T Ə L i m a t I i. Ümumi müddəalar



Yüklə 137,01 Kb.
Pdf görüntüsü
tarix25.12.2016
ölçüsü137,01 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Şüa diaqnostikası üzrə həkimin nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1.  


Bu  vəzifə  təlimatı  şüa diaqnostikası üzrə  həkimin vəzifə öhdəliklərini, 

hüquq və məsuliyyətini müəyyən edir. 

2.  

Şüa diaqnostikası üzrə  həkim vəzifəsinə ali tibb təhsili olan, 



qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş  

şəxs təyin edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “şüa diaqnostikası” ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

3.  

Şüa diaqnostikası üzrə həkim Azərbaycan Respublikasının qüvvədə olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  

Şüa diaqnostikası üzrə  həkim bilavasitə  şöbə müdirinə, onun olmadığı 



halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Şüa diaqnostikası üzrə həkim aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   şua diaqnostikası xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi 

ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  


5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.  sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 

 



II.

 

Vəzifə öhdəlikləri 

 

6.  



Şüa diaqnostikası üzrə  həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş 

müasir profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə 

etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir. 

7.   Müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə  və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir. 

8.  

Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 



edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 

9.  

Pasiyentin  vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və 



əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. 

10.   Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası  üzrə məsləhət yardımı göstərir. 

11.   Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

12.   Diaqnostik  və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir. 

13.   Orta  və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

14.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 

15.   Tibbi  və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

16.   Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir.  

17.   Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır. 

18.   Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 

və vaxtında icra edir. 

19.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

20.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

21. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 



qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 

 

 



III.

 

Hüquqlar 

 

22.   Şüa diaqnostikası üzrə həkimin aşağıdakı hüquqları vardır: 

22.1. rəy verilməklə  zəruri  şüa diaqnostikası  tədqiqatlarını müstəqil surətdə 

aparmaq, pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını tövsiyə etmək; zərurət olduqda xəstələrin məsləhəti və 

müalicəsi üçün müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

22.2.  müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

22.3.  öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, tabelikdə olanların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

22.4.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

22.5.  onun  işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

22.6.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

23.   Şüa diaqnostikası üzrə  həkim Azərbaycan Respublikasının  Əmək 

Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

 

IV.



 

Məsuliyyət 

 

24.   Şüa diaqnostikası üzrə həkim aşağıdakılara görə məsuliyyət daşıyır: 

24.1.  ona  həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

24.3.  daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

24.5.  öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

24.6.  ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

24.7.  tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə; 



25.   Şüa diaqnostikası üzrə  həkim  əmək intizamının, qanunvericilik və 

normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, 

təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət 



məsuliyyətinə cəlb edilə bilər.    

 


Yüklə 137,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə