Təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyası barədə



Yüklə 21,47 Kb.
tarix29.03.2023
ölçüsü21,47 Kb.
#90930
2310020012410600-Bildiris


Təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyası barədə

Vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparmaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyası və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcəkdir.
Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.
Yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır.
Göstərilənləri nəzərə alaraq dislokasiya prosesləri zamanı aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcəkdir:
- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;
- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);
- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.
Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir. Prosesə mütəxəssis qismində obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC-nin əməkdaşları cəlb edilmişdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, sahibkarlıq subyektlərini dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi məqsədi ilə vergi orqanlarının əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 24.0.6-cı, 33.2-ci və 34.3-1-ci maddələri (https://www.e-qanun.az/framework/46948 internet ünvanı üzrə tanış ola bilərsiniz) ilə tənzimlənir.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı ətraflı məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az), 10 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə (ünvan: AZ 3600 Qəbələ şəhəri H.Əliyev prospekti ev 117) və ya bütün digər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Məlumat üçün onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Əlaqə” bölməsindən “Vergi ödəyiciləri ilə görüşlər” alt bölməsində (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler) yerləşdirilmiş görüşlərdə iştirak etmək istədiyiniz təqdirdə xidmət mərkəzlərinə və ya İnternet Vergi İdarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsi vasitəsilə müraciət etməklə həmin görüşlərə yazıla bilərsiniz.

10 saylı Ərazi Vergilər İdarəsinin rəisi,


baş vergi xidməti müşaviri Elxan Süleymanlı
Yüklə 21,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin