Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
1   2   3   4   5   6

14. YANĞINDAN MÜHAFİZƏ 

  

14.1. Yanğının profilaktikası  

14.1.1.  Gəmilərdə  və  limanlarda  təhlükəli  yüklərin  bir  yerdən  başqa  yerə  köçürülməsi 

(yerdəyişməsi), habelə onların daşınması dövründə gəmilərdə: 

a) adamların təhlükəsizliyinin təmin edilməsinə; 

b) yanğının qarşısının alınmasına; 

c) yanğın əmələ gələrkən, onun yayılmasının məhdudlaşdırılmasına; 

ç)  yanğının  söndürülməsinə  yönəldilmiş,  təşkilati-texniki  tədbirlər  işlənib  hazırlanmalı 

və yerinə yetirilməlidir. 

14.1.2.  Təşkilati-texniki  tədbirlər  bu  Qaydaların  və  aşağıdakı  sənədlərin  əsasında 

hazırlanmalıdır: 

gəmilər  üçün  —  Gəmilərin  dözümlülüyü  uğrunda  mübarizəyə  dair  Təlimatın  (GDMT) 

31-60-14-81 nömrəli RS

limanlar  üçün  —  Dəniz  və  balıq  limanlarının  ümumi  qaydalarının,  sənaye 

müəssisələrinin  yanğından  mühafizəsinin  nümunəvi  qaydalarının  və liman  üzrə  məcburi 



qaydaların

[24]

 


14.1.3. Yanğının profilaktikasına dair təşkilati-texniki tədbirlər: 

gəmidən  —  kapitanın  əmrləri,  həyəcan  siqnalı  cədvəli  və  konkret  təhlükəli  yüklərin 

xassələri, qarşıdakı səfərin (reysin) şərtləri nəzərə alınmaqla, yanğına qarşı mübarizəyə dair 

əməli planlarla müəyyənləşdirilir; 

limanlarda  —  hərbiləşdirilmiş  mühafizə  dəstələrinin,  yanğın  əleyhinə  texniki  xidməti 

(HMDYTX) ilə razılaşdırılmış və liman idarəsi tərəfindən təsdiq edilmiş liman körpülərinin və 

anbarlarının yanğından mühafizəsi və yanğınaqarşı rejim təlimatları ilə müəyyənləşdirilir. 

[25]

 

14.1.4.  Yanğının  profilaktikasına  dair  təşkilati-texniki  tədbirlərin  işlənib-hazırlanmasına 



görə cavabdehlik gəmilərdə — gəmi kapitanının, limanlarda — limanın istehsalat, yükləmə-

boşaltma komplekslərinin və texnoloji şöbəsinin rəislərinin üzərinə qoyulur. 

14.1.5.  Yanğına  qarşı  rejimə  riayət  olunmasına  cavabdehlik  gəmilərdə  —  kapitanların, 

limanlarda — liman və yükləmə-boşaltma kompleksləri rəislərinin üzərinə qoyulur. 

Yanğına qarşı rejimə riayət olunmasına nəzarəti HMDYTX həyata keçirir. 

14.1.6. Yanğın təhlükəli yüklərin limana gətirilməsi və onlarla yükləmə əməliyyatlarının 

aparılması HMDYTX ilə razılaşdırılmaqla yalnız liman idarəsinin icazəsi ilə həyata keçirilir.

 [26]

 

14.1.7.  Təhlükəli  yükləri  qısa  müddətdə  saxlamaq  üçün  limana  gətirməzdən  əvvəl, 



HMDYTX-nin  işçiləri  müəyyən  edilmiş  qaydada  anbarların  yanğınsöndürmə  qurğularının 

siqnalizasiya və rabitə sistemlərinin texniki vəziyyətini, sazlığını və işə hazır olmasını, eləcə 

də  tələb  olunan  qədər  odsöndürən  vasitələrlə  təmin  edilməsini,  habelə  onların  yaşayış 

istehsalat  binalarından  və  qurğularından  təhlükəsiz  məsafədə  yerləşdirilməsini,  eləcə  də 

yerləşdiriləcəkləri  anbarlarda  yüklərin  uyğunsuzluq  şərtlərinə  görə  ayrılmasına  riayət 

olunmasını yoxlamalıdırlar. 

14.1.8.  Yanğın  təhlükəli  yüklərlə  yükləmə  əməliyyatlarının  aparılmasında  iştirak  edən 

liman  işçiləri  və  qəza  briqadası  bu  yüklərin  təhlükəlilik  xassələri  və  yanğın  əleyhinə  rejim 

barədə təlimatlandırılmalıdırlar. 

Zəruri hallarda limanın qəza briqadası gəminin heyəti və limanın müvafiq xidmətləri ilə 

birgə yanğının ləğvi ilə əlaqədar fəaliyyət üzrə məsələləri müfəssəl surətdə işləməlidirlər. 

14.1.9.  Yanğın  təhlükəli  yüklərlə  yük  əməliyyatlarına  başlamazdan  əvvəl  gəminin 

rəhbərliyi gəmi üzrə əmrdə aşağıda göstərilən təşkilati-texniki tədbirləri elan etməlidir: 

a)  yanğın  əmələ  gələrkən,  zəruri  hallarda  limanın  müvafiq  xidmətləri  ilə  qarşılıqlı 

fəaliyyət göstərilməsinin razılaşdırılmasını və işlənilməsini (məşq edilməsini); 

b) yanğına qarşı su xətlərində beynəlxalq nümunəli hidrokranların və digər birləşmələrin 

olmasının  yoxlanmasını  və  onlardan  istifadə  edilməsi  qaydalarının  qəza  partiyası  ilə 

işlənməsini (məşq edilməsini); 

c)  yanğın  əleyhinə  mübarizəyə  dair  əməli  planın,  düzəlişlər  edilmiş  xəritəsinin  işlənib-

hazırlanmasını; 

ç)  gəmidə  təhlükə  zonası  sərhədlərinin  və  onun  hüdudlarında  təhlükəsiz  rejim 

tədbirlərinin müəyyənləşdirilməsini; 

d) siqaret çəkmək yerinin müəyyənləşdirilməsini; 

e)  yanğın  əleyhinə  rejimə  riayət  olunmasına  və  nəzarət  edilməsinə  cavabdeh  şəxslərin 

təyin edilməsini. 

14.1.10. 1-ci sinif, 2.3, 2.4, 3.1, 3.2, 4.3-cü yarımsinif yüklər, digər sinifli tezalışan mayelər 

gəmiyə  yüklənməzdən  əvvəl  odsöndürücü  vasitələrin  lazımi  miqdarda  və  tələb  edilən 

intensivliklə  yerləşdirilməsini  müəyyən  etmək  məqsədi  ilə,  odsöndürmə  sistemlərinin 

hesablanması həyata keçirilməlidir. 


Odsöndürücü maddələrin verilməsi üçün hesablamaya müvafiq surətdə, lazım gəldikdə, 

gəmi əlavə odsöndürmə vasitələri və yaxud qurğuları ilə təchiz edilməlidir, ya da gəmidəki 

(yaxud yük anbarlarının birindəki) yanğın təhlükəli yüklərin miqdarı azaldılmalıdır. 

14.1.11.  Tövsiyə  edilən  eyni  odsöndürmə  vasitələrindən  heç  olmazsa  birinə  malik 

olmayan  gəminin  yük  anbarına  (yük  yerinə)  müxtəlif  təhlükəli  yüklərin  yüklənməsi 

qadağandır. 

14.1.12. 13-cü bənddə göstərilən və ayrı-ayrı siniflərə aid olan yanğın təhlükəli yüklərin 

daşınması  və  yükləmə  əməliyyatları  dövründə  alışmaya  səbəb  ola  bilən  mənbələrin 

olmaması üçün ölçü götürülməlidir. 

14.1.13.  Ayrı-ayrı  siniflərə  mənsub  olan  təhlükəli  yüklərin  daşınması  və  yükləmə 

əməliyyatları  dövründə  12-ci  və  13-cü  bəndlərdə  müəyyən  olunmuş  yanğından  xüsusi 

mühafizə tədbirləri də yerinə yetirilməlidir. 

14.1.14. 

Yanğın 


təhlükəli 

yüklərin 

yükləmə 

əməliyyatı 

dövründə 

(örtülü 


konteynerlərdəki,  örtülü  nəqliyyat  vasitələrindəki  və  lixterlərdəki  yüklərdən  başqa)  daxili 

yanğın  mühərrikləri  (DYM)  və  qazanların  işlənmiş  qaz  borularının  qığılcımsöndürənləri 

fəaliyyətdə  olmalıdır.  Qığılcımsöndürənlər  olmadıqda,  qığılcımların  düşə  biləcəyi  zonada 

yerləşən  yük  anbarına  yük  vurulması  əlavə  təhlükəsizlik  tədbirlərinə  riayət  edilməklə, 

xüsusi ayrılmış növbətçinin (növbətçilərin) müşahidəsi altında həyata keçirilməlidir. 

14.1.15.  Gəmilərdə  yanğın  təhlükəli  yüklərin  yerləşdirilməsi  elə  qaydada  həyata 

keçirilməlidir  ki,  yanğınsöndürmə  qurğularına  və  vasitələrinə  maneəsiz  yanaşma,  habelə 

adamların təxliyə edilməsi (çıxarılması) yolları tutulmasın. 

14.1.16.  Gəmilərdə  və  limanlarda  yanğın  təhlükəli  yüklərin  yüklənməsi  əməliyyatına 

başlamazdan əvvəl təhlükəsizlik nişanları qoyulmalıdır. 

Təhlükəsizlik  nişanlarından  başqa,  1.1—1.3,  2.3,  2.4  və  5.2  yarımsiniflərə  aid  olan 

təhlükəli yüklərin yükləmə-boşaltma əməliyyatı dövründə üzərində «DİQQƏT! PARTLAYIŞ 

TƏHLÜKƏLİDİR!» sözləri yazılmış plakatlar qoyulmalıdır. 

5-ci sinif yüklərin, eləcə də oksidləşdirici xassələrə malik olan digər yarımsinif (2.1, 6.1, 

8.1,  8.3)  yüklərin  yüklənməsi  ilə  əlaqədar  əməliyyat  dövründə  —  üzərində «DİQQƏT! 

GÜCLÜ  OKSİDLƏŞDİRİCİ(və  ya  «OKSİDLƏŞDİRİCİ»)  sözləri  yazılmış  plakatlar 

qoyulmalıdır. 

Plakatlar  işıqlı  fonda  səliqəli  hərflərlə  yazılmış,  600x400  mm  ölçülərdə  olan  lövhələr 

şəklində hazırlanırlar. 

Plakatlar  təhlükəli  zonanın  sərhədlərinin,  habelə  gəminin  trapının  (aparelinin)  yük 

anbarına (yerinə) girişin yanında, nəzəri cəlb edən yerlərdə qoyulur. 

Günün  qaranlıq  vaxtlarında  təhlükəsizlik  nişanları  və  plakatlar  işıqlandırılmalı,  ya  da 

yazılara qaranlıqda işıldayan boya (rəng) çəkilməlidir. 

14.1.17.  Yanğın  təhlükəli  yüklərin  yüklənməsi  əməliyyatları  dövründə  gəminin  yük 

lyukları və ya apareli rayonunda siqaret çəkilməsinin qadağan edilməsi barədə Azərbaycan 

və ingilis dillərində yazılmış xəbərdarlıq lövhələri qoyulmalıdır. 

Xəbərdarlıq lövhələri ilə yanaşı qadağanedici təhlükəsizlik nişanları da qoyulmalıdır. 

14.1.18.  Gəminin  rəhbərliyi  gəmidə  daşınan  təhlükəli  yüklər  üçün  qadağan  edilən 

odsöndürücü vasitələrin təsadüfi tətbiqini istisna etmək məqsədi ilə lazımi tədbirlər həyata 

keçirməlidir.  Bu  məqsədlə  qadağan  edilən  odsöndürücü  vasitələrə  malik  olan  yanğın 

əleyhinə sistemlərin işə salma armaturuna, onların tətbiq olunmasını qadağan edən qeydlər 

yazılmış  lövhəciklər  asılmalıdır,  zəruri  hallarda  isə  flanslarda  və  ya  yanğın  əleyhinə 

borucuqlarda  tıxaclar  qoyulmalıdır.  Təhlükəli  yüklərin  yaxınlığında  qoyulmuş  və  qadağan 


olunmuş odsöndürücü vasitələrlə doldurulmuş əl odsöndürənləri müvafiq toz, karbon qazı 

və ya xladonlarla doldurulmuş odsöndürənlərlə əvəz edilməlidir. 

14.1.19.  Yanğın  təhlükəli  yüklərlə  işləyən  zaman  gəminin  radiotranslasiya  qovşağı  ilə 

gündə  azı  2  dəfə  gəmi  üzrə  yanğın  əleyhinə  rejimə  riayət  olunmasının  zəruriliyi  barədə 

əmrdən çıxarış səsləndirilməlidir. 

14.1.20.  Yükləmə  əməliyyatları  dövründə  və  yanğın  təhlükəli  yüklərə  malik  keçidlərdə 

siqaret  çəkmək  və  yük  anbarlarında  (yerlərində),  habelə  onlara  bitişik  bölmələrdə  alovdan 

istifadə etməyə yol verilmir. 

  

14.2. Yanğın əleyhinə mübarizəyə dair operativ plan  

14.2.1. Gəmi heyətinin yanğın əleyhinə mübarizəyə dair fəaliyyəti «Gəminin dözümlüyü 

uğrunda  mübarizəyə  dair  Təlimata»  (GDMT)  müvafiq  qaydada  işlənib-hazırlanmış  əməli 

planlarla müəyyənləşdirilməlidir. 

Təhlükəli  yüklərin  daşınması  zamanı  gəmilərdə  yanğın  əleyhinə  xüsusi  mübarizə 

şəraitinin əks etdirilməsi üçün müvafiq yük anbarının (yerinin) operativ planı xəritəsində 9 

nömrəli əlavədə verilmiş forma üzrə düzəlişlər edilməlidir. 

Operativ  planın  düzəlişlər  xəritəsi  gəminin  yük  planı  təsdiq  edildikdən  sonra  işlənib 

hazırlanmalıdır. 

  

14.3. Odsöndürücü vasitələr  

14.3.1.  Yanma  prosesinə  təsir  prinsipindən  asılı  olaraq,  odsöndürücü  vasitələr 

aşağıdakılara bölünürlər: 

a) yanma zonasını soyudanlar və yanacaq maddələrinin qızma dərəcəsini yanma prosesi 

üçün  zəruri  olan  minimum  qızma  dərəcəsindən  aşağı  endirənlər  (su,  sulu  duz  məhlulları, 

bərk karbon oksidi); 

b)  yanma  zonasında  qaz  mühitini  zəifləşdirənlər,  daha  doğrusu,  yanma  zonasında 

oksidləşdiricinin  qatılığını  yanma  prosesi  üçün  lazımi  səviyyədən  aşağı  endirənlər  (karbon 

dioksidi,  azot,  təsirsiz  qazlar,  tərkibində  oksigenin  qatılığının  həcmi  aşağı,  9  faizdən  də  az 

olan,  yanacağın  yanma  məhsulları,  nazik  şırnaq  şəklində  püskürmüş  su  da  müəyyən 

dərəcədə belə xassələrə malikdir); 

c)  yanacaq  maddələrini  yanma  zonasından  izolyasiya  edənlər  (bütün  növdən  olan 

köpüklər, toz məhlulları, qum, yanmayan təbəqə materialları (brezent, keçə); 

ç)  yanma  reaksiyasını  zəiflədənlər  (halloidləşdirilmiş  karbohidrogenxladonlar  114V2, 

13VI və b.). 

14.3.2.  Gəmilərdə  tətbiq  olunan  odsöndürücü  vasitələrin  əksəriyyəti  yanma  prosesinə 

kombinasiya edilmiş şəkildə təsir göstərir: 

a) su — yanan maddəni soyudur, bu zaman əmələ gələn su buxarı isə yanma zonasında 

oksidləşdiricini zəiflədir

b) köpük — yanma zonasını izolyasiya edir və soyudur; 

c) toz məhlulları — yanma zonasını izolyasiya edir, alovu xırda hissələrə bölərək, onun 

təsirini zəiflədir və yanma reaksiyasını dayandırır. 

14.3.3. Təhlükəli yüklərin hər biri üçün tövsiyə edilən və qadağan olunan odsöndürücü 

vasitələr DTYDBM-in tələblərinə uyğun olaraq verilməlidir. 

DTYDBM-in  tələbləri  ilə  tövsiyə  olunan  odsöndürücü  vasitələr  həmin  yükün 

söndürülməsi zamanı onların səmərəliliyinin azlığı meyarı ilə göstərilməlidir. 

14.3.4.  Yanmayan  bəzi  təhlükəli  yüklər  bu  və  ya  digər  odsöndürücü  vasitələrlə 

işlədilərkən təhlükə törədə bilər. 


Belə  yüklər  üçün  müvafiq  odsöndürücü  vasitələr  DTYDBM-in  əlavələrində  qadağan 

edilmiş vasitələr kimi bu yüklərin gəmidə yerləşdirilməsi və yanğının söndürülməsi zamanı 

nəzərə alınmalıdır. 

14.3.5.  Yanğının  söndürülməsi  zamanı  müxtəlif  odsöndürücü  vasitələrdən  birinin  təsiri 

digərinin səmərəliliyini azaltmasa, onların birgə tətbiq edilməsinə icazə verilir. 

Eyni vaxtda köpük və su ilə söndürmənin tətbiq edilməsinə yol verilmir. 

Eyni vaxtda karbon qazı və köpüklə söndürmə səmərəli surətdə tətbiq edilə bilər. 

14.3.6.  Bu  Qaydalarla  tövsiyə  edilən  odsöndürücü  vasitələr  tükənmişsə,  konkret  yük 

üçün  qadağan  olunmayan  və  tövsiyə  edilməyən  vasitələr  kimi  göstərilmiş  odsöndürücü 

vasitələrin tətbiq edilməsinə icazə verilir. 

14.3.7.  Gəmiçiliyin  malik  olmadığı  xüsusi  odsöndürücü  vasitələr  tələb  edən  yüklərin 

daşınması  zamanı  gəmini  icarəyə  götürən  hüquqi  şəxs  belə  vasitələri  öz  hesabına  zəruri 

miqdarda verməlidir. 

  

15. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI, YÜKLƏNİB-BOŞALDILMASI VƏ 



SAXLANILMASINDA TEXNİKİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ 

15.1. Təlim və təlimatlandırma  

15.1.1. Təhlükəli yüklərlə işləməyə peşəsi üzrə iş stajı bir ildən az olmayan, təlim keçmiş 

və  təhlükəli  yüklərlə  işləmək  metod  və  üsullarına,  qəza  şəraitdə  fəaliyyətə  və  bədbəxt 

hadisələrdə zərər çəkənlərə ilkin köməyin göstərilməsinə aid iş yerlərində təlimatlandırılan, 

illik bilik və tibbi yoxlamalardan keçən gəmi heyəti üzvlərinə icazə verilir. 

Gəmi  qəza  partiyasının  və  limanın  qəza  briqadasının  üzvləri,  qəza  şəraitində  fəaliyyət 

göstərmələri, qəzanın ləğvi üsulları, sıxılmış hava ilə işləyən avtonom tənəffüs aparatlarının 

və hava qaz mühitinin nəzarət vasitələrinin tətbiqi üzrə əlavə təlim və təlimat keçməlidirlər. 

Təlim qaydası haqqında şəhadətnamələrin (vəsiqələrin) verilməsi: 

a) gəmi heyəti üçün — gəmiçiliyin rəisinin əmri ilə; 

b) liman işçiləri üçün — liman idarəsi tərəfindən müəyyən olunur.

 [27]

 

Təlimin, biliklərin yoxlanılmasının və təlimatlandırılmanın vaxtında həyata keçirilməsinə 



nəzarət gəmilərin kapitanları və limanların yükləmə əməliyyatları istehsalat komplekslərinin 

rəisləri tərəfindən həyata keçirilir. 

15.1.2. İş yerində yükləmə-boşaltma əməliyyatına başlamazdan əvvəl gəminin rəhbərliyi 

tərəfindən  —  gəmilərin  heyəti  üçün,  işlərə  rəhbərlik  edən  tərəfindən  isə  doker-

mexanizatorlar üçün təlimatlandırılma aparılır. 

Zəruri  hallarda  təlimatlandırma  işlərinə  limanın  texniki  təhlükəsizlik  üzrə  xidmətin 

(TTX),  yanğın  əleyhinə  texniki  xidmətin  (YTX)  işçiləri,  dövlət  sanitar  nəzarəti  orqanları  və 

gəmi həkimləri də cəlb oluna bilər. 

Təlimatlandırılanlar aşağıdakılarla tanış edilməlidir: 

a)  gəmi  ilə  daşınacaq  və  limanda  yüklənəcək  (saxlanılacaq)  yüklərin  adları, 

xüsusiyyətləri, növləri, təhlükəlilik dərəcəsi, qablaşdırma və nişanlanmalarla; 

b) adi iş rejimində və qəza hallarında (yanğın, yükün tökülüb-yayılması və səpələnməsi 

zamanı) tövsiyə olunmuş fərdi mühafizə vasitələri ilə

c) göstərilmiş yüklər üçün tövsiyə edilmiş və qadağan olunmuş odsöndürücü vasitələrlə; 

ç)  yüklərin  daşınmasında,  yükləmə-boşaltma  əməliyyatlarında  və  saxlanmasında 

təhlükəsizlik texnikasının və yanğın əleyhinə rejimin tələbləri ilə; 

d) zərərçəkənlərə ilkin və tibbi yardımın göstərilməsi tədbirləri ilə. 

Təlimatlandırma  işçinin  şəxsi  təlimat  vərəqəsində  və  təhlükəsizlik  texnikası  üzrə 

təlimatlandırma jurnalında ayın tarixi göstərilməklə qeyd olunmalı və imzalanmalıdır. 


  

15.2. Yükləmə əməliyyatları  

15.2.1.  Təhlükəli  yüklər  üçün  ixtisaslaşdırılmış  sahələr  və  körpülər  stasionar 

çəpərlənməyə  malik  olmalıdır.  Digər  hallarda,  eləcə  də  gəminin  göyərtəsində  müvəqqəti 

çəpərlər qoyulur. 

Stasionar  və  müvəqqəti  çəpərlərin  içəri  və  çöl  tərəflərində  10—12  metr  arası  olmaqla 

təhlükəsizlik nişanları qoyulmalıdır. 

Aşağı  dərəcəli  təhlükəliliyə  malik  olan  yüklərin  yüklənməsi  bir  növbədən  az  davam 

etdikdə, müvəqqəti çəpərlənmənin əvəzinə dayaqlara bərkidilmiş təhlükəsizlik nişanlarının 

qoyulmasına icazə verilir. 

Təhlükəsizlik nişanları yüklərin yükləmə-boşaltma yerlərinin girişlərinə də qoyulmalıdır. 

15.2.2.  Təhlükəli  yüklərlə  yükləmə əməliyyatları  aparılarkən,  onların  yükləmə-boşaltma 

yerlərinə buraxılış rejiminə riayət olunmalıdır. 

Təhlükəli  yüklərin  yükləmə-boşaltma  işlərinin  aparılmasında  iştirak  etməyən  şəxslərin 

yük yerləşən sahənin ərazisində olmasına yol verilmir. 

15.2.3.  İşə  rəhbərlik  edən  şəxslər  və  yaxud  onların  göstərişi  ilə  TTX  işə  başlamazdan 

əvvəl,  bütün  iş  iştirakçılarının  fərdi  mühafizə  vasitələrinin,  təhlükəli  yüklərlə  işləməyə 

hüquq verən şəhadətnamə və ya vəsiqələrin olmasını, limanın qəza briqadasının və gəminin 

qəza partiyasının üzvlərinin isə qəza haqqında qarşılıqlı məlumatlandırmanın və onun birgə 

aradan qaldırılması qaydaları üzrə biliklərini yoxlamalıdır. 

15.2.4.  Qəza  partiyasının  (qəza  briqadasının)  üzvü  müvafiq  olaraq  (daşımadan  və  ya 

yükləmə əməliyyatlarından əvvəl) zəhərləyici, aşılayıcı və ya alışan buxar ifraz etməyə malik 

olan  təhlükəli  yüklərlə  yüklənmiş  gəmi  anbarlarına,  limanın  anbarına,  nəqliyyat  vasitəsinə 

və yaxud konteynerə girməmişdən əvvəl onların qaz-hava tərkibini yoxlamalıdır. 

15.2.5. Mühitin qaz-hava tərkibi: 

a)  gəminin (limanın)  anbarlarının,  bir-birindən ən  azı  10  metr  üfqi  məsafədə  yerləşən 2 

nöqtəsində; 

b)  konteynerin  və  yaxud  nəqliyyat  vasitəsinin  ən  azı  bir  nöqtəsində  (mərkəzi  hissədə) 

yoxlanılmalıdır. 

Ölçü  nöqtəsini  (nümunə  götürülən  yeri)  seçərkən,  yükün  yük  anbarındakı  yerini  və 

yükün ifraz etdiyi buxarın konsentrasiyasını (qatılıq dərəcəsini) nəzərə almaq lazımdır. 

Resirkulyasiya  rejimində  işləyə  bilən,  ventilyasiya  sistemi  ilə  təmin  olunan  gəmilərdə 

nümunəvi  ventilyasiya  kanallarından  götürməklə  qaz-hava  tərkibinə  nəzarətin  həyata 

keçirilməsinə icazə verilir. 

Nümunə  götürülməzdən  əvvəl  ventilyasiya  sistemi  resirkulyasiya  rejimində  ən  azı  0,5 

saat işləməlidir. 

15.2.6. Qaz-hava tərkibinin nümunəsinin götürülməsi: 

a) gəminin stasionar qaz analizi sistemi vasitəsi ilə; 

b) bir ucu yük anbarından (yerindən) çıxarılan, müvəqqəti qoyulmuş (rezin, polietilen və 

s.) borular vasitəsi ilə; 

c) birbaşa yük anbarından (yerindən) həyata keçirilə bilər. 

Qaz nümunəsinin götürülməsini törədən səbəb qazın tərkibini təyin edən cihaz və yaxud 

avtonom  qurğunun  (membranlı  kompressor,  aspirator  və  s.)  və  ya  siqnalizasiya  sisteminin 

işə düşməsi ola bilər. 

15.2.7. Yük anbarına (yerlərinə) daşına bilən qazın tərkibini təyin edən cihazların köməyi 

ilə  qaz-hava  qarışığının  konsentrasiyasını  yoxlamaq  üçün  yalnız  tənəffüs  orqanlarının 

qorunması üzrə fərdi mühafizə vasitələrindən istifadə etdikdə icazə verilir. 



Zəhərləyici  buxarlar  (qazlar)  ifraz  etməyə  qabil  olan  yüklərin  daşınmasında 

saxlanılmasında),  sıxılmış  hava  ilə  işləyən  avtonom  nəfəsalma  aparatları  və  yaxud  şlanqlı 

əleyhiqazlardan istifadə edilməlidir. 

İlkin  yoxlama  vaxtı  anbara  (yük  yerinə)  daxil  olan  şəxs  qoruyucu  kəndirlə  təmin 

olunmuş mühafizə kəməri bağlamalıdır və kəndirin bir ucu müşahidəçidə olmalıdır. 

15.2.8. Tənəffüs orqanlarının qorunması üzrə fərdi mühafizə vasitələri tətbiq edilmədən, 

gəminin  yük  anbarlarına,  liman  anbarlarına,  konteynerlərə  və  yaxud  nəqliyyat  vasitəsinə 

girməyə və orada iş görməyə yol verilmir. 

15.2.9.  Zəhərləyici,  aşılayıcı  və  yaxud  alışan  buxar  (qaz)  ifraz  edən  təhlükəli  yüklərlə 

yüklənmiş gəmi və liman yük anbarları, nəqliyyat vasitələri, konteynerlər yükləmə-boşaltma 

işlərinə başlamazdan əvvəl qarışıq həddinin 15.2.8-ci yırımbənddə göstərilən normaya enənə 

qədər havanın dəyişdirilməsi üçün ventilyasiya edilməlidir. 

Havada  zərərli  qarışıqlar  aşkar  olunmadığı  hallarda  da  anbarlar  (yük  yerləri) 

ventilyasiya olunmalıdır. Ventilyasiya edilmənin minimum vaxtı 2 saat, hava dəyişməsinin 

isə vaxtı 1 saatdan az olmamalıdır. 

15.2.10.  İş  rəhbəri  adamların  (işçilərin)  gəminin  və  limanın  yük  anbarlarına,  nəqliyyat 

vasitəsinə,  yaxud  konteynerlərə  girməsindən  əvvəl,  təhlükəli  yükü  açıq  qapıdan  və  ya 

lyukdan nəzərdən keçirməli, onun qabının zədələnməməsi və yükün dağılmaması və yaxud 

səpələnmə izlərinin olmamasına əmin olmalıdır. 

Əgər baxış zamanı qabların zədələnməsi, yükün dağılması və ya səpələnmə izləri aşkar 

edilibsə,  iş  rəhbəri  adamları  (işçiləri)  təhlükəsiz  məsafəyə  uzaqlaşdırmalı  və  texniki 

təhlükəsizlik  xidmətini  və  qəza  briqadasını  (partiyasını)  qəzanı  aradan  qaldırmaq  üçün 

çağırmalıdır. 

15.2.11. 2, 3, 6, 8 sinifli, eləcə də 3.6 və ya 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə malik 

olan digər yüklərin yüklənməsi və yaxud boşaldılması zamanı gəmi və liman yük anbarları 

(yerləri) fasiləsiz ventilyasiya olunmalıdır. 

15.2.12.  1,2,3,6,7  və  8  sinifli  yüklərlə  yüklənmiş  qablar,  zəhərli  və  yaxud  aşılayıcı 

maddələrə  malik  olan  başqa  siniflərin,  eləcə  də  şüşə,  saxsı  qablara  doldurulmuş  bütün 

mayelərin kürəkdə və çiyində daşınmasına yol verilmir. 

15.2.13.  Yük  əməliyyatları  zamanı  yaranan  qəza  vəziyyətinin  (yükün  dağılması, 

tökülməsi, alışması və s.) aradan qaldırılması üçün: 

a) gəmilərdə — limanın texniki təhlükəsizlik üzrə xidməti, qəza briqadası və gəmi qəza 

partiyası tərəfindən; 

b)  limanda  —  limanın  texniki  təhlükəsizlik  üzrə  xidməti  və  qəza  briqadası  tərəfindən 

müvafiq tədbirlər həyata keçirilməlidir. 

Qəza  briqadası liman  idarəsinin əmri  ilə  təhlükəli  yüklərlə  iş  təcrübəsi  olan  təcrübəli 

doker-mexanizatorlardan təşkil olunur.

 [28]

 

Qəza briqadasına rəhbərliyi yükləmə-boşaltma əməliyyatlarına başçılıq edən şəxs həyata 



keçirir. 

15.2.14.  Gəminin  müdiriyyəti qəza  vəziyyətinin yarandığı  barədə  aşağıda  göstərilənlərə 

təcili olaraq məlumat verməlidir: 

a) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə; 

b) HMDYTX-nə — hadisə 1, 2, 3 və 4 sinif, eləcə də digər yanğın təhlükəli yüklərlə bağlı 

olduqda; 

Sanitar  nəzarəti  orqanlarına  —  hadisə  6,  7  və  8  sinif,  eləcə  də  digər  zəhərli  və  aşılayıcı 

(yeyici) maddələrlə baş verdikdə. 



15.2.15.  Təhlükəli  yüklərin,  eləcə  də  zədələnmiş  qablarda  olan  yüklərin  qalıqlarının 

yığılması, zərərsizləşdirilməsi və ləğv edilməsində, 12-ci bənddə müəyyənləşdirilən tələblər 

rəhbər tutulmalıdır. 

15.2.16.  Yükləmə  əməliyyatları  altında  olan  və  ya  1-ci  sinif,  2.3.  2.4  yarımsinif  yüklər 

daşıyan  gəmilərdə  açıq  od  mənbəyinin  istifadəsi  ilə  təmir  işlərinin  (bu  məqsədlə  xüsusi 

təchiz olunmuş yerlərdə aparılan işlərdən başqa) aparılmasına yol verilmir. 

Gəminin  bortunda  alışma  temperaturu 23

0

C olan  tezalışan  maye  olduqda,  təmir  işləri 



kapitanın icazəsi ilə təhlükəsizliyin təmin olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsi 

şərti ilə işlərin bilavasitə kapitanın köməkçisinin və yaxud mexanikin rəhbərliyi və nəzarəti 

altında yerinə yetirildikdə maşın bölməsində və ya digər təhlükəsiz məsafədə olan yerlərdə 

(otaqlarda) aparıla bilər. 

  


Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə