Təsdiq edilmişdir 1 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalari



Yüklə 275,86 Kb.
səhifə1/14
tarix07.01.2017
ölçüsü275,86 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir
1 nömrəli əlavə
Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyaları (bundan sonra – MBGEMK) Elmi-Texniki Şura tərəfindən qeydiyyata alınır və dövlət mülkiyyəti hesab edilir.

1.3. MBGEMK-nın yaradılması və ya qeydiyyatı üzrə müraciətlərə Elmi-Texniki Şura tərəfindən 1 (bir) ay müddətində baxılır və müvafiq qərar qəbul edilir.

1.4. MBGEMK-nın yaradılması və ya qeydiyyatı üzrə müraciətə verilən imtina qərarından 1 (bir) ay müddətində yuxarı orqana və məhkəməyə şikayət edilə bilər.


2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. deskriptor – hər hansı sistematik obyekti təsvir edən məlumatların (verilənlərin) məcmusu. Hərfi tərcüməsi “təsvir edən” deməkdir. Bitkiçilikdə pasport deskriptorları (məsələn, nümunənin identifikatorları, elmi adı, toplandığı yer və bu yerin coğrafi koordinatları, toplanma və kolleksiyaya daxiledilmə ili, bioloji statusu və s.), xarakteristika deskriptorları (bitkinin ölçüləri, yarpağının forması, kollanma tipi, ilk budağın yerləşmə hündürlüyü, sünbüldə və ya paxlada dən sayı və s.), qiymətləndirmə deskriptorları (biokimyəvi, texnoloji, fizioloji parametrlər, keyfiyyət göstəriciləri, stress amillərinin təsirinə davamlılıq dərəcələri və s.) və digər deskriptorlar mövcuddur. Deskriptorları qeydə almaq üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə edilir;

2.1.2. ex situ mühafizə – bitki müxtəlifliyinin təbii həyat mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı yerlərdən) kənarda nəzarət edilən şəraitdə mühafizəsi və idarə olunması;

2.1.3. identifikator – təyinedici, ad və ya qeydiyyat nömrəsi. Hər bir nümunənin müxtəlif identifikatorları ola bilər. Lakin milli kolleksiyalara ilk dəfə daxil olarkən verilən milli identifikator unikal olmalıdır (yəni yalnız bir nümunəni təyin etməlidir);

2.1.4. in situ mühafizə – yabanı bitki müxtəlifliyinin təbii areallarında, becərilən sort və digər nümunələrin səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı mühitdə mühafizəsi və idarə olunması;

2.1.5. in vitro (latın dilində - şüşədə) – bərpa, çoxaldılma, toxuma kulturası üzrə tədqiqatların sınaq şüşəsində təcrübə qoyulmaqla aparılması;

2.1.6. Material Mübadiləsi Sazişi – bitki genetik ehtiyatları nümunələrinin sahibləri, istifadəçiləri və digər əlaqədar yerli və xarici hüquqi və fiziki şəxslər arasında bu ehtiyatların mübadiləsi ilə bağlı məsələləri əhatə edən ikitərəfli və ya çoxtərəfli saziş (müqavilə);

2.1.7. on-farm mühafizə – becərilən xalq seleksiyası sortlarının və formalarının səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı ərazilərdə yerləşən fərdi, xüsusi, kollektiv və s. fermer təsərrüfatlarında, həyətyanı sahələrdə mühafizəsi və idarə olunması;

2.1.8. sedimentasiya – 2 faizli sirkə turşusu məhlulunda un dənəciklərinin şişməsini göstərir. Bu göstərici nə qədər yüksək olarsa, çörəkbişirmə keyfiyyəti bir o qədər yüksək olar;

2.1.9. taksonomik təsnifat – oxşar xüsusiyyətlərinə və əlamətlərinə görə fərqlənən fərdlərin müəyyən təsnifat qrupunda (məsələn, bitki sistematikasında fəsilə, cins, növ, növmüxtəlifliyi və s. taksonlar mövcuddur) birləşdirilməsi. Bitki növünün takson adı (elmi adı) ümumi qəbul edilmiş qaydaya əsasən, cins və növ adından ibarət olur. Məsələn, Triticum aestivum taksonu: burada Triticum buğda cinsinin, T.aestivum isə çörək buğdası (yumşaq buğda) növünün elmi adıdır.


3. MBGEMK-nın formalaşdırılması prinsipləri
3.1. MBGEMK-nın formalaşdırılması və ya kolleksiyalara milli kolleksiya statusunun verilməsi aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:

3.1.1. kolleksiyaların yaradılmasında və formalaşdırılmasında ekoloji, iqtisadi və sosial maraqlar uzlaşdıqda;

3.1.2. mənşə etibarilə əsasən yerli materiallardan təşkil olunduqda;

3.1.3. kolleksiya nümunələrinin saxlanmaya hazırlanması, saxlanması, daimi monitorinqi, nümunələrin artırılması və hərtərəfli öyrənilməsi üçün elmi və texniki tələblərə uyğun şərait olduqda;

3.1.4. Azərbaycan üçün prioritet sayılan bitkilərin müxtəlifliyini, həmçinin endem, nadir, itmək təhlükəsi olan bitki növlərini və növdaxili müxtəlifliyini, yerli xalq seleksiyası sortlarını, seleksiya proqramları üçün mühüm əhəmiyyət daşıyan və digər qiymətli genetik materialları əhatə etdikdə;

3.1.5. mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra – MBGE) nümunələri və onlara aid informasiyaların əldə edilməsi mümkün olduqda;

3.1.6. MBGE-nin toplanılması və saxlanması sahəsində elmi tədqiqatlar aparıldıqda.
4. MBGEMK-nın kateqoriyaları
4.1. MBGEMK Genbankda saxlanan toxum, tozcuq, spor, DNT və RNT, in vitro, sahə kolleksiyaları şəklində mövcud ola bilər.

4.2. Mühafizə və istifadə funksiyalarına görə MBGEMK-nın tərkibi aşağıdakı qruplara bölünür:



4.2.1. baza kolleksiyaları;

4.2.2. aktiv işlək kolleksiyalar;

4.2.3. əvəzedici (dublikat) kolleksiyalar;

4.2.4. genetik kolleksiyalar;

4.2.5. özək kolleksiyalar;

4.2.6. herbari kolleksiyaları;

4.2.7. DNT və RNT kolleksiyaları.

4.3. MBGEMK-nın sahibləri tərəfindən milli kolleksiyanın təyinatı dəyişdirildikdə və ya belə bir niyyət olduqda, bu barədə Elmi-Texniki Şuraya və Milli Əlaqələndirici İnstituta yazılı məlumat verilir.



5. Nümunələrin toplanması
5.1. Nümunələr ümumi qəbul edilmiş metodlara əsasən elmi ekspedisiyalar yolu ilə toplanılır.

5.2. Nümunələrin toplanmasından əvvəl herbari fondu öyrənilir, kolleksiyalarda boşluqlar, mövcud nümunələrin yaşam qabiliyyəti, başqa genbanklardan əldəetmə imkanları aşağıdakı sxem üzrə araşdırılır:

Mühafizəsinə və öyrənilməsinə ilk növbədə ehtiyac olan əsas bitkilərin müəyyənləşdirilməsi (prioritetliyin təyini)

Mədəni bitkilərin genetik müxtəlifliyinin mövcud vəziyyətinin araşdırılması

İlkin ekocoğrafi təhlil və yerində araşdırma aparılması üçün ekspedisiyaların keçirilməsi

Taksonlar üzrə informasiya toplanması, tədqiqatların istiqamət və vəzifələrinin müəyyənləşdirilməsi



In situ (botaniki-morfoloji, fizioloji, ekocoğrafi və s.) tədqiqat və toplama fəaliyyətləri (hüceyrə plazması, herbari, informasiya və s.) tədqiqat

Mühafizə məqsədlərinin müəyyənləşdirilməsi və strategiyaların seçilməsi

Sənədləşdirmə, mübadilə, bərpa, artırma,

introduksiya və reintroduksiya hazırlıqları,

karantin və zərərsizləşdirmə işləri

5.3. Ekspedisiya tədqiqatları və nümunə toplanışı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xarici təşkilatların müraciəti və Elmi-Texniki Şuranın razılığı ilə də həyata keçirilir.

5.4. Beynəlxalq statuslu ekspedisiyalarda toplanmış nümunələr müqaviləyə uyğun olaraq bərabər bölünməlidir.

5.5. Hər bir nümunə toplandıqdan və ya bərpa edildikdən sonra Milli Genbanka verilir.

5.6. Toplanma toxumların yetişmə dövrünə mümkün qədər yaxın vaxtda və onların təbii dağılması başlayana qədər həyata keçirilir.

5.7. Toxumun yığılması ilə qurutma mühitinə keçirilməsi arasında optimal vaxt 3-5 gün olmalıdır.

5.8. Yeni toplanmış toxumlar yaxşı ventilyasiya olunan konteynerlərə yerləşdirilməlidir. Burada temperatur 300C-ni və nisbi rütubət (RH) 85 faizi keçməməlidir.

5.9. Yığım zamanı nümunənin ilkin taksonomik təsnifatı, yığım sahəsinin üçölçülü (coğrafi enlik, uzunluq, hündürlük) koordinatları, toplanmış bitkilərin arealının təsviri, toplanmış bitkilərin miqdarı ilə bağlı məlumatlara, həmçinin düzgün saxlanma üçün zəruri olan digər məlumatlara dair formalar, o cümlədən bitkilərin pasport identifikatorları tətbiq edilməlidir (1, 2 və 3 nömrəli əlavələr).

5.10. Toxum nümunələrinin minimum ölçüsü allellərin 95 faiz saxlanması və ya nümunələr götürülən populyasiyanın faktiki ölçüsü üçün yetərli olmalıdır.

5.11. Toplanmış hər bir nümunə qəbul edilmiş standarta uyğun olaraq nömrələnir.



6. Nümunələrin kolleksiyaya daxil edilməsi

6.1. Milli kolleksiyalara bütün toxum nümunələri müvafiq sənədləşmə əsasında daxil edilir (4 və 5 nömrəli əlavələr).

6.2. Ölkə daxilində aparılmış ekspedisiya nəticəsində toplanmış nümunələr müvafiq qaydada qəbul edilir və təmizlənmədən sonra genbankda saxlanmaq üçün soyuducu kameraya yerləşdirilir və ya bərpaya göndərilir.

6.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda toplanmış MBGE nümunələrinin mübadiləsi Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş nümunəyə uyğun hazırlanmış Material Mübadiləsi Sazişi əsasında aparılır.

6.4. Nümunələr kolleksiyaya daxil edilməzdən əvvəl fitosanitar nəzarətindən keçirilir və fumiqasiya edilir.

6.5. MBGE nümunələri toxumçuluq şirkəti, tədqiqat proqramı və ya digər kolleksiya sahibləri tərəfindən kolleksiyaya bağışlandığı halda, toxumlarla birgə nümunələrin pasport məlumatları, taksonomik təsnifatı, milli adı və donorun identifikasiya nömrəsi də verilməlidir.

6.6. MBGEMK nümunələrinə Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş formada milli unikal identifikasiya nömrəsi verilir.

6.7. Nümunələrlə eyni populyasiyadan herbarilər götürülür.

6.8. Pasport məlumatları olmayan MBGE nümunələri milli kolleksiyaya qəbul edilmir. Onlar genbanka müvəqqəti saxlanmaya qoyulur, milli kolleksiyanın məlumat bazasında müvafiq qeyd aparılır və ona müvəqqəti nömrə verilir.

7. Qurudulma və mühafizə
7.1. Növündən asılı olaraq, bütün toxum nümunələri saxlanmadan öncə +5oC-dən +20oC-yə qədər temperaturda və 10 faiz nisbi rütubətli mühitdə qurudulur.

7.2. Qısamüddətli saxlanmada toxumlar ətraf mühit temperaturunda qurudulmalıdır.

7.3. Qurutmadan sonra uzunmüddətli saxlanma üçün bütün toxum nümunələri münasib germetik konteynerlərə yığılaraq möhürlənir. Lakin nümunəyə tez-tez müraciət etməyə ehtiyac olduqda, toxumları germetik olmayan konteynerlərdə saxlamaq da mümkündür. Toxumların saxlanması üçün müxtəlif konteynerlərdən, o cümlədən şüşə, tənəkə, plastik konteynerlərdən və laminasiyalı alüminium folqadan istifadə edilir.

7.4. Saxlanma zamanı müntəzəm olaraq toxumlarda nəmliyin miqdarı ölçülməlidir.

7.5. Əsas kolleksiyalar uzunmüddətli şəraitdə -18±3oC temperaturda və 15±3 faiz nisbi rütubətdə saxlanılır.

7.6. Toxumları uzunmüddətli saxlanma kamerasından nadir hallarda, o cümlədən ortamüddətli saxlanma kamerasında toxum qurtardıqda çıxarmaq olar.

7.7. Saxlanma yerində kifayət qədər enerji ehtiyatına malik qəza generatorları olmalıdır.

7.8. Nümunələrin ortamüddətli saxlanma şəraiti üçün (aktiv kolleksiyalar) otaqda havanın temperaturu +5oC-dən +10oC-dək və nisbi rütubət 15±3 faiz olmalıdır.


8. Toxumların yaşama qabiliyyətinə nəzarət
8.1. Toxumların yaşama qabiliyyətinin ilk yoxlanması yeni daxil olan toxumların təmizlənməsi və qurudulmasından dərhal sonra və ya genbank tərəfindən nümunələrin alınmasından sonra 12 (on iki) aydan gec olmayaraq həyata keçirilir.

8.2. Kənd təsərrüfatı bitki növlərinin toxumlarının əksəriyyəti üçün cücərmə qabiliyyətinin ilkin göstəricisi 85 faizdən az olmamalıdır.

8.3. Yaşama qabiliyyətinin yoxlanılması müntəzəm olaraq həyata keçirilməlidir. Əgər nümunələr -18oC temperaturda uzun müddətə möhürlənmiş germetik konteynerlərdə saxlanırsa, yoxlamalar arasındakı interval yüksək dayanıqlı növlər üçün 10 (on) il, aşağı dayanıqlı növlər üçün isə 5 (beş) il və ya daha az olmalıdır.

8.4. Milli Genbanka daxil olan toxum nümunələrinin yaşama qabiliyyətinin və nəmliyinin yoxlanılması zamanı alınan bütün məlumatlar sənədləşmə sistemində qeyd edilməli və saxlanma üçün yararsız nümunələr müəyyənləşdirilməlidir (6 və 7 nömrəli əlavələr).


9. Kolleksiya nümunələrinin bərpası
9.1. Toxumların yaşama qabiliyyəti ilkin yaşama qabiliyyətinin 85 faizindən aşağı düşdükdə və ya nümunənin qalan toxumu üç reprezentativ populyasiyasının əkini üçün az olduqda, müvafiq bərpa işləri aparılmalıdır (8 nömrəli əlavə).
10. Səciyyələndirmə, qiymətləndirmə və identifikasiya
10.1. Müxtəlif qrup bitkilər üçün kolleksiya nümunələrinin biomorfoloji və aqronomik, karioloji, immunoloji, fitopatoloji, fizioloji, biokimyəvi, texnoloji əlamətlər və molekulyar markörlər üzrə səciyyələndirilməsi, qiymətləndirilməsi və identifikasiyası aşağıdakı meyarlar əsasında aparılır:


Əlamətlər



Bitki qrupları

biomorfobioloji və aqronomik

karioloji

immunoloji, fitopatoloji

Fizioloji

Biokimyəvi

Texnoloji

Molekulyar markörlər

quraqlığa davamlılıq

duzluluğa davamlılıq

quraqlığa və duzluluğa davamlılıq

zülal

lizin

triptofan

nişasta

yağ

kleykovina

şüşəvarilik

sedimentasiya

çörəkbişirmə keyfiyyəti




qliadin

qlütenin

hordein

sekalin

Dənli taxıl

+

+

+

+

+

+

+

+

+

+




+

+

+

+

+

+

+

+

Dənli-paxlalı

+

+

+

+

+

+

+

+

+

+




























Tərəvəz

+

+

+

+

+

+













+

























Bostan

+

+

+

+

+

+








































Yem

+

+

+

+

+

+

+





































Texniki

+

+

+

+

+

+













+
























Mey-və


və gilə-mey-və

tumlu-lar

+

+

+

+

+

+













+

























çəyir-dəklilər

+

+

+

















































qərzək-lilər

+

+

+

+

+

+








































subtro-piklər

+




+

+

+

+








































gilə-meyvə

+

+

+

+

+

+








































üzüm

+




+

+

+

+








































Tut

+

+

+

















































10.2. Bütün fəaliyyətlər aşağıdakı təsviri modelə uyğun ümumiləşdirilməlidir:
Mühafizə edilən genetik fondun öyrənilməsi

İdentifikasiya: biomorfoloji, molekulyar və qeyri-molekulyar markörlər, DNT

Qiymətləndirmə:

fizioloji, genetik,

texnoloji, biokimyəvi,

fitopatoloji

Aqronomik-biomorfoloji səciyyələndirmə

Donor formaların seçilməsi


Sənədləşdirmə, məlumat bazası, ehtiyatlara müraciət imkanlarının artırılması

Kataloq: LDB -> LegalDB.nsf
LegalDB.nsf -> Büdcə xərclərinin funksional təsnifatı
LegalDB.nsf -> Təsdiq edilmişdir Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının s I yahis I
LegalDB.nsf -> Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı g I r I Ş
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmişdir Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri Zona 1
LegalDB.nsf -> Təsdiq edilmişdir 1 nömrəli əlavə Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı

Yüklə 275,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə