TəLƏBƏ: abbasli mehrac müƏLLİM:ŞƏFƏq abdullayeva iXTİsas: beynəlxalq münasiBƏTLƏR



Yüklə 214,59 Kb.
tarix09.06.2022
ölçüsü214,59 Kb.
#61122
ABBASLI MEHRAC-DÜNYA İQTİSADİYYATI


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ


  • TƏLƏBƏ:ABBASLI MEHRAC

  • MÜƏLLİM:ŞƏFƏQ ABDULLAYEVA

  • İXTİSAS:BEYNƏLXALQ MÜNASİBƏTLƏR

  • FAKULTƏ:BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ REGİONŞÜNASLIQ

  • QRUP:371E

  • KURS:3



  • PLAN

  • GİRİŞ

  • ƏSAS HİSSƏ

  • NƏTİCƏ



  • PANDEMİYANIN DÜNYA İQTİSADİYYATINA TƏSİRİ

  • GİRİŞ

Bu pandemiya onu yaşamış şəxslərin yaddaşlarında özünəxas şəkildə qalacaq. Pandemiya iqtisadiyyata mənfi təsirləri ilə yanaşı, insanların psixologiyasına, əhval-ruhiyyəsinə, həyat tərzlərinə də təsir etdi. Pandemiyanın təsirləri ilə bağlı düşüncələrimizi mövzu ətrafında qruplaşdırmaq qərarına gəldik.
COVİD 19-un dünya iqtisadiyyatına təsiri nə olub:
Pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyanı başa düşmək üçün bəzi iqtisadçılar onun fəsadlarını 1930-cu ildə baş vermiş dünya iqtisadiyyatındakı dərin tənəzzül ilə müqayisə edirlər. Belə ki, vaxt baxımından müxtəlif dövrlərlə müqayisəli şəkildə bu məsələyə nəzər salmış olsaq ümumidaxili məhsulun azalması baxımından bu krizisin 2008-ci ildəki dünya krizisindən təxminən 3 dəfə pis olduğunu söyləyə bilərik. Düzdür bu 1930-cu ildə baş vermiş böyük depressiyadan pis deyil. Həmin dönəmdə istehsalın düşməsi 3-4 il ərzində müşahidə olunmuş və ABŞ-da işsizlik səviyyəsi 25% -dək qalxmışdır. Bu pandemiyada isə aprel ayında ABŞ-da işsizlik 14,7%-dək artmışdır, sonrakı aylarda isə tədricən azalmışdır. Bu dönəmdə olan iqtisadi azalma 1930-cu ildən sonrakı dönəmdə dünyada olan ən aşağı azalmadır.

  • ƏSAS HİSSƏ

İnkişaf etmiş ölkələrdə real iqtisadi artım və proqnoz: (Mənbə: IHS Markit)

2020-ci il ərzində dünya iqtisadiyyatına regionlar üzrə COVİD-19-un təsirləri necə olub:
Ümumilikdə indiyədək baş verən dəyşikliklərə nəzər salmış olsaq ölkələr içərisində hələ ki, Çinin bu pandemiyadan nisbətən zərərsiz çıxdığını görə bilərik. Çin iqtisadiyyatında texniki cəhətdən demək olar ki, resessiya olmayıb. Yalnız 2020-ci ilin birinci rübündə mənfi iqtisadi artım müşahidə olunub. Eyni zamanda digər ölkələr ilə müqayisədə Cənubi Koreya, Tayvan kimi ölkələrin daha yaxşı durumda olduğunu söyləmək olar. Belə ki, bu ölkələr virusla mübarizə ilə bir çox təcrübələr etməklə və onları izləməklə bir çox şeyləri nəzarətdə saxlamağa nail olmuşlar. Bu baxımdan virusla mübarizə ilə daha az resurs sərf edən ABŞ, Braziliya, Hindistan kimi ölkələrdə isə ölüm halları daha çox olub. 1 milyon əhali üçün olan ölüm sayına baxdıqda ABŞ 10 ölkə sırasına düşməsinə rəqmən,bu göstərici İspaniya, Belçika kimi ölkələrdən aşağıdır (https://www.worldometers.info/coronavirus/). Bir sözlə virusun təsirinin necə olmasını analiz edən zaman hansı meyarlardan istifadə olunması əsasdır. Eyni zamanda qeyd edək ki, bu ardıcıllıq hər an dəyişir və daha son məlumat üçün yuxarıda verilmiş linkə keçid etməklə tanış olmaq olar.
İqtisadi nöqteyi nəzərindən baxsaq Avropa iqtisadiyyatı daha çox təsirə malik qalıb, belə ki, Avropada baş vermiş resessiya ABŞ-da, Kanada da və ya Yaponiyada olan vəziyyətdən daha pisdir. Xüsusi ilə son ayda havaların soyumas; bütün dünya üzrə bu virusa yoluxma saylarının artdığını göstərir. Bu baxımdan qeyd edilən regionlar içərisində Avropa daha pis durumdadır. Xüsusi ilə Fransa, İtaliya, İspaniya , Birləşmiş Krallıq yoluxmaların sayına görə öndə gedən ölkələr sırasındadır.
İnkişaf etməkdə olan ölkələrdə real iqtisadi artım və proqnozu (Mənbə: IHS Markit)

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri :
Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, 2020-ci ilin ilk aylarını müsbət iqtisadi artımla başlayan ölkə iqtisadiyyatı sonrakı dönəmlərdə pandemiyanın təsiri nəticəsində geriləyib. Bu ilin sonuna iqtisadi artımın mənfi 3,5 və mənfi 4,5% aralığında olacağı proqnozlaşdırılır. Qeyd edək ki, bu göstərici hazırki şərtlər daxilində digər inkişaf etmiş və qonşu ölkələr ilə müqayisədə bir o qədər də pis nəticə hesab olunmur.

Neftin qiymətinin müxtəlif ssenarilərindən asılı olaraq bu il və gələn il Azərbaycanda Ümumi Daxili Məhsulun artım proqnozu aşağıda verilib.



Azərbaycanda iqtisadi tənəzzülün qısa müddətli olacağı və 2021-ci ilin sonuna doğru artıq müsbət iqtisadi artımın bərpa olunacağı proqnozlaşdırılır.
Pandemiya və müharibənin ölkənin kapital bazarlarına təsiri barədə:
Kapital bazarlarında biz bunun təsirini bir o qədər müşahidə etmirik. Xüsusi ilə bu təsirlər daxili bazarda hiss olunmur. Bunun bəzi səbəbləri var. İlkin səbəb olaraq izafi likvidliyi göstərə bilərik. Belə ki, banklarda və investorlarda mövcud olan sərbəst vəsaitlərin çoxluğu Maliyə Nazirliyinin hərraclarında tələbin çox olmasına rəğmən təklif olunan az miqdar qarşılığında faizlərin bir o qədər yüksəlməməsinə səbəb olur. Maliyyə Nazirliyinin baş tutmüş son hərracları isə investorlar arasında bu növ istiqrazlara tələbin böyük olduğunu göstərir. Maliyyə Nazirliyi investorlar tərəfindən təklif olunan faiz gəlirlərinin onun üçün məqbul hesab etdiyi halda planlaşdırılan həcmdən daha çox yerləşdirmə etməklə investorların ehtiyaclarını təmin edir. Təqdim olunan gəlirlik faizi onu qane etmədikdə isə əvvəlcədən qeyd olunan bütün məbləği yerləşdirmədən, ancaq onu qane edən gəlirlilik səviyyəsinə uyğun məbləğə bərabər vəsaitləri yerləşdirir. Həmçinin biz daha uzunmüddətli yerləşdirilməsi nəzərdə tutulan vəsaitlərin daha qısa müddətli yerləşdirmələr ilə əvəz olunmasının şahidi oluruq. Qeyd edək ki, 5 illik Maliyyə Nazirliyinin istiqrazları bu il ərzində fevralda yerləşdirildikdən sonra uzun müddət fasilə verildikdən sonra bir də sentyabr ayının əvvəli yerləşdirilib. Maliyyə Nazirliyi hərraclarda yerləşdirilmiş istiqrazlar üzrə gəlirlik faizlərinin noyabr ayında əvvəlki aylarla müqayisə də kəskin azalmasına nail olub.
Maraq doğuran səbəblərdən biri Azərbaycan hökumətinin xarici bazar üçün buraxdığı avrobondlarının gəlirliliyinin dəyişməsindəki trenddir. Ümumiyyətlə bu cür istiqrazlar içərisində ən aktiv və likvid olanı qaytarılma müddəti 2024-cü ilin mart ayına təsadüf edən və ümumi buraxılış həcmi 1,25 milyard ABŞ dolları olan istiqrazdır. Faiz gəliri 4,75% olmasına baxmayaraq müharibə başlamamışdan öncə 2%-2,7% gəlirllik aralığında təklif olunan bu istiqrazların gəlirliliyi mövcud müharibə şəraitində bir o qədər dəyişməyib. Müharibənin ilk günlərində nisbətən qiymətin düşməsi müşahidə olunsa da sonradan qiymət müharibə başladığı gündəki səviyyədən də yuxarı qalxıb. Belə ki, Bloomberg platformasındakı məlumat əsasında bu istiqarzlar 16 noyabr tarixinə 1,7%-1,9% indikativ gəlirlilik intervalında təqdim olunub. Bu xarici investorların Azərbaycan hökumətinin istiqrazlarına olan güvəninin göstəricisidir. Belə ki, əsasən müharibə kimi qeyri- müəyyənlik olan halda xarici investorlar əllərində olan istiqrazları satmaqla onun gəlirlilik faizini qaldıra bilərlər, amma bu istiqrazlar üçün artan tələb qarşılığında təklif olunan gəlirliliyin düşməsi xarici investorların Azərbaycan dövlətinə inamının bir göstəricisidir.
Qeyd edim ki, qeyd olunan istiqrazın gəlirliliyi ilə neftin qiyməti arasında son zamanlar çox güclü asılılıq mövcud olsa da, belə ki, neftin qiymətinin kəskin düşdüyü dönəmlərdə bu istiqrazların gəlirlliyi kəskin artsa da, biz bu artımı müharibə şəraitində müşahidə edə bilmədik.
İqtisadi inkişafa dair proqnozlar:
İlk olaraq qeyd edim ki, bu proqnozlar COVİD 19 nəticələrindən asılı olaraq dəyişkəndir və hər an gözləntilər dəyişə bilir. Düşünürük ki, gələn ilin 3-cü və ya 4-cü rübündə biz qlobal iqtisadiyyatda müsbət iqtisadi artımı görə biləcəyik. Necə ki, bunu bir çox təşkilatlar da proqnozlaşdırır.
Dünya Bankının 2020-ci ilin iyun ayındakı hesabatına əsasən COVID 19 ilə bağlı yaranmış pandemiya böyük həcmdə iqtisadi şok yaratmaqla bir çox ölkələrdə iqtisadi geriləməyə səbəb olub. Dünya Bankı 2020-ci ilin sonuna bütün dünya dövlətlərinin iqtisadiyyata dəstək olmalarına rəğmən son 80 il ərzində ən aşağı mənfi 5,2% iqtisadi artım proqnozlaşdırır. Bir çox ölkələrdə mövcud vəziyyət ilə bağlı olaraq əhalinin real gəlirlərinin azalacağı gözlənilir. Eyni zamanda pandemiya ilə bağlı mübarizənin zəif olacağı halda onun effektlərinin daha kəskin olacağı vurğulanır. Ümumilikdə pandemiyanın böyük əksəriyyət ölkələrin iqtisadiyyatını resessiyaya aparacağı, bununla bağlı dünya üzrə adambaşına düşən iqtisadi artımın 1870-ci ildən bu yana ən pis azalma olacağı vurğulanır. Ümumilikdə inkişaf etmiş ölkələrin iqtisadiyyatının mənfi 7% azalacağı, Çində isə iqtisadi artımın pandemiya nəzarətdə saxlanacağı, iqtisadi aktivliyin artacağı halda isə 2020-ci ilin sonuna 1% olacağı proqnozlaşdırılır. Bu Çin üçün son 40 il ərzində ən aşağı göstərici sayılır.
Bu iyun ayında dərc olunduğu üçün Çin ilə bağlı vəziyyət müsbət tərəfə dəyişib və əminəm ki, Dünya Bankı bu məlumatları yenilədikdən sonra Çin üçün olan rəqəmlər müsbətə doğru dəyişəcək.
Bu ilin oktyabr ayında Çin üçün açıqlanmış iqtisadi artım göstəriciləri 3-cü rüb üçün 4,9% olub (iqtisadçıların gözləntiləri 5,2% idi). Qeyd edək ki, birinci rübdəki mənfi 6,8% azalmadan sonra Çin bu ilin 2-ci rübündə də 3,2% müsbət artım sərgiləmişdir. Bu, dünya ölkələri üçün müsbət bir təsirə malik göstəricidir. Bu amil bir daha göstərir ki, virusu daha yaxşı nəzarətə götürməklə və onunla olan mübarizənin effektivliyini artırmaqla iqtisadiyyatı bərpa etmək mümkündür. Digər tərəfdən Çin iqtisadiyyatının inkişafı digər ölkələr üçün də (xüsusi ilə xammal və Çinə hazır məhsullar satan ölkələr üçün) müsbət amildir.
Dünya Bankı gələn ilin sonuna və 2022-ci ilin əvvəlinə əksər ölkələrin resessiyadan tədricən çıxacağını proqnozlaşdırır. Eyni ilə Dünya Bankının hesabatında Azərbaycan ilə bağlı proqnozlar mənfidir. Belə ki, 2-ci rübün məlumatları əsasında hazırlanmış hesabatda Azərbaycanda 2020-ci il iqtisadi artımın mənfi 2,6% olacağı proqnozlaşdırılır. Düşünürəm ki, ilin sonuna bu məlumatlar yeniləndikdən sonra bu rəqəm bir azda yuxarı olacaq. Eynı zaman da Beynəlxalq Valyuta Fondunun bu ilin oktyabr ayında olan hesbatında Azərbaycan üçün bu il iqtisadi artımın mənfi 4% olacağı proqnozlaşdırılır.
Digər bir qurum olan Fitch Agentliyinin 2020-ci ilin sentyabr ayında dərc olunmuş “Qlobal iqtisadi artım” faylında ABŞ, Çin üçün olan iqtisadi proqnozları əvvəlki məlumatlarla müqayisədə qaldırıb. Avrozona, Böyük Britaniya və inkişaf edən ölkələr üçün isə azaldıb. Belə ki, 2020-ci ilin sonuna qlobal iqtisadiyyatın mənfi 4,4% ( 2021-ci ildə 5,2%, 2022-ci ildə 3,6%), ABŞ da mənfi 4,6% ( 2021-ci ildə 4%, 2022-ci ildə 3%) , Çin də 2,7% ( 2021-ci ildə 7,7%, 2022-ci ildə 5,5%) olacağı proqnozladırılır.
Çin ilə bağlı müsbət xəbərlərin dünya iqtisadiyyatına müsbət təsir edəcəyini eyni ilə Beynəlxalq Valyuta Fondu da vurğulayır. Belə ki, qurumun bu yöndə olan açıqlamaları maraqlıdır. Onların hesablamalarına görə 2021-ci ildə Çinin dünya iqtisadiyyatındakı artım payının 26,8%-dən artaraq 2025-ci ildə 27,7% təşkil edəcəyi qeyd olunur. Beynəlxalq Valyuta Fondu qeyd edir ki, Çində olan iqtisadi artım tək bir səbəbdir ki, onlar 2019-cu il ilə müqayisədə 2021-ci ildə global iqtisadi artımın 0,6% çox olacağını proqnozlaşdırır. Çinin gələcək 5 il ərzində dünyada artan rolunu başa düşmək üçün Beynəlxalq Valyuta Fondunun məlumatlarına nəzər salmaq kifayətdir. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında və Bloombergin hesablamalarına görə 2025-ci il üçün qlobal iqtisadi artımdakı payına görə 15 ölkənin azalan istiqamətdə sıralaması təqdim edilib:

Təbii ki, bütün bu gözləntilər və iqtisadi artım daha çox vaksinin nə zaman tətbiqindən asılı olacaq. Vaksin nə qədər tez istifadəyə verilsə, bu iqtisadi artıma müsbət təsir edəcək. Amma vaksinin aşkarlanması və eyni ilə kütləvi istifadəyə verilməsi üçün ilk olaraq sınaqlardan keçirilməlidir. Bu baxımdan düşünürük ki, bu vaksinin kütləvi tətbiqi 2021-ci ilin 2-ci rübündən tez olmayacaq.
Eyni ilə burada iqtisadiyyatın hansı formada yenilənəcəyi ilə bağlı fikirlər də maraqlıdır. Bununla bağlı iqtisadçıların bir çox müzakirələri mövcuddur. Hesab edirik ki, böyük ehtimalla istehsal sahəsi müvəqqəti olsa da V formalı yenilənəciyini, amma daha çox zərər görmüş xidmətlər sahəsində (aviakompaniyalar, səyahət, turizim,əyləncə və sair) isə bu U formasında olacaq.Bəziləri isə W formalı yenilənmədən danışırdı ki, bu isə virusun ikinci və növbəti dalğaları olduqda bu halın mümkünlüyünü istisna etmir.
Ən şox ziyan görmüş və inkişaf edən sahələr barədə :
Təbii ki, belə bir şəraitdə fəaliyyət ilə bağlı olaraq insanların kütləvi toplaşmasından və sayından asılı olan fəaliyyət sahələri ən çox ziyan görüb. Belə ki, buna misal olaraq ən çox ziyan görmüş sahələrdən biri kimi aviaşirkətləri göstərmək olar. Otel xidmətləri bunun başqa nümunəsdir. Kruizlayner xidmətləri ilə məşğul olan sahələrdə böyük itkilərlə qarşılaşıb. Bu sahələrin bərpası üçün kifayət qədər zaman tələb olunur.
Yaxşı nəticələr göstərmiş sahələrə isə yüksək texnologiyaları göstərə bilərik. Bir çox şirkətlər isə mövcud vəziyyətdən asılı olaraq bizneslərinin inkişafı üçün rəqəmsal inkişaflarını artırmağa çalışırlar. Eyni ilə mövcud vəziyyət ilə əlaqəli olaraq artan tələb qarşılığında səhiyyə xidmətləri sahəsi də inkişaf edən sahələr arasındadır.

  • NƏTİCƏ

Mövcud vəziyyət gələcəkdə hansı sahələrin inkişafına yol aça bilər:
Düşünürük ki, mövcud vəziyyət gələcəkdə bir çox sahələrdə yeniliklərə yol açacaq. Amma bütün bu dəyişikliklər nisbətən uzun müddətli perspektivdə mümkün olacaq. Xüsusi ilə biznes proseslərin effektiv idarə edilməsində yeniliklərin olacağı qaçılmazdır. İnsanların pandemiya ilə bağlı olaraq ev şəraitdə fəaliyyət göstərməsi onu sübut etdi ki, iş mühitində məkan anlayışı bir o qədər önəmli deyil. Bu eyni zamanda zamanla bağlı olan asıllıqları da ortadan qaldırmış oldu. Belə ki, yerindən və zamanından asılı olmayaraq qoyulmuş tapşırıqların icrası ön plana gəldi. Bu eyni zamanda insanlara sərbəst iş saatının təqdim olunduğu halda onların ailə üzvləri ilə kifayət qədər zaman sərf etməsi baxımından psixoloji və ruh baxımından daha yaxşı səviyyədə olduqları üçün keyfiyytəli iş ortalığa qoyduqlarını göstərdi. Eyni ilə şirkətlər ofisləri kirayələməkdənsə işçilərə evdən çalışmaqla icazə verməklə, böyük həcmdə vəsaitlərə qənaət edə biləcəklərini gördü. Bu dönəmdə xidmət sahələrində online internet üzərindən artan xidmətlərin gələcəkdə də davam edəcəyini gözləmək olar. Xüsusi ilə bu xidmətlərin satış, təhsil, səhiyyə sahələrində gələcəkdə daha da artacağını söyləmək olar . Ümumilikdə götürsək gələcəkdə İT sahəsindəki inkişafın daha da artacağını məhz bu sahədəki yaranacaq yeniliklər ilə izah etmək mümkün olacaq. Nə qədər qəribə səslənsə də, bütün bu baş verən amillər sayəsində gələcəkdə səhiyyə sahəsində də köklü dəyişikliklərin olacağını söyləmək mümkündür. Bir çox sahələr barədə, xüsusi ilə turizm, səyahət, işgüzar səfərlərlə bağlı azalmaların olacağını, bütün bu amilərin yeni texnologiyar sayəsində virtual olaraq və ya internet üzərindən tənzimlənəciyini gözləmək olar.
Başqa bir təsir sahələrindən biri də pandemiya ilə bağlı olaraq istehsal prosesinin dayanması sayəsində təbiətdə yaranmış pozitiv canlanma insanları bir daha düşünməyə vadar edəcək ki, bu da öz növbəsində atmosferə atılan tullantıların azaldılmasını nəzərdə tutan “Yaşıl investisiyaların” həcmini artırmış olacaq. Həmçinin orta zaman kəsiyində ölkələrin neft və qazdan asılılığını azaltmaqla, avtomobil sənayesində və alternativ enerji sahəsində çox böyük inqilablara yol açacağı gözlənilir.



  • ƏDƏBİYYAT

  • KAYZEN.AZ

  • AZKURS.ORG

  • MUHAZ.ORG

  • VİKİPEDİYA

  • SƏS QƏZETİ

Yüklə 214,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin