Tədris vəsaiti "Yaşıl paket"in Azərbaycan versiyası Bakı-Tbilisi-Ceyhan



Yüklə 27,88 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix26.05.2017
ölçüsü27,88 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

Tədris vəsaiti
“Yaşıl paket”in Azərbaycan versiyası Bakı-Tbilisi-Ceyhan,
Cənubi Qafqaz Boru Kəməri və ATƏT-in maliyyə köməyi ilə hazırlanmışdır.

Yaşıl paket: təhsil materiallarının komplekti – Sentendere (Macarıstan):
REM, 2006
ISBN: 963 9638 08 0
Təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərlə əlaqədar geniş
əhatəli məsələlər üzrə məşğələlər aparılması üçün didaktik materiallara
(vəsait, videokassetlər, CD-ROM, oyun komplekti) malikdir.
Ümumtəhsil və xüsusi məktəblərin müəllimləri, eləcə də əlavə təhsil üzrə
müəllimlər üçün nəzərdə tutulmuşdur.
Layihədə iştirak edənlərin və sponsorluq edən təşkilatların siyahısı
Layihənin rəhbəri: Kliment Mindjov
Layihənin Azərbaycan üzrə rəhbəri: Fikrəd Cəfərov
Elmi redaktor: Biologiya elmlər doktoru Pənah Muradov
Redaktor: Şamil Hüseynov
“Yaşıl Paket” vasaıtın müəllifləri:
Müəllif: Kliment Mindjov
dilemmalarin müəllifi: Robert Atkinson
Bədii rəhbər: Sylvia Magyar
CD-in müəllifi: Ferenc Navratil
Proqramçı: Almos Rajnai
Dərsliklərin müəllifləri:
Ivelina Angelova
I
Fikrəd Cəfərov
I
Malgorzata Cydeyko
I
Victoria Elias
I
Niyazi Əliyev
I
Anna Gajer
I
Şamil Hüseynov
I
Zamin Hüseynov
I
Justina
Jedrzejewska
I
Barbara Kekusz
I
Andras Keri
I
Izabela Majstruk
I
Atanaska Margaritova
I
Kliment Mindjov
I
Tatyana Miteva
I
Pənah
Muradov
I
Maria Pirgova
I
Malgorzata Podkanska
I
Namik Rzayev
I
Jerzy Sadowski
I
Anna Schindler
I
Jacek Schindler
I
Miroslawa Sliwka
I
Andrey Şerbakov
I
Anna Talik
I
Elena Usheva
I
Akif Vəliyev
I
Honorata
Waszkiewicz
I
Êrada Yaqubova
I
Viktor Zubakin
Tərcüməçilər:
Fərid Cəfərov
I
Fərid Eminov
I
Lalə Muradova
I
Fəridə Qəhramanova
I
Əsgər Rəhmani
I
Akif Vəliyev
I
Êradə Vəzirova
Rəyçilər: Prof. Məmməd Salmanov
I
Əli Şükürov
Dizayn: Robert Adam
I
Elçin Həbibov
I
Sylvia Magyar
Rəssam:
Laszlo Falvay
I
Stoyan Nikolov
I
Nelly Zlateva
Korrektor: Zeynəb
Êsmayılova
Sponsorlar: ATƏT
I
BTC/CQBK
Çap olunmuşdır: Stıl Matbaacılık/Türkiyə
Beynəlxalq təhsil layihəsi çərçivəsində xeyriyyə nəşridir. Mal dəyəri yoxdur.
Satış üşün nəzərdə tutulmayıbdır.
© Mərkəzi və Şərqi Avropa üçün Regional Ekoloji Mərkəz (REM), 2006
Macarıstan- 2000 Szentendre, Ady Endre ut 9-11
Tel: (36-26) 504-000
Ênternet:www.rec.org

3
Mündəricat
“Davamlı inkişaf uğrunda”
Êctimai Birlik
4
Ön söz əvəzi
5
“Yaşıl paket” haqqında
6
Minnətdarlıq
8
Vəsaitdən istifadə qaydaları
9
Ətraf mühit
11
Hava
13
Su
20
Torpaq
33
Bioloji müxtəliflik
38
Əlverişsiz təsirlər
85
Urbanizasiya
87
Səs-küy
93
Tullantılar
98
Kimyəvi maddələr
116
Êqtisadiyyat və ətraf mühit
121
Energetika
123
Nəqliyyat
132
Sənaye
145
Kənd təsərrüfatı
150
Meşə təsərrüfatı
165
Turizm
171
Qlobal problemlər
179
Êqlimin dəyişilməsi
181
Ozon qatının dağılması
186
Turşulaşma
191
Dəniz və okeanlar
195
Dəyərlər
207
Êstehlakçı cəmiyyət
209
Sağlamlıq və ətraf mühit
230
Ênsan hüquqları
239
Bizim planet gələcəkdə
243
Əlavə mətnlər
255
Kursun dərslər üzrə sxemi
317

4
“Davamlı inkişaf uğrunda”
Êctimai Birlik 1998-ci ildə təsis olunmuş Azərbaycan qeyri-kommersiya,
qeyri-hökumət təşkilatıdır.
Təşkilatın əsas məqsədi – qlobal, milli və yerli səviyyələrdə ekoloji, iqtisadi və sosial problemlərin
həllinə yeni yanaşmaların axtarışı və reallaşdırılması yolu ilə davamlı inkişafa keçidə yardım
göstərmək, habelə geniş ictimaiyyəti ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələləri üzrə
maarifləndirməkdir.
“Davamlı inkişaf uğrunda” informasiya və maarifləndirmə kampaniyalarını keçirir, analitik icmallar
və nəşrlər hazırlayır, təhsil və tədris proqrammlarını həyata keçirir, konfranslar və seminarlar təşkil
edir. Təşkilat ətraf mühit və davamlı inkişafla bağlı regional və beynəlxalq əməkdaşlıq
proseslərində, o cümlədən “Avropa üçün ətraf mühit”, “Ətraf mühit və sağlamlıq”, Qafqaz-Xəzər
regionunda ətraf mühit və davamlı inkişafla bağlı əməkdaşlıqda, davamlı inkişafa aid
Ümumdünya Sammitinin qərarlarının yerinə yetirilməsində fəal iştirak edir. Təşkilat Avropa
Ekofrumunun tərkibindədir və “Davamlı inkişaf naminə təhsil” BMT dekadasının implementasiya
planında iştirak edir.
Təşkilatın fəaliyyətinin əsas istiqamətlərinə ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində
siyasət, energetika və iqlim dəyişməsi, davamlı inkişafla bağlı təhsil və maarifləndirmə, ekoloji
əhəmiyyətli qərarların qəbulunda ictimaiyyətin iştirakı, dayanıqlı istehsal və istehlak, ticarət və
davamlı inkişaf daxildir.
“Yaşıl Paket – Azərbaycan”-ın hazırlanmasına bir sıra mütəxəssislər, QHT-lər və şirkətlər yardım
etmişlər. Onların fəaliyytini AGN MAK şirkətlər qrupu ələqələndirmişdir.
AGN MAK Azərbaycanda 1997- ci ildən fəaliyyət göstərən audit və konsaltinq şirkətləri
qrupudur. AGN MAK firması inkişaf edən və təcrübəli biznes mühitinin tələblərinə cavab vermək
üçün audit, qiymətləndirmə, dayanıqlı inkişaf problemlərinin tədqiqatı, müəssisələrin yaradılması
və dəstəklənməsi, korporativ maliyyə, maliyyə məsləhətləri və vergi, menecment konsaltinqi və
ekoloji menecment, ətraf mühitə təsirin qiymətləndirilməsi, layihələrin monitorinqi və
qiymətləndirilməsi, ekoloji audit, investisiya layihələrinin qiymətləndirilməsi, biznes menecment
sistemlərinin yaradılması və sair biznes inkişafını dəstəkləyən xidmətləri göstərən audit və
konsaltinq xidmətləri paketinə malikdir. AGN MAK-ın professional işçiləri fiziki şəxslərdən tutmuş
korporativ təşkilatlara, kiçik ticarət müəssisələrindən tutmuş böyük müəssisə qruplarına, hökumət
təşkilatlarından tutmuş Beynəlxalq qurumlara qədər geniş müştəri kütləsinin tələblərinə cavab
verməyə istiqamətlənib.
2003-cü ildən etibarən AGN MAK Azərbaycanda Ekoloji tədqiqat xidmətləri göstərir.
AGN MAK son üç ildə “Green Pack” layihəsini, bu layihənin yaranması və icrasının ilk
günlərindən başlayaraq ardıcıl olaraq dəstəkləyir.
“Davamlı inkişaf uğrunda”
Êctimai Birlik

5
Hörmətli oxucu!
Qarşınızdakı davamlı inkişaf və ətraf mühit haqqında interaktiv təhsilin materiallarının komplekti
olan “Yaşıl paket”in birinci Azərbaycan nəşridir. O, 2001-ci ildə “Toyoto Motor Korporeyşn”
şirkətinin dəstəyi ilə müəllimlər, alimlər, Mərkəzi və Şərqi Avropadakı ekoloji hərəkatın fəalları
tərəfindən hazırlanaraq Polşadakı məktəblərə verilib. O vaxtdan bəri “Yaşıl paket” bir neçə dəfə
təkrar nəşr edilib. Təkcə Polşada bu materiallardan istifadə edilməklə 500 mindən çox şagird
təlim keçib. Hazırda vəsait Bolqarıstan, Macarıstan, Slovakiya, Çexiya və başqa ölkələrin
məktəblərində uğurla istifadə edilir.
Materialların dilimizə tərcüməsi zamanı ölkəmizdəki şərait və ənənələr nəzərə alınıb.
Êlk nəşr
əsasən Bakı şəhərindəki məktəblər üçün nəzərdə tutulduğundan əlavə materiallar və nümunələr
də məhz buranı əhatə edir. Ancaq biz ümid edirik ki, “Yaşıl paket” Azərbaycanın başqa
bölgələrində də faydalı olacaqdır. Azərbaycan dilində nəşrin hazırlanmasında bütün köməklik
göstərələrə minnətdarlığımızı bildirir, ölkənin müxtəlif regionlarının maraq və tələblərini əhatə
edən yeni nəşrlərin yaradılmasında əməkdaşlığın inkişaf etdirilməsinə ümid edirik.
“Yaşıl paket” təbiət və cəmiyyət həyatı barədə, sivilizasiyanın inkişafı və biosferin qorunmasının
etik aspektləri, noosferin inkişafı haqqında əlavə məlumatlar və yeni həll yolları təklif edir.
O, məşğələlərin təşkili yolu və üsullarını söyləyə, dərslərin keçirilməsinin yeni ssenarilərinin
hazırlanmasını stimullaşdıra bilər. Biz müəllimlərin “Yaşıl paket”lə tanış olmaları üçün ölkəmizin
müxtəlif yerlərində xüsusi seminarların keçirilməsini də planlaşdırırıq.
Biz əminik ki, insanın şəxsi davranışına, təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərinin etik
aspektlərinə xüsusi diqqət yetirən “Yaşıl paket” davamlı inkişaf naminə hərtərəfli təhsil sisteminin
formalaşmasına öz töhfəsini verəcəkdir.
Biz bu işin təşkilindəki dəstəyə görə ATƏT-ə, BTC/CQBK şirkətlərinə öz minnətdarlığımızı
bildiririk. Biz həmçinin bütün oxuculara növbəti nəşrin təkmilləşdirilməsi üçün edəcəkləri təklif və
rəylərə görə də minnətdarlığımızı bildiririk.
Fikrəd Cəfərov,
“Yaşıl paket”in Azərbaycan proyektinin əlaqələndiricisi,
“Davamlı inkişaf uğrunda” cəmiyyətin sədri, b.e.n.
Pənah Muradov,
Azərbaycan nəşrinin elmi redaktoru, AMEA-nın Mikrobiologiya
Ênstitutunun elmi işlər üzrə direktor müavini, b.e.d.
Ön söz əvəzi

6
“Yaşıl paket” haqqında
I
2005-ci ildə BMT davamlı inkişafın maraqları naminə təhsil onilliyi elan etdi. BMT-nin Avropa
İqtisadi Komissiyası bu təşəbbüsü dəstəkləmək üçün bütün ölkələrə təhsil sisteminə davamlı
inkişaf mövzusunu inteqrasiya etməsi çağırışı ilə regional strategiya hazırladı. Strategiyada qeyd
edilir ki, regionun bütün ölkələri davamlı inkişaf təhsilini (D
ÊT) keyfiyyətli, əlverişli metod və
materiallarla, eləcə də donorlar tərəfindən lazımi maliyyə dəstəyi ilə təmin etməli və öz resursları
olmayan ölkələrə isə yardım etməlidirlər.
“Yaşıl paket” müəllimlərə şagirdlərin ətraf mühitin qorunması və cəmiyyətin inkişafı sahəsindəki
mürəkkəb problemləri öyrətməsinə yardımçı olacaq yeni və yoxlanılmış material və metodların
komplektini təklif edir. “Yaşıl paket”in başlıca məqsədi bu problemlərin mahiyyətini müəllim və
uşaqlara bütün – ümumplanet, Avropa və yerli səviyyələrdə izah etməkdən ibarətdir. Biz, bizim
hər birimizin ətraf mühitdə təkrarolunmaz “yerimiz” olmasını və fəaliyyətimizin ətraf mühitə necə
təsir etməsini asan vasitələrlə nümayiş etdirməyi məqsəd kimi qarşımıza qoyuruq. “Yaşıl paket” –
bütün bunların müəllim və şagirdlərin yaxşı başa düşməsi və dərk etməsi üçün alətdir.
Robert Atkinson
Vətəndaş təşəbbüslərinin direktoru, Mərkəzi və Şərqi Avropa üçün Regional Ekoloji Mərkəz,
Sentendere, Macarıstan
I
Davamlı inkişafa təyinat vermək o qədər də asan iş deyil. Bu barədə iqtisadçı, ekoloq, sosioloq
və ya, məsələn, hidroloq müxtəlif fikirlər söyləyə bilər. Davamlı inkişaf – əhatəli konsepsiya,
uzunmüddətli vəzifə, həyat tərzi və hətta dəyərlər sistemidir.
Ətraf mühit və inkişaf sahəsindəki paralel təhsildən təhsil prosesinin maksimal effektivliyini təmin
etmək indi daha aktualdır.
“Yaşıl paket” dərslərinin ssenarisini hazırlayarkən, biz qarşımıza geniş spektrə malik vəzifələr
qoymuşuq: biliyin verilməsi, situasiyanın qiymətləndirilməsi vərdişinin inkişafı və qərarın qəbul
edilməsi, məsuliyyətli davranışın əsasının qoyulması. Bizdə müxtəlif yaşda olan uşaqlar üçün
nəzərdə tutulan mövcud təhsil proqramı çərçivəsində qeyri-ordinar material və metodların tətbiq
edilməsi ilə həmin vəzifələrin yerinə yetirilməsinə nail olmaq imkanları var. “Yaşıl dərslər”
cəlbedici, tematik oriyentasiyalı və geniş məlumatlıdır. Onlar təkcə problemə aksent etmir, eyni
zamanda müəllim və şagird arasında ifadə olunmuş sərhəd qoymur. Bu dərslər iştirak edənlərin
hamısını bilik əldə etmə, qərar qəbul etmə, özünü və ya onu əhatə edən dünyanı başa düşməyə
cəhd etmə proseslərinin iştirakçılarına çevirir.
Tatyana Miteva
“Əbədi torpaq” assosiasiyası, Sviştov, Bolqarıstan
I
Ekoloji təhsil bizə təbii və antropogen təsirlərə məruz qalmış ətraf mühit arasındakı tarazlığı
bərpa etməyə kömək edir, mövcud olan qarşılıqlı münasibətlər haqqında daha çox bilməyə,
onların mürəkkəbliyini və kompleksliyini başa düşməyə imkan verir. O bizə xatırladır ki, təbiətlə
əlaqə qırılmazdır, planetin və insanlığın yaşaması üçün zəruridir. O bizi başa düşməyə vadar edir
ki, Yer kürəsində milyardlarla insan məskunlaşsa da, onların hər birinin fəaliyyəti gələcək üçün
vacibdir.
Honorata Waszkiewicz
Ekoloji təhsil fondu, Varşava, Polşa

7
I
Ətraf mühitlə bağlı olan problemlərin tədqiqində və həllində iştirak edən bir ekoloq kimi “Yaşıl
Paket” ekoloji vəsaitlər komplektini gənc nəslin ekoloji dönyagörşünün formalaşmasında
əhəmiyyətli bir vasitə hesab edirəm.
Ətraf mühit problemlərinin geniş spektrini əhatə etməsinə baxmayaraq, çox anlaşıqlı şəkildə
tərtib edilmiş bu vəsaitdən müəllimlər də bir metodiki vəsait kimi istifadə edə bilər. Bioloji
müxtəliflik, global ekoloji problemlərlə yanaşı enerjiyə qənaət, alternativ enerji mənbələri haqda
və digər məlumatlar çox maraqlı bir formada verilmişdir.
Avropanın tədris ocaqlarında geniş yayılmış “Yaşıl Paket” -in azərbaycan üçün uyğunlaşdırılmış
variantının tərtib edilməsini yüksək qiymətləndiririk.
Məmməd Salmanov
AMEA-nin müxbir üzvü biologiya doktoru, professor
I
Planetimizin və bəşəriyyətin yaşaması naminə insanlar təbii və antropogen təsirlərə məruz qalmış ətraf
mühitin problemlərini öyrənməli və bu problemlərin birgə həll edilməsi yollarını axtarmalıdırlar. Bu
baxımdan əhalinin ekoloji maarifləndirilməsi ən ümdə məsələlərdən biri kimi bizim qarşımızda durmuşdur.
Gənc nəslin ekoloji maarifləndirmə işində “Yaşıl Paket” ekoloji vəsaitlər komplekti çox önəmli bir rol
oynaya bilər. Bu vəsaitlə tanış olmuş və kolleqiyalarımızla müzakirə etmişik. Hesab edirik ki, bu vəsait
azərbaycan dilinə tərcümə edilərək orta məktəblərdə ekologiya, biologiya, təbiətşünastlıq, həyat
bilgisi, coğrafiya və s. fənnləri ilə yanaşı digər fənlərin tədrisində də geniş istifadə edilə bilər.
“Yaşıl Paket” ekoloji vəsaitlər komplektində bir metodiki vəsait kimi də istifadə etmək olar.
Arzu edərdik ki, vəsaitin azərbaycan variantı da bu səviyyədə nəşr edilsin.
Respublikada ekoloji tədris vəsaitlərinə böyük ehtiyac vardır. Hesab edirik ki, gənc nəslin ekoloji
maarifləndirilməsi işində, onun ekoloji tərbiyəsində və dünyagörüşünün formalaşmasında bu vəsait
əhəmiyyətli rol oynayacaqdır.
Südabə Mikayılova
291 No-li Araz ekoloji litseyin direktoru
I
Azərbaycan Respublika Prezidentinin 27 yanvar 2003-cü il tarixli fərmanına əsasən Azərbaycan
Milli Məclisi tərəfindən qəbul edilmiş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqda”qanunun
tədbiq edilməsi istiqamətində Təhsil Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Respublikanın demək
olar ki, bütün rayonlarında fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzləri bizim
mərkəz tərəfindən koordinasiya edilir. Bu məqsədlə ekoloji vəsaitlər hazırlanır, müəllimlər üçün
metodiki vəsaitlər və proqramlar tərtib edilir. Tədris müəssisələrində dərnəklər təşkil edilir və
müxtəlif ekoloji tədbirlər həyata keçirilir.
Bu sahədə bir çox problemlər mövcuddur, ekoloji vəsaitlərin çatışmamazlığı əsas problemlərdən
biridir. Avropada tədbiq edilən “Yaşıl Paket” ekoloji vəsaitlər komplekti azərbaycan dilində və
Azərbaycan üçün uyğunlaşdırılmış formada tərtib edilərsə respublikada mövcud olan ekoloji vəsaitlət
qıtlığının aradan qaldırılmasında böyük əhəmiyyət kəsb etmiş olardı. Hesab edirik ki, gənc nəslin
ekoloji dünyagörüşünün formalaşması məqsədi ilə ekoloji dərnəklərin tədbiq edilməsi zəruridir.
“Yaşıl Paket” ekoloji vəsaitlər komplekti çox maraqlı, nəfis tərtib edilmiş metodiki bir vəsaitdir.
Bu vəsait bizim metodistlərə gənc nəslin ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması,
enerjiyə qənaət, alternativ enerji mənbələri, davamlı inkişaf və digər çox mühüm məsələlər
haqda məlumatlandırılması işinin təşkilində çox köməklik etmiş olardı. Mərkəzin metodistləri bu
ekoloji vəsaitlər kompleksi ilə yaxından tanış olmuşlar və hesab edirik ki, “Yaşıl Paket” in
azərbaycan variantı (uyğunlaşdırılmış və tərcümə edilmiş) əhalinin, xüsusən də gənc nəslin ekoloji
maarifləndirilməsində çox böyük əhəmiyyəti ola bilər.
Əli Şükürov
Respuplika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

8
I
”Yaşıl paket”in Azərbaycan dilində nəşri çoxlu sayda təşkilatların və xüsusi şəxslərin köməyi və
dəstəyi hesabına mümkün olmuşdur ki, onların bu materialın hazırlanmasında və yerli şəraitə
uyğunlaşdırılmasında böyük payları var.
I
Biz ”Yaşıl paket”ə daxil olan materialların hazırlanmasında və onun yerli şəraitə uyğunlaşdırılmasında
iştirak edən Azərbaycanın müəllim, alim və ictimai xadimlərinə, eləcə də “.pdf” formatında bu diskə
daxil olan məşğələlərin keçirilməsi planlarını hazırlanmasındakı köməklərinə görə polşalı, rusiyalı və
macarıstanlı həmkarlarımıza minnətdarlıq edirik.
I
Vəsaitin ayrı-ayrı bölmələrinin hazırlanmasında aşağıdakı nəşrlərin material və məlumatlarından
istifadə edilmişdir:

Connection, Teachers manual, ECO Education, Saint Paul, MN, USA;

The Green School Program, Center for Environmental Education, Pacific Palisades, CA, USA.

Environment and Development Kit — the Global Perspective, Visual inform, A.S., Oslo, Norway.

State of the World, Lester Brown, World Watch Institute Reports, 1995-2000.

101 Ideas for Environmental Activities, Borrowed Nature, Bulgaria, 2000.

Caring for Our Future, Action for Europe’s Environment, European Commission, 1999.

Europe’s Environment: The Dobris Assessment, European Environmental Agency, 1995.

Environment in the European Union at the turn of the century, European Environmental
Agency, 1999.

Living in the Environment, Ninth Edition, G. Tyler Miller, Jr., 1996.
I
Biz müxtəlif ekoloji videoklipləri təqdim etdiyinə görə Television Trust for Environment (TVE-
International, Böyük Britaniya) və “Təbiəti borca” (Bolqarıstan) assosiasiyasına minnətdarlıq edirik.
I
Orxus Konvensiyası üzrə qiymətli məlumatları təqdim etdiyinə görə, Svetlana Kravçenko və
Meri Teylora (Avropa EKO-Forumu) minnətdarlıq edirik.
I
Biz sponsorlarımıza – ATƏT-ə, BTC/CQBK şirkətlərinə də səmimi minnətdarlığımızı bildiririk.
Onların işin uğurlu olacağı ilə bağlı fikir və inamları bizi “Yaşıl paket” üzərində aylar ərzində
aparılan çətin işin öhdəsindən gəlməyə ruhlandırdı.
Səmimi qəlbdən Sizin hamınıza, bu işdə əməyi və dəstəyi olan hər bir kəsə minnətdarlıq edirik!
Minnətdarlıq

9
Vəsait müəllim və orta məktəbdə oxuyan şagirdlər, eləcə də əlavə təhsil sistemi üçün hazırlanmış
“Yaşıl paket”in bir hissəsidir. Eyni zamanda o, orta peşə və ixtisas məktəblərində də istifadə edilə
bilər. Vəsaitdə ətraf mühitin və davamlı inkişafın bir sıra məsələlərinin öyrənilməsi üçün
yanaşmalar təklif edilir. Müəlliflər dərslikdən “Yaşıl paket”in videokaset, CD-ROM və “Problemlər
və dilemmalar” kimi digər vəsaitləri ilə birgə istifadə edilməsini tövsiyə edirlər.
Vəsait modul struktura malik olub beş hissədən ibarətdir:
I
Təbii mühit: hava, su, torpaq, biomüxtəliflik.
I
Əlverişsiz təsir: urbanlaşma, səs-küy, tullantı, kimyəvi maddələr.
I
Êqtisadiyyat və ətraf mühit: energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı,
meşə təsərrüfatı, turizm.
I
Qlobal problemlər: iqlim dəyişikliyi, ozon qatınnı dağılması, turşulaşma, dəniz və okeanlar.
I
Dəyərlər: istehlakçı cəmiyyət, sağlamlıq və ətraf mühit, vətəndaş hüquqları, bizim planet
gələcəkdə.
Hər bir mövzunu nəzərdən keçirmək üçün bir və ya bir neçə məşğələ planı təklif edilir. Hər bir
məşğələ üzrə təklif olunan planda həmin məsələ, dərsin həyata keçirilməsi mümkün olan
fənlərin siyahısı, tələb olunan materialların siyahısı, zamana və aparılma yerinə olan olan tələbat,
məsələ və metodik tövsiyələr haqqında ümumi məlumat olur. Dərsə girişdə mövzu üzrə ümumi
məlumat verilir. Əlavə məlumatları “Yaşıl paket”ə daxil olan CD-ROM-un müvafiq bölməsindən
əldə etmək olar.
Məşğələlərin aparılması planının əsasında məcburi deyil, tövsiyəedici xarakter daşıyan müxtəlif
fəaliyyət növləri dayanır. Təklif olunan forma ilk növbədə müəllimin düşüncələrini
stimullaşdırmalıdır. Bu, şagirdlərlə işi necə təşkil edilməsinin, dərs vaxtı nə ilə məşğul olmağın, hər
bir konkrtet şəraitdə həmin qrupun imkan və tələbatına əsaslanmanın bir nümunəsidir.
Hər bir hissənin sonunda şagirdlər üçün işçi vərəqlər vardır. Bu materiallar sonradan çoxaldılıb
dərsdən əvvəl və ya dərsin gedişində şagirdlərə paylamaq üçün nəzərdə tutulubdur.
Vəsaitin sonunda məlumatlandırıcı cədvəl verilib ki, orada da “Yaşıl paket”in bütün mövzuları,
eləcə də həmin mövzuların məktəb fənləri ilə uyğunluğu və hər bir mövzu üzrə tövsiyə olunan
videomateriallar göstərilibdir.
“Yaşıl paket” “açıq” dərs vəsaitidir. Zərurət olduğu hallarda müəllim göstərilən sxemə əlavələr etmək
və zənginləşdirməklə öz dərsini keçə bilər. Vəsaitin ayrı-ayrı hissələri bir-birindən asılı olmayacaq
dərəcədə də istifadə edilə bilər.
Bu vəsaitin birinci dərəcəli vəzifəsi ətraf mühit və davamlı inkişaf sahəsində yeni biliklərin əldə
edilməsi və möhkəmlənməsi yox, şagirdlərdə yeni dəyərlərin və etik yanaşmaların, məktəbdə,
evdə, ictimai yerlərdə yeni davranış modelinin formalaşdırılmasıdır. Bu kontekstdə şagirdlər
müxtəlif fəaliyyət növlərinin təşkilində, diskussiyaların aparılmasında, rollu oyunlarda, qərarların
qəbulunda müəllimin fəal həmkarları kimi nəzərdən keçirilir. Vəsaitin əsas ideyası isə müəllim və
şagirdlər vasitəsi ilə onların digər ailə üzvlərinə və bütövlükdə cəmiyyətə ötürülür.
Biz “Yaşıl paket”in yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə şərait yardacaq rəy və təkliflərinə
görə həmkarlarımıza əvvəlcədən öz minnətdarlığımızı bildirirk.
Kliment Mindjov‚
Mərkəzi və Şərqi Avropa üçün Regional Ekoloji Mərkəz
Vəsaitdən istifadə qaydaları

Hava
Su


Yüklə 27,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə