Qabil ABDUL
LAYEV
Toplantıya qar daş
Türkiyədən mütəxəs-
sislərdən ibarət böyük
nümayəndə heyəti
qatılıb
Azərbaycan Tibb Univer-
sitetinin (ATU) Tədris Terape-
vtik Klinikasında Türk Daxili
Xəstəliklər Uzmanlıq Dərnəyinin
daxili xəstəliklər üzrə 6-cı
beynəlxalq təhsil konfransı
olub. Konfransın açılışından
öncə akademik Ə.Əmiraslanov
və tədbir iştirakçıları ulu öndər
Heydər Əliyevi anaraq, onun
universitetdəki büstü qarşısına
əklil qoyublar.
T
oplantını giriş sözü ilə
açan akademik Əhliman
Əmiraslanov qonaqları
salamlayaraq, belə bir möhtəşəm
tədbirin Azərbaycan Tibb
Universitetində təşkil olunması
təklifini böyük məmnunluqla
qarşıladıqlarını bildirib: “Çox
məmnunam ki, bu günkü
toplantıya Türkiyədən 100-ə
yaxın mütəxəssis qatılıb. Bu
tədbir çərçivəsində ölkəmizə təşrif
gətirən dəyərli qonaqları, daxili
xəstəliklər üzrə mütəxəssislərdən
ibarət nümayəndə heyətini
Azərbaycan Tibb Universitetində
qəbul etməkdən şərəf duyuruq.
Bizim Türkiyə Cümhuriyyətinin
digər universitetləri və tibb
sahəsinin digər qurumları ilə
geniş əlaqələrimiz var. Bu, belə
də olmalıdır. Çünki Türkiyə bi-
zim üçün qardaş ölkədir. Həmişə
Türkiyə univerisitetlərinin bizə
yaxından köməyini hiss etmişik.
Kadr hazırlığı sahəsində xe-
yli uğurlarımız var.”- deyən
Əhliman müəllim ilk dəfə 1992-ci
ildən Türkiyə universitetləri ilə
əlaqələr qurulduğunu və tələbə
mübadiləsinin edildiyini bildirib.
“Biz failiyyətə başlayanda müxtəlif
ixtisaslar üzrə mütəxəssislər
olmadığına görə ilk olaraq İstanbul
Universitetinə müraciət etdik. Uni-
versitet ilk olaraq Azərbaycandan
10 tələbə aldı. Onlar təhsillərini
orada davam etdirdilər. Sonrakı
illər tələbələrin sayını artırmağa
başladıq və digər universitetlərlə
də əlaqələrimizi qurduq. Bir
çox sahələr üzrə ölkəmizdə
mütəxəssislərin hazırlanmasında
Türkiyə universitetlərinin xüsusi
rolu var”.
15 il öncə Azərbaycanda bir
çox əməliyyatların aparılmasının
mümkün olmadığını dilə
gətirən akademik hazırda
klinikalarımızda bir çox sahələr
üzrə yerli mütəxəssislər
tərəfindən ən çətin əməliyyatların
aparıldığını qeyd edib. Təşkil
olunmuş bu konfransın çox
böyük elmi-praktiki əhəmiyyəti
olduğunu vurğulayıb.
Akademik Ə.Əmiraslanovun
sözlərinə görə, son illər
Azərbaycanda aparılan uğurlu
DAXİLİ XƏSTƏLİKLƏR ÜZRƏ VI
BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
TƏDRİS TERAPEVTİK
KLİNİKASINDA
yeni
sümük iliyi transplanta-
siyası şöbəsi yaradılır.
Akademik Əhliman Əmiras lanov
noyabrın 21-də şöbəyə baş çəkərək
işlərin gedişi ilə yerində tanış olub
və tövsiyələrini verib.
Yeni şöbə kök hüceyrə top-
lanması,
dondurulması
üçün
cihazlarla təchiz olu nub. Sü mük iliyi
trans plantasiyanın hə yata keçiril-
məsi üçün 10-dək həkim və tibb
bacısı Türkiyə və Avropa ölkələrinin
müxtəlif klinikalarında təkmilləşmə
kursu keçiblər.
Klinikanın direktoru, profes-
sor Surxay Musayevin sözlərinə
görə, şöbədə son tamamlama işləri
gedir və lazım olan avadanlıqların
əksəriyyəti klinikaya gətiri lərək
quraşdırılıb.
Hematologiya şöbəsinin mü-
di ri Valeh Hüseynov qeyd edib ki,
dünyada olduğu kimi, Azərbaycanda
da hematoloji xəstələrin sayı
artmaqdadır. Tib bin son nailiy-
yət lərinə əsasən bu gün bir çox
hematoloji xəs təliklərin sağalmasına
nail olmaq mümkündür. Yeni müa-
licə protokolları ilə yanaşı, onko-
hematoloji xəstələrin mü alicəsində
əsas yeri sü mük iliyi və ya kök
hüceyrə transplantasiyası tutur. Son
illərdə kök hücey rə transplantasiyası
tibbin digər sahələrində, xüsusilə
bəzi onkoloji, qastroenteroloji,
kardioloji xəstəliklərin müali cəsində
geniş tətbiq olunur
.
SÜMÜK İLİYİ
TRANSPLANTASİYASI
ŞÖBƏSI YARADILIR
30noyabr 2015-ci il
http://www.amu.edu.az
5
UNAİDS Ümumdünya QİÇS-lə Mübarizə
Günü
ərəfəsində 2030-cu ilədək QİÇS-in
aradan qaldırılması üzrə tədbirlər haq-
qında yeni hesabat təqdim edib.
BMT-nin İnformasiya mərkəzi
xəbər verir ki, sənəddə son 15 il ərzində
bu virusla mübarizədə nəzərəçarpacaq
irəliləyiş əldə olunduğu bildirilir. İyun
ayına olan vəziyyətə görə, 2015-ci ildə
15,8 milyon insan retrovirus əleyhinə
müalicəyə cəlb olunub ki, bu da son beş
illə müqayisədə iki dəfə çoxdur. Ötən
ilin sonunda isə İİV-lə yaşayan 36,9 mil-
yon insan qeydə alınıb. Bu insanlar diaq-
nozdan sonra təcili müalicə almalıdırlar.
“Biz hər beş ildə müalicə alanla-
rın sayının iki
dəfə artırılma-
sına nail oluruq.
Əsas hədəf QİÇS
epidemiyasını
dayandırmaq-
dır. Elə etmək
lazımdır ki, bu xəstəlik bir daha geri
qayıtmasın”, - deyə UNAİDS-in icraçı di-
rektoru Mişel Sidibe deyib.
Hesabatda qeyd olunur ki, 2000-ci
illə müqayisədə İİV-ə yoluxma halları-
nın sayı 2014-cü ildə 35 faiz, QİÇS-dən
ölüm hallarının sayı isə 42 faiz azalıb.
Ümumdünya QİÇS-lə Mübarizə
Günü hər il dekabrın 1-də qeyd olunur.
Noyabrın 19-da aka demik Əhliman
Əmiras lanov
ATU-nun
əczaçılıq
fakültəsinin binasında yeni yaradılan
müasir elmi tədqiqat laboratoriyasına
baxış
keçirib.
O,
laboratoriyada
istifadəyə veriləcək avadanlıqlar üçün
hazırlanmış şəra itlə tanış olub, öz
tövsiyyələrini vermişdir.
ATU-nun əczaçılıq fakül təsinin dekanı Tahir Sü-
leymanovun verdiyi məlumata görə, müasir ava-
danlıqlar “Respublikanın təbii sərvətləri əsasında
yeni dərman vasitələrinin hazırlanması üçün
Əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriya-
sının təşkili” üzrə layihəsi çərçivəsində əldə edilib.
Layihə Azərbaycan Prezidentinin yanında Elmin
İnkişafı Fondu tərəfindən dəstəklənib. Layihənin
əsas məqsədi respublikanın təbii sərvətlərindən
istifadə etməklə yeni dərman preparatlarının ya-
radılması üçün müvafiq əczaçılıq laboratoriyasının
yaradılmasıdır. Layihə bir neçə mərhələdə icra olu-
nacaq və onlara müvafiq olaraq laboratoriyada ayrı-
ayrı şöbələr qurulacaq. İlkin mərhələdə bioloji fəal
maddələrin əldə edilməsi üzrə şöbə yaradılacaq.
Bu fitokimyəvi şöbədə bitki, heyvan xammalların-
dan bioloji fəal maddələrin alınması üçün istifadə
ediləcək. İkinci - əczaçılıq texnologiyası şöbəsində
isə fitokimyəvi laboratoriyada əldə edilmiş bioloji
maddə əsasında müxtəlif dərman preparatlarının
hazırlanması üçün istifadə olunacaq. Bura müxtəlif
dərman formullarını hazırlamaq üçün avadanlıqlar-
la təmin ediləcək. Məsələn, burada həb düzəltmək
üçün press, kapsulyator, nanoemulsiya avandan-
lığı və digər köməkçi – quruducu, nəmləndirici
və s. avadanlıqlar olacaq. Üçüncü standartlaşma
şöbəsində isə bioloji fəal maddələrin , substansi-
yaların və dərman formasına salınmış məhsulların
keyfiyyətinə nəzarət üsulları hazırlanacaq. Bu-
rada həm substansiya, həm xammalların, həm
dərmanların istehsalı və satışında keyfiyyəti müasir
formada, ən yüksək səviyyəli avadanlıqla yoxlanı-
lacaq. Bu şöbədə maye xronoqraf, qaz xronoqrafı,
infraqırmızı spektr cihazı və digər köməkçi avadan-
lıqlar olacaq.
Ümumilikdə, əczaçılıq fakültəsinin laboratoriya-
larına elmi tədqiqatları aparmaq üçün təxminən
30-a qədər müasir avadanlıq alınıb və onlar qısa
müddətdə quraşdırılaraq istifadəyə veriləcək. Və
qeyd edək ki, alınan ən son model cihazların 90
faizi Azərbaycanda digər müəssisələrdə olmayan
avadanlıqlardır.
ATU
-nun Bey nəl xalq
Əla qələr üzrə
pro rek toru, Terpaevtik və
Propedevtik propedevtika
kafedrasının
dosenti
Rəhimə Qabulovanın mət-
buat xidmətinə ver diyi
məlumata əsasən, bu ilin
noyabr ayından etibarən
ölkəmizdə
Azərbaycan
Ürək Çatışmazlığı Regis-
trinin (AÜÇR) tətbiqinə
başlanılıb. Registr ATU və
Səhiyyə Nazirlyinin İcimai
Səhiyyədə İslahatlar Mər-
kəzinin əməkdaşlığı ilə
gerçəkləşdirilir.
AÜÇR-nin əsas məqsədi ürək
çatışmazlığı diaqnozu ilə hospi-
talizasiya olunmuş və ambulator
qaydada təqib olunan xəstələr
haqda məlumatın, onların diaq-
nostika və müalicə nəticələrinin
toplanılması və təhlilidir. Top-
lanılmış məlumatlarının analizi
əsasında müalicəvi, diaqnostik,
profilaktik, habelə reabilitasiya
ilə bağlı qısa və uzun müddətli
hədəf proqramların yaradılması
və müdaxilə tədbirlərinin işlənib
hazırlanması və icrası nəzərdə
tutulub.
TTK əməkdaşlarından ibarət
işçi qrupun təşəbbüsü ilə, AÜÇR,
ilkin mərhələdə Tibb Universite-
tinin Tədris-Terapevtik Klinikası-
nın bazasında, pilot olaraq Klinik
Registr kimi təsis edilib.
Artıq bir neçə gündür ki, TTK-
nin Ürək Mərkəzində Ürək Ça-
tışmazlığı diaqnozu ilə müayinə
və müalicə olunan xəstələrin
qeydiyyatına başlanılıb. Bu-
nun üçün ATU-nun TTK-nın və
Azərbaycan Səhiyyə Nazirliyi
İSİM əməkdaşlarından ibərət
ekspertlər qrupu tərəfindən
xüsusi sorğu anketi hazırlanıb
və İSİM-in Səhiyyə Siaysəti və
İslahatlar Şöbəsi tərəfindən
on-line elektron forma şəklində
proqramlaşdırılıb. Klinik registrin
tətbiqinə müvəffəqiyyətlə başa-
dıqdan sonra, TTK-nın müsbət
təcrübəsi həkimlərin xüsusi
təlim və məlumatlandırılması ilə
paralel olaraq, Bakı şəhəri və
Respublikanın bölgələrinə yayı-
lacağı planlaşdırılıb.
Qeydiyyatdan keçmiş ÜÇ-
dan əziyyət çəkən xəstələrin
diaqnostikası və müalicəsində
istifadə edilən strategiyalar,
beynəlxalq kardioloji cəmiyyətlər
və Səhiyyə Nazirliyinin təsdiq
etdiyi
klinik
protokollarda
yer almış tövsiyələrin tətbiqi
qiymətləndiriləcək,
nəticələr
təhlil ediləcək və bu barədə
elmi və ictimai səhiyyəyə dair
dərgilərdə mütəmadi məlumat
veriləcək.
Qeyd etmək istərdik ki, bu
layihə ölkəmizdə ürək-damar
xəstəliklərinin qeydiyyatı üçün
tətbiq edilən və geniş miqyas-
da həyata keçiriləcək ilk registr
olub, gələcəkdə daha çox no-
zologiyaların əhatə olunmasını
nəzərdə tutur.
Noyabr 17-də Azər bay-
can Tibb Uni ver sitetinin
Təd ris Terapevtik Kli-
nikasın da Amerika Bir -
ləşmiş Ştatlarının Döv-
l ət Departamenti tərə-
findən maliy yə ləş dirilən
“Fulbright mütəxəssis
proqramı” çərçivəsində
he motolo q- o n kolo q,
pro fessor Alva Boven
Veir yekun mühazirəsini
keçirib.
”Aqressiv
limfomalar”
möv-
zusunda
danışan
professor
xəstəliyin ən çox rast gəlinən
formaları barədə həkim rezident
və tələbələrə məlumat verib. Dr.
Alva mühazirəsində limfomala-
rın diaqnostikası, orqanizmdə
yaratdığı fəsadlar və
müasir müalicə üsul-
ları haqqında ən son
məlumatları seminar
iştirakçıları ilə bölü-
şüb. Xəstəliklə bağlı
ABŞ-da mövcud olan
statistik
göstəriciləri
qeyd
edib.
Aşağı
dərəcəli və aqressiv
limfomalar
zamanı
tətbiq olunan müalicə
üsullarının fərqini izah
edib.
Qeyd edək ki, dr.
Alva Boven Veirin Klinikada 3
həftə ərzində Qan hüceyrələrinin
artması,
Qanama,
Mielom
xəstəliyi, Xroniki Leykemiya və
Aqressiv limfomalar mövzusunda
mühazirələri baş tutub.
Noyabr 17-də Azər bay canda
təh sil alan Əcnəbi Tələbə-
Gənclərin II Ümumrespublika
Foru mu
keçirilib.
Forumun
əsas
məqsədi
ölkəmizdə
təhsil alan gəncləri bir araya
gətirmək,onlara özünü ifadə
etmək imkanı verməkdən iba-
rətdir.
“Təklif bizdən, dəstək
sizdən”
devizi
altında
keçirilən forumda müxtəlif
ali məktəblərin, o cümlədən
Azərbaycan Tibb Universi-
tetinin tələbələri və rəhbər
nümayəndələri iştirak edib-
lər. ATU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru
Rəhimə Qabulova da foru-
mun işini izləyərək, tələbələri
dəstəkləyib.
ATU-nun xarici tələbələrlə
iş üzrə dekanı İsmayıl Əfəndiyev deyir
ki, respublikanın ali təhsil müəssisələri
arasında sayca ən çox əcnəbi məhz
Azərbaycan Tibb Universitetində
təhsil alır: “Azərbaycanda təhsil alan
5000 əcnəbi tələbənin arasında say-
ca ən çoxu - 1000-ə yaxını ATU-nun
müxtəlif kurs və fakültələrində təhsil
alır. Bu forumda isə universitetimizin
50 əcnəbi tələbəsi iştirak edib”.
Dekanın sözlərinə görə, on-
lar forumda aktiv iştirak edərək
Azərbaycan təhsil sisteminin müasir
standartlara tam uyğun olduğunu
deyiblər. Həmçinin, təhsil ocaqların-
da əcnəbi tələbələrə
xüsusi diqqət və qayğı-
nın olduğunu bildiriblər.
Əcnəbi tələbələr artıq
Azərbaycanı özlərinə
ikinci vətən hesab
etdiklərini deyiblər.
Tədbirdə daha
sonra
Azərbaycan
mədəniyyətinə yüksək
qiymət verən əcnəbi
tələbələrin ifasında mil-
li mahnı və rəqslər ifa olunub. Tibb
Universitetinin Fələstindən olan
tələbələrindən ibarət rəqs ansamblı-
nın çıxışı böyük maraqla qarşılanıb.
Onlar forumun laureatları seçilərək
diplomla təltif olunublar.
Tibb Universitetində yeni
əczaçılıq laboratoriyası açılıb
Azərbaycanda ürək çatışmazlığı
registrinə start verildi
Hemotoloq - onkoloq, professor Alva Boven
Veir ATU-da yekun mühazirəsini keçirib
ATU-nun xarici tələbələri Əcnəbi Tələbə-Gənclərin II
Ümumrespublika Forumunda iştirak ediblər
ATU-nun mətbuat xidməti
Bu il 15,8 milyon insan QİÇS əleyhinə
müalicəyə cəlb olunub
http://www.amu.edu.az
30 noyabr 2015-ci il
6
ATU-nun Tədris Te-
rapevtik Klinikasında
Azərbaycan Kardiologiya
Cəmiyyətinin 4-cü Mil-
li Konqresi çərçivəsində
“Ürəyin Anatomiyası” kur-
su təşkil olunub.
T
oplantıda tibb üzrə
fəlsəfə doktoru Mah-
mud Bağırzadə “Ürəyin
Embrioloji İnkişafı “mövzusunda
mühazirə ilə çıxışında insan ürəyinin
rüşeym, döl və doğulduqdan sonra-
kı dövrlərdə inkişaf mexanizmini iş-
tirakçıların diqqətinə çatdırdı.
Tədris Terapevtik Klinikanın
həkim kardioloqu Fuad Səmədov
isə “Ürək Qapaqlarının Klinik Ana-
tomiyası” adlı mühazirəsində ürək
qapaqlarında gedən dəyişikliklərin
fərqli
təsnifatlarını
aparılmış
müayinə nəticələri əsasında izah etdi.
Daha sonra klinikanın kardioloqu
t.ü.f.d Elnur İsayev “Ürəyin Arteri-
al və Venoz Sistemi” mövzusunda
etdiyi çıxışında ürək damarlarının
şaxələnməsi və ürəyin qidalanması-
yollarından danışdı.
Mühazirələrdən sonra kurs prak-
tiki hissə ilə davam
etdi.
Azərbaycan
Ürək
və
Da-
mar
Cərrahiyyəsi
Cəmiyyətinin sədri,
tibb elmləri dokto-
ru Kamran Musayev
və Tədris Terapev-
tik Klinikanın Ürək-
damar Mər kəzinin
rəhbəri, dosent dr.
Fərid Əliyev həkim
rezident və tələbələr
üçün ürəyin disseksiyasını həyata
keçirdilər.
Konqres öz işini noyabrın 28 və
29-u Hilton otelində davam etdir-
mışdir.
Mütəxəssis sözü
Ə
hali
arasında
öskürək,
təngnəfəslik, tənəffüslə bağ-
lı
müxtəlif
narahatlıqlar
izlənməkdədir. Bu əlamətlər hansı
xəstəliklərin göstəricisi ola bilər?
Bu haqda müsahibimiz Azərbaycan
Tibb
Universitetinin
Ağciyər
xəstəlikləri kafedrasının müdiri,
tibb üzrə fəlsəfə doktoru, dosent
Rafiq İdris oğlu Bayramovla danış-
mışıq:
- Vərəm xəstəliyinin əlamətləri nədir?
- Bütün xəstəliklərdə olduğu kimi
vərəm xəstəliyinin də mütləq patoq-
nomik əlaməti yoxdur. Yəni elə bir
əlamət yoxdur ki, ona görə biz əminliklə
müayinə etdiyimiz şəxsdə vərəm
xəstəliyinin olduğunu söyləyək. Ancaq
vərəm xəstəliyində daha çox rast gəlinən
əlamətlər, ümumi halsızlıq, axşamüstü
zəif subfebril hərarətin (37,2-37,4) olma-
sı və səhərə yaxın boyun-ənsə, kürək
nahiyyəsinin tərləməsidir. Bu əlamətlərin
olmasına görə hər hansı bir orqanın
vərəm xəstəliyindən şübhələnmək olar.
Amma diaqnozun təsdiqi üçün kompleks
müayinənin aparılması lazımdır.
- Müəyyən bir insan əlamətlərinə
görə vərəm xəstəsi olduğundan xəbər
tuta bilərmi, yoxsa bu, ancaq laborator
muayinələr zamanı aşkarlanır ?
- Əvvəldə söylədiyim kimi, əlamətlərə
görə vərəm xəstəliyindən yalnız
şübhələnmək olar. Yəni, vərəmin daha
çox rast gəlinən forması olan tənəffüs
orqanlarının, ağciyərlərin vərəmi za-
manı yuxarıda söylədiyim əlamətlərlə
yanaşı bəlğəmli öskürək, döş qəfəsində
ağrı, təngnəfəslik, qanhayxırma və s.
müşahidə olunur. Dəqiq diaqnozun qo-
yulması üçün isə xəstənin tam müayinəsi
vacibdir.
- Doğrudurmu ki, güclü immunitetə
malik olan insanlar vərəm xəstəliyinə
tutula bilməz ?
- Çox yerinə düşən bir deyim var
ki, vərəm elə xəstəlikdir ki, heç vaxt
öz vizit kartını əvvəlcədən heç kəsə
göndərmir. Bu baxımdan hər bir kəs
ömrünün istənilən dövründə vərəmlə
xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə
xəstələnməyə görə risk qrupu olan
şəxslər var ki, o, insanlarda vərəm daha
çox rast gəlinir. Bu risk qrupunu təşkil
edən insanlarda immunitetin zəifləməsi
əsas faktorlardan biridir. Qeyd etmək
istəyirəm ki, normal həyat tərzi keçirən,
zərərli vərdişləri və vərəmə meylliliyi ar-
tıran yanaşı xəstəlikləri (məs. şəkərli di-
abet, hormonal preparatların qəbulu) ol-
mayan, həmçinin irsi olaraq bu xəstəliyə
davamlı olan şəxslər vərəmlə çox az-az
hallarda xəstələnir.
- Bu mövzuda işlərkən “viraj” termininə
rast gəldim. Anlamı nədir?
- Viraj, vərəmə görə profilaktik
müayinədə və vərəmin diaqnostikasın-
da istifadə olunan tuberkulin sınağının
(Mantu sınağı) ilk dəfə müsbət olması-
dır. Yəni uşaqlarda hər il istifadə olunan
Mantu sınağı mənfi olub, növbəti dəfə
müsbət olarsa bu tuberkulin sınağının
virajı adlanır. Viraj hərfi mənada döngə,
geriyə dönmə demək olub, sağlamlıqdan
xəstəliyə dönmə anlamı verir və vərəm
infeksiyasına yoluxmanı göstərir. Ona
görə də viraj olan uşaqlar vərəmə görə
kompleks müayinə olunmalıdır.
- Cəmiyyətimizdə bir vərəm qorxusu
var,
yəni
hansısa
ailədə
vərəm
xəstəsinin olması üzə çıxarsa, o zaman
bundan məlumatlı olan ətrafdakılar o
ailə ilə ünsiyyətdən qaçırlar. Buna görə
də çox vaxt bu xəstəliyə yoluxanlar
xəstəlini ətrafdakılardan gizlətməyə
çalışır, bu xəstəliyin daşıyıcısı olduğunu
etiraf etməkdən utanırlar.. Çünki xəstə
insanlar öz xəstəliklərini başqa adla
- keçici olmayan xəstəlik kimi təqdim
etməklə qarşı tərəfin ona yoluxma riskini
artırırlar. Bu haqda qısaca münasibət
bildirmənizi istərdik.
- Bəli, cəmiyyətdə vərəm xəstəliyinə
münasibətin birmənalı və müsbət ol-
maması vərəmə tutulan şəxslərin əksər
hallarda öz xəstəliyini gizlətməyə ça-
lışmasına səbəb olur. Burada bir səbəb
də, cəmiyyətdə vərəmlə qeyri-normal,
o cümlədən tüfeyli həyat tərzi keçirən
şəxslərin, alkoqoliklərin, narkomanların,
həsbxanada olanların xəstələnməsi fikri-
nin olmasıdır. Düzdür, bu tipli insanlarda
vərəm daha çox rast gəlinir. Ancaq tam
normal həyat tərzi və yaşayış şəraiti olan
şəxslər də vərəmlə xəstələnə bilər. Buna
görə də, cəmiyyətdə bu məsələ ilə bağlı
maarifləndirmə tədbirlərinin artırılma-
sı yaxşı olardı. Onu da qeyd edim ki,
vərəm tam sağalan xəstəlikdir. Sadəcə
xəstəlik nə qədər erkən aşkar olunub
düzgün müalicə olunarsa daha effektli
olar. Vərəmlə xəstələnənlər vaxtında aş-
kar olunub kompleks müalicə olunmalı,
bu xəstələrlə təmasda olanlar isə profi-
laktik müayinə və müalicə kursu qəbul
etməlidirlər.
Dostları ilə paylaş: |