Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Hüceyrələrdə uzun müddət gedən hemoliz hansı simptomlarla aşkar olunur?



Yüklə 1,4 Mb.
səhifə16/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

968) Hüceyrələrdə uzun müddət gedən hemoliz hansı simptomlarla aşkar olunur?
A) Daxili orqanlarda hemosideroz

B) Qanda leykositoz

C) Sidikdə hemosiderinin olması

D) Öd kisəsində daşın əmələ gəlməsinə meyllilik

E) Qanda sərbəst hemoqlobinin miqdarının çoxalması
Ədəbiyyat: Ф.И. Комаров, А.И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
969) Talassemiyanın konservativ müalicəsində hansı dərmanlar istifadə olunur?
A) Antioksidantlar və desferal

B) Prednizolon

C) Kuprenil

D) Metotreksat və azatioprin

E) Ferrum-Lek
Ədəbiyyat: Ф.И. Комаров, А.И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
970) Hemolitik kriz nə ilə müşahidə olunur?
A) Diffuz sianozla

B) Leykopeniya ilə

C) Periferik qanda retikuloz ilə

D) Huşun itirilməsi ilə

E) Onurğada ağrılarla
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
971) “Orağabənzər hüceyrəli anemiya” hansı dəyişiklərlə təsdiqlənir?
A) Birləşmiş bilirubinin artması

B) Qansızmalarla

C) Limfa düyünlərinin böyüməsi ilə

D) Hemoqlobinin elektroforezi ilə

E) Eritrositozla
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика и лечение внутренних олезней» 1998г.
972) Fermentopatiyaların müalicəsində nə istifadə olunur?
A) Fibrinolizin inhibitorları

B) Antihistamin preparatlar

C) Qeyri steroid dərmanları

D) Dəmirtərkibli dərmanlar

E) Yuyulmuş eritrositlərin transfuziyası
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
973) Dyuke üzrə qanaxma müddətinin uzanması hansı xəstəlikdə müşahidə edilir?
A) Trombositopatiya

B) Hemofiliya B

C) Hemorraqik vaskulit

D) Hemofiliya A

E) X faktorun defisiti
Ədəbiyyat: З. С. Баркаган. «Геморрагические заболевания и синдромы» 1988 г.
974) Qanaxmalarda protrombin kompleksin defektinə görə hansı dərman tövsiyyə olunur?
A) Protamin sulfat 5%

B) έ- aminokapron turşusu

C) Rutin

D) Kalsium tərkibli dərmanlar

E) Vitamin K
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
975) Trombohemorragik sindromda fibrinolizinin yüksəlməsinin qarşısını almaq üçün nə təyin olunur?
A) Vitamin K

B) Kalsiumtərkibli dərmanlar

C) Rutin

D) Protamin sulfat 5%

E) - aminokapron turşusu
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
976) Trombohemorragik sindromun III mərhələsində hansı qrupun preparatları əsasdır?
A) Proteoliz inhibitorları

B) Antioksidantlar

C) Qeyri-steroidlər

D) Antikoaqulyantlar

E) Desaqreqantlar
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
977) Hemofiliya xəstəliyində qanın hansı laxtalanma faktoru çatişmir?
A) XII faktor

B) I faktor

C) V faktor

D) VIII faktor

E) III faktor
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
978) Trombositlərin kritik səviyyəsi hansı rəqəm hesab olunur?
A) 70*109q/l – 100*109q/l

B) 120*109q/l – 100*109q/l

C) 30*109q/l aşağı

D) 380*109q/l - 300*109q/l

E) 80*109q/l aşağı
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
979) Şenlyayn – Qenox xəstəliyində bazis müalicəsi kimi hansı preparatlardan istifadə olunur?
A) Heparin

B) Proteoliz inhibitorları

C) Aspirin

D) Qeyri-steroid

E) Antihistamin
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
980) Randyu – Osler xəstəliyin patogenetik müalicəsi hansıdır?
A) Splenektomiya

B) Yoxdur

C) Qeyri – steroid dərmanları

D) Antikoaqulyantlar

E) Proteoliz inhibitorları
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
981) β - talassemiya diaqnozu hansı analizlə təsdiq olunur?
A) Koaquloqramma ilə

B) Trombositopeniya ilə

C) Pansitopeniya ilə

D) Zərdabda dəmirin artması ilə

E) Fetal hemoqlobin və hemoqlobinin A2 fraksiyası ilə
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
982) «Kəskin leykoz» diaqnozu nəyin əsasında qoyulur?
A) Limfa düyünlərin böyüməsinin

B) Hepatosplenomeqaliyanın

C) Qan azlığının

D) Sitokimyəvi və morfoloji dəyişiliklərin

E) Şikayətlərin
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
983) “Kəskin leykoz” diaqnozunun təsdiqlənməsi nəyə əsaslanır?
A) Eritrositlərin miqdarına

B) Biokimyəvi analizlərin cavabına

C) Mieloqramın cavabına

D) Koaquloqramın cavabına

E) Trombositlərin miqdarına
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
984) “Kəskin leykoz”-un infeksion fəsadları nə ilə bağlıdır?
A) Hemoqlobinin aşağı düşməsi

B) Trombositlərin azalması

C) Qranulositlərin hemoqrammada azalması

D) Qamma –qlobulinlərin yüksəlməsi

E) Leykositoz
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
985) “Xroniki mieloleykoz”-un spesifik markeri hansıdır?
A) Splenomeqaliya

B) Trombositoz

C) Hepatosplenomeqaliya

D) Filadelfiya xromosomu (Phı)

E) Leykoformulada mielositlərin olması
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней.Справочник» 1997г.
986) “Vakez xəstəliyi” hansı xəstəliyə aiddir?
A) Xroniki leykozlara

B) Kəskin leykozlara

C) Böyrək xəstəliyinə

D) Ürək – damar sisteminin xəstəliyinə

E) Tənəffüs sisteminə
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
987) “Xroniki leykoz”-un əsas morfoloji substratını hansı hüceyrələr təşkil edir?
A) Neytrofillər

B) Eozinofillər

C) Leykositlər

D) T – limfositlər

E) B – limfositlər
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
988) Splenektomiya “xroniki limfoleykoz”larda nə vaxt göstərişlidir?
A) Limfovəzilərin böyüməsi

B) Dalağın çoxsaylı infarktı

C) Pansitopeniya

D) Limfo – monositoz

E) Limfositoz
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
989) Xəstənin şikayətləri sümüklərdə ağrılar, spontan sınıqlar, fəqərələrdə, qabırğalarda, bud sümüyündə destruktiv dəyişiliklər, eritrositlərin çökmə sürətinin kəskin artması, pansitopeniya, proteinuriya. Əlavə hansı yoxlama “plazmasitoma” diaqnozu dəqiqləşdiriləcək?
A) Trigliseridlərin çox olması

B) Yüksək sıxlıqlı lipoproteidlərin artmasi

C) Sidiyin xüsusi analizində Bens-Jons zülalı aşkar olunması

D) Biokimyəvi analizdə xolesterinin yüksəlməsi

E) Aşağı sıxlıqlı lipoproteidlərin enməsi
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней .Справочник» 1997г.
990) Bioptatda Berezovski – Şternberq hüceyrələr aşkar olması hansı diaqnozu təsdiqləyir?
A) Villebrand xəstəliyini

B) Valdenstrem makroqlobulinemiyasını

C) Vilson – Konovalov xəstəliyini

D) Xodjkin xəstəliyini

E) Rustitski – Kaler xəstəliyini
Ədəbiyyat: Г. П. Матвeйкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
991) “İnfeksion mononukleoz”un törədicisi nədir?
A) Sitomeqalovirus

B) Trematodlar qrupu

C) Koksaki virusu

D) Helikobakter pylori

E) Epşteyn – Barr virusu
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
992) “İnfeksion mononukleoz”un diaqnozunu təsdiqləmək üçün nə kifayətdir?
A) Limfa vəzinin punksiyası

B) Sitokimyəvi analizi

C) Sidiyin ümumi analizi

D) Sümük iliyin analizi

E) Periferik qanın ümumi analizi
Ədəbiyyat: А. И. Воробьев. «Руководство по гематологии» 1985г.
993) Jilber sindromu hansı patoloji vəziyyətlə müşayət olunur?
A) Daxili qanaxma ilə

B) Assitlə

C) Mexaniki sarılıqla

D) Hemolitik sarılıqla

E) Qara ciyər mənşəli sarılıqla
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
994) Nə zaman normoxrom anemiya qeyd olunur?
A) Eritrositlərin hemoqlobinlə doyması azdır

B) Eritrositlərin hemoqlobinlə doyması kifayyətdir

C) Hipoplastik anemiyada

D) Eritrositlərin hemoqlobinlə doyması artıqdır

E) Nisbi eritrositozda
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
995) Mütləq limfositoz hansı xəstəlikdə baş verir?
A) Vərəm xəstəliyində

B) Allergiyalarda

C) Xroniki limfoleykozda

D) İltihablı xəstəliklərdə

E) Limfoqranulomatozda
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
996) Periferik qanda bakterisid fəaliyətin daşıcısı hansı hüceyrələr hesab olunur?
A) Eozinofillər

B) Bazofillər

C) Neytrofillər

D) Limfositlər

E) Monositlər
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
997) Hansı koaqulopatiyada laxtalanma sistemin VIII faktorun defisiti qeyd olunur?
A) Rozental xəstəliyi

B) Randyu-Osler xəstəliyi

C) Hemofiliya A xəstəliyi

D) Hageman xəstəliyi

E) Kristmas xəstəliyi
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
998) Kəskin qanaxmadan neçə gün sonra anemiya aşkar olunur?
A) Üçüncü gündə

B) Həmin gün

C) On gündən sonra

D) İki həftədən sonra

E) Bir həftədən sonra
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
999) Periferik qanda retikulositlərin sayı normada nə qədərdir?
A) 2-10 ‰

B) 4-5 faiz

C) On faizə qədər

D) 1-2 faiz

E) 2-3 ‰
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
1000) Vitamin E defisiti hansı patoloji vəziyyətə gətirib çıxarır?
A) Hemorragiyaya

B) Hemolitik anemiyaya

C) Qanaxmaya

D) Trombogen vəziyyətə

E) Aplastik anemiyaya
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
1001) Hansı xəstəlikdə oynaq boşluğuna qansızma nəticəsində hemartroz əmələ gəlir?
A) Şenleyn-Qenox xəstəliyində

B) Reyter xəstəliyində

C) Verlhof xəstəliyində

D) Hemofiliya xəstəliyində

E) Revmatizmdə
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
1002) Hemotransfuziyadan əvvəl həkim hansı müayinələri mütləq aparmalıdır?
A) Sadalanan müayinələrin hamısını

B) Donorun qan qrupu və konteynerin etiketindəki məlumatları tutuşdurulmalı

C) Bioloji sınağı aparmalı

D) ABO və rezus faktor üzrə donor və resipientin uyğunluq sınağı

E) ABO sistemi üzrə resipientin qan qrupu və rezus faktoru xəstəlik tarixindəki məlumatlarla tutuşdurulmalı
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
1003) Aşağıda göstərilənlərin hansı transfuziyadan sonra mütləq edilməlidir?
A) Sadalananların hamısı

B) Transfuziyanın səhərisi gün qan və sidiyin analizi olunmalıdır

C) Transfuziyadan sonra 2 sutka ərzində konteyner transfuzion qalıqla soyuducuda saxlanılmalıdır

D) Həkim qan və komponentə göstəriş haqda xəstəlik tarixində qeyd etməlidir

E) Hemotransfuziyadan sonra resipient 2 saat yataq rejimini gözləməlidir
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
1004) Bu praparatlardan hansı dezaqreqasiya məqsədilə istifadə edilir?
A) Reopoliqlükin

B) Ringer-Lok məhlulu

C) 5% - lı qlükoza məhlulu

D) Hemodez

E) Poliqlükin
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
1005) Yuyulmuş eritrositlər necə istifadə olunmalıdırlar?
A) Yuyulduqdan 24 saatdan gec olmadan

B) Yuyulduqdan 36 saatdan gec olmadan

C) Yuyulduqdan 6 saatdan gec olmadan

D) Yuyulduqdan 2 saatdan gec olmadan

E) Dərhal
Ədəbiyyat: Е. Б. Жибурт. «Трансфузиология» 2002г.
1006) Təzə dondurulmuş plazma -180C temperaturunda nə qədər saxlana bilər?
A) 1 il ərzində

B) 3 il ərzində

C) 2 il ərzində

D) 6 ay ərzində

E) 5 il ərzində
Ədəbiyyat: Е. Б. Жибурт. «Трансфузиология» 2002г.
1007) Həyati göstəriş olduqda bu qan qruplarından hansı universal donor qrupu hesab edilir?
A) AB(IV) Rh-

B) A(II) Rh+

C) B(III) Rh+

D) O(I) Rh-

E) O(I) Rh+
Ədəbiyyat: Е. Б. Жибурт. «Трансфузиология» 2002г.
1008) Sadalananlardan hansı dezintoksikasion təsir göstərən preparatlara aiddir?
A) Reopoliqlükin

B) Hemodez

C) Poliamin

D) Disol


E) Reomakrodeks
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.

Bölmə 8. Təcili yardım

1009) Ağ ciyər ödeminin səbəbi miokard infarktı olarsa, nə təyin edilir?
A) Nitratlar

B) Atropin

C) Dopamin

D) Adrenalin

E) Aspirin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1010) Morfinin təsiri zamanı nə xarakterik deyildir?
A) Taxikardiya

B) Qusma mərkəzinin oyanması

C) Tənəffüsün zəifləməsi

D) Vaqotrop effekt

E) Simpatik tonusun azalması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1011) Hansı halda morfinin təyini göstərişdir?
A) Daxili orqanların zədələnməsinə şübhə olduqda

B) Şokla müşahidə olunan travma

C) Kəllə-beyin travması

D) Miokard infarktında ağrı sindromu

E) Ahıl və uşaq yaşları
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1012) Natri oksibutiratla zəhərlənmə zamanı hansı ağırlaşma ola bilər?
A) Halyusinasiya

B) Allergik reaksiya

C) Sayıqlama

D) Larinqospazm

E) Qıcolma
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1013) Oksigen balonunda oksigenin miqdarı necə təyin olunur?
A) Dolu balonun çəkisi ilə

B) Monometr göstəricisinə görə qazın təzyiqi x balonun həcmi

C) Dolu balonun çəkisi- boş balonun çəkisi

D) Balonun həcmi x 500

E) Boş balonun çəkisi x 500
Ədəbiyyat: В.А.Михайлович. «Руководство для врачей скорой медицинской помощи».Медицина.Москва, 1989.
1014) Prozerinin işlədilməsinə əks göstəriş hansıdır?
A) Görmə sinirinin atrofiyası

B) Miopatiya

C) Miasteniya

D) Stenokardiya

E) Qlaukoma
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
1015) Huşsuz vəziyyətdə xəstənin tənəffüs yollarının obstruksiyasına çox vaxt nə səbəb olur?
A) Qusuntu kütləsi

B) Dilin qatlanması

C) Bəlğəm

D) Mədə möhtəviyyatı

E) Yad cisim
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
1016) Görmə sinirinin toksiki neyropatiyası hansı zəhərlənmədə yarana bilər?
A) Parasetamol

B) Barbituratlar

C) Salisilatlar

D) Ürək qlikozidləri

E) Etambutol
Ədəbiyyat: Под ред.Ю.Л.Шевченко, И.Н.Денисова и др.. Клинические рекомендации для практикующих врачей. « ГЕОТАР-МЕД», 2002.
1017) Preaqonal dövrdə hansı tip tənəffüs xarakterik deyil?
A) Tez-tez səthi tənəffüs

B) Çeyn-Stoks tənəffüsü

C) Biot tənəffüsü

D) Kussmaul tipli tənəffüs

E) Hərdən bir dərin tənəffüs
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1018) Terminal vəziyyətin dövrləri hansıdır?
A) Stupor

B) Sopor


C) Preaqonal

D) Koma


E) Kollaps
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1019) Hospitala qədər dövrdə metabolik asidozu aradan qaldırmaq üçün nə istifadə olunur?
A) 0,9%-li natrium-xlor məhlulu

B) 0,45%-li natrium-xlor məhlulu

C) 5%-li qlükoza məhlulu

D) 5%-li natrium-hidrokarbonat məhlulu

E) 10%-li kalsium-qlükonat məhlulu
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург 2007
1020) Hiperkaliemiyanın kliniki əlamətlərinə aid olmayan hansıdır?
A) Ətrafların paresteziyası

B) Süst ifliclər

C) Taxikardiya

D) Bradikardiya

E) Adinamiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1021) Hospitala qədər dövrdə hiperkaliemiyanı aradan qaldırmaq üçün nə istifadə olunur?
A) 5%-li natrium-hidrokarbonat məhlulu

B) 0,45%-li natrium-xlor məhlulu

C) 10%-li kalsium-qlükonat məhlulu

D) 5%-li qlükoza məhlulu

E) 0,9%-li natrium-xlor məhlulu
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1022) Kliniki ölümün əlamətlərinə hansı aid deyil?
A) İri arteriyalarda nəbzin olmaması

B) Huşun itməsi

C) Bəbəklərin genişlənməsi

D) Ürəyin və tənəffüsün dayanması

E) Arterial təzyiqin kəskin azalması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1023) Ürəyin dayanmasını təsdiqləyən ən əsas əlamət hansıdır?
A) Huşun itməsi

B) Dərinin rənginin dəyişməsi

C) İri arteriyalarda nəbzin olması

D) Bəbəklərin genişlənməsi

E) Ürək tonlarının aydın eşidilməsi
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1024) Huşsuz хəstələrdə spеsifik ilk yаrdım mərhələlərinə hansı аid deyil?
A) Dеfibrillyаsiyа

B) Tənəffüs yоllаrının sərbəst kеçiriciliyini təmin еdilməsi

C) Nəbz təyin еdilmirsə, ürək mаsаjınа bаşlаma

D) Vena daxili antiaritmik preparatların yeridilməsi

E) Süni tənəffüsün başlaması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1025) Hipotermiya zamanı kliniki ölümün müddəti necə dəyişir?
A) Dəyişmir

B) 2 dəfə uzanır

C) 2 dəfə qısalır

D) 3 dəfə qısalır

E) 3 dəfə uzanır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1026) Tənəffüs yollarının yad cisimlə obstruksiyası zamanı hansı yardım üsulundan istifadə olunur?
A) Miller

B) Heymlik manevri

C) Safar üsulu

D) Sellik

E) Makintoş
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1027) Hamilə qadınlara Heymlik manevri zamanı təzyiq hara edilir?
A) Döş qəfəsinə, döş sümüyünün üzərinə

B) Göbəklə döş sümüyü arasında, göbəyə yaxın

C) Göbəklə döş sümüyü arasında, döş sümüyünə yaxın

D) Kürəyə

E) Qarına
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1028) Kəskin tənəffüs çatmamazlığında cəld intubasiya zamanı ən çox istifadə olunan dərman preparatları hansıdır?
A) Qanqlioblokatorlar, vazodilatatorlar

B) Miorelaksantlar, analgetiklər

C) Neyroleptiklər, analgetiklər

D) Sedativ preparatlar, analgetiklər, miorelaksantlar

E) Sedativ preparatlar, miorelaksantlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
1029) II dərəcəli kəskin tənəffüs çatmamazlığında xəstədə nə müşahidə olunur?
A) Sayıqlama, qallusinasiya, taxipnoe dəq 35-40, Pa O2=60 ml.c. süt.

B) Kloniki və toniki qıcolmalar, taxipnoe dəq 40-dan çox, sonra bradipnoe (8-10), Pa O2=40 ml c.süt.

C) MSS-də ağır pozğunluqlar, taxipnoe dəq 35-40, Pa O2=60 ml c.süt.

D) Akrosianoz, taxipnoe dəq 25-30, Pa O2=70 ml c.süt.

E) Sianoz, köməkçi əzələlərin iştirakı ilə tənəffüs, taxipnoe dəq 30-40, nəbz dəq 120-140, Pa O2=60 ml.c.süt.=89%
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
1030) Ağ ciyərlərin süni ventilyasiyasına göstəriş hansıdır?
A) Bronxospazm

B) Sağ mədəcik çatışmamazlığı

C) Taxipnoye 1 dəq 30-40

D) Miokard infarktı

E) Apnoye
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
1031) Rentgenoloji müayinədə “ləkəli qar lopası” hansı patologiyada müşahidə olunur?
A) Pnevmoniya

B) Ağ ciyər arteriyasının tromboemboliyası

C) Ağ ciyər ödemi

D) Bronxial astma

E) ”Şok ağ çiyəri”
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1032) Gərginlik pnevmotoraksı zamanı həkimin taktikası necə olmalıdır?
A) 7-8-ci qabırğa arasında punksiya

B) 4-cü ci qabırğa arasında punksiya

C) Sağ körpücüküstü nahiyyədə punksiya

D) 2-ci qabırğa arasında punksiya

E) Sol körpücüküstü nahiyyədə punksiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1033) Ağ ciyər ödemi zamanı sedasiya məqsədi ilə nəyə üstünlük verilir?
A) Diazepam

B) Fenobarbital

C) Morfin

D) Dimedrol

E) Seduksen
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1034) Ağciyər ödemi zamanı maska ilə verilən oksigenin miqdarı nə qədər olmalıdır?

A) 5 l/dəq

B) 6 l/dəq

C) 8 l/dəq

D) 3 l/dəq

E) 2 l/dəq


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə