Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
tərəfimizdən başqa cür dərk edilir. Amma o vaxt sosializ-
min  məcburi  köləlik  kimi  dərk  edilməsi  ümumi  dəb  sayı-
lırdı.  Mənim  filmim  isə  hakimiyyət  olimpinin  zirvəsində 
olan  və  dəyişiklikləri  hazırlayan  insanların  yalnız  sistem 
köləliyinə deyil, həm də öz quldarlıqlarına qalib gəlmələri 
haqqında olmalı idi. 
Biz  çəkməyə  başlayanda,  mən  birdən  aşkar  etdim  ki, 
kamera  qarşısında  Yakovlev  mürəkkəbləşdirilmiş,  siya-

140
si-konspirativ dildə danışır. Sözsüz ki, o, mənim üçün özgə 
bir dövrün adamı idi. Üstəlik uzun müddət ərzində MK-nın 
partiya  aparatında  işi  və  Kanadadakı  səfir  fəaliyyəti  ona 
birbaşa deyil, eyhamla danışmağı öyrətmişdi. 
Bəzən kəskin sual verirdim, o isə elə cavab verirdi, san-
ki eşitmir. Mən onun eşitmədiyini düşünərək, sualı təkrar 
edirəm, o isə yenə də başqa şey danışır. Bunu görə də mən 
daimi olaraq onun qeyri-səmimi olduğunu yox, amma ma-
hiyyəti danışmamaq, çətin suallardan qaçmaq istəyini du-
yurdum.  
Bu baradə təəccüblə ərimə danışdım. Aleksey mənə izah 
etdi ki, Yakovlev beləcə göstərir ki, cavab olmayacaq. Özü 
də yalnız onun özünə məlum olan səbəblər üzündən.  
Mən  təkid  etmək  istəmədim  və  çəkiliş  problemsiz  başa 
çatdı.  Biz  onun  MK-nın  “Belorusskaya”dakı  binasındakı 
mənzilində  və  Köhnə  meydandakı  işçi  kabinetində  çəkir-
dik. Amma dama oyunundakı “daş vurdurma” kimi kifayət 
qədər  maraqsız  kino  alındı.  Ehtiras,  münaqişə,  insanilik 
yoxdu, hər şey çox düzgün, çərçivəli idi.
Məni  həm  də  digər  detallar  pərt  edirdi. Aleksandr  Ni-
kolayeviçdən filmdə onun haqqında kimin maraqlı danışa 
biləcəyini  soruşduğumda,  o,  birinci  olaraq  Oleq  Kaluqi-
nin  adını  çəkdi.    Kaluqindən  xoşum  gəlmirdi.  Mətbuatda 
onu “gözdən düşmüş DTK generalı” adlandırırdılar, o, isə 
ciddi-cəhdlə  özünə  üsyançı-general,  sovet  xüsusi  xidmət 
orqanlarında əsil həqiqət uğrunda mübariz obrazı yaratma-
ğa çalışırdı. Halbuki, bütün ömrü boyu həmin orqanlarda 
çalışmışdı və xeyli təltifləri vardı. Xidmət yoldaşları isə bir-
mənalı olaraq onu satqın adlandırırdılar – nəticədə də çox-
larının güman etdiyi kimi, ABŞ-a getdi.
Kaluqində heç nə mənim xoşuma gəlmirdi: həyasız, bir 
az domba gözləri, əyri ağzı, qeyri-səmimi gülüşü, onda hiss 
olunan ümumi abırsızlıq. O vaxt avqustda özü mənim həya-
tımda peyda oldu. Gecələr qısa olduğundan, doyunca yat-
mağın mümkün olmadığı yay səhəri mənzilimizdə telefon 
zəngi  səsləndi.    Saat  altı  idi,  ya  da  yeddiyə  işləyirdi.  Belə 
tezdən adamı adətən hansısa ciddi məsələyə görə narahat 

141
edirlər. Mən telefon dəstəyini qapdım, ürəyim isə instinktiv 
qorxudan dayandı: “Nəsə baş verib...”
Gümrah  və  qətiyyən  yuxusuz  kişi  səsi  mənim  “Eşi-
dirəm”imə  cavab  olaraq,  elə  gəldi  ki,  tam  cəfəngiyyat  da-
nışır.
-  Bax,  obyektləri  məhz  belə  yoxlayırlar.  Əvvəlcə  gecə 
yarısı,  sonra  isə  səhər  tezdən  zəng  edirlər.  Gecə  yarısı  siz 
cavab vermədiniz, səhər isə başa düşdüm ki, bu sizin nöm-
rənizdir. Nina, bu general Kaluqindir.
Qəribədir, əvvəlcə mən onun zənginə sevindim, hərçənd 
başa düşmürdüm ki, hansı obyektəm və niyə belə erkəndən 
zəng etmək lazım gəlib. Lakin mənim filmimin qəhrəman-
larından biri, “üsyançı general” zəng etmişdi, ola bilər ki, 
nə isə sensasiyalı xəbər verə bilərdi.
O,  çəkilişi  səhər  saat  ona  təyin  etdi,  bildirdi  ki,  başqa 
vaxtı olmayacaq.  
Televiziya adamına izah etmək lazım deyil ki, o, bütün 
çəkiliş  qrupu  üçün  necə  tələsiklik  yaradır.  Mən  rejissora, 
operatora  zəng  etməli,  bütün  çəkiliş  qrupunu  erkən  çəki-
liş üçün səfərbər etməli idim. Qısası, mən general Kaluqin 
kimi,  hamıya  zəng  etdim,  adamları  yataqdan  qaldırdım. 
Tam  yuxudan  oyanmaları  və  yaxın  bir  neçə  saat  üçün  və-
zifələrini dərk etmələri üçün eyni sözləri təkrar etdim: “Bu 
gün səhər saat onda çəkiliş var. Kaluqini çəkirik. O, özü tə-
yin edib. Səhər onda çəkilişdir. Aydındır?”
Səhər onda biz Lubyanka meydanında idik.
Kaluqin sensasiyalı heç nə danışmadı. Aleksandr Nikola-
yeviçin necə qeyri-adi insan olması, Kaluqinin onu hamıdan 
çox və yaxşı tanıması haqqında ümumi sözlər, vəssalam. 
Çəkiliş başa çatdıqdan sonra, o, mənə göz vurdu və iki-
başlı ifadə işlətdi:
- Hə, bax biz partiya və hökumətin tapşırığını əla yerinə 
yetirdik. 
Öz zarafatına da yalnız özü güldü. Xudahafizləşmədən 
yaxınlıqda dayanmış qara “Volqa”ya tərəf getdi.
Sonralar mən dəfələrlə Yakovlevin film üçün mənə ver-
diyi fotoya baxmışam: o, Kaluqin və üçüncü bir şəxs 1961-ci 

142
ildə,  Nyu-Yorkda,  o  dövrün  dəbinə  uyğun  geniş  şalvarda 
Kolumbiya Universitetinin pillələri üzərində dayanıblar. 
O vaxt Yakovlevi, əyalətdən partiyanın irəli çəkdiyi şəxs 
kimi Amerikaya təcrübə keçməyə göndərmişdilər. Mən nə-
dənsə düşündüm: o, sovet gənci kimi oraya getmişdi. Bəs 
oradan necə gəldi, demək çətindir.
Həmin  yay  mənə  dəhşətli  müsibət  üz  verdi.  Bacım 
xəstələndi və tezliklə vəfat etdi. Gənc idi, bir neçə günün 
içində ömrü bitdi. Ərim onu Kreml xəstəxanasına düzəlt-
sə  də,  ən  yaxşı  mütəxəssislərə  göstərsə  də,  heç  nə  kömək 
etmədi.  Mən  burdan-ora  atılırdım,  onu  xilas  etməyə  çalı-
şırdım!  Gənc  həyatı  qəbirdən  dartıb  çıxarmaq  istəyirdim! 
Hər şeyi sınaqdan keçirdim. Mənə hətta xüsusi rejimlə iş-
ləyən Mərkəzi Kreml Xəstəxanasına bütün ölkədə məşhur 
olan ekstrasensləri buraxdırmağa icazə vermişdilər. “Son-
ra özünüzü ittiham etməmək üçün, necə lazım bilirsinizsə, 
edin,  amma  şəxsən  mən  onlara  inanmıram”  –  baş  həkim 
belə dedi. Onun dediyi kimi, ekstrasenslər də kömək etmə-
di, hərçənd televiziya ilə hamıya özlərinin güclü biosahələ-
ri, qeyri-məhdud imkanları haqqında danışırdılar. Bacımın 
ölümü elə dəhşətli, qəfil oldu ki, sarsıntıdan səs bağlarım 
tutuldu. Mən səsimi itirdim – yalnız xırıldayırdım. Qısası, 
mən özüm xəstəxanaya düşdüm. 
Həmin il yayın əvvəlləri isti keçirdi. Xəstəxananın par-
kındakı  meşə  gilasının  ağ  kolları,  yasəmən  ətri,  ətrafdakı 
şəhər təlaşı və səs-küyün əvəzinə, burda bərqərar olan sü-
kunət məni sakitləşdirirdi. Birdən xiyabanın kölgəliyində 
axsaya-axsaya gəzişən fiquru gördüm. Gözlərimə inanmır-
dım. Yakovlev! Buradadır!
Məlum oldu ki, o, partiyadan çıxmaq haqqında qərar qə-
bul edib və bu barədə Qorbaçova deyib. Bütün həyatı par-
tiya ilə bağlı olan (o vaxt sovet filmlərində deyildiyi kimi: 
“Mənə partiya hər şeyi verib!”) insan üçün bu ciddi qərar 
idi. Həyəcandan o da xəstəxanaya düşmüşdü. 
Budur, müxtəlif cür yaralanmış iki nəfər şamdan sonra 
birlikdə Mərkəzi Kliniki Xəstəxananın xiyabanları, cığırla-
rı ilə birgə gəzişirlər. Və danışır, danışır, danışırlar... Əv-

143
1961-ci il. Aleksandr Yakovlev və onun dostu Oleq Kalugin 
Kolumbiya Universitetinin pilləkənlərində. 30 il sonra DTK 
generalı Kalugin açıq-aşkar vətənini satdı

144
vəllər bu söz terapiyası idi. O, cəbhədə yaralanmasından, 
uşaqlığının keçdiyi kənddən, yaxınlarının qismətinə düşən 
sınaqlardan,  doğumun  sirlərindən  danışırdı.  Mənim  də 
doğum  sirrim  vardı  –  onun  açıqlamalarına  cavab  olaraq, 
bundan  danışdım.  Və  təbəqə-təbəqə  soyularaq,  başqa  hə-
yat açılır, başqa insan dünyası meydana çıxırdı. 
Məhz  orada,  xəstəxananın  ərazisində,  onun  xiyabanla-
rında, uzun, işıqlı iyun axşamlarında ilk dəfə mənə görün-
düyündən tam fərqli Aleksandr Nikolayeviçlə kilometrlər-
lə  məsafə  qət  etdikdən  sonra  başa  düşdüm  ki,  film  artıq 
hazırdır. Həm də istədiyim kimi hazırdır.
20  avqust  1990-cı  ildə  biz  Yaroslavl  vilayətinə  -  Alek-
sandr  Nikolayeviçin  anadan  olduğu  kəndə  səfər  etmək 
niyyətindəydik. Mən ssenarini yekunlaşdırıb çəkilmiş ma-
teriala baxa-baxa, çəkilişlərə hazırlaşırdım.
Məzuniyyəti  avqustun  19-da  başlayan Aleksey,  Yakov-
levin səfəri 20-nə təyin etməsindən dilxor olmuşdu. Bu sə-
bəbdən bizim Krıma, sanatoriyaya birgə yola düşməyimiz 
pozulurdu. 
- Alyoşa, sən özün get, - deyə təkid edirdim. – Əgər biz-
də hər şey planlaşdırılan kimi getsə, bəlkə mən bir az gec 
sənin yanına gəldim. Qoy “putyovka”lar batmasın...
Bazar ertəsi səhər erkəndən, qiyam günü (onda biz hələ 
bilmirdik),  ərimi  Vnukovoya  yola  saldım.  Aeroportdan 
şəhərə qayıdanda gördüm ki, Kiyev şossesi ilə Moskvaya 
doğru tanklar hərəkət edir. Onlar sıra ilə asta hərəkət edir, 
svetoforda xarakterik səslə dayanırdılar. 
“Yəqin  onların  təlimidir”,  -düşündüm.  Kantemirov  di-
viziyası tanklarının bu asta hərəkəti ilə yalnız şəxsi həyatı-
mızın deyil, həm də dünyanın ən böyük dövlətinin həyatı-
nın köklü surətdə dəyişdiyi ağlıma da gəlmirdi. 
Saat  on  ikidə  Aleksandr  Nikolayeviçin  yanına  çəkilişə 
gedirdim.  O, Aleksandr  Nevski  küçəsində  yaşayırdı.  Ma-
nej meydanından Qorki küçəsinə dönmək istəyirdim. Bir-
dən gördüm ki, Manej meydanında da anklar var!
Ətraflarında isə - insanlar. Onlar gediş-gəliş hissəsi ilə 
hərəkət  edir,  tankın  zirehini  döyəcləyərək,  nə  baş  verdi-

145
yini aydınlaşdırmağa çalışırdılar. Tankçılar lyukdan çıxır, 
çaşqın halda boylanaraq, nəsə cavab verirlər. Mən Yakov-
levin evinə tələsərək, gördüklərimi bölüşmək üçün səbir-
sizlikdən yanırdım. 
O,  qapını  özü  açdı,  həyəcanlı,  pencəksiz  ağ  köynəkdə: 
“Çəkiliş olmayacaq”, dedi.
- Aleksandr  Nikolayeviç,  nə  baş  verib?  Orada,  küçədə, 
tanklar, adamlar...
-  Bu  dövlət  çevrilişidir,  -  qısa  pauzadan  sonra  dedi.  – 
Mən  bəyanat  hazırlamışam.  Qorbaçovun  yanına,  Forosa 
uçmaq lazımdır. 
-  Bu  bəyanatı  bizim  kamera  qarşısında  oxuyun.  Xahiş 
edirəm!
Hələ  sona  kimi  dövlət  çevrilişinin  nə  olduğunu  dərk 
etmədən,  film  haqqında  düşünürdüm.  Qorxurduq  ki,  Ya-
kovlev  Forosa  uçarsa,  çəkilişlər  baş  tutmayacaq.  Mənim 
xəstəxana  xiyabanında  beynimə  gələnlər  isə  reallaşdırıl-
mamış qalacaq. 
Yakovlev kresloda əyləşdi, uzun müddət öz bəyanatının 
mətninə  baxdı.  Biz  sakitcə  hərəkət  edərək,  texnikanı  qu-
rurduq. Onun ev kabineti bizə tanış idi, çünki orada artıq 
çəkiliş aparmışdıq. 
O,  bizə  öz  bəyanatını  oxudu.  Sonra  Yeltsin  haqqında 
danışdı.  O,  Yeltsinə  o  vaxt  böyük  ehtiyatla,  hətta  neqativ 
yanaşırdı.
-  Bizə  inqilab  lazım  deyil.  Bizə  təkamül  lazımdır.  Par-
tiyanı parçalamaq lazım idi. İki partiya ola bilərdi. Başqa 
ölkələrdəki  kimi,  normal.  Mən  Qorbaçova  bu  barədə  min 
dəfə  demişəm.  Necə  səfehlik,  bacarıqsızlıqdır...  Nə  üçün 
hadisələri bu mərtəbəyə çatdırmaq lazım idi? Yox. Çəkiliş 
olmayacaq. Kameranı söndürün.
Mən onu saxlamağa cəhd göstərdim, kameranı qətiyyən 
söndürmək  istəmirdim.  Onun  necə  çətinliklə  qərar  qəbul 
etdiyi  görünürdü.  O,  məndən  utanmırdı,  biz  bir-birimizi 
anlayırdıq. Mən onun həyəcanını – canlı, səmimi, hamıya 
aydın olan iztirabını kameraya yazmaq istəyirdim. 
Amma Aleksandr Nikolayeviç operatora  çığırdı:

146
- Heç bir çəkiliş olmayacaq! Kameranı söndürün!
Operator həmin andaca əmrə tabe oldu. Kamera söndü-
rüldü,  onun  ardınca  işıqçı  işığı  söndürdü  və  sakitcə  qur-
ğuları yığışdırmağa başladılar. Mən isə çəkilişlərə nə vaxt 
qayıdacağımı aydınlaşdırmağa çalışdım. 
- Bir neçə gündən sonra gəl, sənə zəng edəcəklər, - Alek-
sandr Nikolayeviç bildirdi.
Sonra, sonra isə həyəcan və təşviş dolu günlər. Meydan-
ları  doldurmuş  insanlar.  Uzun-uzadı  nələrisə  müzakirə 
edən kişilər. Moskvanın mərkəzindəki insan kütləsi. Han-
sısa yeni mərhələnin gözləntisi. O vaxt biz küçələrdə çəkir-
dik. Orada həyatın yeni ssenarisi yazılırdı. 
Bu ssenari “Rusiyaya kapitalizmin gəlişi” adlanırdı. So-
sialist köləliyindən keçən yol başqa aləmə aparırdı. 
Hamı  sosializmdən  azad  olmağı  arzu  edirdi.  Və  o  baş 
verdi.
Əgər pulun varsa, istənilən ölkəyə gedə bilərsən. 
İstədiyini yaza bilərsən və əminsən ki, səni Soljenitsını 
sürgün etdikləri kimi, ölkədən sürgün etməyəcəklər. Lakin 
nədənsə yeni Soljenitsın yoxdur.
Əgər vəsaitin varsa, nədən istəsən, hətta özün haqqında 
da  film  çəkə  bilərsən. Amma  yeni  Tarkovski  nədənsə  gö-
rünmür.
Əgər valideynlərin pul ödəyirlərsə, yaxud özün qazanır-
sansa, istənilən ali məktəbi bitirə bilərsən. 
HƏR ŞEY mümkündür. Lakin Sov.İKP-nin hökmranlığı-
nı pulun hökmranlığı əvəzlədi. Bazarın hökmranlığı. 
“Siz necə şübhə edə bilərsiniz? Axı bu, bazarda aproba-
siyadan keçib!” – çox tez-tez dəbdə olan bu dəlili keyfiyyət 
nişanına final verdikti kimi çıxarırlar. 
Əslində isə bazar sənə yalnız nəsə satılan yer deyil, ora-
da səni həm də aldatmaq istəyirlər. Tutulmamısansa, oğru 
deyilsən. Kim oğurladı – o da qalib gəlir. “Bazarın aproba-
siyası”nı  həqiqət  ölçüsü  hesab  etmək  olmaz,  axı  bazarda 
əksər hallarda fəndgirlik qalib gəlir. 
Mənim “Köləlikdən aparan yol” haqqında düşüncələrim 
1991-ci  ilin  avqustundakı  dramatik  hadisələrin  gedişinə 

147
QKÇP-yə üç gün qalmış Yakovlev partiyadan çıxması 
haqqında ərizə yazır. Öncədən görürdü, yoxsa bilirdi? 

148
dirəndi.  Mən  ölkənin  qət  etdiyi  məsafə,  köləlik  yolunun 
hara çıxardığı haqda düşünəndə, anlayıram ki, əksəriyyət 
üçün quruluşun əvəzlənməsi azadlığın başlanğıcı olmadı. 
Puldan və bazardan – onun kobud, yırtıcı, primitiv forma-
sından kəskin asılılıq köləliyin yeni forması oldu. 
1990-1991-ci  illərdə  Yakovlev  başladığı  yenidənqurma-
nın  ölkəni  hara  aparacağını  anlayırdımı?  Yoxsa  hər  şeyi 
bilir  və  başa  düşürdü?  Sonralar,  Yeltsin  hakimiyyətə  gəl-
dikdən və Sovet İttifaqı buraxıldıqdan sonra, mən fikir ve-
rirdim, o heç vaxt nə Yeltsin, nə islahatçılar, nə də onların 
ölkənin başına açdıqları haqqında heç vaxt çıxış etmədi. O, 
əlbəttə, öz siyasətinin nəticələrini görməyə bilməzdi. Vic-
danı  ona  əzab  verirdimi,  yoxsa  onunla  çoxdan,  hələ  Ko-
lumbiya Universitetində ikən vidalaşmışdı – bu, mənə mə-
lum deyildi.

149
ƏLİƏYRİ DEPUTATLAR VƏ MƏNİM KÜRKÜM
Bu  hadisələrin  necə  baş  verdiyini  xatırlayanlar  üçün 
əlavə təfsilata ehtiyac yoxdur. Daha sonra anadan olanlara 
isə  yəqin  ki,  qohumları  danışıblar.  Hər  ailənin  öz  əhvalatı 
var və əminəm ki, hamı nə vaxtsa lazım olduğu qədər həyə-
canlana bilib. 
1991-ci il inqilab ili idi.  Bu hadisələr baş verəndə, mən 
Lenini,  dövrün,  talelərin  yarıda  qırılmasını  yaşamış  baba 
və  nənələrimizi  yaxşı  başa  düşürdüm.  Bizim  də  payımıza 
Yeltsin, yenə də həyat və talelərin qırılması düşdü. Nəhəng 
ölkənin kəskin kiçilməsini bir çoxları, o cümlədən də ərim 
çox  ağır  həyəcanla  qarşıladı.    Çünki  həm  ailədə,  həm  də 
institutda dövlətçilik ruhunda tərbiyə olunmuşdu. Moskva-
dan Cenevrəyə kimi, işlədiyi bütün yerlərdə də həmişə öz 
ölkəsinin maraqlarını qorumuşdu. İndi isə həmin dövlətin 
sonu yetişmiş, çoxları işsiz, pulsuz, tibbi yardımsız qalmış, 
bəziləri isə hətta həyatlarının mənasından məhrum olmuş-
dular.
İndi  başa  düşürsən,  -  mən  ərimə  deyirdim,  -bolşeviklər 
evini  əlindən  alanda  və  orada  özləri  yerləşəndə,  baban  nə 
hiss edirmiş. Əladır! Heç nə tikmək lazım deyil – köç, öldür, 
sonra hara istəyirsən, yenidən köç.
Yeri gəlmişkən, onun babasının Borovskun mərkəzindəki 
gözəl, ikimərtəbəli malikanəsi hələ də durur, orada indiyə 
kimi milis idarəsi yerləşir!
Mənim  babamın  mənzilinə  isə  qalib  proletariatı  yerləş-
dirərək onu sıxışdırıblar, babam qaçıb, zorla canını qurtarıb. 
İkinci babamın, 1912-ci ildə İrana kazak yürüşünün iştirak-
çısının var-yoxunu əlindən alıb, evini talayıb, pravoslav adı 
Nataşa olan fars arvadı Nuşami ilə birgə düşərgələrə, sür-
günlərə göndəriblər. Arvadının adı farsca “xoşbəxt” olsa da, 
düşərgəyə göndəriləndə, yolda xəstəlik və soyuqdan həlak 
olub.  Çünki  keçə  uzunboğaz  çəkmələrini  onu  apardıqları 
xizəkdən dörd yaşlı qızına – mənim gələcək anama atıbmış. 

150
Balaca  qızcığaz  onun  anasını  aparan  quldurların  dalınca 
ayaqyalın qarın üstü ilə qaçmışdı.
Bizim  dövrümüzdə,  şükür  tanrıya,  nə  sürgünlər,  nə  də 
düşərgələr yox idi. Amma onların zərbəsini çoxları hiss et-
mişdi. 
Mən bu dövrü yaxşı xatırlayıram. Pul yox idi, qəndi ta-
lonla verirdilər, yeni hökumət əvvəlkindən hər şeyi alaraq 
bərqərar olmuşdu. Düzdür, “1991-ci ilə kimi nə işlə məşğul 
olmusunuz?” sualını hamıya vermirdilər, amma “yeni bol-
şevizm” ruhu çox güclü hiss olunurdu. Guya, lənətə gəlmiş 
sosialist keçmişinə son qoyuruq! Yaşasın azadlıq – işıqlı ka-
pitalizmi qarşıla!
O vaxt bütün ölkə “biznes”lə məşğul idi – kim nəyi ba-
carırdısa, satırdı. Qocalar, müəllimlər, həkimlər, mühəndis-
lər, müəssisələri bağlanan hər kəs ev avadanlığı ilə küçələrə 
çıxır, nəsə satmağa ümid edirdilər. Uşaq bağçalarını bağla-
yır, yerinə restoran və mağazalar açırdılar. 1917-ci ildə oldu-
ğu kimi, vağzallarda səfillər, küçələrdə yolçular, zibilliklər-
də dilənçilər peyda oldular. O vaxta qədər rast gəlmədiyimiz 
yeni insanlar - bomjlar (yəni  daimi yaşayış yeri olmayanlar) 
yarandı. Onların əksəriyyəti evlərini mənzil bazarındakı fı-
rıldaqçıların  üzündən  itirmişdilər.  Ümumiyyətlə,  fırıldaq-
çılar  hər  yerdə  kifayət  qədər  idi.  Bu  haqda  çoxları  və  çox 
yazıblar. Mən isə Amerika səfirliyində baş vermiş qeyri-adi 
hadisə haqqında danışacağam.
1994-cü ildə Çernomırdin-Qor, Rusiya - Amerika komissi-
yası yaradıldı. Onun məqsəd və vəzifələri barəsində yazma-
yacağam.  Mən  həyati  müşahidələrlə  maraqlanıram.  Həmin 
vaxt Aleksey yeni işə başlamışdı. “Moskovskiye novosti”nin 
baş redaktoru Len Karpinski onu özünə beynəlxalq məsələlər 
üzrə müavin dəvət etmiş, qəzetin ingilis və fransız nəşrlərinə 
rəhbərliyi  tapşırmışdı.  Bizim  fəal  “diplomatik”  həyatımız 
başlanırdı. Biz bir çox səfirliklərdə arzu edilən qonaqlar idik 
və kifayət qədər xarici dostlarımız vardı. Yeni rejim xaricilər-
lə  ünsiyyətə  maneə  törətmirdi.  Buna  görə  də  xaricdə  oldu-
ğumuz  vaxt  ərzində  alışdığımız  ünsiyyət  Moskvada  bərpa 
olundu. 

151
Len Karpinski – “Moskovskie novosti”nin baş redaktoru. Leninin 
şərəfinə Len adlandırmışdılar.
 Krupskayanın xaç oğulluğu

152
ABŞ vitse-prezidenti Albert Qorun Moskvaya səfəri münasi-
bətilə böyük qəbul təşkil edilmişdi. Spaso-Xausdakı iqamətga-
hında səfir Pikerinq öz həyat yoldaşı ilə  qonaqları qəbul edirdi. 
Qış idi. Mən səfirliyə kürk və çiyin örtüyü ilə gəlmişdim. Qeyd 
etmək  lazımdır  ki,  səfirlik  iqamətgahında  sən  üst  paltarını  so-
yunanda  onu  nömrə  ilə  qəbul  etmirlər,  onu  özün  asılqanda 
qoyursan. Biz üst geyimlərimizi soyunub, zala keçdik. İki saat 
yarımdan sonra, istədiyimiz adamlarla söhbətləşib getməyə ha-
zırlaşanda, aşağıda, qarderobda öz kürkümü görmədim. Ərimin 
paltosu asılıb, mənim kürküm isə yoxdur. Mən dəhşət içində de-
yirəm:
- Alyoşa, kürkü oğurlayıblar!
- Yox, ola bilməz, onu yəqin harasa asıblar, - Aleksey məni 
sakitləşdirdi. 
Qəbul  başa  çatdı,  artıq  paltarlar  azalıb,  mənim  kürküm  isə 
heç  harda  yoxdur.  Biz  səfirliyin  əməkdaşını  çağırıb,  vəziyyəti 
başa  saldıq.  O,  bizə  dedi  ki,  bütün  qonaqların  getməsini  göz-
ləmək lazımdır. 
Bu anda ABŞ-ın vitse-prezidenti və bizim baş nazir getdilər 
və hamı çox tez bir müddətdə dağılışdı. Sonuncu qonaq səfirin 
iqamətgahını tərk etdikdən sonra, qarderobda lümək və çox ey-
bəcər bir kürk qaldı. Bizim vəziyyətimizdən xəbərdar olan səfir-
lik əməkdaşı deyir:
- Yaxşı, bu tək qalan kürkü geyinin. Nə etmək olar? Görünür, 
dəyişik salıblar.
Ərim deyir:
- Necə yəni, nə etmək olar? Birincisi, onu edəcəyik ki, başqası-
nın kürkünü geyinməyəcəyik. Buna görə də, siz aydınlaşdırana 
kimi, qoy mənim maşınım alaqapıya yaxınlaşsın. 
- Yox, biz sizin maşınınızı içəri buraxa bilmərik. 
- Necə yəni buraxa bilməzsiniz?
- Bura başqa dövlətin ərazisidir.
-  Amma  mənim  həyat  yoldaşım  yüngül  geyimdədir.  Onda 
bizə öz maşınınızı verin, bizi mənim maşınımın yanına aparar, - 
Aleksey təkid edirdi. – Həm də mən kürkün itməsi ilə bağlı ərizə 
qoymaq istəyirəm.
- Sizin kürk itməyib. Onu yəqin oxşarı ilə dəyişik salıblar... – 

153
Və kişi bizə qarderobda qalan lüməyi göstərir.
Mənim ərim özündən çıxdı:
- Qulaq asın, - amerikalıya dedi, - mənim arvadımın böyük 
çiyinliyi olan Samur xəzindən kürkü vardı. Onu qolunun içinə 
qoymuşdu  ki,  düşməsin.  Kürkü  geyinmək  üçün  qolunu  azad 
etmək lazım idi. Ona görə də dəyişik sala bilməzdilər. Mən bu 
barədə cənab Pikerinqlə danışmaq istəyirəm.
- Əlbəttə, - mən də söhbətə qoşuldum. – Bu məsələni həll et-
mək lazımdır. Həm də müşahidə kameralarına baxmaq olar.
Burada amerikalı həyasızcasına bildirdi:
- Əgər burda kamera varsa da, yəqin ki, bizim tərəfimizdən 
qoyulmayıb.
- Mənim vecimə deyil, kameraları kim qoyub. Mənə lazımdır 
ki, kürklə bağlı məsələ həll edilsin. Zəhmət olmasa, səfiri dəvət 
edin, - Aleksey soyuq rəsmiyyətlə tələb etdi, - və xahiş edirəm, 
soyadınızı deyin.
- Yaxşı, - səfirliyin işçisi cavab verdi. – Sizin maşınınızı indi 
içəri buraxarlar. Necə istəyirsiniz, ərizənizi yazın, səhər mən onu 
səfirə verərəm. – O, maşınla bağlı sərəncam vermək üçün çıxdı.
Maşınımız alaqapının qarşısına gəldi. Mən açıq paltarda çıx-
dım. Axşamın sonunda bizimlə danışan əməkdaş, nəzakətlə ma-
şının qapısını açdı və örtdü. Görünür, bu, “üzr istəyirəm” əvə-
zinə idi.
Biz təzəcə evə çatırdıq ki, pilləkən meydançasından mənzili-
mizdən arasıkəsilmədən gələn telefon zəngini eşitdik. 
Zəng  səfirlikdən  idi.  Dəstəkdə  qadın  səsi  eşidildi:  “Xanım 
Puşkova? Sizin kürkünüz tapılıb. Onu sadəcə olaraq qalan kürk-
lə qarışıq salıblar. Gəlib, götürə bilərsiniz”.
- Deyin, kürkün qolunda böyük sancağa oxşayan düyməli çi-
yinlik var?
- Bəli, bəli! Hər şey yerindədir!


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə