Sumqayıt Dövlət Universiteti Ad : Rəsul Soyad: Nəsrullayev Qrup: 852 Fakültə



Yüklə 30,29 Kb.
səhifə1/5
tarix06.12.2022
ölçüsü30,29 Kb.
#72717
  1   2   3   4   5
Kartoqrafiya Serbs iş


Sumqayıt Dövlət Universiteti
Ad :Rəsul
Soyad:Nəsrullayev
Qrup: 852
Fakültə:Tarix və Coğrafiya
Ixtisas:Tarix və Coğrafiya Müəllimliyi
Fənn:Kartoqrafiya
Kafedra:Coğrafiya və onun tədrisi metodikası
Müəllim:Musayeva
Sərbəst iş mövzuları:

  1. Kartometriya

  2. Xəritəşünaslıq elmi

  3. Xəritələrin miqyası

  4. M=3 N=2 x=45° olarsa,xüsusi miqyası hesablayın

  5. Sıfır təhrifli xətt


1.Kartometriya
Kartoqrafiya – coğrafiya xəritələri və digər kartoqrafik əsərlər, onların
xüsusiyyətləri, yaradılma və istifadə edilmə üsulları haqqında elmdir.
Müasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə
görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür. Bu fənlər bir-birilə sıx əlaqədə
olmaqla bərabər, onların hər biri özünə məxsus məsələləri həll edir.
1.Xəritəşünaslıq - coğrafiya xəritələrini onların mahiyyətini, növlərini,
elementlərini xəritənin və kartoqrafiyanın inkişaf tarixini xəritədən istifadə etmə
üsullarını və ilk kartoqrafik materialları (mənbələri) öyrənir.
2.Riyazi kartoqrafiya- kartoqrafik proyeksiyaların nəzəriyyəsinin, kartoqrafik
şəbəkənin hesablanma və qurulma üsullarının, xəritənin geodeziya əsasını təşkil edən
istinad məntəqələrindən istifadə etmə üsullarını, miqyasın və kordinat şəbəkəsini
öyrənilməsindən bəhs edir.
3.Xəritələrin tərtibi və redaktə edilməsi- hazır kartoqrafik materiallara əsasən
labaratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi xəritələrin tərtibindən və redaktə
edilməsindən bəhs edir. Bu bölmənin ən mühüm problemlərindən biri kartoqrafik
generalizasiyanın nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur.
4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və onların
coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin məzmununun rəng və qrafiki (
ştrixlər, şiriftlər üzrə) surətdə təsvir edilməsi üsullarından bəhs edir.
5. xəritənin nəşri- fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq, poliqrafiya
sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir.
6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların, yüksəkliyin,
meylliyin, həcmin və s. kəmiyyətlərin ölçülməsi və hesablanması üsullarından bəhs edir.
Özünün ənənəvi inkişaf xüsusiyyəti və metoduna görə kartometriya əksər halda
kartoqrafiyanın bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya vəonunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndisi və elmi tədqiqat
işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu kitabda kartometriya və
morfometriya məsələləri “Xəritələrin istiadə edilməsi” bölməsində şərh edilir.
7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı- kartoqrafiya müəssələrinin
istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma metodlarını işləyib hazırlayır, onların iş
təcrübəsini öyrənir və ümumiləşdirir.
Kartoqrafiyanın riyaziyyat, geodeziya, topoqrafiya, coğrafiya, geologiya,
torpaqşünaslıq və s. elmlərlə sıx əlaqəsi vardır.
Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və morfometriya
işlərində daha çox istifadə olunur.
Kartoqrdafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq məlumat və
istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və aerotopoqrafiya bütün
coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk kartoqrafik materialları-ərazinin böyük
miqyaslı xəritəsini verir.
Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini vermək və
onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya, geologiya,
torpaqşünaslıq və s. təbiət elmlərindən məlumat alır.
Katroqrafiya isə öz növbəsində coğrafi və başqa tədqiqtların aparılması üçün əvəz
edilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə təd qiqatçılar (coğrafiyaşünaslar,
kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.) müxtəlif obyekt və hadisələrin yer üzərində
yayılma qanunauyğunluqlarını, bir-birilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s.
xüsusiyyətlərini müəyyən edirlər. Heç də təsadüfi deyil ki, məşhur Sovet alimi akademik
L.S.Berq xəritəni “coğrafiyanı alfa və omeqası” adlandırmışdır. Qədim zamanlardan, yer səthini kiçilmiş təsvirini müstəvi üzərində də
göstərilməsinə coğrafiya xəritəsi deyilir. Lakin bu sadə tərif dəqiq və tam deyil. Əvvala,
həmin təriflər səthinin hər hansı fotoşəkli və bədii surətdə təsviri olan mənzərə şəkli
üçün də doğrudur. Ikincisi, həmin tərifə görə xəritə yalnız yer səthini təsvir edir. Əslində
isə müasir xəritələrin məzmununa müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr
(məsələn, havanın temperaturu və təzyiqi, əhalini sıxlığı və milli tərkibi və s) də aiddir.
Buradan aydın olur ki, yer səthini təsvir edən digər şəkillərdən fərqli olaraq coğrafiya
xəritələtinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi: 2)_xəritə tərtibində kartoqrafik şərti
işarələrdən istifadə edilməsi;3) xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik
generalizasiyası.
1. Xəritələrin riyazi qanun üzrə tərtib edilməsi. Yerin fiziki səthindən onun müstəvi
üzərindəki təsvirinə keçmək üçün 2 əməliyyat tərtib olunur;
a) Əvvəlcə, Yerin fiziki səthini səviyyə səthi üzərində proyeksiyası alınır. Həmin
proyeksiya səviyyə səthinə perpendikulyar olan şaquli xətlərlə alındığından, coğrafi
obyektlərin vəziyyəti plan üzrə düzgün təyin edilir. Səviyyə səthinin əmələ gətirdiyi
fiqur- Yerin nəzəri forması olan geoid mürəkkəb olduğundan o, kartoqrafiya işlərində
fırlanma ellipsoidi, yaxud da kürə ilə ( az dəqiqlik tələb olunan işlərdə) əvəz edilir.
b) Sonrakı əməliyyat ellipsoid (yaxud kürə) səthindən müstəvi səthə keçməkdən
ibarətdir.

Yüklə 30,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin