Tam və hissə, sistem, struktur və element kateqoriyaları



Yüklə 30,42 Kb.
səhifə1/7
tarix03.01.2022
ölçüsü30,42 Kb.
#50982
  1   2   3   4   5   6   7
fəlsəfə
beynəlxalq neft-qaz biznesi sakit semedov, 60 imtahan suali (qeyri-ixtisas)

  1. Tam və hissə, sistem, struktur və element kateqoriyaları.

Sistem nədir? Elementlərin bütöv, tam əlaqəli cəmidir. Sistem daxilində elementlər bir-biri ilə şox sıx əlaqədədirlər. Bu əlaqələr sistemin nizamlanmasını təmin edir. Sistem qarşılıqlı təsirdə olan elementlərin kompleksidir.

Sistemi təşkil eden element nədir? Element mövcud tamın tərkibində kiçik vahiddir. Bu vahid özü müəyyən funksiyanı həyata keçirir.

Sistem anlayışına yanaşmaqda konkretlilik çox zəruridir. Bir yanaşmada sistem elementlərin çoxluğudur, tamlığıdır. Bu halda önə elementlərin arasında qarşılıqlı təsir deyil, onların özlərinin çoxluğu, digər yanaşmada isə önə sistem üçün əsaə olaraq elementlər arasında qarşılıqlı təsir gətirilir. Bu yanaşmalardan hansıı tətbiq etmək öyrənilən sistemin xüsusiyyətindən asılıdır. Məsələn, sosial sitemdə ictimai münasibətlərin rolu yüksək olduğu üçün bu sitemə belə tərif vermək olar: sosial sitem nizamlanmiş, özünü idarə edən müxtəlif ictimai münasibətlərin çoxluğudur, tamlığıdır. Bu münasibətlərin daşıyıcıları isə fərdlər, sosial qruplardır.

Sistem xüsusiyyətlərindən biri də onun özünü tənzim etməsidir (özünü idarə etməsi). Hər bir sistemdə müəyyən idarə etmə mexanizmləri, institutlar, orqanlar mövcud olur. Bu yarımsistemlər sistemin bütün komponentlərini birləşdirir və birgə hərəkətini, fəaliyyətini təmin edir.

Sistemlər sadə və mürəkkəb ola bilər. Mürəkkəb sistemlərdə onu təşkil edən elementlərin özünə sistem kimi baxələr. Hər bir sistem hissələrin birliyi və vəhdətidir. Hissə başqa predmetin (prosesə, hadisəyə münasibətlərin) tərkibinə daxil olan və onun məzmununu əks etdirən moment (an) keyfiyyətində özünü göstərən predmetdir (prosesə, hadisəyə münasibətlər).

Hissə anlayışı özü-özlüyündə predmeti əks etdirmir, o, tərkibinə daxil olduğu tamın digər komponentlərlə münasibətini aşkarlandırır (məsələn, bədənin hər bir üzvü orqanizmin hissəsidir).

Tam predmetin, prosesin və s. hissələrinin cəmi, vəhdəti, bütövlüyüdür. Tam və hissə anlayışı predmetlər arasında elə əlaqəni əks etdirir ki, hansısa bir predmet mürəkkəb təşəkkül tapmış bütövlük olaraq digərlərini hissə kimi özündə birləşdirir.

Tam hissələrin adi cəmi deyildir. O nə isə böyükdür, bu böyüklük mövcud sturkturun elementləri arasında əlaqələrin müəyyən üsulu sayəsində əmələ gəlir. Məsələn, nüvənin kütləsi ona daxil olan protonun və neuronun (hissələrin) kütlələrinin cımindən azdıi. Bu hal onunla izah olunur ki, nüvənin kütləsi hissələrin kütlələrinin sadə cəmindən hasil olunmur. Bu kütlə hissələr arsında enerji əlaqələndirən də asılıdır.

Sinerqetika elmdir. XX əsrin sonundan başlayaraq mürəkkəblik haqqında elm olan sinerqetika inkişaf etməyə başlayır. Bu mürəkkəbliyin mənası xaosda müəyyən qaydanın, nizamın necə yaranması və bunun gec-tez necə dağılmasının izahından ibarətdir.

Sinerqetikanın inkişafından əvvəl elm xaosu, qayda-nizamı ayrılıqda araçdırmış və əsəs diqqətini məhz qayda-nizamın təhlilinə cəlb etmişdir.

Element – müəyyən sistem daxilində hər hansı predment və hadisənin ayrılmaz daxili parçası, kompanentidir.

Struktur – bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin nisbi sabit üsulu, qanunudur. Hər hansı cisim və hadisəni tədqiq edərkən onu tərkib hissələrinə ayırmaq lazımdır. Hazırda elmdə element anlayışı adı altında başqa obyektlərlə əlaqədə olan, mürəkkəb komplekcə daxil olan hər hansı obyekt nəzərədə tutulur. Element anlayışı nisbidir, müəyyən münasibətlərdə o sistemə də çevirilə bilər. Məs. müəyyən münasibətlə sinif cəmiyyət sisteminin elementi kimi öyrənilirsə, başqa halda, sinif-daxili ünsürlər sinif sisteminin komponetləri kimi götürülə bilər. Struktur isə müəyyən sistemdaxili və sistemlərararsı tərkib hissələrin yerləşməsi üsuludur.

Struktur predmetin daxili və xarici əlaqələrinin nizamını əks etdirir və obyektin nisbi sabitliyini təşkil edir. Obyekt müəyyən hissələri və elementləri arasında özünəməxsus nisbi sabit əlaqə və qarşılıqlı təsirə malikdirsə, o özü bir sistemdir.



  1. Yüklə 30,42 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə