T Ü r k o L o g I y a №3 2015



Yüklə 254,83 Kb.
Pdf görüntüsü
tarix10.06.2017
ölçüsü254,83 Kb.

T Ü R K O L O G İ Y A  

 

№ 3 



2015 

 

 



 

 

 

 

 

 

 



 

RÜSTƏM KAMAL 

 

AKADEMİK ABDULLAYEV KAMAL MEHDİ OĞLU 

 

 

Kamal Mehdi oğlu Abdulla müasir Azər-



baycan  ədəbiyyatının  və  filoloji  fikrinin  ən 

şöhrətli,  nüfuzlu  və  populyar  adlarından  biri-

dir.  O,  yaradıcılığında  elmi  və  bədii  sahələri 

özündə  mükəmməl  və üzvi  surətdə  birləşdirən 

unikal  bir  şəxsiyyətdir.  Dilçi,  ədəbiyyatşünas, 

tənqidçi,  esseçi,  şair,  dramaturq,  nasir,  peda-

qoq, dövlət xadimi – Kamal Abdullanın parlaq 

istedadının müxtəlif təzahür formalarıdır.  

Hər  kəsə  örnək  ola  biləcək  həyat  yolu-

nun  qısa  salnaməsi  belədir: 1950-ci  ildə  Bakı-

da ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıda 

190 saylı orta məktəbi bitirib. 1968–1973-cü il-

lərdə  Azərbaycan  Dövlət  Universitetinin  Filo-

logiya fakültəsində təhsil alıb. 1973–1976-cı il-

lərdə  SSRİ  EA-nın  Dilçilik  İnstitutunun  Türk 

dilləri şöbəsinin əyani aspirantı olub. 1977-ci il-

də  Moskvada  «Sintaktik  paralelizm  (“Kitabi-

Dədə  Qorqud”  dastanlarının  dili  üzrə)»  adlı 

namizədlik  dissertasiyası  müdafiə  etmişdir. 

1977–1984-cü  illərdə  Azərbaycan  SSR  EA 

Nəsimi  adına  Dilçilik  İnstitutunun  Türk  dillə-

rinin  müqayisəli  tədqiqi  şöbəsində  kiçik  elmi 

işçi,  baş  elmi  işçi,  şöbə  müdiri  vəzifələrində 

çalışmışdır.  1984-cü  ildə Bakıda  «Azərbaycan 

dili sintaksisinin nəzəri problemləri» adlı dok-

torluq dissertasiyası müdafiə etmişdir.  

1988–1990-cı  illərdə  Azərbaycan  Mədə-

niyyət  Fondunun  sədrinin  birinci  müavini, 

1990-cı  ildə  Azərbaycan  Mədəniyyət  Fondu-

nun  idarə  heyətinin  sədri  olmuşdur.  Hazırda 

Azərbaycan  Yaradıcılıq  Fondunun  (keçmiş 

Azərbaycan Mədəniyyət Fondunun) sədri, Azər-

baycan  Yazıçılar  Birliyinin  idarə  heyətinin, 

Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Mət-

buat Şurasının idarə heyətinin üzvüdür.  

2007-ci il aprel ayında Azərbaycan Milli 

Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci il-

də  həqiqi  üzvü  seçilmişdir.  2010-cu  ildə  Res-

publika  Elmi  Tədqiqatların  Təşkili  və  Əlaqə-

ləndirilməsi  Şurasının  Dilçilik  üzrə  Problem 

Şurasının sədri təyin edilmişdir.  

Onun  ömrünün  və  əmək  fəaliyyətinin 

mühüm  hissəsi  ali  təhsil  sistemi  ilə  bağlıdır. 

1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun 

Ümumi  və  Azərbaycan  dilçiliyi  kafedrasının 

müdiri,  professoru  olmuşdur.  M.F.Axundov 

adına  Rus  Dili  və  Ədəbiyyatı  İnstitutunun 

Ümumi və rus dilçiliyi kafedrasının müdiri se-

çilmişdir,  1993–2000-ci  illərdə  Xarici  Dillər 

İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi ka-

fedrasının  müdiri  olmuşdur.  1994–1995-ci  il-

lərdə Bursa (Türkiyə Respublikası) Uludağ Uni-

versitetinin  Türk  dili  və  ədəbiyyatı  bölümünün 

professoru  olaraq  çalışmışdır.  2000–2014-cü  il-

lərdə  Bakı  Slavyan  Universitetinin  rektoru  ol-

muşdur.  Cəsarətlə  demək  olar  ki,  bu  ali  təhsil 

ocağının  nüfuzu  və  uğurları  K.Abdullanın  adı 


AKADEMİK ABDULLAYEV KAMAL MEHDİ OĞLU 

 

 



39 

ilə bağlıdır. Universitet onun tükənməz ideyala-

rının  və  arzularının  həyata  keçdiyi  bir  sınaq 

meydanı  idi.  Onun  rektorluğu  dövründə  Res-

publikanın və xarici ölkələrin tanınmış alimləri 

universitet auditoriyalarına cəlb edildi.  

Rusiyanın,  Polşanın,  Belarusun,  Fransa-

nın və s. önəmli tədris ocaqlarında azərbaycan-

şünaslıq  istiqamətinin  yaranması  və  inkişafı, 

Azərbaycan  dilinin  öyrənilməsi,  Azərbaycan 

tədris  mərkəzlərinin  fəaliyyətə  başlaması,  bu 

ölkələrin universitetləri ilə həyata keçirilən bir-

gə  layihələr  bir  rektor  kimi  Kamal  Abdullanın 

ideyalarının kiçik bir hissəsidir. BSU-nun «Tər-

cümə  problemləri»  elmi  tədqiqatı  laboratori-

yasının  rəhbəri,  «Filoloqun  kitabxanası  –  100 

(“Türkologiya”  və  “Dünya  nəşr”i  seriyaları-

nın)»  müəllifi  və  icraçısıdır.  «BSU  Elmi  əsər-

lərinin  (“Dil-ədəbiyyat”  seriyasının)»  baş 

redaktorudur.  

K.Abdulla ilk növbədə böyük alimdir. Ta-

nınmış qorqudşünasdır. 200-dən çox məqalə, 20-

dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir. 

Türk  xalqlarının  qədim  epik  ədəbiyyatları  sahə-

sində  araşdırmalar  müəllifidir.  Müxtəlif  ölkələ-

rin universitetlərində (Rusiya, Polşa, Fransa, Al-

maniya,  ABŞ...)  «Ümumi  dilçilik»,  «Mətn  sin-

taksisi»,  «Kitabi-Dədə  Qorqud»un  kulturoloji 

aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi 

kurslar  aparmışdır.  Elmi  və  publisistik  məqalə-

ləri  Azərbaycanda  və  ondan  kənarda  mütəmadi 

çap  olunur.  «Bakı  Slavyan  Universitetində  mü-

hazirələr»  («Лекции  в  Бакинском  славянском 

университете») (2003) adlı kitabı Azərbaycanın 

böyük alimi (akad. A.Mirzəcanzadə ilə birlikdə) 

ədəbiyyat  və  poetika  məsələlərinə  həsr  edilib. 

«Azərbaycanda  rus  dili»  («Русский  язык  в 

Азербайджане»)  (2005)  adlı  kitabı  (prof.  İ.Hə-

midovla  birlikdə)  rus  dilinin  Azərbaycanda  iş-

lənmə  tarixindən,  müasir  vəziyyətindən,  pers-

pektivlərindən bəhs edir. 

Kamal Abdulla taleyindən və əsərlərindən 

bir Dədə Qorqud mifi keçir. Bu mif yalnız elmi 

araşdırmalarının əsas obyekti deyil, həm də nəsr 

və  dram  əsərlərinin  özəyini  təşkil  edir.  «Gizli 

Dədə  Qorqud»  (1991),  «Sirr  içində  dastan  və 

yaxud Gizli Dədə Qorqud – 2» (1999), «Mifdən 

yazıya  –  Gizli  Dədə  Qorqud»  qorqudşünaslığın 

klassik  qaynaqlarıdır.  «Gizli  Dede  Korkut» 

kitabı  Bursada  (1995)  və  İstambulda  (1995) 

ayrı-ayrılıqda türk dilində nəşr olunmuşdur, türk 

qorqudşünaslığında  və  eposşünaslığında  ən  çox 

müraciət olunan mənbələrdən biridir.  

Bakı  Slavyan  Universiteti  və  Almaniya 

Federativ  Respublikasının  Yohannes  Qutten-

berq  Mayns  Universiteti  və  Frankfurt  Osvald 

Volkenstein-Gezellschaft  Cəmiyyəti  arasında 

«Kitabi-Dədə Qorqud» və «Nibelunqların nəğ-

məsi»  Ortaçağ  qəhrəmanlıq  eposlarında  Şərq 

və Qərb birgə on illik elmi tədqiqat lahiyəsinin 

həyata  keçirilməsi  türkün  bu  möhtəşəm  abi-

dəsinə sevgisinin daha bir parlaq təzahürüdür.  

Dədə Qorqud mifi ona mif və yazı mədə-

niyyəti  qarşıdurmasının  mahiyyətini  açmağa 

imkan vermişdir. Onun üçün Dədə Qorqud mi-

fin peyğəmbəridir.  

Kamal  Abdulla  həm  də  nüfuzlu  tənqidçi 

və  orijinal  esseçidir.  Onun  tənqidi  məqalələri 

və  esseləri  «Müəllif  –  əsər  –  oxucu»  (1985), 

«Əvvəl-axır yazılanlar» (1990), «Yolun əvvəli 

və  axırı»  (1993),  «300  azərbaycanlı»  (2007) 

kitablarında toplanmışdır.  Bu  kitablarda  Azər-

baycan və dünya ədəbiyyatının müxtəlif aktual 

məsələləri  geniş  təhlil  edilir.  «Kədərli  seçmə-

lər»,  «300  azərbaycanlı»  kitablarındakı  esse-

lərdə yazıçının orijinal mediativ düşüncə üfüq-

ləri  görünür.  Esselər  bir  ömür  bütövlüyünün 

fraqmentləri  kimi  ədəbiyyatımızla,  poeziya-

mızla  bağlı  nəzəri  fikirlərin, kulturoloji-fəlsəfi 

qənaətlərin bədii ifadəsidir.  

Kamal  Abdullanın  «Dilçiliyə  səyahət. 

Dilçi  olmayanlar  üçün  dərslik»  kitabı  elmi-

populyar  və  bədii-fəlsəfi  üslubların  qovşağın-

da  yazılıb.  Bu  kitabın  janrını  linqvistik  esse 

kimi də səciyyələndirmək olar.  

Akademik bu kitabda dilçilik tarixini, dil 

haqqında  bilgiləri  hazır,  qurulmuş  bir  dünya 

kimi təqdim etmir. Kitabın içindən doğma dilə 

sevginin  izharı keçir. Doğma dili zəif bilənləri 


RÜSTƏM KAMAL 

 

 



40 

«genetik  biganəlikdə»  suçlayır.  Dilçi  alim  və 

yazıçı  kimi  «sözü  bədii  dünyanın  dəyəri  kimi 

öyrənməyin»  vacibliyini  irəli  sürür.  Onun 

üçün «Söz Mifin təzahürüdür və onu cəmiyyət 

üzvləri belə də qəbul eləməlidirlər. Sözün kul-

tu öz-özünə gətirib mifin kultuna çıxarmalıdır. 

Eyni  zamanda  söz  bütövlükdə  cəmiyyəti  sim-

volizə  edir.  Cəmiyyət  də  söz  kimi  daxili  bü-

tövlüyə  və  tamlığa  malik  olmalıdır.  Cəmiyyət 

bütövlükdə sözün övladı kimi doğulur» («Gizli 

Dədə Qorqud»).  

Kamal Abdulla respublikamızda və onun 

hüdudlarından  kənarda  görkəmli  yazıçı  kimi 

şöhrət  qazanmışdır.  Onun  romanları  rus,  türk, 

ərəb,  ingilis,  alman,  portuqal,  italyan,  fransız, 

Litva  və  s.  dillərə  tərcümə  olunmuşdur.  Bu 

gün Kamal Abdulla xarici dillərə ən çox tərcü-

mə olunan Azərbaycan nasiridir. Onun yaradı-

cılığına maraq ildən ilə artır.  

«Yarımçıq  əlyazma»  yazıçının  ilk  roma-

nıdır, onu neoepos adlandırmaq da olar. Neoepik 

– təhkiyəçi tarixi-mifik yaddaşın bir parçasını gö-

türüb  yenidən  nəql  edir,  tarixi-mifoloji  bilginin 

ona  məxsus  olduğunu,  tapılmış  yarımçıq  əlyaz-

manın  tarixi  gerçəkliyi  obyektiv  təsvir  etdiyinə 

inanır.  Yazıçının  bu  priyomu  o  qədər  inandırıcı 

olmuşdur  ki,  Türkiyədə  məqalə  müəlliflərindən 

biri yeni əlyazmanın tapıldığını yazmışdı.  

İkinci  roman  –  «Sehrbazlar  dərəsi» 

Azərbaycan  ədəbiyyatında  spiritual  romanın 

ciddi  örnəyidir.  M.M.Baxtinin  menippeya  ad-

landırdığı roman tipidir: çevrilmələrdən və ad-

dəyişmələrdən  istifadə  etməklə  zaman  –  mə-

kan  üzrə  səyahətdir.  Romanın  bir  çox  qatları 

spiritual seansları xatırladır.  

Romanın özəl cəhətlərindən biri də təhkiyə 

məkanında  mistika  və  fantaziya  elementlərinin 

birləşməsidir.  Romanın  təhkiyə  strukturunda 

daxili  əlaqələr  ilk  baxışdan  pozulur.  Yuxularda, 

nağıllarda  olduğu  kimi.  Yazıçı  bu  əlaqələri 

assosiasiyalarla, simvolik qatlarla bərpa edir.  

«Unutmağa kimsə  yox...» Kamal Abdul-

lanın üçüncü romanıdır. Və bu roman göstərdi 

ki, Kamal Abdulla çağdaş Azərbaycan nəsrinin 

təhkiyə  resurslarını  dəyişən  ən  cəsarətli  və 

ciddi  islahatçıdır.  Bir  nəzəriyyəçi  kimi  məsu-

liyyətlə  deyirəm  ki,  gənc  nasirlər  onun  yazı 

texnikasından,  süjetqurma  fəlsəfəsindən  çox 

şey öyrənə bilər...  

Yazıçı  Kamal  Abdulla  Rus  PEN-klubu-

nun (Moskva) üzvüdür.  

K.Abdulla Türk Dil Qurumunun həqiqi fəxri 

üzvü,  Ukrayna  Beynəlxalq  Kadr  Akademiyasının 

həqiqi  üzvüdür  (akademikidir),  MŞPU-nun 

(Moskva  Şəhər  Pedaqoji  Universitetinin)  fəxri 

doktorudur.  29  noyabr  2007-ci  ildə  Rusiya 

Prezidenti V.V.Putin tərəfindən Puşkin medalı 

ilə  təltif  olunub.  Azərbaycanda  Humay  müka-

fatını, 525-ci qəzetin «İlin romanı» adlı müka-

fatını,  Monitorinq  qrupunun  «İlin  ədəbiyyat 

adamı»  adını  almışdır.  2009-cu  ildə  Azərbay-

canla  Çexiya  arasında  münasibətlərin  inkişa-

fında  roluna  görə  «Karl  Kramej»  medalı  ilə 

təltif edilmişdir. Polşa Respublikası Prezidenti 

Lex  Kaçinski  tərəfindən  bu  dövlətin  «Polşa 

Respublikası  qarşısında  xidmətləri»  ordeni  ilə 

də təltif olunub, bundan əlavə Polşanın müsbət 

simasının  formalaşmasındakı  mühüm  xidmət-

lərinə  görə  Polşa  Respublikasının  Xarici  İşlər 

Nazirliyinin  xüsusi  diplomuna  layiq  görülüb. 

2010-cu  ildə  Dədə  Qorqud  Milli  Fondunun 

«Dədə  Qorqud  Milli  mükafatı»,  «Azərbaycan 

dünyası» beynəlxalq jurnalının «Vətən övladı» 

qızıl medalı ilə təltif edilmişdir.  

Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  Bilik  Fondunun  Himayəçilik  Şurası-

nın üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəl-

xalq  Multikulturalizm  Mərkəzi  Himayəçilik 

Şurasının sədridir.  

Azərbaycan  Respublikasının  Prezidenti 

akad.  Kamal  Abdullanın  fəaliyyətini,  istedad  və 

bacarığını  yüksək  qiymətləndirərək,  onun  Azər-

baycan  Respublikasının  Millətlərarası,  Multikul-

turalizm  və Dini Məsələlər üzrə Dövlət  müşaviri 

təyin etmişdir.  

Millətini,  ölkəsini  çox  sevən  böyük  və-

təndaş,  alim  və  yazıçı  Kamal  Abdullanın  zir-

vələrə yolu davam edir.  


AKADEMİK ABDULLAYEV KAMAL MEHDİ OĞLU 

 

 



41 

 

RUSTAM KAMAL 



 

ACADEMICIAN ABDULLAYEV KAMAL MEHDI OGHLU 

 

S u m m a r y 

 

Academician  Kamal  Abdulla  is a well  known  scientist  and  a writer. His creative sphere  is 



very  wide.  The  article  is  devoted  to  K.Abdulla’s  biology,  scientific  and  public  life,  literary 

activity, the artistic features in the prose of the writer. 



 

Key words: Kamal Abdulla, a language, writing, myth, epos 

 

 



 

РУСТАМ КАМАЛ 

 

АКАДЕМИК АБДУЛЛАЕВ КАМАЛ МЕХТИ ОГЛУ 

 

Р е з ю м е 

 

Камал  Абдулла  –  всемирно  признанный  учёный  и  писатель.  Диапазон  его  научной 



деятельности  и  творчества  фантастически  широк.  В  статье  прослеживаются  жизненный  и 

творческий  пути  К.Абдуллы,    а  также  рассматриваются  художественные  особенности  его 

прозы. 

 

Ключевые слова: Камал Абдулла, язык, письмо, миф, эпос 



 

 

 



Ünvan: AZ1014. Bakı-14, Süleyman Rüstəm küç., 33. Bakı Slavyan Universiteti – dos., fil.e.d.  

 

e-mail: kamalrustam@mail.ru

 

 



 

 

Çapa təqdim edən 

İsmayıl Məmmədli – 

«Türkologiya» jurnalının 

sahə redaktoru  

Məqalənin redaksiyaya 

daxil olma tarixi 

 

 



 

 

22.VI.2015 



RÜSTƏM KAMAL 

 

 



42 

Təkrar işlənməyə 

göndərilmə tarixi 

 

 



12.X.2015 

Çapa göndərilmə tarixi 

19. X.2015 



 

 

_________ 



 


Yüklə 254,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə