Sual 5: Mülki müdafiənin məqsəd və prinsipləri
Cavab:
Mülki Müdafiə insanın ətraf mühitdə təhlükəsizliyinin və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri meydana çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, sülh və müharibə dövrlərində baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tədbirlər hazırlamalıdır.
Elmi-texniki tərəqqi istehsalın imkanlarını genişləndirməklə yanaşı texnoloji prosesləri də xeyli mürəkkəbləşdirir. Bu isə obyektiv olaraq sənaye qəzaları ehtimalını artırır, adamlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Atom energetikası və kimya sənayesi müəssisələrinin sayı ildən-ilə artır və beləliklə, qəza nəticəsində yarana biləcək təhlükələr çoxalır. Hələlik insanın öhdəsindən gələ bilmədiyi təbii qüvvələr böyük fəlakətlərə gətirib çıxarır və planetimizin əhalisinə çox böyük ziyan vurur. Hər bir şəxs qəza, təbii fəlakət zamanı özünü, ailəsini mühafizə etməyi bacarmalıdır. Bunun vacibliyini yaşadığımız real şərait tələb edir.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) Ərazi prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi;
2) Fərqli və kompleks yanaşma prinsipi - Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi;
3) Kütləvilik və məcburilik prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;
4) Daimi hazırlıq prinsipi - Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;
5) Dərhal xəbərdarlıq prinsipi - baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi;
6) Qarşılıqlı əlaqə prinsipi – mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət
göstərməsi;
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin
həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin
maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Dostları ilə paylaş: |