T. C. MƏRMƏRƏ universiteti


Şəkil 12. Vint konfiqurasiyası



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix13.12.2016
ölçüsü1,63 Mb.
1   2   3   4   5

Şəkil 12. Vint konfiqurasiyası: A. Tərs üçbucaq ve B. Üçbucaq konfiqurasiyası 

 

       


Sınıq reduksiya edildikdən sonra böyük burma inferiorunda 3 cm lateral kəsik edilir. 

Skopiya  nəzarəti  altında  lateral  korteksdən  bud  sümüyü  başına    3  ədəd  K-telləri 

göndərilir. İnferiorda qalan K-telləri kiçik burmanın altında olmamalıdır. Belə olduqda 

bu  konfiqurasiya  subtroxanterik  sınıq  risqini  artırır.  K-telləri  boyu  bud  sümüyü  başına 

subxondral  nahiyəyə  qədər  oyucularla  oyulduqdan  sonra  yol  açıcı  ilə  vint  üçün  yol 

açılır.  Vint  uzunluğu  ölçüsü  müəyyən  edildikdən  sonra  vintlər  5  mm  subxondral 

nahiyəyə qədər  göndərilir(Şəkil 13,14). Vint uzunluğü və yeri skopiya ilə kontrol edilir. 

Vintlərin pul ilə qoyulması sınıq xəttindəki kompressiyaya kömək edir.(45). 

 

 

 



Şəkil 13. Kanselloz kanallı vintlərlə üçbucaq konfigurasiyada internal fiksasiya 

29 

 

a. 

      b 

 

Şəkil 14. Bud sümüyü boyun sınığının kanselloz kanalı vint ile fiksasiyası. a.AP, b.LAT 

 

      


Dinamik qalça vinti: Dinamik qalça vintinin çoxlu kanallı vintlərə görə üstünlüyü 

daha  çox  biomexanik  gücə  malik  olması,  stresi  artıran  təsirlərə  qarşı  subtroxanterik 

sınıq riskini azaltması və reduksiya vaxtı sınıq xəttində kompressiya əmələ gətirməsidir. 

Çatışmayan cəhətləri isə daha böyük cərrahi əməliyyat lazım olması, bud sümüyü başı 

avaskulyar nekroz riskini az artırması, vintin yerləşdirilməsi vaxtı rotasional kontrolun 

zəif  olmasıdır.  Rotasional  kontrol  əlavə  antirotasional  vint  qoyularaq  önlənə  bilər. 

Bazoservikal  sınıqlarda,  yüksək  dərəcə  osteoparozda    və  lateral  korteks  sınıqlarında 

dinamik qalça vinti çoxlu kanselloz kanallı vintlərə tərcih edilir (Şəkil 15). (8,9,32,45). 

 

   b 



 

Şəkil 15. Bud sümüyü boyun sınığının dinamik qalça vinti ilə müalicəsi. a.Preop, b.Postop 

 

 



 

30 

 

      2.3.4.2.2. Bud-Çanaq Oynağının Artroplastikası 



 

      Qismi  və  tam  yerini  dəyişmiş  bud  sümüyü  boyun  sınıqlarında  bitişmə  gözlənirsə 

reduksiya və internal fiksasiya tətbiq edilir. Bitişməmə və ya osteonekroz riski daşıyan 

xəstələrdə  müalicəni  hemiartroplastika(Şəkil  16)  və  ya  total  bud-çanaq  oynağı  protezi 

təşkil edir(Şəkil 17).(9,45) .   

       Artroplastika sonrası xəstələr aşağı ətrafına daha tez yük verə bilir. Protez konsepti 

ilk təklif edilərkən bu ən əsas üstünlük olaraq  göstərilmişdi.  Son zamanlarda internal 

fiksasiya sonrası ən azından qismi yük verilərək xəstələr aqressiv mobilizə edildiyi üçün 

bu konsept daha arxa plana keçmişdir.(45). 

       Artroplastika  bud  sümüyü  boynu  sınıqlarının  ağırlaşması  olan  bitişməmə  və 

osteonekrozu  ortadan  qaldırmaqdadır.  Hal  hazırda  əməliyyat  qərarı  verilməyi  üçün 

erkən  dönəmdə  bud  sümüyü  başının  qanlanmasını  göstərən  etibarlı  metod  yoxdur. 

Artroplastika  erkən  dönəmdə  yerini  dəyişmiş  bud  sümüyü  boyun  sınıqlarında  təkrar 

əməliyyat nisbətini azaldır. Vaxt keçdikcə artroplastika sonrası təkrar əməliyyat nisbəti 

artığı  üçün,  bu  əməliyyat  daha  çox  qısa  müddət  yaşayacaq  xəstələr  üçün  nəzərdə 

tutulmalıdır.(7,23,45). 

 

a. 

        b. 

 

Şəkil 16. Bud sümüyü boyun sınığı; a. Preop, b. Postop (Bipolyar Hemiartroplastika) 

 


31 

 

      



Bud sümüyü başı və boynu çıxarıldıqdan sonra protezin mexanik çatışmazlığı və ya 

infeksiya olduqda təkrar əməliyyatlar çox çətinliklə yerinə yetirilir. Bud sümüyü boyun 

sınıqlarında  artroplastika  əməliyyatı  tətbiq  edilərkən,  internal  fiksasiya  ilə  müalicə 

edilən  xəstələrin  üçdə  ikisindən  çoxunun  funksional  bud  çanağı  ilə  həyatlarını  davam 

etdirə biləcəkləri həqiqətini də düşünmək lazımdır.(45).  

       Artroplasika  əməliyyatı  internal  fiksasiyaya  görə  daha  böyük  əməliyyatdır.  Yara 

daha geniş açılır və xəstə daha çox qan itirir. Nəticədə daha çox  perioperativ ölüm riski 

deməkdir.(7). 

       Artroplastika üçün göstərişlər(45)

1)

 



Posterior  parçalı  sınığı  olan  və  lazım  qədər  reduksiya  və  stabilizasiya  edilə 

bilməyən sınıqlar 

2)

 

İnternal fiksasiya əməliyyatından bir neçə həftə sonra yerini dəyişən sınıqlar 



3)

 

Bud-çanaq  oynağında  sınıqdan  əvvəl  olan  patologiyalar(femur  başı  AVN,  RA, 



birincili koksartroz) 

4)

 



Bədxassəli şiş olması 

5)

 



Nevroloji xəstəliklər(epilepsiya, nəzarətdən çıxmış parkinsonizm) 

6)

 



Femur boynunun diaqnozu qoyulmamış köhnə sınığı(3 həftədən çox) 

7)

 



Tam çıxıqla olan femur boyun sınıqları 

8)

 



Daxili orqan xəstəlikləri səbəbi ilə iki əməliyyat keçirə bilməyən xəstələr 

9)

 



Psixozu olan və əqli cəhətdən geri olan xəstələr 

 

      RA(revmatoid artrit), femur başı osteonekrozu, osteoartrit və ya bəd xassəli şişi olan 



xəstələrdə  total  bud-çanaq  oynağı  artroplastikasi  uyğun  seçimdir.  Bu  xəstəlikləri 

olmayan bud sümüyü boynu sınığı keçirmiş xəstələrdə müalicəni modulyar bipolyar və 

ya unipolyar hemiartroplastika təşkil edir. Modulyar 


32 

 

a. 

             b.   

 

 



Şəkil 17.  Köhnə bud sümüyü boyun sınığı;  a. Preop, b. Postop 

 

protezlər  stabillik  cəhətdən  femur  boyun  uzunluğu  və  ya  offsetinin  bərpasını  və 

asetabulumda  əmələ  gələ  biləcək  ikincili  dəyişikliklər  üçün  ediləcək  total  bud-çanaq 

oynağına keçişi asanlaşdırır. Təcrübələrdə bipolyar hemiartroplastikalarda unipolyarlara 

görə  protrusio  asetabuli  patologiyası  daha  az  qeyd  olunmuşdur.  Erkən  mobilizasiya 

cəhətdən  və  ağrını    önəmli  ölçüdə  azaltdığı  üçün  sementli  protezlər  daha  çox  tərcih 

edilir.(9,45). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



33 

 

      



3. MATERİAL və METODLAR 

     Təcrübədə  istifadə  edilən  femur  başları  Marmara  Universiteti  Etik  Komitəsinin 

təsdiqi  alındıqdan  sonra  xəstəxanamızda  bud  sümüyü  boynu  sınığı  səbəbi  ilə 

artroplastika əməliyyatı keçirmiş xəstələrdən götürülmüşdür.  Bud sümüyü başı istifadə 

edilən  xəstələrə  bu  təcrübə  ilə  əlaqədar  əməliyyatdan  əvvəl  məlumat  verilmişdir.  Bu 

təcrübədə  ancaq  icazəsi  alınmış  və  təsdiq  formasını  imzalamış  xəstələrin  bud  sümüyü 

başları  istifadə  edilmişdir.  Təcrübədə  istifadə  edilən  vintlər  Tasarimmed  Tibbi 

Mamuller Sənaye və Ticarət Ltd. Şti tərəfindən; Düz rentgenlər və Q-KT köməkliyi ilə 

sümük  sıxlığı  ölçülmələri  M.U.  Radiolgiya  kafedrasında;  Antitorq  hesablamaları 

İstanbul  Texnik  Universiteti  Məlzəmə  Mühəndisliyi  Fakultəsi,  basma  və  çəkmə 

ölçülmələri isə M.U. Məlzəmə Mühəndisliyi Fakultəsi laboratoriyalarında; Biostatistik 

hesablamar  M.U.  Tibb  Fakültəsi  Biostatistika  kafedrasında  həyata  keçirilmişdir. 

Təcrübə  Mərmərə  Universiteti  Elmi  Araşdırma  Proyekt  Komissiyasının  verdiyi  maddi 

dəstəklə gerçəkləşdirilmişdir. 

 

    



  3.1. Bud Sümüyü Başı Modeli 

 

     Bud  sümüyü  başları  bud  sümüyü  boynu  sınığı  keçirmiş  və  təsdiq  formasını 

imzalamış  xəstələrdən  alınmışdır.  Bud  sümüyü  başı  çıxardılarkən  sümüyə  hasar 

verməmək üçün tribuşon alətindən istifadə edilməməsinə xüsusi diqqət yetirilmişdir. 48 

ədəd ən az 3 cm seqmenti olan bud sümüyü başları izotonik məhlulla isladılmış qazlara 

sarılaraq, plastik qutu içində dərin dondurucularda   (-20º) saxlanmışdır.(2,38,50). Bud 

sümüyü başlarına iki yönlü rentgen çəkildikdən sonra fokal patologiyası olanlar və daha 

əvvəl  anamnezində  bəd  xassəli  şiş  keçirmiş  xəstələrdən  alınan  nümunələr  təcrübədən 

çıxardılmışdır.(2,5,38,50).  

       

      Təcrübəyə alınma kriteriyaları: 



1.

 

Bud sümüyü boynu sınığı keçirmiş xəstələrdən alınan başlar 



2.

 

Yaşı 60-ın üstündə olan xəstələr 



34 

 

3.



 

Təsdiq formasını imzalayanlar 

 

Təcrübədən çıxarılma kriteriyaları: 

1.

 



Anamnezində bəd xassəli şiş olan və patoloji sınıq keçirmiş xəstələr 

2.

 



Sümük  metabolizmasına  təsir  göstərən  endokrinoloji  xəstəlikləri  olanlar 

(Qalxanabənzər və qalxanabənzər ətraf  vəz) 

3.

 

Subkapital bud sümüyü boynu sınıqları(3 sm-dən kiçik seqmenti olanlar) 



4.

 

Təsdiq formasını imzalamayanlar 



 

      3.2.  Təcrübədə istifadə edilən vintlər 

 

       AO 7 mm kanallı vintin xüsusiyyətləri 



1)

 

Kanallı  vint  ISIO  5832/1  standartlarına  uyğun  paslanmaz  poladdan  emal 



edilmişdir 

2)

 



Kanallı  vintin  spongioz  yivli  qismi  7.0  mm,  cismi  4.5  mm,  başı  8  mm 

ölçülərindədir 

3)

 

Vint 3.5 mm altı bucaq kanallı çevirici və kanallı drel ilə tətbiq edilə bilir 



4)

 

Vint boydan boya kanallıdır 



5)

 

Vintin yivli qismi 16 mm uzunluğundadır 



 

Dizayn edilən 7 mm kanallı vintin xüsusiyyətləri(Şəkil 18) 

1)

 



Kanallı  vint  ISIO  5832/1  standartlarına  uyğun  paslanmaz  poladdan  emal 

edilmişdir 

2)

 

Kanallı vintin yivli qismi proksimalda 7 mm diametrində başlayır və distala tərəf 



ketdikcə 5.5 mm-ə qədər kiçilir 

3)

 



Cisminin diametri 4.5 mm, başının diametri isə 8 mm-dir 

4)

 



Vint  3.5 mm altı bucaq kanallı çevirici və kanallı drel ilə tətbiq edilə bilir 

5)

 



Vint boydan boya kanallıdır 

6)

 



Vintin yivli qismi 16 mm uzunluğundadır 

7)

 



Vintin yivli qismində fərqli istiqamətlərdə ölçüsü 2 mm olan 6 dəlik var 

35 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                                                          

Dəliklər

 

                                                          



                                            

                                                 

Şəkil 18. Dizayn edilən 7 mm kanallı vint 

 

 



 

36 

 

 



       

3.3. Bud Sümüyü Başlarının Təcrübə Üçün Hazırlanması 

 

      Təcrübədə  48  ədəd  bud  sümüyü  başı  istifadə  edildi.  Bud  sümüyü  başları  bud 

sümüyü  boyun  sınığı  səbəbi  ilə  artroplastika  əməliyyatı  keçirmiş  xəstələrdən  perop 

alındı.  Ümumiyyətlə  isə  patoloji  sınıq  keçirməmiş  xəstələrin  bud  sümüyü  başları 

üstündə  "təhlükəli  zibil"  yazılan  torbalara  qoyularaq  uzaqlaşdırılır.  Təcrübədə  istifadə 

edilən sümüklər patoloji sınığı olmayanlardan alınmışdı.  Iki planda çəkilən rentgenlərlə 

fokal patologiyası və ya bəd xassəli şişi olan xəstələr təcrübədən çıxardıldı.(5,22,38,50).  

       Alınan  bud  sümüyü  başları  izotonik  məhlulla  isladılmış  qazlara  bükülüb  plastik 

torbalara qoyulduqdan sonra -20º-də buzluqlara yerləşdirildi. Təcrübədən 24 saat əvvəl 

başlar buzluqdan çıxardılıb əridildi.(2,38,50). 

       Bud  sümüyü  başlarının  donu  açıldıqdan  sonra  Q-KT(general  Electric,  Hi  Speed 

Dual)  istifadə  edilərək  sümüyün  mineral  sıxlıqları  ölçüldü.  Bu  ölçülmələr  M.U. 

Xəstəxanası Radiologiya kafedrasının avadanlığından istifadə edilərək həyata keçirildi. 

Eyni  və  ya  yaxın  sümük  sıxlığı  olan  başlar  təcrübə  və  kontrol  olaraq  müqayisə 

qruplarına bölündü.(5,52). 



a. 

     b. 

 

c. 

     d. 

 

Şəkil 19. a. K-teli göndərilməsib. Oyucuyla yol açılması, 

c. Yivaçıcı ile vint yerinin hazırlanması, d. Vint  qoyulması 


37 

 

 



      

Vintin 


bud  sümüyü  başına  qoyulma  prosedurası  M.U.  Xəstəxanası 

əməliyyatxanasında həyata keçirildi. Fərqli uzunluqda olan bud sümüyü başları oynaq 

səthindən  30  mm  proksimalda  köndələn  şəkildə  osteotomiya  edildi.  Bundan  sonra 

standart  metodla  skopiya  nəzarətində  əvvəlcə  bud  sümüyü  başı  osteotomiya  səthinin 

ortasından  mərkəzi  olaraq    subxondral  nahiyəyə  qədər  K-teli  göndərildi(Şəkil  19.  a). 

Ardından bud sümüyü başı K-teli boyu 7 mm qalınlıqda oyucularla oyuldu(Şəkil 19. b). 

Oyucunun  oynaq  səthini  dəlməməsi  üçün  xüsusi  diqqət  yetirildi.  Oyucu  ilə  kanal 

açıldıqdan  sonra  yivaçıcı  ilə  vint  yeri  hazırlandı(Şəkil  19.  c).  Sonra  kontrol  qrupuna 

daxil olan bud sümüyü başlarına skopiya nəzarəti altında  5 mm subxondral nahiyəyə 

qədər standart      7 mm AO vint və təcrübə qrupuna isə dizayn etdiymiz 7 mm kanallı 

vintlər  göndərildi(Şəkil  19.  d).  Bu  proseduralar  vaxtı  K-teli  çıxarılmadı.  Bununla 

kontrol  qrupuna  daxil  olan  bud  sümüyü  başlarının  hazırlanması  qurtardı.  Təcrübə 

qrupundakılar isə aşağıda göstərildiyi kimi  sement ilə gücləndirildi. 

a.

    b. 

 

Şəkil 20. a. Digital termosensor , b. Bud sümüyü başı hərarətinin ölçülməsi 

 

      



Əvvəlcə təcrübə qrupundakı bud sümüyü başlarının hərarəti termsensorla(Hand Held 

Digital Alarm Thermometer, ST 9269) ölçüldü və ilkin göstəricilər qeyd olundu(Şəkil 

20).(22,50). PMMA (Cemfix 3) inyeksiyası üçün lazım olan materiallar hazırlandı(Şəkil 

21).  Ardından  təcrübə  qrupu  üçün  PMMA  məhlulu  tozu  ilə  qarışdırıldı  və  inyeksiya 

ediləcək şprisə dolduruldu. Şprisin ucu kanallı vintin başına taxıldı və təzyiq altında bud 

sümüyü başına kanal içindən PMMA inyeksiya edildi(Şəkil 22. a). Sonra şpris  çıxarıldı 



38 

 

və  kanal  içindəki  PMMA  kanaldan  keçən  ən  böyük  K-teli  ilə(sement  basdırıcı)  bud 



sümüyü  başına  tərəf  basdırıldı(Şəkil  22.  b).  Bu  prosedura  bir  neçə  dəfə  təkrarlanaraq 

bud  sümüyü  başı  üçün  ümumilikdə  1  ml  PMMA  istifadə  edildi.  PMMA  qurumağa 

başlarkən  K-teli  geri  çəkildi.  Termosensorla  PMMA  quruyub  istilik  əmələ  gətirərkən 

bud sümüyü səthinin hərarəti yenə ölçüldü. Hərarətin ölçülməsi sement inyeksiyasından 

20 dəqiqə müddət keçənə qədər davam etdirildi və ən yüksək rəqəm müəyyən edilərək 

qeyd olundu.(22,50). 

 

        


 

Şəkil 21. a. Aşağı sıxlıqlı sement(PMMA), b. Dizayn edilən vint, 

c.   Sement basdırıcı, d. Şpris 

 

 



39 

 

  b



 

Şəkil 22. Sementləmə: a. Kanalın sement ilə doldurulması, b. Sementin basdırıcı ilə 

distala göndərilməsi 

 

      Sementin  kifayət  qədər  sərtliyə  çatması  üçün  nümunələr  12  saat  otaq  hərarətində 



izotonik  məhlulla  isladılmış  qazlara  sarılmış  halda  saxlandıqdan  sonra  biomexaniki 

təcrübələrə başlandı.(5).  

 

      


3.4. Biomexaniki Hesablamalar 

 

     Təcrübə  vaxtı  48  ədəd  bud  sümüyü  başı  bərabər  iki  qrupa  bölündü.  Kontrol  qrupu 

olaraq  7 mm kanallı vintlər və təcrübə qrupu olaraq isə dizayn etdiyimiz yivləri üstündə 

dəlikləri olan kanallı vintlər taxılmış bud sümüyü başları istifadə edildi. Hər qrup özü də 

üç  bərabər  alt  qrupa  bölündü.  Hər  alt  qrupta  səkkiz  bud  sümüyü  başı  istifadə 

edildi(Cədvəl  1).  Bu  qrupların  hər  biri  qarşı  oxşar  qrupla  (pull  out,  maksimum 

ekstraksiya torqu və cut out nəticələri) müqayisə edildi. 

        Cədvəl 1. Bud sümüyü başlarının təcrübə üçün hazırlanması 

       


Təcrübə qrupları 

N:48 


 

Pull out 

Qrupu 

 

Cut out 



qrupu 

Maksimum      

ekstraksiya torq 

qrupu 


Qrup 1(kontrol) 

7  mm kanallı vint 

N:24 

 

 



N:8 

 

N:8 



 

N:8 


Qrup 2 (təcrübə) 

Dizayn edilən 

vint+PMMA 

N:24 


 

N:8 


 

N:8 


 

N:8 


 

40 

 

      Təcrübənin  pull  out(çəkmə)  və  cut  out(kompressiya)  test  hesablamaları  M.U. 



Məlzəmə  Mühəndisliyi  Fakultəsi  Eksperimental  Araşdırma  Laboratoriyasında, 

Antitorq(burma)  test  hesablamaları  isə  İstanbul  Texnik  Universiteti  Məlzəmə 

Mühəndisliyi  Fakultəsi  Eksperimental  Araşdırma  Laboratoriyasında  həyata  keçirildi. 

Antitorq testləri SM 21(Advanced torsion testing machine) cihazı(Şəkil 23), pull out və 

cut  out  testləri  isə  İnstron  8802(servo-hydraulic  material  testing  machine)  cihazı(Şəkil 

24) köməkliyi ilə həyata keçirildi.  

 

 

 



Şəkil 24. SM 21 (Advanced torsion testing machine) torqmetr cihazı 

 

       



 

 

 

 

 

 

41 

 

 



 

 

Şəkil 23. İnstron 8802 cihazı 

 


42 

 

 



      Pull Out(Çəkmə) Testləri  

      Pull out(Çəkmə) tersti qrupunda bud sümüyü başları xüsusi hazırlanmış fiksatorlara 

taxıldı.  Fiksatorun  özü  və  vint  təpəsi  İnstron  cihazının  üst  və  alt  qısqacına  şaquli 

vəziyyətdə  taxıldı.  İnstron  cihazıyla  0.5  mm/san.  aksial  yöndə  çəkmə  tətbiq  edilərək 

maksimum tutma qüvvəti (N) ölçüldü (Şəkil 25). (14). 

 

a.  

      b. 

 

c.  

 

Şəkil 25. Pull out (çəkmə) testinin tətbiqi; a.Tutucunun yerləşdirilməsi, b. Bud sümüyü 

başının yerləşdirilməsi, c. Qüvvət tətbiqi 


43 

 

 



      

Cut Out(Kompressiya) Testləri 

      Cut  out(Kompressiya  testi)  qrupunda  bud  sümüyü  başına  yerləşdirilən vintin  çöldə 

qalan qismi 135º bucaq altında tutucuya bərkidildi(Şəkil 26). Tutucu özü isə şaquli xəttə 

25º  bucaq  altında  İnstron  cihazının  alt  qısqacına  oturduldu.(5).  Polietilen  kap  İnstron 

cihazının  üst  qısqacına  taxıldıqdan  sonra  bud  sümüyü  başına  şaquli  vaziyyətdə  aksial 

yüklənmə tətbiq edildi. Yüklənmə əvvəlcə 5 N-la başlayıb 2 mm/dəq. kompressiya ilə 

implant çatışmazlığı əmələ gələnə qədər (ən az 5 mm) davam etdirildi.(2). Çatışmazlıq 

nöqtəsi  yüklənmə-yerdəyişmə  tablosunda  özünü  xəttin  ani  düşməsi  ilə(fiksasiya 

yerindəki sınığa və ya implant sınmasına bağlı) göstərdi.(22,50). 

 

a

   b. 

 

Şəkil 26. İnstron cihazında bud sümüyü başına kompressiya tətbiq edilərkən; 

a. Yandan, b. Öndən 

 

 



 

 

 



44 

 

      



Maksimum Ekstraksiya Torq(Burma) Testləri 

      Maksimum  ekstraksiya  torq(Burma)  testi  qrupunda  bud  sümüyü  başının  içinə 

yanlardan 10 mm girəcək şəkildə tutqaclar taxıldı. Bu tutqacları birləşdirən ucu səkkiz 

bucaq  çubuq  torqmetr  cihazının  səkkiz  bucaq  açarına  taxıldı.  Qarşı  tərəfdə  isə  bud 

sümüyü  başına  taxılmış  vintin  altı  bucaq  başı  torqmetr  cihazının  digər  tərəfdəki  altı 

bucaq  açarına  taxıldı.  Torqmetr  cihazı  ilə  4º/san.  tərs  istiqamətdə  torq-burma  (Nm) 

qüvvəti tətbiq edildi. Ekstraksiya vaxtı ən yüksək torq  rəqəmləri müəyyən edildi (Şəkil 

27).(14). 

 

 



 

Şəkil 27. SM 21 torgmetr cihazında qüvvət ölçülmələri 

 

 



 

 

 



 

 


45 

 

      3.5. Statistiki Hesablamalar 



  

      Hesablamalar  M.U.  Tibb  Fakultəsi  Biostatistika  Kafedrasında  edildi.  SMS-

ları(Sümük  Mineral  Sıxlığı)  və  qüvvət  nəticələri  qarşılaşdırılmasında  Unpaired  t-test 

istifadə edildi. Əhəmiyyət dərəcəsi üçün p<0.05 şərti qoyuldu. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə