“Siyasi və sosial iqtisadi coğ rafiya” fə nnində n imtahan suallarının
cavabları.
I kollokvium
1. Fənnin predmeti: dünya dövlətlərinin siyasi – iqtisadi cəhətdən
formalaşması və inkişaf xüsusiyyətləri. Məqsədi: bütün dünya ölkələri haqda
məlumat, onların təbii resurs potensialı, əmək ehtiyatları, dünyada tutduqları siyasi
ə
həmiyyəti və s. ilə əlaqədar araşdırmalar. Vəzifələri: Yerli ehtiyatlardan səmərəli
istifadə etməklə istehsalın intensivləşdirilməsi; dünyada və ayrı – ayrı bölgələrdə
bəşər cəmiyyətinin ərazi-təşkili xüsusiyyətləri; ölkələrin tarixi inkişafı
xüsusiyyətlərini nəzərə almaqlaməhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi;
dünyada baş verən proseslər və s.
2. stehsalın yerləşmə qanunauyğunluqları: 1) ctimai istehsalın inkişafı
ə
sasında istehsalın yeni formalarının-ərazi–istehsal komplekslərinin (Ə K)
yaradılması. 2) Regionların və iqtisadi rayonların təsərrüfatlarının kompleks
inkişafı. 3) Respublikaların, ayrı – ayrı rayonların inkişaf səviyyələrinin
bərabərləşdirilməsi;
stehsalın yerləşmə prinsipləri:
1) istehsalın xammal, yanacaq, enerji
mənbələrinə və istehlak rayonlarına yaxınlaşması. 2) beynəlxalq əmək bölgüsünün
üstünlüklərindən istifadə etmək.
stehsalın ə razi təş kilinin ə sas tiplə ri:
1) texniki – iqtisadi amillər 2) təbii
amillər. 3) tarixi amillər. 4) sosial, siyasi, hərbi – strateji və başqa amillər.
3. nsan cəmiyyətinin inkişafını əks etdirən dünyanın müasir siyasi xəritəsinin
formalaşması uzun tarixi yol keçmişdir. Siyasi xəritə bir neçə formalaşma
mərhələlərinə bölünür. 1) Qədim dövr-eramızın V əsrinə qədərki dövrü əhatə edir.
2) Orta əsrlər dövrü-V-XV əsrləri əhatə edir. 3) Yeni dövr-XV – XVI əsrlərdən I-
Dünya Müharibəsinin qurtarmasına qədər olan dövrə uyğun gəlir. 4) Ən yeni dövr
– I Dünya Müharibəsinin qurtarması və Rusiyada Oktyabr inqilabının qələbəsindən
sonra başlamışdır. XX əsrin 90- cı illərindən SSR daxilində milli – azadlıq
hərəkatının baş qaldırması ilə əlaqədar SSR kimi qüdrətli dövlət dünyanın siyasi
xəritəsindən silinir, müstəqil dövlətlər ortaya çıxır. Dünyanın siyasi xəritəsində
dəyişikliklər hələ də davam edir.
4. Dövlətlər iqtisadi – sosial inkişaf səviyyəsinə, yəni əhalinin adambaşına
düşən ərzaq və sənaye məhsulları, təhsil səviyyəsi, nəqliyyatla təminat, tibbin
keyfiyyəti və s-yə görə olan qruplara aid edilir.
Dünya ölkələri 2: nkişaf etmiş ölkələr ( EÖ) və nkişaf etməkdə olan ölkələr
( EOÖ) qruplarına ayrılırlar. EÖ - ə 60 – a qədər ölkə daxildir. Böyük 7 – lərə -
ABŞ, Yaponiya, AFR, Fransa, Britaniya, taliya və Kanada aid edilir. Yüksək
sosial inkişaf səviyyəsinə çatmış kiçik ölkələrə sveçrə, Avstriya, Belçika,
Niderland, Norveç, və s. aid edilir. EOÖ – in (inkişaf etməkdə olan ölkələr)
ə
ksəriyyətini – Asiya, Afrika, Latın Amerikası və Okeaniyada olan keçmiş
müstəmləkə ölkələri təşkil edir. (160 – a yaxın ölkə.)
5. Hal – hazırda dünyanın müasir siyasi xəritəsində 249 dövlət, xüsusi statuslu
ə
razi, müstəmləkə mülkü və ərazi mövcuddur. Ərazi dedikdə - keç kim tərəfindən
tanınmayan, qondarma, səlahiyyəti olmayan varlıq nəzərdə tutulur. Məsələn
Dağlıq Qarabağ, Kəşmir və s. Bundan başqa Şərq Avropada – Yuqaslaviyanın 5
dövlətə bölünməsi və Çexoslovagiyanın 2 yerə ayrılmasının yaddan çıxarmaq
olmaz.
6. Siyasi xəritədə dövlətlər ərazilərinin böyüklüyünü və kiçikliyinə (böyük,
orta, kiçik və cırtdan – mikro dövlətlər), əhalisinin sayına (100 mly – dan artıq
ə
halisi olan), coğrafi mövqelərinə (materikdaxili, dənizkənari; yarimada, ada,
arxipelaq
dövlətlərinə)
okeana
çıxışı
olmayan
dövlətlərə,
idarəetmə
formalaşmasına (respublika və monarxiya), inzibati - ərazi quruluşuna (Unitar və
fedarativ) və iqtisadi sosial – inkişaf səviyyəsinə ( EÖ və EOÖ) görə
qruplaşdırılmışlar.
7. Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün istifadə olunan təbii
elemetlərdir. Bura – insan həyatı və məhsuldar qüvvələrin inkişafı üçün təbiətdə
istifadə edilən və edilməsi mümükün olan resurslar daxildir. Bu fəaliyyətdə iştirak
etməyən, lakin maddi istehsal və qeyri maddi istehsal sahələrində zəruri olan
komponenetlərdə var ki, o da təbii şərait anlayışıdır. Təbii resurslardan səmərəli
istifadə bütün dünya ölkələrinin başlıca problemidir. Təbii resurslar bəşəriyyət
yaranmamışdan əvvəl mövcud olmuş və onun insanlara ehtiyacı yoxdur. Lakin
insan yarandığı gündən indiyədək özünün tələbatlarını ödənilməsi üçün təbiətə
müraciət edir. Təbii resurslar tükənən, tükənməyən, bərpa olunan, bərpa
olunmayan, real, potensial, sadə, mürəkkəb, bir məqsədli, müxtəlif məqsədli və s.
bu kimi təsnifatlara bölünür.
8. Təbii resurslar bir çox sahələrə bölünür. Onların ən başlıcası – mineral
resurslardır. Mineral – xammal resurslarının ən əsas sahəsi olan – faydalı
qazıntılardır. Faydalı qazıntılar sırasında ən başlıca yer – mineral yanacaq
ehtiyatlarına məxsusdur. Mineral yanacaq ehtiyatları içərisində kömür
özünəməxsus yer tutur. Dünyada 15-30 trln ton kömür ehtiyatı aşkarlanmışdır.
Kömür ehtiyatının 90% - dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir. Dünya
ölkələri arasında ən çox kömür ehtiyatına malik – MDB, ABŞ və ÇXR – dır.
Ümumi ehtiyatın 80% - i bu dövlətlərin ərazisindədir. EOÖ – dən – Hindistan,
Botsvana, Latın Amerikasının bir çox ölkələri də kömür ehtiyatlarına malikdirlər.
Dünyanın 83 ölkəsində kömür ehtiyatı kəşf edilmişdir.
9. Mineral resurslardan neft və qaz yanacağ növləri istehsalında xüsusi yer
tutur. Neft 102, qaz isə 85 ölkədə ehtiyatlara malikdir. Mövcud 30 nəhəng neft
yatağının 15 – i ran körfəzi sahillərində yerləşir. Bunlardan: Səudiyyə
Ə
rəbistandakı Qavar yatağını, həmin regionda Es – Saffaniya yatağını,
Küveytdəki – El – Burkan yatağını, ran slam Respublikasındakı – Ağacari
yatağını, Alyaskadakı Prado-Bey yataşını və s. göstərmək olar. Bu ölkələrdən
başqa neft hasilatına görə - Rusiya, Meksika, Venesuela, Nigeriya, Litviya, ABŞ,
Kanada, Böyük Britaniya və s. fərqlənirlər. Qaz hasilatına görə isə RF, ABŞ,
Kanada, ran körfəzi ətrafi ölkələri, Böyük Britaniya, Hollandiya, Türkmənistan
və s. fərqlənir. Dünyanın nəhang qaz yataqları Qətərdə “Nord” adlanır. Bundan
başqa ranın Cənubi Pars yatağını, Niderlandın Qraningen əyalətindəki Slokteran
yatağını və s. göstərmək olar. Dünyadakı 20 nəhang qaz yatağından 9 – u RF – da
yerləşir.
10. Yer kürəsi alternativ enerji mənbələri ilə , yəni – geotermal enerji ilə də
zəngindir. Geotermal enerji mənbələri 2 tipə bölünür: 1) yeraltı təbii istilik
mənbələri (qaynar sular, buxar) 2) dağ süxurlarının daxili istiliyi. Geotermal enerji
4 əsas xasusiyyətcə malikdir: 1) onlar tükənməyən sərvətlərə aiddir. 2) bu enerji
mənbələri çox geniş yayılmışlar. 3) geotermal enerji böyük vəsait qoyuluşu tələb
etmir. 4) bu enerji mənbələri ekoloji cəhətdən tam zərərsizdir.
11. Torpaq resursları dünya torpaq fondunun təsərrüfat üçün yararlı hissəsidir.
Ümumi sahəsi 149 mln km
2
və ya 14, 9 mlrd ha – r. Ayrı-ayrı regionlar içərisində
torpaq fondunun böyüklüyünə görə Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi
Amerika fərqlənirlər. nsanlar torpaq fondunun strukturuna təsir etmiş, onu
tədricən dəyişdirmişlər. Bu, əkilən torpaqların genişlənməsi, otlaq və meşə
sahələrinin sıxışdırılması ilə izah olunur. Daha çox beçərilən torpaq sahələrinə
dövlətlərdən: ABŞ, Hindistan, RF, ÇXR, Kanada, Qazaxıstan və s-dir. Təbii
çəmənlik və otlaq sahələri bütün dünya regionlarında becərilən torpaqlardan
üstünlük təşkil edir. Meşə torpaqları – MDB; Xarici Avropa, Şimali Amerikada
böyük sahə tutur.
12. Dünya torpaq fondununh əsas problemi – kənd təsərrüfatına yararlı
torpaqların deqradasiyasıdır. Torpaqların deqradasiyasına – onların eroziyası,
çirklənməsi, şoranalaşma, bataqlıqlaşma və s. aid edilir. Bəşəriyyət artıq buna görə
2 mlrd ha məhsuldar torpaq sahəsini itirmişdir. Səhralaşma – Yer Kürəsində helə
insan cəmiyətinin formalaşdığı dövrdən əvvəl mövcud olmuşdur. Hal – hazırda
dünyanın 1/3 – ni tutan arid qurşaqda 8 mly km
2
sahəni səhralar tutur. (Şimali
Afrika və Asiyanın səhraları.) Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası –
Saxaranın payına düşür. Hazırda da məhsuldar torpaqların səhralara çevrilməsi
prosesi davam edir. Səhralaşmanın davam etməsinin başlıca amillərindən biri
insan fəaliyyətidir.
13. Yer kürəsinin ümumi su ehtiyatı 1386 mln km-dir. Onun yalnız 2,5% - i
həyat üçün zəruri olan şirin su ehtiyatıdır. Onların böyük həcmi Antraktida və
Qrenlandiyanın buzlaqlarında çəmlənmişdir. Hər nəfərə dünyada 230 mln m
3
– su
düşür. Suyun tükənməyən sərvətlərə aid edilməsinə baxmayaraq, o, dünyada qeyri
– bərabər paylanmışdır. Müasir dövrdə sürətlə artan şəhərlərin, sənayenin, kənd
təsərrüfatının su ilə təminatı müəyyən iqtisadi və ekoloji çətinliklərlə rastlaşır Bir
çox böyük şəhərlər üçün “su acılığı” xarakterikdir. Suyun böyük əhəmiyyəti var.
nsan susuz – 3- 4 gündən artıq qala bilməz, tarlaların suvarılmasında, məişətdə,
bütün coğrafi təbəqədə, proseslərdə su iştirak edir.
14. Dünya Okeanının tərkibinə dənizlər, körfəzlər, boğazlar daxildir. Dünya
okeanının orta dərinliyi 3794 m, maksimal dərinliyi 11022 m – dir. (Marian
çökəkliyi) . Dünya okeanı 4 hissəyə ayrılır: 1) Sakit okean. 2) Atlantik okean. 3)
Hind okeanı. 4) Şimal Buzlu okeanı. Dünya okeanının mineral ehtiyatları 2
hissəyə: onun suyunda və dibində olan resurslara ayrılır. Dəniz suyunun əsas
resurslarından biri xörək duzu, maqneziumdur. Bundan başqa, kükürd, brom,
aliminium, mis, uran, gümüş, qızıl da vardır. Self zonasının əsas resursları neft və
qazdır. Bundan başqa, dəmir filizi, nikel, qalay, civə kimi faydalı qazıntıları da
göstərmək olar. Dəniz sahillərində səpələnmiş sərvətlər də Dünya okeanı
ehtiyatlarına aid edilir. (qalay, sirkon, almaz, kəhraba və s.)
15. Bitki resurslarının arasında meşələrin böyük əhəmiyyəti var. Meşələr
bərpa olunan resurslardır. Son 200 il ərzində meşə sahələri 2 dəfə azalmışdır.
Dünyanın meşə sahəsi 2 qurşaqda: şimal və cənub qurşaqlarında yerləşir. Şimal
meşə qurşağının meşə sahələri– RF, Kanada, ABŞ – dir. (iynəyarpaqlı meşələr
üstünlük təşkil edir.) Cənub meşə qurşağının 97% - i enli yarpaqlı meşələrdir.
Cənubda yerləşən tropik meşələr 76 dövlətin ərazisində: Afrikada, Latın
Amerikasında və Asiya dövlətlərindədir. Meşələr oksigeni bərpa edir, yeraltı suları
və torpağın məhsuldarlığını qoruyur. Meşə xammalından müxtəlif məhsullar
(kağız, mebel, tikinti materialları və s.) əldə olunur.
16. qlim resurslarına tükənməyən günəş və külək enerjisi, rütubət daxildir.
Günəş enerjisi müxtəlif kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. O müxtəlif
göstəricilərlə ölçülü (coul, kilokolori və kilovat). Günəş enerjisindən bir çox
ölkələr istifadə edirlər. (ABŞ, Yaponiya, Fransa, taliya, Brazilya və s.) Küləyin
enerji potensialı da müxtəlif cür qiymətləndirilir. Bu potensial 300 mlrd kvt/saat
hesablanmışdır. Külək enerjisindən Çin, Hindistan, Misirdə 2000 il əvvəl istifadə
edilib. Hazırda Fransa, taliya, Danimarka, ABŞ və s. ölkələr külək qurğuları
sahəsində təcrübə yığmışlar. qlim resursları kənd təsərrüfatına xidmət edən,
havanı, rütubəti, işiğı, istini özündə birləşdirən aqroiqlim resurslarını da əhatə edir.
17. stirahət, müalicə, turizm məqsədləri üçün istifadə olunan rekreasiya
resursları istifadə olunma xüsusiyyətlərinə görə tanınırlar. Reakreasiya resursları
estetik və müalicə - sağlamlıq xüsusiyyətlərinə də malikdir. Onları təbii və
antropogen – rekreasiya resurslarına ayırırlar. Təbii – rekreasiya resurslarına –
okean, dəniz, çimərliklər, meşə örtüyü, mineral bulaqlar və s aiddir. Antropogen –
rekreasiya resurslarına - Misir ehramları, Qədim Çin Səddi, Yunanıstan, Romanın
qədim abidələri, Sankt – Peterburqdakı – Ermitaj, Hindistanda Tac – Mahal
məqbərəsi, və s. icəri – şəhər misal ola bilər.
18. Əhali məhsuldar qüvvələrin aparıcısi elementi olmaqla ən qiymətli kapital
hesab edilir. O istehsalla istehlak arasında körpü rolunu oynayır. Əhali dinamikası
onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Dünya
ə
halisinin sayı 7 milyarddan çoxdur. Hazırda dünya əhalisinin yarısının yaşı 25 –
dən az, 1 milyarddan çoxu 15-24 yaşındadır. Hazırda dünya əhalisi ildə 89 mly
nəfər artır. (1,33%). Proqnozlara görə, 2050 – ci ildə dünya əhalisinin sayı 7,3 –
10,7 mlrd nəfərə çatacaqdır. Əmək ehtiyatları dedikdə - əmək prosesində iştirak
edən (işləmək qabiliyyəti olan) insanlar baza düşürlər. (kişilər 17 – 65 yaş, qadınlar
17-60 yaş)
19. Dünya təsərrüfatı bütün ölkələrin təsərrüfatlarının məcmusu olaraq bir-
birilə sıx əlaqədə olan sahələrdən ibarətdir. Dünya təsərrüfatı müxtəlif ictimai –
iqtisadi – siyasi amillərin təsiri altında formalaşmış və çox mürəkkəb quruluşa
malikdir. O ən sadə alətlər istehsalından başlayaraq mürəkkəb elektron
texnikasından robot istehsalına qədər yol keçmişdir. Dünya təsərrüfatının əsas
sahəsi – sənayedir. Dnnya sənayesində 500 mln nəfərdən artıq işçi qüvvəsi çalışır.
(Çin, ABŞ, RF və s.) Sənayedə yanacaq energetika, metallurgiya, maşınqayırma,
kimya, tikinti, xalq istehlakı malları istehsalı dünya təsərrüfatının tanılan sahələri
sayılır.
20. Energetikaya – yanacaq növlərinin, elektrik enerjisi mənbələrinin axtarışı,
mənimsənilməsi, hasilatı, emalı və nəql edilməsi daxildir. Əsas enerji
daşıyıcılarına – neft, qaz, kömür, atom enerjisi aiddir. Yanacaq – energetikanın
ə
sas sahələrindən biri neft sahəsidir. Onun emalından 2500 – dən artıq məhsullar
alınır. Neftin geoloji ehtiyatı 800 mlrd tondan çoxdur. Bunun 70% - i Yaxın və
Orta Şərq ölkələrinin payına düşür. Neft ehtiyatlarının çoxu EOÖ ərazisindədir.
Ə
n çox neft ixrac edən ölkələr Səudiyyə Ərəbistanı, ran, raq, BƏƏ, Küveyt, RF,
ABŞ, Venesuela və s-dir. Yanacağın aparıcı sahələrindən biri də qaz sənayesidir.
RF – da 33%, Yaxın və Orta Şərqdə 30%, Şimali Amerika ölkələrində 5% qaz
ehtiyatı müəyyən edilmişdir. ( ran, Səudiyyə Ərəbistanı, ABŞ, Əlcəzair, və s.).
Kömür yanacaq – energetika kompleksinin ən qədim sahələrindəndir. Ehtiyatı 30
trln t-dan çoxdur. Çində, ABŞ – da, CAR, Böyük Britaniya, Kanada və s.
Ölkələrdə istehsal edilir. Bunların payına ümumi istehsalın 60% - dən çoxu düşür.
21. Metallurgiya ağır və yüngül metallar istehsalını özündə birləşdirir.
Metallurgiya iki sahəyə ayrılır: qara və əlvan metallurgiya. Məhsul istehsalında
ölçüsünə görə qara metallurgiya üstünlük təşkil edir. Qara metallurgiyanın
xammalı olan dəmir filizi ehtiyatı dünyada 800 mlrd ton olmaqla – RF – da,
Brazilya, Avstraliya, Kanada, Hindistan və s. ölkələrdə aşkarlanmışdır. Dəmir filizi
hasilatında – Çin, Brazilya, Avstraliya, RF, Ukrayna, ABŞ və s. dövlətlər seçilirlər.
Regionlar arasında – polad istehsalında - Xarici Avropa, AFR, taliya, Böyük
Britaniya və s. tanınırlar.
22. Əlvan metallurgiya çuqun və polad əridilməsi kimi dünya sənayesinin
qədim sahələrindən hesab edilir. Dünyada 70 – dən artıq əlvan metal növü istehsal
olunur. Hal – hazırda dünyanın 50- dən artıq ölkəsində alüminium istehsal olunur.
Müasir dünyada ABŞ, RF, Çin, Kanada, Avstraliya, CAR ən çox alüminium
istehsal edir. Mis konsentratı istehsalında Çili, ABŞ, Kanada, Çin, Peru tanınırlar.
Dünyanın 100 dən çox ölkəsində qızıl hasil olunur. (CAR, ABŞ, Avstraliya,
Kanada və s.)
23. Maşınqayırma dünya emal sənayesinin aparıcı sahələrindəndir.
Maşınqayırmanın metal emalı da daxil olmaqla 200-dən çox istehsal sahəsi var. O,
ümumi maşınqayırma, nəqliyyat maşınqayırması, elektron, elektrotexnika,
cihazqayırma, kənd təsərrüfatı maşınqayırması, hərbi – texniki və s. sahələrə
ayrılır. Müasir maşınqayırmanın ən yeni sahəsi aviaraket – kosmik sənayesi sayılır.
Raket və kosmik aparatlar istehsalı ABŞ, Rusiya, Fransa, Böyük Britaniya üçün
səciyyəvidir.
Robot
texnikasında
Yaponiya
dünyada
liderlik
edir.
Dəzgahqayırmada Qərbi Avropa ölkələri, Şimali Amerika, Yaponiya, Çin;
gəmiqayırmada
–
Koreya,
Yaponiya,
Çin,
Almaniya,
avtomobil
maşınqayırmasında ABŞ, Yaponiya, AFR, Fransa, Koreya Respublikası və s. təşkil
edirlər. Dünyada “Ceneral - Motors” (ABŞ) Yaponiyanın “Toyota”, “Nissan”,
“Xonda”, Almaniyanın “Folksvagen”, taliyanın “F AT”, Fransanın “Reno” və s.
avtomobil koorporasiyaları fəaliyyət göstərirlər.
24. Kimya dünya sənayesinin ən cavan sahələrindəndir. Kimyanı başqa
təsərrüfat sahələri ilə kombinələşdirdikdə koks – kimya, neft – kimya, meşə -
kimya və s. kimi istehsal sahələri yaranır. Kimya müxtəlif mineral sərvətlərdən,
oduncaqdan, sudan, havadan, istehsal tullantılardan geniş istifadə edir. Kimya
sənayesi mədən, əsas sintez, polimerlər və s. kimyasından, habelə parfumeriya,
kosmetika məhsulları verən zərif kimyadan ibarətdir. Mineral kübrə üzrə
ixtisaslaşmış regionlardan: 40% - Xarici Asiya, 25% - Şimali Amerika, 15% -
MDB, 12% - Qərbi Avropa – dır.Kimya sənayesi üzrə ixtisaslaşmış ölkələrdən:
Çin, ABŞ, Kanada, Hindistan,RF,AFR, Belarusiya, Fransa və s – dir.
25. Dünya təsərrüfatının aparıcı sahələrindən biri də tikinti materialları
sahəsidir. Dünyanın ayrı – ayrı regionlrında sement, kərpic, qips, şüşə və s verə
bilən müəssisələr yaradılmışdır.. Bu məhsullar əsasında iri evtikmə kombinatları,
dəmir-beton, şifer, divar blokları və s. istehsal olunmaqdadır. Tikinti materialları
sahəsində sement istehsalı aparıcı sayılır. Hazırda RF – da 50 mlyn ton,
Azərbaycanda 1,3 myn ton çox sement istehsal olunur. Dünya ölkələrindən Çin,
ABŞ, Fransa, Yaponiya, Kanada və s. fərqlənirlər. Digər istehsal sahələrindən biri
də tikinti şüşələri müəssisələridir. (RF, Ukrayna, Mərkəzi Asiyada, Azərbaycan və
s.)
II kollokvium
1.
Dünya təsərrüfatının ən qədim sahələrindən biri hesab edilən yüngül
sənaye insanların gündəlik tələbatının ödənilməsinə istiqamətlənən məhsul
növləri verir. Yüngül sənaye modanın, zövqün, bazarın tələbatının gedişini
nəzərə alan ən dinamik sahə kimi özünü göstərir. Yüngül sənayenin tərkibi çox
mürəkkəbdir. Buraya ipəyirmə, toxuculuq, göndəri, xəz, toxuma, trikotaj
xalça,ayaqqabı, qalantereya, zərgərlik məmulatları, farfor, toxuma, texniki
parça, baş geyimləri, balıqçılıqda istifadə olunan torlar- şəbəkələr istehsal
sahələri daxildir. Yüngül sənaye ona bitki xammalı-pambıq, kətan, çətənə, eləcə
də heyvandarlıq xammaları sayılan gön-dəri, xəz – dəri, yun, barama verən
kənd təsərrüfatı ilə sıx surətdə bağlıdır. Kənd təsərrüfatından başqa yüngül
sənaye üçün xammal bazası sayılan digər sahə- kimyadır. Üzvi kimya sintetik
və üzvi materialları- süni ipək, süni dəri, kimyəvi lif, və s – ni də yüngül
sənayeye istiqamətləndirir. Toxuculuq sənayesi həm struktur, həm də ərazi
cəhətdən köklü surətdə dəyişikliyə məruz qalmışdır. Natural-ipək, yun, pambıq
parcalara qarşı kimyəvi liflərdən hazırlanan parçalar rəqabət rolunda çıxış
etməyə başlamışdır. Hal – hazırda qiyməti çox yüksək olan natural parçalar az
miqdarda buraxılır. Yüngül sənayedə toxuculuq, tikiş, ayaqqabı sahələri
liderlik edərək ümumi məhsulun 1/3 – ni verirlər. Yüngül sənaye məhsullarının
– 45%-i OÖ – lər hesabına əldə olunur. Kətan parça toxunmasının fabrikləri
Rusiya, Fransada, Belçikada, Niderlandda, Böyük Britaniyada cəmlənmişdir.
Təbii ipək parça toxunması yenidən sürətlənsə də onun müəssisələrə hələ
qədimdən Çində, Yaponiyada, Hindistanda mövcud olmuşdur. Toxuculuq
sənayesinin xüsusi növündə xalçaçılıq durur. Bu sahədə EÖ – dən ABŞ, Böyük
Britaniya, Belçika tanınsalar da, Hindistan həm istehsalçı, həm də ixracatçı
rolunda çıxış edir.
2.
Qədim təsərrüfat sahələrindən sayılan yeyinti sənayesi çoxsahəliliyi
ilə tanınır. O, əhalini başlıca ərzaq məhsulları ilə təmin edir. stər EÖ – də,
istərsə də OÖ – də yeyinti məhsulları istehsalı gündən – günə artır. Yeyinti
sənayesinin unüyütmə, şəkər, ət, ət məhsulları, süd, süd məhsulları, qənnadi,
konserv, yağ, vitamin, və s. istehsal edən 30 – dan artıq sahəsi vardır. Yeyinti
sənayesi məhsulları kənd təsərrüfatı ilə daha çox əlaqəlidir. Yeyinti sənayesinin
tərkibində ət istehsalı sahəsi çox böyük əhəmiyyəti kəsb edir. Adambaşına ət
istehsalı 40 – kq-a yaxındır. Adambaşına düşən ət istehsalının kəmiyyət
göstəricisi ayrı-ayrı ölkələrdə müxtəlifdir. Qərbi Avropa – 47% əti ixrac edərək
burada Niderland, Fransa, Danimarka dövlətləri fərqlənirlər. Bu sahədə ABŞ –
in xüsusi çəkisi 20% olmaqla dünyada 2 – ci, Okeaniya isə dünyada 3 – cü
yerdədir. AFR, Yaponiya və taliya ət idxal edən ölkələrdir. Sakit okeana çıxışı
olan ölkələr 70%, Asiya və Cənubi Amerika dəniz məhsullarının ¾-nü tədarük
edirlər. Balıq və müxtəlif dəniz məhsulları verən dünyanın qabaqcıl 10
ölkəsindən 9 – u Sakit okean hövzəsində yerləşir. Bu sahədə Çin dünyada 1 –
ci yeri tutmaqla ildə 26 min ton məhsul verə bilir. Dünyada 1000-dən artıq növ
pendir tədarükündə Qərbi Avropa ölkələri həmişə qabaqcıl yer tutmuşlar.
Fransada 600 növdən az olmayan pendir buraxılır. Son illər dünyada – 30
milyard litrdən artıq üzüm şərabı istehsalına yarıdan çoxunu taliya, Fransa və
spaniya verməkdədi.
3.
ASK – nın strukturu 3 aparıcı: sferadan, istehsal və infrastruktur
sahələrdən ibarətdir. Bunlardan 1 – cisi ASK – nın istehsal vasitələri istehsalı
sahəsini (traktor, digər müxtəlif maşınlar, kimya və s.), 2 – cisi kənd təsərrüfatı
və meşə təsərrüfatını, 3-cüsü kənd təsərrüfatı məhsullarının toplanmasını,
saxlanmasını, emalını və onların reallaşdırılmasını əks etdirir. Kənd
təsərrüfatının inkişafı ekstensiv və intensiv yollarla təmin edir. Ekstensiv üsul
ə
kin sahələrinin genişləndirilməsi, əvvələr istifadə olunmamış torpaq
sahələrinin istifadəyə verilməsi, heyvanların sayının çoxaldılması nəticəsində
ha hesabı məhsul istehsalını artırmaq intensiv inkişaf yolu adlanır. Kənd
təsərrüfatının intensivliyinə suvarma, kimyalaşdırma, elektrikləşdirmə,
mexanikləşdirmədən başqa, əsas istehsal proseslərinin avtomatlaşdırılması
nəticəsində nail olmaq mümkündür.
4.
ET -in nailiyyətlərindən istifadə edərək kənd təsərrüfatına ha hesabı
ilə daha çox məhsul verə bilən bitki sortlarının daxil edilməsi, irriqasiya
işlərinin yüksək səviyyədə aparılması, kənd təsərrüfatı sahələrinin
sənayeləşdirilməsi – maşınlaşdırılması, bitkilərin qorunmasına lazım olan
vasitələrdən istifadə mexanikləşdirmə, elektrikləşdirmə, eləcə də kimyalaşdırma
– yüksək məhsuldarlı kənd təsərrüfatının inkişafı üçün başlıca şərtlərdən sayılır.
Bunları yalnız güclü sənayenin mövcudluğu şəraitində həyata keçirmək
mümkündür. Bu sahədə EÖ seçilirlər. Taxılçılıq təsərrüfatının inkişaf
etdirilməsi üçün – 650 mln ha əkin sahəsi (45%) ayrılmışdır. Dünya regionları,
taxılçılığın kəmiyyət – keyfiyyət göstəricilərində bir – birindən fərqlənirlər.
Rusiyada, Böyük Britaniyada, Fransada, ABŞ – da ümumi əkin sahəsinin 50-
60% - i, Polşada, Macarıstanda, - 60-65%, Almaniyada – 70%- dən artığı,
Yaponiyada -90% - dən artığı taxılçılıq üçün ayrılmışdır. Taxılçılıq sahəsində
buğda, çəltik və qarğadalı daha çox əkin sahəsinə malikdir. Hər il dünyada 2,6
mlrd tondan artıq taxıl tədarük olunur ki, burada da – Çin, ABŞ, Hindistan,
Rusiya, Fransa, ndoneziya taxıl tədarük edirlər və s. ölkələr. Taxıl tədarükündə
Cənubun xüsusi çəkisi – 55% - dən artıqdır.
5.
Buğda əkinləri üçün ayrılmış 230 mln ha – dan XX əsrin sonu XXI
ə
srin başlanğıcında 600 mln t məhsul toplanılmışdır. Dünyanın 70 – dən artıq
ölkəsində buğdanın – 20- dən çox növü becərilsə də, üstünlük onun bərk və
yumşaq növlərinin əkilməsinə verilir. Bərk növlərdən makaron, vermeşil və s.
ə
ldə edilməsində geniş istifadə olunur. Məhsul tədarükündə Çin liderlik edərək
ildə - 121 mln t kəmiyyət göstəricisinə malikdir. Sonrakı yerləri – Hindistan,
ABŞ, RF, tuturlar. Qarğadalı Amerika bitkisi olub – 140 mln ha əkin sahəsinə
malik olan tropik zonanın bitkisi sayılır. Onun 7 növü vardır. O, əsasən Şimali
Amerikada, Asiyada becərilir. Son vaxtlar Şin, Brazilya, Meksika, Fransa,
Argentina qarğadalı əkinləri ilə tanınmaqdadırlar. Eyni zamanda, Yaponiya,
Koreya Respublikası, Çin, RF, ən çox qarğıdalı məhsulu idxal edən ölkələrdir.
ABŞ
–
da
qarğadalı
ə
kilməsi,
becərilməsi,
yığılması
100%
mexanikləşdirilmişdir.
6.
Əkinçilik sahəsinin biri də texniki emala malik olmaqla ondan yeyinti,
yüngül sənayede və heyvandarlığın inkişaf etdirilməsində xammal kimi istifadə
olunan texniki bitkilər hesab edilir. Onlardan, hərbi sənayedə də istifadə etmək
olur. Bunlardan – şəkər qamışını və şəkər çuğundurunu, günəbaxanı, pambığı,
kartofu, lifli kətanı, tütünü və s. göstərə bilərik. Texniki bitkilər təbii şəraitə çox
həssas, daha çox əmək və kapital tutumlu, ixracat üçün yararlı xüsusiyyətləri ilə
tanınırlar. Bunlar tərkib və keyfiyyətlərinə görə (yağlı, şəkərli, kökü meyvəli,
həyat tonusunu yüksəldən, narkotik, meyvə) də qruplaşırlar. Ərzaq, yüngül,
hərbi sənaye üçün məhsullar alınmasında, eləcə də heyvandarlığın yemi olan
jımıx alınmasında pambıqçılığın xüsusi əhəmiyyəti vardır. Pambıq subtropik və
tropik qurşaqlarda becərilir. Hər il tədarük olunmuş pambığın 1/3 – i dünya
bazarına çıxarılır. Bu sahədə ABŞ, Özbəkistan, Türkmənistan, Yunanstan,
Suriya, Misir, Qərbi Afrika ölkələri demək olar ki, “ixtisaslaşmışlar”.
7.
Heyvandarlıq dünya kənd təsərrüfatının ikinci aparıcı və ən qədim
sahəsi sayılır. Onun strukturu mürəkkəb olmaqla iribuynuzlulardan,
xırdabuynuzlulardan, donuzculuqdan, quşculuqdan, maralçılıqdan, atçılıqdan
vəhşi heyvanlar saxlanılmasından, arıçılıqdan, ipəkcilik və balıqçılıqdan
ibarətdir. O, illik kənd təsərrüfatı məhsulları istehsalının 1/5 – ni verir.
ribiynuzlular demək olar ki, dünya regionları üzrə bərabər yerləşdirilmişlər.
Lakin məhsuldarlığı regionlar üzrə qeyri – bərabərdir. Avropada, Şimali
Amerikada iribuynuzlu mal – qaranı südçülük- ətçilik və südlük istiqamətlisi
saxlanılır. Ətlik istiqamətli növlər isə mülayim və suptropik qurşağın daha çox
quraq gecən rayonlarında bəslənilir. (ABŞ, Kanada, RF, AFR, Avstraliya.)
Xırdabuynuzlular Çində, Avstraliyada, Hindistanda,
randa, Türkiyədə
saxlanılır. EÖ – də ətlik – yunluq və ətlik istiqamətli, OÖ- də isə çoxməqsədli
və yun alınması istiqamətində olan növlər bəslənilir.
8.
stehsalla – istehlak arasında əlaqə yaradan, hər bir yaşayış məntəqəsi
arasında – kənd, rayon, şəhər, dövlət arasında körpü rolunu oynayan, təsərrüfat
sahələrinin işini, əlaqələndirən, sərnişin və hər cür yüklərin daşınması
ə
məliyyatını həyata kecirən, daxili və xarici bazarın varlığını təmin edən,
nəqliyyat maddi istehsalın sənaye və kənd təsərrüfatından sonrakı 3- cü aparıcı
sahəsi hesab edilir. Nəqliyyat coğrafi əmək bölgüsünün əsasını təşkil edir.
nkişafı, insan həyatını nəqliyyatsız düşünmək absurtdur. Nəqliyyat dəmiryolu
avtomobil yolu və boru kəmərləri yollarını birləşdirən – quru yolu, dəniz və cay
yollarını əhatə edən – su yolu, elektrik verlişi xəttlərini əks etdirən- elektron,
eləcə də hava növlərinə ayrılır. Nəqliyyatın işi haqqında onun yük və sərnişin
dövriyyəsinə görə mühakimə yürütmək olar ki, bu da ton – kmlərlə hesablanır.
Yük dövriyəsi – müəyyən zaman kəsiyində təyin edilmiş məsafəyə daşınan
yüklərin miqdarına deyilir.
9.
XXI əsrin başlanğıncında dəmir yol nəqliyyatını yük daşımada xüsisi
çəkisi – 14%, avtomobil nəqliyyatında 10%, boru kəməri nəqliyyatında 12%,
dəniz nəqliyyatında 61%, daxili su nəqliyyatında 3% təşkil etmişdir. Sərnişin
daşımasında isə dəmir yolu nəqliyyatı – 10%, avtomobil nəqliyyatı- 80%, su
nəqliyyatı-1%, hava nəqliyyatı- 9% çəki ilə seçilirlər. Nəqliyyat növlərinin illk
daşıdığı sərnişinlərin sayı 1,0 trln. nəfəri keçmişdir. Yük və sərnişin daşımaları
daxili və kontinentlər arası sahələrə bolünürlər. EÖ –də yükdaşıma ən çox
texniki təminat və əlaqələr səviyyəsini yüksəkliyi ilə seçilir. Eləcə də şəbəkə
sıxlıqı, hərəkət etmə qabiliyyəti (sərnişin və nəqliyyatın) burada yüksəkdir.
10.
Dünya nəqliyyatı ayrı-ayrı regionlar üzrə də fərqlənir. Bu
sahədə Şimali Amerikada inkişaf öz yüksəkliyi ilə seçilir. Dünya nəqliyyatının
ümumi uzunluğunun 1/3 – i bunların ərazisindədir. Avtomobil yollarının və qaz
kəmərlərinin uzunluqları isə daha çoxdur. Burada daxili yük daşımada
avtomobil nəqliyyatı, dəmiryolu nəqliyyatı boru kəmər nəqliyyatı xüsusi çəki
ilə fərqlənir. ABŞ – da və Kanadada nəqliyyat yollarının sıxlıq şıbıkısinin azlığı
ilə nəticələnir. Xarici Avropa bir çox göstəricilərə - sıxlıq şəbəkəsinə, hərəkətin
çoxluğuna görə Şimali Amerikadan irəlidədir. Daxili yükdaşımada avtomobil
nəqliyyat dəmiryolu nəqliyyatı, su nəqliyyatı boru kəməri fərqlənir. Xarici
Asiya regionunda fərqli cəhətlərdən biri odur ki, Burada Yaponiya, Çin,
Hundistan və Pakistan, Cənub-Qərbi Asiya daxili nəqliyyat sistemləri bir –
birindən fərqlənirlər.
11.
Dəmiryolu nəqliyyatı sənayedə baş vermiş inqilab dövründə
yaranaraq bütün XIX əsr boyu və eləcə də XX əsrin 1-ci yarısında çox sürətlə
inkişaf etməyə başlamışdır. Dünyanınn 140-dan çox ölkəsində dəmiryolu
nəqliyyatı vardırsa, 60-dan artıq ölkədə, o cümlədən Yəmən, Oman, Niger,
slandiya, MAR və s. ölkələrdə dəmiryolu nəqliyyatı yoxdur. Dəmiryolu
nəqliyyatı böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir, ona görə ki, o, çox yük
daşıyır, istənilən istiqamətə hərəkət edə bilir və ən əsası o, ilboyu təbii şəraitdən
asılı olmayaraq fasiləsiz işləyir. Dəmiryolların ümumi uzunluğu 1,3 mln km-
dən artıqdır. Belə maksimal sıxlıq Çexiya və Belçikada da müşhadiə olunur.
Son vaxtlar dəmiryollarının elektrikləşdirilməsinə xüsusi fikir verilir. Belə ki,
sveçrə və Gürcüstanda dəmiryolları tam elektrikləşdirilmişdir. ABŞ – da bu
1,0% - dən artıq deyildir, 90
%
teplovozlar fəaliyyətdədir. Birinci onluğa daxil
olan ABŞ, Çin, Rusiya,Hindistan,Ukrayna,VAR dəmiryollarının ümumi yük
dövriyyəsinin 9/10-na malikdirlər. Ən uzun magistral dəmiryolu xətti RF – də
çəkilmişdir.
12.
Avtomobil nəqliyyatı “qapıdan qapıya” adlandırılaraq qısa
məsafələrə, dağlıq ərazilərdə yükdaşımada geniş istifadə olunmaqla iqtisadi
cəhətdən sərfəlidir. Dünyada ən uzun avtomobil yolu yan qolları ilə birlikdə -
45,7 min km olan Panamerikan avtomobil yolu sayılır.Dünyanın aparıcı 20
ölkəsində avtomobil yollarının ümumi uzunluğunun – 85% - i cəmləşmişdir.
Təkcə ABŞ dünya avtomobil yolları şəbəkəsinin – 26% - nə malikdir.
Avtomobil yollarının şəbəkə sıxlığında isə Belçika, Yaponiya, Niderland,
Almaniya, sveçrə olmaqla seçilirlər. Ən az şəbəkə sıxlığı Tropik Afrikanın
ölkələrindədir. Dünya avtomobil parkalarında – 600 mln avtomobil saxlanılır.
Hər 1000 nəfərə düşən avtomobilin sayına görə Bruney (575 ədəd), taliya
(560), ABŞ (520),AFR (500)qabaqdadırlar. Təkcə ABŞ – in avtomobil
parkalrında 215 mln avtomobil vardır.
13.
Boru kəməri nəqliyyatı quru yolu nəqliyyatı sisteminə aid edilir.
Onları fərqləndirən cəhət isə daşınan yüklərin məzmunu ilə müəyyən edilir.
Boru kəməri nəqliyyatı maye və qaz halında olan yüklərin daşınmasında iştirak
etməklə, neft, neft emalı məhsulları və qaz nəql edən kəmərləri göstərilən
məhsulları istənilən məsafəyə nəql edirlər. Dünyada 1- ci neft boru xətti cəmi –
6 km uzunluğunda olmaqla 1865-ci ildə ABŞ – da çəkilmişdir. Birinci Dünya
Müharibəsindən sonra dünyada neft kəmərlərinin, II Dünya müharibəsindən
sonra isə böyük sürətlə qaz kəmərlərinin çəkilişi işləri həyata keçirilmişdir.
Dünyada boru kəmərlərinin boru uzunluğu 2,0 mln km-dən artıqdır. Magistral
xətlər başlıca olaraq Cənubi-Qərbi Asiyada, Cənubi – Şərqi Asiyada, Afrikanın
simasında, Latın Amerikasında, eləcə də MDB məkanında mövcuddur. Ölkələr
üzrə magistral boru kəmərləri MDB, ABŞ, Kanada, Səudiyyə Ərəbistanı üçün
xarakterdir. Neft boru kəmərlərinin sıxlığı Niderlandda, Belçikada,
Almaniyada, taliyada, Böyük Britaniyada, qaz kəmərlərinin sıxlığı isə
Niderlandda, Almaniyada (275 km) daha çoxdur.
14.
Hava nəqliyyatı bahalı nəqliyyat növü olub tez xarab olan və
çatdırılması tez gərək olan yüklərin, son vaxtlar isə sərnişin daşınmasında geniş
istifadə olunur. Dünyada 15 mindən artıq hava limanı, o cümlədən 1100
beynəlxalq hava limanı fəaliyyət göstərir. 27 nəhang hava limanından 16 – sı
ABŞ – da, ikisi Böyük Britaniyada fəaliyyətdədir. Birinci onliğa – London,
Frankfurd, Paris, Amesterdam, Sinqapur, Tokio, Nyu-York,Banqkok hava
limanı daxildir. Nəhəng təyyarə parkları ABŞ-da, Kanadada, Fransada,
Avstraliya və Almaniyadadır. Su nəqliyyatı ən ucuz nəqliyyat sayılır. O ölkələr
arasında daşımaların 75% - ə qədərini təmin edir. Okeanlarda və dənizlərdə 25
min gəmi vardır. Sinqapur, Şanxay,Nyu-York, Filadelfiya, Marsel, London və
sair kimi nəhəng limanlar formalaşmışdır. Su nəqliyyatı təbii yollardan istifadə
edir. O, az yanacaq sərf edir, su nəqliyyatında hərəkət sürəti azdır, daşımalar
mövsümü xarakterlidir. Xarici ticarətdə dəniz nəqliyyatının rolu hədsizdir.
Atlantik okeanı yükdaşımada liderlik edir. Çay nəqliyyatı daxili yükdaşımada
ə
həmiyyətlidir. Dünyada ABŞ ən böyük çay və göl flotuna malikdir.
15.
Avropanın sahəsi – 10,5 mln kv km- dir. Əhalisi isə - 687 mln
nəfərdən çoxdur. Əhalinin ən çox sıxlığı Monokoda, əhalinin ən az sıxlığı
spaniyadadır. Ən çox ömür sürmə Andorrada qeyd olunmuşdur. Ən az ömür
sürmə Moldova Respublikasındadır. Əhalinin orta savadlılıq göstəricisi 98%
təşkil edir. Avropada sahəsinə görə ən böyük dövlət Ukraynadır. Əhalisinin
sayına görə isə AFR 1 – ci yerdədir. stər əhalisinə, istərsə də sahəsinə görə
kişik dövlət Vatikan sayılır. Ən çox əhalisi olan şəhər Rusiyada
yerləşir(Moskva). Avropada Rusiya da daxil olmaqla 44 ölkə, 1 mülk-Gibraltar
yerləşir. 17 ölkə - Avstriya, Albaniya, Macarıstan, Almaniya, Yunanıstan,
Danimarka və s.dövlətlərin əhalisinin milli tərkibinin 90% - dən çoxu eyni
millətdəndir. Rusiya, Böyük Britaniya, spaniya, sveçrə, və digər dövlətlər
çoxmillətli hesab olunurlar. Ən çox yayılan dillər ingilis, alman, fransız, rus və
s-dir.
16.
Almaniya Fedarativ Respublikasının sahəsi-357,0min kv.km
ə
halisi-83,25 mln nəfərdən çoxdur. Paytaxtı – Berlin. qtisadi inkişaf
səviyyəsinə görə o, dünyanın ABŞ, Çin və Yaponiyadan sonra 4 – cüsüdür.
Ə
halisinin sayının iqtisadi, elmi – texniki potensialının böyüklüyünə, qərb
sənaye kompleksinin inkişaf səviyyəsinə görə Avropada ona tay olan ölkə
yoxdur. AFR dünyada elmi-tədqiqat və təcrübə - kostruktur işlərinə xərclənən
ayırmaların miqdarına görə də, qabaqcıl yer tutur. AFR, NATO – nun, BMT –
nin eləcə də Avropa Şurasının üzvüdür. Avropa mərkəzində yerləşməsini onun
9 ölkə ilə : Niderland, Belçika, Çexiya, Lüksemburq, Fransa, sveçrə, Avstriya,
Polşa, və Danimarka ilə sərhədləşməsindən aydın görmək olur. Dünya
Okeanına birbaşa çıxışının olması ölkənin iqtisadi inkişafının zəminlərindən
hesab edilir. Ərazinin mülayim iqlimi insanların yaşayışına, xüsusilədə kənd
təsərrüfatına imkan verir. Kömür ehtiyatına görə AFR Qərbi Avropada 1-ci yer
tutur. Ölkədə 80 – ci illərdən dəmir – filizi və uran istehsalı dayandırmışdır.
AFR kalium duzu və kalium gübrəsi əldə edilməsində dünyada qabaqcıl
yerlərdən biri tutur.
17.
AFR – də emal sənayesinin xüsusi çəkisi yüksəkdir. Son illər
ə
n çox avtomobil, aerokosmik, neft emalı, atom energetikası, elektronika
sahələri vüsət alır. Son illər neft emalı – 35 dəfə, avtomobil sahəsi 12 dəfə,
kimya – 7 dəfə atmışdır. Müasir Almaniya dəzgah, müxtəlif istehsal vəzifələri,
avtomobil, üzvi kimya məhsulları ixracatına görə dünyada ən qabaqcıl
yerlərdən birini tutur. Ölkənin bütün iri sənaye kompaniyaları transmilli
korporosiyalar kimi fəaliyyət göstərir. Bunlardan aviakosmik, hərbi sənaye,
avtomobil sahəsi üzrə “Daymler-Kraysler”, “Folksvaqonverke”, elektrotexnika
sahəsi üzrə “Siems” avtomobil üzrə ixtisaslaşan “BMV”, “Opel”,
konsernlərinin adlarını çəkə bilərik. Ölkədə məşhur olan 4 böyük metallurgiya
konserni metal əridilməsinin 90% - ni, avtomobil konsernləri 60% sərnişin
avtomobillərini, neft emalı konserni isə 70% benzin hasiletmə qüvvəsinə
malikdir.
18.
Almaniya ABŞ – dan sonra ən çox kənd təsərrüfatı məhsulları
idxal edən ölkə hesab olunur. Bununla yanaşı, onun ixracatdada rolu az
deyildir. Avropa ittifaqında da ən çox süd və ət məhsulları istehsal edən ölkə
kimi də tanınır. Taxıl tədarükündə isə Fransadan geri qalır. Kənd təsərrüfatında
illik ümumi məhsul istehsalının 60%-dən artığını heyvandarlıq sahəsi
verməkdədir. Heyvandarlıqda da iribuynuzlular və donuzçuluğuin payı daha
çoxdur. Əkin sahələri ümumi ərazinin 35%-dən çoxunu əhatə etmir. Bunun da
çoxu yem bitkilərinin becərilməsinə aid edilir. Əhali yerli mənbələr hesabına
taxılla, südlə, yağla, kartofla yaxşı təmin olunmuşdur. Əkin sahəsinin 70% - i
taxılçılıqda istifadə olunur. Başlıca ərzaq bitkisi buğda becərilməsindən
ibarətdir. Arpa,çovdar,vələmir, qarğadalı, üzüm, bağçılıq,tərəvəzçilik inkişaf
etdirilir. Heyvandarlıqda iribuynuzlular donuzçuluq, quşçuluq inkişaf edən
sahələrdəndir.
19.
Böyük Britaniyanın sahəsi – 244,7 min kv km, Əhalisi – 60,6
mln nəfər Paytaxtı-London şəhəridir. Böyük Britaniya, iqtisadi inkişaf
səviyyəsinə görə ABŞ, Çin,Yaponiya, AFR, Hindistan, Fransadan sonra 7 – ci
yeri tutur. Son illərə qədər 14 müstəmləkə və asılı sahələrə nəzarət etməkdə
davam edir. Elmi – tədqiqat işlərinə və təcrübə-konstruktur araşdırmalarının
ayırmalara görə dünyada özünəməxsus yer tutur. Son illərdə Nobel mükafatı
alanların sayına görə (70) o ancaq ABŞ – dan (179) geri qalır. Xidmət sferasına
görə bir çox Avropa ölkələrini keçərək ABŞ – a yaxınlaşmaqdadır. Ölkə neft –
qaz hasilatında tələbatı ödəyəcək miqdarda məhsul istehsal edərək, hətta neftr
məhsulundan ixrac da etməyə başlamışdır. kinci Dünya Müharibəsi qabaqa
dünyaya ilk yeni şəhərsalma təcrübəsini təqdim etmişdir. Ölkə rəsmi olaraq
ə
razisinin 90% - dən artığını təşkil edən ən böyük adanın adı ilə “ ngiltərə”
adlanır. Onun tərkibində ngiltərə, Şotlandiya, Uels, Şimali rlandiya tarixi
coğrafi ərazilərlə, habelə 5,5 mindən artıq ada aiddir. Ölkədə dəmir filizi və
kömür yataqlarının bir – birinə yaxın yerləşməsi metallurgiyanın güclü
inkişafına imkan vermişdir. Böyük Britaniya kömür yataqları, neft ehtiyatı, qaz
ehtiyatı, dəmir fiziliz, qurğuşun, qalay, mis ehtiyatı daş, duz, kalium duzu,
volfram ehtiyatlara malikdir.
20.
Ölkədə maddi və qeyri – maddi istehsal sahələri inkişaf
etmişdir. Yanacaq energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül
yeyinti sahələri ilə yanaşı kənd təsərrüfatı, nəqliyyat xidmət sahələri sferası
aparıcı rol oynamışlar. qtisadi inkişafının xarakter xüsusiyyətlərindən biri
orada xırda və orta müəssisələrinin daha çox üstünlük təşkil etməsidir. Emal
sahəsinin strukturunda ən çox inkişaf edən növlər kimyadan, neft emalından,
elektron sahəsindən, optik ləvazimatlardan, rezin – texniki məhsullardan və
plastik gütlələrdən ibarətdir. Ölkənin iqtisadi inkişafında yanacaq – energetika
xüsusi yer tutur. Balansda – 30% kömür, - 62% neft və qaz, - 8% hidro və atom
enerjisi vardır. Yerli dəmir filizi ehtiyyatları tükəndiyindən – 80% xammalı
Kanadadan, Brazilyadan, sveçdən almağa məcbur olur. Britaniya sənayesinin
aparıcı sahələrindən biri də maşınqayırmadır. stehsal səviyyəsində ABŞ – dan,
Yaponiyadan, Almaniyadan və Fransadan geri qalır. Maşınqayırmanın yüksək
ixtisaslı kadrlarla təmin olunmuş standart olmayan, bahalı və yüksək keyfiyyətli
növlərinin buraxılışı üzrə ixtisaslaşmışdır. nkişaf edən təsərrüfatlardan biri də
kimya sənayesidir. Onun xammalını neft emalı sahəsinin məhsulları təşkil
etməkdədir. Göstərilən sənaye sahəsinin verdiyi məhsulun illik miqdarına görə
ölkə Avropada, Almaniya və Fransadan sonrakı 3- cü yeri tutur. Yüngül
sənayenin toxuculuq, toxuma, trikataj, ayaqqabı istehsalı fabrikləri inkişaf
tapmışdır. Böyük Britaniya özünü müxtəlif çeşidli yeyinti, tikinti, meşə, sənaye
sahələri ilə yanaşı xidmət sahəsi sferası ilə də Avropada tanınmaqdadır. Kənd
təsərrüfatı yüksək səviyyədə mexanikləşdirilməsilə tanınır. Heyvandarlığın payı
80% - dən artıqdır. Südlük, ətlik – südlük istiqamətində ixtisaslaşma aparılır.
Donuzculuq, quşculuq sahələri inkişaf tapmışlar. Bitkicilikdə taxılcılıq aparicı
sahədir. Arpa, vələmir, qarğadalı, şəkər çuğunduru da beçərilir.
21.
Asiyanın Əhalisi 3761 min nəfər təşkil edir. Ən çox əhali
sıxlıq Sinqapurdadır. Ən az əhali sıxlıq Monqolstanda, ən çox artım Yəməndə,
ə
n az artım isə Gürcüstandadır. Ən az ömür sürmə Əfqanıstanda müşahidə
edilir. Asiyada savadlılığın orta göstərici 71%-dir. Regionda Çin ən böyük
ə
raziyə və əhaliyə malikdir. Ən az əraziyə və əhaliyə malik olan dövlət isə
Maldiv respublikasıdır. Əhalisi çox olan şəhərlər Çin və Yaponiyadadır.
Şə
hərlər üzrə hər kv.km-də maksimal sıxlıq Pekində müşahidə edilir.
Adambaşına düşən Ümumi Daxili Məhsulun ən çox göstəricisi Yaponiyada –
33,2 min dollar, ən az göstəricisi isə Şərqi Timorda – 600 dollar təşkil edir.
22.
Asiyada 48 dövlət, 2 xüsusi statusa malik olan ərazi vardır. Bu,
Sakit okeanda Britaniya ərazisindən və Fələstindən ibarətdir. darə olunma
formasına görə 34 Respublika, 14 Manorxiya dövləti mövcuddur. Asiya
ə
halisinin irqi, milli və dil tərkibi çox mürəkkəbdir. Burada bəşəriyyətin 4
aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstraloid və neqroid
irqləridir. Deyilənlərlə yanaşı regionda 1000 dən artıq xalq yaşayır ki, onlar da
200 dən artıq dil və dialektə malikdir. Hindistan, ndoneziya, Flippin, ran,
Ə
fqanıstan çox millətli dövlət sayılır. Banqladeş, Yəmən, Çin, Koreya,
Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. Dövlətlərdə aparıcı dillər
dövlətlərin adına müfaviq gəlir. slam, ndiuzm, Buddizm dinləri aparıcı sayılır.
23.
Çin Xalq Respublikasının. Paytaxtı-Pekin, Sahəsi-9560 min
kv.km Əhalisi–1315 min nəfər. Sahəsinin böyüklüyünə görə dünyanın 3-cüsü
olan Çin Mərkəzi Asiyada yerləşib.Okeanda yerləşən 5000- dən artıq adalar
Çinə aiddir. Çin dünyanın 15 qədər dövləti və ərazisi ilə sərhədə malikdir.
Ə
razidə dünyada məlum olan yeraltı sərvətlərdən 150-sinin mövcudluğuna
şə
rait yaratmışdır. Bu əsasdan da Çin dünyada təbii sərvətlərlə zəngin olan
dövlət kimi tanınır. Kömür, qara və əlvan nadir metal filizləri, mədən kimyası,
qeyri filiz ehtiyyatlarına görə dünya əhəmiyyətli kəsb edir. Ümumi ərazinin
1/20 – i kömürlü sahədir. Karbohidrogen ehtiyyatlarından eyni zamanda neftin
və qazın olmasınıda göstərə bilərik. ri neft yataqları Çinin qərbində
müəyyənləşdirilmişdir. Yanar şistlə və filiz ehtiyyatlarına görə Çin fərqlənir.
Oksid, mis, qalay, civə,sürmə, qızıl,gümüş filizi ehtiyyatları vardır. Mis filizi
ehtiyyatına görə Çin dünyada 2 – ci yerdədir. Daxili sulardan enerji
alınmasında, suvarmada, gəmicilikdə geniş istifadə olunur. Əhalisinin sayına
görə Çin 1 – ci yeri tutur. Ölkədə dünya əhalisinin 21% - dən artığı
çəmləşmişdir.
24.
Çində iqtisadiyyatın sürətli inkişafı sənaye məhsulları növləri
istehsalına söykənir. Sənayenin yanacaq – energetika, metallurgiya,
maşınqayırma, kimya, neft – kimya, tikinti, meşə, yeyinti, yüngül sənaye
sahələri xalqın istehlakına müvafiq məhsullar istehsal etməkdədir. llik sənaye
istehsalına görə ABŞ-dan geri qalır. Yanacaq –energetika balansında kömür
neft, qaz elektrik enerjisi əsas yer tutur. Ölkədə mövcud kömür yataqlar
istehsalı Çini dünyada 1-ci yerdə saxlayır. Cənubi – Çin dənizinin self
zonasında neft hasil olunmaqdadır. Müasir Çində dənizin self zonasında qaz
yataqları
aşkarlanmışdır.
Elektroenergetika
xüsusi
yer
tutur.
ES,SES,AES,Geo ES,GES,QES,KES növləri istehlaka xidmət edirlər. Qara
metallurgiya əhəmiyyətli dərəcədə məhsul istehsalının göstəricilərinin tələb
olunan səviyyədə olması ilə seçilir. Son illərdə dəmir filizi istehsalını polad
ə
ridilməsinə görə dünyada 1 – ci yerə çıxmışdır. Maşınqayırma və metalemalı
çoxçeşidliliyi ilə seçilir. Elektronika, Elektrotexnika, avtomobilqayırma sahəsi
sürətlə inkişaf edir. Çinin həyatında nəqliyyat maşınqayırması xüsusi yer tutur.
Çin gəmiqayırma sahəsində dünyanın birinci – 10 dövləti sırasına daxildir.
Dünyada 6-7 ci yeri tutmaqla avtomobil sahəsində fərqlənir. Kompyüter,
məişət aparatları, televizor, saat, paltaryuyan maşın, məişət soyuducusu,
ventilyator (sərinləşdirici) məhsullar istehsalını dahada artırıb. Hər il 40-45 min
ə
dəd televizor buraxılır. Bü dünyada 1 – ci yer deməkdir. Kimya sənayesi yerli
xammallara əsaslanır. Tikinti materialları istehsalı böyük sənaye şəhərləri üçün
xarakterdir. Toxuculuq yüngül sənayenin aparıcısıdır. Çox pambıq parça
toxuyan Çin dünyada 1-ci yeri tutur. Dünyada ayaqqabının – 40% - ni Çin verir.
Ə
halisi çox olan ölkə üçün yeyinti sənayesinin əhəmiyyəti ölçüyə gəlməzdir.
Aparıcı sahə isə taxıl və yağlı bitki xammalarının emalından alınan
məhsullardır. Çin çayın vətənidir. Qara çay tədarükünə görə ancaq
Hindistandan geri qalır. Yaşıl çay satışında isə o, yenə dünyada liderlik edir.
25.
Çin dünyanın ən çox kənd təsərrüfatı məhsulları istehsal edən
ölkələrdən biridir. llik məhsul istehsalında heyvandarlığa nisbətən üstünlüyü
ə
kinçilik sahəsi tutur. Əhalinin də çox hissəsi bu sahə ilə məşğuldur.
Çəltik,buğda,qarğadalı, darı,arpa,tərəvəz,pambıq,kətan,noxud,soya,paxla,çətənə
və bağçılıq əkinçiliyin əsas sahələridir. Çəltik üçün ümumi əkin sahəsinin 1/5 –
i ümumən taxılçılıq üçün ½ - i ayrılmışdır. Taxılçılıqda əhəmiyyətinə görə 2-ci
sayılan buğda becərilməsidir. Əkin sahələri Böyük Çin düzənliyindən şimalda
və şimal-şərqə, Xuanxe və Yansızı çayları hövzələrində. Dünyada əh hündür
yerdə - Tibetin 4000 m hündür ərazilərində də buğda becərilir. Onun illik
tədarükü –m 121 mln tondan az deyildir. Bu, dünyada 1-ci yer deməkdir.
Heyvandarlığın dunuzçuluq, iribuynuzlular, xırdabuynuzlular, quşçuluq,
baramaçılıq, arıçılıq, balıqçılıq sahələri bu və ya digər səviyyədə özünə yer
tapmışdır.
Dostları ilə paylaş: |