“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə8/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   4   5   6   7   8   9   10   11   ...   125
7

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




universitetlərinin klinikaları ilə bir səviyyədə

dayana biləcək bir klinikadır.

Möhtərəm Prezident, böyük məmnuniy -

yətlə istərdim Sizə məruzə edim ki, son illər

Tibb Universitetində bu klinikalarda uğurla

çalışa biləcək kadr potensialı yetişibdir və

yetişməkdədir. Ona görə Sizi əmin edirəm ki,

bu klinikanın kadr potensialı ilə bağlı da bir

problemimiz olmayacaqdır. Bu gün tədris-

terapevtik klinikasında dünyanın müxtəlif

aparıcı klinikalarından dəvət olunmuş 10

nəfər korifey sənətkar çalışır. Bu sənətkarlar

həm tədrislə, həm müalicə işləri ilə məşğul

olurlar, bu və ya digər sahənin inkişaf

etdirilməsi üçün bizə son dərəcə kömək

edirlər. Bu da Sizin göstərdiyiniz qayğının

nəticəsidir.

Möhtərəm cənab Prezident, bu gün bu

klinikanın müxtəlif şöbələrini gəzərkən, mən

bütün bunların hamısını Sizə məruzə etdikcə,

digər klinikalar barəsində danışdıqca dedim

ki, bunların hamısının səbəbi son on ildə baş

vermiş hadisələrdir, Ulu Öndər Heydər Əliyev

siyasətinin ölkəmizdə uğurlu davamı və bu

uğurlu davamın aparıcısı kimi Sizin xidmət -

ləri nizdir. Bu gün Tibb Universitetindəki bu

möhtəşəm işlər Azərbaycanda görülən işlərin

cüzi bir hissəsidir. Budur Heydər Əliyev

siyasətinin Azərbaycana verdiyi töhfələr.

Buna görə bizim əsasımız vardır bu gün

deyək, bir daha vurğulayaq ki, Ulu Öndərin

siyasəti Azərbaycan xalqını xoşbəxt günlərə

aparan, yeganə və alternativi olmayan bir

siyasətdir. Azərbaycan xalqının mütləq

əksəriyyəti kimi, Tibb Universitetinin profes -

sor-müəllim heyəti, tələbələri Heydər Əliyev

siyasətini dəstəkləyir və bu siyasətin davamlı

və daimi olması üçün əlindən gələn bütün

işləri edəcəkdir.

Möhtərəm Prezident, son olaraq icazə

verin, bu möhtəşəm klinikanı Tibb Universi -

tetinə hədiyyə etdiyiniz üçün professor-

müəllim heyəti, tələbə kollektivi adından bir

daha Sizə dərin təşəkkürümü, səmimi

minnətdarlığımı bildirim. Sizi əmin edirik ki,

bu klinika Azərbaycan xalqının sağlamlığının

keşiyində möhkəm duracaq, Sizin qarşıya

qoyduğunuz bütün məsələləri yerinə

yetirəcəkdir.

Ayrıca olaraq, mən Mehriban xanıma da

kollektiv adından bir daha dərin təşəkkürümü

bildirirəm.




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin