Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Təhlükəli yüklərin daşınması və saxlanılması

Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
1   2   3   4   5   6

15.3. Təhlükəli yüklərin daşınması və saxlanılması  

15.3.1. 2, 3, 6 və yaxud 8 siniflər, eləcə də 3, 6 və 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə 

malik  olan  yüklərlə  yüklənmiş,  örtülü  gəmi  və  liman  anbarlarına  adamların  daxil 

olmasından əvvəl, 15.2.4—15.2.9, 15.4.1 yarımbəndlərində müəyyən olunmuş tələblər yerinə 

yetirilməlidir. 

Qəza  hallarında  deqazasiya  olunmamış  anbarlara  (yük  yerlərinə)  qısamüddətli  işlərin 

görülməsi  üçün  qəza  partiyasının  üzvlərinə  nəfəs  orqanlarını  qoruyan  fərdi  mühafizə 

vasitələri istifadə etməklə daxil olmalarına icazə verilir. 

15.3.2. daşınma zamanı, təhlükəli yüklər yerləşdirilən yük otaqlarına (anbarlarına) girişi 

olan yaşayış, xidməti və maşın otaqlarının (bölmələrinin) qapıları səfər (reys) boyu kip bağlı 

olmalıdır. 

15.3.3.  Tezalışan,  zəhərli  və  aşılayıcı  (yeyici)  yüklərin  göyərtədə  daşınması  zamanı 

gəminin üst tikililərinin qapıları və ilyuminatorları bağlı olmalıdır. 

2,  3,  6  və  yaxud  8-ci  sinif  yüklərin,  eləcə  də  3,  6  ya  da  8-ci  siniflərin  əlavə  təhlükəlilik 

növlərinə  malik  olan  yüklərin  daşınmasında,  otaqların  girişlərinin  kip  bağlanması  təmin 

olunmursa,  yüklə  bitişik  otaqda,  yük  anbarında  olan  hava  təzyiqindən  artıq  təzyiqdə 

saxlanmalıdır. 

15.3.4.  Xidmət  və  məişət  otaqları  təhlükəli  yüklər  saxlanılan  anbarlardan  təcrid 

olunmalıdır və ayrıca giriş dəhlizinə malik olmalıdır. 

15.3.5.  Anbarların  (yük  meydançalarının)  ərazisində  təhlükəli  yüklərlə  iş  üsullarını  və 

metodlarını  izah  edən  plakatlar  asılmalı,  eləcə  də  limanın  HMDYTX-nin  sanitar  nəzarəti 

orqanlarının və qəza briqadasının məlumatlandırılması yolları göstərilməlidir. 

15.3.6. Təhlükəli yüklərin daşınmasında və saxlanılmasında qəza vəziyyətlərinin aradan 

qaldırılması müəyyən olunmuş tələblərə uyğun həyata keçirilir. 

15.4. Fərdi mühafizə vasitələri (FMV)  

15.4.1.  Təhlükəli  yüklərlə  yükləmə-boşaltma  əməliyyatları  apararkən  və  onlara  əlaqəli 

qəza  vəziyyətini  aradan  qaldırarkən,  liman  işçiləri  və  gəmi  heyətinin  üzvləri  dəri  səthini, 

zəruri hallarda isə nəfəs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər. 

15.4.2. FMV dəsti ilə, yükləmə-boşaltma ilə məşğul olan gəmi heyətinin bütün üzvləri və 

liman işçiləri qəzadan fərdi mühafizə vasitələri (QFMV) ilə gəmi qəza partiyasının və liman 

qəza briqadasının bütün üzvləri təmin olunmalıdırlar. 

15.4.3. Süzgəcli əleyhqazların istifadəsinə, iş zonasının hava tərkibində oksigenin həcmi 

21 faizdən və zərərli tərkibin 50 YVQ (yol verilən qatılıqdan) az olmadıqda icazə verilir. 

15.4.4.  RPQ-67  tipli  süzgəcli  əleyhqaz  respiratorların,  iş  zonasının  havasında  zərərli 

tərkib  qatılığı  15  YVQ-dan  çox  və  oksigenin  həcmi  21  faizdən  az  olmadıqda,  bütün  iqlim 

şəraitlərində istifadəsinə icazə verilir. 

15.4.5. Əleyhqaz qutusu olmayan respiratorların (ŞB-1, «Lepestok», «Astra-2» və s. tiplər) 

zəhərli olmayan tozlanan yüklərlə işləyən zaman istifadə edilməsinə yol verilir. 

15.4.6.  Təhlükəli  yüklərlə  (tozlanan,  aşılayıcı,  zəhərli)  işləyən  zaman  üz  və  əllərin 

dərisinin  qorunması  üçün  dermatoloji  mühafizə  vasitələrindən  istifadə  olunması  məsləhət 

görülür. 

Belə  vasitələr  (pasta  və  maz  halında)  dəriyə  sürtülməli,  sonra  isə  dəri  səthi  talkla 

pudralanmalıdır.  Eynək  sağanaqları,  maz  və  ya  pasta  yağlanmış  dəri  səthinə  yatmalıdır. 

İşdən sonra mazı isti su ilə yumaq lazımdır. 

15.5. İstehsalat sanitariyası  

15.5.1.  Limanın  təhlükəli  yüklərin  yükləmə-boşaltma  əməliyyatları  aparılan  sahələrində 

müvafiq qaydada təchiz olunmuş: 

a)  iş  paltarları,  ayaqqabıları  və  digər  fərdi  mühafizə  vasitələrinin  saxlanılması, 

təmizlənməsi  (zərərsizləşdirilməsi)  və  verilməsi,  eləcə  də  qida  qəbul  etmək  və  siqaret 

çəkmək üçün təchiz olunmuş otaqlar

b)  zəhərli  və  ya  aşılayıcı  (yeyici)  maddələr  düşmüş  dəri  səthinin  yuyulması  üçün  su 

hidrantları və kolonkalar; 

c)  işçi  və  təmiz  paltarların  saxlanması  üçün  şkaflarla,  səyyar  apteklə  və  digər  sanitar-

gigiyena vasitələri ilə təchiz olunmuş və yuyunmaq üçün duşa malik olan sanitar-keçid tipli 

məntəqələr olmalıdır. 

İşçi paltarları saxlanılan otaqlar sorucu ventilyasiya sistemi ilə təchiz olunmalıdır. 

15.5.2.  Zəhərli  və  ya  aşılayıcı  (yeyici)  maddələrin  yükləmə-boşaltma,  eləcə  də  qəza 

vəziyyətinin  aradan  qaldırılması  əməliyyatlarında  iştirak  etmiş  şəxslər,  iş  növbəsi 

qurtardıqdan sonra, tibbi personalın nəzarəti altında sanitar müayinədən keçməlidir. 

Sanitar  müayinədən  keçməmiş  xüsusi  geyimlərin  və  digər  fərdi  mühafizə  vasitələrinin 

təkrar istifadəsinə icazə verilmir. 

15.5.3. Zəhərli və aşılayıcı (yeyici) maddələrlə işləyən zaman, ağızın yaxalanması və əlləri 

təmiz  yumaqla,  şəxsi  gigiyena  tələbləri  yerinə  yetirilmədən,  qida  qəbul  etmək,  su  içmək, 

siqaret çəkmək və hər hansı tələbatlara görə iş yerini tərk etmək olmaz. 

Qida  məhsullarının  iş  yerlərində  və  xüsusi  geyim  otaqlarında  saxlanılmasına  yol 

verilmir. 

15.5.4. Qida yeməkxanada və yaxud xüsusi ayrılmış otaqda qəbul edilə bilər. 

Qida  qəbul  etməzdən  əvvəl,  üst  geyimin  çıxarılması,  ayaqqabıların  silinməsi,  əllərin  və 

üzün təmiz yuyulması zəruridir. 

Üst  xüsusi  geyim  əşyalarının  qida  qəbulu  otaqlarında  saxlanılmasına  (atılmasına)  yol 

verilmir. 

15.5.5.  Zərərli  maddələrlə  işləyən  dövrdə,  orqanizmdən  zərərli  maddələrin  ifrazını 

sürətləndirmək üçün gün ərzində 3 dəfədən az olmayaraq qida qəbul etmək və 2,5 litrdən az 

olmayaraq maye qəbul etmək tövsiyə olunur. 

Maye  və  sulu  xörəkləri,  əsasən  işə  başlamazdan  əvvəl  və  günorta  fasiləsində  yemək 

tövsiyə olunur. 

Bu vaxt orqanizmdə mayeni, onunla bir yerdə zəhərləyici maddələri saxlamamaq üçün, 

duzlu və ədviyyat qatışıqlı yeməklərin miqdarı azaldılmalıdır. 

Zərərli maddələrin yüklənməsi ilə məşğul olan işçilərə, daha çox zülallı qidalar (kəsmik, 

yağlı olmayan ət) və vitaminlər qəbul etmək tövsiyə olunur. 

Qidada, mis tərkibli maddələrlə işləyən zaman piyin, sink fosfidləri isə piyin, südün və 

yumurtanın olması tövsiyə edilmir. 

15.5.6.  Zəhərli  maddələrlə  çirklənmiş  fərdi  mühafizə  vasitələrini  aşağıdakı  qaydada 

çıxarmaq (soyunmaq) lazımdır: 

əlcəkləri çıxartmazdan əvvəl 3—5 faizli soda məhlulu ilə yumaq və ya silmək, sonra isə 

su ilə yumaq; 

eynəyi, respiratoru (əleyhqazı), kombinezonu soyunmaq; 

əlcəyi (çevirərək) çıxarmaq, ondan sonra isə əli yumaq. 

*

 Təhlükəli yüklər — insanlar, digər canlılar və ətraf mühit üçün təhlükəli olan maddə, məmulat 

və  məhsullar.  Təhlükəli  yüklərin  siyahıları  və  onlar  barədə  əsas  məlumatlar  1,  11,  12  və  13  nömrəli 

əlavələrdə verilir (əlavələr dərc olunmur)

**

 Dəniz nəqliyyatı vasitəsi ilə üst-üstə yığılmaqla daşınan təhlükə təmayüllü yüklər.

***

 Beynəlxalq  Dəniz  Təşkilatı  Assambleyasının  1965-ci  il  27  sentyabr  tarixli,  A-81  (IV)  nömrəli 

Qətnaməsi ilə qüvvəyə minmişdir.

1

Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllənin qaydaları (DTYD BM 

Qaydaları)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.

13  sentyabr  2006-cı  il  tarixli  207

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2.

7  avqust  2009-cu  il  tarixli 122

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 675)

3.

22  oktyabr  2012-ci  il  tarixli 240 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  oktyabr  2012-ci  il,  №  238,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1021)

4.

15  yanvar  2014-cü  il  tarixli 7 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  yanvar  2014-cü  il,  №  16,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

5.

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1]

13 sentyabr 2006-cı il tarixli 207

nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  9,  maddə  822)  ilə “Təhlükəli 

yüklərin  dəniz  nəqliyyatı  ilə  daşınması  Qaydaları”nın  1.5-ci  bəndinin  birinci  və  ikinci  abzaslarında, 

1.9-cu,  5.2-ci,  5.5-ci,  9.5-ci  bəndlərində,  12.4-cü  bəndinin  d)  və  e)  yarımbəndlərində,  13.1.12-ci 

bəndində, 13.1.13-cü bəndinin a) yarımbəndində, 13.1.14-cü 13.1.37-ci bəndlərində, 13.1.41-ci bəndinin 

ikinci abzasında, 13.2.6-cı və 13.2.7-ci bəndlərinin sonuncu abzaslarında, 13.5.1-ci bəndində, 15.2.14-cü 

bəndinin a) yarımbəndində ismin müvafiq hallarında “Dövlətdağmədəntexnəzarət Komitəsi” sözləri 

ismin müvafiq hallarında “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 

[2]

22  oktyabr  2012-ci  il  tarixli 240 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  oktyabr  2012-ci  il,  №  238,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1021) ilə təsdiq edilmiş "Təhlükəli yüklərin dəniz 

nəqliyyatı  ilə  daşınması  Qaydaları"nın  1.3-cü  bəndinə  "bayrağı  altında"  sözlərindən  əvvəl  "Dövlət

sözü əlavə edilmişdir. 

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  1.3-cü  bənddə  “Dənizdə  insan  həyatının  mühafizə  edilməsinə  dair 

Beynəlxalq  Konvensiya”  sözləri  “Dənizdə  insan  həyatının  mühafizəsinə  dair  Beynəlxalq 

Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra  - liman)” sözləri ilə 

əvəz edilmişdir. 

[3]

15  yanvar  2014-cü  il  tarixli 7 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  yanvar  2014-cü  il,  №  16,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  1,  maddə  57)  ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  1.11-ci  bəndində  “Azərbaycan  Dövlət  Xəzər  Dəniz  Gəmiçiliyində,  Xəzər 

Dəniz  Neft  Donanması  Baş  İdarəsində”  sözləri  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı 

Səhmdar Cəmiyyətində” sözləri ilə əvəz edilmişdir.

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması Qaydaları”nın 1.11-ci bənddə “dəniz limanlarında” sözləri “limanlarda” sözü ilə, “hüquqi 

 vəzifəli şəxslər” sözləri “fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilmişdir. 

[4]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması Qaydaları”nın 9.2-ci bəndin ikinci abzasından "və limanların" sözləri çıxarılmışdır. 

[5]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  9.3-cü  bənddə  "Gəmiçiliyin  və  limanların  müdiriyyətinə"  sözləri 

"Gəmiçiliyin müdiriyyətinə və liman idarəsinə" sözləri ilə əvəz edilmişdir. 

[6]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  12.4-cü  bəndin  d)  yarımbəndində  "limanın  nümayəndələri"  sözləri 

"liman idarəsi" sözləri ilə əvəz edilmişdir. 

[7]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.2-ci  yarımbəndində  "Limanın  müdiriyyəti"  sözləri  "Liman  idarəsi

sözləri ilə əvəz edilmişdir. 

[8]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.2-ci  yarımbəndinin  c)  yarımbəndində  "gəmi  və  liman  rəhbərlərinin

sözləri "gəmi rəhbərlərinin və liman idarəsinin" sözləri ilə əvəz edilmişdir. 

[9]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.2-ci  yarımbəndinin  ç)  yarımbəndində  "limanın ərazisindən"  sözləri 

"limanın ərazisindən və akvatoriyasından" sözləri ilə əvəz edilmişdir. 

[10]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.12-ci  yarımbəndin  birinci  hissəsində  "liman  rəisinin"  sözləri 

"liman idarəsinin"  sözləri  ilə,  üçüncü  hissəsində  "limanın"  sözü  "liman  idarəsinin"  sözləri  ilə  əvəz 

edilmişdir. 

[11]

7 avqust 2009-cu il tarixli 122

nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2009-cu  il,  №08,  maddə  675)  ilə “Təhlükəli 

yüklərin  dəniz  nəqliyyatı  ilə  daşınması  Qaydaları”nın 13.1.12-ci  bəndin  ikinci  abzasından  «və 

radioaktiv yüklər üçün» sözləri çıxarılmışdır. 

[12]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.13-cü  yarımbənddə  "liman  müdiriyyətinin  nümayəndəsi"  sözləri 

"liman idarəsi" sözləri ilə əvəz edilmişdir. 

[13]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.13-cü  yarımbəndin  a)  yarımbəndində "liman  rəisinin"  sözləri 

"liman idarəsinin" sözləri ilə əvəz edilmişdir. 

[14]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.13-cü  yarımbənin  ikinci  hissədə  "limanın ərazisindən"  sözləri 

"limanın ərazisindən və akvatoriyasından" sözləri ilə əvəz edilmişdir. 

[15]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.15-ci  yarımbənddə  "dəniz  limanlarının"  sözləri  "limanların"  sözü  ilə 

əvəz edilmişdir. 

[16]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması Qaydaları”nın 13.1.30-cu yarımbənddə "liman daxilində" sözləri "liman ərazisində" sözləri 

ilə əvəz edilmişdir. 

[17]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.1.41-ci  yarımbəndin  ikinci  abzasında  "limanın  rəhbərliyinə"  sözləri 

"liman idarəsinə" sözləri ilə əvəz edilmişdir. 

[18]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.2.1-ci  bəndin  4-cü  yarımbəndinin  ikinci  abzasında  "limanın  və  yaxud 

yükləmə istehsalat  kompleksinin  rəisinin"  sözləri  "liman  idarəsinin  rəhbərinin  və  yaxud 

yükləmə istehsalat  kompleksinin  rəisinin"  sözləri  ilə,  13-cü  yarımbəndində  "Limanın 

ərazisində" sözləri "Limanın ərazisində və akvatoriyasında" sözləri ilə əvəz edilmişdir. 

[19]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.2.2-ci  bəndin  11-ci  yarımbəndində  "limanın ərazisində"  sözləri 

"limanın ərazisində  akvatoriyasında" sözləri ilə əvəz edilmişdir. 

[20]

 7 avqust 2009-cu il tarixli 122

nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2009-cu  il,  №08,  maddə  675)  ilə “Təhlükəli 

yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.2.7-ci bəndini 7-ci yarımbəndinin dördüncü 

abzasından "və Dövlət Sanitar Nəzarəti orqanları" sözləri çıxarılmışdır. 

[21]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması Qaydaları”nın 13.4.3-cü bənddə "Yükləmə-boşaltma limanına," sözləri "Limana" sözü ilə, 

"limanın" sözü "liman idarəsinin" sözləri ilə əvəz edilmişdir. 

[22]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.4.6-cı  bəndin  birinci  cümləsində  "liman  hüdudunda"  sözləri 

"liman ərazisində"  sözləri  ilə,  "limanın  cavabdeh  nümayəndəsi  tərəfindən"  sözləri  "liman  idarəsi 

tərəfindən" sözləri ilə əvəz edilmişdir. 

[23]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  13.8.1-ci  bənddə  "limanın hüdudundan"  sözləri  "limanın ərazisindən 

 akvatoriyasından" sözləri ilə əvəz edilmişdir. 

[24]

[25]

[26]

daşınması Qaydaları”nın 14.1.6-cı bənddə "liman rəisinin" sözləri "liman idarəsinin" sözləri ilə əvəz 

edilmişdir. 

[27]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  15.1.1-ci  bəndin  b)  yarımbəndində  "liman  rəisinin  əmri  ilə"  sözləri 

"liman idarəsi tərəfindən" sözləri ilə əvəz edilmişdir. 

[28]

23  oktyabr  2014-cü  il  tarixli 343 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  26  oktyabr  2014-cü  il,  №  233,  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1313) ilə “Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  15.2.13-cü  bəndin  ikinci  hissəsində  "limanın  rəisinin"  sözləri  "liman 

idarəsinin" sözləri ilə əvəz edilmişdir. 

Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında

pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə