Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Bronxial astma zamanı bronxial obstruksiya nədən asılı deyil?



Yüklə 1,4 Mb.
səhifə2/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

54) Bronxial astma zamanı bronxial obstruksiya nədən asılı deyil?
A) Bronx mənfəzinin özülü ifrazatla tutulması

B) Bronxların selikli qişasının iltihabi ödemi

C) Bronxospazm

D) Çıxışda xırda bronxların yapırxması

E) Surfaktant ifrazının pozulması
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
55) Bronxial astamanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Metilksantinlər

B) β2-adrenoreseptor blokatorları

C) Membran stabilləşdirici preparatlar

D) Qlükokortikoid hormonlarının inhalyasiyası

E) β2-aqonistlər
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
56) Bronxial astma tutması zamanı xəstələrin əsas ölüm səbəbi hansıdır?
A) Generalizə olunmuş bronxospazm

B) Bronxların selikli qişasının generalizə olunmuş ödemi

C) Bronx mənfəzinin özülü sekretlə generalizə olunmuş tutulması

D) Ağ ciyərlərin kəskin şişməsi

E) Ağ ciyər ödemi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
57) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Bilavasitə bronxların saya əzələsinə təsir etməklə

B) Azan sinirin tonusunun azaldılması ilə

C) Histaminin blokadası

D) Bronxların β2-adrenoreseptorlarının selektiv oyandırılması ilə

E) Bronxial ağacın α-reseptorlarını blokada etməklə
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
58) Bronxoektaz xəstəliyinin diaqnostikasında yüksək informativ müayinə üsulu hansılardır?
A) Bronxoqrafiya

B) Spiroqrafiya

C) Ağ ciyərlərin kompüter tomoqrafiyası

D) Bəlğəmin ümumi analizi

E) Ağ ciyərlərin rentgenoskopiyası
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика заболеваний внутренних органов» 2001 г.
59) Astmatik statusun birinci mərhələsini bronxial astma tutmasından fərqləndirən əsas kliniki əlamət hansıdır?
A) Ekspirator boğulmanın ağırlığı

B) Xəstənin məcburi vəziyyəti

C) Nəzərə çarpan sianoz

D) Eufillin v/d yeridilməsinin qeyri-effektivliyi

E) β2-aqonistlərə qarşı refrakterlik
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
60) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Arterial təzyiqin yüksəlməsi

B) Sianozun artması

C) Başlanğıcda ağ ciyərlərdə eşidilən quru xırıltıların yox olması

D) Taxikardiya

E) Təngnəfəsliyin artması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
61) Astamtik statusun proqressivləşməsi nəticəsində “lal ağciyər” sindromunun inkişafı zamanı nəyi etmək lazım deyil?
A) Peroral və v/d yeridilən qlükokortikoid hormonlarının miqdarını artırmaq

B) Natrium hidrokarbonat yeritməklə infuzion terpiyadan istifadə etmək

C) Beta2-aqonistlərin dozasını artırmaq

D) Bronxoskopiya etmək

E) Bronxoalveolyar lavaj etmək
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
62) Pnevmoniyalı xəstələrdə ağ ciyər auskultasiyası zamanı nə aşkar etmək olmaz?
A) Xırıltı olmadığı halda tənəffüsün çətinləşməsi

B) Xırda qovuqcuqlu yaş və möhkəmlənən xırıltılar

C) Quru xırıltı

D) Plevranın sürtünmə küyü

E) İri qovuqcuqlu yaş xırıltı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
63) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Bağırsaq çöpü

B) Pnevmokokk

C) Streptokokk

D) Klebsiella

E) Stafilokokk
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
64) Xəstəxana daxili pnevmoniyanın törədiciləri əksər hallarda hansıdır?
A) Stafilokokk

B) Mikoplazma

C) Klebsiella

D) Pnevmokokk

E) Xlamidiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
65) Yaşlı şəxslərdə xəstəxana daxili pnevmoniyanın törədiciləri əksər hallarda hansıdır?
A) Klebsiella

B) Protey

C) Pnevmokokk

D) Xlamidiya

E) Mikoplazma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
66) Xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərdə pnevmoniyanın törədicisi çox vaxt hansı olur?
A) Streptokokk

B) Bağırsaq çöpü

C) Stafilokokk

D) Klebsiella

E) Pnevmokokk
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
67) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Klebsiella

B) Mikoplazma

C) Bağırsaq çöpü

D) Pnevmokokk

E) Pnevmosista
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
68) Qripp epidemiyası zamanı pnevmoniya hansı törədici tərəfindən yaranır?
A) Bağırsaq çöpü

B) Klebsiella

C) Pnevmokokk

D) Pnevmosista

E) Mikoplazma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
69) Pnevmoniyanın müalicəsində antibiotik seçərkən ilk növbədə nəyi nəzərə almaq lazımdır?
A) Xəstəliyin müddətini

B) Yanaşı gedən xəstəliyi

C) Xəstəliyin zədələdiyi seqmenti

D) Antibakterial prepartaların keçirilməsinin individuallığını

E) Pnevmoniya törədicisinin xüsusiyyətini
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
70) Pnevmoniyada kombinə olunmuş antibiotik terapiyasına göstərişlər hansı deyil?
A) Törədicinin təbiəti haqqında informasiya olmadığı halda qram-mənfi bakteriyaların iştirakına şübhənin olması

B) Törədicinin təbiəti haqqında informasiya olmadığı halda pnevmoniyanın ağır gedişi

C) Törədicinin təbiəti haqqında informasiya olduğu halda

D) Antibakterial effektin artırılmasına lüzum

E) Qarışıq xarakterli pnevmoniya
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
71) Pnevmokoklu pnevmoniyaya şübhə olduqda nə təyin olunmamalıdır?
A) Eritromisin

B) Streptomisin

C) Oletetrin

D) Penisillin

E) Levomisetin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
72) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Eritromisin

B) Levomisetin

C) Penisillin

D) Seporin

E) Streptomisin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
73) Stafilokokk pnevmoniayası adətən nə zaman inkişaf edir?
A) Şəkərli diabet

B) Xroniki bronxit zamanı

C) Qripp zamanı

D) Stasionar xəstələrində

E) Yaşlı şəxslərdə
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
74) Ağ ciyər toxumasında çox saylı destruktiv ocaqların olması ilə müşayiət olunan ikitərəfli stafilokok pnevmoniyasının patogenetik müalicəsi ilə yanaşı nə təyin olunmur?
A) Heparin infuziyaları

B) İmmunoqlobulin preparatlarının v/d yeridilməsi

C) Plazmaferez

D) Yeni dondurulmuş plazma transfuziyaları

E) Qlükokortikoid hormonların parenteral yeridilməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
75) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Bədən hərarətinin normallaşmasından 2 gün sonra

B) EÇS-nin normallaşmasından sonra

C) Müalicəyə başlayandan 1 həftə sonra

D) Ağ ciyərlərdə xırıltılar yox olandan sonra

E) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
76) Hamilə qadınlarda pnevmoniyanın müalicəsi zamanı nə təyin etmək olmaz?
A) Penisillin

B) Sefaloridin

C) Ampisillin

D) Amoksisillin

E) Tetrasiklin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
77) Kəskin ağ ciyər absesinin əmələ gəlməsində əsas rolu hansı faktorlar oynamır?
A) İrinli infeksiya və spor əmələ gətirməyən anaeroblar

B) Stafilokok infeksiyası

C) Bronxial drenajın pozulması

D) Ağ ciyər əleyhinə antitellərin əmələ gəlməsi

E) Ağız-udlaq seliyinin aspirasiyası
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
78) Kəskin abses və qanqrena törədiciləri ağ ciyər toxumasına adətən hansı yolla keçirlər?
A) Yaxınlıqda olan orqan və toxumalardan

B) Bronxlarla

C) Qan damarları ilə

D) Limfatik damarlarla

E) Ağ ciyərin yaralanması zamanı
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
79) Kəskin ağciyər absesinin əsas və daha çox yaxşı nəticə verən müalicə metodlarına hansı aid deyil?
A) Antibakterial və antiseptik preparatların yerli istifadəsi ilə sanasion bronxoskopiya

B) Antibiotiklərin v/d yeridilməsi

C) Döş qəfəsindən irinin kateterizasiyası

D) Traxeyadan irinin kateterizasiyası

E) İrinin transtorokal punksiysaından sonra boşluğun yuyulması və oraya dərman maddələrinin yeridilməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
80) Ağciyərin xroniki absesi nə ilə ağırlaşa bilməz?
A) Sepsis və metastatik abses

B) Daxili orqanların amiloidozu

C) Ağciyər-ürək çatmamazlığı

D) Qanhayxırma və ağciyər qanaxması

E) Emfizema
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
81) Ağciyər qanqrenasını kəskin absesdən nə ilə fərqləndirmək olmaz?
A) Xəstəliyin törədiciləri ilə

B) Ağciyərlərdə iltihabi-nekrotik prosesin məhdudlaşmasının kliniki və rentgenoloji əlamətlərinin olmaması

C) Ağciyərlərdə gedən ilitihabi-nekrotik dəyişikliklərin destruktiv proseslərdən üstün olması

D) Çox vaxt ağırlaşmaların qoşulması – qanhayxırma və ağciyər qanaxması, kəskin pnevmotoraks, ürək-damar çatmamazlığı

E) Ağciyərlərdə irinli-nekrotik prosesin proqressivləşməsi ilə xəstəliyin ağır gedişi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
82) Bronxoektatik xəstəlikdən əziyyət çəkən xəstələrin adətən hansı şikayətləri olmur?
A) Qızdırma, sinədə ağrılar

B) Qanhayxırma, ağciyər qanaxması

C) Çətin,quru öskürək

D) Təngnəfəslik

E) Adətən səhərlər asan ayrılan bəlğəmli öskürək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
83) Bronxoektatik xəstəliyi olan xəstənin bronxlarının auskultasiyası zamanı adətən nə müəyyən olunur?
A) Zədələnmə zonasında daimi olmayan quru xırıltılar

B) Yayılmış yaş xırıltılar

C) Lokal iri və orta qovuqcuqlu xırıltılar, bəzən quru ilə yanaşı

D) Lokal xırda qovuqcuqlu və möhkəmlənən xırıltılar

E) Yayılmış quru xırılıtılar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
84) Aşağıdakılardan hansı bronxoektatik xəstəliyin diaqnostikasında həlledici məna kəsb edir?
A) Kliniki-rentgenoloji müayinə

B) Bronxoskopiya

C) Pulmonoqrafiya

D) Bronxoqrafiya

E) Angioqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
85) Bronxoektaziya xəstəliyin ağırlaşmasına hansı ola bilməz?
A) Qanhayxırma və ağciyər qanaxması

B) Daxili orqanların amiloidozu

C) Plevra empieması

D) Metastatik abses və sepsis

E) Ağciyər-ürək çatmamazlığı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
86) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?
A) Psixo-emosional gərginlik

B) Xroniki soyuqdəymə

C) Alkoqolizm və məişət sərxoşluğu

D) Narkomaniya və toksikomaniya

E) Siqaret çəkmə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
87) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi

B) Bronxial astma

C) Şəkərli diabet

D) Xroniki alkoqolizm

E) Ağciyərlərin xroniki qeyri-spesifik xəstəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
88) 40 yaşından yuxarı kişilərdə ağciyərlərində simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə nəyi istisna etməlidir?
A) Ağciyərin periferik xərçəngi

B) Ocaqlı pnevmoniya

C) Plevrit

D) Ağciyər tuberkuloması

E) Pnevmosirroz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
89) Ağciyərin mərkəzi xərçənginin erkən kliniki simptomu hansıdır?
A) Təngnəfəslik və bədən çəkisinin itməsi

B) Qanhayxırma

C) Ağciyər qanaxması

D) Titrəmə

E) Quru öskürək və ya hərdən tərkibində qan olan selikli bəlğəmli öskürək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
90) Ağciyərin mərkəzi xərçənginin erkən diaqnostikası üçün ən sadə və kifayət qədər informativ üsul hansıdır?
A) Angioqrafiya

B) Bronxoskopiya

C) Döş qəfəsi orqanlarının flüoroqrafiyası

D) Bəlğəmin sitoloji tədqiqatı

E) Döş qəfəsi orqanlarının rentgenoskopiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
91) Quru öskürəkdə uzun müdətli qanhayxırma aşağıdakılardan hansının olmasına şübhə yaratmır?
A) Bronxların xərçəngi

B) Kavernoz vərəm

C) Bronxoektaziya xəstəliyi

D) Sadə bronxit

E) Pnevmokonioz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
92) Əsas və pay bronxların adenomasının əsas diaqnostika üsuluna sadalananlardan hansı aid deyil?
A) Ağciyərlərin auskultasiyası

B) Angiopulmonoqrafiya

C) Bəlğəmin şiş hüceyrələrinə tədqiqatı

D) Rentgenotomoqrafik müayinə (ağciyər kökündən kəsiklərlə)

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
93) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsvermədə

B) Bütün nəfəsalmada və nəfəsvermədə

C) Nəfəsalmada və nəfəsvermənin birinci ücdə birində

D) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində

E) Nəfəsalmada
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
94) Ağciyərlərin emfizeması zamanı hansı tənəffüs eşidilir?
A) Sakkadə olunmuş

B) Bronxial

C) Zəif vezikulyar

D) Vezikulyar

E) Güclənmiş vezikulyar
Ədəbiyyat: А. Л. Гребенев «Пропедевтика внутренних болезней» 2001г.
95) Hansı xəstəlik üçün krepitasiya xarakterikdir?
A) Kiçik qan dövranında durğunluq

B) Bronxial astma

C) Krupoz pnevmoniya

D) Ağciyərlərin emfizeması

E) Ağciyərlərin absesi
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г
96) Krupoz pnevmoniya üçün xarakterik olan perkutor səs hansıdır?
A) Küt timpanit

B) Metal


C) Küt

D) Timpanik

E) Qutu
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
97) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada

B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

C) Bütun nəfəsalmada və nəfəsvermədə

D) Nəfəsvermədə

E) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
98) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Ağciyər absesində

B) Bronxitdə

C) Bronxial astmada

D) Ağciyərin emfizemasında

E) Ocaqlı pnevmoniyada
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
99) Səs titrəməsinin zəifləməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyər absesi

B) Bronxoektaziya

C) Krupoz pnevmoniya

D) Eksudativ plevrit

E) Ocaqlı pnevmoniya
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
100) Səs titrəməsinin güclənməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyərin absesinin boşluq mərhələsi

B) Hidrotoraks

C) Bronxial astma

D) Qapalı pnevmoniya

E) Ağciyərlərin emfizeması
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
101) “Auqmentin” preparatının tərkibi nədir?
A) Ampisillin + Oksasillin

B) Amoksisillin + Klavulan turşusu

C) Ampisillin + Klavulan turşusu

D) Oleandomisin + Tetrasiklin

E) Ampisillin + Na sulbaktam
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
102) Diaqnostika məqsədilə planlı bronxofibroskopiyaya nə vaxt göstərişdir?
A) Qırtlağın stenozu

B) Profuz ağciyər qanaxması

C) Krupoz pnevmoniya

D) Ağciyərlərin mərkəzi və periferik şişləri

E) Astmatik vəziyyət
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
103) Hansı xəstəlik bronxoskopiyaya mütləq əks göstərişdir?
A) Krupoz pnevmoniya

B) Xroniki bronxit

C) Bronxogen xərçəng yayılmış metastazlarla

D) Bronxların yad cismi

E) İnsult
Ədəbiyyat: А. Н.Окороков. «Диагностика болезней внутренних органов» 2001
104) Selikli-qanlı bəlğəm hansı xəstəliyin əlamətləri üçün xarakterikdir?
A) Ağciyərin bronxogen xərçəngi

B) Kəskin traxeobronxit

C) Ağciyər vərəmi

D) Bronxopnevmoniya

E) Xroniki bronxit
Ədəbiyyat: А. Н.Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
105) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyərin qanqrenası

B) Ağciyər xərçəngi

C) Bronxial astma

D) Bronxit

E) Krupoz pnevmoniya
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
106) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Ağciyər absesi

B) Ağciyər ürəyi

C) Bronxial astma

D) Xroniki bronxit

E) Krupoz pnevmoniya
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
107) Göstərilən amillərdən hansı EÇS-nin artmasına təsir göstərə bilər?
A) Qanda qlobulinlərin miqdarının azalması

B) Qanda eritrositlərin sayının artması

C) Qanda fibrinogenin miqdarının azalması

D) Qanda albuminlərin artması

E) Qanda öd turşularının artması
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
108) İltihabın kəskin formasında zülalların əsas kütləsi aşağıdakı hansı fraksiyaya aiddir?
A) G-qlobulinlər

B) A2-qlobulinlər

C) Al və A2-qlobulinlər

D) Al-qlobulinlər

E) S-qlobulinlər
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
109) Tranzitor leykopeniya aşağıdakı hansı vəziyyətlərdə

baş vermir?
A) Alimentar çatmamazlıq

B) Dərman preparatlarının uzun müddətli qəbulu

C) Terapiya məqsədilə şüanın verilməsi

D) Həddən artıq fiziki yükləmə

E) Bütün cavablar səhvdir
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
110) Hansı antibakterial preparat hamilələrdə döl üçün daha çox təhlükəsiz hesab olunur?
A) Tetrasiklin

B) Levomisetin

C) Ampisillin

D) Vankomitsin

E) Gentamitsin
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия заболеваний органов дыхания» 2004 г.
111) Ağ çiyərlərdə əsasən tənəffüs yollarının distal hissələri və parenximasının zədələnməsi, emfizemanin yaranması ilə müşayət olunan, hava axını sürətinin tam bərpa edilməyən məhdudlaşması ilə xarakterizə olunan hansı xəstəlikdir?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

B) Qrip


C) Kəskin xəstəxanadaxili pnevmoiya

D) Ağ ciyərlərin vərəmi

E) Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyası
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
112) Hansı ağ ciyər xəstəliyində obstuksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur?
A) Ağ ciyərlərin vərəmi

B) Plevritlər

C) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

D) Kəskin xəstəxanadaxili pnevmoiya

E) Sarkoidoz
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
113) Hansı ağ ciyər xəstəliyi öskürək, bəlğəmin ifrazı, təngənəfəsliyin artması ilə

müşayiət olunur, hava axını surətinin tam bərpa edilməyən məhdudlaşması ilə xarakterizə edilir, proqressivləşir, xroniki tənəffüs çatışmazlığı və xroniki ağ çiyərin formalaşması ilə nətiçələnir?
A) Ağ ciyərlərin vərəmi

B) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

C) Kəskin xəstəxanadan kənar pnevmoniya

D) Bronxial astma

E) Kəskin bronxit
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
114) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq dərəcəsinə görə III (ağır) dərəcəsinin xüsusiyətləri hansılardır?
A) FEV1\FVC< 70%, FEV1≥90% (normal göstəricidən)

B) FEV1\FVC< 70%, 50%≤ FVC< 80% (normal göstəricidən)

C) FEV1\FVC< 70%, FEV1< 30% (normal göstəricidən) və ya FEV1< 50% (normal göstəricidən) xroniki tənəffüs çatmamazlığı ilə

D) FEV1\FVC< 70%, 30% ≤ FEV1< 50% (normal göstəricidən)

E) FEV1\FVC< 70%, FEV1≥80% (normal göstəricidən)
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
115) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorlarına hansı aid deyil?
A) Yaş (35 yaşdan yuxarı)

B) Spirtli içkilərdən sui-istifadə

C) İnhalyasion təsirlər

D) Genetik meylilik

E) Qidalanma
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
116) İnhalyasion təsirlər- tütün tüstüsü, peşə tozları ( qeyri və qeyri-üzvi), bioorqanik yanacağın istifadəsi nəticəsində havanın çirklənməsi, atmosfer havasının çirklənməsi kimi risk faktorların hansı xəstəliyin yaranmasında əhəmiyyəti böyükdür?
A) Plevritlər

B) Ağ ciyərlərin vərəmi

C) Kəskin xəstəxanadan kənar pnevmoniya

D) Kəskin bronxit

E) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə