Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16
institutunun tələbə qızları sizə tez-tez eşq elan edirlər?
Mən bunu nə iləsə öz hərəkətimi izah etmək üçün dedim. 
Onu güldürə bilməzdim. Məşqdə olanlardan nəyi isə izah et-
məyini  xahiş  etmək?  Yenə  də  gülməli    çıxmayacaq.  “Yaxşısı 
budur, deyim ki, onu sevirəm”, - ani olaraq qərar verdim. 
Bir daha böyük hisslə öz sualımı təkrar etdim:
- Vladimir Georgiyeviç, Şukin adına teatr məktəbinin tələ-
bələri  sizə  tez-tez  eşq  elan  edirlər?  –  Ona  özümün  ən  işıqlı 
baxışlarımın biri ilə baxdım.
- Sən nəyi nəzərdə tutursan? – O, hələ heç nə anlamadan və 
daxilimə nüfuz etmədən soruşdu.   
Mən etirafımın tam səmimiliyini, çox mühümlüyünü, çox 
ciddiliyini nəzərdə tutduğumu sübut etmək üçün...axı bu an 
doğrudan da onu nəhayətsiz dərəcədə sevirdim, ona dedim:
- Vladimir Georgiyeviç, əgər siz... əgər siz bilsəydiniz, sizi 
necə sevirəm!
O isə mənə məntiqlə bildirdi:
-  Amma  sən  məni  doğrudan  da  sevməlisən.  Sən  mənim 
tələbəmsən. Məni bütün tələbələr sevir. Budur, Voloqdin məni 
necə sevir, hə, Yarmolnik də şübhə etmirəm ki, məni sevir!
O, gözlərini gülməli tərzdə süzdürüb və əlini ürəyinin üs-
tünə qoyub, göstərməyə hazırlaşırdı ki, tələbələr onu necə se-
vir. Məsələn, tələbə Yarmolnik.
- Yox, - demək olar ki, çığırdım.

47
Mən etirafımın qeyri-ciddi qiymətləndirilməsini qəbul et-
mirdim. Mən ciddiliyimdə təkid edirdim, o isə mənə inanmır-
dı. Buna görə də qorxurdum ki, bunlar süni görünəcək və o, 
mənim  müəllimim,  aktyorluq  məharəti  kafedrasının  müdiri 
məni  saxtakarlıqda  ittiham  edəcək,  -  bunların  qorxusundan 
gözlərim yaşla doldu.
-  Vladimir  Georgiyeviç,  -  acı  məzəmmətlə  dedim.  –  Mən 
sizi Yarmolnik kimi sevmirəm! Siz necə belə düşünə bilərsi-
niz?! – Hər sözümdən inciklik duyulurdu.
Və göz yaşları! Barmaqlarımın falanqası boyda, ağlasığmaz 
dərəcədə iri göz yaşları yanaqlarım boyu diyirlənirdi. 
Burnum  yalnız  göz  yaşından  tutulmadı.  12  qəpiklik  “Le-
ninqrad” tuşu xəyanətkarcasına islanaraq gözlərimə dolmuş-
du. Əvvəlcədən bilirdim ki, bir neçə saniyədən sonra dodaq-
larım,  burnum  şişəcək,  qorxulu  və  eybəcər  görkəm  alacam. 
Məni  eybəcər  görəcəyinin  qorxusundan,  onun  sinəsinə  söy-
kəndim və özümə tərəf sıxdım. 
Paltosunun saçaqları burnuma girir, nəfəs almağım çətin-
ləşir, yun yaxalığı isə leysana düşmüş kimi get-gedə islanırdı. 
- Nədir, sən ağlayırsan? Sifətini mənə göstər görüm. – O, 
gözlərimin içinə baxmağa çalışdı.
Amma alınmadı. Mən bütün gənclik qüvvəsi ilə onun yaxa-
lığından yapışmışdım. O isə deyir:
-  Nədir,  doğrudan  ağlayırsan?  Bir  buna  bax:  yapışıb  və 
doğrudan  da  ağlayır,  -  özü-özünə  cavab  verdi.  –  Bir  sifətini 
göstər, sifətini göstər. – O, güclə və ehtiyatla məni özündən 
araladı və baxdı. 
Mən doğrudan da hönkürürdüm və bu an onu həddindən 
artıq  sevirdim.  Və  hər  şeyin  yasını  tuturdum.  Hər  şeyin  nə 
olduğu isə mənə eyni zamanda həm aydın idi, həm də anlaşıl-
maz. Ona dedim:
- Siz ən dahi insansınız! Nə Qritsenko, nə Yuri Vasilyeviç 
Yakovlev, nə də Mixail Aleksandroviç Ulyanov oynamamalı-
dır. Yalnız siz! Siz onların hamısından istedadlısınız! Mən sizi 
heç kəsin sevmədiyi kimi sevirəm. Amma siz mənə inanmırsı-
nız, - dramatikliklə sözümü qurtardım. – Buraxın məni. 
O  isə  bu  anda...  İndi  o,  məni  möhkəm  tutmuşdu.  Görür-

48
düm ki, necə dəyişib. Mən görürdüm ki, o, indi necə də teatr-
da asılmış fotolarına bənzəyir. Həmin fotolarda tamam başqa 
Şleza vardı: yaşlı, ola bilsin ki, həm də bizim səfehliklərimiz 
və axmaqlıqlarımızdan, bəlkə də başqa nələrdənsə yorulmuş 
pedaqoq deyil, teatra yenicə gələn, dalğalı saçları, parlaq iri 
gözləri olan, eynəksiz, zərif burunlu, gənc və qüvvəli Şleza. 
Bəlkə də nəsə onun həyatını korlayır, hansısa xəstəlik və ya 
problemlər  mövcudluğunu  zəhərləyirdi...  Amma  bir  anlığa 
onun yorğun siması itdi, gözlərim önünə gənc sima gəldi.
Birdən... biz onunla öpüşdük. Biz Vaxtanqov dalanında, te-
atr  və  məktəb  arasında  öpüşürdük.  O,  gözlənilmədən  mənə 
soyadımla müraciət etdi:
- Çox sağ ol, Kovtun.
Nə üçün belə dediyini o vaxt başa düşmədim. İndi isə dü-
şünürəm ki, o, sadəcə olaraq beləcə məndən aralanırdı.
- “Sevirəm”ə görə, necə sağ ol deyə bilirsiniz? – onu utan-
dırdım. O cavab verdi:
- Bilirsən, əgər kimsə bizi indi görsə, güman edər ki, sevgi-
liyik, axı hamı ətrafımızda gəzişir. Sənə ona görə sağ ol, dedim 
ki, sən məni... Afərin, sən istedadlısan, - indi o, mənə pedaqoq 
kimi qiymət verirdi. – Bir bax, on dəqiqə ərzində məni hansı 
həyəcanlar dünyasına cəlb etdin. Bax, buna görə sağ ol.
Daxilən mən şöhrətli insanları, çoxluğun məhəbbəti ilə əhatə 
olunanları sevmirdim. Nədənsə hər şeyin artıqlamasilə verilən-
ləri heç vaxt sevməmişəm. Əksinə, layiq olduqları verilməyən-
ləri sevirdim. 
Dahiləri bizim qəlblərimiz yaradır. Əlbəttə, elə buna görə də 
onlar bizim kumirlərimiz idi. Lakin onların arxasınca qaçmaq, 
avtoqraf xahiş etmək, şəkil çəkdirmək qəbul edilməmişdi. 
Artıq sonralar, bəzi uşaqlarda indi qiymətsiz arxiv olan foto-
ları gördükdə düşündüm ki, gənclik necə israfçıdır. Biz varlığın 
zərifliyini və tez ötüb keçməsini hiss etmirdik. Hiss etmirdik ki, 
müəllimlərimiz həyatdan köçəcək. Nədənsə o vaxt həyat insa-
na əbədi gəlirdi. 
İnsana elə gəlirdi ki, Vaxtanqov məktəbində həmişə Rixter 
olacaq. Xatırlayıram ki, ona bizim üçün, özümüz üçün çap 
edilmiş gülməli konsert proqramını vermişdim. Onun əsər-

49
Biz Leninqrada tamaşalara və 
kino sınaqlarına tələbə bileti 
ilə - yarıqiymətinə gedirdik
“Lenfilm”. Rejissor İlya 
Averbaxın yanında sınaq 
çəkilişi 

lərini həmişəlik yadda saxlamaq və üstündə imzasını almaq 
üçün. Amma onunla şəkil çəkdirmə xahişi ilə irəli soxulma-
ğı ədəbsizlik hesab edirdim. Belə də iş olar?
Hətta  çoxdan  həyatdan  köçənlər  də  sanki  sağdılar.  On-
ların  ruhları  bu  döngələrdə  dolaşırdı.  Pedaqoqlar,  onların 
canlı  hekayətləri  sanki  ölənləri  dirildir,  onların  ruhlarını 
uzağa uçmağa qoymurdular.  
Şəhərin tarixi nəfəsi də beləcə təslim olmurdu. O, zaman-
la  rabitəni  yalnız  əfsanələr  və  açıq  Arbat  pəncərələrindən 
süzülən fortepiano konsertləri deyil, həm də ətirlər qoruyub 
saxlayırdı.
Haqqında hələ Polenovun yazdığı köhnə Moskva həyət-
lərindən, Amerika səfirinin iqamətgahı qarşısından və mə-
nim ərimin məzunu olduğu 12-ci xüsusi fransız məktəbinin 
yaxınlığından meşə gilası, cökə, yasəmən ətri gəlirdi. Şəhər-
də çoxlu ballı bitkilər vardı. Sadovoe koltso isə doğrudan da 
nə vaxtsa bağ olmuşdu.

51
BİR ANLIQ HÖKMDAR
Müstəqil  Gürcüstanın  ilk  prezidenti  yeni  il  gecəsi  öldü. 
Bu gözlənilməz ölüm idi. O, qətiyyən qoca deyildi – yaşı əl-
lidən bir az artıq olardı. O vaxt çoxları deyirdi ki, bu şəxs o 
dünyaya kimlərinsə köməyi ilə yola salınıb. 
Onun cənazəsini üç dəfə torpağa tapşırdılar. 1994-cü ilin 
fevralında  onu  təmtəraqla  çeçen  paytaxtında  –  Qroznıda 
dəfn etdilər. Yalnız 13 il sonra cənazəni Gürcüstana qaytar-
dılar. 
Orada, əcdadlarının vətənində cənazəsinin qalıqları orta-
sında ağ və tünd zolaqlar olan al rəngli qədim gürcü bayra-
ğına bükülmüş tabutda gürcülər üçün müqəddəs Mtasmin-
da dağında torpağa tapşırıldı.  
Bu insanla tale bir çox illər öncə buna qədər məni qarşılaş-
dırmışdı. Dramatikliyi ilə seçilən hadisələrə qədər. 
Görüşümüz Ümumittifaq Teatr Cəmiyyətinin restoranın-
da olmuşdu. Bu o zaman doğrudan da əfsanəvi restoran idi: 
burada  Vısotski  ilk  dəfə  Marina  Vladi  ilə  görüşmüşdü  və 
dərhal onu sevdiyini etiraf etmişdi; Oleq Dal içki içməmək 
üçün venasına tikilmiş ampulanı məhz burada iztirabla nü-
mayiş  etdirirdi,  çoxları  isə  öz  qədəhlərini  ona  uzadırdılar: 
“Olejok, at o tərəfə, bizimlə iç”. Xalq artisti Masoxa buradaca 
vəfat etmişdi, təcili yardımı gözləyərək, onun süfrə ilə üzəri-
ni örtüb stolun üstünə uzatmışdılar, qonşu masada isə ruhu-
nun dincliyi naminə içirdilər. Burada çox şeylər olmuşdu...
Məni şama dəvət edən cavan oğlan stolumuza yaxınlaşa-
raq ondan bir dəqiqəliyə çıxmağı xahiş edən insanlarla söh-
bət  edirdi.  Bu  vaxta  qədər  isə  biz  onun Anuyun  “Orfey  və 
Evridika” pyesi əsasında diplom işini emosionallıqla müza-
kirə edirdik. O, latış idi və Dövlət Teatr Sənəti İnstitutunun 
rejissorluq fakültəsini, Mariya İosifovna Knebelin sinfini bi-
tirirdi.  Katolik  milad  bayramında  o,  məni  görüşə  dəvət  et-
mişdi. Mənə bu, çox romantik gəlirdi: axı, Sovet İttifaqında 

52
hətta pravoslavların miladı belə qeyd edilmirdi. Burada isə 
gözlənilmədən bu bayramı “katolik dünyası ilə birgə” qeyd 
etmək təklifi. Petersin dediyi kimi: “Əminəm ki, restoranda-
kıların yarısı bu gecənin necə təntənəli bir gecə olmasından 
xəbərsizdir”.
İlk  dəfə  teatr  dünyasının  yemək-içmək  “episentr”inə  
düşən  gənc  qızın  hisslərini  təsəvvür  etmək  düşünürəm  ki, 
çətin deyil. “Orli suf  balığı”, “Admiral kotletləri” o vaxtlar 
daha çox teatr romanlarının adlarını xatırladırdı. Ətraf  ecaz-
karlıq, sürpriz və məşhurlarla dolu idi. 
Hərçənd o vaxtlar Moskvada hər şey sərt məhdudlaşdırıl-
mışdı. Sən elə-belə restorana gedə bilməzdin. Sənin yolunda 
qapıçı peyda olurdu. Yaxud qapıda əbədi “Yer yoxdur” löv-
həsi asılırdı. Haqqında söz açdığım məkan, Mərkəzi Ədiblər 
evinin, yaxud Kino evinin restoranları xəyal idi! Ölkənin (!), 
yaxud qapıçının üzdən tanımadıqları adi insanlar üçün – yer 
yox idi! Həmişəlik!
Budur, bu restoranda ilk dəfəyəm. Sanki Nataşa Rostova-
nın ilk balıdır.
Əynimdə  qırmızı  rəngli  fransız  batniki  (ağlasığmazdır  – 
onun üçün 70 rubl ödəmişdim, demək olar ki, iki təqaüdü-
mü) vardı. Hər şey sadə idi: sadə pendir, sadə şərab – ağ və 
ya qırmızı,  servelat, balıq. Heç kim ərzaq məhsulunun, rən-
gin, ayaqqabı və ya geyimin keyfiyyətlilik əmsalı ilə maraq-
lanmırdı. Əsas olan istehsalçı ölkənin adı idi.  Bu idi başlıca 
keyfiyyət meyarı. Fransız ətirləri, kremi, geyimi, alt paltarı 
yaxud ayaqqabıları buna görə də yüksək dəyərləndirilirdi. 
Amma restorana qayıdaq. Mən özümü şahzadə kimi hiss 
edirdim. Yalnız intellektini nümayiş etdirmək istəyən şahza-
də. Biz, teatr institutunun tələbələri zahiri görünüşə o qədər 
də diqqət yetirmirdik. Sənin ağlının diqqəti cəlb etməsi isə 
insana xoş gəlirdi. Hər halda mən belə idim. 
Beləliklə,  təzə  paltarda  oturmuşam,  qarşımda  dərrakəli, 
yüngül xarici ləhcəli, buna görə hərdən ona sataşırdım, ca-
van oğlan, ətrafda isə ancaq məşhurlar, indi deyildiyi kimi, 
selebritiz. Sən doğrudan da özünü bu dünyanın bir hissəsi 
kimi hiss edirsən. 

53
Bu restoranda Vısotski Marina Vladi ilə ilk dəfə 
görüşmüş və onu sevdiyini etiraf etmişdi

54
Bizim yaxınlığımızda səs-küylü gürcü kampaniyası görünür, 
nəyisə  qeyd  edirdi.  Bir  neçə  kişi  tez-tez  biz  tərəfə  baxaraq,  nə 
haqqındasa qızğınlıqla danışırdı. Onları tanımırdım. Amma teatr 
işçilərinin restoranında olduğumdan, güman edirdim ki, yəqin 
gürcü mədəniyyət xadimləridir. Onlardan biri öz baxışları – qara 
iri gözləri ilə məni sadəcə olaraq hipnoz etmişdi. Mənə diqqət 
yetirilməsinə vərdiş etdiyimdən, “gürcü masası”ndan bizim ma-
saya bir kişinin yaxınlaşmasına və mənim həmsöhbətimin qula-
ğına nəsə pıçıldamasına diqqət etmədim. Onlar “bağışlayın, bir 
dəqiqəliyə” deyərək, birgə çıxdılar.
 Təkbaşına oturduğum masaya 10 dəqiqədən sonra, böyük qı-
zılgül dəstəsi (qışda!) ilə hündürboy, çallaşmağa başlamış saçları 
olan eleqant geyimli kişi yaxınlaşdı.
- Siz təksiniz... – O, gülləri mənə uzatdı.
- Yox, mən tək deyiləm – etraz etdim, - indi gələcək...
- Yox, siz təksiniz, mən burada olduğum müddətdə tək olacaq-
sınız.
Mən belə inamlı təcavüzdən çaşdım.
- Zviad Konstantinoviç Qamsaxurdiya. Sizin üçün sadəcə Zvi-
ad, - gözlənilməz görüşə gələn özünü təqdim etdi.
-  Siz  kimsiniz?  Hardansınız?  –  kadrlar  şöbəsində  soruşulan 
“siz hansı təşkilatdansınız?” sayaq tonda ciddi soruşdum.
- Mən gürcüyəm, əsilzadə gürcülərdən.
Bundan iki gün əvvəl məktəbimizdə, daha öncə isə ÜİDKİ-də 
gözəl filosof Merab Konstantinoviç Mamardaşvilinin mühazirələ-
rinə qulaq asmışdım. Bu heyrətamiz insanı, gürcünü “Dövrümü-
zün  Sokratı”  adlandırırdılar,  antik  fəlsəfə  və  incəsənət  fəlsəfə-
sindən  heç  olmasa  bir  dəfə  mühazirəsinə  qulaq  asanları  özünə 
heyran edirdi. 
Həmahəng  səslənən  Konstantinoviç,  gürcü  sözlərinə  diqqət 
yetirib fəxrlə söylədim:
- Mən isə Şukin adına məktəbin tələbəsiyəm, bizdə bu yaxınlar-
da mühazirə ilə əsilzadə gürcülərdən biri Merab Konstantinoviç 
Mamardaşvili çıxış edib.
- O!.. O, ruslara o qədər yaltaqlanıb ki. Gürcüstanda ona nifrət 
edirlər.
Mənə elə gəldi ki, səhv eşitdim. Başımda Merabın “... varlığın 

55
əsas sirri – vicdandır, insan – ali həqiqi mahiyyətdir” fikri yeni 
təəssüratla qalmışdı. Və birdən həmsöhbətimin səsində belə bir 
nifrət, hətta deyərdim ki, çimçəşmə var. Həm Mamardaşvilidən, 
həm də ruslardan...
- Mən – rusam! Siz alicənab insanı təhqir edirsiniz. Əgər o, indi 
burada olsaydı, yəqin sizi sillələyərdi, - qəzəblə dedim.
- O mənimlə müqayisədə hər cəhətdən zəifdir, gəlin, bu barədə 
danışmayaq. Amma siz mənim xoşuma gəlirsiniz. Sizdə nəciblik 
duyulur. Mən sizin xoşunuza gəlmək istəyirəm. Çiçəkləri götürün 
– sizədir. Mən sizə özüm haqda danışaram, özüm haqda oxuya-
ram... Gedək, artıq gecdir.
- Sizinlə heç hara getməyəcəyəm. İndi mənim kavalerim qayı-
dacaq... (başa düşmürdüm ki, Peters hara yoxa çıxıb, yeri gəlmiş-
kən, mənim kürkümün asılqandakı nömrəsi də onda idi).
- O, sizinlə vidalaşmağı unudub və bunu sizə qoyub. – Zviad 
ovcunu açdı və mənim (!) asılqandakı nömrəmi göstərdi.
- Mən tamamilə çaşqın vəziyyətdə idim: restoranda tək qalmış-
dım, bu qəribə, maraqlı gürcü ilə. Peters öz katolik miladı ilə ha-
rasa yoxa çıxmışdı. 
- Mən məktəbə qayıtmalıyam, - tələsik dedim. Amma belə bö-
yük qızılgül dəstəsini, üstəlik də qışda, ilk dəfə aldığımdan, qo-
yub getməyə heyfim gəlirdi. 
- Çiçəklərə görə minnətdaram, onlar çox gözəldir, - dedim.
- Hara? Gənc qızın tənha, gecə vaxtı şəhərdə gəzməsi yaramaz. 
Mən sizi ötürərəm.
Düşündüm ki, doğrudan da. Axı, həqiqətən də gecdir. Resto-
randan təkbaşına çıxmaq da düz deyil... Bu, sənin üçün məktəb 
deyil ki, sutkanın istənilən vaxtı uçub gedəsən. Burada xüsusi ya-
naşma lazımdır.
O, hökmdar jesti ilə kürkümü mənə geyindirdi və sədəqə kimi 
qapıçıya 10 rubl uzatdı. Qapıçı sanki onun ayaqlarına düşdü, yal-
taqcasına qapını qarşımızda açaraq, soyuğa birinci çıxdı.
Xəsisliklə  işıqlandırılmış  bulvarda,  restoranın  girişində  qara 
“Volqa” dayanmışdı. Səmadan çiçəklərin üzərinə yüngül, təzə qar 
elə gözəl ələnirdi ki. Şaxta və qızılgül ətri gəlirdi. Qamsaxurdiya 
maşının qapısını qarşımda açdı:
- Mənə bulvarla aşağıya Sivsev Vrajekə qədər, sonra isə...

56
- Yəqin ki, əvvəlcə mən düşəcəyəm. – O gürcücə sürücüyə nəsə 
əmr etdi.
Mən etiraz etmədim. İndicə bu kişinin əlindən çiçək qəbul et-
mişəm, o şamın pulunu ödəyib (mənim harasa itmiş kavalerimin 
əvəzinə). Bəli, o özünə çox arxayın adam təsiri bağışlayır, amma 
mənə pis heç nə etməyib. Həm də o, məni maraqlandırıb – mən 
nə isə sirr, yaxud aşkar qeyri-adilik  hiss edirdim. “Əgər görüş 
haqqında xahiş etsə, bəlkə də şənbə günü gündüz görüşdüm”, - 
maşın az sonra dayanana kimi, düşünməyə macal tapdım.
- Mənimlə qalxın, sizə öz kitablarımı bağışlayım. – Zviad Kons-
tantinoviç maşından çıxdı və mənim tərəfimdəki qapını açdı.
- Yox, yox, başqa vaxt, gecdir...
- Bu çox vaxt aparmayacaq. – O, mənim sağ əlimdən tutub sə-
kiyə çəkdi.
- Mən bacarmaram, getməliyəm...
Amma fikrimi qurtara bilmədim. Faktiki olaraq maşından dü-
şürüldüm.
O, dərhal qapını örtdü və “Volqa” getdi.
Baş verənlərdən qorxuya düşərək və heç nə anlamayaraq onun 
qarşısında durmuşdum. Biz küçədə tək idik. Bilirdim ki, o, quldur 
deyil, yırtıcı deyil, kitab yazır və ümumiyyətlə, ziyalıdır. Amma 
onun sifətində qorxunc, qeyri-normal nəsə vardı.   
- Gedək mənim otağıma! – ayrı-ayrı, hecalarla dedi və məni ko-
budluqla küçə qapısına itələdi.
-  Buraxın  məni,  buraxın!  –  öz  növbəmdə  mən  də  “qorxunc” 
səslə çığırdım. Teatral səslə, deməli həm də bərkdən çığırdığım-
dan – səsim boş küçədə uğultu doğurdu. Həm də mən doğrudan 
da qorxurdum. O, hətta çaşqınlıqdan dayandı.
- Nədir? Sən məni rədd edirsən? – gözlənilmədən sakitcə dedi. 
– Sən kimi rədd edirsən? Mən knyazam! Mən hökmdaram! Mən 
gürcü hökmdarı olacağam! Bir saatlığa, bir anlığa olsa da! – O, 
demək olar ki, xırıldadı. 
Onun gözəl siması tanınmaz hala düşdü və eybəcərləşdi. Hə-
min anda biləyimi elə dartdı ki, gözlərim qaraldı. Çiçəkləri yerə 
salıb, sağ əlimdən yapışdım və körpə kimi onu yırğalayaraq, yan-
dırıcı ağrını birtəhər sakitləşdirməyə çalışdım. Sifətim boyu göz 
yaşı axırdı. Mən heç nə görmədən və anlamadan maşın yoluna, 

57
Zviad Qamsaxurdiya: “Mən 
gürcü hökmdarı olacağam! 
Lap bir saatlıq, bir anlıq 
olsa da!”...
...xəyal gerçəkləşdi

58
demək olar ki, sürətlə gələn maşının altına atıldım.
Sürücü kəskin surətdə əyləci basdı, maşın əks tərəfə dönüb 
dayandı. Sürücü maşından çıxanda məni dünyadakı bütün sö-
yüşlərə qonaq etməyə hazır idi. Mən əsən və göz önündəcə şişən 
əlimi ona uzadıb, demək olar ki, dərin bayğınlıq içində sızıltı ilə 
xahiş etdim: “Xahiş edirəm! Sklifə!”
- Oy, qızım, sənə nə olub? – O, artıq mənə oturmağa kömək 
edirdi. – Az qala məni də məhv edəcəkdin. Yaxşı ki, qar yağdığı-
na görə yavaş gedirdim. Bununla belə, görürsən, güclə saxladım. 
Xoşbəxtlikdən qarşı yol boşdur. Tanrı görünür, hamımızı qoru-
du. Deyəsən sənin yanında qarın üstündə çiçəklər vardı, yoxsa 
mənə elə gəldi?
- Sizə elə gəlib. Çox sağ olun. – Mən şiddətli ağrıya baxma-
yaraq, xoşbəxtcəsinə gülümsündüm. – Siz çox yaxşı adamsınız.
- Qoy bir görək, yaxşıyam. Sən hər şeyi dərhal görürsən. Bi-
lirsən, gecə necə ola bilər? Mən beləsini o qədər görmüşəm. – O, 
mənim fikrimi yayındırmağa çalışırdı. Yəqin qorxurdu ki, huşu-
mu itirərəm.
Sklifosovski  adına  xəstəxananın  qəbul  şöbəsinin  qarşısında 
dayananda, mənim xilaskarım içəri qaçdı. Eşitdim ki, o, kiməsə 
deyir: “tez olun, tez olun, ölü kimi ağappaqdır”.
Xəstəxanadan mən səhər tezdən çıxdım. Ağrıkəsici və yuxu 
gətiricidən sonra hələ başım ağrıyırdı və yüngülvari ürəyim bu-
lanırdı. Sağ əlim gipsdə idi. Bütün ötən gecə mənə irreal gəlirdi, 
sanki bütün bunlar mənimlə əlaqədar olmamışdı: restoran, Pe-
ters, Qamsaxurdiya, sürücü əmi, həkimlər, rentgen, gips...
Mən  məktəbə  getdim.  Arbatdakı  “Dieta”  mağazasında  10 
qəpiyə  yüksək  kalorili  iki  bulka  və  bir  iri  stəkan  südlü  qəhvə 
aldım. Bunların hamısını adət etmədiyim sol əllə tutmalıydım. 
Əlimdəki pəncərənin o tayındakı qar kimi ağ təzə gipsi görən 
rəhmdil xadimə qəhvəni hündürayaqlı masaya qədər aparmağı-
ma kömək etdi. 
- Yıxılmısan? – canıyananlıqla maraqlandı.
- Hə, - yalandan dedim. Dərhal bu versiyanı maraqlananların 
hamısı üçün cavab kimi qəbul etdim.
- Hələ bəxtin gətirib. Amma mən bu yaxınlarda döşəmədə qan 
yumuşam. Bir gombulun bizdə başı yarılmışdı. Al, ye, nuş olsun.

59
Birinci mühazirəmiz rus ədəbiyyatından idi. Yaza bilmirdim, 
heç cəhd də etmirdim  - uğursuz yıxılmışam, nə var axı bunda... 
Mühazirədən  sonra  müəllimimiz  Vladimir  Abramoviç  Qalpe-
rinə yaxınlaşdım:
- Vladimir Abramoviç, siz gürcü yazıçısı Zviad Qamsaxurdi-
yanı tanımırsınız?
-  Yox,  Ninoçka,  mən  onu  oxumamışam.  Amma  onun  atası 
yaxşı yazıçıdır. Oğlu isə məncə daha çox dissidentdir, nəinki ya-
zıçı. 
Mən dissidentin nə olduğunu o vaxt bilmirdim. Heç soruş-
madım  da. Amma  onların  içərisində  dəlilərin  olmasına  şübhə 
etmirdim. Əlimə baxdıqca.
Qamsaxurdiyanı üç dəfə dəfn etdilər, sonuncu 
dəfə əcdadlarının torpağında

60
ÇİLİ ÜZƏRİNDƏ GECƏ
1976-cı ildə bütün təhsilli adamların Çilidə baş verənlər-
dən xəbəri vardı. Ən acı bibərin adaşı olan bu balaca ölkə 
planetin o biri başında yerləşsə də, Santyaqo, Alyende, Pi-
noçet,  çevriliş  –  bütün  bu  sözləri  dəfələrlə  eşitmək  müm-
kündü.Televizorda Santyaqo şəhərində alovlanan prezident 
sarayını  göstərirdilər.  Görürdük  ki,  prezident  Alyende  – 
çalsaç, ziyalı görkəmli və hərbçiyə oxşamayan adam əlində 
silah hücum edənlərdən müdafiə olunur. Sonra onun həlak 
olduğunu öyrəndik. Qəzetlər yazırdılar ki, silahsız insanla-
rı nəhəng stadiona toplayıblar və orada hətta güllələnənlər 
də var. 
Lakin bizim üçün bu, uzaq ölkə, uzaq tarix idi. Hərçənd 
Çili  musiqisi  –  tütəklər,  neylər,  gitaralar  Moskvada  geniş 
yayılmışdı.  Onlar  bəsit,  amma  çox  təsirli  melodiyaları  ilə 
rusların qəlblərini riqqətə gətirirdi. Bir çox evlərdə bu mu-
siqi  kassetlərdə  səslənirdi.  Moskvadakı  çoxsaylı  Çili  tələ-
bələrinin əksəriyyətinin musiqidən başı çıxırdı. Onlar tez-
tez klublarda, institutlarda, müxtəlif yaradıcılıq gecələrində 
çıxış  edirdilər.  Onların  nəğmələrində  naməlum  küləklər 
eşidilir, And və Kordilyer kimi gözəl adları olan uca dağ-
larda  məğrur  qartallar  görünürdü.  Bir  sözlə,  Mayn  Ridin 
əsərləri - sutkalarla dərələrdə at çapan atlılar, dağların zir-
vələri arasında çəkilmiş kəndir körpülər, el condor pasa.
Gözlənilmədən belə uzaq həyat mənə yaxınlaşdı. 
Məktəbdəki  təhsilimin  son  ilində  “Mosfilm”  kinostu-
diyasında “And üzərində gecə” işçi adı ilə sovet-Çili filmi 
buraxılışa hazırlanırdı. Sonradan ad dəyişdi. Prokatda film 
“Çili üzərində gecə” adlandı. Görünür, dövlət kino idarəsi-
nin məmurları hesab ediblər ki, bununla filmdəki hadisələ-
rin harada baş verməsi dərhal aydın olacaq. 
Filmin  rejissoru  kimi  ÜİDKİ-nin  məzunu  Sebastyan 
Alarkon adlı cavan oğlan idi. Filmin büdcəsi kifayət qədər 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə