Toplayan HƏSƏn bəy hadi TƏBRİZ 2010



Yüklə 1,3 Mb.
səhifə4/8
tarix06.05.2017
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8
bir söz əkən yüzün dəyər.

el alır qız, ''quda'' qazanır, mən aldım qız, ''qada'' qazandım. (quda: qohum). (qada: bəla).

el atı tez yorular.

el bəğənməzsə, yer bəğənsin. {gözdən düşüncə, ölmək yeğ (iyidir) }.

el çalışar, yer sevinər, yer barlanar, el sevinər.

el çarasız (olmaz) , mərd yarasız. .

el çetinə yağı gəlsə, can ayağan yigitmi?. (ölkə sınırına düşman gəldiğində canına acıyan iğit sayılırmı?).

el dediyin kimindir, dil dediyin elindi.

el düşmanına, gordan yeğrək, dusdax yoxdu. (yeğrək: yaxcıraq).

el elə sığar, ev evə sığmaz.

el elin eşşəyin, türkü çağıraraq arar. (türkü çağıraraq: oxuya oxuya).

el ərə sığılar, ərdə elə.

el gözünü dil açar.

el hakimin əlinə, hakim elin cibinə baxar.

el qapısı gec açılar, güc açılar.

el qazanıyla, aş qaynatmaq. (özgələrin yaraqlarından (araclarından) yararlanaraq, işin yeritməyə çalışmaq).

el qonmadan, it susmaz. (el qonmasa, it susmaz).

el qulağı su tutmaz.

el üçün ağlayan, gözdən olur. (başqasın çox düşünən, özün tez unudur).

el, dəliyə gülər, dəlidə elə.

el, hakimin əlinə, hakim elin cibinə baxar.

elçi çox olar, qisməti bir.

elçidən söz alarlar, düşmandan göz.

eldən ayrı düşəni qur yeyər.

eldən bəfa, ağıdan şəfa umma.

eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.

elə ağac yoxdur ki, üstündə qarqa oturmasın.

elin varında gözün qalsın. ( çox üzgün, yoxsul düşəsin). (qarqış).

elinə ağlayan qalmır, elindən yazan qalır.

elsiz kişi, gölsüz balığ.

endirməyin (qazanmağın) bilməyən, qaldırmağın nə bilir.

enik küçük qurda təp (bərk) təpilər.

ergən (özgə) gözlə qız alma, gecə gözlə bez alma. (gözlə: gözilə).

erkən qalxan, erkən çatar.

erkən onğmayan, gec onğmaz, gec onğmayan, heç onğmaz. (erkən düzəlmiyən, gec düzəlməz, gec düzəlmiyən, heç düzəlməz).

ertə qanmayan gec qanmaz, gec qanmayan, heç qanmaz.

ertə namaz gec namaz, ağılda qoyun qalmaz.

ertəyə qalan bəladan qorxma. (ertəyə: sabaha. yarına).

ertəyə qalan, arxaya qalar.

eşdiyin quyuya düşəsi. (öz oyunuva gələsən. kəndi kələyivə gələsən).

eşə eşə topraq ürər (gəlişər) , söyləyə söyləyə söz. (eşə eşə topraq gəlişər, söyləyə söyləyə söz. ).

eşək işsiz qalmaz.

eşəkin quyruğu kimi nə uzar, nə qısar (qısanar).

eşidən görənə sav salır (xəbər verir).

eşik qar, içəri dar.

eşq ağladır, dəd söylədir.

eşqin gözü kor olur, qulağı kar. (eşqin, gözü yox görə, qulağı yox eşidə).

eşqsiz, can gövdəsi, cansız durur.

eşşəgivi bağla, sonra tanrıya (allaha) ısmarla.

eşşək atla yarışmış, quyruq, qulax qarışmış.

eşşək başı ağırlıq götürməz. (ağırlıq: hörmət).

eşşək qaçdı, ip uzandı.

eşşək nə eşşək, tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.

eşşək olan öz başını düşünər, yaxcı olan yoldaşını.

eşşək üsdə yüküm yox, dağdan uçsa qorxum yox.

eşşək üsdə yüküm yox, dağdan uçsa qorxum yox.

eşşək yeddi çeşit üzmək bilsədə, suyu görən kimi, tümün (hamısın) unudar.

eşşəkçi eşşəyə baxar, qonağçı, qonağa.

eşşəyə arxadan, xana qabağdan yaxınlaşma.

eşşəyə dedilər, ''oğlun olub, gözün aydın". dedi, ''yüküm artıb, yemim azalıb".

eşşəyə görə çulu.

eşşəyə quyruğ, öküzə buynuz, ağır olmaz. (eşşəyə palan yük değil).

eşşəyə min ata çatınca. (eşşəyi minmək gərək, ata yetincə). (eşşəyi minmək gərək, ata yetincə görək).

eşşəyə minmədən, ayağların sallayır, suya çatmamış, qıçın çırmayır.

eşşəyə palan, yük deyil.

eşşəyi minmək gərək, ata yetincə.

eşşəyi yükə çək, o gəlməsə, ona yükü çək.

eşşəyin burnuna yarpız tuddular iyləsin, yedi!.

eşşəyin hesabi başqa, eşşəkçinin ki başqa.

eşşəyin işi nədir toyda, ya su gətirməkdə, ya odunda.

eşşəyin qədrin atdan düşəndən sor.

eşşəyin yaxcı pisi, işdə bəllənər.

eşşəyin yügrəni, atın axsağı kar verməz.

eşşəyivi bərk bağla, andan tanrıya ısmarla. (ısmarla: tappışır).

etdiyini bul, inləyib öl. (öz işlərivin (pisliklərin) qarşılığın alda, güc bir ölümə düş). (qarqış).

etgisiz söz, yağışsız bulut.

ev almadan qonşu al.

ev almadan, qonşuv tap (qonşuvu tanı).

ev hesabı, çarşıya uymaz. (bazar kökgəsi evdə salınmaz).

ev kimindir ? - oturanın, söz kimindir ? - götürənin.

ev kişinin aynasıdır.

evdəki qızın gözü qapıda, doymamış itin qulağı.

evə sığmayan, elə sığmaz.

evi quran balta, dışarda qalar. (devrim öz balaların yeyər). (çevrən çevrənin yeyər).

evi yapılmış, qabı asılmış. {çölməyi közdə, çörəyi dizdə (əldə) }.

evi yığanda arvaddı yıxanda.

evlənmədən söz çoxdu, evləndinsə söz yoxdu.

evlənmək demişlər, bir ay sevinc, bir yaşam qayğı.

evlənməyin, toy gecəsi, bayramın axşamı (xoş olar).

ey könül gəl olmaqıl haqdan ıraq, donda canım var ikən eylə yaraq. (donda: təndə).

eyib tapır özgəyə, bir baxmayır güzgüyə.

eyibsiz dost axdaran dossuz qalar.

eynəkli : gözüklü.

eytgən söz, atğan ox. (söz deyildi, alınmaz, ox atıldı qayıtmaz. ) .

əcəl gəlirkən cana, baş ağrısı bahana.

əfəndilərdə çoxdur böylə işlər, kimi açuq boyur kim gizli işlər.

əgər lə "məgər" evləndilər, "kaş ki" doğdu.

əğrəti ata minən, tez enər.

əğri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).

əğri ağacın, düz kölgəsi olmaz.

əğri ağız bəy olsa, yalan sözü düz çıxar.

əğri basılar, doğrusu çıxar.

əğri budağın, əğri kölgəsi var.

əğri duvar tez yıxılar.

əğri gördün, yolun çöndər tərsinə.

əğri yolu düz gedmək olmaz.

əğridə tox, doğruda ac görmədim.

əğrilik hər zaman zoru gəzər, (gəzər: axdarar).

əğrisinə baxan, tüsdünün düzündən qalar.

əğriyə olmasın nə köməkdi. düzə yalnız sən, sən özünsən yarac .

əkdiyin biçən, ağlamaz.

əkən biçər, qonan köçər.

əkən bilməz, biçən bilər.

əkən dəyər, qazan düşər.

əkəşik iş görənindi, kəsilən dil, deyənindi. (əsgik iş görənindi, kəsilən dil, deyənindi).

əkilmisən, itmə, bit. (əkilmək: toprağda tuxum kimi gizlənmək).

əkin çağı əkməyən, biçin günü yolda qalır (ağlar qalır).

əkin əksən, yerə bax, elin sevsən, elə bax.

əkin olsa, əkmək olar.

əkinçi yerdən umar. balığçı göldən.

əkinçi yolu dəğirmana, dəğirmançı yolu əkinçiyə düşər.

əkinçini, əkinindən tanırlar.

əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.

əkmək əldən, su göldən.

