Toplayan HƏSƏn bəy hadi 2005-5


oğruya tay ubanma (gizlənmə), görcək işdə yubanma



Yüklə 1,01 Mb.
səhifə7/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
1   2   3   4   5   6   7   8   9

oğruya tay ubanma (gizlənmə), görcək işdə yubanma.

oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.

oğul ölümü, bükdü belimi.

oğurlayın yükülən (hamilə olan) açıqda buzalar (bizovlar. balalar).

oğurlayın yükürən, açgara doğar.

oğurluqdan əl üzərsәndə, oğruluq adı qalar səndə.

ol dəm qacar (hara) qaçılır, baş götürəsi, ər gərək.

ol gerəklik şamını göz görmədi, kimsənə anın nişanın vermədi.

ol nəsəyi kim kiməsnə bulmadı, ol kim anı buldi, canı ölmədi.

olamaz bir könüldə iki canan, yaraşmaz ölkəyə iki sultan.

olan yarma qaynadar, olmayan, əlin oynadar.

olanı xoş görən, umduğun yiyər.

olar kim acundan yola getdilər, yerində sözü qoydular getdilər.

olar yazaram, olmaz pozaram.

olmadıq yox, doyulmadıq çox deyilər.

olsun ki bizim baş yazımız düzdü, haqlıdı, amma ki başımız dəyişik düşüb.

olur olmaza inanma, əlindəkin çıxarma.

olur yatlu duran yatlu yanında, ki yaş dahi yanar, quru yanında.

on gün qov, bir gün ov.

onbeşində qız, ya ərdə gərək, ya yerdə.

ondaki adam söz danışmaqdan yorulur, yaşamaq vaxtıdı.

onğulur süngü qılış yarası çox, onğulmağa dil yarası çarə yox.

onun bir kimsə yayını yasamaz, onu meydanda kimsə basamaz.

onun dişi qarnın içindədir.

onun uğrunda baş, can oynadır.

ordun varsa yurdun var.

orman qulaq, qır göz.

ortağ, ərdən artıq almaz: ortaq, ortağın gözləməlidi.

ortalıq qazanı, qaynamaz.

ortaq aşı, it içməz.

ortaq öküzdən tək bizov yeydi.

oruc tut, uçmağı ut.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar.

orunla (ölçüynən) gəzən oynuyar gedər. oranasız gəzən oyunda gedər.

orunun gör, oyunun gör.

osdurub ayılandan baş axdarma.

ot olsa, haranı yandırar, su olsa belə, haranı söndürər.

ot qalxar, su alçaqdan aşar.

ot tütünsüz olmas, yigit yazıqsız olmas.

otu çək, külünə bax.

otumağın başarmır, danışmasın nə bilir.

otuq ötüşlə uçmaz: od püfləməklə sönməz.

oturma gecə gündüz, yol al yol. yalan yoldaşa küyməmiş yürən ol.

oturma! yol əri yolda yaraşur.

oturub ölməkdənsə, dur, yıxıl, öl !.

oturub sizin birlə, nə xoşdur bizə.

oturur gözədir dağdan yuvadan, ovada gördüyün yaddan yavadan.

ov həsrəti, alınca. can həsrәti, verincan.

ov tapanmayan, atından. vuranmayan, oxundan küsər.

ov, gözün qurdudu.

ovcuna osdurub daşşağına məs çəkmə.

ovcuna osdurub, daşşağına məs çəkir.

ovçu ovun izindədir.

ovçu ovunda, yolçu yolunda gərək.

ovçu, axınçı, - arsız gərək.

ovçuya, bir gözdə yetər.

ox düz olar, yay əyri.

oxşatmasan, tapılmaz.

oxşayan saqqalıvı, bir gün çənə qırarıdı.
- saqqal qırxır, çənən qırır.
- saqqalıda qırx, çəninidə qır.
- oxşayar saqqal, çənən qırmaq üçün.
- səqqəl oxşandı, çənə qırıldı.
- çənə oxşandı, səqqəl qırıldı.


oxu atıp yayı gizlədən, balıq tutan, suyu kirlədən.

oxumadıq səni yazılma igən, böylə güstax olurmu kəndi gələn.

oxun atmış, yayın yasmış.

oxun gedər əlindən bir gün, yasılar yayın sənində.

oxuşuna yox, toxuşuna bax.

oxuyan yaxşı, oxuyandan toxuyan yaxşı.

oynağan yorulmaz, yorulmasa oturmaz.

oynamaq bilməyən qız, yerim dar demiş, yerin genətmişlər, yenim dar demiş (yenim: ətək. don ).

oynaq atın çulu yırtıq.

oynaşa söykən, ərsiz qal. qonşuya söykən, şamsız qal.

oynaşdan ucuzu yoxdu, oda bəxtinədi.

oyun dedin oyna, oynamadın ornama (həddidən çıxma).

ödünc (mükafat), döyünc(mücazat), dövlətin iki gözüdür.

öğrəniş yədəkdi, öğrənmək yetmək.

öğrənməklə bir iş bitir, biri başlır.

öklənməmiş (düşünmədən)evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

öksüz oğlan göbəyini özü kəsər, birər birər əngəlləri aşıp keçər.

öküz ayaq olunca, bizov başı olsan yeğ. – xan ayağı olunca, öz başıvın başı ol.

öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar.

öküz öldü, ortaq ayrıldı.

öküzdən süt çıxmaz, axmaxdan öğüt.

öküzə ovhə diyəndə, götürlənür.

öləcək qarqa, qırılmış dala qonar.

öləcəklə olacağa, çarə yox.

ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır.

öləkdə (ölməkdə) incimək yoxdu, yaşada (yaşamaqda) incimək çoxdu.

ölən məndən, bel-külük səndən.

ölən sığır sütlü, ölən qadın qutlu olur. (qutlu: uğurlu)

öləni boşla, gələni xoşla.

ölməzi tanrı yaratmaz, qırılmazı, çanaxçı.

ölmüş atın, nalı sökülər, dilsiz elin başı.

ölü aslan, çaqqal toparı.

ölü üzü tomluğ: ölü üzü don (soyuq) olur.

ölü var söz ölüsü, ölü var göz ölüsü.

ölümə güvənən, dirliyin yaxşı yaşar.

ölümü dirlik ola, ölümsüz dirlik bula, başlı (yaralı) könlüm onqula, yağluyu (mərhəmi) sən olasın.

ölüncə, kirdən arınır.

ölünü dirildincan, diridə can qalmaz.

ölünün nəyinəki, dirilər halva yeyir.

ölüyə günüdə ağlarlar.

ömrə tapı yoxdu. (tapı: qəbalə)

ön ayaq izin, ard ayaq pozar.

öncə düşün, sonra danış.

öncə ovla sonra seç.

öndəkinin çaşını daldakı bilər. (çaş: səhv).

önün anlamayan sonun danlar.

öpməyə can dilərmiş dodağın.

öpüşmək qonca ləplərlə, qucuşmaq incə bellərlə.

ördək balası, üzəgən olur.

ördəyini, əsir gəmə qazlıdan.

örkəndə geddi, börkdə geddi, ipdə geddi, başda geddi.

öt keçər kişi duymaz, yalqın oğlu mənqu qalmaz.

ötən, utansa ötməz, oğru, utansa edməz.

ötəri gələn, oturub keçər.

ötnəmədən yetmədi,
- əkinmədən biçmədi.
- istəyən yetər, əkən biçər.


ötüşməsən barış olmaz. öcəşməsən yarış olmaz.

öylək günü tavratır: fələk (zəmanə) ruzgarı devirir.

öyrənmək baxmağınan olsaydı, it qəssab olardı.

öyüdü ver alana, qalığında (artığ) qalana.

öz atına qulluqdan qalan, piyada qalar.

öz çörəyivi, özgə süfrəsində yemə.

öz gözünə, tikan əkir.

öz ipivi, özün eş, danışmada, uğun, eş.

öz işini başlayıb qurtarana, işləyən deyərlər. işlərin başlayıb buraxana yaki başlamayana təmbəl deyərlər.

öz kölgəsindən qorxan, oğruya yem olar.

öz kölgəsindən uzağı görmür.

öz ossurağına şıllaq atan, özgəsinin poxuna batar.

öz pişiyin aslan görən, özgənin aslanın pişik görər.

öz qatın qartan: öz yaravı bağla. ölçüvü aşma. öz işən bax.

öz qusduğun yiyən yaxcıdı ondan ki özgənin poxun yiyər.

öz tarazından, daş götürmə.

öz yağında qal, öz yağınla piş.

öz yerini tap otur.

özgə ağzına baxan, ac qalar.

özgə atına minən, tez düşər.

özgə gözlə qız alma, gecə gözlə bez alma.

özgəni boşla özündən danış.

özgənin atı uzunsa, mənim yayım uzsun.

özgəyə gəngəş (məşvərət) et, öz bildiyini əldən qoyma.

özgürlüyün qızlatmayan (qiymət verməyən), qısılı qalır.

özgüyə gülmə qıl zinhar, sənədə gülənlər olar.

özgüyə quyu dərin qaz, düşdünsə, çıxmağın çətin olsun.

özü ellər mələyi, evim tülkü dələyi.

özü üçün yatır, başqalar üçün yuxu görür.

özüm özümə, külü gözümə.

özüm yedim yox oldu, özgə yedi çox oldu.

özümə yer elərəm, gör sənə neynəyərəm.

özündən qaçan, tutsaqa düşər.

özünü özgədən axdaran, özsüz qalır, üzsüz qalır.

özünü qonduğun üzdən tez aşur, oturma, yol əri yolda yaraşur.

özünün, qanlı yumruqu, yadın yağlı tikəsindən yeğ.

özüvü çox alçaq çıxma, biz ondan yuxarıyıx, özü çox uca tutma, biz ondan alçaqdayıq.

özüvü gözlə: ağlar gözdən, saxta sözdən.

palçıqdan, toz çıxmaz.

paltarı geyib öyrəş, pulu sayıb öyrəş.

papağı tülkü dərisindən, xəbəri yox gerisindən.

para ilə, inamın, kimdə olduğu bilinməz.

paranın, üzü açıqdır.

parası əziz olan, özü zəlil olar.

parasız, bazara gedən, gora, imansız gedər.

paxılın bağı göyərməz.

pay bölənə, pay qalmaz.

payız günü pənir çörək qarpızınan, yaz günü qatıq çörək yarpızınan.

pələngə ət yeməyi, doşana ot yeməyi öyrətməzllər.

peşman olma keçmişinə, yox demə gəlməmiş gəlmişinə.

pəxmələr olmasaydı, zirəklər acından ölərdi.

pıçaq necə iti ərsə, öz sapın yonmaz.

pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

pıçaq, sapın vecin nə, kəsir, kəsmir, ona nə.

pis aravad, kişinin bəlasıdı.

pis arvad, baş qaxıncı.

pis iş görən şeytanın şagirdidi, doğrunu bülüb danan şeytan özüdü.

pis yaxcıya öykünməz, yaxcı pisə öykünər ( uyar).

pisə dedilər yaxcısan, sıçdı poxu qoydu, pox üstünə. yaxcıya dedilər yaxcısan, yağı qoydu yağ üstünə.

pisi goracan götür, yaxcını, yaxcı olanacan.

pisi öğmə, düzü döğmə. pisi sevmə, düzü sövmə.

pislik gördün bir yerdən, üzül ged, yaxcılıq gördün bir yerdən, süzül yet.

pislik görməyən yaxcılıqdan nə bilir.

pislikləri quma yaz, yaxcılıkları qayıya.

pişik oğlu miyav doğar.

pişik yağa dəğişmir, deyir: - elin malı yaraşmaz.

pişik yerə öyrənər, it adama.

pişiyə ət, keçiyə ot yeməyi, öyrətməzlər.

pişiyə oyun, sıçana qıyın.

pişiyi arabaya qoşsan, durub, kürsüyə çəkər.

pişiyi çox sıxışdırma, pələngə dönər.

pişiyin dərdi, iti öldürməz.

pişməz təndir oluncaq soyuq.

pitiyin bilən, qazığın bilər.

porsuğu döydükcə, şişər.

pozuğu yazan, yazını pozan.

pul kimi qızarmaq.

pul ükmə, ərdəm ük, öcük ükmə, yardam ük.
- para yığma, çıxar yığ. kin toplama, bağış yığ.


pullu evin bülbülü, kasıb evin bayquşu.

pulluya bazar, pulsuza mazar.

pulluya bə'li, pulsuza dəli, diyərlər.

pulun çoxu yük olmaz, əğri birən, düz olmaz.

pulun varsa dinclik, dilin varsa elçilik.

pulun, üzü olmaz.

rüşvət bizdə olduğundan (qədimnəndən) moddu.

rüşvəxorluqda böyük kiçik, həram hlal olmaz.

sabanda sandırış olsa, örtgündə irtəş olmaz: səpəndə (əkində) düşünən, dərəndə üşünməz.

sabanda sayraşmayan, endirədə qınqırar.

sacı soyuq olanın, kündəsi, küt gedər.

saçarsan, biçərsən.

sağ göz görür, sol göz yumur.

sağ tutur, sol vurur.

sağın, sanma yeməz sofu soğanı, qabığın daha qomaz tapdıqda anı.

sağlığında kor fatma, öldü isə badamlı göz olur.

sağlıkta korluk yox.

sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə.

sağlıq yolunun xəstəsi olunca, sağ yolunan xəstələn.

sağsağan kəkliyə baxar, öz yerişin itirər.

sala sala iş bitməz, od olmasa aş pişməz.

saltanat tacın giyürsə baxt, məğrur olma kim, neçə sultan börkün almıştır, bəğim ! bu ruzgar.

saltuq olmaqdan, qıstul ol.

samanı yeyib, torbanı deşib.

samanı yiyən, torbasın tikər.

sapan vaxtında üz gələn, oraq vaxtında uz gəlir.

sapınan, ağızdan saqqız oğurlayan.

sapsız balta suya batar, saplı balta buzu qırar.

saqqal ağarsada, könül qaralığı ağarmaz.

saqqal başa qurban olsun.

saqqalı qoduk.

satalaqnın, dili oynar, təpirçinin, götü oynar.

satmadan verən, sandığın almaz.

savaş bilməyən, atasın yerə vurar.

savaşan barışar, pox yemək, sözbaza qalar.

savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.

savaşın iyisi olmaz.

savaşlı yer, bolluqdan (bərəkətdən), yad qalır.

savaşmağa üz tap, barışmağa dil tap.

saxla gönü gələr günü.

saxsı qab yamaq (ulaş) götürməz.

saxsıçı (çiniçi), sınıx qabdan su içər.

sayğı, birlik təməli. birlik dirlik təməli.

sayılı gün, sayılı pul, ötər tez, bitər tez.

saylaqan qız, daza gedər.

sayqı sayana görədir, düzgü alana görədir.

səbət içində görünür dolu qab, çün çıxartdın odur genə quru qab.

səfehdə susanda, ağıllı görünür.

səfehlik, düşünüb eləmax dəyir, düşünüb eləməmaxdi.

səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.

səfeyin, böyük çiçiyi olmaz.

səggiz sığır bəsləmə, səmiz sığır bəslə.

səhər durdun, günü görməsəndə, olduğuna inan.

səhərin uğurlu deyənlər, elə səni, günlərin bir günü, basdırıb yarıq (rəhmət) olsun deyər.

sel gedər, qum qalar.

sel gücü, damcıdandır.

sən bunu milli görüsən, sən məyə görmüsən.

sən qoçaq oğlan ol, qaranlıq gecələr çoxdur.

sən səfehləsən, ya özüvü səfehliyə vursan, ikisidə bir gəlir.

səndən demək, ondan inanmaq.

sənə verdim bir öğüd, öz unuvu özün öğüt.

sənin özgün (sevgin) düşüb, göğsüm ara, od tütür.

səpəndə sandıraş olsa, ötgündə(biçində. xərməndə), irtiş olmaz: - səpəndə sanış, biçəndə barış. - səpən gülüşü, biçənə qalmaz.

sərçə səmirsədə, batman olmaz.

sərçə, yağış yağsa, balasın, dolu yağsa, öz başın qoruyur.

sevən adam kordu, sevilən korsaq(özün korluğa vuran).

sevən issin, atar itinə, süngük.

sevənin quluyam, sevməyənin sultanı.

sevgi odu tutunsa, öpgə ürək qavrılır.

sevgi olmasaydı, kini tanıyan olmazdı.

sevgi qarnı doydurmaz.

sevgiynən məhəbbət, yalançılar bazarında, alınar, satılar.

sevincli olasız.

sevmədiyin yarpız, burnuvun dibində qoxur.

sevməyi, kordan öyrəş.

səyasətdə düzlük, oğurluqda uğurluq olmaz.

seziksiz yerdən gələn daş, yarar baş.

sıçan balası, torba deşər.

sıçan görəndə pələngə dönən pişik, pələng görəndə, sıçana dönər.

sıçan keçər, yol salar.

sıçan kimi, bir gözü var dəlikdə.

sıçan kimi, hər dəliyə baş vurur.

sıçan sığmaz ininə, qəlbir bağlar belinə.

sıçan yolun tapsa izlər, tapdığın oğurlayıb gizlər.

sıçanotu ila qarnıvı yarağlayıb (doldurub), sağlıq gözləmə.

sınamasa arsıqar, saqınmasa utsıqar: dənməsə aldanar, gözləyib diqqət edməsə utuzar.

sınamasa, ər sınar, sağınmasa utsuqar.

sınıq baş, tanıq (şahid) götürməz.

sınıq qapda su qalmaz.

sır alan mindi, sır verən birdə, yox.

sıylarqa nəyin yoxsa, sıypayqa dilin olsun.

sinəklə, sınaq olmaz.

sirrivi dosdan qıy, dosduvu yağudan (düşmandan).

siz daş qoyan yerə, mən baş qoyaram.

soğan acı olsada, sırfada öz yeri var.

soldan vurur, sağdan biçir.

son peşmanlıq assı (asar. fayda) edməz, kəsilən baş geri bitməz.

sonda gələn, qapını örtmüş.

sorayan yetər, soramayan itər.

sorqu - sual, göydə deyil, yerdədir.

soruşan, dağı aşmış, soruşmayan, yolu çaşmış.

soruşan, dağlar aşar, soruşmayan, düzdə çaşar.

soruşdu halın necədi, söylədi: - baxtı çönmüşün, halı nec olar.

sovğat dediyində, kiçik böyük yoxdu.

sovqatın bir adı var.

soyuq dəmir, döyülməz.

söğüşüb tutuşub, otra don didişür.

söğüşüb vuruşub, ortada don didişir.

söğüt sulına, qayınq qasına: söğüdə yumşaqlıq, sululuq (ölülük, tərlik), qan ağacına qasnalıq, quruluq, qalınlıq yaraşır.

söykəndiyin sevməyən, sevdiyinə söykənməz.

söylədi kimi yavlak sevərsin, didi: - səndən başqa sevdiyim kim olar yalaq.

söylədiyin yapdıran, istədiyin qoparan.

söz ağızdaykən ləpədi, eşiyə çıxdı dəvədi.

söz ağrısın ər çəkər, yük ağrısın nər çəkər.

söz atanındı, iş edənin.

söz bir olsa, kərən sındırar.

söz dediyin, yaxcıda olur, yadlıda (pis) olur.

söz deyəndə usdadı, iş diyəndə kəstədi.

söz diyənin dustağı, diyən sözün dustağı.

söz odur candan qopa, könlə sığa.

söz quşdur, buraxsan uçar geder, geri gəlməz.

söz torbaya girməz.

söz var cana düzür (sınır), söz var canı üzür.

söz var desən qatar, söz var deməsən yatar.

söz var iş, bitirir. söz var, baş itirir.

söz var söz var, birini, dinləmək çətin, birini, demək çətin.

söz verir, bez vermir.

söz, yiyəsi qınında, yiyəsi, sözün qınında.

sözə bax, yox üzünə, yox gözünə.

sözə süçünsə bulun barır: sözə şirnəşən, əsir düşür.

sözlü kişi yaxcıda olur, yatlıda olur.

sözsüz, ev olmaz. çalqısız, toy olmaz.

sözü de anlayana, dedin ya yox nə fərqi var, qulağa pambıq tıxana.

sözü olana dil ver, söz eşidənə qulaq ver.

sözü, darı üstə qoyur.

sözün damarı olar, çəkdikcə, uzanar.

sözün düzün, yalançıdan öyrən.

sözün yaxcısın dimmiyəndən öyrən, sırrın gözəlin demiyəndən.

su altda gömişən, başında yığar.

su axar-axar, yolun tapar.

su ayağında atılan, su başında yığılar.

su çiçiyin, söz böyüyündü.

su çuxura yığışar.

su çuxurda durar, pul qıtmırda.

su görmədən ətəyin dartma.

su görməyən, üzmək nə bilir.

su içində gömül, üzündə görün.

su suyuq olar, quru quruq.

su uğruynan gedən, dənizə çatar.

su yaltusu olur ki, daş bitirir, söz ağduğu olur ki, baş itirir.

su yatar, yağı (düşman) yatmaz.

su yüyəsin, mal yiyəsin tapar (yüyə: yol, lülə).

subay oğlan, mitil yorqan.

subayın malın it yiyər, canın, bit.

sucuq qatsan acına, uzaq çəkməz, tez keçər.

suda batan, ilanada sarılar.

suda batan, üzə yaxılar.

sudan duri, aydan arı.

susmaq dinməmək deyir. çabalamaq ilərləmək deyil. oturmaq ölmək deyil.

susmaq, tanımaq deməkdir.

susuz ağac, bar verməz.

suv verməzə süt ver: su vermədi, süt ver

suyu çox olana, qamış qoyan çox olar.

suyu gətirəndə bir, küzəni qıranda bir.

suyun çağlamayanı, yalqunun söyləməyəni.

suyun dənizdən içən, bulağ tanımaz.

suyun gəmişdiyi, üzə çıxar.

suyun imanın, odda gör.

suyun qaymağı buz, şorun qaymağı duz (qaymaq: bərkimək ).

suyuna gömül, üzündə gül.

suyunan odun arası, inamdır (imandır)

süd ilə gələn sümüklə çıxar.

südüklə gələn, sümüklə çıxar.

sümüyü içində, iliyi güvənir (sevinir).

sümüyün iliyi, kişinin biliyi.

süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.

sür ged deməmişlər, gör keç demişlər.

sürüdən ayır, toruva çağır.

sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayaq üsdə ölmək yeğdir.

sütdən ağzı yanan, yoqurtü püflüyərək içər.

sütlən gəlib, sümüklə çıxar.

şaftalı gəlməmiş, tabağı gəldi.

şahın, başı vəzirdi, vəzirin əli, şah.

şahında qaraçıya işi düşər.

şahin qıynaqsız olmaz.

şalqamı dadmasanda, barı tarlasından keç.

şarabın içməyi yaxcıdı, içip keflənməyi ondan yaxcı

şəgg edib, inanc gətirənə, dos de, inanıb, şəgg edənə yox de.

şeh keçirməz, səs ötürməz.

şəri şeytandan, kələyi arvaddan, quru böhtandan, bəylər qəzəbindən – özüvü qoru.

Kataloq: Folklore -> Proverb -> 2011
Folklore -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
Folklore -> Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati
2011 -> Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010
Folklore -> AZƏrbaycan ìÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
Proverb -> Əl yazilari
2011 -> Uçut: xərabə). ( köçüt: köç yeri ). ♣ Ac atı yüküynən, dəvəni tüküynən utar. ♣ Ac qarın, bilim bilməz.
Proverb -> Laylalar laylalar Övlad boyu oxşayan qəlin analarımızın ulucabeşik nəğmələri Bu nəğmələrin sözü-avazı boyuncamurazlı-murazlı diləklər ganadlanır. Hər Murazlı dilək də təzə-tər bir gönçəni ay işığının aydınlığına qün işığının ­–saflığına

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə