TƏkrar əLİLLİk hadiSƏLƏRİ zamani qan dövrani sistemi XƏSTƏLİKLƏRİNİn rolu



Yüklə 435,24 Kb.
Pdf görüntüsü
tarix09.02.2017
ölçüsü435,24 Kb.

 

TƏKRAR ƏLİLLİK HADİSƏLƏRİ ZAMANI QAN DÖVRANI SİSTEMİ 



XƏSTƏLİKLƏRİNİN ROLU 

 

Şirəliyeva R.K., Əliyev R.R., Sadıxova Z.M., Həsənov R.L., Quliyeva A.İ., 



Məmmədova M.N. 

Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Sinir 

xəstəlikləri kafedrası, Bakı 

 

Təqdim edilmiş tədqiqat işinin məqsədi Respublikamızın şimal-şərq regionunda (Quba-Xaçmaz 



iqtisadi  rayonu)  qan  dövranı  sistemi  xəstəlikləri  (QDSX)  ilə  bağlı  təkrar  əlillik  hadisələrinin 

araşdırılması  olmuşdur.  Rayonda  2007-2008-ci  illər  ərzində  təkrar  əlilliyə  səbəb  olmuş 

xəstəliklər haqqında məlumatlar regional tibbi sosial ekspert komissiyalarının idarələrinin əlilləri 

müayinə aktlarından əldə edilmişdir. Bütün xəstəlik sinifləri arasında QDSX ilə təkrar əlil kimi 

qeydiyyata götürülənlərin payı ruhi pozulmalar və davranış pozulmalarından sonra ikinci yerdə 

olmuşdur – 11,2±0,3%. QDSX rubrikası ilə təkrar əlil kimi qeydiyyata alınanların 36,8±1,2%-i 

ÜİX,  14,7±0,9%-i  hipertoniya  xəstəliyi  (HX),  26,95±1,1%-i  ürəyin  xroniki  revmatik  xəstəliyi 

(ÜXRX), 6,6±0,6%-i SVX-dən əziyyət çəkmişlər. Əlillərin 14,95±0,9%-i isə bu rubrikada təsnif 

edilən  digər  xəstəliklərlə  (arteriyaların,  arteriolların  və  kapillyarların  xəstəlikləri,  digər 

dəqiqləşdirilməmiş QDSX) qeydiyyata alınmışdır. Təkrar əlillərin 37,8±0,4%-i şəhər yerlərində, 

62,2±0,4%-i  isə  kənd  yerlərində  məskunlaşmışdır.  Şəhər  yerlərində  təkrar  əlillər  (11,9±0,4%) 

arasında QDSX rubrikasında qeydiyyata alınanların xüsusi çəkisi, kənd  yerləri  ilə (10,7±0,3%) 

müqayisədə yüksək olmuşdur (P<0,05). Təkrar əlillərin böyük hissəsi – 86,8±0,3% II qrupa daxil 

edilmişdir.  QDSX  rubrikasında  digər  rubrikalarla  müqayisədə  cavan  yaşlarda  (18-29  və  30-35 

yaş  qrupları)  təkrar  əlil  kimi  qeydiyyata  götürülənlərin  xüsusi  payı  az  olmuşdur  (7,1±0,6%  və 

6,2±0,6%). Bunun əksinə olaraq, QDSX ilə təkrar əlillərin 36 yaşdan yuxarı yaş qrupunda xüsusi 

çəkisi ən yüksək olmuşdur – 86,8±0,8%. QDSX rubrikasında təkrar əlil kimi qeydiyyata alınan 

kişilərin xüsusi çəkisi qadınlardan yüksək olmuşdur – 58,0±1,2% və 42,0±1,2% (P<0,05). QDSX 

ilə bağlı təkrar əlilliyin səviyyəsi regionda əhəmiyyətli dərəcədə yüksəkdir və bu problem bir çox 

dövlətlərdə olduğu kimi aktual olaraq qalır. 



Açar sözlər: qan dövranı sistemi xəstəlikləri, serebrovaskulyar xəstəliklər, təkrar əlillik. 

 

Müasir  səhiyyənin  aparıcı  vəzifələrindən  biri  əhalinin  xəstələnməsi,  ölümü 



və əlilliyinin əsas səbəblərini təyin etmək və qarşısını almaqdır [1,2,3]. İlk növbədə 

bu,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  axırıncı  onilliklərdə  xəstələrin 

müraciətlərinin, əlilliyin və ölümün strukturunda əsas aparıcı yerlərdən birini tutan 

qan  dövranı  sistemi  xəstəliklərinə  (QDSX)  aid  edilir  [1,2,4].  Son  zamanlar 

Respublikamızda  da  digər  ölkələrdə  olduğu  kimi  QDSX-nin  sosial  ağırlığı  artır 

[5,6].  Postsovet  ölkələri  ilə  müqayisədə  Azərbaycanda  ÜİX  ilə  bağlı  ölüm 

göstəricisi  yüksək,  SVX-lə  bağlı  ölüm  göstəricisi  isə  orta  səviyyədədir  [7]. 

Problemin  aktuallığını  nəzərə  alaraq  təqdim  edilmiş  tədqiqat  işinin  məqsədi 

Respublikamızın şimal-şərq regionunda (Quba-Xaçmaz iqtisadi rayonu) QDSX ilə 


 

bağlı  təkrar  əlillik  hadisələrinin  araşdırılması  və  ilkin  əlillik  hadisələri  ilə 



müqayisəsi olmuşdur. 

Tədqiqatın  material  və  metodu.  Tədqiqat  2007-2008-ci  illər  ərzində 

aparılmışdır.  Rayonda  bu  illər  ərzində  təkrar  əlilliyə  səbəb  olmuş  xəstəliklər 

haqqında  məlumatlar  regional  tibbi  sosial  ekspert  komissiyalarının  (TSEK) 

idarələrinin  əlilləri  müayinə  aktlarından  əldə  edilmişdir.  Əhalinin  sayı  haqqında 

informasiya  Dövlət  Statistika  İdarəsinin  materialı  əsasında  müəyyənləşdirilmişdir 

[8].  Tədqiqat  materialları  Microsoft  Office  Excel  2007  proqramının  köməkliyi  ilə 

statistik işlənmişdir. 

Region  haqqında  qısa  məlumat.  Quba-Xaçmaz  iqtisadi  rayonu 

Azərbaycanın  şimal-şərq  hissəsində  yerləşir.  Siyəzən,  Şabran,  Quba,  Qusar  və 

Xaçmaz  inzibati  rayonlarını  əhatə  edir.  İqtisadi  rayonun  ümumi  sahəsi  7,66  min 

kv.km  olmaqla  ölkə  ərazisinin  8,8%-ni  təşkil  edir.  Rayon  özünəməxsus  relyef 

xüsusiyyətlərinə  malikdir.  Regionun  ərazisi  bir-birindən  kəskin  fərqlənən  4 

hündürlük  (26  metrdən  4466  metrədək)  zonasına  –  düzənliklər,  dağətəyi,  orta 

dağlıq  və  yüksək  dağlıq  zonalarına  ayrılır.  Regionun  iqlim  şəraiti  də  bu  zonalara 

müvafiq  olaraq  müxtəlifdir.  Düzənlik  zona  üçün  isti  iqlim  xarakterikdirsə,  dağlıq 

zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir [9]. Relyef xüsusiyyətləri və 

iqlim şəraiti sanki respublikanın kiçildilmiş modelini xatırladır. 

Azərbaycan  Respublikası  əhalisinin  2009-cu  il  siyahıya  alınmasının 

yekunlarına  əsasən  region  əhalisinin  ümumi  sayı  488741  min  nəfər  olmaqla  ölkə 

əhalisinin 5,48%-ni, təşkil edir. Əhalinin 33,99%-i (166,105 min nəfər) şəhərlərdə, 

66,01%-i  (322,636  min  nəfər)  kəndlərdə  yaşayır.  Ən  çox  şəhər  əhalisi  Siyəzən 

rayonunda  (65,6%),  kənd  əhalisi  isə  Quba  rayonunda  (75,11%)  cəmlənmişdir. 

Əhalinin  49,84%-ni  (243,575  min  nəfər)  kişilər,  50,16%-ni  (245,166  min  nəfər) 

qadınlır təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı  hər kv.km.-də 63,8  nəfər 

təşkil  edir,  bu  da  Respublikamızda  eyni adlı  göstəricidən  aşağıdır.  Azərbaycanda 

hər  kv.km.-ə  düşən  əhalinin  sayı  –  103,0  [8].  Rayonun  relyef-iqlim 

xüsusiyyətlərindən  asılı  olaraq  əhali  əsasən  Xəzər  dənizinin  sahillərində  yerləşən 

düzənlik  ərazilərdə  məskunlaşmışdır  [9].  Region  əhalisinin  62,6%-ni 


 

azərbaycanlılar,  22,4%-ni  ləzgilər,  2,1%-ni  tatlar,  1,9%-ni  türklər,  0,7%-ni 



yəhudilər,  0,5%-ni  ruslar,  9,8%-ni  digər  millətlər  (tatarlar,  ukraynalılar,  kürdlər, 

talışlar,  gürcülər,  saxurlar,  avarlar  və  s.)  təşkil  edir.  Ləzgilər  əsasən  Qusar 

rayonunda, türklər və tatlar isə Xaçmaz rayonunda daha çox məskunlaşıblar. 

Tədqiqatın  nəticələri. 2007  və 2008-ci  illər ərzində Quba-Xaçmaz  iqtisadi 

rayonunda  təkrar  əlilliyin  səviyyəsi  müvafiq  olaraq  160,14±1,81

0

/

000



  və 

152,58±1,76

0

/

000



  olmuşdur.  Təkrar  əlilliyin  nozoloji  səbəbləri  arasında  QDSX-nin 

payı 11,2±0,3% təşkil etmişdir. 

Cədvəl  1-də  tədqiqat  aparılan  illər  ərzində  regionda  təkrar  əlil  kimi 

qeydiyyata alınan şəxslərin xəstəlik siniflərinə görə bölünməsi göstərilmişdir. 

 

Cədvəl 1 



Quba-Xaçmaz iqtisadi rayonunda təkrar əlillərin xəstəlik siniflərinə görə xüsusi 

çəkisi (2007-2008-ci illər) 

 

Xəstəlik sinifləri və xəstəliklərin adı 



Əlillər 



Ruhi pozulmalar və davranış pozulmaları 

1846 


12,2±0,3 

Qan dövranı sistemi xəstəlikləri 

1692 

11,2±0,3 



O cümlədən ÜİX 

622 


4,1±0,2 

O cümlədən hipertoniya xəstəliyi 

249 

1,6±0,1 


O cümlədən ürəyin xroniki revmatik xəstəlikləri 

456 


3,0±0,1 

O cümlədən SVX 

112 

0,74±0,07 



O cümlədən digər QDSX 

253 


1,8±0,1 

Sinir sistemi xəstəlikləri 

1685 

11,1±0,3 



Travma, zəhərlənmə və xarici amillərin digər təsirləri 

1318 


8,7±0,2 

Həzm üzvlərinin xəstəlikləri 

1260 

8,3±0,2 


Tənəffüs üzvlərinin xəstəlikləri 

1020 


6,7±0,2 

Göz və əlavə apparatın xəstəlikləri 

931 

6,2±0,2 


Endokrin sistemi xəstəlkləri 

820 


5,4±0,2 

Bədxassəli şişlər 

451 

3,0±0,1 


 

Digər xəstəliklər 



4126 

27,2±0,36 

Cəmi 

15149 


1,6±0,01 

 

Qeyd: m – mütləq rəqəm (burada və sonrakı cədvəllərdə). 



 

Cədvəl  1-dən  göründüyü  kimi,  bütün  xəstəlik  sinifləri  arasında  QDSX  ilə 

təkrar  əlil  kimi  qeydiyyata  götürülənlər  ikinci  yerdə  durmuşdur  –  11,2±0,3% 

(P<0,05).  Birinci  yeri  ruhi  pozulmalar  və  davranış  pozulmaları  –  12,2±0,3%, 

sonrakı  yerləri  müvafiq  olaraq,  sinir  sistemi  xəstəlikləri  –  11,1±0,3%,  travma, 

zəhərlənmə və xarici amillərin digər təsirləri – 8,7±0,2%, həzm sistemi xəstəlikləri 

– 8,3±0,2%, və s. tutmuşdur. 

Cədvəl  2-dən  göründüyü  kimi  QDSX  rubrikası  ilə  təkrar  əlil  kimi 

qeydiyyata alınanların 36,8±1,2%-i ÜİX,  14,7±0,9%-i  hipertoniya  xəstəliyi (HX), 

26,95±1,1%-i  ürəyin  xroniki  revmatik  xəstəliyi  (ÜXRX),  6,6±0,6%-i  SVX-dən 

əziyyət  çəkmişlər.  Əlillərin  14,95±0,9%-i  isə  bu  rubrikada  təsnif  edilən  digər 

xəstəliklərlə  (arteriyaların,  arteriolların  və  kapillyarların  xəstəlikləri,  digər 

dəqiqləşdirilməmiş QDSX) qeydiyyata alınmışdır. 

 

Cədvəl 2 



 

QDSX rubrikasında təkrar əlilliyin səbəbləri (2007-2008-ci illər) 

 

Qan dövranı sistemi xəstəlikləri 



Əlillər 



Ürəyin işemik xəstəliyi 

622 


36,8±1,2* 

Hipertoniya xəstəliyi 

249 

14,7±0,9 



Ürəyin xroniki revmatik xəstəliyi 

456 


26,95±1,1 

Serebrovaskulyar xəstəliklər 

112 

6,6±0,6 


Digər QDSX 

253 


14,95±0,9 

Cəmi 


1692  100,0 

 

Qeyd: ⃰ – P<0,01 (QDSX qrupuna daxil olan bütün xəstəliklərlə müqayisədə). 



 

Tədqiqat  aparılan  illər  ərzində  təkrar  əlillərin  37,8±0,4%-i  (5731)  şəhər 

yerlərində, 62,2±0,4%-i (9418) isə kənd yerlərində məskunlaşmışdır. Cədvəl 3-dən 

göründüyü  kimi,  şəhər  yerlərində  təkrar  əlillər  (11,9±0,4%)  arasında  QDSX 



 

rubrikasında  qeydiyyata  alınanların  xüsusi  çəkisi,  kənd  yerləri  ilə  (10,7±0,3%) 



müqayisədə yüksək olmuşdur (P<0,05). 

Cədvəl 3 

Quba-Xaçmaz iqtisadi rayonunda xəstəlik siniflərinə görə təkrar əlillərin şəhər və 

kənd yerlərində xüsusi çəkisi (2007-2008-ci illər) 

 

Xəstəlik sinifləri və xəstəliklərin adı 



Şəhər yerlərində 

Kənd yerlərində 





Qan dövranı sistemi xəstəlikləri 

681 

11,9±0,4 



1011 

10,7±0,3⃰ 

O cümlədən ÜİX 

235 


4,1±0,3 

387 


4,1±0,2 

O cümlədən HX 

102 

1,8±0,2 


147 

1,6±0.1 


O cümlədən ÜXRX 

191 


3,3±0,2 

265 


2,8±0,2 

O cümlədən SVX 

34 

0,6±0,1 


78 

0,8±0,1 


O cümlədən digər QDSX 

119 


2,08±0,2 

134 


1,4±0,12 

Göz və əlavə apparatın xəstəlikləri 

362 

6,3±0,3 


569 

6,04±0,3 

Ruhi pozulmalar və davranış pozulmaları 

580 


10,1±0,4 

1266 


13,44±0,4⃰ 

Travma, zəhərlənmə və xarici amillərin digər təsirləri 

492 

8,6±0,4 


826 

8,8±0,3 


Sinir sistemi xəstəlikləri 

703 


12,3±0,4 

982 


10,43±0,3⃰ 

Həzm üzvlərinin xəstəlikləri 

535 

9,3±0,4 


725 

7,7±0,3⃰ 

Bədxassəli şişlər 

203 


3,5±0,2 

248 


2,6±0,2⃰ 

Endokrin sistemi xəstəlkləri 

430 

7,5±0,4 


390 

4,1±0,2⃰ 

Tənəffüs üzvlərinin xəstəlikləri 

355 


6,2±0,3 

665 


7,1±0,3⃰ 

Digər xəstəliklər 

1390 

24,3±0,7 



2736 

29,1±0,47 

Cəmi 

5731 


100 

9418 


100 

 

Qeyd: ⃰ – P<0,05 (şəhər və kənd yerlərində bir-biri ilə müqayisədə)



 

 

Şəhər  və kənd  yerlərində  xəstəlik sinifləri  üzrə  təkrar əlillərin  xüsusi çəkisi 



müqayisə  edilərkən  aydın  olmuşdurki,  ruhi  pozulmalar  və  davranış  pozulmaları 

(10,1±0,4%  və  13,44±0,4%)  və  tənəffüs  üzvlərinin  xəstəlikləri  (6,2±0,3%  və 

7,1±0,3%)  daha  çox  kənd  yerlərində  müşahidə  edilmişdir  (P<0,05).  Travma, 

zəhərlənmə  və  xarici  amillərin  digər  təsirləri  müqayisəsi  zamanı  statistik  dürüst 

fərq  aşkarlanmamışdır.  Sinir  sistemi  xəstəlikləri,  həzm  üzvlərinin  xəstəlikləri, 


 

bədxassəli  şişlər  və  endokrin  sistemi  xəstəlkləri  daha  çox  kənd  yerlərində  rast 



gəlinmişdir (P<0,05). 

Əlillik  dərəcələrinə  görə  bölgü  zamanı  məlum  olmuşdur  ki,  təkrar  əlillərin 

böyük  hissəsi  –  86,8±0,3%  II  qrupa  daxil  edilmişdir  (Cədvəl  4).  Bütün  xəstəlik 

siniflərində II qrup əlil kimi qeydiyyata alınanlar üstünlük təşkil etmişdir. 

 

Cədvəl 4 



Təkrar əlillərin əlillik dərəcələri (2007-2008-ci illər) 

 

Xəstəlik 



sinifləri 

və 


xəstəliklərin adı 

 

 



Əlillik dərəcələri 

II 


III 





QDSX 


1692 

36 


2,1±0,4 

1529 


90,4±0,7 

127 


7,5±0,6 

O cümlədən ÜİX 

622 

1,0±0,4 



577 

92,8±1,0 

39 

6,2±1,0 


O cümlədən HX 

249 

11 

2,4±1,0 


234 

94,0±1,5 

3,6±1,2 


O cümlədən ÜXRX 

456 

1,1±0,5 


427 

93,6±1,2 

24 

5,3±1,1 


O cümlədən SVX 

112 


11 

9,8±2,8 


85 

75,9±4,0 

16 

14,3±3,3 



O cümlədən digər QDSX 

253 


1,2±0,7 


206 

81,4±2,5 

44 

17,4±2,4 



Göz və əlavə apparatın x-ləri 

931 

100 

10,7±1,0 



743 

79,8±1,3 

88 

9,5±1,0 


Ruhi pozulmalar və davranış 

pozulmaları 

1846 

12 


0,7±0,8 

1617 


87,6±0,8 

217 


11,7±0,8 

Travma, zəhərlənmə və xarici 

amillərin digər təsirləri 

1318 

19 

1,4±0,3 


959 

72,7±1,2 

340 

25,9±1,2 



Sinir sistemi xəstəlikləri 

1685 

55 

3,3±0,4 


1427 

84,7±0,9 

203 

12±0,8 


Həzm üzvlərinin xəstəlikləri 

1260 



1147 



91,0±0,8 

113 


9±0,8 

Bədxassəli şişlər 

451 

20 


4,4±1,0 

405 


89,8±0,5 

26 


5,7±1,1 

Endokrin sistemi xəstəlkləri 

820 

1,0±0,4 



758 

92,4±0,9 

54 

6,6±0,9 


Tənəffüs üzvlərinin x-əri 

1020 

0,1±0,1 


961 

94,2±0,7 

58 

5,7±0,7 


Digər xəstəliklər 

4126 


40 

1±0,15 


3610 

87,5±0,5 

476 

11,5±0,5 



 

Cəmi 



15149  291 

1,9±0,1 


13156  86,8±0,3 

1702  11,2±0,3 

 

Tibbi sosial ekspert komissiyasının yaşa görə bölgüsündə xəstələr 18-29, 30-



35 və 36  yaşdan  yuxarı qruplara ayrılmışdır (Cədvəl 5).  Göründüyü  kimi,  ümumi 

xəstələr  kontingentində  təkrar  əlil  kimi  qeydiyyata  götürülənlərdə  18-29  yaş 

qrupunda  ruhi  pozulmalar  və  davranış  pozulmaları  və  sinir  sistemi  xəstəlikləri  ilə 

olanların xüsusi çəkisi demək olar ki, eyni olmuşdur və daha çox rast gəlinmişdir – 

22,6±1,0%  və  22,5±1,0%  (P<0,05).  Sonrakı  yerləri  isə  travma,  zəhərlənmə  və 

xarici  amillərin  digər  təsirləri;  göz  və  əlavə  apparatın  xəstəlikləri  və  tənəffüs 

üzvlərinin  xəstəlikləri  ilə  qeydiyyatda  olan  əlillər  tutmuşdurlar.  QDSX 

rubrikasında  digər  rubrikalarla  müqayisədə  cavan  yaşlarda  (36  yaşa  qədər)  təkrar 

əlil  kimi  qeydiyyata  götürülənlərin  xüsusi  payı  az  olmuşdur  (7,1±0,6%  və 

6,2±0,6%).  Bunun  əksinə  olaraq,  QDSX  ilə  təkrar  əlillərin  36  yaşdan  yuxarı  yaş 

qrupunda  xüsusi  çəkisi  ən  yüksək  olmuşdur  –  86,8±0,8%.  Bədxassəli  şişlərdən 

başqa digər rubrikalarla müqayisədə bu fərq statistik dürüst olmuşdur (P<0,05). 

 

Cədvəl 5 



Təkrar əlillərin yaşa görə bölünməsi (2007-2008-ci illər) 

 

Xəstəlik sinifləri və xəstəliklərin adı 



Yaş 

18-29 


30-35 

36< 






Cəmi 

15149  2382  15,7±0,3 

1710  11,3±0,3  11057  73,0±0,4 

Ruhi  pozulmalar  və  davranış 

pozulmaları 

1846 


418 

22,6±1,0 

242 

13,1±0,8  1186 



64,3±1,1 

Sinir sistemi xəstəlikləri 

1685 

379 


22,5±1,0 

171 


10,2±0,7  1135 

67,3±1,2 

Endokrin sistemi  xəstəlikləri 

820 


61 

7,4±0,9 


91 

11,1±1,1  668 

81,5±1,4 

Göz 


və 

əlavə 


apparatın 

xəstəlikləri 

931 

217 


13,3±1,1 

119 


12,8±1,1  595 

73,9±1,4 

Həzm üzvlərinin  xəstəlikləri 

1260 


96 

7,6±0,8 


103 

8,2±0,8 


1061 

84,2±1,0 



 

 



 

Cədvəl  6-da  təkrar  əlillərin  cinsə  görə  bölünməsi  göstərilmişdir.  Təkrar 

əlillər arasında kişilər qadınlara nisbətən çoxluq təşkil etmişdir (P<0,05). Travma, 

zəhərlənmə  və  xarici  amillərin  digər  təsirləri  rubrikasında  təkrar  əlil  kimi 

qeydiyyatda  olanlar  arasında  digər  rubrikalarla  müqayisədə  kişilərin  xüsusi  çəkisi 

daha yüksək olmuşdur. Təkrar əlil kimi qeydiyyata alınan kişilərin xüsusi çəkisinin 

yüksək olduğu ikinci rubrika ruhi pozulmalar və davranış pozulmaları olmuşdur – 

62,4±1,1%.

 

 

 



 

Cədvəl 6 

Təkrar əlillərin cinsə görə bölünməsi 

(2007-2008-ci illər) 

 

Xəstəlik sinifləri və xəstəliklərin adı 



Cinsə görə 





Cəmi 


15149  8695 

57,4±0,4 

6454  42,6±0,4* 

Ruhi pozulmalar və davranış 

pozulmaları 

1846 


1152 

62,4±1,1 

694 

37,6±1,1* 



Əsəb sistemi xəstəlikləri 

1685 


909 

53,9±1,2 

776 

46,1±1,2* 



Endokrin sistemi  xəstəlikləri 

820 


201 

24,5±1,5 

619 

75,5±1,5* 



Göz və əlavə apparatın xəstəlikləri 

931 


555 

59,6±1,6 

376 

40,4±1,6* 



Tənəffüs üzvlərinin  xəstəlikləri  1020 

100 


9,8±0,9 

113 


11,1±1,0  807 

79,1±1,3 

Bədxassəli şişlər 

451 


38 

8,4±1,3 


29 

6,4±1,2 


384 

85,2±1,7 

Travma,  zəhərlənmə  və  xarici 

amillərin digər təsirləri 

1318 

209 


15,8±1,0 

216 


16,4±1.0  893 

67,8±1,3 

QDSX 

1692 


120 

7,1±0,6 


104 

6,2±0,6 


1468 

86,8±0,8 

Digər xəstəliklər 

4126 


744 

18,0±0,6 

522 

12,7±0,5  2860 



69,3±0,7 

 

Həzm üzvlərinin  xəstəlikləri 



  1260 

632 


50,2±1,4 

628 


49,8±1,4 

Tənəffüs üzvlərinin  xəstəlikləri 

1020 

496 


48,6±1,6 

524 


51,4±1,6 

Bədxassəli şişlər 

451 

166 


36,8±2,3 

285 


63,2±2,3* 

Travma, zəhərlənmə və xarici 

amillərin digər təsirləri 

1318 


1064 

80,7±1,1 

254 

19,3±1,1* 



QDSX 

1692 


982 

58,0±1,2 

710 

42,0±1,2* 



Digər xəstəliklər 

4126 


2538 

61,5±0,8 

1588  38,5±0,8* 

 

Qeyd: ⃰ – P<0,05 (cinsə görə fərq)



 

Nəticələrin  müzakirəsi.  Bütün  xəstəlik  sinifləri  arasında  QDSX  ilə  təkrar 

əlil  kimi  qeydiyyata  götürülənlərin  payı  ruhi  pozulmalar  və  davranış 

pozulmalarından  sonra  ikinci  yerdə    olmuşdur  –  11,2±0,3%.  Sinir  sistemi 

xəstəlikləri  üçüncü  yerdə  durmuşdur  –  11,1±0,3%.  Bu  göstəricilər  digər 

xəstəliklərlə  müqayisədə  statistik  dürüst  fərq  nümayiş  etdirmişdir  (P<0,05). 

Məlumdur  ki,  regionda  ilkin  əlil  kimi  qeydiyyata  götürülənlər  arasında  QDSX 

birinci yerdə durur – 14,0±0,7% (P<0,05) [6]. Şəhər yerlərində QDSX rubrikasında 

təkrar  əlil  kimi  qeydiyyata  alınanların  xüsusi  çəkisi  kənd  yerləri  ilə  müqayisədə 

yüksək  olmuşdur  –  11,9±0,4%  və  10,7±0,3%  (P<0,05).  QDSX  ilə  qeydiyyatda 

olan  ilkin  əllilərin  isə  şəhər  və  kənd  yerlərində  xüsusi  çəkisi  eyni  olmuşdur  [6]. 

QDSX  ilə  təkrar  əlillərin  36  yaşdan  yuxarı  yaş  qrupunda  xüsusi  çəkisi  digər 

xəstəliklərlə  müqayisədə  ən  yüksək  olmuşdur  –  86,8±0,8%.  QDSX  rubrikasında 

təkrar  əlil  kimi  qeydiyyata  alınan  kişilərin  xüsusi  çəkisi  qadınlardan  yüksək 

olmuşdur  –  58,0±1,2%  və  42,0±1,2%  (P<0,05).  Həzm  üzvlərinin  xəstəlikləri  ilə 

qeydiyyatda  olan  əlillər  arasında  kişi  və  qadınların  xüsusi  çəkisi  statistik  olaraq 

fərqlənməmişdir  –  50,2±1,4%  və  49,8±1,4%.  Yalnız  tənəffüs  üzvlərinin 

xəstəlikləri rubrikasında qadınların xüsusi çəkisi üstünlük təşkil etmişdir, amma bu 

fərq  statistik  dürst  olmamışdır.  Son  olaraq  demək  olar  ki,  QDSX  ilə  bağlı  təkrar 

əlilliyin səviyyəsi regionda əhəmiyyətli dərəcədə yüksəkdir və bu problem bir çox 

dövlətlərdə  olduğu  kimi  aktual  olaraq  qalır.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

QDSX-dən  əziyyət  çəkən  xəstələrin  çoxu  yaşlı  olduğundan  və  əlilliklə  bağlı 


10 

 

alacaqları maddi vəsaitin öz təqaüdlərindən çox da fərqlənmədiyinə görə, əlilliyin 



ekspertizası  üçün  TSEK-ə  müraciət  etmirlər.  QDSX  ilə  bağlı  həm  ilkin,  həm  də 

təkrar əlilliyin səviyyəsini azaltmaq üçün bu xəstəliklərin profilaktikası, müalicəsi 

və  xəstələrə  reabilitasiya  tədbirlərinin  aparılmasının  təkmilləşdirilməsinə  ehtiyac 

duyulur [6].  

 

 

Ədəbiyyat 



1.  Задионченко В.С., Шехян Г.Г., Быльева А.А., Ялымов А.А. и  др.  Валcартан в лечении 

болезней  системы  кровообращения  //  Российский  Медицинский  Журнал,  Кардиология, 

2011, №4, с. 236-243. 

2.Сабанов  В.  И.,  Грибина  Л.  Н.,  Дьяченко  Т.  С.,  Гичкун  Л.  П.  и  др.,  Эпидемиология 

первичной  инвалидности  в  Волгоградской  области  //  Вестник  ВолгГМУ,  выпуск  4(48), 

2013, стр. 31-35. 

3.  Заборовский  Г.И.,  Барцевич  И.Г.  Соотношение  заболеваемости,  инвалидности  и 

смертностивследствие  болезней  системы  кровообращения  //  Журнал  Гродненского 

государственного медицинского университета, 2010, № 4 стр. 36-37. 

4.  Магомедова  С.А.  Болезни  системы  кровообращения  и  особенности  организации 

лечебно-профилактической  помощи  в  Республике  Дагестан  //  Проблемы  социальной 

гигиены, здравоохранения и истории медицины. – 2010. – №4. – С. 42-44. 

5. Юзбашев Г.И., Джавадова Ф.Г. Некоторые медико-биологические особенности причин 

инвалидности среди нефтяников // Здоровье, 2006, №3, с. 192-195. 

6. Şirəliyeva R.K., Əliyev R.R., Məmmədbəyli A.K., Kərimova G.N. və b. Qan dövranı sistemi 

xəstəlikləri ilkin əlilliyin səbəbi kimi // Tibb və Elm Ə.Əliyev adına elmi-praktik jurnal, 2015, 

N1 (1), səh. 55-61. 

7.  Харченко  В.И.,  Какорина  Е.П.,  Корякин  М.В.,  Вирин  М.М.  и  др.  Смертность  от 

болезней  системы  кровообращения  в  России  и  в  экономически  развитых  странах. 

Необходимость  усиления  кардиологической  службы  и  модернизации  медицинской 

статистики в Российской Федерации // Российский кардиологический журнал, 2005, №2, с. 

5-17. 


8.  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsi.  Azərbaycan  Respublikası  əhalisinin 

siyahıya alınması 2009-cu il, I hissə. Bakı: 2010, 566 s. 

9. 

Quba-Xaçmaz 



iqtisadi 

rayonu. 


Vikipediya. 

Açıq 


ensiklopediya. 

http://az.wikipedia.org/wiki/Quba-Xa%C3%A7maz_iqtisadi_rayonu. 

 

 

 



РЕЗЮМЕ 

 

РОЛЬ БОЛЕЗНЕЙ СИСТЕМЫ КРОВООБРАЩЕНИЯ ПРИ 

ПОВТОРНОЙ ИНВАЛИДНОСТИ 

 

11 

 

Ширалиева Р.К., Алиев Р.Р., Садыхова З.М., Гасанов Р.Л., Гулиева А.И., 



Мамедова М.Н. 

 

Азербайджанский государственный институт усовершенствования врачей 

имени А.Алиева, кафедра нервных болезней, Баку, Азербайджан 

 

Целью представленного исследования было изучение  болезней системы кровообращения 



(БСК)  и  связанные  с  ними  повторной  инвалидности  в  северо-восточном  регионе  страны 

(Губа-Хачмазкий экономической район). Информация о причине повторной инвалидности 

по всем заболеваниям за период 2007-2008-ые годы, была взята из актов, представленных 

из  региональных  медицинских  отделов  социальной  экспертной  комиссии.  Среди  всех 

классов  заболеваний  удельный  вес  лиц,  которые  были  зарегистрированы  как  повторные 

инвалиды  с  БСК,  занял  второе  место  (11,2±0,3%)  после  психических  нарушений  и 

нарушений поведения. Среди повторных инвалидов в рубрике БСК, 36,8±1,2% инвалидов 

страдали  ишемической  болезнью  сердца,  14,7±0,9%  -  гипертонической  болезнью, 

26,95±1,1% 

хронической  ревматической  болезнью  сердца  и  6,6±0,6%  - 



цереброваскулярными  заболеваниями.  А  так  же  были  зарегистрированы  14,95+-0.9% 

инвалидов,  классифицируемые  в  этой  рубрике  с  другими  заболеваниями  (заболевания 

артерий,  артериолл  и  капилляров,  другие  неуточненные  БСК.  37,8±0,4%  повторных 

инвалидов  жили  в  городах,  62,2±0,4%  в  сельских  населенных  пунктах.  Удельный  вес 

повторных  инвалидов  с  БСК  среди  городского  населения  (11,9±0,4%),  был  выше  по 

сравнению  с  сельским  населением  (10,7±0,3%)  (P<0,05).  Большой  процент  повторных 

инвалидов  имел  вторую  группу  инвалидности  –  86,8±0,3%.  Удельный  вес  повторных 

инвалидов с БСК в молодом возрасте (возрастные группы 18-29 и 30-35) был низким, по 

сравнению  с  другими  заболеваниями  –  7,1±0,6%  и  6,2±0,6%.  По  сравнению  с  другими 

заболеваниями  удельный  вес  инвалидов  с  БСК  старше  36  лет  был  самым  высоким  – 

86,8±0,8%.  Удельный  вес  мужчин  среди  повторных  инвалидов  с  БСК  был  наиболее 

высоким  по  сравнению  с  женщинами  (42,0±1,2%)  и  составил  58,0±1,2%  (P<0,05).  В 

обследованном  регионе  повторная  инвалидность  среди  населения  с  БСК  была 

существенна  высокой  и  эта  проблема,  как  и  во  многих  других  странах,  остается 

актуальной.  

Ключевые  слова:  болезни  системы  кровообращения,  цереброваскулярные  заболевания, 

повторная инвалидность. 

 

SUMMARY 

 

THE ROLE OF CIRCULATORY SYSTEM DISEASES

 

IN REPEATED 

DISABILITY 

 

Shiraliyeva R.K., Aliyev R.R., Sadikhova Z.M., Hasanov R.L., Guliyeva A.I., 

Mammadova M.N. 

 

Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev, 

department of nervous diseases, Baku, Azerbaijan 

 


12 

 

The  aim  of  the  study  was  to  investigate  circulatory  system  diseases  (CSD)  and  associated 



repeated disability in the northeastern region of the country (Guba-Khachmaz economic region). 

Information about the cause of repeated disability for all diseases for the period 2007-2008’s was 

taken  from  the  acts  of  regional  health  departments  of  social  expert  commission.  Among  all 

classes of diseases, people with repeated disability in CSD, took second place (11.2±0.3%) after 

mental  disorders  and  behavioral  disorders.  Among  persons  with  repeated  disability  in  the 

category  of  CSD,  36.8±1.2%  suffered  from  coronary  heart  disease,  14.7±0.9%  -  hypertension, 

26.95±1.1% from chronic rheumatic heart disease and 6.6±0,6% from cerebrovascular diseases. 

14.95±0.9% of people with repeated disability  has  been recorded with other diseases which are 

classified  in  this  category  -  disease  of  artery,  arteriole  and  capillaries,  other  unspecified  CSD. 

37.8±0.4% of repeated disabled lived in cities, 62.2±0.4% in rural areas. Weight of people with 

repeated disability who suffered from CSD among the urban population (11.9±0.4%), was higher 

than the rural population (10.7±0.3%) (P<0.05). A large percentage of repeated disabled people 

had  the  second  group  of  disability  –  86.8±0.3%.  The  proportion  of  people  with  repeated 

disability  who  suffered  from  CSD  at  a  young  age  (age  groups  18-29  and  30-35)  was  low  in 

comparison with other diseases – 7.1±0.6% and 6.2±0.6%. Compared with other diseases age of 

disabled  people with  CSD  older than 36  years was  the highest  –  86.8±0.8%.  The share of  men 

among  people  with  CSD  was  the  highest  compared  to  women  (42.0±1.2%)  and  amounted  to 

58.0±1.2% (P<0.05).  In the  region  surveyed  repeated  disability  among  the  population  with  the 

CSD was substantially high and the problem in many countries remains relevant. To reduce the 

disability of patients with CSD there is a need to improve methods of prevention, treatment and 

rehabilitation of patients. 

Keywords: circulatory system diseases, cerebrovascular disease, repeated disability. 

 

Redaksiyaya daxil olub: 18.05.2016 



Çapa tövsiyə olunub: 31.05.2016 

Rəyçi: prof. F.Ə.Quliyev 

 


Yüklə 435,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə