Toplayan HƏSƏn bəy hadi 2005-5



Yüklə 1,01 Mb.
səhifə4/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
1   2   3   4   5   6   7   8   9

el gözünü dil açar.

əl iş görər, göz qorxar.

el oğlu, yumurtaya qılp qoyar.

el qaldı, törü qalmaz: topraq gedər, xuy gedməz.

el qapısı gec açılar, güc açılar.

el qazanı ilə, aşın qaynamaz.

el qonmadan, it susmaz. (el qonmasa, it susmaz).

el qulağı, su tutmaz.

əl tutacağına, od tut.

əl tutunca od tut: zəmanət, oddan pis yandırar.

əl tutunca, od tut.

el yaxşı, biz yaman. el buğda biz saman.

el, hakimin əlinə, hakim elin cibinə baxar.

elçi çox olar, qismət bir.

elçidən söz alarlar, düşmandan göz.

əldən gəlməz iş olmaz, ayaq gedməz yol olmaz.

eldən gəlsə məlamət, qalanmazsan səlamət.

eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.

əldən tutulan qutulur, dildən tutulan dürtülür.

elə fırıldaq gəlib ki, fırlana fırlana qalmışıq.

elə günə düşüb ki burnun ucu titrəyir.

ələ salmaqdansa öz əlivi özün üçün işə tut.

ələkçinin qıl verəni yanında olar.

ələyi ələnib qəlbiri göydən asılıb.

əli bağlı olanı yetən döyər, yetməyən söyər.

əli əyrinin, dili düz olmaz.

əli tutanın, əli qopar, od tutanın əli yanar.

əlifin hicəsı var, gündüzün gecəsi var.

elin ağzı torba deyil ki büzəsən.

əlin verər, ayaqın izlər.

elindən ısrıq, özündən üzrük, savından dönrük: eldən qovulmuş, sevikdən (eşqdən) üzülmüş, əhdindən dönmüş.

elinə ağlayan qalmır, elindən yazan qalır.

əlinlə xəmir ovar, gözü ilə dənə qovar.

əlivi vuranda dizivə, onda gələrsən özüvə.

əllə ver, ayaqla izlə.

ellər köçər, dağlar qalar.

əlli ilin eşşəginə, dəyirman yolu göstərir.

əmək bizdən, yaran tarıdan. (əmək bizdən ola tarıdan yardım).

ən böyük yalançı olduki, diri ikən ölümnən danışır.

ən yaxşı dost odur ki, qarşı durmaya.

əngəl ilə tikan, biri yardan, biri güldən (olur).

ər ağacı gül ağacı, taqsırım var, vur ağacı.

ər altında at olur, qeyrət altında ər olur.

ər arvad arası ipəkdir, araya girən köpəkdir.

ər bildiyini, dəyirman döndüyün düşünür.

ər çöldə olar, çörəyi evdə.

ər od olar, arvad su. (- sən ölmüyəsən).

ər qocalar, könül ki yox.

ər yaşar, ərki gedər, qadın yaşar görki gedər. (yaşar: yaşd olar. yaşlanar. \ ərki: gücü. \ görki: gözəlliyi).

ər, axar çaydır. arvadisə ona ovsar.

ər, doğan yerin isdər, it doyan yerin. (ər doğan yerini küysər, it doyan yerini).

ər, əri yoldaşlıqda tanır. ev, evi qonşuluqda tanır.

ər-arvadın savaşı, yaz gününün yağışı.

ərdəm başı dildir.

ərə getmək asandır, ər donu tikmək çətin.

ərə qadaş gərək düşman dağıda, ki demişlər yavuz qardaş yağıda. (yavuz: pis. yaramaz\ yağıda: düşman içində. düşmana yaxcıdı).

ərə ver atın, elə ver aşın.

ərin ağrısın, yeynisin at bilir.
- ərin ağırlığın, yüngüllüyün at çəkər.


ərin dodağı yağlı, ərməkün (təmbəlin) başı qanlıq.

ərincək örətin yuxlar, yatıb işlər. (örətin: ayaq üsdü).

ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.

ərinə görə, bağla başını, qabına görə qaynad aşıvı.

əringənə, əlli qarı bezdən yum olmaz: subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz).

ərinməsən, usta olarsan.

ərkək quş havanı, dişi quş yuvanı güdər.

ərkəkdə söz, aşda duz gərəkdi.

erkən qalxan, erkən çatar evinə.

ərkəyə ürək gərək, qadına dirək.

ərməgiyə (təmbəl), bulut yük olur.

ərməkügə, eşik art olur: təmbələ qapı, dağ beli görünür.

ərsək, ərə dəğməz, ivsək evə dəğməz: oynaş, ərdə qalmaz, tələsən evə çatmaz.

ərsiz arvad, güvənsiz at.

ertə namaz gec namaz, ağılda qoyun qalmaz.

ertə qanmayan gec qanmaz, gec qanmayan, heç qanmaz.

ertəyə qalan arxaya qalar.

ertəyə qalan bəladan qorxma. (ertəyə: sabaha. yarına).

əsəndə ivik yox: sağlıq, tələslik götürməz.

əsər qılmaz söz, ol yerdəki dərd yox, pişməz təndir oluncaq soyuq.

əsgi düşman dost olmaz, əsgi pambıx bez olmaz.

əsgi düşman, el olmaz.

əsgi düşman, eli pozar.

əsgi ilin hesabı, yeni ilin sabağı (dərsi).

əsgi yenini saxlar.

əsgi, yamaq götürməz.

əsginməyən torba yox, tükənməyən dağar yox. (dağar: mal). (torba yoxdur əsgiməz, dağar yoxdur tükənməz).

əsgisin arıd, əsgisin saxla.

əsil aynamaz, aynasada çürüməz.

əsil ilə daşı daş, bədәsillə yemə aş.

əsil itməz, yağ iylənməz.

əsirgənmə keçən günlərivin olduğuna, güvənginən bu gün əlində nə olduğuna.

eşdib ata ananın, savlarını qoyurma.

eşə eşə topraq gəlişər, söyləyə söyləyə söz.

eşək ata demişki: yoxuşda sən məni güd, enişdə mən səni küdərəm.

eşəyə quyruq, öküzə buynuz, ağır olmaz.

eşəyyin quruğu kimi nə uzar, nə qısanar.

eşidən görənə xəbər verir.

eşik qar, içəri dar.

eşq ağladır, dərd söylədir.

eşqin gözü kor olur, qulağı kar.

eşqsiz can, gövdəsi cansız durur.

eşşəgivi bağla, sonra allaha ısmarla (: tappışır).

eşşək adam öz başını düşünər, yaxcı adam yoldaşını.

eşşək başı ağırlıq (hörmət) götürməz.

eşşək nə eşşək, tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.

eşşək oğrusu varki sofuluk satır, haqdan gələn səsi bəyənmir.

eşşək qaçdı, ip uzandı.

eşşək üsdə yüküm yox, dağdan uçsa qorxum yox.

eşşək yügürər, at küyər.

eşşək, atla yarışmış, quyruq, qulax qarışmış.

eşşəkçi eşşəyə baxar, qonaqçı, qonaqa.

eşşəkliyi bəs deyir, dəvəni yədəkliyir.

eşşəyə görə çulu.

eşşəyə min ata çatınca. (eşşəyi minmək gərək, ata yetincə). (eşşəyi minmək gərək, ata yetincə görək).

eşşəyə, palan yük deyil.

eşşəyin hesabı başqa, eşşəkçinin ki başqa.

eşşəyin qədrin atdan düşəndən sor.

eşşəyin quyruğu kimi nə uzar, nə qısar (qısanar).

eşşəyin yügürəni, atın ağsaqı kar verməz.

eşşəyivi bərk bağla, andan tanrıya ısmarla.

ət olan yerdən, it getməz.

ət qanlı, iyid canlı olmalı.

ət sümüyə çəkər, kişilik suyuna (xuyuna) çəkər.

əti acı adamı axtarmazlar, ras gələr.

əti ətdən kəsərlər, uman yerdən küsərlər.

ətin yemiş, sümüyünə dayanmış.

ətin yeyir, sümüyünə göz tikir.

ətlə dırnaq ayrılmaz, iyi yavlaq ayrılsın.

ətləs əsgilsə belə patava çıxmaz. (patava: cında).

ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.

ev almadan, qonşunu tap (tanı).

ev kimindir ? - oturanın, söz kimindir ? - götürənin.

evdəki qızın gözü qapıda, doymamış itin qulağı.

evdən verməz, qonaq gedməz.

evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.

evi quran balta, dışarda qalar.

evi yığanda arvaddı, yıxanda.

evin aşağısıda olur yuxarısıda.

evliyin yeyən oldu, vurdu tanrın, malın yeyən oldu, verdi tanrın.

ey dünya qovan dön geri irüp yetəməzsin, yüz min il əgər yel kimi yelsən yetəməzsin.

ey könül gəl olmaqıl haxdan ıraq, donda canım var ikən eylə yaraq. (donda: təndə).

əy qanuna ər isən, əyəmməsən, ərirsən.

ey zamana atından qalan yayaq, zamana ana tutarmı ayaq ?.

eybi yox deyin, eybsizləşin.

eybini bilən, özgəyə eyb eyləməz.

eygiligin gəl, ısızlığın gəlmə
- xeyirlə gəl, şərrilə gəlmə.


eyib tapır özgəyə, bir baxmayır güzgüyə.

eyibsiz dost axdaran dossuz qalar.

əyri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).

əyri ağaca yayım, hər görənə dayım demə.

əyri ağız bəy olsa, yalan sözü düz çıxar.

əyri basılar, doğrusu çıxar.

əyri duvar tez yıxılar.

əyridə tox, doğruda ac görmədim.

əyrisinə baxan, tüsdünün düzündən qalar.

eytgən söz, atqan ox. (söz deyildi, alınmaz. ox atıldı qayıtmaz ).

əzəli düşman, el olmaz, ətəgi kəssən dar olmaz.

əziziyəm dil açar, bərk toprağı bel açar, toprak sənin dil başqa, körpə dilin kim açar.

əziziyəm dilim dilim, kəs qarpızı dilim dilim, əlçəkmərəm dilimdən, kəssən dilim, dilim dilim.

əzrayil vurar pəncə, baxmaz qocaya, gəncə.

fala inanma, suya dayanma.

faydalı yerə qaça - qaça get, zərərli yerdən qopa - qopa qaç.

fələkin belə işləri çox, qaplanı ac gəzdirir, tülkünü tox.

fələkin işinə bax, birinə qismət, birinə nisbət verir.

fırlanar cıvar, kiminə yemək bitidi kiminə əmək. (cıvar: dünya).

fikir dili basar, dildə gücü.

fürsət yelə bənzər, onu keçərkən tutmalı.

gecə gəbədir, gün doğmadan, nələr doğar.

gecə kimi qara, tamı kimi issi, sevgi kimi şirin. ( tamı: cəhənnəm).

gecə odu, gündüz düdü gizlədir.

gecə odu, gündüz düdü gizlətməyi öyrən. (düd: tüstü).

gecə yatan, gündüz oyanar.

gecələr yatar, danda oyanar.

gecəni güdmək bayquşkimi, günüzü güdmək, qartal kimi.

ged day gözəlim, yarə vuran, yar ola bilməz, qəmsiz yaşayan bizlərə qəmxar ola bilməz, qırda əriyir qar sayağı gün qabağında,amma gözəlim, insafın olsun, dahı qır, qar ola bilməz.

ged tabağım gəl tabağım, gəlməsən dövül tabağım.

gedənin yeri boş, olduğu yeri xoş olsun.

gedər bağlar qorası, qalar üzün qarası.

gediciyə yol yaxcı, qalıucıya ev yaxcı.

gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq.

gələn günə yarqı yox, ötən günə qayğı.

gələnə xoşluk, gedənə uğur dilə.

gəlin var gələr- gətirir, gəlin var gedər - itirir.

gəlin var qızdan, toyuq var qazdan başdır.

gəlin var, külü aş yapar, gəlin var, unu daş yapar.

gəlini evdə sına, dağa oduna yolla. (gəlini evdə sınıyıb, dağa oduna yollamışlar).

gəlir gəlməzə inanma, əlindəkin qaçırma.

gəlməmişə güvənmə, keçmişinə ilənmə.

gəlsə qalı qatıqlıq, artar deyu sərin qıl.
- gəlsə belə çətinlik, keçər deynə, dözüm qıl.


gəlsə uma düşürqıl, dinsin onun aruqluğ (u): qonaq gəlsə, yerləşdir onu, yorqunluğu gidərsin.

gəmi quru yerdə yeriməz.

gəmisin batıran, başmaq axtarmaz.

gen don opramaz, gəngəşli (məşvərətli) bilik artamaz (arxaya qalmaz)

gənc ömrün bağışlar, qarı ömrün qarışlar.

gəngəşli (məşvərətli) bilik artamaz (dalı qalmaz)

gəngəşli bilik utraşur, gəngəşsiz bilik opraşur (öprəşür. əprişür)

gəngəşli bilik, uzlaşır, gəngəşsizin öprəşür.

gər inanırsan onun birliyinə, yaxcılıq ed iblisin korlüğünə.

gərçək əzilər, üzülməz.

gərçi sözünə qulax tuddum, nə fayda ki, eşiddimdə unutdum.

gərək dediyimiz, aldanmağın bir başqa biçimidi (formasıdı).

gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.

gəvəzənin işi qalar, astanın işi qalmaz.

geyik qındıqı, yıbar qoxar: ceyran göbəyi ətir qoxar.

gəzəyən qızdan gəlin olmaz.

gəziki (nobə) gəlmədən verilməz, gəziki olmadan alınmaz (olum, ölüm).

gic, nə doydum bilər, nə yoruldum.

gizli yüklənən aşgara doğar.

göğə sağursa, üzünə düşür: göyə tüpürən, üzündə yığır.

göləm deyə köpürürsən, içində bir balıx yox.

''gördüm'' dedin tutuldun, ''görmədim'' dedin qurtuldun.

gördün yarın yar deyil, tərkin qılmağın ar deyil.

gördüyün kimi inanma, inandığın kimi gör.

gördüyün qoyub, sandığın tutma.

gördüyüvü demə, gözdən düşərsin.

görən gördüyündən diyər, görgüsüz ağzına gələni.

görən gözə, yasaq olmaz.

görən gözündən asılı, görməyən ağzından asılı.

görkülüyə (gözələ) söz gəlir, ağac başın yel əğir.

görmədiyin yükün, altına girmə.

görməmiş, gözün qurusun.

görməmişin yetməyi yaman.

götürəmmədiyin çomaq, başada dəyər, qıçada.

göy verirsə, yer alır, göy istəsə yer çalır.

göycə mıncıq kimdədir, mənim gözüm ondadır.

göydəki durnadan, əlimdəki sərçə yeğ.

göydən pay uman, yersiz qalır.

göydən yağar, yer alar, yer almasa, yel alar.

göyə suysa üzünə düşür.

göyə umub atma oxi,.

göyül (gönül) istəyər, əl edər.

göz gördüyündən qorxar.

göz görə görə, əl görə görə pişər.

göz görər, ürək istər.

göz görməsə könül qatlanır. (göz görməyincə, könül qatlanır).

göz görməsə üz dönər.

göz görməsə, üz utanmaz.

göz görsə, özik gəlir.

göz ilə gör, qulaqdan al, ağızla ver.

göz ki var qaranlığı seçmək üçündür.

göz qəlbin güzgüsüdür deyiblər.

göz qulaxdan irəlidir.

göz tərazı, ağıl miyzan.

göz yumulunca, qiyməti bilinməz.

gözdən ıraq, gönüldən uzaq.

gözdən ırax, gönüldən ıraq. (gözdən ırax, könüldən uzaq).

gözdən uzaq, yaddan uçaq.

gözdən yaş yuyunsun, ürəkdən pas.

gözə yasaq yoxdu.

gözəl var gözünən öldürər, gözəl var sözünən öldürər.

gözəldə hamının gözü var, çirkinə kimin sözü var.

gözələ kətəndə yaraşır, çirkinə ətləs neynəsin.

gözəllərin talehi, çirkin olur.

gözəllik gözünəndi, axlaq sözünəndi.

gözlərə tikən, meyvəli ağac.

gözlüyə, gizli yoxdur.

gözsüz oğul qalan, başlı başına gedər.

gözü dışda, özü içdə (balıq). balıq özü suda, gözü dışda. ayağı əzir, qulağı gəzir.

gözü oxşayan geyimdir.

gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz.

gözüm səğrər, qulax çınlar, könül inlər, ki candan sevgili dilbər, gəlir dərlər gəlir dərlər.

gözün açuk ikən yaraxlan özün, ki sində qarınca yeyəcək gözün.

gözünün biri alma dərər, o biri səbədə salər.

gurlayaraq gələn düşmandan, kötüdür gülə - gülə gələn düşman.

gurulda, amma yağma.

güc aldan girsə, doğru tünlükdən çıxar.

güc eldən girsə, törü tünlükdən çıxar.
- zor asdanadan girsə, düz bacadan (pəncərədən) qaçar.


güc üzdən girsə, düz daldan çıxar.

gücənməsin biləgin, tükənməsin gücün.

güclü olan günlüyün tapar, bilimi olan illiyin.

gücsüz avlamaq, qutsuz yaşamaq olmaz.

gücü olan günlüyün tapar, bilgisi olan illigin.

gül açmasa, bar gəlməz, biçilsə don, dar gəlməz.

gül gülə oxşar, gözəl gözələ.

gül qədrini kor bilməz.

gül tikansız, çöl ilansız olmaz.

güllü yerdə tikan var, tikanlıqda gül harda.

gülmə qonşuya, gələr başıva.

gülsə kişi, atma ona otlu kelə (kül), bax qıl ona, iykiliknən, ağzı gülə.

gülünə bax qunçəsin dər.

güman, imandan ayırar (elər).

gün doğmadan kəmligi söylənməz.

gün doğmadan nələr doğar.

gün görməyən gün görsə, gündüz çıraq yandırar.

gündə irük yox, bəydə qıyıq yox.
- gündə yarıq yox, bəydə xəta yox.


günəş palçıxla sıvanmaz.

günlünün, günü olmaz, günləməzsə, günü olmaz.

günü günləməsin, neynəsin.

günü ilə, gün yoxdur.

günü var, günü yoxdu.

günü, günləmədən, günü keçməz.

günüm yoxdur, günüm var.

günün batmağın görən kimsə, çıxdığına inanar.

günün çıxmağına gecəni tanıq (şahid) çək.

günün ölsün əlində qalsın, özün ölsən elində qalsın.

gününən kürk dəğişir.

güvənc, sevinc, inananc. bu üçü zor tanımaz

güvənsən varlığa düşərsən darlığa.

güz gəliyi yazın bəlgürü: güz gəlişi yaydan bəllidir.

güzdə kəmişən (quylayan), yazda dərişər.

güzgüyə baxan özgəsin görməz.

güzgüyə baxanın, ağlı olmaz.

ha uzaq ola yol yaxşı, ha yaman ola, el yaxşı.

haça mıx yerə girməz.

hakimin gücü məhkumnandı, zalimin ki məzlumnan, isdəyin gücü nədən: olmasın inanılmaz şeydən. o nədi? məndə bilmirəm!!

hakimsiz – həkimsiz ölkədə durma !.

hamamdan çıxanın əri olasan, səfərdən gələnin arvadı.

hamı qalmışlara sənsən yarıcı, huşlara sən ol arıcı.

hamınız bir uğurdan çağrışın - çalışın.

hamıya gələr gözü qara qələm qaş, bizə gələr sallaq burun keçəl baş.

hammı öz işin oxusa, çətinlik qalxar.

hammı öz yükün ağır bilər.

hammı sevdiyinə ''can'' diyər.

hammını sevincə, birinə sevil.

hançı eldən yox, hançı dildən diyəllər !.

hançı gün var ki axşam olmasın.

haq yardısından (cəzasından) qaçan. yarqıya düşər.

haqqa çatan qılavuz, doğru yolda olsun uz.

hara mıx çalıram, papağın asır.

hardan gəlirsən -bülbül qalasından, niyə başın qanlıdır -dilim bəlasından.

hax güclüdü, güclü haxlıdır.

hazır oldu pişmişlər, gəldi gözdən düşmüşlər.

hazır yeməyə, dağlar dayanmaz.

hazıra şah demək gərək.

heç bir işi quramaz, xeyrə şərrə yaramaz.

heçi heçə versən, genə heç çıxar.

həm həbibim deyib anı oxşadı \\ o gəlicək cümlə dinlər qoxşadı.

həm xayasız həm hayasız.

həmişə çox yanılır, söyləyən çox, ki söylər bulduğun dildə, sünğük yox.

hər başın yazısı başına görədir.

hər başqa işin bir kişisi var.

hər dona, yamaq olda, hər yamağa don olma.

hər elin çıxarına görə yazar yazısı var.

hər elin yazısı başına görədir.

hər əyri, yayın deyir, hər yetən yarın.

hər əyridən yay çıxmaz.

hər gələnin sözünə inan, çünki sən bilmədiyin şeyləri sənə öyrədə bilər.

hər işləyən, kiş deyir. hər doğan ana deyir.

hər kəsdən bildiyin al, dəgirmandan döydüyün.

hər ki aşqa uyar, kilimin suya bırakar.

hər kim ki yanmaya bu günəş oduna, bir quzda yatar qar tək, sayvana gələnməz ol.

hər kim öz yükünü ağır görür.

hər kimi oğru san, ta malın oğrudan sakın salasın. (sakın salasan: gizli saxlayasın).

hər kişi kəndi çörəyinə köz eşər.

hər nə edər özünə edər, külü də gözünə edər.

hər nə yedin dadındır, hər nə verdin adındır, hərnə qaldı yadındı.

hər şey yumurtadan başlar. (hər şey təmiz seçmə yumurtadan başlayır).

hər vermək itirmək deyil, hər almaq utmaq deyil.

hər yarağı düzəlmişdi, qalmışdı saqqal darağı.

hərnə qurusada suyuna çəkər. (suyuna: zatına, xuyuna).

heyvan ilişə ilişə, insan diləşə diləşə.

heyvan saxlısan pişik saxla, özü tutar özü utar.

heyvanı tükün töküncə gör, qızı gəlin olunca gör, gəlini doğunca gör.

heyvanın dişi, kişinin işi olsun.

heyvanın dişinə bax, insanın işinə.

hırsıza, qap baca olmaz.

his gələr göz qaralar, his gedər üz qaralar.

hünərli iğid ölməz.

hürə bilmir itləri başa salır.

hürməyin bilməyən, kəndə qonaq gətirər.

igid olsan, ol igid, yaki ona, qulluq ed.

iğnəylə quyu qazır, sözdə deyəndə çaşır.

iki xoca bir kişi, bir xoca yarım kişi.

ılı sözlə ilan inindən çıxar, iri sözlə kişi dinindən çıxar. (- ılı: ılıq. - iri: gobud. - dinindən: yolundan).

Kataloq: Folklore -> Proverb -> 2011
Folklore -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
Folklore -> Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati
2011 -> Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010
Folklore -> AZƏrbaycan ìÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
Proverb -> Əl yazilari
2011 -> Uçut: xərabə). ( köçüt: köç yeri ). ♣ Ac atı yüküynən, dəvəni tüküynən utar. ♣ Ac qarın, bilim bilməz.
Proverb -> Laylalar laylalar Övlad boyu oxşayan qəlin analarımızın ulucabeşik nəğmələri Bu nəğmələrin sözü-avazı boyuncamurazlı-murazlı diləklər ganadlanır. Hər Murazlı dilək də təzə-tər bir gönçəni ay işığının aydınlığına qün işığının ­–saflığına

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə