Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır



Yüklə 28,63 Kb.
Pdf görüntüsü
tarix16.06.2017
ölçüsü28,63 Kb.

Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır

"Xocalıya ədalət"  beynəlxalq  məlumat-təşviqat  kampaniyası  çərçivəsində  tanınmış

amerikalı rep ifaçısı Toni Bləkmən eyniadlı mahnı yazmışdır. Bununla əlaqədar yanvarın 18-də

Bakıda mətbuat konfransı keçirilmişdir. Tədbirdə iştirak edən İslam Konfransı Təşkilatı Gənclər

Forumunun  (İKGF)  baş  katibi  Elşad  İsgəndərov  bildirmişdir  ki,  fevralın  26-da  dünyanın  30-a

yaxın  paytaxt  şəhərində İslam  Konfransı  Təşkilatının Əməkdaşlıq  və  Dialoq  uğrunda  Gənclər

Forumunun  mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq  üzrə  baş əlaqələndiricisi  Leyla

xanım Əliyevanın  irəli  sürdüyü  "Xocalıya ədalət"  beynəlxalq  kampaniyasının  birillik

fəaliyyətinə  həsr  olunmuş  tədbirlər,  eləcə  də  Xocalı  qətliamının  mənəvi-siyasi  tanınmasına

yönəlmiş aksiyaların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində "Xocalıya ədalət" adlı

mahnının və klipin təqdimatı keçiriləcəkdir.

E.İsgəndərov  qeyd  etmişdir  ki,  mahnı  Xocalı  qətliamı  haqqında  həqiqətləri  özündə  əks

etdirməklə, dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə

çağırır.  Mahnının  müəllifi  və  ifaçısı  T.Bləkmən  bildirmişdir  ki,  ötən  ilin  noyabrında  Bakıda

"Xocalıya ədalət"  kampaniyası əlaqələndiricilərinin  görüşündə  iştirak  etdikdən  və  Azərbaycan

xalqına qarşı törədilmiş bu misli görünməmiş ədalətsizlik haqqında məlumatlarla tanış olduqdan

sonra  Xocalı  faciəsi  haqqında  həqiqətlərin  dünya  ictimaiyyətinə  çatdırılması  istiqamətində

fəaliyyət  göstərməyə  qərar  vermişdir.  Xanım  Bləkmən  Xocalıda  baş  verən  hadisələrin  onu

sarsıtdığını vurğulamışdır.

Mahnının  aranjimanı  tanınmış  səs  rejissoru,  üç  dəfə  "Qremmi"  mükafatı  laureatı  Qordon

Vilyams  tərəfindən  işlənmişdir.  Mahnının  mətnində  amerikalı  insan  hüquqları  müdafiəçisi

doktor  Martin  Lüter  Kinqin ədalətsizliyə  qarşı  mübarizə  çağırışından  istifadə  edilmişdir.

Mahnıda  müasir  rep  ritmləri  ilə  yanaşı,  milli  musiqimizin  elementləri - muğamdan  və  balaban

alətindən də istifadə edilmişdir.

Tədbirin  sonunda  Toni  Bləkmən  və  Qordon  Vilyams  "Xocalıya ədalət"  kampaniyası

çərçivəsində  ABŞ  Prezidenti  və  Konqresinə  ünvanlanmış  və  Xocalı  faciəsinin  insanlığa  qarşı



cinayət kimi tanınmasını tələb edən müraciəti imzalamışlar.

AzərTAc

Azərbaycan.- 2010.- 19 yanvar.- S. 11.

Kataloq: xocali -> x qazet
x qazet -> Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi
x qazet -> İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər
x qazet -> Xocalı sağalması mümkünsüz yara
x qazet -> Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
x qazet -> Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir
x qazet -> Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
x qazet -> Qərarı 24 fevral 1994-cü il
x qazet -> "Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük
x qazet -> Kül olmuş şəhər
x qazet -> Soyqırıma yol açan xəyanətlər

Yüklə 28,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə