Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnozunun formalaşmasında ağırlıq dərəcələrinə nə aid deyil?



Yüklə 1,4 Mb.
səhifə3/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

117) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnozunun formalaşmasında ağırlıq dərəcələrinə nə aid deyil?
A) Çox ağır dərəcəli

B) Yüngül dərəcəli

C) Orta ağır dərəcəli

D) Remissiya

E) Ağır dərəcəli
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
118) Ağır gedişli ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Aşıq- baldır oynağının ödemi

B) Öskürək bayılmaları (sinkope)

C) İnspirator təngnəfəslık

D) Öskürək nəticəsində qabırğaların sınığı

E) Çəkinin azalması, anoreksiya
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
119) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası

tam aydinlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız

nədən ibarətdir?
A) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

B) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

C) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

D) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması

E) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
120) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin emfizematoz formasına hansı klinik xüsusiyyət daxil deyil?
A) Dərinin və selikli qişaların çəhrayı –boz rəngi

B) Kaxeksiya

C) Ağ ciyərlərin emfizeması

D) Bəlğəmin hipersekresiyası

E) Təngnəfəslik və öskürək
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
121) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı hansı laborator – instrumental üsullar məqsədəuyğun deyil?
A) Qanın klinik analizi

B) EKQ


C) Bədən çəkisinin indeksinin ölçülməsi

D) α-antitripsin defisiti testi

E) KT
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
122) Aşağıda göstərilən xəstəliklərdən, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi diferensial diaqnozu əsasən hansı ilə aparılır?
A) Obliterasiya edici bronxiolit ilə

B) Bronxial astma ilə

C) Vərəm ilə

D) Bronxoektaziya xəstəliyi ilə

E) Diffuz panbronxiolit ilə
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
123) Aşağıdakılardan hansı ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Simptomların yüngülləşdirilməsi

B) Xəstəliyin tam müalicəsi

C) Fiziki gərginliyə tolerantlığın artması

D) Ölüm hallarının azaldılması

E) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
124) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısa müddətli β2-aqonistlərə hansı aid deyil?
A) Levabuterol

B) Formoterol

C) Fenoterol

D) Salbutamol

E) Terbutalin
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
125) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısa

müddətli antixolinergik preparatlara hansı aiddir?
A) Levabuterol

B) Aminophilin

C) Budesonid

D) Teophilline

E) Oxitropium bromid
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
126) Təngənəfəsliyin güclənməsi, məsafədən xırıltıların eşidilməsi və güclənməsi, döş qəfəsində sıxılma hissi, fiziki gərginliyə tolerantlığın azalması, öskürəyin intensivliyinin və bəlğəmin rənginin, qatılığının dəyişməsi, miqdarının artması.

Qandakı qazların funksiyası pisləşir, hipoksemiya əmələ gəlir. Hansı xəstəliyin əlamətləridir?
A) Kəskin bronxit

B) Plevritlər

C) Kəskin xəstəxanadaxili pnevmoniya

D) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

E) Bronxial astma
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
127) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin qeyri – farmokoloji müalicəsində hansı üsullardan istifadə olunmur?
A) Qidalanma statusunun qiymətləndirilməsi və korreksiyası

B) Reabilitasiya

C) Stoks yaxalığı

D) Oksigenoterapiya

E) Cərrahi müalicə
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
128) Təngnəfəslik yalnız gərgin fiziki aktivlik zamanı əmələ gəlir.

Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyində təngnəfəsliyin qiymətləndirilməsi şkalasına görə hansı dərəcəyə aid edilir?
A) Çox ağır dərəcə

B) Ağır dərəcə

C) 1 - ci dərəcə

D) Orta - ağır dərəcə

E) Yüngül dərəcə
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
129) Xəstədə: qızdırma - 38◦, üşütmə, bəlğəmli öskürək, təngnəfəslik. Auskultasiyada: lokallaşmış xırıltılar. Rentgen müayinəsi zamanı yeni kölgə aşkar olunur. Pasiyent simptomların başlanmasından 3 gün əvvəl ayrı səbəbdən xəstəxanaya yerləşdirilmişdir. Xəstəyə hansı diaqnoz qoyula bilər?
A) Xəstəxana daxili pnevmoniya

B) Kəskin respirator infeksiya

C) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

D) Xəstəxanadan kənar yoluxmuş pnevmoniya

E) Qizilca
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
130) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması ücün simptomların başlanmasından necə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 10 gün

B) 2 gün


C) 5 gün

D) 14 gün

E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
131) Streptococcus pneumoniae qarşı rezistentliyin yaranmasında hansı aşağıdakı risk faktorları əhəmiyyətli deyil?
A) Son 3 ay ərzində beta-laktamin/makrolid/xinolonlardan istifadəsi

B) İmmunosupressiv vəziyyət

C) Yaşın 60-dan yuxarı olması

D) Cins


E) Alkoqolizm
Ədəbiyyat:
132) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı

xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Xroniki qandövranı çatmamazlığı

B) Qırmızı qurd eşənəyi

C) Ağ ciyərlərin vərəmi

D) Plevranın şişləri

E) Bronxların adenokarsinoması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
133) Xəstəxanadan kənar pnevmoniyanın diaqnostikası zamanı anamnez topladıqda hansı risk faktorların aşkarlanması əhəmiyyətlidir?
A) Siqaret çəkmə

B) Kortikosteroidlərin uzunmüddətli istifadəsi

C) Qaraciyər və böyrək çatışmazlığı

D) Soyuqlama

E) Qidalanma
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
134) Xəstəxanadan kənar pnevmoniya diaqnozu güman edilib xəstəxanaya yerləşdirilən pasiyentlərə hansı şərtdə torakosentez nəzərdən keçirilir?
A) Plevral eksudatın həcmi çox olan xəstələrdə

B) Pasiyent uzun müddət oksigen alarsa

C) Ağır və aydın olmayan hallarda

D) Arterial qanda qazların ölçüsü: Sat O2 < 90%

E) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olarsa
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
135) Pasient ilk gün ərzində az produktiv öskürək, 2-4 gün ərzində selikli-irinli bəlğəm ifrazı şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı aşkar edilib: döş qəfəsində ağrı olmur. Hərarət – 37,8°C – dir. TS – də. 20 – dir. ÜDS – 85 – dir.A/T – 115/80 mm c. s. Sianoz yoxdur. Qanın analizində - mütədil leykositoz. Rentgenoloji müayinə - 1 payın 1 seqmenti zədələnmişdir.

Xəstəxanadan kənar pnevmoniyanın diaqnostikası zamanı hansı ağırlıq dərəcəsini təyin edərsiz?
A) Orta yünqül

B) Yünqül

C) Ağır

D) Çox ağır



E) Orta ağır
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
136) Pasient ilk gün ərzində produktiv öskürək, paxır rəngində bəlğəm ifrazı, adinamiya, zəiflik, tərləmə, iştahanın azalması şikayətləri ilə həkimə müraciət edib. Danışığı qarışıq olması nəzərə çarpır. Müayinə zamanı aşkar edilib: döş qəfəsində tənəffüslə əlaqəli lokal ağrı təyin edilir. Hərarət – 39,5°C – dır. TS – də. 40 – dır. ÜDS – 110 – dir.A/T – 90/55 mm c. s. Akrosianoz. Qanın analizində - anemiya, leykositoz ,sola meylilik. Rentgenoloji müayinə - 2 tərəfli zədələnmə (hər tərəfdə 3 seqment).

Xəstəxanadan kənar pnevmoniyanın diaqnostikası zamanı hansı ağırlıq dərəcəsinə aid etmək olar?
A) Orta ağır

B) Orta yünqül

C) Çox ağır

D) Ağır


E) Yünqül
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
137) Pasientdə ilk gün ərzində zəif öskürək, paxır rəngində bəlğəm ifrazı, qusma, huşu dolaşıq olması nəzərə çarpır. Müayinə zamanı aşkar edilib: döş qəfəsində tənəffüslə əlaqəli lokal ağrı. Hərarət – 39,5°C – dır. TS – də. 40 – dır, səthidir. ÜDS – 125 – dir.A/T – 70/45 mm c. s. Diffuz sianoz. Qanın analizində - anemiya, leykopeniya. Rentgenoloji müayinə - aq ciyər toxumasının subtotal zədələnməsi. Xəstəxanadan kənar pnevmoniyanın diaqnostikası zamanı hansı ağırlıq dərəcəsinə aid etmək olar?
A) Orta yünqül

B) Ağır


C) Çox ağır

D) Orta ağır

E) Yünqül
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
138) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsində göstərilənlərin hansı adətən tövsiyə olunmur?
A) Öskürək supressorlarından istifadəsi

B) Hipoksemiya hallarında oksigenlə müalicəsi

C) Empiyema olarsa, drenaj olunması

D) Həcmi çox olan plevral ekssudatın (lateral dekubitusda) drenajı

E) Adekvat hidratasiyanın təmini
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
139) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsində antibakterial preparatlar parenteral yolla təyin edilməsi mütləq deyil?
A) Şəkərli diabet zamanı

B) Yüngül gedişli pnevmoniya

C) Böyrək çatışmazlığ zamanıı

D) Ürək çatışmazlığı zamanı

E) Ağır gedişli pnevmoniya zamanı
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol“ Bakı. 2008
140) Ambulator şəraitdə müalicə olunduqda əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik (SPR) riski olmayan pasiyentlərə hansı dərman vasitəsinin təyini daha cox məqsədəuyğundur?
A) Aztreonam

B) Sefpodoksim

C) Vankomisin

D) Amoksisillin

E) Sefotaksim
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
141) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum necə qün tövsiyə edilir?
A) 2 gün

B) 15 gün

C) 10 gün

D) 5 gün


E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
142) Xəstəxanadan kənar pnevmoniyası olan pasiyent minimum 5 gün ərzində antibakterial müalicə almalıdır. Xəstə neçə saat ərzində afebril olmalıdır?
A) 24 saat

B) 8 saat

C) 10 saat

D) 5 saat

E) 48-72 saat
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
143) Xəstəxanadan kənar pnevmoniya diaqnozu olan xəstənin hospitalizasiyası üçün göstəriş hansıdır?
A) Ağır gedişli pnevmoniyalar (CURB – 65 üzrə hesablama)

B) Pis sosial mühit və tənha xəstələr

C) Ehtimal olunan aspirasiya

D) Sadalanların hamısı

E) 3 gün ərzində aparılan ambulator müalicənin təsirsiz olması
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
144) Xəstəxanadan kənar pnevmoniya zamanı intensiv terapiya blokunda müaliçəyə göstərişlər hansılardır?
A) Septik şok

B) Kəskin ürək çatışmazlığı

C) Sadalanların hamısı

D) Kəskin damar çatışmazlığı

E) Pnevmoniyanın uzun müddət davam etməsi (4 həftədən çox)
Ədəbiyyat: “Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik
145) Hospitalizasiyaya göstərişi olmayan, ağır xəstəxanadan kənar pnevmoniyalı pasiyentin ambulator şəraitdə AB ilə terapiyadan sonra xəstəliyin neçənci günü müalicəni dayandırmaq qərarı verilməsi məqsədəuyğundur?
A) 7- 10 -cu günu

B) 14 -cü gün

C) 6 – 7 - ci günü

D) 5 -6 -cı günü

E) 12 -ci günu
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
146) Xəstəxanadan kənar pnevmoniyanın profilaktikasına hansı aid edilmir?
A) Gigiyenik prosedurlara əməl etməklə (əllərin yuyulması, maskadan istifadə) ambulator müəssisələrdə virus infeksiyalarının yayılmasının qarşısının alınması

B) Aktiv və passiv siqaret çəkmənin dayandırılması

C) Yüksək riskli pasiyentlərdə pnevmokok infeksiyası əleyhinə vaksinasiyanın aparılması tövsiyə olunması

D) Əhalinin bütün təbəqələrini qrip əleyhinə vaksinasiyanın aparılması

E) Reabilitasiya və qidalanma proqramlarının həyata keçirilməsi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
147) Ağ ciyərlərin həyat tutumu hansı hesab edilir?
A) Nəfəs alarkən və nəfəs verərkən havanın həcmi

B) Sakit nəfəsvermədən sonra ağciyərdə qalan havanın həcmi

C) Sakit nəfəsvermədən sonra nəfəs alarkən maksimal havanın tutumu

D) Maksimal nəfəsalmadan sonra nəfəsverərkən maksimal havanın həcmi

E) Bir dəqiqə ərzində ventilyasiya edən maksimal havanın həcmi
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2000 г.
148) Bronxoektaz xəstəliyinin aşkar edilməsi üçün informativ müayinə üsulu hansıdır?
A) Angiopulmonoqrafiya

B) Flüroqrafiya

C) Tomoqrafiya

D) Rentgenoqrafiya

E) Bronxoqrafiya
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2000 г.
149) Plevra boşluğunda mayenin aşkar edilməsi üçün effektiv müayinə üsulu hansı hesab edilir?
A) Tomoqrafiya

B) Rentgenoqrafiya

C) Rentgenoskopiya (adi vəziyyətdə - orta mövqedə)

D) Flüroqrafiya

E) Lateroskopiya (lateromövqedə rentgenoskopiya )
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2000 г.
150) Sarkoidoz xəstəliyi zamanı Lefqren sindromunun əlamətləri hansılardır?
A) Təngnəfəslik, hərarətin yüksək olması, döşdaxili limfa düyünlərinin böyüməsi

B) Təngnəfəslik, öskürək, hərarətin yüksək olması

C) Temperaturun yüksək olması, düyünlü eritema, poliartralgiya, limfoadenopatiya

D) Təngnəfəslik, öskürək, periferik limfa düyünlərinin böyüməsi

E) Təngnəfəslik, öskürək, müxtəlif qrup limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
151) Vərəmin əsas yoluxma yolu hansıdır?
A) Transplasentar

B) Hematogen

C) Aerogen

D) Alimentar

E) Kontakt
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
152) Aşağıdakı kliniki formalardan hansı birincili vərəmə aiddir?
A) Tuberkuloma

B) İlkin vərəm kompleksi

C) İnfiltrativ vərəm

D) Fibroz kavernoz ağ ciyər vərəmi

E) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
153) Epidemioloji təhlükəliliyi daha çox olan vərəmin kliniki forması hansıdır?
A) Fibroz kavernoz ağ ciyər vərəmi

B) Vərəm meningiti

C) Ocaqlı vərəm

D) Tuberkuloma

E) İlkin vərəm kompleksi
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
154) Möhürlənmiş kavernalar vərəmin hansı kliniki forması zamanı olur?
A) Yarımkəskin səpələnmiş ağ ciyər vərəmi

B) İlkin vərəm kompleksi

C) Tuberkuloma

D) İnfiltrativ ağ ciyər vərəmi

E) Kavernoz
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
155) Vərəmə qarşı aparılan spesifik profilaktikaya hansı aiddir?
A) Xlorlu məhsullarla dezinfeksiya

B) Spirtlə dezinfeksiya

C) İzoniazidlə profilaktika

D) KJB vaksinasiya

E) Ftivazidlə müalicə
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.

Bölmə 2. Kardiologiya

156) QT intervalının qısalması nə zaman rast gəlinir?
A) Hipokalsemiya

B) Hipermaqneziemiya

C) Ürək qlikozidləri ilə intoksikasiya

D) Uremiya

E) Ürək vurğularının sayının artması
Ədəbiyyat: I.A. Latfullin. “Kliniki aritmologiya” 2002 il.
157) Sinus bradikardiyası üçün xarakter EKQ?
A) ÜVS< 60

B) QT intervalının qısalması

C) PP və RR intervalının azalması

D) PQ intervalının azalması

E) T dişinin amplitudasının azalması
Ədəbiyyat: V.N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
158) Sinus taxikardiyası üçün xarakter EKQ?
A) QT intervalının uzanması

B) RR və PP intervalının uzanması

C) ÜVS>90 1 dəq-də

D) T dişinin amplitudasının artması

E) PQ intervalının uzanması
Ədəbiyyat: V. N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
159) I tonun komponentləri və onun yaranma mexanizmi?
A) Trikuspidal klapanın bağlanması

B) Mitral qapağın bağlanması

C) Aorta klapanının açılması

D) Yalnız mədəcik əzələlərinin yığılması ilə əlaqədardır

E) Ağciyər arteriyası klapanının açılması
Ədəbiyyat: V. X. Vasilenko. “Daxili xəstəliklərin propedevtikası” 1974 il.
160) II tonun komponentləri və onun yaranma mexanizmi?
A) Mitral klapanın açılması

B) Aorta qapağın bağlanması

C) Yalnız ağciyər arteriyası klapanının bağlanması

D) Trikuspidal klapanın açılması

E) Aorta klapanının açılması
Ədəbiyyat: V. X. Vasilenko. “Daxili xəstəliklərin propedevtikası” 1974 il.
161) Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?
A) 6 mmol/l

B) 5 mmol/l

C) 6,2 mmol/l

D) 7,5 mmol/l

E) 7 mmol/l
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
162) Aterosklerozun korreksiya edilən risk faktoru hansıdır?
A) Anemiya

B) İrsi meyillik

C) İrq

D) Cinsin təsiri



E) Arterial hipertenziya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
163) Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir?
A) Hipoqlikemiya

B) Abdominal piylənmə

C) Aşağı ətraflarda ödem

D) Təngnəfəslik

E) Aritmiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
164) Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Dilyatasion kardiomiopatiya

B) Koronar damarların 70% və daha çox aterosklerotik daralması

C) Kəskin miokardit

D) Mitral qapağın prolapsı

E) Xroniki miokardit
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
165) Gərginlik stenokardiyası olan xəstədə I funksional sinifin təyini (Kanada təsnifatı)?
A) Adi fiziki iş zamanı anginoz tutma başverir

B) Veloerqometrdə 120 w yüklənmə zamanı stenokardiya əmələ gəlir

C) 100-200 m gəzəndə adı templə və yaxud pilləkənlə qalxanda ağrı əmələ gəlir

D) Veloerqometrdə 80 w yüklənmə zamanı stenokardiya yaranır

E) Ağır fiziki gərginlik zamanı stenokardik tutma əmələ gəlir
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
166) Gərginlik stenokardiyasının II funksional sinfinin təyini (Kanada təsnifatı)?
A) Qaçarkən stenokardik tutma əmələ gəlir

B) Adi fiziki iş zamanı anginoz tutma başverir

C) 1 mərtəbədən çox pillələrlə qalxarkən stenokardik tutma əmələ gəlir

D) Ağır fiziki gərginlik zamanı stenokardik tutma əmələ gəlir

E) Veloerqometrdə 120 w yüklənmə zamanı stenokardik tutma əmələ gəlir
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
167) Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır?
A) Stress exo-kardioqrafiya

B) EKQ


C) Koronar angioqrafiya

D) EXO-kardioqrafiya

E) Ssintoqrafiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
168) Hansı əlamət qeyri- stabil stenokardiya üçün xarakterdir?
A) Stenokardiya tutmalarının pilləkanla yavaş qalxarkən baş verməsi

B) Stenokardiya tutmalarının düz yolla sürətlə yeriyərkən baş verməsi

C) Stenokardiya tutmalarının düz yolla yavaş yeriyərkən baş verməsi

D) Stenokardiya tutmalarının adi fiziki iş zamanı baş verməsi

E) Stenokardiya tutmalarının son 2 ayda sayının, müddətinin nəzərə çarpan çoxalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
169) Miokardın ağrısız işemiyanın əsas diaqnostika üsulu hansıdır?
A) Fiziki yüklənmə sınağı

B) EXO-kardioqrafiya

C) EKQ-nin sutkalıq monitorlanması

D) Dipiridamol sınağı

E) Sakitlik zamanı EKQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
170) Prinsmetal stenokardiyanın əlaməti hansıdır?
A) Qadınlarda daha tez-tez rast gəlir

B) Stenokarditik tutmalar yuxuda səhər saatlarına yaxın əmələ gəlir

C) EKQ-da “T” dişciyinin inversiyası

D) Qanda troponinin miqdarı artır

E) Stenokardik tutma emosional gərqinlik zamanı əmələ gəlir
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
171) Əgər sabit gərginlik stenokardiyası arterial hipertenziya ilə müşayət olunarsa, aşağıdakı preparatlardan seçim hansıdır?
A) Angiotenzin II reseptorlarının blokatoru

B) Kalsium antaqonistləri

C) Tiazid diuretikləri

D) AÇF inhibitoru

E) Molsidomin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə