TƏLİmati I. Ümumi müddəalar



Yüklə 19,28 Kb.
Pdf görüntüsü
tarix02.12.2016
ölçüsü19,28 Kb.
#653

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

Laboratoriya müdirinin nümunəvi vəzifə  

TƏLİMATI 

 

I. Ümumi müddəalar 

 

1.  


Bu  vəzifə  təlimatı laboratoriya müdirinin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Laboratoriya müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il 



iş stajı olan şəxs təyin edilir.  

3.  


Laboratoriya  müdiri  Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb təşkilatı  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Laboratoriya  müdiri  bilavasitə tibb təşkilatının rəhbərinə  və ya onun 

müavininə tabe olur. 

5.  

Laboratoriya müdiri aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını;  

5.2. Azərbaycan Respublikasının səhiyyə  və  əhalinin sanitariya-epidemioloji 

salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını; 

5.3.   peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri; 

5.4.   əməyin təşkili prinsiplərini; 

5.5.   tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını;  

5.6.   təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını;  

5.7.  əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını; 

5.8.   ilkin uçot-hesabat sənədləşdirməsinin aparılması qaydasını; 

5.9.   etik davranış qaydalarınn, tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasının 

əsaslarını; 

5.10.   əmək qanunvericiliyinin əsaslarını;  əməyin mühafizəsi və yanğın 

təhlükəsizliyi üzrə qaydaları bilməlidir. 

 

 



II. Vəzifə öhdəlikləri 

 

6.  


Laboratoriya müdiri müalicə-profilaktika müəssisələrinin laboratoriyanın 

fəaliyyətinə  rəhbərliyini, işin mütərəqqi  formalarının, tədqiqatların yüksək analitik 

dəqiqlik və diaqnostik etibarlılığa malik yeni metodlarının tətbiqini həyata keçirir. 

7.  


Laboratoriya  işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin 

planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun 

istifadəsini təmin edir. 

8.  


Tibb təşkilatının digər struktur  bölmələri ilə laboratoriyanın fəaliyyətini 

koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir. 



9.  


Laboratoriyanın həkimlərinin, orta və kiçik tibb heyətinin işinə müntəzəm 

nəzarəti həyata keçirir. 

10.   Laboratoriyanın işçilərinin  əmək qanunvericiliyinin və  əməyin 

mühafizəsinin tələblərinə riayət etməsini təmin edir.  

11. Laboratoriyanın işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək 

intizamı qaydalarının, tədqiqatların, ölçmələrin, sınaqların standartlaşdırılması  və 

metroloji təmin olunma tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər 

görür. 


12.   Laboratoriyanın işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu 

planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. 

13.   Laboratoriyanın rüblük, yarımillik və illik işini təhlil edir, iş barədə 

müəyyən olunmuş qaydada hesabat təqdim edir. 

14.   Tibbi  sənədləşdirmənin aparılmasının keyfiyyətinə  nəzarəti həyata 

keçirir. 

15.   Laboratoriyanın işçilərinin  əməyinin  əsaslarının və peşə ixtisaslarının 

artırılmasına imkan yaradır. 

          16.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

          17.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

     


III. Hüquqlar 

 

18.   Laboratoriya müdirinin aşağıdakı hüquqları vardır: 

18.1. laboratoriyanın işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək; 

18.2. laboratoriyanın kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək;  

18.3. laboratoriyanın işçilərinin həvəsləndirilməsi və  tənbeh edilməsi üzrə 

rəhbərliyə təkliflər vermək; 

18.4. laboratoriyanın fəaliyyətinin inkişafı  və  təkmilləşdirilməsi üzrə  təkliflər 

vermək; 


18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;  

18.6. laboratoriyanın işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda 

və müşavirələrdə iştirak etmək; 

18.7.   müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq. 

19.   Laboratoriya  müdiri  Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV. Məsuliyyət 



 

20.   Laboratoriya müdiri aşağıdakılara məsuliyyət daşıyır: 

20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;  



20.3. maddi, maliyyə  və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə 

edilməsinə; 

20.4.  daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə

20.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş  sənədləşdirmənin 

aparılmasına; 

20.6. laboratoriyanın fəaliyyəti barədə statistik və digər informasiyanın 

müəyyən olunmuş qaydada təqdim edilməsinə; 

20.7. laboratoriyanın işçiləri tərəfindən nizam-intizam qaydalarına riayət 

edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 

20.8. fövqəladə hallar şəraitində laboratoriyanın işə hazırlığına görə məsuliyyət 

daşıyır. 

21.   Laboratoriya müdiri əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 



edilə bilər.   

 

Yüklə 19,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin