Terapiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Pulmonologiya


) Hansı antiaritmik preparat QT intervalının davamını artırır?



Yüklə 1,4 Mb.
səhifə6/20
tarix10.12.2016
ölçüsü1,4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

294) Hansı antiaritmik preparat QT intervalının davamını artırır?
A) Atenolol

B) Kordaron

C) Diqoksin

D) Ancaq novokainamid

E) Ancaq dizopiramid
Ədəbiyyat: V. N. Şestakov. “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999 il.
295) Nyu-York təsnifatında əsasən ürək çatışmazlığının I funksional sinfinə

xas olan simptomlar hansıdır?
A) Adi fiziki yük yorulma, ürəkdöyünmə, təngnəfəsliyə səbəb olur

B) Aşağı ətraflarda ödemlərin olması

C) Adi fiziki yük yorulma, ürəkdöyünmə, təngnəfəsliyə səbəb olmur

D) Orta intensivlikli fiziki yük yorulma, ürəkdöyünmə, təngnəfəsliyə səbəb olur

E) Xəstə qısa məsafə gedərkən yuxarıda qeyd edilən şikayətlər əmələ gəlir
Ədəbiyyat: V. Əzizov. “Daxili xəstəliklər: Kardiologiya” 2007 il.
296) Nyu-York təsnifatına əsasən ürək çatışmazlığının II funksional sinfinə

xas olan simptomlar hansıdır?
A) Sakit vəziyyətdə belə yorğunluq, ürəkdöyünmə, təngnəfəslik olur

B) Anasarkanın olması

C) Veloergometrdə 80W qədər yükləməni yerinə yetirə bilər

D) Adi fiziki yük yorğunluğa, ürəkdöyünməyə, təngnəfəsliyə səbəb olur

E) Yorğunluq, ürəkdöyünmə, təngnəfəslik yatarkən narahat edir
Ədəbiyyat: V. Əzizov. “Daxili xəstəliklər: Kardiologiya” 2007 il.
297) Nyu-York təsnifatına əsasən ürək çatışmazlığının III funksional sinfinə xas olan şikayətlər hansıdır?
A) Total refrakter ürək çatışmazlığının olması

B) Böyük dövranda durğunluq olmur

C) Yüngül fiziki yük yorğunluğa, ürək döyünməyə, təngnəfəsliyə səbəb olur.

D) Xəstələrdə kiçik dövranda durğunluq əlamətləri olmur

E) Xəstələrdə ödem sindromu olmur
Ədəbiyyat: V. Əzizov. “Daxili xəstəliklər: Kardiologiya” 2007 il.
298) Nyu-York təsnifatına əsasən ürək çatışmazlığının IV funksional sinfinə xas olan şikayətlər hansıdır?
A) Xəstələrdə horizontal vəziyyətdə təngnəfəslik, boğulma olmur

B) Yüngül fiziki yük yorğunluğa, ürək döyünməyə, təngnəfəsliyə səbəb olmur.

C) Yorğunluq, ürəkdöyünmə, təngnəfəslik hətta sakitlik vaxtı da müşahidə edilir.

D) Sakit vəziyyətdə yorğunluq, ürəkdöyünmə, təngnəfəslik olmur.

E) Orta intensivlikli fiziki yük yorğunluğa, ürək döyünməyə, təngnəfəsliyə səbəb olmur.
Ədəbiyyat: V. Əzizov. “Daxili xəstəliklər. Kardiologiya” 2007 il.
299) Ürək çatışmazlığı olan xəstələrdə metoprololun maksimal gündəlik dozası?
A) 300 mq

B) 200 mq

C) 50 mq

D) 150 mq

E) 100 mq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
300) Ürək çatışmazlığı olan xəstələrdə karvedilolun maksimal gündəlik dozası?
A) 25 mq

B) 200 mq

C) 6,25 mq

D) 12,5 mq

E) 50 mq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
301) Ürək çatışmazlığın müalicəsində hansı β-blokatorlarının müsbət müalicəvi effekti təsdiq olunub?
A) Pindolol

B) Nadolol

C) Sotalol

D) Metoprolol suksinat

E) Atenolol
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
302) Ürək çatışmazlığı olan xəstələrdə karvedilolun başlanğıc dozası hansıdır?
A) 25 mq

B) 6,25 mq

C) 50 mq

D) 12,5 mq

E) 3,125 mq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
303) Ürək çatışmazlığı olan xəstələrdə metoprololun başlanğıc dozası hansıdır?
A) 25 mq

B) 10 mq


C) 12,5 mq

D) 2,5 mq

E) 5 mq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
304) Ürək çatışmazlığı olan xəstələrdə bisoprololun başlanğıc dozası hansıdır?
A) 5 mq

B) 1,25 mq

C) 7,5 mq

D) 2,5 mq

E) 10 mq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
305) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün göstəriş hansıdır?
A) Taxisistolik səyrici aritmiya

B) Sinus taxikardiyası

C) Hiperkalsiemiya

D) Hipokaliemiya

E) Hiperkaliemiya
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
306) Sol mədəciyin sistolik disfunksiyasının aşkar olunması üçün ən informativ qeyri –invaziv müayinə üsulu hansıdır?
A) Miokardın radioizotop ssintiqrafiyası

B) EKQ-nin gün ərzində monitorinqi

C) Ürəyin rentgenoloji müayinəsi

D) Exo KQ

E) Veloerqometriya sınağı
Ədəbiyyat: V. Əzizov “Daxili xəstəliklər. Kardiologiya” 2007 il.
307) Tardus, parvus nəbzi hansı xəstəlik üçün xarakterikdir?
A) Üçtaylı qapağın çatışmamazlığı

B) Aortal qapağın çatışmamazlığı

C) Aortal stenoz

D) Mitral qapağın çatışmamazlığı

E) Mitral stenoz
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
308) Ürəyin mütləq kütlüyünun genişlənməsinin əsas səbəbi hansıdır?
A) Sol mədəciyin dilatasiyası

B) Sağ mədəciyin hipertrofiyası

C) Sol mədəciyin hipertrofiyası

D) Sağ mədəciyin dilatasiyası

E) Sağ qulaqcığın dilatasiyası
Ədəbiyyat: А.Л. Гребенев «Пропедевтика внутренних болезней» 2001г.
309) Ürəyin hansı kamerasının dilatasiyası zamanı sola və aşağı

genişlənməsi müşahidə olunur?
A) Sağ qulaqcıq

B) Sol mədəcik

C) Sol qulaqcıq və sağ mədəcik

D) Sol qulaqcıq

E) Sağ mədəcik
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
310) Qanhayxırma daha çox nə vaxt müşahidə olunur?
A) Mitral stenozda

B) Mitral qapağın çatmamazlığında

C) Aortal qapağın çatmamazlığında

D) Aorta qövsünün stenozunda

E) Üç taylı qapağın çatmamazlığında
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
311) Ürəyin zirvəsində “pişik mırıltısı” hansı ürək qüsuru üçün xarakterikdir?
A) Mitral stenoz

B) Aorta qövsünün stenozu

C) Üç taylı qapağın çatmamazlığı

D) Mitral qapağın çatmamazlığı

E) Aortal qapağın çatmamazlığı
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
312) Klofelinin hipotenziv təsiri nə ilə əlaqədardır?
A) Beta 2-adrenoreseptorların stimulyasiyası

B) Mərkəzi sinir sisteminin alfa-adrenoreseptorlarının stimulyasiyası

C) Beta 1-adrenoreseptorların stimulyasiyası

D) Qan plazmasında reninin miqdarının azalması

E) Beta-adrenoreseptorların blokadası
Ədəbiyyat: Е. И.Чазов, Ю.Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
313) Qeyd olunan beta-blokatorlardan hansı daxili simpatomimetik aktivliyə malikdir?
A) Nebivolol (nebilet)

B) Pindolol (visken)

C) Nadolol (korqard)

D) Metoprolol (spesikor)

E) Propranolol (anaprilin)
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
314) Prazozinlə müalicə zamanı nə baş verir?
A) Yalnız venalar genişlənir

B) Venalar daralır və kapilyarlar genişlənir

C) Yalnız kapilyarlar genişlənir

D) Arteriyalar və venalar genişlənir

E) Yalnız arteriyalar genişlənir
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
315) Hipertoniya xəstəliyi olan xəstədə xroniki obstruktiv bronxitin kəskinləşməsi əlamətləri olduğu zaman hansı preparat əks göstərişdir?
A) Lozartan

B) Obzidan

C) Amlodipin

D) Hipotiazid

E) AÇFİ
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
316) Nitratlara qarşı tolerantlığın inkişaf riskinin azalaması üçün nə məsləhətdir?
A) Preparatlardan kiçik dozada istifadə etmək

B) Sutka ərzində dərman preparatlarının qanda konsentrasiyasını bərabər ölçüdə təmin etmək

C) Preparatlardan maksimal dozada istifadə etmək

D) Müxtəlif preparatları kombinə etmək

E) Preparatın qəbulu arasında fasilələr etmək
Ədəbiyyat: Е. И.Чазов, Ю.Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
317) Antianginal təsirə malik preparatlardan hansının qəbulu zamanı qara ciyərdə aktiv metabolitlər yaranır?
A) Korinfar

B) Sustak

C) Nitrosorbid

D) Trinitrolonq

E) Nitroqranulat
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
318) Kimyəvi quruluşuna görə hansı preparat nitrat qrupuna aid deyil?
A) Nitronq

B) Erinit

C) Trinitrolonq

D) Nitrosorbid

E) Korvaton
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
319) Nitrosorbitə qarşı tolerantlıq inkişaf etdikdə onu digər hansı preparat ilə əvəz etmək olar?
A) Korvaton

B) Trinitrolonq

C) Erinit

D) Sustonit

E) Nitronq
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
320) Stenokardiyalı xəstəyə fiziki yükləmədən qabaq nə qəbul etmək məsləhət görülür?
A) İzosorbit 5 mononitrat

B) Korvaton

C) Verapamil

D) Molsidomin

E) Nitroqliserin
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
321) Hipolipidemik və həmçinin antioksidant təsirə malik preparat hansıdır?
A) Hemfibrozil

B) Probukol

C) Xolestiramin

D) Nikotin turşusu

E) Mevakor
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
322) Ca++ antaqonistlərinin 2-ci nəslinə aid preparat hansıdır?
A) Diltiazem

B) İzoptin

C) Nifedipin

D) Verapamil

E) Amlodipin
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
323) Aşağıdakı hansı kombinasiya arzuolunmazdır?
A) Beta-blokatorlar+nitratlar

B) Statinlər+beta-blokatorlar

C) Sildenafil (viaqra)+nitratlar

D) Angiotenzin çevirici fermentin inhibitorları+beta-blokatorlar

E) Statinlər+nitratlar
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
324) Verapamilin təyinatı üçün əks göstəriş olanı hansıdır?
A) Səyrici aritmiya

B) Mədəcik paroksizmal taxikardiyası

C) Qulaqcıqların titrəməsi

D) Supraventrikulyar paroksizmal taxikardiya

E) Qulaqcıq ekstrasistoliyası
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
325) Prestariumun orta terapevtik sutkaliq dozası və qəbul qaydası necədir?
A) 0,008-0,012 axşam bir dəfə

B) 0,04-0,08 axşam bir dəfə

C) 0,008-0,010 2-3 dəfə

D) 0,005-0,01-dən səhər bir dəfə

E) 0,015-0,020 3 dəfə
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
326) Kaptoprilin maksimal sutkalıq dozası hansı rəqəmə uyğundur?
A) 400 mq

B) 150 mq

C) 300 mq

D) 100 mq

E) 50 mq
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
327) Hansı dərman AÇF inhibitorlarına aid deyil?
A) Lozartan

B) Perindopril

C) Kapoten

D) Enalapril

E) Lizinopril
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
328) Kardioselektiv beta-blokatorlara hansı aiddir?
A) Propranolol

B) Nadolol

C) Metoprolol

D) Karvedilol

E) Labetalol
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
329) Aşağıdakı hansı preparatın qəbulu ciddi baş ağrısı verə bilər?
A) Beta-blokator

B) Riboksin

C) Nitrat

D) Diuretik

E) Kalsium antaqonisti
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
330) Arzuolunmaz hipotenziv kombinasiya hansıdır?
A) AÇFİ+Ca antaqonistləri

B) AÇFİ+beta-adrenoblokatorlar

C) Diltiazem+beta-adrenoblokatorlar

D) Angiotenzin II reseptorların blokatorları+tiazid diuretikləri

E) Amlodipin+bisoprolol
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004 г.
331) AÇF inhibitorlarının təsiri nə ilə əlaqədardır?
A) Angiotenzin 1-in angiotenzin 2-yə çevrilməsinin blokadası ilə

B) Angiotenzin II reseptorlarının blokadası ilə

C) Konvertəedici fermentin stimulyasiyası ilə

D) Angiotenzin II reseptorlarının stimulyasiyası ilə

E) Bradikinin səviyyəsinin azalması ilə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
332) Miokardit üçün spesifik ritm və keçiricilik pozğunluğu əlaməti hansıdır?
A) Sinus taxikardiyası

B) Ektopik ritmlər

C) Səyrici aritmiya və ekstrasistoliya

D) Spesifik ritm və keçiricilik pozğunluğu əlamətləri yoxdur

E) Müxtəlif səviyyələrdə keçiriciliyin pozulması
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
333) Qeyd olunan dərman preparatlarından hansı Reyno sindromunun əmələ gəlməsinə səbəb ola bilər?
A) Nitratlar

B) Beta-adrenoblokatorlar

C) Kalsium antaqonistləri

D) Periferik vazodilatatorlar

E) Diuretiklər
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

Bölmə 3. Revmatologiya

334) Kollagenin neçə cür növü ayırd olunur?
A) 20

B) 14


C) 12

D) 18


E) 6
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
335) Kollagen hansı toxumalarda rast gəlir?
A) Birləşdirici toxumalada, sümük toxumasında

B) Qığırdaq, əzələ, endotelial toxumalarda

C) Epitelial, əzələ, sümük toxumalarda

D) Sümük, əzələ toxumalarda

E) Əzələ, endotelial toxumalarda
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
336) Gel (Gel) və Кumbs (Coombs) təsnifatına görə immun cavabın neçə növü seçilir?
A) 5

B) 2


C) 3

D) 4


E) 6
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
337) Limfositlər harada inkişaf edir?
A) Limfatik düyünlərdə

B) Dalaqda

C) Timusda

D) Sümük iliyində

E) Qara ciyərdə
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
338) Vazoaktiv mediatorlarlara hansılar aiddir?
A) Şiş nekrozunun amili

B) Histamin, şiş nekrozunun amili

C) Araxidon turşusunun törəmələri, kininlər

D) Ximaza, histamin

E) Kininlər, ximaza
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
339) İltihab reaksiyalarda iştirak edən hüceyrələr hansılardır?
A) Epitelial hüceyrələr, makrofaqlar, eritrositlər

B) Limfositlər, neytrofillər, makrofaqlar

C) Osteositlər, epitelial hüceyrələr, trombositlər, zülallar

D) Makrofaqlar, trombositlər, osteositlər

E) Neytrofillər, eozinofillər, limfositlər
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
340) Kəskin faza göstəriciləri hansılardır?
A) C-reaktiv zülal, antinuklear antitellər, fibrinogen

B) C-reaktiv zülal, seromukoid, antinuklear antitellər

C) C-reaktiv zülal, definilamin reaksiyası, antinuklear antitellər

D) C-reaktiv zülal, fibrinogen, definilamin reaksiyası

E) C-reaktiv zülal, definilamin reaksiyası, seromukoid
Ədəbiyyat: Под ред. Н.У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
341) LE hüceyrələr nədir?
A) Dəyişilmiş leykositlər

B) Dəyişilmiş eozinofillər

C) Dəyişilmiş limfositlər

D) Dəyişilmiş çubuqnüvəli hüceyrələr

E) Dəyişilmiş eritrositlər
Ədəbiyyat: Под ред. Н.У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
342) Ürək qüsurlarını təyin etmək üçün hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) Döş qəfəsinin rentgenskopiyası

B) Kompüter tomoqrafiyası

C) Fonokardioqrafiya

D) Exokardioqrafiya

E) EKQ
Ədəbiyyat: Л. И. Беневоленская, Л. И. Алексеева. «Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, стр.191-192.
343) Antistreptolizin – O, antistreptokinaza, antistreptohialuronidaza, antistreptodezo-ksiribonukleaza təyin olunması hansı xəstəliyin diaqonozunu təsdiqləmək üçün daha əhəmiyyətlidir?
A) Sistemli qırmızı qurdeşənəyi

B) Kəskin revmatik qızdırma

C) Depmatomiozit

D) Sistemli sklerodermiya

E) Revmatoidli artrit
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, -- 1993, с.191-192.
344) Densitometriya nə üçün istifadə olunur?
A) Sümüklərin arxitektonikasını müayinə etmək üçün

B) Sümüklərdə boşluqu təyin etmək üçün

C) Sümüklərin sıxlığını təyin etmək üçün

D) Sümüklərin anatomik dəyişikliklərini təyin etmək üçün

E) Sümüklərdə patoloji sınıqları təyin etmək üçün
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, -- 1993, с.191-192.
345) Xoreyanı təyin etmək üçün hansı simptomlar daha əhəmiyyətlidir?
A) Filatovun göz və dil simptomu, peritoniumun qıcıqlama simptomu

B) Çiyin kəmərinin zəifləmə simptomu, göz qabağında ikiləşmə

C) Yuxarı ətraflarının titrəmə simptomu, çiyin kəmərinin zəiflənmə simptomu

D) Filatovun göz, diplopiya simptomu

E) Filatovun göz və dil simptomu, çiyin kəmərinin zəifləmə simptomu
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, с.191-192.
346) Poliartralgiya nə deməkdir?
A) Oynaqların çoxunda müşahidə olunan şişkinlik

B) Oynaqların çoxunda müşahidə olunan qızartı

C) Oynaqların çoxunda müşahidə olunan ağrı

D) Oynaqların çoxunda müşahidə olunan deviasiya

E) Oynaqların çoxunda müşahidə olunan hərəkət məhdudlaşması
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, с.191-192.
347) Kəskin revmatik qızdırma xırda oynaqların zədələnməsi necə adlanır?
A) Bantiq poliartriti

B) Vilson poliartriti

C) Bexterev poliartriti

D) Jaku poliartriti

E) Meyo poliartriti
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, с.191-192.
348) Kəskin podaqra diaqnozunu təsdiq edən sınaq hansıdır?
A) Sidikdə sidik tuşusunun səviyyəsinin artması

B) Qanda qələvi fosfatazanın artması

C) Urat kristalların sinovial mayedə tapılması

D) Qanda sidik tuşusunun səviyyəsinin artması

E) Qanda sidik cövhərinin artması
Ədəbiyyat: Под ред. Н. У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
349) Still xəstəliyin inkişafı qanda hansı göstəricinin artması ilə səciyələnir?
A) HLA B27

B) Kreatinin

C) Revmatoidli faktorun

D) Ferritinin

E) Eozinofillərin
Ədəbiyyat: Под ред. Н.У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
350) Streptokokun hüceyrədən kənar olan komponentləri (ekzofermentlər) hansılardır?
A) Streptokinaza, mukopeptidlər, streptolizin-A

B) Streptolizin-A, polisaxaridlər-O, M-protein

C) Streptoqialuronidaza, streptolizin-S, streptolizin-O, streptokinaza

D) Streptolizin- S, streptolizin-A, hialuron turşusu

E) Streptolizin-O, M-protein, streptokinaza
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
351) Kəskin revmatik qızdırmanın törədicisi nədir?
A) Qızıl stafilokokk

B) Virus


C) β-hemolitik streptokokk

D) Mikoplazma

E) Rikketsiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 35-66 стр.
352) Revmatik prosesin neçə mərhələsi ayırd olunur?
A) Bir neçə

B) 4


C) 2

D) 3


E) 5
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
353) Cons kiçik göstəricilərinə hansılar aiddir?
A) Dərialtı düyünlər

B) PQ intervalın uzanması

C) Həlqəvarı eritema

D) Anti O - streptolizinin yüksək titri

E) Sidenhem xoreyası
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
354) Kəskin revmatik qızdırmanın aşağıda göstərilən əlamətlərindən hansı biri nadir hallarda rast gəlir?
A) Poliartrit yaxud poliartralqiya

B) Kardit

C) Streptokokk anticismlərin titrin artması

D) Kəskinfazalı zülalların titrin artması

E) Dərialtı düyünlər
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
355) Kəskin revmatik qızdırmanın ən çox inkişaf edən ağırlaşmalarına hansılar aiddir?
A) Proqressivləşən ürək çatışmamazlığı, mitral qüsurun fonunda səyirici aritmiyanın inkişafı, tromboemboliyalar

B) Miokardit

C) Arterial hipertenziya

D) Kardiomiodistrofiya

E) Kardiomiopatiya
Ədəbiyyat: Насонова В.А., Астапенко М.Г. Клиническая ревматология: руководство для врачей.—М.: Медицина, 1989
356) Hansı təsadüflərdə kəskin revmatik qızdırma diaqnozu Cons göstəricilərinə uyğun olmadan qoyulur?
A) Kardiomiodistrofiya (əvvəl olan infeksiyanın seroloji əlamətləri olmadan)

B) Oynaqların səhər «buxovlanması» (əvvəl olan infeksiyanın seroloji əlamətləri olmadan)

C) Reyno sindromu (əvvəl olan infeksiyanın seroloji əlamətləri olmadan)

D) Süstgedişli kardit və xoreya (əvvəl olan infeksiyanın seroloji əlamətləri olmadan)

E) Miqrasiya edən artrit (əvvəl olan infeksiyanın seroloji əlamətləri olmadan)
Ədəbiyyat: Насонова В.А., Астапенко М.Г. Клиническая ревматология: руководство для врачей.—М.: Медицина, 1989
357) Revmatizmin böyük göstəricilərinə nə aiddir?
A) Düyünlü eritema

B) EÇS artması

C) Artralgiyalar

D) Kardit

E) Qızdırma
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə