Suallar a varianti



Yüklə 113,57 Kb.
Pdf görüntüsü
tarix21.03.2017
ölçüsü113,57 Kb.
#12124

SUALLAR                             



VARİANTI 

 

1.



 

 Səhabə kimlərə deyilir?  

  A.  Allah  Rəsulunu  (s.ə.s)  görüb  az  da  olsa  söhbətində  iştirak  edən,  Onu  dinləyən  və  bu  əhdi-peymanla  

dünyadan köçən möminlərdir                                 

B. Allah Rəsulunu (s.ə.s) görmədən ona inanıb və müsəlman kimi dünyadan köçən möminlər 

C. Allah Rəsulunun (s.ə.s) yanında bir müddət qalıb, döyüşlərdə şəhid olan müsəlmanlar 

D. Allah Rəsulunu (s.ə.s) görüb, söhbətlərində olmayan möminlər 

 

2.



 

 Səhabələr  İslama  giriş  tarixi  və  göstərdikləri  fədakarlığa  görə  fərqli  təbəqələrə  ayrılır.  Hakim  ən-

Nişapuri səhabələri neçə təbəqəyə ayrır? 

 A. 13    B. 6      C. 11       D.12 

 

3.

 



 Allah-Təala rəhməti gərəyi inanan insanları heç bir zaman başı boş buraxmır. Bəzən nəbi, bəzən də vəli 

onlara başçılıq edir. Bu mənada nəbi ilə vəlinin fərqli yönü vardır. Vəlinin nəbidən fərqini əsas götürsək hansı 

cavab doğrudur.  

I. Allah tərəfindən seçilir 

II. fərdi qabiliyyətlərin inkişafı ilə Allaha yaxınlaşır 

III. bəzi vəlilər xüsusi qabiləyətləri ilə bəzi nəbilərdən üstün ola bilər 

IV. vəhy alır 

V. möcüzə göstərir 

VI. kəramət göstərir 

VII. kişilərdən olur və qadınlardan da 

 

A. II, III, VII     B. I, II, V    C. I, IV, VI    D. II,VI,VII  



 

4.

 



 Allaha-Təala Peyğəmbərimizə (s.ə.s) hansı səhabənin adını bildirərək “Beyinnə” surəsini oxunmağı əmr 

etmişdir? 

 

A. Abdullah ibn Kabb   B. Übeyy ibn Kabb  C. Ubeyd ibn Zeyd  D. Abbad ibn Qeys 



 

5.

 



 Məsciddə  yatıb qalmışdı. Allah Rəsulu ayağı  ilə toxunaraq oyandırdı  və  necə sabahladığını soruşdu. O 

da,  gündüz  oruc  tutduğunu,  gecə  də  namaz  qılaraq  ibadət  etdiyini  və  imanın  kamını  almış  kimi  oyandığını 

bildirdi. Haqqında bu hadisədən başqa çox şey bilmədiyimiz bu sahabə kimdir? 

A. Haris ibn Numan   B. Haris ibn Malik   C. Haris ibn Sımmə    D. Haris ibn Ənəs 

 

6.

 



 Fəth  surəsindəki  “Onların  əlaməti  üzlərində  olan  səcdə  izidir...”  ayəsi  ilə  müqəddəs  kitablardan  biri 

sahabələrin bu vəsfini ortaya qoyur. Həmin vəsfin bildirildiyi kitab hansıdır? 

A. İncil   B. Tövrat  C. Zəbur   D. Süleymanın məsəlləri 

 

7.



 

Hicrətdən  sonra  mühacirlərin  Mədinədə  yurd-yuva  salması,  cəmiyyətdə  özlərinə  mövqe  tutmaları  üçün 

Allah Rəsulu tərəfindən ənsar və mühacir arasında qardaşlıq təsis edilmişdi. Bu qardaşlıq dastanın  ən yadda 

qalan  obrazlarından  biri  də  bu  hadisədir.  Mənəvi  qardaşını  evinə  apararaq  iki  xanımını  göstərir  və:  "Bax, 

qardaşım, sən hicrət etməklə böyük fədakarlıq göstərmisən. Bu iki xanımımdan hansını istəyirsən, boşayım, 

iddətini  gözləsin,  sonra  da  onunla  evlən,"  –  deyir.  Mühacirlərdən  olan  səhabə  də:  “Qardaşım,  Allah 

zövcələrini sənə xeyirli eləsin. Sən mənə bir kəndir ver və bazarın yolunu göstər” – cavabını verir. Bu hadisə 

hansı səhabələr arasında baş vermişdir? 

 

A. Sad ibn Muaz-Talha ibn Ubeydullah         B. Sad ibn Rəbi-Abdurrahman ibn Avf 



C. Sad ibn Zeyd-Əbu Ubeydə ibn Cərrah       D. Sad ibn Übey-Osman ibn Affan 

 


8.

 

Səhabələrdən  bir  şəxs  aclıqdan  əziyyət  çəkdiyi  üçün  Allah  Rəsuluna  müraciət  edir.  Bunu  eşidincə 



....................  həmin    sahabəni  evinə  qonaq  aparır.  Uşaqlarını  ac  yatızdıraraq  onların    yeməyini  gecənin 

qaranlığında  qonağına  ikram  edir.    Səhər  açılınca  Allah  Rəsulu  namazdan  sonra  "Bu  gecə  nə  etdiniz  ki, 

haqqınızda ayə nazil oldu",  (Həşr, 59/9) – deyir. Bu şanlı səhabə kimdir? Səhabələr təxəllüsləri ilə birlikdə 

qeyd olunub. 

A. Əbu Hannə Malik ibn Amr                           B. Əbu Talha Zeyd bin Səhl 

C. Əbu Dücanə Simak ibn Xaraşə                     D. Əbul Heysəm Malik ibn Teyyihan 

 

 

9.



 

Bir hədisdə Əfəndimiz (s.ə.s): “......... haqqında xoşagəlməz sözlər söyləməyin! Əgər birinizin Uhud dağı 

qədər qızılı olsa və bunun hamısını Allah yolunda versə, bu, onların Allah yolunda verdiyi bir-iki ovuc mala, 

hətta onun yarısına belə çata bilməz.” 

Boşluğa uyğun gələn kəlməni tapın. 

 

A. Ənsar   B. Mühacirlər    C. Əhli-beytim    D. Səhabələr  



 

10.


 

Allah Rəsulundan (s.ə.s) çox hədis  rəvayət  edən  səhabələrə  “muksirun” deyilir? Aşağıdakılardan  hansı 

muksirundan  deyil? 

 

A. Əbu Hüreyrə                   B. Abdullah ibn Abbas  



C. Abdullah ibn Zübeyr       D. Cabir ibn Abdullah  

 

11.



 

Bir gün: “Allahım, mənə elə bir elm nəsib et ki, heç unutmayım! – deyə dua edir. Allah Rəsulu bu duanı 

eşidir və ucadan: "Allahım, amin!" – deyir. Duasına “amin” deyilən sahabə kimdir? 

A. Əbu Hüreyrə                   C. Abdullah ibn Ömər  

B. Abdullah ibn Abbas        D. Kabul-Əxbar  

 

12.



 

Bəzilərinin  iddia  etdiklərinin  əksinə  səhabə  dövründən  etibarən  hədislər  yazılmağa  başlamışdır.  

................................ Əbu Hüreyrədən nəql elədiyi  hədisləri bir kitabda toplamışdı.  Daha sonrakı  dövürlərdə 

səhih  olduğu  üçün  rəvayət  etdiyi  bütün  hədislər  eynilə  "Kütubu-Sittə"də  də  yer  almışdır.  Bu  gün  aparılan 

radio-karbon təhlili də bu kitabın ona aid olduğunu təsdiq edir. Bu əsər hədis alimlərindən kimə məxsusdur? 

A. İbn Şihab əz-Zühri           B. Həmmam ibn Münəbbih 

C. İbn Əbi Şeybə                  D. İbn Hibban 

 

13.



 

Mədain əhalisi vali haqqında: "Namazı tədili-ərkana riayət etmədən qıldırır" deyə şikayət edir. Şikayət 

üzərinə  Hz.  Ömər  (r.a)  İranın  fəthində  müstəsna  xidmətləri  olan  bu  böyük  səhabəni  sorğu-suala  çəkir.  Bu 

hadisədən kövrələrək: "Bunu mənə kimlər deyir?" deyib baykot illərində çəkdikləri əzab-əziyyəti danışmağa 

vadar olan səhabə kimdir? 

A. Əbu Hüreyrə   B. Sad ibn Əbi Vaqqas   C. Ümeyr ibn Sad    D. Əbu Musa əl-Əşari 

 

14.


 

Hələ  yaşadığı  dövrdə  hədisləri  düzgün  rəvayət  edib-etmədiyi  Mərvan  tərəfindən  yoxlanılmışdır.  Öz 

katibinə  gizlicə  tapşırıq  verərək  onun  nəql  elədiyi  yüzlərlə  hədisi  yazdırmış  və  təxminən  bir  il  sonra  həmin 

hədisləri rəvayət etməyi istənilmişdi. O da,  "Bismillah” deyib sözbəsöz yazılan hədisləri təkrar etmişdi. Çox 

hədis  rəvayət  edilən  səhabələrdən  olub,  İslam  düşmənləri  tərəfindən  dinimizi  əsas  qaynaqlarından  biri  olan 

Sünnə qalasının dağıtmaq üçün tənqid olunan bu səhabə kimdir? 

A. Abdullah ibn Ömər   B. Abdullah ibn Abbas   C. Hz. Aişə   D. Əbu Hureyrə Abdurrahman ibn Sahr 

 

15.



 

Amr ibn Rəbiənin səksən beytlik şeirini bir dəfə oxumaqla əzbərləmişdi. Güclü hafizə və zəkaya sahib 

idi.  Quranın  ruhunu  çox  yaxşı  anladığı  üçün  “hibrul-ümmə”  olaraq  tanınırdı.  Hz.  Ömərin  (r.a)  məşvərət 

məclisinə yaşının az olmasına baxmayaraq daxil edilən bu gənc alim kimdir? 

A. Abdullah ibn Amr       B. Həsən Əl-Bəsri  C. Abdullah ibn Abbas   D. Sad ibn Müsəyyəb  

 


 

16.


 

Hz. Ömərin (r.a) doqquz oğlu olmuşdur. "İbn Ömər" (mənası Ömərin oğlu deməkdir) deyildikdə birinci 

həmin oğlu ağla gəlir. O kimdir? 

A. Asim   B. Abdurrahman  C. Zeyd   D. Abdullah 

 

17.


 

Yaşı az olduğu üçün İkinci Əqabə beyəti də daxil olmaqla, Bədir və Uhud müharibələrinə iştirak etməyə 

atası tərəfindən icazə verilməmişdi.  Öz şücaətini  ancaq Xəndək döyüşündə  göstərə bilmişdir. Muksirun (ən 

çox hədis rəvayət edən səhabələr) arasında adı çəkilən bu səhabə kimdir? 

A. Abdullah ibn Ömər                    B. Übeydullah ibn Vaqqas 

C. Cabir ibn Abdullah                    D. Üseyd ibn Xudayr 

 

18.


 

"Kim Qurani-Kərimi yer üzünə nazil olduğu kimi oxumaq istəyirsə, İbn Ümmi-Abdın qiraəti ilə oxusun" 

deyərək Allah Rəsulunun (s.ə.s) təltif etdiyi sahabə kimdir. 

A. Zeyd İbn Sabit    B. Əbu Musa əl-Əşari   C. Abdullah ibn Məsud      D. Übeyy ibn Kab 

 

19.


 

Kufə  şəhəri  Hz.  Ömərin  xilafəti  zamanında  salınmışdı.  Şəhərdə  dinin  incəliklərini  bilən  bir  nəsil 

yetişdirmək üçün xəlifə tərəfindən o seçilmişdi. Onu yola salarkən kufəlilərə yazdığı məktubda onun qədrini 

bilmələri üçün: "Ey Kufəlilər! Əgər sizi nəfsimdən üstün tutmasaydım, onu yanınıza göndərməzdim." -dediyi 

səhabə kimdir. 

A. Sad ibn əbi Vəqqas   B. Ammar ibn Yasir  C. Abdullah ibn Məsud   D. Muaz ibn Cəbəl 

 

20.


 

Həccac  Zalimin  əsgərləri  tərəfindən  həbs  edilir.  Gecə  yolları  qaranlıq  meşədən  keçir.  Vəhşi 

heyvanlardan qorxduğu üçün bir monastıra sığınırlar. O isə “bu son gecəmdir” deyib bayırda səhərə qədərə 

ibadət  etmək  üçün  icazə  istəyir.  Qaçdığı  təqdirdə  yırtıcı  heyvanlar  parçalayar  deyərək  icazə  verirlər. 

Monastırın  pəncərəsindən  onu  müşahidə  edən  əsgərlər  ona  tərəf  gələn  vəhşi  heyvanların  yaxınlaşanda 

"quzuya  dönüb"  ətrafında  pərvanə  kimi  dolandığını  görərək  təəccüblənirlər.  Qulluqda  zirvələşən,  əməvi 

zülmünə boyun əyməyən bu məşhur İslam alimi kimdir? 

A. Said ibn Müsəyyəb                            B. Abdullah ibn Zübeyr 

C. Məsruq ibn əl-Əcda                           D. Said ibn Cübeyr 

 

21.



 

Hicri 15-ci ildə dünyaya gəlmiş, Hz. Ömər dövründən etibarən həyatda qalan çox sayda səhabəni görən, 

rəvayət etdiyi hədisləri daha yaxşı öyrənmək və daha yaxın olmaq üçün Əbu Hüreyrəyə  (r.a.) kürəkən olmuş 

məşhur tabeun alimi kimdir? 

A. Səid ib Müsəyyəb     B. Said ibn Cübeyr  C. Qatadə ibn Diamə     D. Tavus ibn Keysan 

 

22.



 

Küfədə Nəxai ailəsinin layiqli təmsiçisi olub, oturuşu-duruşu və davranışları ilə müəlliminə, mürşidinə 

ən  çox  oxşayan  insan  kimi  tanınırdı.  Allah  Rəsulu  ona  mürşidlik  edən  səhabə  üçün:  "Quranı  ibn  Ümmi-

Abddan  dinləyin!"  –  buyurmuşdu.  Müəllimi  isə  çox  vaxt  tələbəsini  nəzərə  verərək  :  "Çağırın  .......,  mənə 

Quran oxusun!" – deyərdi. Hənəfi fiqh məktəbinin qurucularıdan və tabeun dövrünün məşhur alimlərdən olan 

şəxs kimdir? 

A. Əsvəd ibn Yəzid Ən-Nəxai                       B. Əlqamə İbn Qeys ən-Nəxai 

C. Amr ibn Şurahbil                                       D. İbrahim ən-Nəxayi 

 

23.


 

Yaşlı  vaxtlarında  qanqren  olan  ayağı  kəsilir.  Ayağı  kəsiləndə  "Of"  belə  demir.  Qısa  bir  müddət  sonra 

dörd  oğlundan  biri  də  tövlədə  atın  təpik  vurması  ilə  vəfat  edir.  Böyük  imam  Kəbənin  qarşısında  əllərini 

qaldırır  belə  dua  edir:  “Allahım!  Sən  mənə  iki  əl,  iki  ayaq  olmaqla  dörd  üzv  və  dörd  övlad  verdin.  Sənin 

lütfün nə qədər genişdir ki, bunlardan üçünü mənə saxlayıb təkcə birini aldın. Sənə minlərlə həmd olsun, ey 

Rəbbim!" Hz. Aişənin (r.anha) hədislərini bizə nəql edən tabeunun böyük alimi kimdir? 

A. Ürvə  ibn  Zübeyr                     C. Abdullah ibn Zübeyr  

B. Übeydə ibn Zübeyr                   D.  Amr ibn Zübeyr 

 

 


24.

 

Səkkiz  gündə  hafiz  olur.  17-18  yaşlarında  müəllim  və  müctəhid  kürsüsünə  oturur.  "Allahın  əmanət 



olaraq qəlbimə qoyduğu heç bir şeyə xəyanət etməmişəm" sözləri ona aiddir. “Hədis öyrənmək üçün qırx beş 

ilimi  Hicazla  Şam  arasında  səfərlərdə  keçirdim".  O,  Ömər  ibn  Əbdüləzizin  əmr  və  tövsiyələri  ilə  ilk  dəfə 

rəsmi şəkildə hədisi tədvin etməyə (yazılı şəkildə toplamaq) başlayır. Hicri birinci  əsrin sonlarında  yaşamış, 

hədis dedikdə ilk ağla gələnlərdən olan tabeunun böyük alimi kimdir? 

A. İbn Şihab Əz-Zühri     B. İbrahim Ən-Nəxai C. Süfyan ibn Üyeynə  D. Həsən əl-Bəsri 

 

25.



 

Seyyiatın (günahların) insanın daxilində narahatlıq yaratması nəyə bağlıdır? 

A.

 

Daxilində həya hissini daşımasına 



B.

 

İçində qəlb və hiss daşımasına 



C.

 

İçində təqva duyğusunun olmasına 



D.

 

İhsan şüurunun inkişafına                                   



 

26.


 

Əbu Hüreyrə (r.a) Allah Rəsulundan (s.ə.s) namazı nə üçün oturaraq qıldığını soruşduqda Allah Rəsulu 

hansı səbəbi söyləyir? 

A.

 



Namaz qılmaqdan ayaqlarının şişməsi 

B.

 



Artıq yaşlandığını 

C.

 



Ac olduğunu 

D.

 



Ümmətinə təlim üçün      

 

27.



 

Allah Rəsulunu Merac kimi ülvi məqamlara yüksəldən əsas amil nədir? 

A.

 

Ulul azim peyğəmbərlərindən olması səbəbilə 



B.

 

Qulluğunun səmərəsi olaraq 



C.

 

Son peyğəmbər olduğu üçün 



D.

 

Müşrikləri susduracaq bir möcüzə olsun deyə     



 

28.


 

Əxlaqi mülahizələrdə cəsədin zəkatı nə olaraq ifadə olunur? 

A.

 

Pəhriz saxlamaq 



B.

 

Təhəccüdə qalxmaq 



C.

 

Allah yolunda cihad etmək 



D.

 

Az danışıb az gülmək           



 

29.


 

 "(Ey Rəsulum!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda 

sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər)."  

Ayədə söhbət kimdən gedir? 

 

A.

 



Müşriklərdən bəziləri 

B.

 



Kamil əxlaq sahiblərindən 

C.

 



Münafiqlərdən 

D.

 



Kafirlərdən   

 

30.



 

Hoca Əfəndi Kəsrət (çoxluq) Aləmi deyərkən nəyi nəzərdə tutur? 

A.

 

Ana bətnini   



B.

 

Dünya həyatını 



C.

 

Bərzax həyatını 



D.

 

Axirət həyatını    



 

31.


 

Evində oturduğu zaman evinə bir qadın gəlir və ona əxlaqsızlıq təklif  edir. Tabeun imamlarıdan olan bu 

şəxs qadının təklifi qarşısında ağlayır və “Görəsən bu qadın məndə hansı əksikliyi görüb ki, məni bu çirkin 

əmələ dəvət edir” deyir. Sözügedən bu mübarək şəxs kimdir.? 

A.

 

Tavus ibn Keysan                                C. Ürvə ibn Zübeyr 



B.

 

Məhəmməd ibn Şirin                           D. Ata ibn Yasar                            



32.

 

Üqbə  ibn  Amir  “Ya  Rəsulallah  qurtuluş  nədədir?”  dedikdə  Allah  Rəsulunun  (səs)  verdiyi  üç  tövsiyə 



hansıdır? 

A.

 



Doğru danış, az yemək ye və çox tövbə et. 

B.

 



Yemək yedir, qonşuna yaxşı davran, ya xeyir söylə yaxud sus! 

C.

 



Əlinə, dilinə və belinə hakim ol! 

D.

 



Dilinə hakim ol, evini geniş tut və xətalarına ağla   

 

33.



 

Boş və mənasız sözlər danışmamaq üçün ağzına daş qoyduğu söylənilən Raşid xəlifə kimdir?  

A.

 

Əbu Bəkir (r.a) 



B.

 

Ömər (r.a) 



C.

 

Osman (r.a) 



D.

 

Əli (r.a)                        



 

34.


 

................................ tərk etmək İslamının gözəlliyindəndir. Hədisi tamamlayın. 

A.

 

Yalan danışmağı 



B.

 

Füzuli (mənasız, faydasız) şeyləri 



C.

 

Münaqişəni  



D.

 

Çox danışmağı   



 

35.


 

Quran  ayəsində  cəhənnəmliklərə  “sizi  Sakar  cəhənnəminə  sövq  edən  şey  nədir?”  sualına  hansı 

cəhənnəmliklərin verdiyi cavab deyil? 

A.

 



Namaz qılmırdıq 

B.

 



Kasıbları doyurmurduq 

C.

 



Bütpərəstlərlə oturub-dururduq 

D.

 



Riyakarlıq edirdik     

 

36.



 

Cənabı  Allah  Musa  (ə.s)  və  qardaşı  Harunu  (ə.s)  azğın  Fironun  yanına  göndərərkən  onunla  necə 

davranmağı əmr edir? 

A.

 



Qorxmadan danışmaq. 

B.

 



Dik durararaq yüksək səslə danışmaq. 

C.

 



Yumşaq və xoş bir dillə danışmaq. 

D.

 



Təfsilatlı şəkildə və izah edərək danışmaq.                      

 

37.



 

“Mömini söymək ................... mömini öldürmək ....................” Hədisdəki boşluğu tamamlayın? 

A.

 

Fasiqlik, küfrdür  



B.

 

Küfr, fasiqlikdir 



C.

 

Dəlalət, küfrdür                          



D.

 

Fasiqlik, dəlalətdir.  



 

38.


 

Hansı variant Sıratı-müstəqimdən ayrılmağı (uzaqlaşmağı) tam ifadə edir? 

A.

 

İfrat və azğınlıq 



B.

 

Təfrit 



C.

 

İfrat və təfrit 



D.

 

Dəlalət və ifrat                    



 

39.


 

Doğu danışmağım qurtuluşuma vəsilə oldu deyən səhabə kimdir? 

A.    Hz.  Ənəs ibn Malik (r.a) 

B.    Hz.  Kab ibn Malik (r.a)                 

C.    Hz. Hüzeyfə    (r.a) 

D.    Hz. Xalid İbn Vəlid (r.a)  

 

 


40.

 

Aşağıdakılardan hansı hədisdir? 



 

A.

 



Mən adil bir hökümdar zamanında doğulmuşam. 

B.

 



Elm Çində belə olsa elm öyrənməyə gedin.  

C.

 



Gözəl üzə baxmaq ibadətdir. 

D.

 



Bu  üç  məsciddən  başqa  heç  bir  məscid  üçün  yol  və  səfər  məşəqqətlərinə  qatlanaraq  səfərə  çıxmazlar. 

Onlar Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsadır.    

 

41.


 

Hansı səhabə Allah Rəsulunun (s.ə.s) “Sən ibranicə öyrən” əmrindən  sonra 15-20 gün ərzində məktub 

yazıb tərcümə edəcək qədər bu dili öyrəndi? 

A.

 



İbn Abbas (r.a)  

B.

 



Əbu Hüreyrə (r.a) 

C.

 



Zeyd ibn Sabit (r.a) 

D.

 



Ənəs İbn Malik (r.a)  

 

42.



 

Cəvamiul-kəlim nə deməkdir? 

A.

 

Ucadan danışmaq 



B.

 

Fikrini ətraflı izah etmək 



C.

 

Az sözlə çox mənanı ifadə etmək 



D.

 

Nitq söylədikdən sonra onu bir neçə kəlmə ilə xülasə etmək      



      

43.


 

Yüz hədisin sənədi qarışdıralaq imtahan edilən və  yüzüncü hədisin sonunda: “Birinci hədisdə filankəsin 

yerinə filankəsi qoymusunuz” deyə cavab verib imtahan edən on alimi təəccübləndirən hədis alimi kimdir? 

A.

 



İmam Müslim 

B.

 



İmam Tirmizi 

C.

 



İmam Buxari 

D.

 



Əbu Davud                

 

44.



 

Hədislər kimin dövründə tədvin edilmişdir? 

A.

 

Hz. Ömər 



B.

 

Hz. Əli 



C.

 

Hz. Ömər ibn Abduləziz                                          



D.

 

Hz. Müaviyə 



 

45.


 

Hz.  Əbu  Hüreyrnin  qibtə  ilə  haqqında:  "Rəsulullah  (s.ə.s)  əshabı  arasında  məndən  çox  hədis  bilən 

yoxdur, ancaq .......... müstəsna, çünki mən yazmadım o yazırdı."- dediyi səhabə kimdir? 

A.

 



Abdullah ibn Amr ibn əl-As 

B.

 



Əbu Zərr əl Ğifari 

C.

 



Amr ibn Hazma 

D.

 



İbn Həcər əl-Əsqalani 

 

46.



 

Avropalı  şərqşünaslar  hədisin  Peyğəmbərimiz  (s.ə.s)  dövründə  yazılmadığını  iddia  edirlər.  Ancaq 

Abdullah  ibn  Amr  əl-Asın  (r.a)  Peyğəmbərimizdən  (s.ə.s)  eşitdiyi  minə  yaxın  hədisləri  bir  kitabda 

toplamışdır. Tabeundan Mücahid ibn Cəbr həmin kitabı öz gözləri ilə gördüyünü bildirmişdir. Bu kitabın adı 

nə idi? 

A. Səhih əl-Buxari 

B. əs-Səhifətüs-Sadiqə                                   

C. əs-Səhifətül-Kübra 

D. Əs-Səhifətül-Aliyə 

47.


 

Qurani-Kərimdə Rəsulu  Əkrəmin (s.ə.s) azad etdiyi  kölə, ilk müsəlmanlardan olan Zeyd ibn  Harisənin 

adı hansı surədə keçir? 

A. Cəsiyə surəsi        B. Bəqərə surəsi      C. Əhzəb surəsi      D. Ali İmran surəsi 



48.

 

“Ömər ibn Əbdüləziz Vəhşinin ancaq atının burnundakı bir toz ola bilər” bu cümlə ilə səhabəni mədh 



edən şəxs kimdir? 

A. İmam Qəzali 

B. İmam Rəbbani                                       

C. İmam Şazəli 

D. İmam Cürcani 

 

49.



 

Çoxlarına  görə  birinci  mücəddid  qəbul  edilən  və  on  üç  əsr  əvvəl  Rəsulullahın  (s.ə.s)  :  “İnsanların 

pozduğunu  düzəldənlər”  müjdəsinə  layiq  olan  .................................  Əməvi  sarayında  yetişmişdir.  Boşluğu 

doldurun. 

A. Ömər ibn Abduləziz                                  

B. Əbduləziz ibn Mərvan  

C. Abdul Məlik ibn Mərvan 

D. Osman b Afvan 

 

50.


 

Şeytandan insanlığa miras qalan xüsus nədir? 

A. Qəzəb                               

B. Riya 


C. Təslim olmamaq 

D. İtaət etməmək 

 

51.


 

İnsana verilən bir çox duyğunun ifrat və təfrit yanları vardır. Kinin  təfriti hamiyyətsizlikdir, ifratı isə, 

insanın kin “maşını” halına gəlməsidir. Orta yolu nədir? 

A. Səbr 


B. Şücaət                                                         

C. Tələskənlik  

D. Təvazükarlıq 

 

52.



 

Peyğəmbərimiz  (s.ə.s),  Hz.  Aişənin  otağına  daxil  olanda  o  əsəbi  idi.  Peyğəmbərimiz  (s.ə.s)    “Sənə  nə 

olub, şeytanın gəlib?”  Bu ifadədən nə başa düşülür?  

A. Qəzəb şeytandandır                                             

B. Hər insanın bir şeytanı var. 

C. Qadınların şeytanı olur. 

D. Əfəndimiz (s.ə.s) otaqda şeytan görür. 

 

53.



 

Lümmeyi-şeytaniyə harda yerləşir? 

A. Şah damar 

B. Qəlb                

C. Beyin 

D. Burun 

                                         

54.


 

Hz.  Əbu  Bəkrin  (r.a)  İfk  hadisəsində  (Hz.  Aişəyə  iftira  atılmışdı)  dedi-qodunun  yayılmasına  səbəb 

olduğu üçün yardımı etməyi dayandırdığı kasıb səhabə kimdir? 

A. Hamnə bint Cahş                               C. Abdullah  ibn Səlul 

B. Mistah ibn Usasə                               D. Safvan ibn Muattıl 

 

55.



 

Bir döyüşdə  “Lə iləhə illlah” deyən kimsəni öldürən səhabəyə Allah Rəsulu “Yarıb qəlbinə baxdınmı?” 

- demişdir. Həmin səhabə kimdir? 

A. Usamə ibn Zeyd                             

B. Xalid ibn Vəlid 

C. Zeyd ibn Sabit 

D. Əbu Übeydə 


56.

 

Peyğəmbərimizin  (s.ə.s)  bir  hədisi-şərifində  buyurur  ki,  “Bir  insanın  məscidə  davamlı  olaraq  gəlib-



getməyini görsəniz ................................” 

A) Onun Cənnətlik olduğuna əmin olun 

B) Onunla bərabər siz də namazlara davam edin 

C) Onun imanına şəhadət (şahidlik) edin 

D) Onun haqqında sui-zənn etməyin           

 

57.



 

Bir  nəfər  haqqında  (eşitdiyi  təqdirdə  xoşuna  gəlməyəcək)  var  olan  bir  şeyi  danışmaq    ..............., 

haqqında olmayan şeyi danışmaq isə .......................dır. 

A. sui-zənn, yalan 

B. qeybət, iftira 

C. böhtan, rişxənd 

D. qeybət, yalan 

 

58.



 

Son yüz il ərzində yenilənmək üçün göstərdiyimiz cəhdlərin nəticəsiz qalmasının və üç əsrdən bəri İslam 

aləminin zəifləməyinin altında yatan səbəblərdən biri hansıdır? 

A) Müsbət elmləri bilməmək                         B) Dini elmləri bilməmək 

C) Namazı və duaya əhəmiyyət verməmək   D) Bir-birimizlə mübahisə və anlaşmazlıq       

 

59.



 

Məscidləri  dolduranlar,  minbərdə  moizə  və  nəsihət  edənlər,  Kəbəni  tavaf  edənlər,  Allah  yolçusu  kimi 

görünüb  özünü  insanlardan  üstün  görən  minlərcə,  yüz  minlərcə  insan  var  ki,  Allah  onları  Məhkəmeyi-

Kübrada dillərindən asacaqdır. (Allah bizləri və sizləri qorusun). Bunlar kimlərdir? 

A) Verdikləri sözləri yerinə yetirməyənlər 

B) İnsanların qəlblərini qıran və acıdil olanlar 

C) Qeybət və iftira edən, insanlarla mübahisə edənlər 

D) Əməl etmədikləri şeyləri insanlara deyənlər      

 

60.


 

Təhrim surəsi 10-cu ayədə bildirilən “O iki qadın ikisi də Əfəndilərinə xəyanət etdilər” deyərək üzərinə 

xəyanət damğasını vurulan bu iki xain qadın, hansı iki peyğəmbərin xanımı idi ? 

A) Hz. Nuh / Hz. Lut                         B) Hz. İbrahim / Hz. Lut 

C) Hz. Lut / Hz. İsa                           D) Hz. Nuh / Hz. Yaqub          

 

61.



 

Günahkar  bir  şəxs  fasiq  biri  haqqında  xoş  olmayan  bir  xəbər  gətirdiyi  zaman,  Hucurat  surəsinin  6-cı 

ayəsinə görə sonradan peşman olmasınlar deyə iman edənlər necə hərəkət etməlidir?   

A) O xəbərə inanmamaq  

B) Fasiqin doğru söylədiyindən əmin olmaq üçün, onu bir gün həbs etmək 

C) Gətirilən həmin xəbəri araşdıraraq doğruluğunu dəqiqləşdirmək.  

D) Fikir verməmək və xoş söz deyib keçmək            

 

62.



 

İsa  peyğəmbərin  ilahlaşdırılması,  firovunların  tanrılaşdırılması,  bəzi  əşyaların  bütləşdirilməsi  və  bəzi 

insanlara tarix boyunca həddindən daha çox dəyər verilməsi .................................... boşluğu doldurun. 

A) İlahi əmrlərə qarşı inadın nəticəsidir. 

B) Sevgi və mədh etməkdə həddi aşmağın nəticəsidir. 

C) Dinlərin zəifləməsiylə onların yerini dolduran batil inancların nəticəsidir. 

D) İnsanların maddi mənfəət güdmələrinin nəticəsidir           

 

63.



 

“İnsanlar  vardır  ki,  gözləri  açıq  olaraq  gəzərlər  amma  yuxulu  kimidirlər,  qulaqları  da  vardır  amma 

kardırlar, eştiməzlər...” ayəsində hansı insan nəzərə verilir? 

A) Gördüyü, eşitdiyi halda dərk etməyən ruhi xəstələr. 

B) Allahın vermiş olduğu nemətləri görməyən, eşitməyən nankorlar. 

C) Qurani-Kərimi əzbər bilib anlasalar belə onunla əməl etməyənlər. 

D) Kainatdakı Allahın varlığı ilə bağlı dəlilləri görməyən, duymayan, dərk etməyən qafillər..        


64.

 

“Hamınız birlikdə Allahın ipindən möhkəmcə yapışın ki, ayrılığa düşməyin” ayəsindəki “ip” sözündən 

muradı-İlahi (İlahi məqsəd) nədir? 

A) Quranı-Kərim                     B) Rəsulunun (s.ə.s) sünnəti             

C) Əhli-Beytə tabe olmaq       D) Namaz, oruc kimi fərz olan ibadətlər           

 

65.



 

.............................    ağır  yaralanmışdı.  Bağırsaqları  deşik-deşik  olmuşdu.  Yediyi  hər  şey  o  deşiklərdən 

çölə axırdı. Şəhidlik zirvəsinə çatmağına az qalmışdı. Amma o, bütün ağrılarını və ölüm həyəcanını unutmuş 

və İbn Abbası yanına çağırıb belə deyirdi; “Deməli mən, möminləri həyatıma sui-qəsd edəcək qədər incitdim 



ki, onlar mənim həyatıma qəsd etdilər”. Sonradan, onun ölümünə səbəb olan şəxsin qeyri-müsəlman məcusi 

olduğu  xəbəri  ilə  sevinmiş,  “Əlhamdulillah,  mənim  canıma  qəsd  etmək  surətilə  Allah  bir  möminin  əlini 



kirlətmədi.”deyən sahabə kimdir ?   

A) Hz. Ömər                               B) Hz. Osman 

C) Hz. Əli                                   D) Xalid bin Vəlid 

 

66.



 

............................. Allah Rəsulundan (s.ə.s) hədis rəvayət edərkən “Rəsulullah buyurdu ki”- deyə hədisə 

başlayar, sonra gözləri dolar, sonra başını aşağı əyər, sonra yuxarı qaldırar, dərindən nəfəs alar, düymələrini 

açar və nəhayət hədisi rəvayət edərdi. 

A) Hz. İbn Məsud (r.a)       B) Hz. Əli (r.a)       C) Hz. Abbas (r.a)        D) Hz. Əbu Hüreyrə       

 

67.



 

Peyğəmbərimizin  (s.ə.s)  haqqında  “Dininizin  yarısını  Hümeyradan  öyrənin”  buyurduğu  böyük  zəka, 

fətanət sahibi qadın sahabə kimdir ?  

A) Hz. Zeynəb (r.anha)    B) Hz. Aişə (r.anha)   C) Hz. Fatimə (r.anha)    D) Hz. Ümmü Sələmə (r.anha)                    

 

68.


 

Səhih  hədisə  görə  kim  10  dəfə  “Lə  iləhə  illəllahu  vəhdəhu  lə  şərikə  ləh.  Ləhul  mulku  və  ləhul  hamdu 

yuhyi və yumit və huvə alə kulli şeyin qadir” deyərsə nə kimi savab qazanar? 

A) Bir yetimi doyurmuş olar     B) Bir kölə azad etmiş olar 

C) 10 savab qazanar                  D) Bir gün oruc tutmuş olar           

 

69.



 

İmam Şafei yaddaşının zəifliyindən şikayət etdiyi zaman, ustadı Vəki ibn Cərrah ona nəyi tövsiyə edir?  

A) Çoxlu Quran oxumağı     B) Təhəccüd namazları qılmağı 

C) Günahları tərk etməyi      D) Az yeyib, az yatmağı            

 

70.


 

Bu böyük məzhəb alimidir, bir milyon hədisi əzbər bilirdi. Üç yüz min hədisdən seçib topladığı məşhur 

hədis kitabı “Müsnəd”ində qırx min hədis vardır. Söhbət kimdən gedir?  

A) İmam Əbu Hənifə     B) İmam Şafei      C) İmam Malik      D) İmam Əhməd ibn Hənbəl 

        

 

 




Yüklə 113,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə