Tbuat üÇÜn məlumat “



Yüklə 42,9 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü42,9 Kb.
#16042

 

 

 



 

 

 



 

 

MƏTBUAT ÜÇÜN MƏLUMAT  

 

 

 



 

Şəffaflıq Azərbaycan” təşkilatı Azərbaycan Respublikasının 5 regionunda 9 dekabr – ümumdünya 

korrupsiya qarşı mübarizə gününə həsr olunmuş “Korrupsiyaya YOX de!” şüarı altında “Milli 

Antikorrupsiya Həftələri” (MAH) Kampaniyasını keçirmişdir. 

 

11  dekabr

  -  “Transparency  nternational”  beynəlxalq  təşkilatının  Azərbaycan  bölməsi  olan  “Şəffaflıq 

Azərbaycan”  Korrupsiyaya  Qarşı  Mübarizə  ctimai  Birliyi  həyata  keçirdiyi  “ ctimai 

Maraqların  Müdafiəsi  və  Hüquqi  Məsləhət  Mərkəzləri”  (“ALAC”)  Layihəsi,  habelə 

“Şəffaflığın  artırılması  və  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya”nın 

maarifləndirmə komponenti çərçivəsində cari ilin noyabr və dekabr aylarında təşkilatın bütün 

beş  mərkəzlərində  “Korrupsiyaya  YOX  de!”  şüarında  “Milli  Antikorrupsiya  Həftələri” 

kampaniyasını yerli K V, QHT və könüllülərin cəlb olunması ilə həyata keçirmişdir. 

 

Bu kampaniya aşağıdakı göstərilən fəaliyyətlərdən ibarət idi: 



 

1.

  Geniş  ctimaiyyətin Məlumatlılığın Artırılması 

2.

  ctimaiyyətin Maarifləndirilməsi: hədəf qrupları – Müəllimlər və Tələbələr 

3.

  Yekun press konfrans və “Korrupsiya ilə üz-üzə” Karikaturalar Kitabçasının təqdimatı  

 

 



Geniş  ctimaiyyətin  Məlumatlılığın  Artırılması  –  Bu  fəaliyyət  növü  ALAC  layihəsi  barəsində  və 

Dövlətin  və  vətəndaş  cəmiyyətinin  korrupsiyaya  qarşı  mübarizədə  səyləri  haqqında  bir  sıra 

məlumatlandırma aksiyalarından ibarət idi:   

 

• 



qapıdan-qapıya - ALAC mərkəzlərinin xidmətləri barəsində vətəndaşların məlumatlandırması; 

• 

ictimai yerlərdə fərdi görüşlər; 



• 

avtobus dayanacaqlarında və digər ictimai yerlərdə posterlərin yapışdırılması; 

• 

AR  antikorrupsiya  qanunvericiyindən  çıxarışlardan  ibarət  olan  məlumat  vərəqələrin  ictimai 



yerlərdə paylanması; 

• 

lazım gəldikdə, yerindəcə hüquqi məsləhətlərin verilməsi. 



 

Həmin aksiyalar Lənkəran, Gəncə və Şəki şəhərlərində keçirilmişdir:  

 

23 noyabr – Lənkəran şəhəri - 6 saatlıq aksiya 300 nəfər vətəndaşı əhatə etmişdir. 

 

           

 

Ə

laqə



Samir Əlibəyov 

ctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis 

Tel: (994 12) 418 11 09 

Faks: (994 12) 596 20 38 

E-mail: 

samir@transparency.az

 


29  noyabr  –  Gəncə  şəhəri  –  5  saatlıq  aksiya  mərkəzin  bütün  könüllülərin  iştirakı  ilə  şəhərin  100  qədər 

ictimai yerlərdə keçirilmiş və 800 nəfər vətəndaşı əhatə etmişdir



 

           

 

 



4 dekabr  – Şəki şəhəri - 6 saatlıq aksiya mərkəzin 4 könüllüsü və 3 yerli qəzetlərin müxbirlərin iştirakı ilə 

şə

hərin ictimai yerlərində və “qapıdan-qapıya” keçirilmiş və 500 nəfər vətəndaşı əhatə etmişdir. 



  

 

 



 

 

ctimaiyyətin  Maarifləndirilməsi:  hədəf  qrupları  –  Müəllimlər  və  Tələbələr  –  Bu  fəaliyyət  növü 

çərçivəsində  ALAC  mərkəzlərinin  əməkdaşları  və  könüllüləri  aşağıda  göstərilən  tədris  müəssisələrində 

1,149 nəfər üçün 16 seminar keçiriblər



 

ALAC 

Mərkəzi 

Seminarların  

sayı 

Tarix 

Tədris müəssisəsinin adı, hədə

qrupu 

ş

tirakçıların 



sayı 

24 noyabr 

8 nəfər 

25 noyabr 

17 nəfər 

26 noyabr 

23 nəfər 

28 noyabr 

37 nəfər 

Bakı  


1 dekabr 

Bakı 

Pedaqoji 



Kadrların 

xtisasartırma və Yenidənhazırlanma 

nstitutu,  orta  məktəblərin  müəllim 

heyəti 


17 nəfər 

2 dekabr 

Gəncə Dövlət Universiteti, tələbələr 

və müəllim heyəti 

54 nəfər 

Gəncə  


4 dekabr 

Azərbaycan Kənd Təsərrüfatı 

Akademiyası və Azərbaycan 

Texnologiya Universiteti 

186 nəfər 

22 noyabr 

Lənkəran Dövlət Humanitar Kolleci, 

tələbələr və müəllim heyəti 

189 nəfər 

24 noyabr 

Lənkəran Tibb Məktəbi, tələbələr və 

müəllim heyəti 

97 nəfər 

Lənkəran 

25 noyabr 



Lənkəran 

Dövlət 


Universiteti, 

tələbələr və müəllim heyəti 

92 nəfər 

Quba 


24 noyabr 

Quba  Dövlət  Sosial  qtisad  Kolleci, 

tələbələr və müəllim heyəti 

60 nəfər 


25 noyabr 

Azərbaycan 

Respublikası 

Müəllimlər  nstitutunun Quba filialı, 

tələbələr və müəllim heyəti 

97 nəfər 

27 noyabr 

Azərbaycan 

Dövlət 

Pedaqoji 



Kollecinin  Qusar  filialı,  tələbələr  və 

müəllim heyəti 

117 nəfər 

25 noyabr 

Şə

ki Şəhər Musiqi Texnikumu



tələbələr və müəllim heyəti 

30 nəfər 

26 noyabr 

Şə

ki Şəhər Tibb texnikumu, 



tələbələr və müəllim heyəti 

100 nəfər 

Şə

ki 


27 noyabr 

Şə

ki Şəhər 11 saylı orta məktəb, 



müəllimlər 

25 nəfər 



Cəmi: 

16 seminar 

 

13 təhsil müəssisəsi 

1,149 nəfə

 

Seminar  iştirakçılarına  “Şəffaflıq  Azərbaycan”  B  və  “ ctimai  Maraqların  Müdafiəsi  və  Hüquqi  Məsləhət 



Mərkəzləri” (“ALAC”) layihəsinin xidmətləri barəsində məlumat verilmişdir. Həmçinin, korrupsiyaya qarşı 

mübarizədə  “Şəffaflığın  artırılması  və  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya”  çərçivəsində 

Dövlət tərəfindən edilən səylər, və Dövlətin QHT-lərlə əməkdaşlığı müzakirə olunmuşdur.  

 

            



 

 

            



 

 

 



 

Yuxarıdakı şəkillərdəSeminarlar zamanı 

 

 



Dinləyicilərə  Strategiya  və  Antikorrupsiya  qanunvericiliyin  çıxarışlarından  ibarət  məlumat  vərəqələri 

paylanmışdır.  Bundan  əlavə,  Dövlətin  QHT-lərlə  əməkdaşlığın  nümunəvi  göstəricisi  olan  “Şəffaflıq 

Azərbaycan”  B və AR Təhsil Nazirliyinin antikorrupsiya qaynar xətlərin telefon nömrələrini üzərində əks 

etdirən  flayer-təqvimlər  paylanılmışdır.  Bu  əməkdaşlıq  təcrübəsi  artıq  ikinci  ildir  ki,  ali  təhsil 

müəssisələrində imtahanlar qabağı həyata keçirilir. 

 

            



 

 

Seminarlar  Təhsil  Nazirliyi  və  Təhsil  Müəssisələrinin  rəhbərlərinin  dəstəyi  və  köməyi  ilə  “Şəffaflığın 



artırılması  və  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya”-nın  maarifləndirmə  komponenti 

çərçivəsində həyata keçirilmişdir. 

 

Kampaniya müddəti ərzində (22 noyabr – 11 dekabr)  ölkənin 5 regionunda birbaşa 2700-dən artıq, dolayısı 



9000-dək vətəndaş məlumatlandırılmışdır.  

 

 



Yekun press konfrans və “Korrupsiya ilə üz-üzə” Karikaturalar Kitabçasının təqdimatı – 2007-ci ilin 

dekabr ayında “Şəffaflıq Azərbaycan” təşkilatı korrupsiya 

fenomenini ifşa etmək məqsədilə 

“Korrupsiya ilə 

üz-üzə:  Azərbaycan  karikaturaçıları  Rüşvətxorluq  əleyhinə”  adı  altında 

“Abşeron”  Rəsm  Qalereyasında 

karikaturalar  sərgisini  keçirmişdir. 

Böyük  Britaniyanın  Azərbaycandakı  Səfirliyinin  maliyyə  dəstəyi  ilə 

keçirilmiş  sərgidə  həm  gənc  rəssamların,  həm  də  professional  karikaturaçıların  rəsmləri  nümayiş  olunmuşdur. 

Sərgi  Azərbaycanda  Antikorrupsiya  ruhunda  təşkil  olunan  ilk  ən  iri  kolleksiya  olmuşdur.  Həmin  sərgi  də 

“Şəffaflıq  Azərbaycan”  təşkilatının  həyata  keçirdiyi  “ ctimai  Maraqların  Müdafiəsi  və  Hüquqi  Məsləhət 

Mərkəzləri”  Layihəsinin  maarifləndirmə  fəaliyyəti  çərçivəsində  keçirilmişdir.  Tədbirdə  beynəlxalq  təşkilat  və 

QHT nümayəndələri ilə bərabər, geniş ictimaiyyət nümayəndələrinin də iştirak etmişdirlər. 

 

 



     

 

 



Yuxarıdakı şəkillərdəSərgi zamanı 

 

“Qaradağ  Sement”  ASC-nin  rəhbərliyi  sərginin  qonaqları  olaraq,  həmin  karikaturaları  kitabça  şəklində  çap  etməyi 



təklif  etmişdirlər. 

Həmin  təklifin  nəticəsində  “Korrupsiya  ilə  üz-üzə”  karikaturalar  kitabçası  “Qaradağ 

Sement”  ASC-nin  maliyyə  dəstəyi  ilə  nəşr  olunmuşdur  və  bu  gün,  11  dekabr,  “Milli  Antikorrupsiya 

Həftələri” kampaniyasının son günündə, geniş ictimaiyyətə təqdim olunur. 

 


 

 

 



 

 

 



 

 

 



 

2005 ci il Aprel ayının 1-dən etibarən “Transparency  nternational” Təşkilatının Azərbaycan bölməsi olan 

Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə  ctimai Birliyi MDB ölkələri arasında ilk olaraq yeni 

–  “ ctimai  Maraqların  Müdafiəsi  və  Hüquqi  Məsləhət  Mərkəzləri”  layihəsini  həyata  keçirir,  və  layihənin 

Bakı,  Gəncə,  Lənkəran,  Quba  və  Şəkidə  mərkəzləri  mövcuddur.  Layihənin  məqsədi  “Vətəndaşları 

cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir”. Milli Antikorrupsiya Həftələri” 

Kampaniyası  həmin  layihənin  maarifləndirmə  və  məlumatlandırma  komponenti  çərçivəsində  və  ABŞ-ın 

Beynəlxalq  nkişaf Agentliyinin (USA D), ATƏT-in Bakı ofisinin və “Qaradağ Sement ASC” maliyyə dəstəyi 

ilə həyata keçirilmişdir.  

Şəffaflıq  Azərbaycan”  və  ALAC  layihəsi  haqqında  əlavə  məlumat  almaq  üçün 

www.transparency.az

 

internet səhifəsinə müraciət edə bilərsiniz.  

 

Yüklə 42,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin