Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I



Yüklə 23,33 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.12.2016
ölçüsü23,33 Kb.
1   2   3   4   5   6   7   8

MƏDƏNI BITKILƏR
180.  Ağ atbiyan  içində, 
Quyruğu  qan  içində, 
Getdim qanı silməyə, 
Batdım biyan  içində*.
181.  Ağ qıza əl  uzatdım, 
M əsti budaqda qaldı.
182.  Ağacın tutmaq olmaz, 
Ətrindən doymaq olmaz.
183.  Bağrım başı  zədəndi, 
Zədəndi,  zəbərdəndi, 
Yaşıl  əkdim,  al tökdü. 
Görən əsli nodəndi.
184.  Bahalıdı qiymətin, 
Şahlar çəkir minnətin.
185.  Bir sürü atlar, 
Çəm əndə  otlar, 
Vaxtı gələndə, 
Dərisi  çatlar.
186.  Qoca babam  allandı, 
Qızıl toyuq sallandı.
♦H əm in  bitkinin  kö k ü n d ən   boyaq  rən g i  alınır.

187.  Dərya qırağı  düzdü,
Sanasan əlli,  yüzdii.
Yaşıl əkdim,  al bitdi,
Görən  əsli nə  düzdü.
188.  Dərya üzü samandı.
Samana bir od düşdü,
Gör nə  aman-amandı.
189.  Evimdə bir gəlin var,  lalə bədəndi, 
A1  ata,  yaşıl nəsli deyin nədəndi?
190.  Ənbər havası  var bunun,
Töhfə  əzası var bunun.
İynə  ilə dəlik-dəlik,
Gör nə  sofası  var bunun.
191.  Yaşıl taxt üstündə oturub pəri, 
Yaquta, m ərcana bənzər ləbləri, 
Uzaqdan baxarsan üzün  gizlətməz, 
Əlini uzatsan vurar neştəri.
192.  Nədəndi,  ay nədəndi,
Dərmə, nazik bədəndi,
Plov üstə məskəni,
Görən rəngi nədəndi?
193.  Nədəndi,  ay nədəndi,
Bağrım zədən-zədəndi.
Ağacında od yanar,
Yarpağı  göy nədəndi?
194.  O nədi  ki, boyamb  boyaqsız*.
195.  Özii ala,
Yeri  tala,
Para-para,
Qəlbi qara.

Bu  tap m acan ın  d a bir çox  b aşqa cavabları  vardır. 
46 
--------------------------------------------------
196.  Sarı  abası var bunun,
Büzmə yaxası var bunun,
Üstü çopur,  içi dilim,
Gör nə  səfası  var bunun.
197.  Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.
198.  Tabaq qabaq içində,
Sübhü sabah içində,
Dayanıb ayaq üstə,
Ətri də  var içində.
199.  Tapı-tapı,
Kərki sapı.
Altı  gülü,
Beş yarpağı.
200.  Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.
201.  Xan bağında bir gül açıb  bərki  bəzəkdi, 
Yaşıl çalır,  al rəng alır,  bəs o nədəndi.
202.  Həşi dərili,
Huşu dərili,
Yazda əkili,
Payız dərili.
203.  Çələbi çəltik əkir,
Bir layı  tüklü,
Bir layı  tüksüz.
204.  Çiçəkliyər,  gül deyil,
Ağdı, amma qar deyil,
İstisi  var,  yun deyil.

AĞACLAR
205.  Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli  smmaz.
206.  Əynində yaşıl donu, 
Damarları  görsənir.
207.  Əyri-üyrü boy atar, 
Ayağı yerə batar. 
Salxım-salxım sallanar, 
Altmda sarvan yatar.
208.  Inəyim var,  eşikdədi, 
Ayı,  ili  eşikdədi,
İldə bir kərə  sağılar, 
Özü yenə  eşikdədi.
209.  Yağış yağanda,
Çimər,  yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
210.  Yaşılı yamanca bərkdi, 
Sarısı  lap  göbələkdi.
Ə1 vurma,  düşəcəkdi.
211.  Uzanar,  ha uzanar, 
Qollarınnan balalar.
212.  Uzun-uzun uzanar,
A1 yaşıla boyanar. 
Qırmızıdan  don geyər, 
Ərş üzünə uzanar.
BOSTAN VƏ TƏRƏVƏZ MƏHSULLARI
213.  Alaca, ha bulaca, 
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
214.  Anaxanım  atlandı, 
Qol-qanadı qatlandı.
215.  Babam oturub al çuxada, 
Kim soyundursa gözü çıxar.
216.  Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
217.  Bostanda var gombul kosa, 
Üstü bozdu,  içi xasa,
Əzsən dolar qanla kasa.
218.  Bədəni yerdə,
Saqqalı  göydə.
219.  Bir balaca mil  daşı,
Yandırır dağı-daşı.
220.  Bir quşum var alaca,
Getdi  qondu ağaca,
Özünə bir ev tikdi,
N ə qapı qoydu, nə baca.
221.  Bir quşum var bağdadı, 
Dimdiyi yarpaqdadı.
222.  Bir damım var,  qapısı yox.
223.  Bir kişi var -  özü burda 
Bağırsağı orda.

224.  Bir kiçicik yurd,
Içi dolu qurd.
225.  Bir sandığım var mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır,  elə yumulur,
Heç kəs bilm əz o  fəndi.
226.  Bir toyuğum var, yer altında yumurtlar.
227.  Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
228.  Bu yol hazara gedər,
Mehdi bazara gedər,
Atası oturmamış,
Oğlu bazara gedər.
229. Qatbaqat döşək,
Tapmayan köşək.
230.  Qırmızı toyuq bağda,
Dimdiyi var torpaqda.
231. Qutu-qutu içində,
Qutunun lap içində,
Gözəl bir əl yaylığı (nənəmin əl yaylığı), 
O da qutu içinde.
232.  Dağdan atsan əzilməz,
Bir yumruğa dözəmməz.
233. Dilbər zindanda,
Saçı  eyvanda.
234. Əzizim, qəssab ağlar,
Sarı don qəssab ağlar.
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.
235.  İlim -ilim  düyməsi,
İlim xatın düyməsi,
H ər kəs onu tapmasa,
On beş tümən cərməsi.
236.  Işım-ışım  ışıldar,
İlan kimi xışıldar,
İlan deyil, yarpaqdı,
Yatdığı  yer torpaqdı.
237.  Yaşıl tağım var,
A1 otağım var.
Göy paltarımda 
Boz qurşağım var.
238.  Yer altında qanlı bəsti.
239.  Yer altında qıllı baş.
240.  Yer altında sarı biz.
241.  Göy öküz yoldan baxır.
242.  Lalalar,  ay  lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər, 
Köklərindən balalar.
243.  Lalalar,  ay lalalar,
Ortası al,  çölü yaşıl,  lalalar, 
Ağıllılar ağıl  ilə taparlar, 
Ağılsızlar qəm evinə batarlar.
244.  Ləyəndə,  ay ləyəndə,
Gül boynunu əyəndə,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.

245.  N ə qapısı var,  nə bacası 
İçi  dolu sərçə balası.
246.  O nədi ki,  saqqalı yerdə, 
Ayaqları  göydə.
247.  O nədi ki,
Otuz səkkiz paltar geyir, 
Hamısı düyməsiz.
248.  Sandı  sətlan kimi,
Aladı  qətran kimi. 
Boynu uzun qaz kimi, 
Yumrucadır qoz kimi.
249.  Sarı-sarı  sandıqlar,
İçi dolu fmdıqlar.
250.  Uzundu boyu 
Ağdı  qanı,
Sudu canı.
251.  Uzun-uzun uzanar,
İpdən tutub sallanar.
252. Üstü qırmızı,  içi  ağ,
Çiyi  acı,  bişmişi  yağ.
253.  Üstü yaşıl məxmərdi,
İçi  şirin şəkərdi.
254.  Haqq bağlar boğazını, 
Bəndə  açar ağzmı.
255.  Hallanar,  hullanar, 
Yaşıllanar,  sallanar.
256.  Hilidim, ha hilidim, 
Kəsilər dilim-dilim,
Bir kəndi,  qırx kilidim.
257.  Çatı  su  içər, dana köpər.
52  -£=•
258.  Çəpər üstə  çal xoruz.
259.  Çil toyuq,  çiləmə toyuq, 
Başını kəsdim qanı yox*.
260.  Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər,  apar.
MEYVƏLƏR
261.  Ağ uzatdım,
A1 toxudum,
Qara sərdim.
262.  Ağac başmda al yanaqlı  qız.
263.  Ağac başında bir torba un.
264.  Ağac başında gözü çıpalaqlı qoca.
265.  Ağac başında qara yumaq.
266.  Ağac başmda qırmızı  qız.
267.  Ağac başında qırmızı yumaq.
268.  Ağac başında qımro bitər.
269.  Ağac başında darı  quyusu, 
Dağarcıqdı,  sözün doğrusu.
270.  Ağac başında zığlı dağarcıq.
271.  Ağac başında sarı yemiş.
*  Bu  tapmaca  da  çoxcav ab h d ır.

272.  Ağac başında sarı  yumaq 
Üstünə  səpilib ağ sumaq.
273. Ağac başmda tüklü yumaq, 
Bir üzü ağ,  o biri  sanmtıraq.
274. Ağac başında unlu dağarcıq.
275.  Ağac başmda hovuz,
Onu tapmayan donuz.
276.  Ağzı bağlı bir təndirim var, 
İçi bircə kündə tutar.
277. A  mənim,  al yastığım,
İçinə un basdığım.
278.  A1 gəlir Ayıstannan,
Gül  gəlir Gülüstannan 
Bir şamama tapmışam 
Bir ilin bostanmnan.
279.  Aldım bir dənə,
Açdım min dənə.
280.  Altı dəri, üstü dəri,
İçində bir ovuc darı.
281.  Altı taxta,
Üstü taxta 
İçində yaşıl paxla.
282.  Babam atdan düşdü,
Donu bənddən düşdü.
283.  Bağda bitər tağı  yox,
Ha sıxarsan yağı yox.
284.  Biz-biz idik, yüz qız idik 
Bizi büzdülər,  ipə düzdülər.
285.  Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda.
286.  Bir balaca boyu var,
Al-atlazdan donu var.
287.  Bir balaca boyu var,
Qırmızıdan donu var.
288.  Bir balaca boyu var,
Darayıdan donu var.
289.  Bir balaca dağarcıq,
İçi dolu gül mıncıq.
290.  Bir dağarcıq unum var,
İçində bir vərdənə.
291.  Bir dükanım var, həm  m əxm ər dükanıdır, 
Həm ə lla f dükanı, həm  də odun dükanı.
292.  Bir yam  ağ,
Bir yam  al.
Ağzına al,
Dadıdı bal.
293.  Bir zərbab taxta,
İçində paxla.
294.  Bir təndirim var,  iki  çörək tutur.
295.  Vay dədə, papağım ağacda qaldı.
296.  Qahqah qalası var bunun,
Qan piyalası var bunun,
N ə doğur, nə törəyir,
Pərvaz balası var bunun.

297.  Qızıl ağac yırğandı,
Sırğaları  sallandı.
298.  Q utu-qutu içində,
Sandıq qutu içində 
Fatmanın ağ yaylığı 
O da qutu içində.
299. Dağ kolunda bir damcı qan,
H ər tərəfı yaşıl orman.
300.  Dağdan bir qab  aş  yumarladım, 
Dənəsi də yerə  düşmədi.
301.  Dağdan gəlir hənir-hənir,
Yerə  düşdü yum ru dəmir.
Vur başına,  otur gəmir,
A daş-dəm ir,  adın nədir?
302.  D əvədən böyük,
Sərçədən kiçik,
Z əhərdən acı,
Şəkərdən dadlı.
303.  Dədəsi  donqar əli,
Anası yastı pəri.
Qızı  ellər gözəli,
Qardaşı  yaman dəli.
304. Dəyirm ana dən gəldi,
Qırmızı don tən gəldi, 
Toxunmamış çuvalda, 
Üyünməmiş un gəldi.
305.  Dörd qardaş bir qundaqda yatıb, 
G öbəklərin bir-b irin ə çatıb.
306.  Ətindən kabab olm az,
Qanmdan kasa dolmaz.
307.  İpsiz iynə,  deşiksiz muncuq, 
Allah düzər,  adam üzər.
308.  İçi qırmızı,  çölü boz.
Üstü yemiş,  içi  qoz.
309.  İçi  darı,  çölü sarı.
310.  Yaşıldı  abası,
Sarıdı  libası.
311.  Yerdə  bitir,  tağı yox, 
Əridirsən,  yağı yox.
312. Yeri qazdım qum çıxdı. 
Qumnan minarə çıxdı, 
Bildirki  keçəl oğlan 
Bu  il  çinara çıxdı.
313.  Yol üsto qara yaylıq.
314.  Yumru yemiş,
Çordoyi  naxış,
İçi qırmızı,
Eşiyi boz.
315.  Yupyumru  fincan,
İçi  dolu moıcan.
316.  Kiçik-kiçik sandıqlar,
İçi  dolu  fındıqlar.
317.  Göydon bir dəri düşdü, 
Toyuq ona yürüşdü.
318.  Göydən gələr millənor, 
Yerə düşər dillənər.

319.  G öydən gəir hənir-hənir,
Y erə dəyir halqa dəmir,
Üstünü qoy,  için  gəmir.
320.  Gülsüz olar m eyvəsi,
Şirin-şəkər dənəsi.
321.  M əm m ədəli  ilikdən,
Bir kürkü var sümükdən.
Dağdan atsan əzilm əz,
Bir təpiyə dözəm m əz.
322. M əm m ədbağır bağında,
Gül bitər budağında,
Yel vurar yelləndirər,
Sırğası  qulağında.
323. N ə zərrindir, n ə bafta,
İçində yaşıl tafta.
324.  N ədəndi, ha nədəndi,
Bağrım  başı  zədəndi,
Y arpağm da od yanar,
Ağacı  göynədəndi.
325.  O yanı  sarı  taxta,
Bu yam   sarı  taxta,
Ortası  yaşıl bafta.
326.  O yam   taxta 
Bu yanı  taxta,
Yum ru bəy otaqda.
327.  O nədi  ki,
Qış  göyərir,
Yaz qızarır,
Payız qaralır.
328.  O nədi  ki,  əl vursan qam tökülər.
329.  Pəsdədi, ha pəsdədi, 
Şəki-Şirvan üstədi, 
Yemişlərdən hansıdı, 
Çəyirdəyi üstədi?
330.  Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.
331.  Sapsanca yemişəm,
Ərəbidən gəlmişəm.
Baldan  şirin dadım var, 
Adda-sanda adım var.
332.  Tək çərdəkli yemişəm, 
Nəbatdan da şirinəm.
333.  Uzaqdan  gördüm çalı-çəpər, 
Yaxına getdim, məni  çəkər, 
Əlimə alsam qanı damar, 
Ağzıma qoysam, qənd-şəkər.
334. Uzun boylu,
Qızıl donlu,
Ağ köynəkli,
Əlfı  ağa.
335.  Üstü dəri,  içində şəkər pəri.
336.  Üstü məxmər,
İçi  şokər,
Üstünə  sürt,
Ağzına dürt.
337.  Üç dükanım var,
Bir-birindən  fruş,
Biri  atlas fruş,

Biri  fəs  fruş,
Biri də alaca fruş.
338.  Fındıqdan iri,
Yum urtadan balaca,
Payız vaxtında,
B əzək verər ağaca.
339.  H azar hazara gedər, 
M ehdi  bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər.
340.  H acılar haca gedər,
Cəhd edər gecə  gedər,
Bir yumurta içində,
Qırx,  əlli cücə gedər.
341.  Heyva kiıııi  sapsarı,
N ə heyvadı,  nə darı.
Bir  ağacdan dərərəm , 
L əzzətini görərəm.
342.  H əsdədi,  ay lıəsdədi,
Taxtı  rəvan üstədi,
Bu yemiş nə yemişdi,
Bir budağın üstədi.
343.  H ə r-h ə r havası var bunun, 
Z ərdən çuxası  var bunun, 
N eşdərlənib  dərm ə-deşik, 
G özəl  sofası var bunun.
344.  H əsdədi, ha həsdədi,
Əlim kitab  üstədi, 
M eyvələrdə biri  var,
Hamı  onun  üstədi.
345.  Həsdədi, ha həsdədi 
Şəki-Şirvan üstədi, 
Qırağı qızıl kərpic,
İçi badam üstədi.
346.  Hilli-hillicə,
Ağzı qıllıca.
347.  Çəyirdəyi  qaflıca, 
Yeyilməyi  dadlıca, 
K əbəyə get,  doyarsan, 
N ə olduğun duyarsan.
348.  Çölü sarı,
İçi  darı.
349.  Cavanlıqda ağ saqqal, 
Böyüyəndə  al saqqal, 
Qocalanda qır saqqal.
YABANI VƏ DƏNLİ BİTKİLƏR
350.  A gedən kişi,
A golən kişi,
Papağı yekə 
Ayağı  təkə.
351.  Ağ qız çim əndə uzanar.
352.  Ağac başında darı quyusu.
353.  Ağac başında qarğa,
Ağzı  dolu qovurğa.
354.  Ağac başında qırmızı yaylıq. 
 
4 -   61

355.  A ğca qız  suda, 
F ən i-fən n icə,
B um u əyricə.
356.  A ğca fərə  suda oynar, 
Z ə m -z ə m n ə n  belə oynar.
357.  Ala, ha ala,
Ö rkən dolaşdı,
Ağaca,  kola.
358.  Alaca,  ha bulaca, 
Sərdirm işəm  yamaca,
Düz dırm aşır ağaca.
359.  Altı  ayda bir qarış,
Bir ayda altı  qarış.
.  360.  Altı yaşıl  lalalar,
Üstü yaşıl lalalar,
İld ən -ilə  əkilər, 
C ütcə-cütcə balalar.
361.  A t baba,  ha hut baba,
Dolan evi,  yat,  baba.
362.  Aşıq ağladı,  getdi,
C iyər dağladı  getdi,
Əlli  dəvə,  yüz qatır,
Bir m ıxa bağl  adı  getdi.
363.  A şıq aşı bişirir,
Y anlıb, naşt bişirir.
Bu gün bir h ik m ət gördüm, 
A yaq başı bişirir.
364.  Bağrım  başı  zədəndi, 
Z ərdəndi, zəbərdəndi,
Yaşıl əkdim , al tökdü,
Görən əsli  nədəndi.
365.  Balacayam,  sarıyam,
Dem əyin ki, darıyam.
Sizə çörək oluram,
Zəm ilərin barıyam.
366.  Başını kəsdim ,  qanı yox, 
Cücələrinin sanı yox*.
367.  Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.
368.  Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox,  adam tutar.
369.  B ir at aldım, yox yerişi,
N ə  erkək  idi,  nə dişi,
N ə yayı  görür, nə qışı.
370.  Bir atım  var, at demərəm ,
Ölm ünə  m innət elərem ,
Ətin ataram  yelləre,
Sümüyün xeyrat elərəm .
371.  Bir bölük atlar,
M eşedə otlar.
Gün dəyən kimi,
Sağrısı çatlar.
372.  Bir damım  var,
Tək dirəkli.
373.  Bir il əkərlər,
Yeddi  il biçərlər.
* Bu tapmacanın bir-birindən fərqiənən bir neçə cavabı vardır.

374.  Bir pəyə m alım  var, hamısı qaşqa.
375.  Boyu bir qarış,
Saqqalı  iki qarış.
376. Büm  üzüm, bülbülüm  üzüm,
İri  salxım, xırda üzüm.
377.  Qara qatır,
Küncdə yatır.
378.  Qara toyuq qapıda yatar.
379.  Qara toyuğun qanadı,
Kim vurdu, kim  sanadı.
Y erə  düşən bir danədir,
Çıxdı  on beş,  o nədir?
380.  Q at-qat qalası,
Qan piyalası.
Uçdu anası,
Qaldı  balası.
381.  Qaşqa inəyi,
Bu gün  itirdim.
Üç  aya tapdım.
382.  Qəssabbaşı,  yüzbaşı,
Sənən bir at  istərəm,
Nə erkək olsun, nə dişi,
N ə yayı  görsün, nə qışı.
383.  Qırmızı  xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan 
Təndirə  düşən.
384.  Dağdan  gəlir,  dağ ala,
Qolları budaq  ala,
Səksən səkkiz caynaqlı, 
Az qalır adam ala.
385.  Dırazı qıç,  uzun saqqal.
386.  Evimizdə bir kişi var, 
Bir şələ saqqalı var.
387.  Ərəb atlandı,
Qayış qatlandı,
Qumlar ələndi,
Quyruq bulandı.
388.  Zülfün ucu gümüşdür, 
Sal boynuna ilişdir, 
Yemişlərin  içində 
Yarpaqsız nə yemişdir.
389.  İlim,  ilim iynəsi,
İlin xatın düyməsi,
At ocağa, bas qucağa. 
Getsin  illər xəstəsi.
390.  Yerə vurdum baltanı, 
Ağzı gümüş xaltanı. 
Yerdən bir oğlan çıxdı, 
Dünyalann  soltanı.
391.  Yerə girər,  əllənər, 
Külək vurar, dillənər. 
Köynəyi göy,  özü san, 
N ə buğdadı, nə də darı.
392.  Gecə yumular,
Səhər açılar.
393.  Gün çıxar,  gülər,
Axşam mürgülər.

394.  Gündüzlər gülər,
Gecə  mürgülər,
Ağzma alan,
Yerə tüpürər.
395.  Gündüz gəzər obanı,
Gecə  sancar dabanı.
396. M eşədi, çəməndi oylağım mənim, 
Özümnən yekədi papağım mənim.
397.  Min bir oğul, bir ata -  
Hamısı minib bir ata.
398.  O nədi ki, düzülər,
Vədəsində üzülər,
Ayağından su  içər,
Təpəsindən quzular.
399.  O nədi ki, gecə-gündüz beli bağlı.
400.  O nədi ki, kök atar, yarpaq çıxarmaz.
401.  O nədi  ki, nə ağdı,  nə sarı,
Bir gözəl ağacda bitər saqqalı.
402.  O tayda duran kişi,
Əlində  Quran kişi,
Atama de, ət alsın,
Nə erkək,  nə də  dişi.
403. Otdur,  atdır,
Beymuratdır,
Dişləyəndir,
Dişi yoxdur.
404.  Otlarda necə otdu 
Nə dişi var, nə  ağzı,
Dişləyir heyvan kimi.
405.  O nədi ki,
Samanı  uçur,
Dənəsi  qalır.
406.  Pirəm,pirəm  içində 
Saqqalı pirəm içində.
407.  Sarı  buğda çəməndə kökələr.
408.  Sarı  saqqal,
Uzun hoqqar,
Onu tapmıyan,
Olsun naqqal.
409.  Su üzündə  ağca fərə.
410. Uzun qız uzanar,
Özünə köynək qazanar.
411.  Uzun qızım uzanar,
Həftədə  bir bəzənər.
412. Uzun-uzun söyüdlər,
Beli bağlı  igidlər.
413.  Üstədi,  ha üstədi,
Əlirn tükün üstədi. 
Yemişlərdə hansıdı, 
Çəyirdəyi üstədi?
414.  Xəncərimin ucu şişdi,
Çək,  qıçıma batmış  idi,
O necə  şeydir,  gül  açmaz, 
Bar verəmməz, özü bardı.
415.  Xırda-xırda öldülər, 
Qəbirlərə girdilər.
Beş-altı  ay su verdim, 
Dirçəlibən durdular.

416.  Halalar,  ay halalar, 
Dağda dovşan balalar. 
Ayağmdan su  içər, 
Dimdiyindən balalar*.
417.  H əlm ə, həlm ə  həlməsi, 
H əlm ə xatın düyməsi, 
H ər kəs onu tapmasa, 
Bir manatdır cərməsi.
418.  Çəp deyil,  çəpər deyil, 
Ç əpərə gərək deyil, 
Uzunca buynuzu var, 
Sarıca saqqalı  var.
419.  Ç əpər üstə çil xoruz.
420.  Çil toyuq,  çiləm ə  toyuq, 
Başını kəssən qanı yox. 
Cücələrinin sanı yox.
421.  Çin-çinarın başında,
Çin qara quş oturur, 
Qanadların gərəndə,
Bir ovuc  qum tökülür.

B u tap m acan m  bir n e çə   m ü x tə lif cav ab ı  vardır. 
68
 

----------------------------------------------------------------
HEYVANLAR
422.  Avın  alsan, mırıldar, 
Sığallasan,  xoruldar.
423.  Ağ atım,  əyri yatım,
Qayadan qorxmaz atım,
Yük yüklərəm,  aparmaz, 
Almmaz,  rula satım.
424.  Ağ saqqalam, bəyirrəm, 
Qıllarımı  əyirrəm,
M ən keçdiyim yollardan, 
Qoyun-quzu gətirrəm.
425.  Ağa nəzər,  ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
426.  Ağzı  qara boz bəylər,
Vursan,  ağzın oyilər.
427.  Ağzın  açar,
Zohər saçar,
Hamı  görüb,
Geri qaçar.
428.  Ağzı var,  dili  olmaz,
Yüz ağac vur,  çığırmaz.
429.  Adam döyül, əl-ayağı,  dişi var, 
Əcəb şeydi,  qəravəlli  işi var.
430.  Alaca qarğa,
Lapları  yorğa.

431.  A laca m ənzər,
Q apılar gəzər.
432.  Altı bulaq  içərlər,
Ü stü  zəm i biçərlər.
433.  Altı  daşdı,  daş  deyil,
Ü stü  daşdı,  daş  deyil. 
H eyvan kim i  otlayır, 
H eyvana yoldaş deyil.
434.  Altı,  taxta, üstü taxta, 
Oturub b ir ağ otaqda, 
Qoyun deyil,  ot otlayır, 
Toyuq deyil,  yumurtlayır.
435.  A raba  gedər,  izi yox, 
U lğun yanar, közü yox. 
Zirzəm idə  gizlənib, 
Qabığı var,  gözü yox.
436.  Bağda sürünər,  gəzər, 
A z-az görünər,  gəzər, 
Oxşuyar bir yum ağa 
Qorxuram  əl vurmağa.
437.  B alaca m ənzər,
Dağları bəzər.
Qayıdıb  gələr,
Obada  gəzər.
438.  B at-bat ayaqlı,
Eym ə  dodaqlı,
B elində var dağ, 
A yağm da yağ.
439.  B ənzəri  var çatıya, 
H ücum  ç ə k ər fatıya.
440.  Bir atım var atılar,
Qulaqları  çatılar.
Quyruğunu bərk qısar,
Sinib  dərədən busar.
441.  Bir atım var minə bilmirəm, 
Ağzın açsa, dinə bilmirəm.
442.  Bir axmaq öküzüm var, 
İyləndirib ət yeyər.
443.  Bir qamçım var,
Əlimə  ala bilmirəm.
444.  Bir quşum var,
Dərisi puldan,
Gözləri  nurdan.
445.  Bir yağlı  böyrək,
Çuvaldan çıxdı,
Xorhaxor kişi,
Ağzına tıxdı.
446.  Bir öküzüm var, mıx yüklü.
447.  Boyu bənzər əriyə,
Qaçar girər dəliyə.
448.  Qaya altdan qaz gedər, 
Bumun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi  il boğaz gedər.
449.  Qanadı  var uça bilməz,
Quru yerdə qaça bilməz.
450.  Qatar-qatar söyüdlər,
Başı bağlı  igidlər.

451.  Qızılgül beçə verdi,
Sana gör neçə verdi? 
Y arpaqsız  ağac gördüm, 
Torpaqsız beçə verdi.
452.  Qoz ağacı başında, 
L ənkəranın tuşunda, 
Ə lli-altm ış  yaşmda,
D eyər oğlanam , oğlan.
453.  Dağdan,  qayadan aşar, 
Pişik kimi dırmaşar.
İlan kimi  sürünər, 
Divardan b ərk  yapışar.
454.  Dağdan gəlir dağ alaca, 
D alın söykəyib  ağaca, 
Ə tdar M əm m əd qavaxlıdı, 
M əm m əd şərif dodaqlıdı.
455.  Dağlarda lala gəzər,
Ə ldə piyala gəzər,
N ə yum urtlar,  nə doğar, 
Yanm ca bala gəzər.
456.  Dağların q a n  m ənəm ,
Gün vursa ərim ənəm . 
Oğlum un qaynatası, 
Qızım ın əri m ənəm .
457.  Dik çıxanda ildırım,
D ik enəndə digirqoz.
458.  D ilim -dilim  nar, 
D izim əcən  qar,
Yeddi dananın gönü,
Bircə  ayağım a dar.
459.  Doqquzu don darayı,
Səkkizi  san darayı.
İkisi xas qırmızı,
Dördü mazan darayı.
460.  Evimizdə bir kişi  var,
Xorhaxor yatışı var.
461.  Əkdim palıd,
Çıxdı  şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddı,  nə  şabalıd.
462.  Ərşin ayaq,
Bənövşə  qulaq.
463.  İynəsi çox,
Tikəni  yox.
Əti dənnan,
Özü heyvan.
464.  İlan yolu,  kcçi  qılı,
Qatarlaşıb gedərlər hey.
465.  Yatanda yumru yatar,
Əlinə  dənnan qatar,
Kim istəsə tutmağa,
Tikəni  ələ batar.
466.  Ycddi  öküzüm var,
Gönündən bir cüt çarıq çıxmaz.
467.  Yer altında yağlı  böyrək,
Dc yetim adın deyim.
468.  Yer altdan oxlov gedər.
469.  Ağ atım,  lobbaz atım,
Qayadan qopmaz atım.

470. Y er altında yağlı qamçı, 
Suyu içər dam cı-dam cı.
471.  Y er altında yağlı küt.
472.  Yol üstə yoğun oxlov.
473. Y ük üstə qıllı yumaq.
474.  Kolları  gəzər pusa-pusa, 
Qıçları uzun,  qolu qısa.
475.  Gedər,  gedər -  izi yox, 
Şıllaq atar,  dizi  yox.
476.  G özlərində  çırağı, 
D işlərində qırm ağı,
Yağı  adam küsdürər, 
Zəhm i heyvan əsdirər.
477.  Günü keçər tayada,
Xoş  gün v erər sayada.
478.  M alın gəlir enişdən, 
Qulaqları  güm üşdən,
Züy vurub ü zər hərdən, 
Çaydan,  göldon,  dənizdən.
479.  M aral-m aral  inəyim,
Qamı  xaral  inəyim ,
Su  içm əz,  ot otlamaz, 
Ç əpər yaran  inəyim.
480.  M aral-m aral  öküzüm, 
Qam ı  xaral öküzüm,
Düz yerdə g ə z ə  bilmir, 
Ç əpər yaran öküzüm.
481.  M eşədə bir qız gördüm,  gözləri  şəhla,
Düşdüm onun  izinə, qaldım tək-tənha.
482. M əmmədiyar, əyri diyar,
Dörd  lap-lap,  iki  çip-çip.
483. M idili-midi üzlüco,
Midili  siçan üzlücə.
Midili, hara gedirsən,
Yiiz m in cida üzlücə.
484. Nağara, ha nağara,
Dırınaşar ha divara.
485. N or kimidi, nər deyil,
Rongi  qara qır deyil.
486.  O yanı  taxta,
Bu yanı taxta,
Şaqqulu boy otaqda.
487.  O nədi  ki,  qulağından kəsilər.
488.  O nodi  ki, dizlorindən  asılar.
489.  O  nədi  ki,  evə ginnoz,
Sodaqəti  eldə gəzər.
490.  O nədi  ki,  daşdan köynok geyinor?
491.  O nədi  ki,  doğur əlsiz-ayaqsız.
492.  O nədi  ki,  əyri  ayaq,  çəpbəl  qulaq,
Dodağı  mırıq,  ağzı  cırıq.
493.  O nədi  ki, zirzəmidə qışlağı,
Dərisi  var,  tükü yox.
----------------------- ----------------------------------------- 4 -   75

494.  O nədi ki,  iynəsi çoxdu,
Sap yeri yoxdu.
495.  O nədi ki, gecə gəzər aylı xan,
Gündüzü də yaylı xan.
Göy otların başında,
Düymə düzər aylı xan.
496.  O tayda durar, gedər,
Boynunu burar gedər.
Bir sürüyə girəndə 
Qırxını qırar gedər.
497.  O hansı heyvandı,  anadan saqqallı doğular?
498.  Ot yeyər inek deyil,
Yumurtlar, toyuq deyil.
499.  Saqqalı uzun bəyzadə,
Gedər qabaqda haramzade.
500.  Saqqalı  uzun  sallanar,
D ağa-daşa dınnanar.
501.  Sarı atım,  sapba atım,
Sarı  qayadan keçməz atım.
502.  Səssiz göldə  it hürər.
503.  Sıpa gödəni,
Eşər təpəni.
504.  Sudan çıxıb daş deyil,
Qanadlıdı, quş deyil.
505.  Suya girər millənər,
Sudan çıxar,  dillənər.
506.  Sularda batar,
Quruda yatar, 
Hoppanar-düşor,
Ordları  şişər.
507.  Talalar, ha talalar,
Talaya od salalar,
Nə erkeyi,  nə dişisi balalar.
508.  Taxçadan düşdü, tap elədi, 
Gülsənəm  onu hap elədi.
509.  Tikan dibində qıllı yumaq.
510.  Torpaqdan  lülə,
Ətdəndi  güllə.
511.  Tut-tut tuburğu,
Tutda bitər tuburğu.
Tutdan bir şüy çıxıbdı,
N ə tutdu, nə tuburğu.
512.  Uzun-uzun ulama,
Ucuna qıl dolama,
Bizim ala kəkliyin, 
Yumurtasm kim ala?
513.  Üstü daş,  altı daş,
Ortasında cmdır baş.
514.  Üstü palım-palazım,
Altı suyum, bulağım,
Içi yemim, yeməyim.
515.  Üstü pulcuq,
İçi qılcıq.
516.  Üstünə baxırsan dam. 
Altına baxırsan eyvan,

İçinə  baxırsan quş, 
Çölünə baxırsan heyvan.
517.  Heyvandı heç  səsi yox, 
Üstündə pulları  çox.
518.  H ət ayaqlı, hüt ayaqlı, 
Gümüş qatlı,  lüt ayaqlı.
519.  H ilim -hilim  kəhər at, 
Hilim m ərcan kəhər at, 
Ayağmda qıl sicimi,
Səsi  gözəl kəhər at.
520.  Himdi,  himdi,  o  himdi. 
Gözüm  gözünə  cimdi,
Ycrin  altında deyin 
Gecə  xidm ətçi kimdi?
521.  Hindi  hindico,
Bum u əyricə,
Hara gedirsən,
Bu yarı  gecə.
522.  Çil toyuq,  çiləm ə  toyuq 
Başını  kəsdim,  qanı yox,
523.  Can  alıcı,
C əfa qılıcı,
Yum uru təpə,
Gümüş  küpə.
524.  Şappaz,  ha şappaz, 
Qayadan qopmaz.
N ə yük götürm əz,
N ə pula getməz.
525. -  A quş,  hardan gəlirsən?
-  Qanlı qaya dibindən.
-  Qanın niyə qurumuş?
-  Allah  belə buyunnuş.
526.  Alaca-bulaca,
Uçdu qondu ağaca.
527.  Altı qoyun,  üstü keçi,
Başı şabalıd,  quyruğu qayçı.
528.  Axşam anadan olar,
Səhər durar,  yer ovar.
529.  Axşam yığılar,
Səhər dağılar.
530.  Bağda uçar səhər-səhor, 
Verər bizə yazdan xəbər.
531.  Başı  daraq, quyruğu oraq, 
Tezdən durar,  surun vurar.
532.  Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
533.  Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Kənddə bir oğlan gördüm, 
Əyni yaşıl çuxalı.

534.  Qara qatır,
B ədlik satır,
Gecə  gəzir,
Gündüz yatır.
535.  Qatarlanıb  gedirlər,
B izə  salam edirlər.
536.  Q at-qat qalası var bunun, 
Q an piyaləsi v£ir bunun.
N ə çalxalar, nə çıxardar, 
Pərvaz balası var bunun.
537.  Q atar-qatar uçarlar,
Şahin görüb qaçarlar, 
G ündüzləri  otlayıb, 
A xşam lan uçarlar.
538.  Dağdan gəlir Banı xanım, 
Ə lləri xınalı  xanım,
Farsi deyər, dil  anlamaz, 
A la köynək,  çit arxalıq.
539.  Dağdan gəlir Dağara xanım, 
Ə lləri xınalı  xanım,
Farsı  çalır, türk oynayır,
A y keçi köynəkli xanım.
540.  Dağdan gəlir kəhər at, 
Zalım ,  gözəl kəhər at, 
A yağm da qıl sicim,
Budu gəldi  kəhər at.
541.  D ağların barı  m ənəm , 
Ə rim əz qarı mənəm. 
A tam m  oğluyam,
Anam ın əri  m ənəm .
542.  Dili  də  var,  ağzı  da,
Heç danışmır adamla.
543.  Elə gedər hizi kimi, 
Çarıqçının bizi kimi,
Ağı var dələm ə kimi, 
Qarası var kömür kimi.
544.  Eşdim-eşdim qum çıxdı, 
Qumdan minarə çıxdı, 
Bildir doğulan oğlan,
Bu il çinara çıxdı*.
545.  Əzan verir,  namaz bilmir, 
Arvad  alır, kəbin bilmir.
546.  Əyri boyun,  sarı  dimdik, 
Gödək ayaq, yaşıl papaq, 
Suda gəzər,  yastıyapalaq.
547.  Zülmət enəndə gülər,
İşıq görsə mürgülər.
548.  Yumru,  yumru sarıdı, 
Yumru  gözü darıdı,
Gəzir bizim bağçada,
Üç həfitənin barıdı.
549.  Kardı, kordu gündüzlər 
Vurdu,  haydı  gecələr, 
Hansı  quşdu döşü var, 
Ağzında dişi var.
550.  Gedir,  gedir izi var,
Geri  dönür, tozu var.
*  Bu  tapm acanm   b ir  n e çə   cavabı  vardır.

A1 osmanda çəngi var, 
Quyruğunda rəngi var.
551.  Gəlirdim  kənddən,
Səs  gəldi bənddən,
Ağzı  sümükdən 
Saqqalı  ətdən.
552.  Göylə uçar,  görünməz,
Y erə düşər,  sürünməz, 
D oğar-törər, əri yox, 
Qanadının pəri yox.
553.  Gündüz yatar yuvada,
Gecə  gəzər obada.
554.  M ən atamın vəznəsiyəm, 
Cibinin xəznəsiyəm.
Atam  m ənim  oğlumdu, 
M ən atamın yeznəsiyəm*.
555.  Nağaraçı nağara çalır,
N ə nağarası var,  nə çubuğu.
556.  O  necə quşdu ki,
İnsan kimi  süd əmər.
557.  Onun adı pəridi,
Könlüm ə müştəridi.
Axşam  anadan oldu,
S əhər durdu yeridi.
558.  Siçan görsə  dişin açar,
Quş  görəndə qanad açar.
559.  Sübhdən nişanı var, 
Üzündə  qeyrəti  var.
Al osmanda cəngi var, 
Quyruğunda rəngi var.
560.  Tap tapmaca,
Gül  yapmaca,
M əməli xatın,
Dişləri yox.
561.  Tap tapmaca,
Qulaqları  yappaca, 
Yatanları  oyadır, 
Süleyman papaqlıca.
562.  Tullananda cüt atar, 
Alacası qıçında.
563.  Uzun boy, qısa ayaq, 
Gəzor yastıyapalaq.
564.  Uyumamış dələmə, 
Düşüb  səsi aləmə.
Üç  həftənin  içində,
Diri  düşmüş aləmo.
565.  Halalar,  ha halalar, 
Dağda ceyran balalar. 
Quşlardan hansı quşdu, 
Yumurtasız balalar.
566.  Çıxdım qız qalasına,
Ox atdım yuvasına, 
Quşlardan hansı quşdur, 
Süd verir balasına.

Tapmacanın müxtəlif cavabları vardır. 
Kataloq: front -> files -> libraries -> 1093 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
libraries -> Multikulturalizm ili
books -> Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "
books -> "ŞƏrq-qəRB" baki-2005 Milli Kitabxana
books -> A2Ə r d a y c a n respublikas prezidentiNİN İ Ş L ə r I d a r ə s I n I N
books -> Nİzami GƏNCƏVİ

Yüklə 23,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə