Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Toksiki ur olan xəstədə ürək-damar sistemi tərəfindən olan hansı dəyişikliklər müşahidə olunmur?



Yüklə 1,4 Mb.
səhifə14/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

835) Toksiki ur olan xəstədə ürək-damar sistemi tərəfindən olan hansı dəyişikliklər müşahidə olunmur?
A) Ürək ritminin pozulması

B) Fasiləli ürəkdöyünmə

C) Qanın dəqiqəlik həcminin artması

D) Təngnəfəslik

E) Daimi ürəkdöyünmə
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
836) Toksiki ur olan xəstələrdə ürək-damar sistemi tərəfindən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hansı əlamət rast gəlinmir?
A) Funksional damar küyləri

B) Qan dövranı çatmamazlığı

C) Ürək sərhədlərinin dəyişilməsi

D) Sistolik təzyiqin artması və diastolik təzyiqin azalması

E) Ağır hallarda belə ürək ritminin nadir dəyişiklikləri
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
837) Toksiki ur zamanı miokard infarktının inkişafının nadır hallarda olması nə ilə əlaqədar deyil?
A) Lipid mübadiləsində dəyişikliklər ( b-lipoproteidlərin,xolesterin səviyyəsinin azalması )

B) Trombositlərin aqreqasiyasının artması

C) Qan dövranı hərəkətinin sürətlənməsi

D) Qanın laxtalanma əleyhinə sisteminin aktivliyinin artması

E) Qanın laxtalanma sisteminin aktivliyinin azalması
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
838) Toksiki ur zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)

B) Qəbizlik

C) Mədədə və bağırsqda ağrı tutmaları

D) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)

E) Tez-tez defekasiya aktı
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
839) Toksiki ur üçün aşağıda yazılanlardan hansı xarakter deyil?
A) Qanda TTH səviyyəsinin artması

B) Qanda ümumi T3 artması

C) Qanda ümumi T4 artması

D) Qanda sərbəst T3 artması

E) Qanda sərbəst T4 artması
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
840) Auto-immun tireoidit hansı qalxanvarı vəzin xəstəlikləri ilə birgə rast gəlinə bilər?
A) Bütün xəsləliklər ilə

B) Bədxassəli şişlərlə

C) Diffuz dəyişikliklərlə

D) Düyünlü patologiyalarla

E) Düzgün cavab yoxdur
Ədəbiyyat: В. В. Митькова «Практическое руководство по ультразвуковой диагностике» 2005г.
841) Psevdohipoparatireoz üçün hansı əlamət xarakterik deyil?
A) Ca++ qanda miqdarının artması

B) Hiperfosfatemiya

C) Parathormonun səviyyəsinin dəyişilməməsi

D) Qələvi fosfatazanın aktivliyinin artması

E) Ca++ sidik ilə ekskresiyasının artması ilə
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
842) Qanda Ca++ miqdarının artması zamanı EKQ-də hansı dəyişikliklər müşahidə olunur?
A) Patoloji U dişi

B) Т dişinin yüksəlməsi

C) QT intervalının qısalması(RT)

D) PQ intervalının uzanması

E) Patoloji Q dişi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
843) Hipoparatireozun müalicəsi üçün hansı preparatlardan istifadə olunmur?
A) Kalsitriol

B) Taxistin

C) Kalsitonin

D) Rokatrol

E) 1,25 dioksikalsiferol
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
844) Timomeqaliyanın kliniki simptomlarına hansı aid deyil?
A) Arterial hipertoniya

B) Stridor

C) Perioral sianoz

D) Doğulanda artıq çəki

E) Tərləmə
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2008 г.
845) Timomeqaliyanın müalicəsi zamanı istifadə olan preparatlar hansılardır?
A) Qlükokortikoidlər

B) Ca++ preparatları

C) Antibiotiklər

D) Tireoid hormonlar

E) Antihipertenziv preparatlar
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2008 г.
846) Timomeqaliyanın müalicəsi zamanı istifadə olmayan preparatlar hansılardır?
A) Adaptogenlər

B) Qlisiram

C) Antibiotiklər

D) Askorbin turşusu

E) Qlükokortikoidlər
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2008 г.
847) İnsulin reseptorların sayı hansı hallarda azalır?
A) Hipotireoz və uzun müddət qlükokortikoidlərlə müalicə zamanı

B) 2 tip ŞD və anemiya zamanı

C) Piylənmə, 2 tip ŞD, Akromeqaliya, İtsenko-Kuşinq xəstəliyi və uzun müddət qlükokortikoidlərlə müalicə zamanı

D) Kaxeksiya, 1 tip ŞD və Konn sindromu zamanı

E) İtsenko-Kuşinq xəstəliyi və uzun müddət antihipertenziv müalicə zamanı
Ədəbiyyat: И. И. Дедов, В. В. Фадеев. «Введение в диабетологию. Руководство для врачей» 1998 г.
848) 2 tip şəkərli diabet zamanı müvəqqəti insulinoterapiyaya qöstərişlər?
A) Peroral şəkərsalıcı preparatlara müvəqqəti əks qöstərişlər, uzun müddət sürən iltihabi proseslər

B) Peroral şəkərsalıcı preparatlara mütləq əks qöstərişlər

C) LADA tip ŞD

D) Qeyri-proliferativ diabetik retinopatiya, kiçik cərrahi əməliyatlar, piylənmə

E) C-peptidin miqdarının kəskin azalması
Ədəbiyyat: И. И. Дедов, В. В. Фадеев. «Введение в диабетологию. Руководство для врачей» 1998 г.
849) İnsulin çatışmamazlığı zamanı nə müşahidə olunur?
A) Hipoqlikemiya, keton cismlərinin və qlikogen sintezinin azalması

B) Hiperqlikemiya, keton cismlərinin artması, qlikogen sintezinin azalması

C) Hipoqlikemiya, qlyukaqonun sintezinin artması

D) Hiperqlikemiya, keton cismlərinin yaranmasının və qlikogen sintezinin azalması

E) Qlikogen və qlyukaqonun sintezinin artması
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
850) İnsulin çatışmamazlığı zamanı nə xarakterikdir?
A) Hiperqlikemiya, hipolipoproteinemiya

B) Hiperqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası

C) Efirləşməmiş yağ turşularının əmələ gəlməsi

D) Hipoqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası

E) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
851) Yeniyetmələrdə şəkərli diabet aşağıdakı hansı səbəblərdən yaranır?
A) Hipodinamik həyat tərzi

B) İnsulinə qarşı reseptorların həssaslığının pozulması

C) Anomal quruluşlu insulin sintezi, piylənmə

D) İrsi meyillik, piylənmə

E) Mədəaltı vəzinin virusla zədələnməsi, insulin biosintezinin pozulması, mədəaltı vəzinin autoimmun zədələnməsi
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
852) Şəkərli diabetli xəstələrdə qara ciyərin ölçülərinin böyüməsinin səbəbi nədir?
A) Hepatit

B) Sirroz

C) Diabetik nefropatiya

D) Piy hepatozu

E) Ürək çatışmamazlığı
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
853) Şəkərli diabet zamanı ürək–damar sistemi tərəfindən olan pozğunluqlar hansılardır?
A) Taxikardiya, ortostatik arterial hipotenziya

B) Bradikardiya

C) Ortostatik arterial hipertenziya

D) Bradikardiya

E) Nəbz tezliyinin tənəffüs ritmindən aslılığı
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
854) Daha az antigen xüsusiyyətinə hansı malikdir?
A) Donuz insulini

B) Qoyun insulini

C) İribuynuzlu heyvanların insulini

D) Meymun insulini

E) Balina insulini
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
855) Biquanidlərin təyini aşağıdakı hansı hallarda göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) Kaxeksiya

C) I tip ŞD

D) Diffuz toksiki ur

E) II tip ŞD piylənmə ilə birgə və piylənmə
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
856) Biquanidlərin əlavə təsirinə hansi aid deyil?
A) Taxikardiya

B) Dəri allergiyası

C) Dispepsiya halları

D) Süd turşulu asidoz

E) Ağızda metallik dad
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
857) Piylənmə hansı xəstəliklər üçün risk faktorudur?
A) Böyrək daşı xəstəliyi, pnevmokoniozlar

B) ŞD, İtsenko-Kuşinq xəstəliyi

C) ŞD, ateroskleroz, öd daşı xəstəliyi

D) Xroniki qastrit, xora xəstəliyi

E) Revmatoid artrit, xroniki enterokolit
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
858) Xəstəni hipoqlikemik komadan çıxarmaq üçün təyin edilən vasitə hansıdır?
A) 2 – 3 parça qənd per os

B) Qlükozanın 5% məhlulu d/a

C) Qlükozanın 40% məhlulunun ə/d yeridilməsi

D) Qlükozanın 5% məhlulu ə/d yeridilməsi

E) Qlükozanın 40% məhlulunun v/d yeridilməsi
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
859) İnsulindən aslı olmayan ŞD üçün xarakterik olan əlamət hansıdır?
A) Acqarına qlikemiya 5,5 mmol/l

B) Qlyukozuriya qeyd olunmur

C) Asetonuriya qeyd olunmur

D) Yeməkdən 2 saat sonra qlikemiya 7 mmol/l-dən çox deyil

E) Makroangiopatiyaların inkişaf etməməsi
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
860) Hiperosmolyar hiperqlikemik koma üçün nə xarakterikdir?
A) Hiperosmolyarlıq, hipoqlikemiya, hipernatriyemiya

B) Hiperosmolyarlıq, hipernatriyemiya, hiperqlikemiya

C) Hiponatriyemiya, hiperosmolyarlıq, ketoasidoz

D) Ketoasidoz, hipoosmolyarlıq, hipoqlikemiya

E) Laktatasidoz, Kussmaul tipli tənəffüs
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
861) İnsulindən aslı ŞD xəstələrdə davamlı (dayanaqlı) taxikardiya hansı üçün səciyyəvi deyil?
A) Hipotireoz

B) Hipoxrom anemiya

C) Ürək çatmamazlığı

D) Avtonom neyropatiya

E) Toksiki ur yanaşı xəstəlik kimi inkişaf edərsə
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
862) Şəkərli diabetin diaqnostikasında ən dəyərli üsul hansıdır?
A) Ac qarına qlükozanın təyini

B) HbA1c təyini

C) Qulaq kirində qlükozanın təyini

D) Fruktozaminin təyini

E) Postalimentar qlikemiyanın təyini
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
863) Diaqnostik sınaqların göstəricilərinə nə təsir göstərə bilməz?
A) AT və bədən çəkisi

B) Qanda şəkərin təyin üsulu

C) Qlyukokortikoidlərin, diuretiklərin qəbulu

D) Fiziki aktivlik

E) Qan növü (kapillyar ya venoz)
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
864) İnsulinə qarşı allergiya yaranarsa nə etmək lazımdır?
A) Antihistamin və kortikosteroid terapiya

B) İnsulinin 1 saat ərzində qızdırılması

C) Antibiotikoterapiya

D) İnsulin dozasınım azalması

E) İnsulin dozasının artırılması
Ədəbiyyat: А.Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
865) Samodjı sindromu özünü necə büruzə verir?
A) Diabetin labil gedişatı, gecə vaxtı hipoqlikemiyanın yaranması və bədən çəkisinin artması ilə

B) Diabetin labil gedişatı, gecə vaxtı hipoqlikemiyanın yaranması və bədən çəkisinin itirilməsi ilə

C) Diabetin labil gedişatı, gecə vaxtı hipeqlikemiyanın yaranması və bədən çəkisinin artması ilə

D) Gecə vaxtı hipoqlikemiyanın yaranması və dərinin quruluğu ilə

E) Diabetin stabil gedişatı, gecə vaxtı hipoqlikemiyanın yaranması və bədən çəkisinin artması ilə
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
866) Şəkərsalıcı effektə hansılar malikdir?
A) Qızıl gül yarpaqları

B) Moruq yarpaqları, kəklik otu

C) Arfazetin, zəncirotu, qaragilə yarpaqları

D) İtburnu yarpaqları, çay yarpaqları

E) Zəncəfil yarpaqları, bağa yarpağı
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
867) Sulfanilamid törəməlirinin qəbuluna göstəriş hansılardır?
A) Kaxeksiya

B) Qlükozaya tolerantlığın pozulması

C) İnsulinrezistentlik

D) Şəkərli diabet 2 tip, steroid diabet

E) Şəkərli diabet 1 tip
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
868) Sulfanilamid törəmələrinin təyininə əks göstəriş hansı deyil?
A) Qanın onkoloji xəstəlikləri

B) 2 tip şəkərli diabet

C) Diabetik nefropatiyanın 3 mərhələsi

D) Ketoasidoz

E) Hamiləlik, doğuş və laktasiya
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
869) Biquanidlərin əlavə təsirlərinə hansılar aid deyil?
A) Dispeptik hallar

B) Hiperqlikemiya

C) Süd-turşulu asidoz

D) Dərinin allergik reaksiyası

E) B-12 defisitli anemiya
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
870) Biquanidlərin təyininə əks göstərişlər hansılardır?
A) İnsulinrezistentlik

B) İkincili şəkərli diabet

C) Piylənmə

D) Hamiləlik, ürək çatmamazlığı, ketoasidoz

E) 2 tip şəkərli diabet
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
871) Şəkərli Diabet xəstələrində hamiləliyin saxlanılması üçün göstərişlərin genişlənməsinə nə mümkünat yaradıb?
A) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya

B) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşdırılmaması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya

C) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləlikdən əvvəl metabolizm proseslərin dekompensasiyası, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

D) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

E) Hamiləliyin peroralşəkərasalıcı preparatlarla aparılması, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
872) Hestasion şəkərli diabet üzrə risk qrupuna hansı qadınlar aiddirlər?
A) Bundan öncə hamiləlik zamanı qestasiyon diabet kecirmiş, 4–kq artıq uşaqlar dünyaya qətirmiş və irsiyatda şəkərli diabeti olan qadınlar

B) Bundan öncə hamiləlik zamanı toksikozlar kecirmiş qadınlar

C) 4–kq aşağı uşaqlar dünyaya qətirmiş qadınlar

D) Gec doğan qadınlar

E) Çox cavan qadınlar
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
873) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Təkrari infarktın yaranmaması

B) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlərinin meydana çıxması, tromboemboliyaların yaranması

C) Residivin yaranmaması

D) İnfarktın tipik qedişatı (ağrı ilə)

E) Mikroinfarktlar, aritmiyalar
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
874) Hiperosmolyar koma zamanı ketoasidotik komadan fərqli olaraq hansı simptomlar müşahidə olunur?
A) Ağızdan aseton qoxusu

B) Kussmaul tənəffüsü

C) Asetonuriya

D) Nevroloji simptomatika

E) Normoqlikemiya
Ədəbiyyat: И. И. Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
875) Hiperosmolyar komanın müalicə prinsipləri hansılardır?
A) Hipertonik məhlul, MgSO4 məhlulu, KCl məhlulu

B) 0,45% NaCl məhlulu, KCl məhlulu, insulinoterapiya

C) 0,9% NaCl məhlulu, MgSO4 məhlulu, insulinoterapiya

D) 20% NaCl məhlulu, 40% qlükoza məhlulu, KCl məhlulu

E) 5% qlükoza məhlulu, KCl məhlulu, insulinoterapiya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельнишенко. « Эндокринология» 2004 г.
876) Hiperqlikemik ketoasidotik koma zamanı keçirilən müalicə tədbirləri zamanı vena daxili qlükozanın təyini nə məqsəd daşıyır?
A) Qlikogenezin dayandırılması

B) Ketogenezin dayandırılması

C) Lipolizin stimulyasiyası

D) Qlikogenolizin stimulyasiyası

E) Qlikogenezin stimulyasiyası
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
877) Hipoqlikemik komanın yaranma səbəbləri hansılardır?
A) İnsulin dozasının artıq olması, insulinin hər zaman vurulan dozası ilə yanaşı qidada karbohidratların kəsad olması

B) Ürək-qan dövranının funksiyasının pisləşməsi

C) Qidanın zülal ilə kəsad olması

D) Qidanın yağ ilə kəsad olması

E) İnsulin dozasının azalması ilə yanaşı qidada karbohidratların kəsad olması
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
878) Hipoqlikemik koma zamanı nə müşahidə olur?
A) Komanın tez zamanda inkişafı, hipertermiya, taxikardiya

B) Komanın tədricən inkişafı, hipertermiya,bradikardiya

C) Komanın tez zamanda inkişafı, hipotermiya, taxikardiya

D) Komanın tədricən inkişafı, hipertermiya, taxikardiya

E) Tonik və klonik qıcolmaların yaranmaması
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
879) Hipoqlikemik koma zamanı müalicə tədbirləri hansılardır?
A) Vena daxili Ringer məhlulunun vurulması

B) Vena daxili şırımla 40% qlükoza məhlulunun (40-100 ml) vurulması, vena daxili damcı ilə 5-10% glükoza məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlükaqonun vurulması

C) Vena daxili damcı ilə 0,9% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml noradrenalinin vurulması

D) Vena daxili Hemodez məhlulunun vurulması, vena daxili insulinin vurulması

E) Vena daxili damcı ilə 0,45% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlükaqonun vurulması
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
880) Şəkərli diabet zamanı aterosklerotik dəyişikliklər ən nadir hallarda hansı damarlarda yarana bilər?
A) Dalaq

B) Böyrək

C) Beynin

D) Koronar

E) Aşağı ətrafların
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
881) Diabetik avtonom kardiopatiyanın ən təhlükəli halı hansıdır?
A) Ortostatik hipotenziya

B) Ağrısız miokard infarktı

C) Daimi taxikardiya

D) Fiksə olunmuş ürək ritmi

E) Daimi olmayan taxikardiya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
882) Diabetik neyropatiyanın müalicə prinsiplərinə hansılar aid deyil?
A) Qlikemiyanın dekompensasiyası

B) Qlikemiyanın ciddi kompensasiyası

C) Antioksidantların təyini (A və E vitamini)

D) B-qrup vitaminlərinin təyini

E) Tiokt turşusunun törəmələrinin təyini, nikotin turşusunun təyini
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
883) 1 tip şəkərli diabet üçün nə xarakterikdir?
A) Xəstəliyin kəskin başlanması, qanda insulin miqdarının dəyişilməməsi

B) Xəstəliyin kəskin başlanması, ketoasidoza meyillik, qanda insulin miqdarının azalması

C) İnterkurrent xəstəliklər fonunda insulin tələbatının azalması

D) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, qanda insulin miqdarının azalması

E) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, insulinrezistentlik
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
884) Şəkərli diabetin yaranmasına hansı faktorların təsiri ola bilməz?
A) B-hüceyrələrin proqressiv destruksiyası

B) Genetik meyillilik, erkən metabolik dəyişiliklər

C) İmmunoloji aktivasiya

D) Ətraf mühitin təsiri

E) Alfa-hüceyrələrin proqressiv destruksiyası
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
885) Şəkərli diabet xəstələrində arterial hipertoniyanın müalicəsi üçün seçim preparatları hansılardır?
A) Ürək qlikozidləri

B) APF-inhibitorları

C) B-blokatorlar

D) Nitratlar

E) Diuretiklər
Ədəbiyyat: А. Н. Окороков. « Лечение болезней внутренних органов» 1998 г.
886) Şəkərli diabet zamanı çoxsululuq nəyə gətirib çıxara bilər?
A) Ciftin funksiyasının yüksəlməsi

B) Xorionik qonadotropinin aktivliyinin artmasına

C) Hamiləliyin gedişatının ağırlaşmasına, dölün ölüm ehtimalının artması

D) Hipoinsulinemiyaya

E) Hiperinsulinizmə
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
887) Şəkərli diabet olan analardan doğulmuş uşaqların artıq bədən çəkiləri nə ilə bağlıdır?
A) Cift laktogeninin səviyəsinin azalması ilə

B) Lipogenezin ləngiməsi ilə

C) Dölün hiperinsulinizmi ilə, cift baryerini artıq miqdarda keçmiş qlükoza ilə

D) Dölün hipoinsulinizmi ilə, cift baryerini artıq miqdarda keçmiş qlükoza ilə

E) AKTH-ın miqdarının azalması ilə
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
888) Şəkərli diabeti olan hamilələrdə Kesar əməliyyatına göstərişlər hansılardır?
A) Uşağın atasında şəkərli diabetin olması

B) Dölün kiçik ölçüləri, diabetin stabil gedişatı

C) Diabetik polineyropatiya

D) Dölün böyük ölçüləri, diabetin labil qedişatı, hamiləlik toksikozu

E) Ananın gənc olması
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
889) Hansı preparat bağırsaqlarda qlükozanın sovrulmasını azaldır?
A) Aktos

B) Diabeton

C) Qlibenklamid

D) Qlükobay

E) Amaril
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
890) Böyük cərrahi müdaxilələr zamanı şəkərli diabetli xəstəyə nə təyin olunur?
A) A-qlikozidazanın inhibitorları

B) Sulfanilamid törəmələri

C) İnsulin

D) Tiazolidindionlar

E) Biquanidlər
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
891) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Qlibenklamid

B) Qlürenorm

C) Diabeton

D) Amaril, Diabeton MR

E) Minidiab
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
892) Diabetik “pəncənin” müalicə prinsipləri hansılardır?
A) Diabetin ciddi kompensasiyası, antiaritmik preparatların təyini, qlyukokortikoidlərin təyini

B) Diabetin ciddi kompensasiyası, bronxolitiklərin təyini, polivitaminlərin təyini, tiazolidinlərin təyini

C) Diabetin ciddi kompensasiyası, aminturşularının təyini, tireoid hormonların təyini, biquanidlərin təyini

D) Diabetin ciddi kompensasiyası, antihipertenziv preparatların təyini, immunodepressantların təyini

E) Diabetin ciddi kompensasiyası, angioprotektorların təyini, antibiotiklərin təyini, antiaqreqantların təyini, immunomodulyatorların təyini
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
893) Lipoproteinlərin hansı növləri aterogen sayılmır?
A) Pre - b-lipoproteinlər

B) B-lipoproteinlər

C) A - lipoproteinlər, xilomikronlar

D) Flotirə edici lipoproteinlər

E) Pre - b-lipoproteinlər və B-lipoproteinlər
Ədəbiyyat: В. В. Маршал. «Клиническая биохимия» 1999 г.
894) Hiperlipidemiyaya hansı xas deyil?
A) Hüceyrə membranı və qan ilə oksigen mübadiləsinin pozulması

B) Qanın qatılığının artması

C) Kapillyarlarda qan axınının sürətlənməsi

D) Trombositlərin adheziyasının artması, mikrotrombozların yaranması

E) Kapillyarlarda qan axınının ləngiməsi
Ədəbiyyat: В. В. Маршал. «Клиническая биохимия» 1999 г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə