Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16
İqor İvanov: - Ev təsərrüfatı, uşaqların tərbiyəsi ilə istisnasız 
olaraq qadınların məşğul olmasına hamı adət edib. Belə qəbul 
edilib,  bizim  nənələrimiz,  analarımız  belə  yaşayıblar.  İndiki 
dövrdə də ailələrin əksəriyyəti belə yaşayır. Amma həyat şəra-
iti tamamilə müxtəlif ola bilər. Elə ailələr var ki, əsas “mamont 
ovçusu” qadındır. Bu ailələrdə evin, əgər varsa, uşaqların qay-
ğısını  kişi  öz  üzərinə  götürür.  Bəziləri  hiddətlənirlər:  “Necə 
ola  bilər?  Nə  üçün  kişi  evdə  oturur,  borş  bişirir,  ah,  dəhşət, 
televizora baxır?!” Amma bəzi cəmiyyətlərdə müəyyən sayda 
insanlar var ki, belə vəziyyət onları qane edir. Kişi evdə uşaq-
larla  oturur,  ev  təsərrüfatı  ilə  məşğul  olur,  qadın  isə  işləyir. 
Bu, müqavilə əsasındadır. Bu gün elə bu barədə danışacağıq: 
“Evdar  kişi,  qadın  isə  üçü  birində:  ev  qulluqçusu,  dayə  və 
seks-maşın nə deməkdir?” Necə bilirsiniz, bizim belə ənənəvi-

295
Yuri Lyubimov arvadı Katalina ilə. Taqankadakı teatrın yaradıcısı 
Yuri Lyubimov “Postskriptum”da əsil ehtiraslar teatrı gördü
Nikita Mixalkovun ad günündə. Mənim ifamda qədim rus 
mahnısı “Su üzərindəki sarmaşıq”

296
çilik doğrudanmı özünü doğruldur?? Zaman keçir, əsrlər, nə-
sillər dəyişir, təsəvvürlər isə dəyişməz qalır.  Əgər şəhərlilərin 
baxışlarında  dəyişikliklər  varsa,  kənd  yerində  camaat  həmin 
qaydalarla, baba və nənələrin nəsihətlərinə müvafiq qaydada 
yaşayır: evdə oturan və uşaqlarla məşğul olan kişiyə heç bax-
maq da mümkün deyil. Bu təfəkkürün süstlüyüdür, yoxsa bi-
zim doğrudan da xüsusi yolumuz var?
Nina Puşkova: - Məni məsələnin özünün qoyuluşu utan-
dırır. Üçü birində nə deməkdir: ev qulluqçusu, süpürgəçi, 
seks maşını? Mənim üçün bunlar həddindən artıq sərt səs-
lənir.  Mən  eyni  zamanda  “evdar  kişi”  terminində  də  zid-
diyyət  tapıram.  Evdar  qadınların  ənənəvi  olaraq  məşğul 
olduqları işləri görən kişilər kim olur?
Bax belə, “evdar kişi” anlayışı hətta rus dili üçün də qə-
ribədir. Bəs siz təsəvvür edirsinizmi, o rus şüuru üçün necə 
qəribədir?  Misal  gətirirəm.  Kişi  və  qadın  cinslərinə  keç-
məyən anlayışlar mövcuddur. Evdar qadın rus şüuru üçün 
təbiidir, evdar kişi isə qeyri-təbiidir. Ev sahibi – bəli, nor-
maldır. 
İ.İ.: - Ev sahibi – ev tikəndir.
N.P.: - Yox, ev sahibi – məni bağışlayın, bu ev üçün qaza-
nan adamdır. Onu tikən adamdır.
  Məsələn,  rus  şüuru  üçün  “şairə”  sözü  də  aydın  deyil. 
Yazıçı  İrina  Odoyevtseva  özünü  şairə  adlandıran  yeganə 
şəxs idi: “Nə Bryusov, nə Qumilyov məni istedad adlandır-
mır. Mən qara lentli balaca şairəyəm”.
Kişi sənəti var – şair. Bu sənətlə məşğul olan qadınlar da 
var, onlar da özlərini şair adlandırırlar. 
Bax, beləcə “evdar kişi” anlayışı da mənim üçün komik 
çalar daşıyır. Daha doğrusu,  evdar kişi, mürəkkəb, qəddar 
kişi həyatında nəyinsə alınmadığı kəsdir. Bəli, bu problem-
lərlə dolu həyatdır, amma sən kişisən. Səni kişi kimi tərbiyə 
ediblər. Sən həyatın qarşına qoyduğu bu çağırışları həll et-
məlisən. 
İ.İ.: - Kişilər ağlamırlar.
N.P.:  -  Kişilər  ağlayırlar.  Kişilərin  kədərlənərək  bu  kə-
dərlə  qadın  qəlblərini  incitmələrindən  gözəl  nə  ola  bilər? 

297
Kişilər ola bilsin, qadınlardan da artıq əzab çəkirlər. Onlar 
bu əzabı öz içlərində bağlayırlar. Mən düşünürəm ki, məhz 
psixoloq bu içəri qovulmuş problemlərlə peşəkarcasına iş-
ləyir və onları həll edir. Kişilər qadınlardan zəif olduqları-
na görə, onlar bunu gizləməli olurlar. 
İ.İ.:  -  Kişilərin  və  oğlanların  infantilləşmələrindən  çox 
danışırlar.  Elə  hökmran  analar  var  ki,  deyirlər,  sən  etmə-
lisən, sən borclusan, sən kişisən. Sonra isə nə alındığını biz 
görürük. Məşhur filmdəki yoldaş Novoseltsev alınır.
Vladimir Rakovski: - Belə problem var. Belə kişilərin prob-
lemi  onların  emosional  olmalarında,  ağlamalarında  və 
bütün bu əzablara güclə dözmələrində deyil. Problem qa-
dınlardadır. Bizim kişilərin əksəriyyəti qadınların altruist, 
qayğıkeş  olmalarına  öyrəşiblər.  O,  öz  kişisini  əzizləmək, 
dəstəkləmək  və  bir  qədər  də  ruhlandırmaq  istəyir.  Bu  şə-
raitdə qadın öz üzərinə çox ağır yük götürür. “Mən ümu-
miyyətlə,  bilmirəm,  nə  edim.  Sən  kişisən,  ona  görə  də  bu 
problemləri  özün  həll  et,  mən  zəif,  köməksiz  məxluqam. 
Mən  sənin  həyatını  məhəbbətlə  bəzəyə  bilərəm.  Evimizdə 
mehribanlıq,  səmimiyyət,  rahatlıq  yarada  bilərəm.  Mən 
kişinin  həll  etməli  olduğu  vəzifələri  həll  edə  bilmərəm”, 
-  demək  əvəzinə,  bizim  qadınlar  “çaparaq  gedən  atı  sax-
laya,  od  tutub  yanan  daxmaya  girə  bilərlər”.  Mentalitet 
belədir. Köməksiz görünmək əvəzinə, onlar yüklərini ağır-
laşdırırlar. Əlbəttə, qadınların əhatəsində böyümüş, güclü 
nənələrin tərbiyə etdikləri kişi təbii ki, hiyləgər və ağıllıdır. 
Nənələr isə ÜKP(b), Sov.İKP və s. üzvləridir. Onlara güclü 
olmağı öyrədiblər. Bunlar bizim analarımızdır, kommunist 
əməyi  zərbəçiləri,  istehsalat  qabaqcıllarıdır.  Qadın  bizdə 
mülayim  və  müdafiəsiz  olmamalıdır.  Qadın  –  cəmiyyətin 
üzvüdür və o, cəmiyyətin dəyərli üzvü olmalıdır: işləməli, 
çatmalı,  nail  olmalıdır.  Çexovdakı  kimi  “nazənin”  anlayı-
şı, ərinin güzgüdəki əksi olan, ərinin maraqları ilə yaşayan, 
hər şeydə onunla razılaşan qadın müasir inqilabla rədd edi-
lib, üstəlik töhmətlənib də.
İ.İ.: - Bəli, əlbəttə. O, iradəsiz toyuq, meşşan hesab edi-
lirdi. Kişi isə evdə oturub, borş bişirirsə, o, əski parçasıdır. 

298
Bəs ailəyə kimin pul gətirməsinin nə fərqi var?
N.P.:- Böyük fərqi var. İşin mürəkkəbliyi ondadır ki, indi 
cəmiyyətdə  belə  qarmaqarışıqlıq  baş  verir:  qadınlar  daha 
çox kişiləşir, kişilər isə daha çox qadınlaşırlar. Məsələ infan-
tillikdə də deyil. Məsələ ondadır ki, indi sanki qayda belə-
dir:  kimdə  pul  qazanmaq  yaxşı  alınırsa,  o,  bununla  məş-
ğul  olur.  Qərb  cəmiyyəti  bu  standartları  qəbul  edir.  Qərb 
ailəsinin  məzuniyyəti  necə  keçirdiyinə  baxsanız,  qadının 
istirahət  etdiyini,  kişinin  isə  uşaqlarla  əlləşdiyini  görmək 
olar. Qərbli qadının bu xoşuna gəlir. Amma burada başqa 
sual yaranır: o, həmin kişini sevirmi? Mən belə nümunələr 
görmüşəm. Mən bir neçə dildə danışıram, xarici dilləri bil-
məyim, əcnəbilərin həyatını başa düşməyə imkan verir. 
Bir  dəfə  qadının  çox  iri  korporasiyanın  rəhbəri  olduğu 
ailədə qonaq idim. Bu korporasiyanın iyirmi yeddi ölkədə 
şirkətləri var. Uşaqları yoxdur, bircə əridir. Ər yeməyin ha-
zırlanması və iki itlə məşğuldur. O, arvadını yola salır, ona 
səhər  yeməyi  hazırlayır,  işdən  gəlməsini  gözləyir.  Onun 
gözlərində çox alçalmamaq üçün deyir ki, kitab yazır. Özü 
də bu elə bir kitabdır ki, onu yazıb qurtarmaq sadəcə ola-
raq  mümkün  deyil.  Sadəcə  olaraq  onun  bəhanəsi  var  ki, 
işlə məşğuldur. Qadının öz ərinə heç olmasa, nəyə görəsə 
hörmət etməsi üçün. Axı, qadın güclü kişiyə hörmət etmək 
istəyir, bu onun təbiətidir, o, kişiyə inanır. Qadın güc qar-
şısında  geri  çəkilir.  Hətta  ən  güclü  qadın  belə  zaman-za-
man  zəif  olmaq  istəyir  və  siz  bunu  tamamilə  doğru  dedi-
niz. Əgər qadın çaparaq gedən atı saxlayır, yanğınsöndürən 
kimi yanan daxmaya girirsə, kişi onun nəyinə lazımdır? 
V.R.: - Sevgi üçün.
N.P.: - Amma sevgi emosiya və ehtirasla yanaşı, özündə 
keyfiyyət parametrlərini də daşıyır. 
V.R.: - Üzr istəyirəm, sözünüzü kəsirəm. Mən tam razı de-
yiləm  sizinlə.  Gəlin  bölək:  milçəklər  ayrı,  kotletlər  ayrı.  Sevgi 
emosiya və hisslərdir. Hörmət – başqa insanın hansısa keyfiy-
yətlərinin  etirafıdır.  Amma  təəssüf  ki,  bizim  ölkəmizdə  sevgi 
fədakarlıqdır. Nədənsə bizim tərbiyə olunduğumuz rus nağıl-
larında kişi ya səfeh İvanuşkadır, ya da soba üzərində yatan Ye-

299
Hansı birlik yaxşıdır: məhəbbətlə, yoxsa müqavilə ilə?

300
melya. Onun üçün hər şeyi qadın eləyir. Durnabalığı haqqında 
nağılı yadınızı salın.
N.P.: - Amma bizdə həm də xilas edən, qoruyan üç bahadır 
haqqında nağıl var.   
V.R.: - Amma orada qadın yoxdur. Orada kişilər öz missiya-
larını yerinə yetirirlər. Nağıl ailə səadəti haqqındadırsa, kişi bir 
qədər  bədbəxtdir  və  uğursuzdur,  qadın  isə  onun  üçün  çalışır: 
“Alyonuşka və qardaşı İvanuşka”, “Qar kraliça”.
N.P.: - “Qar kraliça” rus nağılı deyil.
V.R.: - Nə fərqi var?
N.P.: - Siz fədakarlıq haqqında danışdınız. Hesab olunur ki, 
Rusiyada qadın sevgisi fədakarlıqdır. Bəli, dünyanın başqa heç 
bir ölkəsində qadın sevgiyə fədakarlıq qatmır. Qərbli qadın ərinə 
xidmət naminə kilsədə mehrab qarşısında durmağa hazır deyil. 
Orada çox vaxt partnyor münasibətləri mövcuddur və bu, müqa-
vilə ilə möhkəmləndirilir. 
İ.İ.: -  Partnyor münasibətlərinin  nəyi pisdir? Bizdə indi özü-
nü  əla  hiss  edən  sərbəst  qadınlar,  biznes-ledilər  həddindən  ar-
tıq çoxdur. Əgər onlara kişi lazımdırsa, onu müəyyən müddətə 
“icarə”yə götürə bilərlər.
V.R.: - Başqa aspekt də var. Əgər biz nigaka, münasibətlərimizə 
şüurlu surətdə yanaşırıqsa, onda birlikdə nə edəcəyimiz, ailəni nə 
üçün qurmağımızla bağlı ortaq məxrəcə gəlirik. Bu, ağıllı yanaş-
madır. Təəssüf ki, ağıllı yanaşma ilə birgə, emosional yanaşma da 
mövcuddur.
Bu  abzasla  İnternetdə  söhbət  bitib,  amma  efirdə  tamamilə 
başqa  sonluq  var  idi.  Mənim  həmsöhbətlərim  ailədə  sevgi 
axtarılmasına və ailəni sevgi ilə qurmağın gərəksizliyi haqqında 
inadkarlıqla  fikir  yürüdürdülər.  Müqavilə,  partnyorluq,  öz 
marağının müdafiəsi və şəxsiyyətin qorunmasının ailənin əsasını 
təşkil  etdiyini  bildirirdilər.  Onda  mən  psixoloqa  “ən  sonuncu 
sual”ımı verdim:
- Bəs sizin necə, ailə təcrübəniz var?
- Bəli, çox böyük. – Mənə cavabı belə oldu. – Mən beş dəfə evli 
olmuşam.
Bax belə. Hər kəs özü üçün nəticə çıxarır. Yeganə yadda sax-
lanılası şey odur ki, keçəldən saçlarınızın qorunması üçün məs-

301
ləhət istəməməniz yaxşıdır, gombul dietoloq isə çətin ki, arıqla-
mağa kömək edə bilər.
Əlbəttə, həm də bazar şəraitində yaşadığımızı, istənilən iddi-
anın öz malını sırımaq, yaxud səni potensial müştəriyə çevirmək 
üçün reklam kələyi ola biləcəyini anlamaq lazımdır.  
Psixologiyada geştalt-terapiya adlanan üsul var. Onun müəlli-
fi Frederik Solomon Perlzdir. Uşaqlıqdan ahıl yaşlarına kimi, az 
sevildiyinə görə əziyyət çəkib. Hələ uşaq olarkən, qonşu oğlana 
xoş gəlmək üçün bacılarından birinin cehizi üçün nəzərdə tutu-
lan qızıl pulu atasından oğurlayıb. 
Yaşa dolduqdan sonra intim etirafları ilə kütləni şoka salmağı 
sevirmiş: “Mənim doğma bacım yəhudilər üçün həbs düşərgəsin-
də həlak olub, amma ona görə heyfslənmirəm. O, mənim heç vaxt 
xoşuma gəlmirdi, vəssalam. Nə olsun, bir bacı az, bir bacı çox...”
Sonralar  öz  problemlərini  araşdırmaq  üçün  tibb  fakültəsinə 
daxil olub. Tez-tez yardım üçün psixoanalitiklərə müraciət edir-
miş, həm də onların onu sevgili kimi sevmələrini, doğma oğul 
kimi  əzizləmələrini,  ən  yaxşı  dost  kimi  onunla  fəxr  etmələrini 
tələb edirmiş. Bu baş verməyəndə isə hiddətinin hüdudu olmur-
muş. Ən çox onu qəzəbləndirən isə psixoanalitiklərin pul tələb 
etmələri olub. O vaxtlar məşhur olan Karen Xorni bir dəfə ona 
“pulun yoxdur – analiz də yoxdur” deyibmiş. O, bunu Karenə 
heç vaxt bağışlaya bilməyib. 
Əslində Perlz fiziki və mənəvi cəhətdən eybəcər, mənfur gö-
rünüşlü biri idi. İnternetdə onun fotolarına mərhəmətsiz baxmaq 
mümkün deyil.
Amma  öz  həyatında  sevgi  çatışmamazlığını  o,  bu  gün  də 
psixoloqların  istifadə  etdikləri  üsülü  yaratmaqla  kompensasiya 
etdi. O, “Zibil vedrəsinin içində və çölündə” romanını yazdı.
O, heç vaxt Tanrıya inanmamışdı və açıq-aşkar bütün dinlərə 
qarşı çıxırdı. Öz dinini yaratmaq qərarına gəlmiş və onu “geştalt 
terapiya” adlandırmışdı. 
Bu üsulun tərəfdarları bu gün də “geştalt-duanı” təkrarlayır 
və öz məşğələlərində oxumağa məcbur edirlər. O bu cür səslənir: 
“Mən – mənəm. Sən – sənsən. Mən öz işimi görürəm. Sən öz 
işini görürsən. Mən bu dünyaya sənin gözləntilərinə uyğunlaş-
maq üçün gəlməmişəm. Sən isə mənim gözləntilərimə uyğunlaş-

302
maq üçün deyilsən”.
Daha doğrusu, bu xudbin mantranı inkişaf etdirsək, alınar ki, 
kişi və qadın bu dünyada bir yerdə olmaq üçün deyillər. Bu sadə-
cə olaraq ayrı yaşamanın  himndir!
Məhz  buna  görə  də  ailələrdə,  cütlüklərdə  yardım  haqqında 
xahiş etdikdə, indi populyar olan cavab eşitmək olar: “Bu sənin 
problemindir!”
Amma insanlar məgər birgə görüşüb, bir-birinin – həm özü-
nün, həm də ona yaxın olanın, hansısa problemini həll etməkdə 
yardımçı olmaq üçün birləşmirlərmi?
Mən öz həyatımda özünü sevməkdən ürəyi gedən insanları da 
görmüşəm. Onlar üçün “mən-mənəm” – mövcudluq qanunudur. 
Həm də özlərini ayırmaq, seçməklə onlar bir qayda olaraq, dəh-
şətli  dərəcədə  yerdə  qalanların  da  onları  sevmələrini  istəyirlər. 
Özləri isə sevgiyə hazır deyillər. Yaradıcı mühitdə belə insanlar 
xüsusilə çoxdur. 
Həm də o da həqiqətdir ki, yaradıcılıq həmişə xudbinlikdir. 
Amma istedadlı adamlara çox şeyi bağışlamaq olar – istedadın 
miqyası  yaxın  insanların  maraqlarının  pozulmasını  ört-basdır 
edir. 
Amma öz tatusundan və göbəyindəki pirsinqdən başqa heç nə 
ilə fəxr edə bilməyən bir istedadsız, heçlik pəltəkcəsinə öz “nəzər 
nöqtəsi”ndə israr edir, yaxud öz unikal daxili dünyası haqqında 
vird edirsə, belə xudbinlik yanındakılar üçün dözülməz cəzaya 
çevrilir.
Hər şey insanların bir-birlərinə  uyğunlaşmalarının məhvinə 
aparır. Bütün bunlar yeni həyat fəlsəfəsinin yaranması ilə nəti-
cələnir. Bu fəlsəfə iddia edir ki, tənhaların özünüifadə etmələri 
üçün daha böyük məkan, istirahət, sadəcə olaraq pivə içmək, te-
levizora baxmaq və istədiyin yerə getmək üçün daha çox sərbəst 
vaxtları var. 
Tənha qadının özünün ərdə olan yaşıdına nisbətən daha xoş-
bəxt,  daha  sağlam  olması  və  daha  yaxşı  görünməsi  haqqında 
nəzəriyyə peyda olur. 
Ailə, nigah, seks haqqında o qədər çox yazırlar ki, hər bir insan 
özünə uyğun gələnini tapa bilər. Məhəbbətə inanmırsa – kifayət 
qədər buna təsdiq tapa bilərsən: budur, baxın, hamı ayrılır!.. Həm 

303
Əgər bir çox illər öncə, bizim Alekseylə görüşümüz baş tutma-
saydı, bu valehedici postskriptum da olmazdı

304
ulduzlar, həm qonşular, həm sinif yoldaşları. 
Əgər sevgiyə inanır və ona qovuşmağa can atırsansa, o, sənin 
həyatından  yan  keçməyəcək.  Burada  ən  vacib  olanı  məhəb-
bətin olmadığını, səadətin mümkünsüzlüyünü, ailənin – öm-
rünü başa vurmuş institut olduğunu iddia edən uğursuzlara 
inanmamaqdır. Əgər bir adamın mənzilində işıq yoxdursa, siz 
onun  elektrikin  hələ  kəşf  olunmaması  barədə  söylədiklərinə 
inanmayacaqsınız. 
Mən nə haqqında danışdığımı dəqiq bilirəm. Mən asanlıqla 
Şukin adına məktəbə daxil oldum. O illərdə portretim Kalinin 
prospektindəki  “gözəllik  oazisi”  -  “Çarodeyka”  salonunun 
pəncərəsindən asılmışdı. Mən öz qadın gücümü və cazibədar-
lığımı çox hiss edirdim.
Amma həyatımda sevgi baş verəndə, kino çəkilişlərini kə-
nara qoydum və teatra getmədim. Ailə və məhəbbət tanrısı te-
atr tanrısını üstələdi. Mənim tanışım bir dəfə deyib: “Nina bir 
dəfə ərə gedib? Amma öz görünüşü və ağlı ilə bir neçə gözəl 
həyat  yaşaya  bilərdi!”  Amma  bacarardımmı?  Onlar  xoşbəxt 
olardılarmı? “TV-Park” jurnalı mənim ərimlə müsahibələrin-
dən  birində  başlığa  sitat  çıxarmışdı:  “Mənim  üçün  arvadım 
aktrisa  karyerasını  qurban  verib”.  Tez-tez  özümdən  soruşur-
dum: “Bu, mənim tərəfimdən qurban idi?” Və keçdiyim həyata 
nəzər salaraq cavab verirəm: “Yox”. İstənilən həyat – kitabdır. 
Hər şey öz kitabını yazan müəllifin istedadından asılıdır. Akt-
risalar çox tez-tez müxtəlif rollar oynayaraq, onlarla müxtəlif 
həyat yaşayırlar. Bəzən başqalarının həyatını oynayaraq, özlə-
rininkini necə itirdiklərini sezmirlər. Onda pərəstişkarlarının 
alqış və heyranlıqlarından sonra, elə bir dəhşətli tənhalığa dü-
şürsən ki, az qalırsan özünü asasan. Ətraf aləmə görünməyən 
göz yaşları və uğurun dəhşətli qiyməti də elə budur. 
“Bembi, qaç, bu aləmdən! Sən onun üçün həddindən artıq 
insani istedada maliksən”, - “Uzaq meridianda görüş” filmində 
birgə çəkildiyimiz Vladislav Dvorjetski bir dəfə mənə demişdi. 
O, kino, teatr aləmini nəzərdə tuturdu. O, aktyor istedadı olan 
kişinin aktyor peşəsindən getməsinin qadından daha çətin ol-
duğu ilə bağlı acı-acı gileylənirdi. Aktyor öz sənətindən kənar-
da itə, bədbəxt ola bilər. Hər halda bu risk var. Qadın-aktrisa 

305
sənətindən ayrıldıqdan sonra çox vaxt udur. Çünki onun akt-
risa istedadı seçdiyi bir çox sferalarda özünü daha çox realizə 
etməsinə imkan verir. İlk növbədə isə - şəxsi ailə həyatında. 
Mənim ailə həyatım onun haqlılığının sübutu oldu. Öz ailə 
həyatımı mən hansısa missiya kimi qəbul etdim. 
Əminəm ki, qadın vasitəsilə kişi öz şəxsiyyətinin miqyasını 
anlayır. Çox vaxt kişi bu miqyası dərk etməkdən qorxur. Axı o, 
müasir həyatın çağırışlarına, özü haqqında dərin təsəvvürlərə, 
əgər istəsəniz, hətta bütün təzahürlərində sosiumla qarşılıqlı 
əlaqələrə cavab verməlidir. Qadın rəng kimi bütün bu təsəv-
vürləri daha parlaq, daha gözlə görünən edir. Onların miqya-
sını artırır. Əsil qadın həmişə öz ərinin şəxsiyyətinin miqyasını 
artırır! Mənim yadıma bir mühakimə düşür: “Kişi adam deyil
qadın da adam deyil. Adam – qadın və kişidir”. Bu, çox düz-
dür. Qadının səbir və məhəbbətlə uçaq becərdiyi kimi, becər-
diyi birgəlik olmadan – ailə alınmaz. Onun surroqatı alınar. 
İndi tez-tez deyildiyi kimi, layihə, yaxud müqavilə olacaq. 
Amma müqavilə məhdud fəaliyyət müddətli məhsuldur. Bun-
dan başqa, müqavilə həm də tənhalıqdır. Hər kəs sazişin özünə 
aid hissəsinə əməl edir, amma birgəlik məhduddur, daraldılıb: 
onun hüdudlarından kənarda hər kəs – özü-özlüyündədir.
Bu  gün  o  həm ABŞ-da,  həm  də Avropada  yayılıb.  Həmin 
yenilik  bizə  də  gəlir.  Amma  mən  müqavilə  ilə  ailə  həyatına 
inanmıram. 
* * *
Biz ərimlə hər şeyi birgə edirik. Çoxları elə düşünür ki, ölkə-
nin əsas analitik teleproqramını da birgə edirik. Aleksey sonra-
lar bir neçə dəfə məni “Postskriptum” proqramının baş eksper-
ti”, özünün yeganə və əvəzedilməz məsləhətçisi adlandırıb. Bu 
zarafat deyildi. Proqram bizim birgəliyimizin nəticəsi və təza-
hürü oldu.
P.S. Və sonuncusu. Biz çox vaxt postskriptumu ardınca ya-
zırıq. Mən həyatımda olan hər kəsə, bu kitabda haqqında yaz-
dığım  adamlara  –  mənim  qəhrəmanlarım  və  müəllimlərimə 
minnətdarlıq postskriptumu göndərirəm. Onlar mənə indi ol-
duğum kimi olmağı öyrədiblər.

306
Mənim  fikrimcə,  ölkənin  baş  analitikinə,  mənim  nizamsız 
artist  ağlımı  məcraya  yönəldən,  yalnız  dənizdə  deyil,  həm  də 
həyatda üzməyi öyrədən, mənə sevinc və varlıq xoşbəxtliyi bəxş 
edən - ərimə. Mənə ana olmağı öyrədən və bizə iki gözəl qızın 
simasında həyatımızın əsil möcüzəsini – gələcəyimizi bəxş edən 
qızımıza.
Məni yeni uğurlara ruhlandıran və irəlilədən dostlarıma və 
düşmənlərimə. Belə ki, düşmənlər xarakteri daha çox möhkəm-
lətməyə qadirdirlər, nəinki dostlar. Artıq 15 ildir efirə çıxan si-
yasi və polemika proqramının müəllifi olan ərim bunu çoxların-
dan yaxşı bilir.
Və nəhayət, mənim hətta nəzərdə tuta bildiyimdən də geniş, 
zəngin və məzmunlu olan ömrümə. Hərçənd həmişə hiss edir-
dim ki, başqa ömür məni razı da salmazdı.  
Daha uzun olan həyat haqda nə deyim,
Yalnız hiss edirəm, dərdlə həmrəylik.
Hələ doldurulmayıb gillə ağızım,
Ondan eşidiləcək, ancaq razılıq...  
İosif Brodski belə yazırdı.
Bax, mən də razıyam. Axı, hələ həyata postskriptum yazıl-
mayıb.

307

308
MÜNDƏRİCAT
Su sınağı....................................................................
8
Sevgi küçəsi...............................................................
12
Taleyüklü 45 saniyə..................................................
16
Balaca oğlanı necə kişiyə çevirmək olar?..............
20
Şukin adına məktəbə gedən yol ............................
23
Zaxava və siqaret çəkən marallar.............................
28
Məbəd və Məbəddə yaşayanlar..............................
32
Bir anlıq hökmdar.....................................................
51
Çili üzərində gecə..................................................... 
60
General Xludov və fars qızı..................................... 
83
Romaşinin sahəsi...................................................... 
110
Sov. İKP MK dövrünün uydurulmamış  
əhvalatları..................................................................
127
 
Öz imtiyazlarını ver bura, alçaq!.......................  127
 
Xruşovun qızının qonaqlığında........................ 129
 
1991-ci ilin yayı. Baş tutmayan kino.................... 138
Əliəyri deputatlar və mənim kürküm...................
149
Yeni zənginlər və yeni səfillər.................................
160
Prezident möhürü ayaqlar altında (Fordun 
evində)........................................................................
166
Azərbaycan oxucusuna............................................
3

309
Amerika gündəliyi.................................................... 
184
Billari...........................................................................
205
Böyük Pyotrun kiçik Hollandiyası......................... 
217
Stradivarinin əbədi müəmması.............................. 
230
Serb lənəti. Küldən törəyən insan.........................
245
Geyşa neçəyədir? Bəs kimono?...............................
264
Ah, qəribə yeni dünya!.............................................
274
Kişi və qadın: məhəbbət, yoxsa müqavilə 
əsasında?....................................................................
294

Nina Puşkova  
Postkriptumlu roman
Tərcüməçi
Gündüz Nəsibov
Redaktor  
Fuad Babayev
Texniki redaktor
Təmkin Məmmədli
Cildin dizaynı
Elviz İsmayılov
Kompüter səhifələnməsi
Sevda Ağayeva
Korrektorlar  
Leyla Atakişiyeva
Aynur Hüseynova


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə