Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Mədəcik üstü aritmiyalar zamanı seçim antianginal preparatı hansıdır?



Yüklə 1,4 Mb.
səhifə4/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

172) Mədəcik üstü aritmiyalar zamanı seçim antianginal preparatı hansıdır?
A) Metoprolol

B) Nitratlar

C) Trimetazidin

D) Amlodipin

E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
173) Kəskin miokard infarktının diaqnostikasında aşağıdakılardan hansı əsasdır?
A) Protrombinin miqdarınn qanda normallaşması

B) ST seqmenti izoxətdə yerləşir

C) Xolesterinin qanda azalması

D) EKQ-də patoloji Q dişinin olması

E) Miokard nekrozunun markeri troponinin miqdarının azalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
174) Sabit stenokardiya zamanı ağrı sindromunun müddəti nə qədərdir?
A) 35 dəqiqəyədək

B) 30 dəqiqəyədək

C) 40 dəqiqəyədək

D) 25 dəqiqəyədək

E) 20 dəqiqəyədək
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
175) Kəskin koronar sindrom zamanı ağrı müşahidə edilərsə seçim preparatı?
A) Analgin

B) Fentanil

C) Baralgin

D) Tramadol

E) Morfi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
176) Kəskin koronar sindrom zamanı ağrı sindromunu götürmək üçün analgin hansı halda seçim preparatıdır?
A) Ağrı sindromu tənəffüs çatmamazlığı ilə getdikdə

B) Kəskin koronar sindromu zamanı istifadəsi məsləhət görülmür

C) Ağrı sindromu sağ mədəciyin infarktı fonunda yaranarsa

D) Ağrı sindromu qlaukoma və sidik ifrazının pozulması ilə müşayət olunarsa

E) Ağrı sindromu zəif təzahür edərsə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
177) Kəskin koronar sindrom zamanı v/d təkrar morfi yeridilməsi ağrını götürmürsə, daha nə məsləhət görülür?
A) Dihidropiridin kalsium antaqonistləri daxilə

B) Beta blokatorlar vena daxilinə

C) Nitratlar per os

D) Nitratlar dil altına

E) Verapamilin venadaxili təyini
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
178) Kəskin koronar sindrom zamanı β-blokatorların təyinatına göstəriş hansıdır?
A) I dərəcəli AV blokada

B) Bradisistolik formalı səyrici aritmiya

C) Kəskin ürək çatmamazlığı

D) Arterial hipotoniya

E) Reflektor sinus taxikardiyası
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
179) Kəskin miokard infarkt zamanı trombolitiklərlə terapiyaya mütləq əks göstəriş hansıdır?
A) Son 6 ayda keçirilmiş insult

B) Tam atrioventrikulyar blokada idioventrikulyar ritmlə

C) Səyrici aritmiya

D) Hipotoniya

E) Ağ ciyərlərin ödemi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
180) Trombolitik terapiyanın effektivliyinin laborator göstəricisi hansıdır?
A) Xolesterinin miqdarının qanda artması

B) Leykositozun azalması

C) Protrombin indeksinin azalması

D) EÇS azalması

E) Kardiospesifik fermentlərin qanda miqdarının sürətlə artması
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
181) Miokard infarktı kəskin perkarditlə fəsadlaşdıqda seçim preparatı hansıdır?
A) Asetilsalisil turşusu

B) Qeyri steroid iltihab əleyhinə dərmanlar

C) Antikoaqulyantlar

D) Narkotiklər

E) Nitratlar
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
182) Hansı preparat qeyri-düz antikoaqulyantlara aiddir?
A) Varfarin

B) Heparin

C) Streptokinaza

D) Fraksiparin

E) Fondaparinuks
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
183) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə seçim preparatı hansıdır?
A) Amiodaron

B) Amlodipin

C) Novokainamid

D) Adenozintrifosfat

E) Nitrosorbid
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
184) Hiperlipidemiyaların hansı tipi daha aterogen sayılır?
A) I tip

B) V tip


C) IV tip

D) II tip

E) III tip
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
185) Hansı ürək qüsuru zamanı gərginlik stenokardiyası ola bilər?
A) Dilyatasion kardiomiopatiya

B) Aorta dəliyinin stenozu

C) Mitral qapağın çatmamazlığı

D) Xroniki miokardit

E) Trikuspidal stenoz
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
186) III funksional sinif stabil gərginlik stenokardiyası zamanı anginoz ağrı nə vaxt əmələ gəlir?
A) Nəzərə çarpan fiziki iş zamanı

B) II mərtəbədən çox qalxarkən

C) II mərtəbəyədək qalxarkən

D) Düz yolda 100-200 m–dək məsafə gedən zaman

E) Sakitlikdə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
187) IV funksional sinif stabil gərginlik stenokardiyanın kliniki əlamətləri hansıdır?
A) Cüzi fiziki iş anqinoz ağrılara səbəb olur

B) Veloerqometrdə 60 w yüklənmə stenokardiya tutulması yaradır

C) Düz yerdə 100-200 m gəzinti anginoz tutuma verir

D) I mərtəbəyədək qalxarkən stenokardiya tutması baş verir

E) 10-12 km/saatda sürətlə velosiped sürmək stenokardiya yaradır
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
188) Hipertrofik kardiomiopatiyanın müalicəsində antianginal seçim preparatı hansıdır?
A) Molsidomin

B) β-blokatorlar

C) Nitratlar

D) Kalsium antaqonistləri

E) AÇF inhibitorları
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
189) Sinus bradikardiyası ilə müşayət olunan stenokardiyanın müalicəsində antianginal preparatın seçimi?
A) Amlodipin

B) Metoprolol

C) Propranalol

D) Verapamil

E) Riboksin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
190) Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır?
A) Mioqlobin

B) Laktatdehidrogenaza

C) Troponin I

D) Alanintransferaza

E) Kreatininfosfokinaza
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
191) Miokard infarktı zamanı qanda troponinin normallaşmasının müddəti nə qədərdir?
A) 5-6 gündən sonra

B) 2-3 gündən sonra

C) 3 həftədən sonra

D) 8-12 gündən sonra

E) 2 həftədən sonra
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
192) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?
A) 1,0 mln V 100 ml 0,9% fizioloji məhlulda həll edib v/d damcı ilə 30-60 dəqiqə ərzində

B) 0,75 mln V 100 ml 0,9% fizioloji məhlulda həll edib v/d damcı ilə 30-60 dəqiqə ərzində

C) 1,5 mln V 100 ml 0,9% fizioloji məhlulda həll edib v/d damcı ilə 30-60 dəqiqə ərzində

D) 3 mln V 100 ml 0,9% fizioloji məhlulda həll edib v/d damcı ilə 30-60 dəqiqə ərzində

E) 0.5 mln V 100 ml 0,9% fizioloji məhlulda həll edib v/d damcı ilə 30-60 dəqiqə ərzində
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
193) ST seqmentinin qalxması ilə gedən kəskin koronar sindrom zamanı aspirinlə birgə hansı preparatlarların təyini məqsədə uyğun deyil?
A) Varfarin

B) Klopidoqrel

C) Statinlər

D) Aşağı molekul çəkili heparinlər

E) Trombolitiklər
Ədəbiyyat: «Kəskin koronar sindrom. Azərbaycan kardioloqlar cəmiyyətinin milli tövsüyyəsi» 2008 il.
194) Kardiogen şok olan xəstələrdə dopaminin infuziyasının maksimal sürəti nə qədərdir?
A) 15 mkq/kq/dəqiqə

B) 25 mkq/kq/dəqiqə

C) 20 mkq/kq/dəqiqə

D) 30 mkq/kq/dəqiqə

E) 7,5 mkq/kq/dəqiqə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
195) Ağ ciyərlərin ödemi zamanı ağ ciyərlərin damarlarında hidrostatik təzyiqin artması hansı patologiyalarda rast gəlir?
A) Tənəffüs mərkəzinin funksiyasının pozulması

B) Nefrotik sindrom

C) Ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri

D) Uremiya

E) Miokard infarktı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
196) Stenokardiyanın diaqnostikasında kurantil sınağına göstəriş hansıdır?
A) Fiziki yüklənmə sınagına əks göstərişlər olması

B) Arterial hipertenziyaların ağır forması

C) Ürək-damar patologiyası ilə yanaşı obstruktiv bronxit olması

D) Taxiaritmiyalar

E) Mədəcikdaxili blokadalar
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
197) Miokardın gizli işemiyası nə ilə xarakterizə olunur?
A) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir

B) Ağrı sindromu aritmiya ilə müşayət edilir

C) ST seqmentinin nəzərə çarpan depressiyası epizodları stenokardiya ağrıları ilə müşayət olunmur

D) Stenokardik tutma ST seqmentinin depressiyası ilə müşayət olunur

E) Ağrı sindromu ST seqmentinin elevasiyası ilə müşayət olunur
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
198) Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır?
A) Nitratlar

B) AGF inhibitorları

C) Kalsium antaqonistləri

D) β-blokatorlar

E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
199) Supraventrikulyar aritmiyalar zamanı antianginal preparatın seçimi hansıdır?
A) Preduktal MR

B) Amlodipin

C) Nitratlar

D) Metoprolol

E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
200) Vazospastik stenokardiya zamanı uzunmüddətli müalicə üçün seçim preparatı hansıdır?
A) Nitratlar

B) β-blokatorlar qeyri selektiv

C) Koraksan

D) β-blokatorlar kardioselektiv

E) Kalsium antaqonistləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
201) Miokard infarktı zamanı kliniki simptomların başlanmasından neçə saatdan sonra qanda troponinlərin səviyyəsi artır?
A) 12 saat

B) 5 saat

C) 24 saat

D) 4 saat

E) 6-8 saat
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
202) ST seqmentinin qalxmaması ilə müşayət olunan kəskin koronar sindromun əlaməti hansı deyil?
A) Sol Hiss dəstəsinin ilk dəfə baş verən blokadası

B) İki qonşu aparmada mənfi T dişinin olması

C) ST seqmentinin 2 mm və daha çox 2 qonşu aparmalarda qalxması

D) Patoloji Q dişinin olması

E) ST seqmentinin 2 və daha çox aparmada 2 mm qalxması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
203) Kəskin koronar sindrom olan xəstələrdə hansı hallarda trombolitiklər təyin edilir?
A) Əgər ST seqmenti iki və daha çox aparmalarda izoxətdən enərsə

B) Əgər T dişi iki və daha çox aparmalarda simmetirik mənfi olarsa

C) Kəskin Q dişli miokad infarktı olan xəstədə xəstəliyin əvvəlindən 24 saat keçəndən sonra

D) Kəskin Q dişli miokard infarktlı xəstələrdə xəstəliyin əvvəlindən 12-18 saat keçəndən sonra

E) Əgər ST seqmenti iki və daha çox aparmalarda izoxətdən yuxarı qalxarsa
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
204) ST seqmentinin qalxması ilə gedən kəskin koronar sindromda birincili percutan koronar müdaxilə nə vaxt aparılır?
A) Xəstəliyin başlanğıcından 48 saat sonra

B) Xəstəliyin başlanğıcının ilk 6-12 saatı ərzində

C) Xəstəliyin başlanğıcından 72 saat sonra

D) Xəstəliyin balanğıcından 24 saat sonra

E) Xəstələrin vəziyyəti stabillişdikdən sonra
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
205) Kəskin koronar sindrom zamanı verapamil və diltiazem qrupu kalsium antaqonistləri hansı hallarda təyin edilir?
A) AV blokada ilə müşayiət edilən kəskin miokard infarktı

B) Ürək çatışmazlığı ilə müşayiət edilən kəskin miokard infarktı

C) Nitratlarla nəzarət edilməyən infarktdan sonraki erkən stenokardiya

D) β–blokatorlarla nəzarət edilməyən infarktdan sonraki erkən stenokardiya

E) Qulaqcıqların fibrilyasiyası olan xəstələrdə, β–blokatorların təyini üçün əks göstərişlər olarsa və ürək çatmamazlığı əlamətləri yoxdursa
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
206) Arterial hipertenziya zamanı hədəf orqanına hansı aid deyıl?
A) Gözün dibi

B) Ürək


C) Qara ciyər

D) Böyrək

E) Beyin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
207) Arterial hipertenziyanın fəsadına hansı aid deyil?
A) Dislipidemiya

B) Koronar çatmamazlıq

C) Böyrək funksiyasının pozulmaları

D) Beyin qan dövranı pozulmaları

E) Xroniki ürək çatmamazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
208) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq qeyri-invaziv müayinə üsulu hansıdır?
A) Auskultasiya

B) Exokardioqrafiya

C) Perkussiya

D) Rentgenoloji müayinə

E) EKQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
209) Hansı β-blokatorda vazodilatator xüsusiyyətləri vardır?
A) Bisoprolol

B) Nadolol

C) Nebivalol

D) Atenolol

E) Propranolol
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002г.
210) AÇF inhibitorlarının spesifik yanaşı effekti hansıdır?
A) Quru öskürək

B) Aşağı ətraflarda ödem

C) Üzün qızarması

D) Dəri səpqisi

E) Ürək döyüntüləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
211) Arterial təzyiqin optimal səviyyəsi neçədir?
A) Sistolik AT 120 mm.c. süt.-dan az, diastolik – 80- mm.c. süt.-dan az

B) Sistolik AT 120 mm.c. süt.-dan az, diastolik – 85 mm.c. süt.-dan az

C) Sistolik AT 140-150 mm.c. süt., diastolik – 94-100 mm.c. süt.

D) Sistolik AT 140-159 mm.c. süt., diastolik – 90-99 mm.c. süt.

E) Sistolik AT 140 mm.c. süt.-dan az, diastolik – 90 mm.c. süt.-dan az
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
212) III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?
A) Sistolik AT 130 mm.c. süt.-dan az, diastolik – 85 mm.c. süt.-dan az

B) Sistolik AT 180 mm.c. süt.-dan az, diastolik – 110 mm.c. süt.-dan az

C) Sistolik AT 140 mm.c. süt.-dan çox, diastolik – 90 mm.c. süt.-dan az

D) Sistolik AT 140 mm.c. süt.-dan az, diastolik – 90 mm.c. süt.-dan az

E) Sistolik AT 180 mm.c. süt.-a bərabər və çox, diastolik – 110- mm.c. süt.-a bərabər və çox
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
213) Arterial hipertenziyalı xəstələrdə hansı müayinə üsulu əsas müayinə üsullarına aid deyil?
A) Göz dibinin müayinəsi

B) Yuxu, böyrək arteriyalarının və aortanın palpasiyası və auskultasiyası

C) ExoKQ

D) Qanın protrombin indeksinin təyini

E) EKQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
214) Hansı müayinə üsulu ikincili arterial hipertenziyanı təsdiqləyir?
A) Exokardioqrafiya

B) Yuxu arteriyalarının doppler müayinəsi

C) Göz dibinin müayinəsi

D) Kortizolun, 17 ketosteroidlərin sutkalıq ekskresiyasının təyini

E) Qanda xolesterinin, triqliseridlərin və qlükozanın miqdarının təyini
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
215) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?
A) Sol mədəciyin hipertrofiyası

B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması

C) Qanda triqliseridlərin miqdarının azalması

D) Şəkərsiz diabet

E) Şəkərli diabet
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
216) Arterial hipertenziyalı xəstələrin müalicəsi zamanı AT endirilməsinin məqsəd səviyyəsi hansıdır?
A) 140/90 mm c.süt.-dan az

B) AT 160/90 mm c.s. kimi tədricən azalması

C) Diastolik AT 94 mm c.s. dək azalması

D) AT 10% azalması

E) Sistolik AT 150 mm c.s. kimi azalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
217) Abdoinal piylənmənin meyarına hansı aiddir?
A) Kişilərin belinin dairəsi 108 sm-dən az, qadınlarda 100 sm-dən az

B) Kişilərin belinin dairəsi 106 sm-dən az, qadınlarda – 80 sm-dən az

C) Kişilərin belinin dairəsi 102 sm-dən çox, qadınlarda – 88 sm-dən çox

D) Kişilərin belinin dairəsi 107 sm-dən az, qadınlarda – 90 sm-dən az

E) Kişilərin belinin dairəsi 110 sm-dən az, qadınlarda – 94 sm-dən az
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
218) Feoxromositoma zamanı baş verən hipertonik krizin müalicəsində seçim preparatı hansıdır?
A) Yüksək selektivlikli β–blokatorlar

B) Fentolamin

C) Seduksen

D) Dibazol

E) Klofelin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
219) Sol mədəciyin sistolik funksiyası pozulmuş xroniki ürək çatmamazlığı ilə müşayət olunan arterial hipertenziyanın müalicəsində seçim preparatı hansıdır?
A) AÇF inhibitorları

B) Ürək qlikozidləri

C) Dihidropridin qrupu kalsium antoqonistləri

D) Nitratlar

E) Diltiazem qrupu kalsium antoqonistləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
220) Periferik arteriyaların obliterə edici xəstəlikləri arterial hipertenziya ilə müşayət olunarsa preparatlardan hansını istifadə etmək olmaz?
A) β-blokatorlar

B) α-adrenoblokatorlar

C) Nitratlar

D) Kalsium antaqonistləri

E) AÇF inhibitorları
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
221) Hansı preparat qrupu hipotenziv preparatların əsas qrupuna aid deyil?
A) AÇF inhibitorları

B) Periferik vazodilatatorlar

C) Kalsium antaqonistləri

D) β-blokatorlar

E) Diuretiklər
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
222) Hansı hipotenziv preparat AÇF inhibitorlara aid deyil?
A) Valsartan

B) Perindopril

C) Kaptopril

D) Ramipril

E) Lizinopril
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
223) Hansı β–blokator antiaritmik təsirə malikdir?
A) Sotalol

B) Metoprolol

C) Nebivolol

D) Nadolol

E) Bisoprolol
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
224) Hansı β-blokator kardioselektiv β–blokatorlara aid deyil?
A) Metoprolol

B) Bisoprolol

C) Karvedilol

D) Nebivolol

E) Atenolol
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
225) Arterial hipertenziyanın müalicəsində hansı preparatların kombinasiyası daha səmərəlidır?
A) AÇF inhibitoru + tiazid diuretikləri

B) β-blokator + kalsium antaqonist (diltiazem)

C) AÇF inhibitoru + α-adrenoblokator

D) β–adrenoblokator+ tiazid diuretikləri

E) β–adrenoblokator+kalsium antaqonist (verapamil)
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
226) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı poza bilər?
A) AÇF inhibitorları

B) Kalsium antaqonistləri

C) Angiotenzin II reseptorlarının blokatorları

D) α-adrenoblokatorlar

E) Tiazid diuretikləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
227) Arterial hipertenziya zamanı mikroalbuminuriyanın əlaməti hansıdır?
A) Sidiklə zülalın çıxışı 1000 mq/gün-dən çox

B) Sidiklə zülalın çıxışı 700 mq/gün-dən çox

C) Sidiklə zülalın çıxışı 300 mq/gün-dən çox

D) Sidiklə zülalın çıxışı 500 mq/gün-dən çox

E) Sidikdən zülalın çıxışı 300 mq/günədək
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
228) Endokrin mənşəli arterial hipertenziya əsasən hansında rast gəlir?
A) Addison xəstəliyi

B) Hipoparatireoz

C) Kuşinq sindromu

D) Hipotireoz

E) Şəkərsiz diabet
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə