Texnogen xarakterli f. H. Onlarin baş vermə SƏBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 34,84 Kb.
tarix02.01.2022
ölçüsü34,84 Kb.
#47368
referat 888 (2)


TEXNOGEN XARAKTERLI F.H. ONLARIN BAŞ VERMƏ SƏBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ

Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə-sənayedə, energetikada və kommunal təsərrüfatında böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli, habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması ilı şərtləşir. Respublikamızda təxminən yüz min belə istehsalat mövcuddur. Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi müvafik tmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, istehsalat və texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.

Əldə olunan məlumatlara görə, 1992-1998-ci illər ərzində respublikamızda texnogen xarakterli 100-dək fövqaladə hadisə qeydə alınmışdır. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində kimya, neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.

Texnogen xarakterli fövqaladə hadisələrinin artmasının səbəbi.Mühəndislər və alimlər təhlükəsizliyin yüksəldilməsi problemi üzərində müntəzəm surətdə çalışırlar. Bu istiqamətdə geniş əhatəli texniki, ekoloji, hüquqi məsələlər fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə tam mütəxəssislər assosiasiyasının fəaliyyəti çərçivəsində də həll edilir. Bununla belə göstərilən səylərə baxmayaraq bütün sahələrdə, xüsusən də mürəkkəb texnika işlədilən sahələrdə qazların vaxt ərzində sayca get-gedə artması tendensiyası durmadan güclənir. Deməli, bunun səbəblərini tapmaq lazımdır. Problemin tam həlli iddiasında olmadan texnogen qəza və fəlakətlərin sayca artmasının, zənnimcə, prinsipal və başlıca səbəblərindən birini göstərməyə çalışaq.

Bu səbəb texnikanın gücünün və mürəkkəbliyinin kəskin surətdə, siçrayışla artması, texnikanı idarə edən insanların isə parametrlərdən kənarda, yəni geridə qalmasıdır. İnsanın psixofizioloji sistemlərinin imkanları məhduddur, təbiət bu sistemləri heç də müasir texnogen həyat şəraiti üçün yaratmamışdır və onları "yaxşılaşdırmaq", "yenidən düzəltmək" və ya "modifikasiya etmək" mümkün deyil. Lakin hazırda insanlardan nəinki onların imkanlarından çox-çox artıq, həm də prinsipcə demək olar ki, imkandan kənar fəaliyyət tələb edilir.

Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələrindəndir. Bunların əsas səbəbləri aşağıdakılardır:

İstehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi: respublikada iqtsadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün ahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

Bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;

sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

isehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kolletiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətiz olması;

sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlərinin texnoloji etibarlığının zəif olması;

Ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;

Partlayış, yanğın, kimyəvi, radiasiya , biolpji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;

Qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;

Iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əlehinə mühafizənin avtomatlaşdırılmasının zəif templə aparılması;

Ölkənin ərazisində zəif istehsalatların və təhlükəli potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;

Potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;

Sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv v fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;

Təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal xəbərdarlıq sistemlərinin olması;

Təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;

Qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;

Qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;

Güclü istehsalat qəzaları, eləcə də təbii fəlakətlər bir sıra hallarda müharibələrdən daha dağıdıcı olur. Xüsusən də belə hallarda ətrafa çıxan enerji meqatonluq nüvə partlayışlarının enerjisini dəfələrlə üstələyir.

Keçmişdə olduğu kimi müasir şəraitdə də hərbi təhlükənin mənbələri:

Kəskin beynəlxalq ziddiyyətlərdən;

Silahlanmanın genişləndirilməsindən, silahın sürətlə və keyfiyyətcə təkmilləşdirilməsindən, başqa cür fiziki prinsiplərə əsaslanan yeni silah növlərinin yaradılması yolunda göstərilən ciddi cəhdlərdən;

Dünyanın müxtəlif ölkələrində çox güclü orduların saxlanmasından;

Bir sıra ölkələrdə beynəlxalq problemlerin hərbi yolla həllinə can atan nüfuzlu militarist siyasi dairələrin mövcudluğundan, dövlətlərin konkret hərbi-siyasi qərarların qiymətləndirilməsində ikili standartlara yol verilməsindən ibarətdir.

Müasir dövrdə və yaxın prespektivdə hərbi təhlükələrin artması heç də istisna edilmir. Bu hər şeydən əvvəl hərbi-siyasi münasibət subyektlərinin maraq dairəsi və imkanlarının dəyişməsi ilə əlaqədar ola bilər. Həmçinin dünyanın əsas dövlətləri , onların iqtisadi, hərbi-siyasi ittifaqları və blokların arasında qüvvələr nisbətinin xeyli dəyişməsi, mövcud regional münaqişə ocaqlarında vəziyyətin gərginləşməsi və bunun əsasında hərbi toqquşma və müharibənin alovlanması prosesləri də müharibə təhlükəsini artıra bilər.

İstehsalat qəzaları və onların nəticələri.

İstehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi-texniki tərəqqinin coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və tez-tez baş verən hadisələrindəndir.

İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki əsasqrupa bölmək mümkündür.

Birinci qrup- müəssisələri layihələşdirən bəzi mütəxəsislərin təhlükəsizlik texnikasının tələblərinə kifayət qədər məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex rəhbərlərinin bu tələblərin yerinə yetirilməsinəsəhlənkar münasibəti, partlayış və tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması;

İkinci qrup səbəblər isə təbiətin bütün hadisələrinin tam surətdə öyrənilməməsi ilə şərtləşir. Məsələn, bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib.

Nəticədə, elmi biliklərin bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum olmayan təbiət hadisəsi aşkar edilir.

İstehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun layihə-istahsalat qüsurlarının, onların istismarı qaydalarının və istehsalatda texnoloji proseslərin pozulması nəticəsində də baş verə bilər. Məsələn, yaşayış binalarının istismarının analizi göstərdi ki, sülh dövründə binalar aşagıdakı səbəblər üzündən sıradan çıxır:

Layihələşdirmə zamanı axtarış-araşdırma işlərinin keyfiyyətsiz aparılması və səhvlərə yol verilməməsi

Inşaat işlərinin aşağı keyfiyyətdə aparılması

Istismar qaydalarının pozulması

Digər səbəblər

Nəticələrin aradan qaldırılmasına xilasedicilərin cəlb olunmasılazım gələn iri sənaye qəzalarına sənaye və tikinti obyektlərində , dəmir yolu, hava, su nəqliyyatında, eləcə də magistral boru kəmərlərindəbaş verən qəzalar aiddir ki, bu zaman yanğınlar törəyir, sənaye və mülki tikintilərdə dağıntılar olur, atmosferin təsirli zəhərli maddələrlə çirklənməsi, torpağın və suyun səthinə xeyli neft məhsullarə və zəhərli maddələr axdığı , əhali və ətraf mühit üçün təhlükə yaratdığı ortaya çıxır. Təsərrüfat obyektlərində ən çox baş verən binaların, qurğuların, istehsalat avadanlıqlarının zədələnməsi, insanların və maddi sərvətlərin məhv olması ilə müşayiət olunan istehsalat qəzaları partlayışlardan, yanğınlardan, subasmalardan, qurğuların deformasiyaya uğraması və dağılmasından, enerji sistemi və mühəndis şəbəkələrinin sıradan çıxması , zərərli maddələrin kənara sızaraq ətraf mühiti çirkləndirməsindən ibarətdir. Bunlar çox vaxt eyni zamanda baş verir, biri digərləri ilə əlaqədar olur və bir-birini gücləndirir.

Sənaye müüəssisələrində partlayışlar adətən qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara çıxması ilə müşayət olunur. Partlayışların törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə vaxtı baş verən dağıntılara oxşayır.

Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrinində-qazın, cihazın, hazır məhsul və yarımfabrikatların; neftayırma zavodlarında- benzin buxarları və digər qarışıqların; dəyirmanlarda-unun; şəkər zavodlarında- şəkər tozunun; taxta-şalban və ağac emalı kombinatlarında-mişar tozunun və lak-boya buxarlarının partlayışlar və s. daha çox müşahidə edilir.

Bir çox ölkələrdəki kömür və filiz mədənlərindəki kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən yanğınlar, uçqunlar və s. törədir.

Məişətdə işlədilən qaz balonlarının partlayışları da tez-tez baş verir, nəticədə yanğınlar törəyir, insanlar məhv olur.

İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışların gücü ardıqca onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların elementlərinə təsiri mürəkkəb kompleksi ilə xarakterizə olunur: birbaşa təsir, əks olunan təsir, kənarlardan təsir, içəridən təsir, seysmik partlayış dalğasının təsiri və s. kimi. Qurğuların zəif sahələrinin modelləşdirilməsi zamanı onun elementlərinin zərbə dalğasının təsirinə müqavimətini zərbə dalğası cəbhəsindəki izafi təzyiqlə xarakterizə edilir ki, bu da ilə işarə olunur. İzafi təzyiq -dən həmçinin zərbə dalğasının təsirinə qurğu elementlərinin göstərdiyi müqavimətin universal xarakteristikası kimi, eləcə də onların dağılma və zədələnmə dərəcəsini təyin etmək üçün istifadə olunur.

İstehsalat qəzaları zamanı qurğuların partlayış nəticəsində zədələnməsinin dərəcəsi və xarakteri aşağıdakılardan asılı olur:

Partlayışın gücündən;

Obyektdəki qurğunun texniki xarakteristikasından (növü, möhkəmliyi, ölçüsü, forması-əsaslı, müvəqqəti, yerüstü, yeraltı və s.);

Obyekti plonirovkasından (qurğuların seyrəkliyi, tikintinin xarakteri) və landşaftan (relyef, torpaq növü, yaşıllıqların sahəsi və s.);

Metroloji şəraitdən (küləyin istiqaməti və gücü, rütubət, tempratur, yağıntı)

Müəssisədə müxtəlif səbəblərdən qaz-hava qarışığının partlayışı ehgtimalı yaranarkən təhlükəyə məruz qala biləcək üç yarımsferik zona nəzərdən keçirilir:

I-qaz-hava partlayışının yer səthində bilavasitə brizant təsiri zonası;

II-partlayış məhsullarının təsiri zonası;

III-hava zərbə dalğasının təsir zonası.

Qaz-hava qarışığının təsir dairəsi nüvə partlayışında olduğu kimidir.

I zonada zədələyici təsir dağıntılarla xarakterizə olunur ki, bu dağıntılar qaz-hava qatışığının daxilindəki detonasiya məhsullarının ətrafdakı əşyalara kəskin zərbəsi sayəsində meydana çıxır. Təsirin radiusu məlumat kitabçalarında verilən cədvəllərə uyğun surətdə düsturla təyin edilir.

Obyektlərdə havaya çoxlu benzin buxarları, şəkər və mişar tozu və s. qarışması sayəsində yaranan qaz-hava qarığı partlayışlarının qarşısını almaq üçün ilk növbədə ehtimal olunan alışma mənbələrini aradan qaldırır, müəssisənin dağıntılardan, mühafizənin yönəldilmiş tədbirlər həyata keçirirlər.

Mühafizənin altı üsulu məlumdur:

Mühafizənin altı üsulu məlumdur:

Partlayış zamanı yaranan maksimal təzyiqə bərabər təzyiqə davam gətirə biləcək möhkəm qoruyucu konstruksiyaların layihələşdirilməsi;

Partlayış təhlükəli zonalarda yanğının davam etməsinə imkan verməyən, yeni havasında az oksigen olan ətalətli mühitin yaradılması;

Partlayış təhlükəli zonanın möhkəm divarlarla əhatə edilməsi;

Partlayış təhlükəli istehsalatların partlayış zamanı əraf mühitə zərər dəyməyəcək uzaq sahələrdə yerləşdirilməsi;

Partlayış zamanı yaranan yüksək təzyiqi azaltmaq üçün xüsusi qoruyucu klapanlar düzəldilməsi;

Partlayışın yatırdılması.

Partlayışın yatırdılması aşağıdakı prinsipə əsaslanır: partlayış təhlükəli qarışıq alovlanarkən ilk anda təzyiq yavaş yüksəlir və həmin anda da xüsusi vericilərin siqnalı üzrə, məhlulçiləyici qurğu işə qoşulur və odsöndürücü məhlul çiləməklə yanğının yayılmasının qarşısını alır.

Bu məqsəd üçün müxtəlif kimyəvi maddələr, xüsusən də xlor-brom-metan daha təsirlidir.

Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qəzaların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adtən yanğınlar, uçqunlar və s. törədir.

İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur.

Yanğınlar və onların nəticələri.Yanğınlar sənaye müəssisələrində, neft mədənlərində, yaşayış məskənlərində daha tez-tez qəza halları törədir.

İstehsalat qəzaları və təbii fəlakətlər yaranan zaman yanğınların başlıca səbəbləri-qazanxanaların, tezalışan və ya partlayış təhlükəli maye və qaz tutumlarının, boru kəmərlərinin dağılması, qismən dağılmış bina və qurğudakı elektrik xətlərində baş verən qısa qapanmalar, bir sıra qapanmalar, bir sıra maddə və materialların alışması və partlayış törətməsidir.

Yanğınların törətdiyi istehsalat qəzalarının nəticələri özlərinin xarakterinə görə nüvə partlayışı ocağında işıq şüalanmasının təsiri kimidir və kütləvi yanğınlar zamanı meydana çıxan enerjinin miqdarına görə meqatonluq nüvə partlayışının təsirindən artıq ola bilər.

Neftçıxarma obyektlərində (o cümlədən dənizdə), neft mədənlrində və kəşfiyyat qazmaları zamanı yanğın təhlükəsi daha yüksəkdir: belə hallarda qumun və ya çınqıl hissəciklərinin metal konstruksiyalara sürtünməsindən törəyən qığılcım nəticəsində neft və ya qaz fontanı alışır. Belə hallar adətən quyunun ağzını dərhal kip örtmək mümkün olmadıqda baş verir. Bu zaman ölümlə nəticələnən bədbəxt hadisələr və çox böyük maddi itkilər baş verə bilər.

Dəniz neft mədənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin birbaşa dənizə axması, sahillərin neftlə çirklənməsi ilə əlaqədar beynəlxalq xxarakter kəsb edir, çünki belə hallarda dənizdə plankton məhv olur və baliqçılıq təsərrüfatlarına olduqca böyük zərər dəyir. Dənizə axan neftin geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək lazım gəlir.

İstehsalat qəzaları zamanı törəyən yanğınların bütünlüklə yaşayış məntəqəsinə, yaxud şəhərə, ətrafdakı meşəliklərə yayılması da mümkündür. İri sənaye müəssisələrində və yaşayış məntəqələrində baş verən yanğınlar tək yanğın və kütləvi yanğın xarakteri daşıya bilər. Müəyyən şəraitdə güclü yanğınlar bütün tikililərin 90%-dən çoxunu çulğalayaraq odlu tufan halına keçə bilər.

Yanğın və partlayış təhlükəli sənaye obyektləri. Respublikamızda 400-dən artıq yanöın və partlayış təhlükəli obyektlər var. Partlayış və yanğınlarla müşayiət olunan qəzalr ən çox kimya, neft kimyası və neftayırma sənaye sahələrinin müəssisələrində baş verir. Onlar sənaye və yaşayış binalarının dağılmasına, personal və əhali arasında tələfata, xeyli maddi itkilərə səbəb olur. Proqnoz xarakterli hesablamalar göstərir ki, belə obyektlərdə yanğın və partlayışlarla müşayiət olunan güclü qəzalar zamanı 20 min nəfərdən artıq adamın köçürülməsi lazım gəlir.

Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər. Xarakterinə görə bunlar nüvə partlayışı nəticəsində yaranan ikinci zədələnmənin nəticəsidir. Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal-mühəndis şəbəkələrinin nə olduğu bu müəssisələrdə istehsalın nəhəng enerji tutumunu xarakterizə edən rəqəmlərdən ibarət olur.

Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yer tutur.

Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii fəlakətlər zamanı qəzalar olur.

Gəmi qəzalarının səbəbləri müxtəlifdir. Gəmilər yanğın və partlayış nəticəsində, yüklərin yerdəyişməsi və aşmasından, bir-biri ilə toqquşmadan, fırtınadan, sayalara və digər maneələrə oturmasından, və digər səbəblərdən qəzaya uğrayır və batır, bu zaman gəmidəkilər zərər çəkir və məhv olurlar.

Onu da qeyd edək ki, nəqliyyat vasitələri nəinki öz sərnişinləri , həm də nəqliyyat magistralları zonasında yaşayan əhali üçün də təhlükə törədir, belə ki, bu magistrallarla böyük miqdarda tezalışan, kimyəvi, radiasiya, partlayış təhlükəli və digər maddələr daşınır. Onlar qəza zamanı insanların həyatı üşün təhlükə törədir. Belə maddələr daşınan yüklərin 10%-ni təşkil edir.

Aviasiya daşımalarında qəza hallarının əsas səbəbləri: hava nəqliyyatı vasitələrinin köhnəlməsi, aviasiya texnikası təmirin və ona texniki xidmətin keyfiyyətinin pisləşməsi sayəsində bu nəqliyyat vasitələrinin etibarlılıq dərəcəsi nin xeyli azalması; uçuşların yerinə yetirilməsi və təminatı üzrə müəyyən edilmiş qaydaların aviasiya mütəxxəsisləri tərəfindən pozulması hallarının artması; aviasiya müəssisələrinin fəaliyyətində əsas diqqətin uçuşların təhlükəsizliyinə deyil, iqtisadi məsələlərə yönəldilməsindən ibarətdir.

İstehsalat qəzaları zamanı partlayışlar tutumların, sistemlərin, digər qabların və texnoloji boru kəmərlərinin deformasiyaya uğraması və ya dağılması nəticəsində zəhərli maddələrin, o cümlədən də güclü təsirli zəhərli maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı yaşayış məntəqələrində mühitin, o cümlədən havanın, suyun zəhərlənməsinə, eləcə də insanların, heyvanların və bitkilərin ciddi və xəstəliklərinə gətirib çıxarır.



Qəsdən texnoloji fövqaladə hadisələr törədilməsi faktları yeni bir təhlükə növü kimi meydana çıxmışdır. Özü də belə hallar məhz iri şəhərlərin və sənaye mərkəzlərinin həyat təminatı obyektlərində, eləcə də yüksək ekoloji təhlükəli obyektlərdə qeydə alınmışdır.
Yüklə 34,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin