Son vegi orqanlarına qəbul imtahanında düşən testlər bu testlər vergi
məcəlləsinin praktiki izahı adlı facebook qrupunda paylaşılıb
Kitab mühasiblərə, vergi orqanlarına işə qəbul olmaq istəyənlərə, vergi
işçilərinə və hüquqşunaslara lazım olan kitabdı. Kitabın içində Vergi Mə-cəlləsinin
hər maddəsi praktiki məsələlərlə izah olunub hər fəsilin sonun-da o fəsilə aid
məsələlər və teslər var. Kitabda həm xüsusi hissə həm də ümumi hissə var. Kitabın
sentyabr-2019-cu il nəşri şəkildəki mağazada var.
1. Nüvə silahı və kosmik texnika ilə bağlı sınaqlar zamanı şüa xəstəliyinə tutulmuş
fiziki şəxsin mülkiyyətində Bak şəhərinin Yasamal rayonunda 2000 kvadmetr olan
ticarət məişət xidməti təyinatlı və 5000 kvadmetr yaşayış fondu torpaq sahələrinin
olduğunu nəzərə alaraq torpaq vergisini hesablayın.
A) 220 manat B) 420 manat C) 180 manat D) 230 manat
2. 2019 cu ildə təhsil müəssisəinin gəlirləri 550.000 manat, gəlirdən çıxılan
xərcləri isə 450.000 manat təşkil etmiş ,müəssisə mənfəətindən 9000 manat
qanunvericiliklə müəyyən edilən meyarlara cavab verən idman sahəsində fəaliyyət
göstərən müəssisəyə idmanın inkişafı ilə bağlı nağdsız qaydada köçürmüş ,
12.000manatı təsisçinin kredit təşkilatına olan borcunun ödənilməsinə, 20.000
manatı balansında olan tikililərin təmirinə yönəltmiş , mənfəətin yerdə qalan hissə
isə bank hesabında qalmışdır. Müəssisənin mənfəət vergisi üzrə öhdəliyini
hesablayın
A) 14.200 manat B) 4.200 manat C) 2.400 manat D) 0 manat
3. Neft –qaz sahəsində fəaliyyət göstərən müəssisə işçisinə illik 6 faiz olmaq 6ay
müddətinə 5000 manat ssuda vermişdir. Bu müddətdə baklararası kredit hərracında
faiz dərəcəsi 15 faiz olmuşdur. Bu halda işçinin gəlirinə hansı məbləğ əlavə
olunaq?
5. Fındıq şokalad istehsalı ilə məşğul olan ƏDV ödəyicisi olan müəssisə
105.000manat dəyərində fındıq istehsal etmiş , eyni zamanda həmin fındığın
15.000 manatda olan hissəsindən 25.000 manat dəyərində şokalad istehsal
etmişdir. Yerdə qalan fındığın 40.000 manatda olan hissəsi 25% ticarət əlavəsi ilə
İtaliyaya, 50.000 manatda olan hissəsi isə 20% ticarət əlvəsi ilə daxili bazarda
satılmışdır. Fındıq satılarkən təbiətdə olduğu ilkin formada olmuş, kimyəvi tərkibi
dəyişdirilməmiş və konservləşdirilməmişdir. Eyni zamanda istehsal edilmiş
şokalad tam həcmdə ticarət əlavəsi ilə birlikdə 40.000
7.Kiçik sahibkarlıq subyekti olan hüquqi şəxs cari ildə əvvəlki ilin sonuna qalıq
dəyəri 12.000 manat olan qurğunun 3 il müddətinə icarəyə götürmüş, bu qurğuya
1240 manat təmir xərci çəkmiş və bu məbləği icarə haqqı ilə əvəzləşdirmə-
mişdir.Cari il üçün bu hüquqi şəxsin ümumi gəliri 51.000 manat , təmir xərcləri və
amortizasiya ayırmaları nəzərə alınmadan ümumi xərcləri 37.000 manat olarsa,
mənfəət vergisinin hesablanması üçün vergitutma obyektinin məbləğini
müəyyənləşdirin
A) 11900 manat B)12605 manat C) 12395 manat D) 12835 manat
8.Pərakəndə satış qaydasında malların satışını həyata keçirən sadələşdirilmiş vergi
ödəyicisini olan fərdi sahibkar 2019-cu ilin 1-ci rübü ərzində Gəncə şəhərində
əhaliyə 10000 manat dəyərindəmal təqdim etmişdir. Həmin malların 5000 manat
dəyərində olan hissəsi qanunvericilik ilə müəyyən edilmiş POS da terminal
vasitəsilə nağdsız qaydada ödənilmiş, 2000 manat da olan hissəsi isə fərdi
sahibkarın debitor borcuna çevrilmişdir. Fərdi sahibkarın həmin rüb üçün ödəməli
olduğu sadələşdiirlmiş verginin məbləğini hesablayın.
A) 200 manat B) 120 manat C) 135 manat D) 175 manat
13. ƏDV ödəyicisi olan müəssisə tərəfindən 30.000 manat (ƏDV-siz) dəyərində
həm elektrik mühərriki ilə həm də benzinlə işləyən avtomobil , 60.000 manat
(ƏDV-siz) dəyərində benzinlə işləyən avtobus və 20.000 manat (ƏDV-siz)
dəyərində dizellə işləyən furqon idxal edilmiş və idxalda ödənilən müvafiq ƏDV
məbləğləri əvəzləşdiirlmişdir. Müəssisə sonrakı fəaliyyətində həmin nəqliyyat
vasitələrinə amortizasiya ayırmaları hesablamış, nəticədə cari ilin sonuna 30.000
manatlığın qalıq dəyəri 1800 manat, 60.000 manatlığın qalııq dəyəri 2400 manat,
20.000 manatlığın qalıq dəyəri 400 manat təşkil etmişdir. Həmin nəqliyyat
vasitələri am olaraq uçotdan silinmişlər (fövqəlada hallarla bağlı olmadan) qeyd
olunan əməliyyatlar üzrə müəsssə nə qədər ƏDV hesablamalıdır.
A) 324 manat B)828 manat C)756 manat D)0 manat
14. vergi ödəyicisi hesabat ayı əzində ümumi dəyəri (aksiz və ƏDV çıxılmaqla )
20.000 manat olan 1000 ədəd 0,5 litrlik alkoqolsuz pivə, 2000 ədəd 0,25 litrlik
alkoqolsuz və 1500 ədəd 0,5 litlrik alkoqollu energetik içkilər istehsl etmiş və
həmin məhsulardan 500 ədəd alkoqolsuz pivə , 1000 ədəd alkoqolsuz və 500 ədəd
alkoqollu energetik içkilər istehsal binasının hüdudlarından kənara çxarılmışdır.
Eyni hesabat dövründə həmin alkoqollu energetik içkilərin istehsalı ilə bağlı
elektron vergi hesab fakturası əsasında nağdsız qaydada ödəniş etməklə 500 litr
içməli spirt alnışdır. Vergi ödəyicisinin aksiz üzrə vergi öhdəliyini
müəyyənləşdirin
.
A)1250 manat B)750 manat C)250 manat D)300 manat
17. AR-nın Vergilər Nazirliyi haqqında Əsasnaməyə əsasən aşağıdakılardan hansı
vergilər nazirinin səlahiyyətinə aid deyil?
A) ona verilmiş ayrı ayrı səlahiyyətlərdən tabeliyindəki vəzifəli şəxslərin istifadə
edilməsinə razılıq verir
B)Nazirliyin səlahiyyətləri daxilində normativ aktları imzalayır, (təsdiq eedir) və
onların icra vəziyyətinin yoxlanılmasnı təşkil edir
C)Əməyin ödənilməsi fondu və işçilərin sayı üzrə ,AR NK –nin müəyyən etdiyi
hədd daxilində nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq
edir.
D)Xüsusi fərqlənmiş əməkdaşlara AR ənın fəxri adlarnın verilməsi və ya onları
dövlət mükafatları ilə təltif olunması bardə əmr verir.
18. Aşağıdakılardan hansılar sığorta edənlərin vəzifələrinə aid edilmişdir.
1. Sosial sığorta haqlarının uçotunu aparmaq və hər ay üzrə ay başa çatdıqdan
sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə hesabat vermək
2.Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək
3. Sosial sığorta haqlarının uçotunu aparmaq və rüb üzrə rüb başa çatdıqdan sonra
növbəti ayın 20-dən gec olmayaraq bu barədə hesabat vermək
4.Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortalanana ödəmək
A) 3.4 B) 1.4 C) 2.3 D) 1.2
19.Vergi orqanının hansı hesablamaları üzrə yaranmış borc məbləğinin 105 faizi
həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması
barədə vergi orqanı tərəfindən qərar qəbul edilir?
A) bütün vergi növləri üzləri vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə
B) ƏDV üzrə vergi ,faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə
C) ƏDV və aksiz vergisi üzrə vergi,faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə
D) ƏDV və aksiz vergisi üzrə vergi,(faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası
istisna olmaqla)
20.İctimai iaşə fəaliyyətini həyata keçirən şəxs təqvim ili ərzində nağd pul
hesablaşmaların aparılması qaydalarını 2-ci dəfə pozarsa, eyni zamanda AR-nın
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin ( xidmətlərin ) yerinə
yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə
(azaldılmasına) şərait yaratmasına 1-ci dəfə yol verərsə, v ergi Məcəlləsinə əsasən
şəxsə müvafiq olaraq hnası maliyyə sanksiyaları tətbiq edilir?
A)2000 manat məbləğində və hər bir belə şəxs üzrə 1000 manat məbləğində
B) 3000 manat məbləğində və hər bir belə şəxs üzrə 4000 manat məbləğində
C) 1000 manat məbləğində və hər bir belə şəxs üzrə 2000 manat məbləğində
D) 3000 manat məbləğində və hər bir belə şəxs üzrə 2000 manat məbləğində
21.Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən təşkilati-ştat
tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunan vergi orqanının
vəzifəli şəxsi hansı müddətə sərəncamda saxlanıla bilər?
A)iki ay müddətində,müstəsna hallardabu müddət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən dörd ayadək müddətə uzadıla bilər
B) altı ay müddətində,müstəsna hallardabu müddət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər
C) üç ay müddətində,müstəsna hallardabu müddət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən bir ilədək müddətə uzadıla bilər
D) altı ay müddətində,müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən altı ayadək müddətə uzadıla bilər
22.İnzibati İcraat haqqında qanuna əsasən qanunla inzibati orqana və ya vəzifəli
şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi necə
adlanır?
A)diskresion səlahiyyət
B)mötəbərlik prezumpsiyası
C) dispozitiv imkan
D) qarşılıqlı etimad
23.Məcburi nişanlanmanın hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və
uçotunun aparılması AR Prezidentinin müəyyən etdiyi hansı orqan tərəfindən təşkil
edilir?
A) Vergilər Nazirliyi B) Nazirlər Kabineti C) Ədliyyə Nazirliyi D)
Maliyyə Nazirliyi
24. Torpaq vergisi ilə bağlı gösərilənlərdən hansı
Dostları ilə paylaş: |