Toplayan HƏSƏn bəy hadi 2005-5


qaravaşa don geydirsən qadın olmaz, ləpə ləpə qar yağsa yaza qalmaz



Yüklə 1,01 Mb.
səhifə6/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
1   2   3   4   5   6   7   8   9

qaravaşa don geydirsən qadın olmaz, ləpə ləpə qar yağsa yaza qalmaz.

qaravaşın bəlalı başı, külü qoy, toprağı daşı.

qardaş qardaşın yoxluğun istər, ölümün yox.

qarğa qarısın kim bilər, kişi alasın kim tapar.

qarğa qartal olmaq istədi vurdi qanadı sındı.

qarı dəvə köşək verməz.

qarı dəvə qızıl-qızıl olsada, köşək gözləmə.

qarının birçəyi ağ, ürəgi qara, qadının ürəyi a,ğ birçəyi qara.

qarınpa qazanın altına yox, üstünə baxar.

qarınpanın özü doysada, gözü doymaz.

qarnı acığan, qazana baxar.

qarnım kürəyimə qovuşub, mənimki məndən sovuşub.

qarnımdan çıxan qada, kimə gedim səndən dada.

qarnıva görə aş iç, boyuva görə don biç.

qarpuz başdan, ağac yaşdan böyüyər.

qarqa balasın lappağım (ağ-appağım), kirpi balasın yumşağım diyər.

qarqa döşün çəkməklə qaz olmaz.

qarqa qarıldar, qış gətirər, qaz qaqqası, yaz gətirər.

qarqa qarqanın, gözün oymaz.

qarqadan göyçək quş istədilər, öz balasın göstərdi.

qarqanın bir gözü oxda, bir gözü poxda.

qarqanın ötməsi, özünə xoş gələr.

qarqanın səsindən xoş səs yoxdu, bülbülü duymuyan yerdə.

qartal qocalsa, sıçan avlar.

qartal yuvasın gəzər, at sürüsün.

qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

qaşıqla verən mənidim, gözüvü deşən sapıydı.

qaşıqla verir, sapıynan göz çıxarır.

qatı yay çəkən uz atar.

qatır, əlilə ayaqdan, insan, dililə başdan bəlaya düşər.

qatırı anası ilə, atı atası ilə.

qatranı qaynatsan, olurmu şəkər, cinsi batası, cinsinə çəkər.

qayğı insanı qocaldar, güvənc anı ucaldar.

qayıq su üsdə, qaymaq süt üsdə.

qaynana bir çiçək, hər sözü bir gerçək.

qaynana ilən baldız, əş (bir) doğublar.

qaynar çaylar, keçiksiz olmaz.

qaynar dərə keçitsiz olmaz.

qayqanağı pişirmək üçün yumurtanı sındırmaq gərək.

qayqısızam nə qavqam var, mən məndə tapdım imanı.

qazan qaynar dursa, ağıl durmadan gələr.

qazan qaynar, ağıl oynar.

qazan vardır çömçə yox, çömçə vardır qazan yox.

qazanda olmasa, kömçədən küsmə.

qazanı başqanın, qayğısı başqa dır.

qazı balası, bilirəm deyər, bəy balası, alıram deyər.

qazığa düşən yazığın (bitisin) aramaz.

qazıqlar istər istəməz, səndən ötürdür.

qazma düşərsən, yakma pişərsən.

qəbri qazan bir olur basdıra min.

qədər olmasa, qadir olmaz.

qedmək : gedmək <> yetmək <> edmək < met >dəqmək. ərişmək. varmaq.

qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.

qəhrivin zəhrilə ölsəm, ağulu otlar bitər, qəbrim üstünə gəldin qorx göylərdən sağın.

qəlbir can evi olanın, gözləri qədər dərdi var.

qələmin dili iki olsada, yaısı birdir.

qələmin dili iki olsada, yazısı birdir.

qəm bağlayan yolları, gülüşlər açar.

qəm səni yiyər, sən qəmi yiyincə.

qərə yel quru yel.

qərib ölkədə kefə dolan, doğma yurdunda qussədən ölər.

qərib, kor olur.

qəribin boynu uzun, dili qıssa olar.

qəribin əzanın, kimsə dinləməz.

qəribin yalımı (üzü) alçaq olur.

qeyrətlinin ürəgi qaynar, qeyrətsizin ürrəgi oynar.

qeyrətsizdə iman arama.

qeyrətsizin dilin al, dilin verdi gözün al.

qıfın gen başından girən, dar başından çıxar.

qılalar qulluğnu gecə gündüz, tapıdan kiməsnə döndərməyə üz.

qılıcı sınmış yayı yasılmış.

qılınc vurmaq bilməyən özünə ilişdirir.

qılıncı düşmana vurmasan ''ağzı'' kəsər özüvi, ''ucu'' deşər gözüvi.

qılnu bilsən qızıl gey, yaranu bilsən yaşıl gey. (: qırcanmağa qırmızı, can almağa, göy qurşan).

qırmızı köynək, tez - kej görünər.

qırx dərədən su gətirən. qırx evin pişiyiən, qırx qapının ipin çəkən, qırx daraxda, bezi olan.

qırx gün qırxıda qılpı qırıq gün.

qırx gündə doyular cəmaldan, qırk ildə doyulmaz kamaldan.

qırx il qıran olmuş, əcəli gələn ölmüş.

qırx ilə təkin, bəy cığay(yoxsul) düzlənür.

qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.

qış qonağı od.

qış soyuqundan ölməkdənsə, yay issisi yeğdir.

qışda ağlayar, yazın gülən.

qışda darı darınmaz, qışda darı əkilməz.

qışı qarlı, yazı barlı.

qışın işi, yazın yemişi bol olur.

qışın ocaq başı, yazın dağ başı.

qışın qarlı, yazın barlı.

qışın yorğanı, yayın ayranı.

qıx çörək, borc olmaz.

qız evi bir dəgirmandır, arıda gəlir, darıda gəlir.

qız kişi savı yorıq bulmaz: paxılın adı sanı keçməz.

qız osdurur, ana basdırar.

qıza deyilir, gəlin dinlir.

qızı evdə tanı, iyidi çöldə.

qızıl döyəcəyi gümüşdən olur.

qızıl gül yer yaraşığı, doğru yoldaş, ər yaraşığı.

qızıl haçar, qapılar açar.

qızıl inək qaraqabaq gəlinə süt verməz.

qızıl körükdə, ər korluqda bəllənər.

qızıl palçıqdada parıldar.

qızıl vardı, bir sözdü, qazıb tapma, min sözdü.

qızıl, qızlıqında, qızıldır.

qızılın qiyməti, qıslığındadı. (qıtlığındadı).

qızın keçəli, daraq bəyənməz.

qızıq qazıq yol açar.

qızlatgilən ürəkdəki sevgivi.

qızlıq (qıtlıq)olsa buğda al. arvad ölsə qızın al

qiyməti var (bar) kəsməz, ''varlı'' kəsər.

qoca bağbanın bağın, tikən çöp alır.

qoca havax inanar gücünə, çünki onun ömrü yetmiş ucuna.

qoca it tarıcan bilər, qoca qız qazıcan.

qoca qırqı sıçançı, qoca oğru yalançı.

qoca qurd yolun şaşmaz.

qocadan demək gələr, iyiddən görmək.

qocaya eşşək gərək, cavana arvad.

qol sınsa yenq içində: baş sınsa börk içində.

qonağa ümüd olan, öz evində qonaq qədərdi.

qonaq az oturur, çox görür.

qonaq başı sezrəgi yeğ.

qonaq çarşavı kimi, hər gələnin altına döşənir.

qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.

qonaq nəfəs kimidir, girib çıxmasa xəfələr.

qonaq oldun, əşgi (insaflı) ol, eşşək yox.

qonaq tapdığın yiyər, umduğun yox.

qonaq umduğun yox, bitiğin yeyər.

qonaq umduğun yox, tapdığın yiyər.

qonaq yedi qazı, öpdü gülnazı, keçdi arazı, genə narazı.

qonaxlıq süfrəsi çün götürüldü, qonaxla hamısı evdən sürüldü.

qoncaq (mənzili) uzaq, eşşək çolaq.

qonduk yurdun dəyəri, köçtük yurtta bəllənir (bilinir).

qonşu atır, qonşu tutur.

qonşu dövlətli olsa, kor qız ərə gedər.

qonşu payıynan doyan, öz çörəyin, irgənə irgənə yeyər.

qonşu payıynan qarın doymaz, çüçə qızından arvad olmaz.

qonşuda ocaq yanar, tüsdüsü bizdən çıxar.

qonşuda pişər, burda bürürər.

qonşuda qadın, qız görünər qonşuya.

qonşudan qonşuya heç nə ulaşmazsada (çatmasada), duvar ulaşır.

qonşunun dul arvadı, qonşunun gözünə qız görünər.

qonşunun nəyi eşidər, sənin quyuva düşdügü daşdan.

qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.

qonşunun toyuğu, qonşuya qaz görünər.

qonşuya salan, yersiz qalar.

qonuşmaq işi, kişinin işi.

qordan qorxan, dəmirçi olmaz.

qoruma sən 'qorxam' (qorxaram) deyəndən. qoru sən ''qoxmam'' deyəndən.

qorunmayan ziyan görər.

qorxağın gözü böyük, azmağın sözü böyük.

qorxana qoç, qorxmaza quş görünür.

qorxaqla qorxaq, qoxmadan görüşür.

qorxusundan ağlını yavalır.

qorxusundan ağlını yavı qılır.

qoş qılıc qına sığmaz.

qoşa badam, sığmayan ağızlım.

qoşa qılınc, qına sığmaz.

qoşnı qonum ağışqa, qılqıl anqar ağırlıq.

qotqılıqın tapınqıl, qoyqıl kövəz anqaru: alçaq könüllüklə qulluq ed, dikbaşlığı qoy yana.

qotur keçi, sürər sürünü, bəlaya salar.

qovı ər quyuya girsə, yel alır: qarabaxdı quyudada tufan tutur.

qovmaqda ərlikdi, qaçmaqda ərlik.

qovu (uğursuz: bəxsiz) ər quyuya girsə, yel alır.

qoxmayasan diyəndən, qorxun olsun yiyəndən.

qoxu irişir, burun qanır.

qoxusu gəldi, umusu gəldi.

qoy getsin üzünə baxma dürüğün (üzü sallağın, qaş qabaxlının), həmən çürüdüğü yeğdir çürüyün.

qoy məni kəndi halımdə olayın, ki yeğ bilür kişi kəndi qolayın.

qoymaq (dözmək) ilə pişər qora, qoymadan pişmir qora.

qoyun börü qoşulmaz, yem olmasa yol olmaz.

qoyun güdən, qurdu görər.

qoyun qurdun başındanda qorxar.

qoyun vardıki qurddan qorxur, qoyun yoxdu ki qurddan qorxmur.

qoyunun tozu qurd gözünə sürmədi.

qoz arıyan, ayı yuvasına girməz.

qoz beli qəbir düzəldər.

qoz ola, badam ola, özü də bir adam ola.

qudurqan it, yügürər öz kölgəsinə.

quduzqan it özünü qapar olmasada kölgəsini.

qul yağı, it böri. (qulluqçu düşman olar, itlər dönüb, qurd olar).

qulağa xoş gələn insan, gözədə gözəl görünər.

qulağı açan dil olur, dilsiz qulağ kar olur.

qulağın birin kar tut.

qulağın burunca qopuzun, gizli sözlərin açır onun.

qulaq duyur, göz oyatır.

qulavuzsuz quş, uçmaz.

qulax iki, göz iki, ağız tək, çox görüb, çox eşidib, az danışmaq gərək.

qulax verən söz oğurlar.

qundağa girdin, qoyun (xuyun)aldın.

quranın yazısı bir, sözü birdi, yoran minbirdi.

quraq qaşıq ağza yaramaz, quru söz qulağa yaxışmaz.

qurbanam namazına, namazda avazına, səni mən çox sevirəm.

qurbətə qız vermə, itər gedər, dənizə daş atma, batar gedər.

qurd ağıla girər, quzqun toy tutar.

qurd balasın bəsləsəndə, it olmaz.

qurd la xoca diyər - alaram, çoban diyər - vermərəm.

qurd öz aclığını, itə bildirməz.

qurd özü üçün işlər. it, çoban üçün.

qurd qının atsada, qılığın atmaz.

qurd qırar, doymaz, doyar, qıymaz (rəhm eləməz).

qurd qorxusundan, iti çuvala qoyub.

qurd qoyunu gözdən qoymaz, könül düşünməkdən doymaz.

qurd qulağından, tutulmaz.

qurd quylar, tülkü açar.

qurd sümük gəmirməsə, dişləri qıcığar.

qurd zumarı yoldadır.

qurda sordular: nədən boynun böylə yoğundu, qurd demiş: öz işimi özüm görmüşəm.

qurda tikmək öyrət, yırtmaq ki işidir.

qurdla qoyun tutmaz, qılıncla oyun.

qurdu qurd ilə avlamazlar.

qurdun adı yamandır demirəm, baş kəsən tülküləriz var, demə ovsun. (adı yavuz olur qurdun hamıdan, kəsər baş tülkülər var, demə ovsun).

qurdun andın yavuz qulaq eşidər.

qurdun gücü boynundadır.

qurdun kim olduğun, qoyundan soruş.

qurdun qeyrəti gedsə, keçiyə ''aba'' diyər.

qurlu quriylə, qopuz qıliylə.

qurqısız (qanunsuz) oyun qırar boyun.

qursağı gen olanın, çörəgi dar olar.

qurtğa büzik bilməs, yerim dar dər : qarı oynayanmır, yerim dar dər.

qurtqa büzik bilməz, yerim dar deyir.

quru ağac əğilməz, qurmış kiriş düğünməz.

quru böhtandan, bəylər qəzəbindən – özüvü qoru.

quru qaşıq, ağız yırtar.

quru qatda, yaşyanır.

quru süfrəyə, xoca dua oxumaz.

quru torba ilə tutulmaz at.

qurudan quruya bir şey bulaşmaz.

quruyan ağac əyilməz, çürüyən dəri geyilməz.

qussəni yeməkdən yaxcı şey yoxdu, çün ki yeməsən, başa düşər.

quş dimdiyindən, adam dilindən, avlanar.

quş duzağa dən üçün ılınur.

quş qanadından, kira istəməz.

quş qanatla, ər atla.

quş qanatsız olmaz, türk atsız.

quş quşa, qoş qoşa.

quş uçmaz kolan yeriməz, gözə görünməyən uca dağlar.

quşların ən gözəli, arvaddır, oda yer üzündədir.

quşu quşunan avlarlar.

quşun südü ağzında.

qut bəlgüsü bilik. (çıxmağın, bilməkdədir).

qut qovuq versə iyə (tanrı) quluna \\ gündə işi yüksəlibən yuğar ağar.

qutlu gün, çak doğuşundan bəlli.

qutlu olsun, bayquşa viranələr.

qutsuz (bəxsiz) kişinin gözü açılmaz.

qutsuz quşun yuvası doğan yanında olur.

qutsuz quyuya girsə qum yağar, dəviyə minsə büvə çalar.

qutsuz quyuya girsə, qum yağar.

qutsuzun yeddi evə dək ziyanı olur.

quyruğuynan yığır, başıynan çalır (ilan kimi).

quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.

quyu var, dərinligi, on quyu alar.

quyuda su var, it burnu dəğməz.

quyunun, dibin görməyincə, ölçə bilməzsən.

quyuq sözləri, oyaq gözləri, soyuq işləri, issi üzləri.

quyuya düşən daşın səsi, qonşuda eşitilməz.

quzğun oldun, qurdunkuna,

quzlacı qoyun, budlacı dəvə bəxdin olsun, balalı dişi, bəlalı kişi, olmasın toyun.

mahnı saz ilə, qız nazilə.

malı qiymətindən baha alana, mal gərəkdi. malını qiymətindən baha satana da pul gərəkdi.

malın varlğı: könül saylığı, ağız yağlığı.

malını qiymətindən ucuz satana pul gərəkdi,

malla sözü qurandan alıb, elə deməli, öz sözün eldən alıb, elə deməli.

mal-qara otlağın arar, ər tanışların.

mat qalmasan, matah olmasan.

məclis araqlı, savaş yaraqlı (silahli).

məclisə görə da'vamız, quyuya görə dolçamız.

məçidin kökün qoyan bənnadı, saxlayan malla.

məçidin yolu düzdü dalanı bürkük(əyri).

məhəbbəti qorusan, onla ucalarsan, məhəbbətli qocalsan, qoca deyil –cavansan.

mehribanlıq, iki yanlıq.

mən diyəndə ''ənif'', siz demiyin ''ənif'', diyin ''ənif''.

mən eşşək olandan sonra, çubuk götürən çox olar.

mən gətirirəm qısa-qısa, arvad dağıdır kisə kisə.

mən onu qıldım ki məndən yaraşur, sən onu işlə ki səndən yaraşur.

mən ölürsəm yarə nə ?. yar ölürsə çarə nə ?.

mən qırıram sən yarıqla.

mən səni o qədər sevirəmki, hər nə acı versən yeyərəm, amma gözüvü çıxararam, bir acı söz desən.

mən səni sevərəm sevisərəm, bu sözü türkcə ‘quyuq’ diyərəm.

mən yedim tanrı artırsın, süfrəni açan qaldırsın.

mən yeyim sən qoxula.

mən yeyim, sən qoxula

məndə nə güc var ki səni, dəğmə qarudan (gözdən) sağınam.

məndə şans hardaydı, göydən palan yağsa, quşqunu boynuma keçir.

mənə, inəklə dana, qadına, sürmə ilə xına.

məni bu eşq işindən pənd yığmaz, ki təqdirin işi tədbirə sığmaz.

məni sevən itimi daşlamaz.

mənim yarım kimi gözəl yaraşıq.

mənzili uzaq, eşşəyi çolaq.

məramından dönər, inamından dönməz.

meydansız at sürülməz, sınaqsız ər bilinməz.

meymun balası ilkin yerirər, sondan iməklər.

meyvəsin yedə, ağacın sorma.

milçəyin balı, haylazın malı olmaz.

min dilli elə danışar ki, adamınan qohum çıxar.

min illik yollar belə, ilkin addımla başlamış.

min işçiyə bir başçı.

min qapıdan duz dadan, bir qapıda bənd olmaz.

min ulduz var, bir ay.

minarənin başı göyə çatsada, dibi yerdədir.

mindin atın sağrısına, qatlaş yanın ağrısına.

muğan muğan olar, bir qoyun bir quzu, muğan muğan olar, nə qoyun nə quzu.

müəəbbbbbəəəəəəəəəə. oğul mürəbbənin uzunu var. ama bu üzünluqdada yox.

namərdin çörəyi, dizi üstə olar.

namus gedər dönməz geri, yoxdur onun bəlli yeri.

nə acı ol ki atılasan, nə şirin ol ki utulasan.

nə ağız yandıran aşdır, nə baş sındıran daşdı.

nə bilsin yavuz qonşu yavuz olur, yavuzlara şeytan qılavuz olur.

nə daxi çox qarlar, genə yaya qalmaz.

nə igən yavuz ol, asıl, nə igən yavaş ol, basıl.

nə iğən yumuşaq ol basılasın, nə çox yavuz ki asılasın.

nə iman var şeytan apara, nə mal var divan apara.

nə irəli qaçmalı, nədə geri qalmalı.

nə istirsən bacından, bacın ölür acından.

nə itin yiyəsiyəm, nə gön yiyəsi.

nə keflinin ''ağıldan'' danışmağına güvən, nədə ağıllının ''səfehlikdən'' danışmağına inan.

nə oyanın unudu, nə buyanın dəni.

nə ölüyə hay verən, nə diriyə pay verəndi.

nə toyun gördün, nə yasın, dosluğun nə babətdə.

nə un olduq atda, nə kəpək üsdə.

nə yavuz ol, asıl. nə yavaş ol, basıl.

nə yoruldum, nə uğurdum, hazırca kökə tapdım.

nə, irəli qaçmalı, nədə geri qalmalı.

nə, şaşqın ol, basıl, nə, daşqın ol, asıl.

nece iti pıçağ olsa, öz sapın yonmaz.

necə manduz(qanmaz) ərsə, əş yaxcı, necə əyri olsa, yol yaxcı.

nədir bu təpzəş, nədir bu dartış: həyəcan.

nəfs solundadır, ağıl sağında, hər birisi öz yasağındadı.

nəqədər uca olsada dağ, bizə bir yol tapılacaq.

nəyinən ölçərsən, onlada ölçülərsən.

neylirəm boyu gözəli, istərəm xuyu gözəli.

nisyə verən baqqal, bir ilə olar çaqqal.

nökər kimi işlə, ağa kimi dişlə.

o ağaclardan ox yay düzdüm,
yeridim o ova (çölə) irdim,
ağacı gördüm, yuvanı taptım,
gizləndim qolayın (dincliklə) gözlədim,
oxu gəzlədim, fürsət gözətdim.


o gözəllər ətəyində namaz qılır.

o kəsdi o pişirdi, o yedi, sənə qalmadı.

o ki deyir: qorxmuram, yalançıdı. o ki deyir qorxuram: inanmazdı. o ki deyir inanmıram: qorxaxdı.

o nədir:
- baş var ayaqda.
- biri təpiyə vurur, biri dibəyə düşür.
- əl verər, ayaq izlər.
- təpəvə vursa, dibivə düşər.
- qoğanda çağırır, qoğulanda (– tanrı).
- qalxır uzaldır, yatır uzaldır. (– gün).


o quş ki sən tutmusan, qanadın mən yolmuşam.

oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.

oba yiyəsiz qalsa, donquz təpəyə çıxar.

ocağı söndürən çox olar, yandıran az !.

ocak başın sağ olsun, dövrə bərin ot olsun.

ocaq içindən tutuşar.

ocaq keçər, külü qalar.

ocaq, içindən alışar.

ocaqdan kül əsgik olmaz.

od deməklə ağız küyməz (yanmaz), baxmağınan qarın doymaz.

od dumansız, yiğit qıyınsız (zəhmətsiz) olmaz. (od dumansız, yiğit günahsız olmaz).

od düşəndə, yaşda yanar, quruda.

od düşəndə, yaşla quru birgə yanar.

od ilə od sönülməz. (çözülməz).

od olub yandırıb ayırmaqdansa, palçıq olub yapışdırmaq yey.

od söndürər, su yandırar.

odda sönər sovuyar, güldə solar quruyar.

oddan çıxdıq alova düşdük.

odsuz ev, qutsuz ev.

odu inandıran, sudu.

odun imanı, sudadır.

oduncu gözü, omacda.

odunçu ölsə otu-suyu qalır, ovçü ölsə çaxmağı-qovu qalır.

odur qoç igid ki, qolayın qılır, nə ol kim qolayına cürət qılır.

oğlanı yumuşa (işə) sal, ardınca sən var.

oğlanların süpəh daşı: - vay dizim vay dizim. qızların yumşaq əti: - vay dişim vay dişim.

oğlun yaman olsa - vurub tanrı. yaxcı olsa – verib tanrı.

oğru adam oğurluğu tez bilər.

oğru nə istər, qaranlıq gecə.

oğru oğruya, yoldaşdır.

oğru olan toxalmaz, doğru olan ac qalmaz.

oğru özgənin malın yiyər, özünün arın (namus).

oğru qalana yanar, mal yiyəsi gedənə.

oğru, evə girdikdən sonra, qapıya açar salar.

oğru, oğrudan gizlənər.

oğrudan oğruya, pay düşər.

oğrudan qorxan, mal yığmaz.

oğrunun cibi dolsada, gözü doymaz.

oğrunun işi doğrudan danışmaqdı.

oğrunun yavuzu (yamanı) söz oğurlayandı.

oğruya qıyan, karvanın qırar.

Kataloq: Folklore -> Proverb -> 2011
Folklore -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
Folklore -> Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati
2011 -> Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010
Folklore -> AZƏrbaycan ìÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
Proverb -> Əl yazilari
2011 -> Uçut: xərabə). ( köçüt: köç yeri ). ♣ Ac atı yüküynən, dəvəni tüküynən utar. ♣ Ac qarın, bilim bilməz.
Proverb -> Laylalar laylalar Övlad boyu oxşayan qəlin analarımızın ulucabeşik nəğmələri Bu nəğmələrin sözü-avazı boyuncamurazlı-murazlı diləklər ganadlanır. Hər Murazlı dilək də təzə-tər bir gönçəni ay işığının aydınlığına qün işığının ­–saflığına

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə