Rus dilinin öyrənilməsinin zəruriliyi
Şahin Böyükağa oğlu Əlibəyli
The importance of learning Russian
Shahin Boyukaga oglu Alibeyli
Необходимость в изучении русского языка
Шахин Боюкага оглы Алибейли
Rus dili – şərqi slavyan dillərindən biri, rus xalqının milli
dilidir.
Rus dilinin inkişaf tarixindən səhifələr
Rus dili rus millətinin dilidir. Rus dili ona qohum Ukrayna və
Belorus dillərilə birlikdə slavyan dillərinin şimal qrupuna daxildir.
Şərqi slavyan dili qədim rus dili hesab edilir. Həmin dil artıq VII
əsrdən mövcud olmuşdur. X əsrdə onun əsasında yazı yarandı və
yüksək inkişaf mərhələsinə çatdı. XI əsrdə «Ostromir incili», XII
yüzillikdə «İqor polku dastanı» yarandı.
Feodal çəkişmələri nəticəsində qədim rus dili ayrı-ayrı
dialektlərə bölündü. XX əsrdə rus dilinin lüğət tərkibi əhəmiyyətli
dərəcədə yenilənmiş və zənginləşmiş, onun qrammatik quruluşu
daha da sabitləşmiş və üslubiyyatı təkmilləşmişdir.