Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya



Yüklə 1,4 Mb.
səhifə11/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

626) Meqakolon nədir?
A) Bağırsağın daralması

B) Bağırsağın uzanması

C) Bağırsağın genəlməsi

D) Bağırsağın qısalması

E) Bağırsağın deşilməsi
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
627) Ezofaqoskopiyaya nə zaman ehtiyac yoxdur?
A) Döş qəfəsinin travması zamanı

B) Qida borusu venasının varikoz genişlənməsində

C) Diafraqmanın qida borusu dəliyi yırtığında

D) Ezofagitdə

E) Qida borusunun xərçəngində
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
628) Qastroskopiyaya xüsusi hazırlıq nə vaxt tələb olunur?
A) Soğanağın stenozunda

B) Mədə xorasında

C) Xroniki qastritdə

D) Mədə polipində

E) Eroziv qastritdə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г
629) Hansı xəstəlik zamanı kolonoskopiyaya mütləq əks göstərişdir?
A) Kron xəstəliyi və qeyri-spesifik xoralı kolitin ağır forması

B) Kəskin paraproktit

C) Xroniki kolit

D) Qanayan babasil

E) Dekompensasiyalı ürək və ağciyər çatmamazlığı
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
630) Öd qovucu preparatlardan hansılarının təyinatı mədənin xora xəstəliyi üçün

arzu olunmazdır?
A) Solmaz çiçək

B) Hamısı

C) Olimetin

D) İstiot nanəsi

E) Xolenzim
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2001 г.
631) Osmotik diareyanı aradan qaldıran və qəbizlik yaradan preparat hansıdır?
A) Natrium hidrokarbonat

B) Kalsium karbonat

C) Maqnezium karbonat

D) Maqnezium hidroksid

E) Alüminium hidroksid
Ədəbiyyat: А. Н. Окороков. « Лечение болезней внутренних органов» 2001 г.
632) Xlorid turşusunun sekresiyasının pozulmasının hüceyrədaxili tənzimi hansı preparatla mümkündür?
A) Simetidinlə

B) Omeprazolla

C) Nizatidinlə

D) Ranitidinlə

E) Famotidinlə
Ədəbiyyat: А. Н. Окороков. « Лечение болезней внутренних органов» 2001 г
633) İltihab əleyhinə təsirə malik olmayan ödqovucu preparatlara hansılar aiddir?
A) Hamısı aiddir

B) Sikvalon

C) Nikodin

D) Oksafenamid

E) Xolenzim
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2001 г.

Bölmə 5. Nefrologiya

634) Normada sağ böyrəyin skelettopiyası?
A) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

B) XI döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

C) XI döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

E) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
635) Normada sol böyrəyin skelettopiyası?
A) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

B) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

C) XII döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

D) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

E) XI döş fəqərəsindən III bel fəqərəsinin yuxarı kənarına qədər
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
636) Aşağıdakılardan hansı böyrəklərin normal ölçülərinə bərabərdir?
A) Uzunluğu 10-12 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm

B) Uzunluğu 8-10 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm

C) Uzunluğu 12-14 sm; eni 7-8 sm; qalınlığı 5-6 sm

D) Uzunluğu 10-12 sm; eni 5-7,5 sm; qalınlığı 2,5-3 sm

E) Uzunluğu 12-14 sm; eni 5-7 sm; qalınlığı 2-3 sm
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
637) Böyrək parenximasının hansı hissəsınin qan dövranı normada daha yaxşıdır?
A) Daxili beyin maddənin

B) Bütün hissələrin qan dövranı eynidir

C) Böyrək məməcikləri hissəsi

D) Qabıq maddənin

E) Xarici beyin maddənin
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
638) Böyrək (Malpighii) cismini nə əmələ gətirir?
A) Boumen-Şumlyanski kapsulası, proksimal kanalcığın qıvrım hissəsi

B) Yalnız Boumen-Şumlyanski kapsulası

C) Yumaqcıq kapillyarları, Boumen-Şumlyanski kapsulası

D) Yalnız yumaqcıq kapillyarları

E) Boumen-Şumlyanski kapsulası, yukstaqlomerulyar apparatı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
639) Böyrəyin beyin maddəsini nə təşkil edir?
A) Proksimal kanalcıqlar

B) Distal kanalcıqlar

C) Nefronlar

D) Yığıcı borucuqlar

E) Piramidlər
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
640) Böyrəklərin funksiyaları hansılardır?
A) Sadalananların hamısı

B) Mübadilənin son məhsullarının və yad kimyəvi birləşmələrin ekskresiyası

C) Zülalın sintezi

D) Qlukoneogenez

E) Su-elektrolit balansının requlyasiyası
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г
641) Böyrək kapillyarı hansı toxumalardan ibarətdir?
A) Endotel, bazal membran və epiteldən

B) Bazal membrandan

C) Endotel və epiteldən

D) Epiteldən

E) Endoteldən
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
642) Böyrək kanalcığının hansı hissəsində 60% elektrolitlər, 90% çox bikarbonatlar və su, tam amin turşuları, şəkər, kiçik dispersli zülallar reabsorbsiya olunur?
A) Distal qıvrım

B) Düz distal

C) Yığıcı boru

D) Proksimal qıvrım

E) Henle ilgəhi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
643) Böyrək kanalcığının hansı hissəsində elektrolitlərin və suyun reabsorbsiyası aldesteron və antidiuretik hormonları ilə tənzimlənir?
A) Distal

B) Henle ilgəhyinin enən hissəsi

C) Henle ilgəhyinin qalxan hissəsi

D) Proksimal qıvrım

E) Proksimal düz
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
644) Yığıcı borucuqlar hara açılırlar?
A) Kiçik kasacıqlara

B) Böyrək ləyəninə

C) Böyük kasacıqlara

D) Sidik axarına

E) Boumen-Şumlyanski kapsulasına
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
645) Anatomik olaraq normada böyrəklərdə hansı elementlər çoxdur?
A) Kiçik kasacıqlar

B) Piramidlər

C) Böyrək məməcikləri

D) Böyük kasacıqlar

E) Eyni miqdardadırlar
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
646) Ultrafiltrasiya prosessi harada keçir?
A) Proksimal düz kanalcıqda

B) Böyrək yumaqcıqlarında

C) Henle ilgəyində

D) Distal kanalcıqda

E) Proksimal qıvrım kanalcıqda
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
647) Maddənin klirensi nə deməkdir?
A) Heç biri düz deyil

B) Ultrafiltratın 1 ml olan maddənin miqdarıdır

C) Vaxt vahidi ərzində böyrəklərdən filtrasiya olunan maddə miqdarı

D) Bütün sadalananlar düzdür

E) Vaxt vahidi ərzində maddənin böyrəklərlə təmizlənən qan həcmi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
648) Zimnitski sınağı normada aşağıdakıların hansına uyğundur?
A) Hər 8 göstəricidən sidiyin xüsusi çəkisi 1012 az olmamalıdır

B) Sidiyin ən aşağı və ən yuxarı xüsusi çəkisinin fərqi 5-dən aşağı olmamalıdır

C) Bütün sadalananlar düzdür

D) Hər 8 göstəricidən sidiyin xüsusi çəkisi 1012 çox olmamalıdır

E) Sidiyin ən aşağı və ən yuxarı xüsusi çəkisinin fərqi 10-dan aşağı olmamalıdır
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
649) Hipostenuriya nədir?
A) Sadalananların hamısı düzdür

B) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1012 aşağı olması

C) Sadalanların heç biri düz deyil

D) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1018 aşağı olması

E) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi monoton aşağı olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
650) İzostenuriya nədir?
A) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1018 aşağı olması

B) Sadalanların hamısı düzdür

C) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi monoton aşağı (1010-1011) olması

D) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1012 aşağı olması

E) Sadalanların heç biri düz deyil
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
651) Na+ qanda konsentrasiyasının hansı səviyyədən aşağı enməsi həyat üçün təhlükədir?
A) 135 mmol/l aşağı

B) 145 mmol/l aşağı

C) Sadalananlardan heç biri

D) 115 mmol/l aşağı

E) 120 mmol/l aşağı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
652) Na+ qanda konsentrasiyasının hansı səviyyədən artıq olması həyat üçün təhlükədir?
A) 135 mmol/l yuxarı

B) 145 mmol/l yuxarı

C) 120 mmol/l yuxarı

D) Sadalananlardan heç biri

E) 160 mmol/l yuxarı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
653) Göstərilən həyat üçün təhlükəli klinik əlamətlərdən hansı hiponatriemiya zamanı baş verir?
A) Nevroloji simptomlar – baş ağrıları, ürək bulanma, huşun pozulması, psixozlar, qıc olmalar, beyin ödemi

B) Ağ ciyər simptomları-təngnəfəslik, boğulma, ağ ciyər ödemi

C) Mədə-bağırsaq simptomları- ürək bulanma, qusma, diareya

D) Ürək-damar simptomları-aritmiyalar, aşağı ətraf ödemləri, taxikardiya

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
654) Nəzərə carpan hipernatriemiya zamanı (Na+>160 mmol/l) ölüm səbəbi nə ola bilər?
A) Qeyd olunanlardan hamısı

B) Baş-beyin hüceyrələrin hüceyrə daxili dehidratasiyası nəticəsində koma

C) Nəzərə çarpan bronxospazm

D) Ürəyin dayanması

E) Ağ ciyər ödemi
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
655) Qan zərdabında K+-mun normada miqdarı nə qədərdir?
A) 3,5-5,0 mmol/l

B) 2,5-5,0 mmol/l

C) 3,5-6,0 mmol/l

D) 2,5-6,0 mmol/l

E) 2,5-7,5 mmol/l
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
656) Hipokaliemiyanın (K+<3,2mmol/l) simptomlarınına hansıları uyğundur?
A) Mədəcik taxikardiyası, fibrillyasiya

B) EKQ-də U-dalğaların olması

C) Tənəffüs əzələlərinin iflici

D) Yuxarıda qeyd olunanların hamısı

E) Əzələ zəifliyi, qıcolmalar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
657) Hiperkaliemiyanın (K+>7mmol/l) simptomlarınına hansıları uyğundur?
A) Əzələ zəifliyi, qıcolmalar

B) Yuxarıda qeyd olunanların hamısı

C) EKQ-də sinusoidal əyrilik

D) Parasteziyalar, ətrafların zəifləməsi

E) Ürəyin dayanması
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
658) Hansı vəziyyətlərdə qanda K+-mun “yalançı” artması müşahidə oluna bilər?
A) Asidoz

B) Hemoliz

C) Yuxarıda qeyd olunanların hamısı

D) Trombositoz

E) Yüksək leykositoz (1 ml qanda 200000)
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
659) Sidiyin sarı-narıncı rəngi nəyin hesabına mümkündür?
A) Bilirubinin

B) Eritrositlərin

C) Biliverdinin

D) Methemoqlobullinin

E) İrinin
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
660) Sidiyin qəhvəyi-qara rəngi nəyin hesabına mümkündür?
A) Biliverdinin

B) Hemoqlobin

C) Melaninin

D) Bilirubinin

E) Limfanın
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
661) Sidikdə şirin iy nəyin hesabına mümkündür?
A) Keton cisimlərinin

B) Bakteriyaların

C) Zülalın

D) Yuxarıda qeyd olunanların hamısı

E) Yuxarıda qeyd olunanların heç biri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
662) Normada sidiyin xüsusi çəkisi hansı interval arasında ola bilər?
A) 1010-1030

B) 1005-1025

C) 1002-1025

D) 1010-1025

E) 1002-1030
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
663) Sidiyin analizində yüksək miqdarda yastı epitelin olması hansı zədələnməni göstərir?
A) Sidik kisəsinin

B) Ləyənin

C) Böyrək parenximasının

D) Sadalananların hamısının

E) Sidik axarının
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
664) Sidiyin analizində böyrək kanalcıq epitelin olması hansı zədələnməni göstərir?
A) Böyrək parenximasının zədələnməsini

B) Sidik kisəsinin zədələnməsini

C) Sadalananların hamısının zədələnməsini

D) Sidik axarın zədələnməsini

E) Ləyənin zədələnməsini
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
665) Hansı silindrlər sidiyin ümumi analizində normada ola bilər?
A) Dənəli

B) Mumabənzər

C) Hialin

D) Eritrositar

E) Piyli
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
666) Aktiv formalı xroniki qlomerulonefritli xəstənin keyfiyyət analizində hansı hüceyrələr üstünlük təşkil edir?
A) Neytrofillər

B) Eozinofillər

C) Limfositlər

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
667) Böyrək daşı xəstəliyi zamanı diaqnozu müəyyənləşdirmək üçün şua-diaqnostika metodları hansı ardıcıllıqla aparılmalıdır?
A) KT, ekskretor uroqrafiya, böyrəklərin USM

B) Böyrəklərin USM, ekskretor uroqrafiya, KT

C) Ardıcıllığın mənası yoxdur

D) Ekskretor uroqrafiya , KT, böyrəklərin USM

E) Böyrəklərin USM, KT, ekskretor uroqrafiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
668) Aşağıdakılardan hansı şüa-diaqnostikasının kontrast üsulu ilə aparılmasının mütləq əks göstərişlərinə aiddir?
A) Dərman preparatlarına qarşı zərərli reaksiya

B) Anamnezdə kontrast maddələrə qarşı reaksiya

C) Bronxial astma

D) XBÇ


E) Susuzluq
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
669) Böyrəkdən kənar hematuriyanın səbəbləri hansılardır?
A) Bütün sadalananlar

B) Hemolitik uremik sindrom

C) Yarım kəskin infeksion endokardit

D) Sidik yollarının kontuziyası

E) Nefropatiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
670) İkincili nefrotik sindrom hansı xəstəliklərdə yaranır?
A) Sepsisdə

B) Qırmızı qurdeşənəyində

C) Sadalananların hamısında

D) Anadan gəlmə fin tipli nefrotik sindromda

E) Şəkərli diabetdə
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
671) Göstərilənlərdən hansı nefrotik sindrom üçün səciyyəvidir?
A) Hiperstenuriya

B) Sadalananların hamısı

C) Normostenuriya

D) Hipostenuriya

E) İzostenuriya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
672) XBÇ –da sidik qovucular qrupundan hansı preparatı təyin etmək olar?
A) Veroşpironu

B) Hipotiazidi

C) Furosemidi

D) Hidroxlortiazidi

E) Triamtereni
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
673) Tiazid diuretiklərin zərərli təsirləri hansılardır?
A) Hiperurikemiya

B) Hipokaliemiya

C) İmpotensiya

D) Hiperglikemiya

E) Sadalanların hamısı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
674) Tez inkişaf edən qlomerulonefrit üçün nə səciyyəvidir?
A) Kəskin nefrotik sindromu

B) Sadalanların hamısı

C) 50% çox yumaqcıqlarda ayparaların olması

D) Bir neçə həftə və ya ay ərzində böyrək çatmamazlığının inkişafı

E) Patogenetik müalicənin standart sxemlərinin effektsizliyi
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
675) Qlomerulonefritlərin etioloji faktorları hansılardır?
A) Bakteriyalar

B) Viruslar

C) Dərman preparatları

D) Bir hüceyrəlilər

E) Sadalanların hamısı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
676) Kəskin qlomerulonefritdə diurezin azalması nə vaxt baş verir?
A) Xəstəliyin əvvəlində

B) Variantların hamısı düzdür

C) Xəstəliyin kəskin dövründə

D) Xarakterik deyil

E) Xəstəliyin aktivliyinin azalması dövründə
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
677) Kəskin qlomerulonefritli xəstədə ürəyin genişlənməsi, çapma ritmi, hidroperikardit, ağ ciyər ödemi, qara ciyər böyüməsi hansı halları göstərir?
A) Bütün sadalananları

B) Qan dövranı çatışmazlığını

C) Na+ ekskresiyası ilə əlaqədar hipervolemiyanı

D) Yüksək arterial təzyiqin miokardın funksiyasına təsirini

E) Miokardın birincili zədələnməsini
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
678) Göstərılənlərdən hansı tez inkişaf edən qlomerulonefritə aid deyil?
A) Mikroskopik periarterit zamanı qlomerulonefrit

B) Lipoid nefroz zamanı qlomerulonefrit

C) İdiopatik anti- yumaqcıq bazal membranın (YBM) nefriti zamanı qlomerulonefrit

D) Vegener qranulomatozu zamanı qlomerulonefrit

E) Qudpasçer sindromu zamanı qlomerulonefrit
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
679) Qlomerulonefritin hansı simptomları onun tez proqressivləşən inkişafını göstərir?
A) Yüksək hipertenziya

B) Xəstəliyin başlanmasından tez inkişaf edən retinopatiya qişanın ayrılması ilə

C) Qısa (bir neçə həftə,ay ) müddətində böyrəklərin funksiyasının enməsi

D) Bir il müddətində uremiyanın inkişafı

E) Bütün sadalananlar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
680) Hal hazırda nefrologiyada qlomerulonefritlərin müalicəsində istifadə olunan kortikosteroidlər hansıdır?
A) Deksametazon

B) Kortizon

C) Hidrokortizon asetat

D) Triamsinolon

E) Prednizolon
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
681) Qlomerulonefritlərin müalicəsində sitostatiklərin təyininə göstəriş nədir?
A) Qlükokortikoid terapiyanın təyini az effektiv olduqda

B) Qlükokortikoid terapiyanın fəsadları zamanı

C) Qlükokortikoid terapiyanın təyini şübhəli olduqda

D) Hipertenzion sindromun mövcudluğu

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
682) Qırmızı qurd eşənəyində aşkarlanmış LE-hüceyrələri nədir?
A) Nativ DNT qarşı anticismlər

B) Komplementin fraksiyaları

C) Sitoplazmada amorf qaymalarnan yetişmiş neytrofillər

D) Kardiolipinlərə qarşı anticismlər

E) Hüceyrə nüvələrinin parçalanma məhsulu
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
683) Böyrəklərin amiloidozu üçün nə xarakterikdir?
A) Arterial hipertenziya

B) Bütün sadalananlar

C) Rezistent nefrotik sindrom

D) Xroniki böyrək çatmamazlığında böyrəklərin ölçülərinin normada olması

E) Təcrid olunmuş proteinuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
684) Böyrəklərin amiloidozu üçün hansı səciyyəvi deyil?
A) Kanalcıq disfunksiyaları

B) Trombositoz

C) Uremiyada ödemlərin keçməsi

D) ”Kasıb” sidik sindromu

E) Proteinuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
685) Böyrəklərin amiloidozunun diaqnostikasında hansı laborator və instrumental müayinələr istifadə olunur?
A) Sümük iliyinin punksiyası

B) Radioizotop stintioqrafiya

C) Böyrəklərin biopsiyası

D) Bütün sadalananlar

E) Sidiyin, qanın zülallarının elektrofarezi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
686) Diabetik nefropatiyalı xəstənin böyrək funksiyasının azalması ilə arterial təzyiqin müalicəsində hansı qrup diuretiklərə üstünlük verilir?
A) Bütün sadalananlar

B) Tiazidlər

C) İlgəhli

D) Kaliumqoruyucu

E) Tiazidlərəbənzər
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
687) Diabetik nefropatiyalı xəstənin arterial təzyiqinin müalicəsində seçim preperatı hansıdır?
A) Tiazidlərəbənzər diuretiklər

B) β-blokatorlar

C) İmidazolin reseptorlarının aqonistləri

D) AÇF –inhibitorları

E) Ca+ – antaqonistləri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
688) Diabetik nefropatiyalı xəstənin arterial təzyiqinin optimal müalicə sxemi hansıdır?
A) AÇF –inhibitorlar + mərkəzi təsiri preparatları

B) AÇF –inhibitorlar + Ca+ – antaqonistləri

C) Ca+ – antaqonistləri + β-blokatorlar

D) Diuretik + mərkəzi təsiri preparatları

E) AÇF –inhibitorlar + β-blokatorlar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
689) Böyrəklərin xroniki xəstəliklərinin aradan qaldıran risk faktorlarına hansılar aiddir?
A) Bütün sadalananlar

B) Arterial hipertenziya

C) Dizlipidemiya

D) Piylənmə

E) İnsulinrezistentlik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
690) Böyrəyin struktur vahidi nədir?
A) Nefron

B) Şumlyanski-Boumen kapsulası

C) Piramidlər

D) Kanalcıqlar

E) Bütün sadalananlar
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
691) Nefron nədən ibarətdir?
A) Şumlyanski-Bouman kapsulası, Henle ilgəhi

B) Böyrək yumaqcığı + kanalcıqlar + birləşdirici borular

C) Böyrək yumaqcığı + kanalcıqlar

D) Kanalcıqlar + birləşdirici borular

E) Böyrək yumaqcığı + birləşdirici borular
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
692) Nefronun hansı hissəsində Na+-mun reabsorbsiyası baş verir?
A) Bütün şöbələrdə

B) Distal

C) Proksimal

D) Henle ilgəyi

E) Birləşdirici borular
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə