TiBBİ tullantilarin təSNİfati



Yüklə 20,35 Kb.
tarix14.12.2023
ölçüsü20,35 Kb.
#180254
Tibbi tullantılar təsnifatı


TİBBİ TULLANTILARIN TƏSNİFATI

1.1. Profilindən və çarpayı sayından asılı olmayaraq, MPM-in fəaliyyəti nəticəsində morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə əmələ gələn tibbi tullantılar maye, bərk və toz şəklində olaraq, “Təhlükəli tullantıların daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına əsasən müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər.


1.2. Tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür:


Müalicə profilaktika müəssisələri tullantılarının təsnifatı:


A sinfi - MPM-in təhlükəsiz tullantıları - Yoluxucu xəstəliklər xəstəxanaları və pasiyentlərin bioloji mayeləri ilə təmasda olma-yan, eləcə də qeyri-toksiki tullantılar; yoluxucu xəstəliklər xəstəxanaları və vərəm əleyhinə müəssisələr (şöbələr) istisna olmaqla, bütün MPM-in qida tullantıları; mebel, inventar, tərkibində toksik elementlər olmayan və işləməyən diaqnostika avadanlıqları; yoluxmamış kağız, süpürüntü, tikinti və s. tullantılar


B sinfi - MPM-in təhlükəli tullantıları -Potensial yoluxucu xəstələrlə təmasda olmuş tullantılar, ifrazat, o cümlədən qanla çirklənmiş materiallar və alətlər; patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları; yoluxucu xəstəliklər şöbələrinin bütün tullantıları (o cümlədən qida qalıqları); 3-cü və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları; vivarilərin bioloji tullantıları.


C sinfi - MPM-in xüsusi təhlükəli tullantıları - Xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar; 1-4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları; vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanaların (şöbələrin) tullantıları.


D sinfi - MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantılar - Vaxtı keçmiş dərman preparatları, dərman və diaqnostik preparatların tullantıları, yararlılıq müddəti bitmiş istifadəyə yararsız dezinfeksiya vasitələri, sitostatiklər və digər kimyəvi preparatlar.
Yüklə 20,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin