TəHLÜKƏLƏr və bu təHLÜKƏLƏRƏ qarġi döVLƏt təDBĠRLƏRĠ



Yüklə 32,96 Kb.
səhifə1/5
tarix08.01.2023
ölçüsü32,96 Kb.
#78740
  1   2   3   4   5
rəqabətdən yaranan təhlükə

RƏQABƏTDƏN YARANAN

TƏHLÜKƏLƏR VƏ BU TƏHLÜKƏLƏRƏ QARġI DÖVLƏT TƏDBĠRLƏRĠ





    1. Rəqabət və onun formaları

Rəqabət latın sözü olub, mənası “toqquşma”, “yarış” deməkdir. Bu söz latın dilində “conkurektia” kimi işlədilir və ədəbiyyatlarda üç istiqamətdə izah olunur. Birinci an- lamda bu sözə yarış kimi izahat verilir. İkinci mənada tə- ləb və təklifin tarazlaşması mexanizmi mənası verilir. Üçüncü, daha müasir yanaşmada isə rəqabətdə müəyyən bir sahənin bazar tipinin təyin olunması kimi izah olunur.


Rəqabət-bazarda biznes sahəsində fəaliyyət göstərən subyektlər arasında mübarizə formasıdır ki, nəticədə alıcı- lara lazım olan əmtəə və ya xidmətin istehsalının stimul- laşdırılmasına səbəb olur. Rəqabət bazarın tənzimlənməsi mexanizmidir.
Biznes sahəsində şərti olaraq rəqabəti iki qrupa ayırırlar:

  1. Ədalətli rəqabət;

  2. Haqsız rəqabət.

Ədalətli rəqabət dedikdə əsasən aşağıdakı metodların tətbiqi üsulları ilə aparılan rəqabət forması nəzərdə tutulur:

  1. Bir qayda olaraq qiymətin aşağı salınması yolu ilə aparılan rəqabət;

  2. İstehsal olunan əmtəələrin keyfiyyət göstəricilə- rinin yüksəldilməsi yolu ilə aparılan rəqabət;

  3. Müxtəlif vasitələrlə əmtəələrin reklam olunması ilə aparılan rəqabət;

  4. İstehsal olunan əmtəələrə satışdan qabaq və satışdan sonra göstərilən xidmətin inkişaf etdirilməsi yolu ilə aparılan rəqabət;

  5. Yeni elmi-texniki nəaliyyətlərin tətbiq edilməsi ilə, yeni əmtəə və ya xidmət edilməsi, yaradılması ilə aparılan rəqabət.

Qiymətlə aparılan rəqabətdə əsasən zəif rəqiblərin bazardan kənarlaşdırılması prosesi baş verir. Bu zaman firmanın bazarda vahid məhsula düşən gəliri azalsa da, satış həcmini artıra bilir. Zəif firmalar məcburiyyət qarşısında geri çəkilir və bazar payını itirmiş olur.
Rəqabət aparan güclü firma bu üsulu aşağıdakı hallarda tətbiq edir:

  1. Tələb qiymətə görə elastik olduqda;

  2. Məhsulun qiymətini azaltmaqla satışı artırmaq mümkün olduqda;

  3. İstehsal və satış xərclərinin aşağı salınması mümkün olduqda;

  4. Qiymətin aşağı salınması firmanın mövcud payına rəqib təhlükəsini aradan qaldırdıqda;

  5. Kütləvi istehlak bazarı mövcud olduqda.

Sahibkarlar ədalətli rəqabət zamanı məhsulun differensiasiyası metodundan da istifadə edirlər. Bu zaman eyni məhsul müxtəlif çeşiddə hazırlanır və bazara çoxlu çeşiddə məhsul təklif olunur.
Bəzən istehsalçılar rəqabət prosesində bazara yeni məhsul təklif etmək əvəzinə, modifikasiya siyasətindən də
istifadə edirlər ki, keyfiyyətini, xarici tərtibatını və ya qablaşdırma formasını dəyişərək bazara təklif edirlər.
Yeni məhsulun yaradılması firmalara uzunmüddətli üstünlüklər verir. Lakin digər firmalar da məcburiyyət qarşısında cavab tədbirləri görməli olurlar.
Biznes fəaliyyətində haqsız rəqabətin əsas formaları aşağıdakılar hesab olunur:

  1. Rəqabətlərin, təsərrüfat fəaliyyətinin yamsılanması;

  2. Qarşı tərəfin təsərrüfat fəaliyyətinin gözdən salın-

ması;



  1. Rəqib fəaliyyətinə müdaxilə olunması;

  2. Haqsız sahibkarlıq fəaliyyəti;

  3. Alıcıların çaşdırılması.

Rəqibin fəaliyyətinin nüfuzdan salınması aşağıdakı-

lar hesab olunur:

    1. Subyektlər haqqında, onların maliyyə durumu, işgüzar nüfuzu və s. barədə səhv məlumatların ötürülməsi;

    2. Rəqibin elmi-texniki və digər imkanları barədə yanlış məlumatların verilməsi.

Təsərrüfat fəaliyyətinə müdaxilə formaları isə aşağıdakılardır:

  1. Rəqibin tərəfdaşlıq əlaqələrinin qeyri-qanuni yol- larla qəsdən dayandırılması;

  2. Rəqib firmanın əməkdaşlarını müxtəlif yollarla öz tərəfinə çəkməklə, onlardan şəxsi məqsədlər üçün gizli istifadə.

Aşağıdakı bəzi hərəkətlər də haqsız rəqabətin yaran- masına səbəb olur və onun formalaşmasına təkan verir:

  1. Hər hansı bir təsərrüfat subyektinə süni olaraq münbit şərait yaradılması;

  1. Müəyyən müqavilə və sifarişlərin əldə olunmasın- da güzəştlərin edilməsi və s;

  2. Digərlərindən fərqli olaraq müqavilə bağlanması və digər bu kimi əməliyyatlarda süni surətdə işin sürətlən- dirilməsi.


    1. Yüklə 32,96 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin