedən islahatları vurğulamışdır.

Bir daha demək istəyirəm ki, son illərdə

hər bir rayonda müasir xəstəxanalar, tibb

mərkəzləri tikilir. O ki qaldı Bakıya, son

illərdə Bakıda, demək olar ki, əsas elmi-

tədqiqat səhiyyə müəssisələrimiz yenidən

qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə

böyük xəstəxana tikilmişdir. Yəni bu sahədə

biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.

İnsanların sağlamlığı dövlətimiz üçün

prioritet məsələdir. Mənim bölgələrə

səfərlərim zamanı açılan xəstəxanalar, su

xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir

məqsədi güdür – Azərbaycanda insan sağ -

lamlığı qorunsun, keyfiyyətli müalicə almaq

üçün imkan, şərait olsun. İndi bütün bölgə -

lərdə və yaxın zamanlarda hər bir şəhərdə

dializ mərkəzləri tam şəkildə fəaliyyətə

başlayacaqdır. Əksər şəhərlərdə biz artıq

buna nail olmuşuq. Biz bunun müsbət tərəfini

görürük. Vaxtilə xəstələr yüz kilometrlərlə

məsafəni qət etməli olurdular, böyük şəhər -

lərdə müalicə alırdılar. İndi hər bir bölgədə

deyə bilərəm ki, təxminən hər bir şəhərdə

müasir dializ mərkəzləri vardır. Ona görə

insanların sağlamlığını təmin edən tibbi

xidmət bu gün, əlbəttə ki, daha da yüksək

səviyyədədir. İnsan sağlamlığını şərtləndirən

digər amillər Azərbaycanda, əlbəttə ki, vardır.

Bu sahəyə diqqət yetirilir. Statistik göstə -

ricilər – yəqin ki, həkimlər bunu hamıdan

yaxşı bilirlər – onu göstərir ki, Azərbaycanda

insanların ömrünün uzunluğu artır, uşaq

ölümü azalır. Bu, səhiyyənin səviyyəsini

göstərən əsas amillərdən biridir.

Bir daha demək istəyirəm ki, Azərbaycan

Tibb Universitetinin böyük tarixi, ənənələri,

gözəl bu günü, gözəl gələcəyi vardır. Deyə

bilərəm ki, biz həkimlərin bütün xahişlərini

çalışırıq ki, yerinə yetirək. Belə gözəl klini -

kalar həm tədris, tibb mərkəzləridir, eyni

zamanda həkimlərin iş yeridir. Hər yerdə, hər

şəhərdə, hər rayonda həkimlərin iş yeri də

bax, belə olmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, bu

gözəl klinikanın açılışı böyük əlamətdar

hadisədir. Mən çox şadam ki, son illərdə biz

sizinlə bərabər bu gözəl hadisələri qeyd

etmişik. Tibb Universitetinin ardıcıllıqla

klinikaları yaradılır. 2002-ci ildə stomatoloji,

2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik

klinikaları açılmışdır və indi cərrahiyyə

klinikası artıq fəaliyyətə başlayır. Bir daha

sizi bu gözəl hadisə münasibətilə ürəkdən

təbrik edirəm.



Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə