Ad: Aysel
Soyad: Məcnunlu
Fakültə: Biznes və İqtisadiyyat Məktəbi
İxtisas: Biznesin İdarə edilməsi
Qrup: 529Bİ
Fənn: Statistika
Mövzu: Statistikada nisbi kəmiyyətlər və onların növləri
Müəllim: Məmmədrzayev Məmmədəli
PLAN
Nisbi göstəricilər Nisbi kəmiyyətin növləri
Ədəbiyyat siyahısı
Nisbi göstəricilər
Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox hallarda mütləq kəmiyyətlər öyrənilən sosial-iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini qiymətləndirməyə imkan vermir. Məsələn, Azərbaycan Respublikasında 2002-ci ildə 29602,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Belə bir məlumat Respublikada işlərin yaxşı və ya pis olduğunu xarakterizə etməyə imkan vermir. Bu sahədə işlərin yaxşı və ya pis olduğunu müəyyənləşdirmək üçün həmin məlumatı keçən ilin məlumatı ilə müqayisə etmək lazımdır.
Tapşırıqların yerinə yetirilməsi dərəcəsini xarakterizə etmək, sosial-iqtisadi hadisələrin inkişaf sürətlərini və yayılmasının intensivliyini ölçmək üçün, onların quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri müəyyən etmək və istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün və bir sıra məsələlərin öyrənilməsində nisbi kəmiyyət göstəricilərindən geniş surətdə istifadə edilir.
Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nsibətlərini göstərir. İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlər eyni zamanda iki nisbi kəmiyyətin və iki orta kəmiyyətin bir-birilə müqayisəsi nəticəsində də alınır. Nisbi göstəriciləri hesablamadan öyrənilən hadisələrin zamanda inkişafının intensivliyini ölçmək, bir hadisənin qarşılıqlı əlaqədə olan digər hadisəyə nisbətən inkişaf səviyyəsini qiymətləndirmək, beynəlxalq səviyyədə müqayisə aparmaq mümkün deyildir.
Nisbi göstəriciləri hesablayarkən kəsirin surətində olan mütləq kəmiyyət cari və ya müqayisə edilən kəmiyyət, kəsirin məxrəcində olan kəmiyyət isə müqayisə üçün əsas götürülən kəmiyyət adlanır.
Öyrənilən hadisənin xüsusiyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər əmsal (dəfə), faiz, promille və prodesimille formalarında ifadə oluna bilərlər. Nisbi kəmiyyətlərin ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal (dəfə) göstəricisidir. Nisbi kəmiyyətin bu ifadə formasından, adətən, müqayisə olunan gösrərici müqayisə əsasını təşkil edən göstəricidən çox-çox fərqli olduqda istifadə edilir. Əmsal latın sözü olan “koeffientum” dan götürülmüşdür. Əmsal formasında nisbi kəmiyyəti hesablayarkən müqayisə üçün əsas götürülmüş kəmiyyət vahidə bərabər götürülür. Məsələn, Azərbaycan Respublikasının kənd təsərrüfatında əhali və kəndli (fermer) təsərrüfatlarında 1991-ci ildə 1 yanvara inəklərin sayı 411,2 min baş, qoyunların sayı 2397,9 min baş olduğu halda 2002-ci ildə inəklərin sayı 854,2 min baş, qoyunların sayı isə 5774,6 min baş olmuşdur.
Deməli, 1991-ci ilə nisbətən 2002-ci ildə inəklərin sayı təqribən 2,1 dəfə (854,2:411,2), qoyunların sayı isə təqribən 2,4 dəfədən çox (5774,6:2397,9) artmışdır (AR DSK-Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə. Bakı – 2002 səh. 87, 89).
Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir. Faiz latın sözü olan “Posentum” dan götürülmüşdür. Faiz ifadəsində müqayisə əsasını təşkil edən kəmiyyət yüzə (100-ə) bərabər götürülür. Hesabat dövrünün məlumatını və ya müqayisə edilən kəmiyyəti müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb 100-ə vurduqda nisbi kəmiyyəti faizlə ifadə etmiş olarıq. Nisbi kəmiyyətin faiz ifadə formasından müqayisə edilən kəmiyyətlərin bir-birindən ciddi fərqlənmədikləri halda istifadə edilir. Məsələn, Azərbaycan Respublikasında əhalinin sayı 2000-ci ilin sonuna 8081,0 min nəfər olduğu halda, 2002-ci ilin sonuna 8202,5 min nəfər olmuşdur, yəni 2000-ci ilin sonuna nisbətən 2002-ci ilin sonunda əhalinin sayı 1,5 faiz (8202,5x100:8081,0=101,5%) artmışdır.
Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar. Promilledə müqayisə üçün əsas gçtürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür. “Promille” latınca hər 1000-ə düşən, “prodesimille” isə hər 10000-ə düşən mənasında istifadə edilir.
Təcrübədə nisbi kəmiyyətlər müxtəlif məqsədlər üçün hesablanılırlar. Bununla əlaqədar olaraq nisbi kəmiyyətləri aşağıdakı növlərə ayırmaq olar: plan tapşırığı, plan tapşırığının yerinə yetirilməsi, dinamika, quruluş, koordinasiya, intensiv və iqtisadi inkişafın səviyyəsi və müqayisə nisbi kəmiyyətlərə.
Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir. Plan tapşırığı nisbi kəmiyyəti, adətən, faizlə ifadə olunur və onu hesablamaq üçün hesabat dövründə nəzərdə tutulan plan tapşırığı göstəricisini 100-ə vurub müqayisə üçün əsas götürülmüş dövrün faktiki göstəricisinə bölmək lazımdır.
Nisbi kəmiyyətlərin çox mühüm növlərindən biri plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyətidir. Bu nisbi kəmiyyətdən plan tapşırıqlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün istifadə edilir. Plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyəti, bir qayda olaraq, faiz şəklində hesablanılır. Plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyətini hesablamaq üçün hesabat dövründə əldə edilmiş həqiqi nəticəni 100-ə vurub plan tapşırığına və ya planda nəzərdə tutulmuş göstəriciyə bölmək lazımdır. Bu zaman həm plan tapşırığı, həm də hesabat göstəricisi eyni obyekti və eyni dövrü əhatə etməlidir, həmçinin eyni ölçü vahidi ilə ifadə olunmalıdır. Tutaq ki, bir ayaqqabı fabrikində 2004-cü ildə plan tapşırığı ilə 40 min cüt ayaqqabı istehsal edilməli idi, faktiki isə 44 min cüt ayaqqabı istehsal edilmişdir.
Buradan plan tapşırığının yerinə yetirilməsi nisbi kəmiyyəti təşkil edər: 44000x100:40000=110%. Deməli, plan tapşırığı 10 faiz artıqlaması ilə (110-100=10) yerinə yetirilmişdir.
İndi də tutaq ki, həmin ayaqqabı fabrikində plan tapşırığı üzrə bir cüt ayaqqabı istehsalına cəkilən xərci əsas dövrün səviyyəsinə nisbətən 6 faiz azaltmaq nəzərdə tutulmuşdur. Həqiqətdə isə hesabat dövründə işləyənlərin əmək məhsuldarlığının yüksəlməsi nəticəsində xərclər 8 faiz aşağı salınmışdır. Belə halda plan tapşırığının
yerinə yetirilməsi dərəcəsi təşkil edər.
Nisbi kəmiyyətlərin çox mühüm növlərindən biri dinamika nisbi kəmiyyətidir. Eyni keyfiyyətli sosial-iqtisadi hadisələrin səviyyələrinin zaman etibarı ilə dəyişilməsini xarakterizə edən nisbi göstəricilərə dinamika nisbi kəmiyyəti deyilir. Müxtəlif dövrlərə aid olan eyni keyfiyyətli hadisələrin müqayisəsi nəticəsində dinamika nisbi kəmiyyəti alınır. Dinamika nisbi kəmiyyəti hadisənin cari (hesabat) səviyyəsinin müqayisə üçün əsas götürülmüş dövrə nisbətən necə dəyişildiyini göstərir. Dinamika nisbi kəmiyyəti əmsal (dəfə) və faiz şəkilində ifadə oluna bilər. Bu göstərici həm özündən qabaqkı, həm də uzun dövr üçün hesablanır. Uzun dövr üçün dinamika nisbi kəmiyyəti silsiləvi (özündən qabaqkı dövrə nisbətən) və əsas qaydada hesablana bilər. Uzun dövr üçün əsas qaydada hesablanılan dinamika nisbi kəmiyyətində müqayisə üçün götürüləcək əsas kəmiyyətin düzgün seçilməsinin xüsusi əhəmiyyəti vardır.
Müasir dövrdə müqayisə üçün əsas kəmiyyət 1991-ci, sonra 1995-ci illərin və 2000-ci ilin məlumatları götürülə bilər. Bütün dövrlərin məlumatını müqayisə üçün əsas götürülmüş dövrlə müqayisə etdikdə alınan nisbi göstəricilərə əsas dinamika nisbi göstəriciləri deyilir. Hər bir dövrün məlumatı özündən qabaqkı dövrün məlumatı ilə müqayisə edildikdə alınan nisbi göstəricilərə silsiləvi dinamika nisbi göstəriciləri deyilir.
Dostları ilə paylaş: |