əkmək yoxu yamandır, qart qurunu gəmdirir, qadın yoxu yamandır, qart qəhbəni köçtürür. (yoxu: olmamazlığı). (köçtürmək: oynatmaq).

əkməmiş bitməz, dəlməmiş keçməz.

əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.

əl çatmayan buğdadan, əlindəki arpa yeğ. (iyi).

əl əl ilə, dəgirman yel ilə.

əl əldən ötgündü.

əl ələ su qoyuşar, əllə üz yuvuşar. (qoymaq: tökmək).

əl əli tutsun, ayağ ayağı yox.

əl əlin örtüyüdü.

əl iş görər, göz qorxar.

əl oğurlayır, ürək əsir.

əl tutanın, əli qopar, od tutanın əli yanar.

əl tutunca od tut. ( zəmanət, oddan pis yandırar).

əldən gəlməz iş olmaz, ayağ gedməz yol olmaz.

əldən qaçan balığ, böyük görünür.

əldən tutulan qutulur, dildən tutulan ütülür .

ələ salmaqdansa öz əlivi özün üçün işə sal.

ələkçinin qıl verəni yanında olar.

əli açığın, əli dar (qıs) olmaz.

əli bağlı olanı yetən döyər, yetməyən söyər.

əli beldə, dili sözdə. (hər çeşit qulluğa hazır).

əli əğrinin, dili düz olmaz.

əli ilə götürəmmir, gözü il yeyir.

əli işdə, gözü oynaşda. (işləyibdə, başı başqa nərsə ilə uğraşıq olan).

əlin verər, ayaqın izlər.

əlində olanı sən verdin, ürəyizdəkin o versin.

əlinlə xəmir ovar, gözü ilə dənə qovar.

əlivi versən, qoluvu tutar (qapar).

əllə ver, ayaqla izlə.

əllər gəzsin, gözlər yox. gəzəyən (iş görən) əlin olsun, ələ baxan gözün yox.

əməgə vur, yeməyə dur.

əmək bizdən ola, tarıdan yardım.

əmək bizdən, yaran tarıdan. (əmək bizdən ola tarıdan yardım).

əmək kişiyə, lələk quşa yaxışır.

əməkdə duz olmasaydı, kimsə dözəmməzdi.

əməklə kişi doğulur, odla qızıl.

əməklə kişi sınanır, od ilə qızıl.

əməksiz iş olmaz, duzsuz aş.

ən böyük ümid, ümüdsüzlük üstündə qurulur.

ən böyük yalançı olduki, diri ikən ölümnən danışır.

ən tez qızan ürəkdir, ən tez soğuyanda.

ən uzaq yolu adam, addım addım gedib gələr, ən ağır daşı, su damcı damcı damıb, dələr.

ən yaxşı dos odur ki, qarşı durmaya.

əngəl ilə tikan, biri yardan, biri güldən (olur).

ənginardan soruşdular, yuvan hardadır, demiş: külək bilər.

ər altında at olur, qeyrət altında ər olur.

ər arvad arası ipəkdir, araya girən köpəkdir.

ər arvad arası ipəkdir, araya girən köpəkdir.

ər arvad savaşı, batı küləyi, axşam düşüncə yatar.

ər arvadın savaşı, yaz gününün yağışı.

ər arvadlıq, dillə qıla (telə) bağlıdır.

ər bildiyini, dəyirman döndüyün düşünür.

ər çöldə olar, çörəyi evdə.

ər çörəyi, ər qursağında qalmaz.

ər doğan yerini küysər (istər) , it doyan yerini.

ər əkməyi, alan (meydan) əkməyi. (ərin qazancı, arvadı üçün tapılan maldır, qolayca işlənir, yeyilir).

ər əri yoldaşlıqda, ev evi qonşuluqda tanır.

ər qocalar, könül ki yox.

ər qocalsa ərki gedər, diş qocalsa, görki gedər. (ərk: güc. quvvət. (diş: dişi. arvad). (görki: gözəlliyi).

ər yaşar, ərki gedər, qadın yaşar görki gedər. (yaşar: yaşad olar. yaşlanar. - yaşarmaq: qocalmaq).

ər, doğan yerin isdər, it doyan yerin. (ər doğan yerini küysər, it doyan yerini).

ər, əri yoldaşlıqda, ev, evi qonşuluqda tanır.

ər, əri, yoldaşlıqda, ev, evi, qonşuluqda tanır.

ər-arvadın savaşı, yaz gününün yağışı.

ərdəm başı, dildir.

ərə getmək hasatdır, ər donu tikmək çətin.

ərə qadaş gərək düşman dağıda, ki demişlər yavuz qardaş yağıda. (yavuz: pis. yaramaz, yağıda: düşman içində. düşmana yaxcıdı).

ərə ver atın, elə ver aşın.

ərənlərin sağı solu olmaz. (bəylər istəkləri kimi yaparlar).

ərin ağrısın yeynisin at bilir. (ərin ağırlıq, yüngüllüyün at çəkər).

ərin dodağı yağlı, ərməkün (təmbəlin) başı qanlı.

ərincək örətin uyur, yatıp işsər. (ərinck: təmbəl). (örətin: oratın: dikə duran. ayağ üsdü) : təmbəl ayağda yuxlar, yataqda işləmək duyğusunda olur).

ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz (geçməz). (ərinck: təmbəl).

ərinə görə, bağla başını, qabına görə qaynad aşını.

ərkək quş havanı, dişi quş yuvanı güdər.

ərkəkdə söz, aşda duz gərəkdi.

ərkəyə ürək gərək, qadına dirək.

ərköyülü gözün yaş azmaz, qaçan atdan tər azmaz. (ərköyülün gözü yaşı, ağlağan olu, qaçan atdan tər əsgilməz).

ərməgiyə (təmbələ) , bulut yük olur. (ərməgügə, eşik art olur. ( təmbələ qapı, dağ beli görünür).

ərsək, ərə dəğməz, ivsək evə dəğməz. (oynaş, ərdə qalmaz, tələsən evə çatmaz).

ərsiz qız, sükansız gəmi, oğulsuz arvad, yüyənsiz at.

əsən yeldi, titrəyən yapraq. ər ər olsa, saxlayar arvad.

əsəndə ivik yox. ( sağlıq, tələsmə götürməz).

əsgi ağıza, yeni qaşıq. (alışılmış olanlara sunulan yeni nərsə).

əsgi bataqlıqda, içməli su aranmaz.

əsgi çamlar, bardaq oldu. (o dövrə keçdi. hər nə dəğişmiş).

əsgi dəğərə minsəydi, bit bazarına ışın yağardı.

əsgi dos, düşman olmaz, calanan su, qaba dolmaz, qırılan cam bütün olmaz, çolax əldə çəlik durmaz. (əsgi düşman dost olmaz, əsgi pambıx bez olmaz. (əsgi düşman, el olmaz. ). (əsgi düşman, eli pozar, el olmaz).

əsgi düşman, el olmaz.

əsgi ilin hesabi, yeni ilin sabağı ( dərsi).

əsgi, yamağ götürməz.

əsgi, yenini saxlar.

əsginməyən torba yox, tükənməyən dağar yox. (dağar: mal). (torba yoxdur əsgiməz, dağar yoxdur tükənməz).

əsginməyən torba, tükənməyən mal olmaz.

əsgisi olmayanın, yenisi olmaz.

əsil ilə daşı daş, bəd әsillə, yemə aş.

əsil ilə daşı, daş, bəd әsilə yemə aş.

əsil itməz, yağ iylənməz.

əsirgənmə keçən günlərivin nə olduğuna, güvənginən bu gün əlində olduğuna.

əsiyə baxıb, yelə qapınıb, (əsiyə baxıb: əsməyə baxıb).

əskinməyən torba, tükənməyən mal olmaz.

əslək olan, bəslək olur. {yuşaq (yumşaq) olan yardım görür, onu bəsləyən çox olur}.

əslək olda, dişlək olma. {yuşaq (yumşaq) ol, qapağan olma}.

əsləyən, dişləməz. (yumşaq olan, başqaların incitməz).

əsməyə baxıb, yelə qapınıb. (əsiyə baxıb, yelə qapınıb).

əsrük vurulmadan yıxılar. (əsrük: kefli).

əsrükün dilində olan, ağıllının başındadır. (əsrük: kefli).

əşib eşmiş, gəzib görmüş, sınıb qırmış.

ət qanlı, iğid canlı gərək. (ət çox pişmədən yeyilməli, gənc isə çabalı olmalı).

ət qanlı, iyid canlı olmalı.

ət mət varıdı, duz istiyot çatmırdı.

ət olan yerdən, it getməz.

ət sümüyə çəkər, kişilik suyuna (xuyuna) çəkər .

ət yeyən quş dimdiyindən tanınar.

ətacı axdarmazlar, ras gələr.

ətacısın alınca, subay otur, ölüncə.

ətəkinğ götüvə yetməsin!. (iyilik üzü görməsin!. ).

əti acı adamı axdarmazlar, ras gələr.

əti ətdən kəsərlər, uman yerdən küsərlər.

ətin yemiş, sümüyünə dayanmış.

ətin yeyir, sümüyünə göz tikir.

ətlə dırnaq ayrılmaz, iyi yavlaq ayrılsın. (iyi yavlaq: yaxcı pis).

ətlə sözün çiği, yeyilməz.

ətləs əsgilsə belə patava çıxmaz. (patava: cında). (sür duramı, dəvamı olmayan nərsə).

ətliyə sütlüyə qarışmamaq. (soru çıxacaq işlərdən uzaq durmaq. öz keçimində, halında olmaq).

ətsiz boş, gəlinsiz toy olmaz. (boş: aş türü).

ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.

əvrən ( dünya) qızıl güldür, qoxla ver yoldaşuva.

əy! qanuna ər isən, əyəmməsən, ərirsən.

əzəli düşman, el olmaz, ətəği kəssən dar olmaz.

əziziyəm qardaşıdı, oğlumunan qardaşıdı, mənləndə qardaşıdı, bəs bu necə qardaşıdı. (''qar daşımaq'') .

əzrayil vurar pəncə, baxmaz qocaya, gəncə.

əzrayil, axşaq heyvan kimidir, hər qapıda dayanır.

fala inanma, suya dayanma. (fala inanma, falsızda qalma).

faydalı yerə qaça qaça get, zərərli yerdən qopa qopa qaç.

fələkin belə işləri çox, qaplanı ac gəzdirir, tülkünü tox.

fikir dili basar, dildə gücü.

fil azacıq doğur, doğanda balası fil olur.

fil kimi ağır ol, bars kimi sıçraq.

filçini, fil basar, ovsunçunu, ilan çalar.

fürsət yelə bənzər, onu keçərkən tutmalı.

gec böyüyüb, güclü qalan palıtdır.

gec olsun, güc olmasın. (gec olsunda, güc olmasın).

gec yaxşı, gələn yaxşı.

gecə gəbədir, gün doğmadan, nələr doğar.

gecə kimi qara, tamu (cəhənnəm) kimi isti, sevgi kimi dadlı (şirin).

gecə nə qədər qaranlıq olsada, gündüz o qədər ışıqlı olar.

gecə oda gedmə, gündüz tüstüyə.

gecə odu, gündüz düdü (tüstünü) gizlətmə.

gecə odu, gündüz düdü gizlətməyi öğrən. (düd: tüstü).

gecə oğrusu, günüz tutular.

gecə yaraqlı, gündüz papaqlı. (görünməsinə qarşı, qara işlər çevirən, qılan kimsə).

gecə yatan, gündüz oyanar. (gecələr yatar, danla oyanar).

gecəni güdər, bayquş kimi, günüzü güdər, qartal kimi.

geçi süzməklə, ceyran olmaz.

geçidədə saqqal var, amma dədə deyil.

gedən kişiyə yol həmişə qısalır.

gedən qoğulmasaydı, gələn yügürməzdi.

gedəndə çörək götür, gələndə ayağ götür.

gedəni saxlama, gələni qoğlama (qoğma).

gedər bağlar qorası, qalar üzün qarası.

gediciyə yol yaxci, qalıcıya ev yaxci.

gediciyə yol yaxcı, qalıcıya ev yaxcı.

gedinən yeri boş, olduğu yeri xoş olsun.

gen paltar yırtılmaz.

geri qaradır qara, dönmə geri, keçmişin, sözdə yoxdu yeri.

gələn gətirmədi, gedən apardı.

gələn günə yarqı yox, ötən günə qayğı.

gələnə inanma, gedəni danma. (gələnə inanır, gedəni danır).

gələnlərin ayağları var olsun, köçənlərin uğruları kar olsun. (gəlin köçənlərin bəxləri uğurlu (kar) olsun. ).

gəlin anası aş başı, ərin anası daş başı.

gəlin eşikdə, bəbə beşikdə. (gəlini evə gəlmədən, uşağı beşikdəykən yoxlayıb, bəsləməli).

gəlin var gələr gətirir, gəlin var gedər, itirir.

gəlin var qızdan, toyuq var qazdan başdır.

gəlin var, külü aş yapar, gəlin var, unu daş yapar.

gəlinin betin kim açsa, o şol ısıq. {gəlinin üzün kim açarsa, o xoş görünür (cana yaxın olur) }.

gəlir gəlməzə inanma, əlindəkin qaçırma.

gəlişigözəl yar olmaz, biçilsə don, dar olmaz. ( gəlişigözəl : rasgələ. hərgələ).

gəlməmişə güvənmə, keçmişinə ilənmə. (ilənmə: öykünmə. qussələnmə). (gəlməmişə öğünmə, keçinmişə döğünmə).

gəlməmişin dadı yox, köçənlərin yadı yox, qaçanları tut saxla.

gəlsə qalı qatıqlıq, artar deyu sərin qıl. (gəlsə belə çətinlik, keçər deynə, dözüm qıl.

gəmi quruda yeriməz.

gəmikli it, qapağan olur. (ağzında sümüklü it, heç nəyi biləsinə yanaşmağa qoymaz).

gənc ömrün bağışlar, qarı ömrün qarışlar.

gənclik ötür, aşırılmaz aşırım kimi, qocalıq gəlir, qazılmamış qəbir kimi.

gənclikdə dişlər ağ olur, qocalıqda, saçlar.

gənclikdə ölüm, qocalıqda yoxsulluq yamandır.

gərçək əzilər (büzülər) , üzülməz.

gərçəyi deyən ya güclüdür, ya ki axmaq.

gərçi sözünə qulax tutdum, nə yazığ kim, eşiddimdə unutdum.

gərəkli daş, ağır olmaz.

gərəkliyə, gərəc (vəsayil) gərək, işləməyə çörək gərək. (aca yemək, xəstiyə yataq sorulmaz). (görünən kəndə bələdəçi nə gərək).

gərəyə görə yol açar, boyuna görə don biçər.

gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.

gəvəzədə söz əylənməz (dayanmaz) , günbəz də qoz.

gəzən tülkü aparır, yatan aslan batırır.

gəzəyən qızdan gəlin olmaz.

gəziki gəlmədən verilməz, gəziki olmadan alınmaz. (gəziki:novbə) ş (olum, ölüm).

gic, nə doydum bilər, nə yoruldum.

girəsi yox, çıxarı çox. (girə: qazanc).

gizli yüklənən, aşgara doğar. (gizləyu basılar, açqıra doğar).

gora inancsız getmə, bazara parasız.

gögləmdə çıxan göy, çox olar. (gögləm: yaz. bahar).

göğə sağursa, üzünə düşür. (göyə tüpürən, üzündə yığır).

göl balığı yekəlməz.

gönü yağınan yaşla, günü yenidən başla. (hər günün öz işi var, keçəl başın yağı var).

gördüm dedin tutuldun, görmədim dedin qurtuldun.

gördün dəli, çəkil geri.

gördün yarın yar deyil, boşlamağı ar deyil. (gördün yarın yar deyir, tərkin qılmaq ar deyil).

gördüyün kimi inanma, inandığın kimi gör.

gördüyün qoyub, sandığın tutma.

gördüyün yatsır, görmədiyin yaxır. (yatsır: unudur). (yaxır: suçlur. ittiham edir).

gördüyüvü demə, gözdən düşərsin.

görən gördüyündən deyər, görgüsüz ağzına gələni.

görən göz haqlıdır. (görən gözün haqqı var). (görən gözə söz yoxdur).

görən gözə yasaq olmaz.

görən gözündən asılı, görməyən ağzından. (görən gördüyündən deyər, görgüsüz ağzına gələni).

görən, yeyən yalı (qədər) dadanmaz .

görəvli, görməli. (görəvlidir, görməlidir. mə'mur, mə'zur).

görkülüyə (gözələ) söz gəlir, ağac başın yel əğir.

görmədiyin yükün, altına girmə.

görüm birsə, yetinməz min eşitmə. (görüm: görmə. görüş). (yetinməz : dəğişməz. əvəzləməz). (bir görmək min eşitməyə dəğər).

görünür kəndə, bələtçi gərəkməz, görünməz kəndə, biligit gərək.

göt ağrısı, başdan çıxar.

göt verib pul qazanan, pul üçün göt verər.

götə bax şalvar içində elə bil bal kərədi, , o götün məssəbi yansın məni bədbəxd elədi.

götünə baxıb, üzündən iç.

götürə, dağlar dayanmaz. (hazir olan nərsədən, dağ belə olsa, ölçüsüz götürsən, heç nə qalmaz).

götürənmədiyin çomaq, başada dəyər, qıçada.

göy ağlamayınca yer gülməz.

göy dəmir, geri durmaz: düzlük sözün deyər, işin görər.

göy göz güclü olur, qara göz yaraşığlı.

göy verirsə, yer alır, göy (tanrı) istəsə yer çalır.

göycə mıncıq kimdədir, mənim gözüm ondadır.

göydəki durna üçün, əlindəki sərçəni uçurma.

göydəki durnadan, əlimdəki sərçə yeğ (çox).

göydən pay uman, yersiz qalır.

göydən yağar, yer alar, yer almasa, sel alar.

göyə suysan (tüpürsən) üzüvə düşür.

göyə umub atma oxu.

göyül (gönül) istəyər, əl edər.

göz asdarı qapaqdır.

göz bir pəncərədir, könlə baxar.

göz doymadan, dincəlməz.

göz doysa, ürək dinər.

göz gördüyündən qorxar, kişi dilindən.

göz görə görə, əl görə görə pişər.

göz görəndən, ayağ çəkilər.

göz görənə, ürək tanıq verər.

göz görər, ürək istər.

göz görərdüyü, ürək yağı. {göz gördüyü, ürəkdə yanar (yansıyar, səslənər, əks edər) }.

göz görməsə göyül inanmaz.

göz görməsə könül qatlanır. (göz görməyincə, könül qatlanır).

göz görməsə, üz dönər.

göz görməsə, üz utanmaz.

göz görməsə, üz utanmaz.

göz gözə yağı oldu.

göz illə gör, qulaqdan al, ağızla ver.

göz ki var qaranlığı seçmək üçündür.

göz kimi iti gör, qurd kimi ''iti'', görmə.

göz qorxaq, qol batır. (göz qorxaq, əl cəsur).

göz qulağdan irəlidir.

göz nə qədər böysədə, qaşdan yuxarı qalxmaz.

göz nə qədər böyüsədə, qaşdan yuxarı qalxmaz.

göz tərazı, ağıl ölçək (miyzan).

göz yaşı, yanğı yatmaz (yanda durmaz, görünər).

göz yumulunca, qiyməti bilinməz. (ölməyincə olmağın nə olduğu bəllənməz).

gözdə olan bəzəkdir, içə keçdin təzəkdir.

gözdən düşüb, ürəkdə yer axdarır.

gözdən ıraq, gönüldən uzaq. (gözdən ıraq gönüldə ıraq). (gözdən uzaq, yaddan uçaq).

gözdən iti, yaşamdan dadlı ola biməz.

gözdən uzaq, ürəkdən qıraq.

gözəl var gözilən öldürər, gözəl var sözilən.

gözəldə hamının gözü var, çirkinə kimin sözü var.

gözələ kətən yaraşır, çirkinə ətləs neynəsin.

gözəllik gözünəndi, əxlaq sözünəndi.

gözəllik ondur, birisi özdür, doqquzu üzdür.

gözəlliyə göz inanar.

gözəmsiz sıçan, pişiyə yem olar. (gözəmsiz: çevrəyə göz salmazın).

gözləmədən gələn daş, yarar baş.

gözlüyə gizli yoxdur.

gözü açıq ağzı yumulu, sirlər saxlamaxda uğumlu (dözümlü) ol.

gözü korla yoldaşlaş, könlü kordan uzaqlaş.

gözü oxşayan geyimdir.

gözün küt olunca, oxun iti olsun.

gözünə çöp düşdü, dünya gözündən düşdü.

gözünün biri alma dəyər, o biri səbədə salar.

güc eldən girsə, törü tünlükdən çıxar. {zor asdanadan girsə, düz bacadan (pəncərədən) qaçar}. (güc üzdən girsə, düz daldan çıxar).

güc əyərdə, düzəldərdə.

gücənməsin biləgin, tükənməsin gücün.

güclə it sürüyə gedməz.

güclü ağız, aşa gedər, güclü əl, işə.

güclü olan günlüyün tapar, bilimi olan illiyin. (gücü olan günlüyün tapar, bilgisi olan illigin).

güclü olan haqlı çıxar. {güclü, yazıq (günahkar) çıxmaz (olmaz) }.

gücsüz avlamaq, qutsuz yaşamaq olmaz.

gül açmasa, bar gəlməz, biçilsə don, dar gəlməz.

gül dalından odun olmaz, bəsləmədən qadın olmaz.

gül gülə oxşar, gözəl gözələ.

gül qədrini kor bilməz.

gül poxa düşsə poxalar (pox alar) , pox gülə düşsə, çoxalar.

gül tikansız, çöl ilansız olmaz.

gülər üzə inanma, ağlar gözə alınma.

güləşdə biri yıxılmalıdır.

güllü yerdə tikan var, tikanlıqda gül harda.

güllüyün gülü, beş gün.

gülmə qonşuya, gələr başıva.

gülməyin bilməyən, ağlamağın nə bilər.

gülünə bax qunçəsin dər.

güman, imandan ayırar (elər).

gün çönər, kişi çönməz.

gün doğmadan kəmligi söylənməz.

gün doğmadan, nələr doğar. (gözlənmədik bir sürədə, umulmadıq nələr ola bilir).

gün düşən yerdə toxum ək, kölgəlikdə yox, bilki, toxum əkdiyin yerə, kölgə düşəcək.

gün görməyən gün görsə, gündüz çıraq yandırar.

gün keçər, kin keçməz. (çağın sürməsi, öc közün söndürəməz).

gün nə boyda (nə qədər) uzun olsada, genə gecə düşəcək.

gündən qara gedər, göndən yox.

gündoğmadan, kimliyi söylənməz.

gündüz gəzər yuvada, gecə gəzər ovada. (oxucu. şarkıçı. köçəki. rəqqas. ).

gündüzün gözü var, gecənin qulağı.

günəş bir olsada, hamıya düşər.

günəş palçıxla sıvanmaz.

günəş palçıqla sıvanmaz.

günəş, eyləməz göydə yendək (həmişəlik) duraq.

günəşə qarşı işəmək. (sayqısızlıq işləmək).

günlə doğan, günlə batar.

günlünün günü olmaz, günləməzsə günü olmaz.

günsüz, gün açılmaz.

günü bıraxıb, aya yalvarma.

günü günüləməsə, günü keçməz.

günü günüləməsin, neynəsin.

günü, günüləmədən, günü keçməz.

günüm yoxdur, günüm var.

günün batmağın görən kimsə, çıxdığına inanar.

günün çıxmağına gecəni tanıq (şahid) çək.

günün sənə "günü" olsa, sən "günüvə", "günü" olma.

günüsü ilə, günü yoxdur. (günü ilə, gün yoxdur).

gütdüyüm domuzu mənə öğrətmə. ( mənim işimi, mənə öğrətmə).

güvənc, sevinc, inananc. bu üçü güc (zor) tanımaz.

güvənib yatma, güvənib oyan.

güvənsən varlığa düşərsən darlığa.

güz (payız) cücəsindən, xoruz çıxmaz.

güz gəlişi yazın bəlgürü. (güz gəlişi yaydan bəllidir).

güzdə kəmişən (quylayan) , yazda dərişər.

güzdə kökəlməyən, il boyu arıq qalar.

güzgüdə, hər nəyin tərsi görünür.

güzgüyə baxan özgəsin görməz.

güzgüyə baxan özünü görər.

ha uzaq ola yol yaxşı, ha yaman ola, el yaxşı.

haça çivi yerə keçməz.

hakimdə göz yox, qulağ gərəkdir.

hakimsiz həkimsiz ölkədə durma !.

haq güclüdü, güclü haqlıdır.

haqqa çatan qılavuz, doğru yolda olsun uz.

halvanı yeyib, eşşəyi minib.

hamını qırqı vurdu, bizə tükü tökülən olmadı.

hamıya gələr gözü qara qələm qaş, bizə gələr sallaq burun çeçəl baş.

hamıynan olan, heç kimlə olmaz, qəhbədəndə el olmaz.

hammı necə səndə bir, hamam gördün səndə gir.

hammı öz yükün ağır bilər.

hammı sevdiyinə ''can'' deyər.

hammıdan quşqulanan, hammıdan qorxar.

hammını sevincə, birinə sevil.

hançı eldən yox, hançı dildən deyəllər ! .

hançı gün var ki axşam olmasın.

hara mıx çalıram, papağın asır.

harada aşdır, orada başdır.

hayla gələn, huyla gedər. bu qurum öylə gəlib, böylə gedər.

hazır aşın dik qaşığıdır.

hazır oldu pişiklər (pişmişlər) , gəldi gözdən düşmüşlər.

heç sönməyən, od olmaz.

heçi heçə versən, genə heç çıxar.

heyvan alısı dışıda, adam alısı içidə.

heyvan ilişə ilişə, insan dilişə dilişə (diləşə diləşə). {heyvan iyləşə iylşə, adam dilləşə dilləşə bir birin tapar).

heyvan otdan, xoca aşdan doymaz.

heyvan saxlasan pişik saxla, özü tutar özü utar.

heyvan, sınarına çəkər. (sınar: tay. nov').

heyvanı buynuzundan, kişini dilindən tutarlar.

heyvanı tükün töküncə gör, qızı gəlin olunca gör, gəlini doğunca gör.

heyvanın dişi, kişinin işi olsun.

heyvanın dişinə bax, kişinin işinə.

həm suçlu, həm güclü.

həmişə çox yanılır söyləyən çox, ki söylər bulduğun dildə sünğük yox.

hər ağacda bar olmaz, hər gələndən yar olmaz.

hər ağacdan, qaşıq olmaz.

hər başın yazısı, başına görədir.

hər darığın, yarığı var.

hər daş baş yarmaz. (birbirinə oxşayışlı nərsələr bir sonuca yol açmaz).

hər dona yamaq olda, hər yamağa don olma.

hər elin yazısı başına görədir.

hər evin dəlisi var, hər dəli bir evdədir.

hər evin qapısı var, hər işin aracı.

hər əğri, yayın (kaman) deyir, hər yetən yarın.

hər əğridən yay çıxmaz.

hər əsənə yel demə, hər axana sel.

hər gerçək keçməz, andın yeri var, adın gücü.

hər gələnə can demə, hər görənə, yan demə (yan demək: qoğmaq).

hər günün gecəsi var, hər gecənin, günüzü.

hər xoruz, öz küllüyündə ötər.

hər imə qaçan tazı, tez yorular.

hər kəs bildiyini, dəgirman döydüyünü.

hər kəs bildiyini, dəğirman döndüyün düşünür.

hər kəsdən bildiyin al, dəğirmandan döydüyün.

hər kəsən hər neynər, özü özünə eylər.

hər kəsik can ağrıdar.

hər kəsin (kişi) kəndi çörəyinə köz eşər.

hər ki aşqa uyar, kilimin suya bıraxar.

hər kim danışdı, vergilən qulax, yaxcısın tut, qolayın burax.

hər kim öz yükünü ağır görür.

hər küllüyün, öz xoruzu.

hər qaranın ağı var, hər ağın qarası.

hər qaşıyan yaratmaz, hər qaşınan yaranmaz.

hər qoyun öz qıçından asılır. (hər kim öz davranışının sorumlusudur).

hər quşun əti yeyilməz. (hərkəsdən, hər nə gözlənilənməz).

hər quşun öz yuvası, hər başın öz çuxası (bəxdi).

hər millətin çıxarı dövlətinə görədi.

hər nə yedin dadındır, hər nə verdin adındır, hərnə qaldı yadındı.

hər nəyə oxşayan, heç nəyə oxşamaz.

hər nəyin başı varsa, dibidə var.

hər saqqallını ata sanma. (görnüşə aldanma).

hər vermək itirmək deyil, hər almaq utmaq.

hərkim gedir aşına, baxmır nələr gəlir başına.

hərkimin qazanı qapalı qaynar. (heçkimin içindəki, gərəkdiyi kimi, çinindən bəlirməz).

hərnə qurusada, suyuna (zatına, xuyuna) çəkər.

həyəcanlanmaq: qomunmaq. qabınmaq. qabarlanmaq. dalqalanmaq. çapınmaq. çabalanmaq. qamcınmaq. bulqanmaq. qalqupmaq. qapıqmaq. qondalmaq. dalqanmaq.

hirs gələr göz qaralar, his gedər üz qaralar. (hirs gələr göz qızarar, his gedər üz qızarar).

hirs qocaldar, qorxu öldürür, güvənc qaldırır, inanac yaraldır.

hırsız qap baca tanımaz. (hırsıza qap baca olmaz).

hirsli kişi, yuxudada saqqalın əsdirir (çeynir).

hünər ən böyük yalandır ki, gərçəyə yaxınladır.

hürə bilmir itləri başa salır.

hürəgən it, çağrılmamış qonaq gətirər. (hürməyin bilməyən, kəndə qonaq gətirər).

xala evinə dadanan, ər evinə dayanmaz.

xala evinə öğrəşən ər evində qalmaz, min qapıdan pay uman bir qapıdan doymaz.

xan düşünəndə, el borca düşər.

xan evi kömürsüz olsada, kömürlüksüz olmaz.

xan evinin darlığı, qara alaçımın genligi. (dar olsunda, zor olmasın).

xarabadan tüstü çıxmaz.

xarabalığdan qaçan, abad ev tikməmiş.

xaral doydu, torba doymadı.

xatuna quşanma, qayırğa (yada) işənmə.

xeyir bir qopar, şər onu min qovar.

xeyir dilə qonşuna, xeyir gəlsin başına.

xeyir gəldi, şər gedər.

xeyirsiz bulut, dənizə səpələr.

xəbərçidən ''xəbər'' al, üsdünə, qoy de.

xənçəri iki yol sıyırma, bir sözü iki yol buyurma.

xərmən dövmək, keçiyə iş olmaz.

xərmən yel ilə, düyün (toy) el ilə.

xəsdə olan, sağlığına yaxınır.

xəsdəlik atlı gəlib, piyada gedər.

xəsdəyi buza, aşığı sözə yollama.

xəsdiyəm demə, can doyar, satıram demə, el duyar.

xəsisdən qışda buz, yayda köz almaq çətin.

xəsisin özü tox olar, gözü ac.

xəznəyə sıçan, səqqəldə yığar.

xoca çox olunca, qoyun haram gəbərər. (xoca çox olsa qoyun haram gəbərir) .

xoca dediyin, tox evin ac pişiyidi.

xoca diridəndə dartar, ölüdəndə.

xoca evindən aş, kor gözündən yaş çıxmaz.

xoca qocanı bəyənməz, qoca xocanı, seyid heç birini.

xoca olan yerdə, aca baxan olmaz.

xoca ölər sarığı qalar, qaraçı ölər körüyü qalar.

xoca özü edər, hamıya 'eləmə' deyər.

xoca vardır, dilin tıx, usda vardır, əlin tıx.

xoca yalan deyər özüdə inanar.

xoca yalnız yolu göstərir, şayıd öz ayağıyla yerir.

xocadan paşa, taxtadan maşa olmaz.

xocan eşşək olsada, 'hoş' demə.

xocanın çörəyin, ilanın ayağın, qarışqanın gözünü kimsə görməyib.

xocanınki "vay" ilə, baxşınınki (aşıq) "hay" ilə.

xocası çox olan yerin, toxlusu çox olmaz ( yox olar) .

xoruz başı kəsilir, tükü günə sərilir.

xoruz çox olan yerin səhəri tez açılar.

xoruzun gözü küllühdə qalır, buğdalıqda olsa belə.

xoruzunan danışmaqdansa, cücəylə oturmaq yeğdir.

xoş gördüyün, umduğun olsun.

xoş günün görən, pis günün izləyib qaçar.

xoşluq bacadan (pəncərədən) girər, dərd qapıdan.

xumarımız çü yazıldı (açıldı) , dur indi ayağ (badə) gətir, keçən günlərdəkin bu gündə, yadə gətir, xumar ikən dolu verirdin arağı bizə, xumarımız yazıldı çün, ayağ (badə) ziyadə gətir.

xuysuz eşşəklə yüksək dağ çıxılmaz.

ılı sözlə ılan inindən çıxar, ulu sözlə kişi dinindən (yolundan). (ılı: ılıq. yumşaq). (ulu: iri. yekə. gobud).

ısığına küydük (yandıq) , soyuğunna donduq. (istisində yandım, soyuğunda dondum. sevincinə sevindik, kədərinə tasalandıq).

ısıracaq it, dişin göstərməz. (yamanlıq edən, öncəsindən bəlirtməz).

ıslaq topraq, tez sulanar.

ısmarış (vəsiyyət) , ölüm gətirməz.

ışıq ensə (gəlsə) qaranlıq köçər.

ışıq kölgəsiz olmaz.

içəndə başıvı yoxla, yeyəndə qarnıvı.

içər küzə, sağar üzə.

içgi başa çıxanda, ağıl dolçaya düşür.

içi dar yoxsul, özün bəyliyə vurur (varlı olmağın göstərir).

içi qararmış, dışı ağarmış.

içi qaymaq istəyən, camışı yanında daşır. (gül qoxuyar tikan dibində).

içi təzək, üzü bəzək.

igid odur hər toxuya (əzaba) qatlana, kişi odur atdan düşə, adlana.

igid olsan, ol igid, yaki ona, qulluq ed.

igid özü üçün doğulur, özgələr üçün ölür.

igid sözündən dönməz, aslan, izindən.

igid yavanı (yamanı) bağışladı, yava igidi yox.

igiddə ağıt (ziyan) olmaz, çalğaqda inam.

igidin, soyu sorulmaz.

igidlik ondur, doqquzu qaçmaq, biri aradan çıxmaq. (igitlik ondur, biri güc, doqquzu fənd).

igirmisində gözəl, otuzunda güclü, qırxında uslu ağıllı, əllisində varlı olmayandan heç nə çıxmaz.

igit altında, at bəllənir. (igidin ad almağı, öz əlində, atın ki, igid əlində). (igit əlində, at ad qazanır, igid öz əlilə).

igit üçün, biləkdə gərək, ürəkdə gərək, bilikdə gərək .

igitlə gəzgin, bafalı olur, yavıya yoldaş olan xar olur.

iğən aclıq ola, artar savaş, el xarab ola dəli oynada baş. (iğən: çox)

iğən dadlı udular, iğən acı atılar. (iğən: çox)

iğən ox kimi yüksək uçma qəfil, ki toprağdır sənə sonuncu tutraq. (iğən: çox)

iğlabağan balağa əmcək yox. (ağlamayan cocuğa məmə yox).

iğnə atsan yerə düşməz, tünlüyündən gözü seçməz.

iğnə çuvalda, dəvə palazda gizlənməz.

iğnə çuvalda, dəvə palazda gizlənməz.

iğnə harda sapda orda.

iğnə həsrəti, dəvə batıdar (itirdər). {iğnə dək həsrət dəvə itrətir (itirdir) }.

iğnə ilə quyu qazılmaz, köklənmədən saz çalınmaz.

iğnə oğurlayan, öküzdə oğurlar.

iğnə sapladın, düğmələ ucun, sonra peşman olmamaq üçün.

iğnə sapladın, düymələ ucun, sonra peşman olmamaq uçun (üçün).

iğnə satan (salan) , tikəndən çox olur.

iğnə torbada qalmaz.

iğnəçilər məhləsində, iğnə satmazlar.

iğnəylə çuval kimi (birbirinə qarşıt, icəşik, zidd).

iğnəylə quyu qazır, sözdə deyəndə çaşır.

iki arslan bir dəriyə sığmaz.

iki ayağ bir başmağa girməz.

iki baş, bir başdan üstündür.

iki əl, bir baş üçündür.

iki fındıq bir qozu qırar.

iki göz dünyanı görür, bir birin yox.

iki göz, birbiriylə yola getməzdi, aralarında burun olmasaydı.

iki könül bir olsa, tez tapar, dalda yeri.

iki olursun birlikdə danış, tək olursun börkünlə danış.

iki onbeş, bir otuz.

iki oylu, iki evli.

iki qoç başı, bir aşıcda pişməz.

iki qulağdan çox eşidən, bir dilinən az danışar.

iki şey var əsgilməyir, biri yaxcılıq, biri pislik.

iki üzdən savaşma, bir üzü savaşa qoy, o birin barışa.

iki üzlü yaşamaq, beş üzlü ölüm.

iki xan bir ölkəyə, iki qılınc, bir qına sığmaz.

ilan adamın topuğunu, adam ilanın başın çalar.

ilan gözəlliyi dərisində, kişinin ki ürəyindədir.

ilan izin, ilan yaxcı bilər.

ilan kəndi əğrisin bilməz, dəvəyə, boynun əğri dər. (deyər) .

ilan öləndə düzələr.

ilan öz ağısından ölməz, ilan öz əğrisin görməz.

ilan qabığ dəğişər, iç yox.

ilan yarpuzdan qaçar, hara gedsə, yarpuz ütrü (qabağına) çıxar.

ilan yeriməz, sıçrar.

ilana sütdə içirsən ağısı (zəhri) azalmaz.

ilana yumşaq deyib əl vurma.

ilanı başından tutarlar.

ilanı qarğa üçün öldürmə.

ilanın ayağın görsən, xocanın ağalığın görərsən. (ağalıq: kəramət) .

ilanın çölü (dışı) yumşaq, içi ağılı.

iləri gedən axır ki, bir yerə çatacaq.

ilin yaxcısı, yazdan bəllidir.

ilkin görüş, sonra, soruş.

ilkin, evi doyur, qalsa eşikdə sovur.

illik işlə, aylıq xəşlə.

imansız gedir, tumansız gəlir.

inam gedsə, tuman qalmaz.

inanc qalar toxluqda, iman qaçar yoxluğda.

inanıb qalma, inanıb dur. (inanıb uyma, inanıb dur).

inanılmıyan düz sözü belə, söyləmə.

inanma, aldanma (tovlanma) .

inanma, aldanma, tovlanma.

inciyib sınmağı, sevən bilər, sınıb dağılar, sevməyən ürək.

inək duza aldanır, kişi sözə.

inək gözün süzər, buğa ipin qırar.

inək quyruğu özün döğər.

iri yağış, tez kəsər.

istək çatır, dilək qalır.

istək olsa, uzaq olmaz.

istək qolay, qurmaq çətin, qurmaq qolay, yaşata bilsən.

istəkənin ağ olsun, iç damağın çağ olsun.

istəkli dosdun uzaq yoluda, yaxın görünər.

istəksizin yarandıq, istiyərək yaratdıq.

istəməyin çarası verməkdir.

istəməzsən, dəvənidə görməzsən.

istənməyən tapmadı, tikənməyən qalmadı.

istəyən çatır, dilənən qalır.

istəyən çolaq, ayağsız qalmaz. (istəyən çolaq, ayağ tapar) .

istəyənə uzaq yol yoxdur.

istəyənin bir üzü qara, verməyənin iki üzü.

istəyib yox olduğdansa, qalıb istəmək yeğdir (yaxcıdır) .

istəyin güclü olmasa, gücün istəkli olsun.

istəyirsən bal-çörək, al əlivə bel kürək.

istəyizdən ötrü, sevdiyizi əzməyin.

istiyot acıdır, ağ olsun, qara olsun.

iş "yuxu" görəndə deyir, onu yozandadır.

iş bilən, günortaya dək ac qalsa, iş bilməyən axşama dək ac qalır.

iş ilə kişini sına, od ilə qızılı.

iş işlər açar, yanşaq işdən qaçar.

iş kişini yoğadar, od qızılı.

iş kişinin aynasıdır.

iş kişinin yonqarı (məhək) , od qızılın.

iş kişinin yonqarıdır.

iş kökdən pozulmasın, bulaq gözdən.

iş olacağına varır, su axanda, öz yolun yarır.

iş üç nala, bir ata qalmış. {bir gözənək (kiçik imkan) əlinə düşmüş, böyük işlərin düşünə, xiyalına qapılan kimsə}. (keçəlin hər nəyi düzəlmişdi, qalmışdı baş darağı) .

iş var, dil açar, dil var, iş açar.

iş yadlısız (qolaysız. müşgülsüz) olmaz, yaxşı yamansız.

iş, bilənin, qılınc taxanın. (bacarıqlı olanlar qazanır, aparır).

işarədir bir ahılı canladan, çomaq çubux hər qanmazı anlatır. (işarədir bir ahılı canlatan, çomaq, çubuk hər nadanı anlatan).

işçi gəlir iş yarıtır, işsiz gəlir, baş ağrıdır.

işdə aşuqqan çox cayılır, çox cayılqan çox yıxılır. (çox tələsən, çox cayır, çox cayan, çox yıxılır).

işdən artmaz, dişdən artar. (çalışmaq yetməz, savuruş, israfdan qaçınmaq gərək).

işə başlama!, başladın boşlama.

işə baxan əlin olsun, ələ baxan gözün yox.

işə girən min olar, minin başı bir olar.

işə tez qalxan, gec qayıdan, aparar.

işi aparan, meydansız qalmaz, meydandan qaçan, iş aparmaz.

işi düşsə arar məni, işim düşsə qovar məni.

işi işə bənd elə, görən desin habelə.

işi iyinin iyi olur işi, yatlı edər yoldaşı yatlı kişi. (yatlı: yaman. biqanə).

işin canını, iş alar.

işin düşdü sarıq başa, başın dəyər daşdan daşa, yapış ginən əyri xışa, ged o başa gəl bu başa.

işin düşsə çiviyə, qızıl gümüş gəlməz işə, əl at dəmirə, dəmir yoxsa gəmiyə.

işin sonun düşünən, pis günə üzgün qalar. (üzgün: həsrət) .

işin yarağın tap, istəyin (istəyivin) marağın (movzusun) .

işin yarağın tap, istəyin (istəyivin) marağın (mövzusun).

işləmək biləkdən, onğarış bilikdən ( iş, biləkdən, yükəsəliş bilikdən) .

işləməyə əl gərək, yığışmağa, el gərək, danışmağa dil gərək.

işləməyən qılınc paslanır, işlənməyən güc yaslanır (azalır. yapıxır).

işləsə əl, baş baş olar, işləməz əl, baş boş olar.

işləyən dəgirman donmaz.

işləyən dəmir parıldar.

işləyən dəmir pas tutmaz. (işləyən dəmir paslanmaz).

işləyən haçar parıldar.

işləyən inci taxar, işləməyən yandan baxar.

işləyən inci taxar, işləməyən, iki gövrəyə baxar.

işləyənin təri durmaz, qarınpanın ağız suyu.

işsiz bəydən yüklü eşək yeğ (> yer).

işsizdən, işləyənə, öğütçü çıxmaz.

işsizin üç böyük işi var, yemək, yatmaq, deyinmək.

it bəslənib qurd olmaz, qurd öğrəşib it olmaz.

it çobanın qoldaşıda, yoldaşıda.

it çörəkdən qaçmaz.

it dilənçiylə anlaşmaz, o bundan bu ondan qaçmaz.

it hürə hürə qocalar.

it hürsə, bülbül susar.

it hürür kərvan yürür. (it hürür, yol açıqsa, kərvan yürür). (hər gələn, gedişi durduramaz) /.

it hürür, börü yürür.

it itə buyurur, itdə quruğuna. (hərkəs işi bir başqqasına göndərir). {yüksünən işi) öhdələnmiş işi) , başqa birisinə göndərmə}.

it qapıpsa səni, sən iti qapma.

it qapmaz, at təpməz demə. (it ısırmaz, at təpməz demə).

it səmirsə, yiyəsin qapar. (it qudursa, iyəsin qapar).

it tanış olsa belə, dayağı əldən qoyma.

it yediyi yerdə yatar.

it yiyəsin, pişik evin tanıyar.

it, quyruğundan qocalır, at yalından.

itdə hürür, çaqqalda, birinci evə aparır, ikincisi çölə.

itdən qaçdıq qurda düşdük.

itə çomaq yox, çörək göstər.

itə dəyəni, it bildi, torbadakın mən bildim.

itə səlam, dəliyə sual olmaz.

itən pıçağın, sapı qızıl.

itən qoyun, düşən mıncıq, yiyəsiz qalmaz.

itgisiz qazanc yoxdur.

iti öldürənə sürdürəllər.

iti qapmaz, demək olmaz.

iti quyruğundan bağlanmaz. (iti quyruğundan bağlasan durmaz). (iti quruğundan tutulmaz).

itilə yatan, bitilə qalxar.

itiliyin yeri var, yayvanlığın çəmi.

itin acığı quyruğundan, atın ki qulağından (bəllənir).

itin bacanağı çox olur, qudası yox.

itin koru, haya qaçar.

itin qarğışı, qurdu tutmaz.

itivi ''haya'' örgətmə, qonşuvu paya.

itlə dalaşmaqdansa, çalıyı dolaşmaq yeğ. {yaramazla uğraşınca, döngə yol seçmək yerdir (yaxcıdır) } .

itlə it dalaşdı, qurd köprünü aşdı.

itlər yatınca, qurdlar ulaşarr.

ivək sinək, sütə düşər.

ivək, evə yetməz. (ivək: iti. tələsən) .

iygə uy şərri qoy, dinci tut, cəngi qoy. (iygə uy: yaxcıya düşün) .

iyi asdar, üzü saxlar. (kimsənin qasıq qısıqlığın qaldıran, qorucu kimsə).

iyi ərin, sümüyü ərir, adı qalır.

iyidi qəm çürüdür, dəmir nəm. (iyidi yaş çürüdür, dəmiri pas).

iyidin sirrin söz açar, yol gedincə qısalar.

iyilik edib, dənizə at, balıq bilməz, tanrıya yad.

iyilik itməz, çoraqda tuxum bitməz, püləməsən şişməz, əkənmiyən biçməz, bulunmasa itməz, əkilməsə bitməz.

iyilik yerdə qalmaz deyillər, kötülük ed, başında yığ.

iyilikləri tavrandırın, kötülükləri təprəndirin. (təprəndirmək: qoğmaq) .

iyilikləri yatsama (unutma) , olmamışı qansama (düşünmək istəmə) .

iyiliyi su ayağında (altında) gəmiş (quyla) , başında dilə.

iyiyə qaç, yatludan yad (uzaq).

iylənmiş ət buza neynər, duza neynər.

iysin (iyisin) al, yadlısın (pisin) at.

kar ağzına baxar, kor səsinə.

kar eşiddiyin, kor tutduğun bıraxmaz.

kar eşiddiynə yox, göylündəkinə inanar.

kar eşitməz yaraşdırar, kor görməz, quraşdırar.

kar üçün iki kərə təbil çalınmaz.

kar, işinə gələni eşidər.

karla kor, bir yana getməz.

karvan keçər yol qalar, eşşək ölər çul qalar.

karvan keçər, itdə hürər, cütü yurda birgə yetər.

karvan ötər, izi qalar.

karvansız yol quruyar, ağ saqqalsız el quruyar. (quruyar: kor qalar) .

kasıb hər desə qarışar, bəylər hər edsə yaraşır. (hər: hər nə) .

kasıba buynuzsuz boğada cumar.

kasıbın fəhləliyi, dövlətlini qəhbəliyi.

kasıbın siki yatmaz, dövlətlinin iti.

kasıplıq otdan köynəkdir.

keçdi bülbül, keçdi gül, istər ağla, istər gül. (keçdi bülbül: ötdü. keçdi gül: soldu) .

keçə salsan yun gərək, pıçaq salsan, qın gərək.

keçəl baxar güzgüyə, aybın qoyar özgüyə.

keçəl qız daraq bəyənməz.

keçəlin adı : zülfəli.

keçəlin hər nəyi düzəlmişdi, qalmışdı baş darağı. {bir gözənək (kiçik imkan) əlinə düşmüş, böyük işlərin düşünə, xiyalına qapılan kimsə}. (iş üç nala, bir ata qalmış. ) .

keçənlərin sözün saxla, könlüvü açar hər vax.

keçər desən keçər gedər, başam dedin basar keçər.

keçini allah vursa, çobanın çubuğu dəyər.

keçiyə araq versən, qurdun evin axdarar.

keçmiş çox uzaq olar, gələcək yaxın.

keçmişinə güllə atan, gələcəyin topuna düşər.

keçmişinin yolun görən, gəlcəyinə yol açar.

kəfil ölər, kəfənsiz qalar.

kəklik öz qaqqıldısı ilə özün ələ verdi.

kəl ilə kəlləyə gələn buğa, buynuzsuz qalar.

kəl ölür, sırma saçlı olur, kor ölür, badam gözlü olur.

kəmər dayça, az yeyər yemi, göydən axmasa, çor vurar demi. ( kəmər: qamar: kiçik at)

kənd itləri tez tez didişər, qurd gördüyündə birişər.

kənd olmasa uzaq itdən, qurddan itin, qorxusu nədən. (kənd uzaq olmasa, it quddan qorxmaz) . (kənd olmasa uzaq itdən, it heç zaman qorxmaz qurddan) .

kənd uzaq olmasa, it quddan qorxmaz.

kəndinə inan, istəyə ulan.

kəndli yağış istər, yapan (bənna) quraqlıq.

kərvan aşır yol olur.

kəsər geddi, sapıda arxasıca.

kəsik baş, kəsik dil danışanmaz, kəsik çörək yapışmaz.

kəsik dil, kəsik baş kimidir.

kəsildi işləməkdən (kələklər qurmaqdan) doğru yollar, açıldı kimsə bilməz oğru yollar.

kəsilsə çörək, yapışdır görək.

kəssək oturub, daşa ağlayır.

kəşiş ambara dartar, öküz əkinə.

ki hər kim gəldisə bildiğin işlər.

ki kəndinə qazandın sarp düşman.

kiçicik daş, yarar baş.

kiçik borc, uşaq kimi böyüyər.

kiçik də olsa haçar, böyük qıfıllar açar.

kiçik ilanıda, böyük sobayla (dəğənəklə) vur.

kiçik yalançı şeytan aldadır, yekə yalançı özün.

kiçiyi olmayanın, böyüyü, olmaz.

kim bafa savın umarsa dişidən, ürəyi yonqalmayar dərdindən. (yonqalmayar: düzəlməz) .

kimə kim çələp verməyə, bayımaz, onundur onun vergi həp çoxda az.

kiminə qat-qat, kiminə ac yat, kiminin başında tac, kimi ac yalavac, kiminin saçı var, kiminin ələyi.

kimisi duz yeyir, kimisi susur, kimisi yava (yavuz) sanur, kimisi sanculanur. (kimisi yava sanır, kimisi sancılanur) .

kimisi top oynadır, kimisi topunan oynur. .

kimliyi yüksək, soyu nə gəzir.

kimsənin çırağı, danacan yanmaz. (kimsənin çırağı, danadan yanmamış).

kinli ürək sözlü olar, sevşək ürək dərdli.

kirişlər üzüldü, yaylar basıldı.

kirpik gözün çitidi (çəpəridir).

kirpikdə yaxındır, ama görə bilmirsən.

kirtü dirlik əcəlsiz ölməkdir, tanrı birlə həmişə olmaqdır. ( kirtü: doğru. həqiqi).

kişi (adam) öz ayağından yıxılır. ( kişi yanılmasa, qul olmaz).

kişi (adam) sevdiyindən inciməz.

kişi (insan) necə başarır öylədə yaşayır.

kişi (insan) unutmaqla umut (ümid) tapır.

kişi açarı gəzir, sıçan bacanı. (kişi bacarı gəzir, sıçan bacanı).

kişi ayağdansa, başdan böyüsün.

kişi bildiyican görür, gördüyücan yox.

kişi dilin, it yiyəsin, at minənin, quş yuvasın tanır.

kişi doydudğu yerdə yox, doğduğu yerdə olmalıdır. (# kişi doğdudğu yerdə yox, doyduğu yerdədir).

kişi dustaq içrə sınanmaz.

kişi elinin, qonşu qonşunun güzgüsü olur.

kişi əti, diriklə dadır. ( adam əti diri olurkən dadlıdır).

kişi içi gözəlsə, üzü çirkin, genə xoş gəlir, içi çirkinsə, üzü huri, genə turş gəlir.

kişi işdə ərir, qızıl odda.

kişi işdə gərək, balığ suda.

kişi oğluna qımız candır, süt qan.

kişi oldun, fət (fənd) gərək, qurd oldun, güc gərək.

kişi özündən görər, çəkiz yoldaşından. (çəkiz: namərd) .

kişi sağırı üz. ( adamın ən etgilənən dərisi üzündədir).

kişi şam ağacı, qadın ona sarmaşıq.

kişi ucalır başdan, dağ ucalır daşdan.

kişi üzünə evdə söz gələr.

kişi yanıla yanıla (aldana aldana) , ya yanar, ya pişər.

kişi yarsız, quş qanatsız olmasın.

kişi yeddi kərə yıxılar, səgggiz kərə qalxar.

kişi, 'var' gətirir, 'var' kişilik yox.

kişilik yonqarı cicik deyir.

kişin saç tökür, qadın saçı ağardır.

kişini (insanı) dili bələr, sürünü qotur.

kişini cavan saxlar: yaxşı arvad, yaxşı at.

kişini varlı deyib, vardan etdi, igit deyib, gücdən etdi.

kişinin başı qaladır.

kişinin başmalı, ağıllı başıdır. (baş malı: anamalı).

kişinin bir özü, birdə sözü.

kişinin dili başqa, özü başqa.

kişinin düşmanı, pis dil ilə, pis arvad.

kişinin kələcinə (sözünə) baxıb, başına ( ağlına) qiymət ver.

kişinin sözü işdi, sözdəyir işi.

kişinin üzünə yox, izinə bax.

kişiyə (insana) unudulmaz olan (şey) , yuxudu. (yaddan çıxmıyan şey yuxudu) .

kor at, gecədə otlar.

kor balta sümük qırar.

kor çəliyin bir yol itirər. (kor dəğənəyin bir dəfə itirər) .

kor dedi ki öz gözümlə görmüşəm.

kor dedi, görürəm, kar dedi eşidirəm, çolaq dedi, durun qaçaq.

kor doğulan, ışığa inanmaz.

kor göz düşündüyün danışır, dilsiz baş, necə danışır.

kor gözdə ışıq olmaz.

kor gözdən, kor bulaxdan su çıxmaz.

kor gözə, ışıq gərəkməz.

kor gözlünün nəyi var, iki əldə gözü var.

kor gözündən qorxar, keçəl başından.

kor gözünə, var sürmə çəkənlər!.

kor gurlayar, görən ülkər.

kor ilan heç nədən qorxmaz.

kor istədiyi bir göz, iki olsa nə söz.

kor kora kor deməsə, bağrı çatlar.

kor koru axdarar, su çuxuru.

kor koru görsə qıdığlanar (öğünər, kef elər) .

kor koru tapar, su çoxuru.

kor koru, görməz.

kor korunan danışsa, karar ara söz çıxar.

kor quşun yuvası, yemsiz olmaz.

kor ölür badam gözlü olur, kəl ölür sırma saçlı.

kor öz toyuğunu oğurladı yedi.

kor sevən, bir göz.

kor toyuqda, dən tapır.

kor tudduğn kəsәr.

kor, çolağın əlindən tutsa, hər ikisi irəlilər.

kor, əlinə düşəni sikər.

kora iğnə, gərək nəyinə.

kora, yer üzü qaranlıq gəlir.

kordan tanıq (şahid) olmaz.

korlar şəhrində, gözlülərin nəyi var.

korun gözü görməz, könlü duyar.

korun gözü yoxsada, sözü çoxdu.

korun gözündən qıl çəkməzlər.

kosa geddi saqqal gətirməyə, buğunda qoydu gəldi.

kosanın qocaldığı bilinməz. (kosada, qocalıq gənclik bilinməz).

kova daşa toxunsa, vay kovanın halına, daş kovaya toxnsada vay kovanın halına.

köç qayıdanda, sürünün axsağı irəli düşər.

köçövün (kösövün) uzun olsa, əlin yanmaz. (köçöv: maşa) .

köhnə baramanın qurduda, arıq olur.

köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul) .

köhnə tap tazasında, yaman tap yaxşısında.

köhnəyə e'tibar olsaydı, bit bazarına, nur yağardı.

kök arıqlayınca, arıq üzülər.

köksüz ot yelə gedər.

kökünə kibrit suyu tökmək. (yandırıb yaxmaq. yarasına duz səpmək).

kölgə, boya götürməz. (kölgə, boya tanımaz).

kölgə, düşdüyü yeri bəllədər.

kölgədə yatanın, kölgəsi olmaz.

kölgəli yayın, qarlı qışı var.

kölgəlik nə olduğun, gündən gələndən soruş.

kölgəni boşla özündən danış, qaşını vazla gözündən danış.

kölgəsiz ağac, kəsilir. (kölgəsiz, ağac olmaz).

kölgəsiz tomalan (göbələk) necə bitər.

könlün yazıda var, qışıda var, varlığın oluda var, ölüdə var.

könlünə bax, için al!.

könül bağlı, əl dağlı.

könül buyruq dinləməz. (sevgi qarşısında kəllə işləməz, söz keçməz).

könül çəkir, yeyir, ürək istir deyir.

könül endirən başalır (baş alır: ucalır) , baş endirən basalır (basılır) .

könül gördüyündən su içər.

könül könüldən su içər.

könül qalası, kişi isdər alası.

könül sevən gözəlin, nə ağı nə qarası.

könül yağı, içyağı deyil, göz yaşı, don yaşı deyil. (don: üz) .

könüldən qopan, könüldə yatır.

könülə sığan söz de, qarnıva sığan yüz ye.

könülə sığsa, hər nəyə sığar.

könüllə kirtin (inan) , dilinlə qurtul.

könülsüz namaz, göyə ağmaz. (ağmaz: çıxmaz) .

könünldə ki, qarında kı bilinməz.

köp yoylaqanqu tülkü, qolqa tüşpöy, qoyucu eməs (qırqız). {çox yelən (gəzən) tülkü bir gün yaxayı ələ verir}. (çox gəzən tülkü, yaxalanmadan dincəlməz). (su təstisi su yolunda qırılır).

köpək boranda qudurar.

köpək ölümü, qurda bayramdır.

köpmüş köpək, qapmaz, yatan ilan çalmaz.

köprü üstə yol üstə, yap yapılmaz. (yap: tikinti).

köprüdən keçməmiş sayın, ayıdır dayın.

körpə sütsüz böyüməz, pambıq susuz. (körpə sütsüz, pambıq susuuz dirçəlməz).

körpə uşaq, körpə sevinc.

körpəsən pişməyivə çox qalırı, çatmağa körpüyə, ver var yoxuvu.

kös kilimincə ayağın, soyuqda ta donmuya yağın. (kös: çöz. uzat) . kös kilimincə ayağın, söyuqda donmuya yağın.

kötü adama böyük çanağını göstərmə. (yamana çonğ ayağınğı görsötmə) :

kötük çətin yanar, gec sönər. (kötük yanmaq bilməz, yansa sönmək bilməz) .

kötüyü qoyub, köpüyü tutub.

kötüyün quyla, yemişin dər.

közəku uzun bolsa, əlik göyməz. (maşan uzun olsa, əl yanmaz).

küçük hürə-hürə it olar.

küçük, hürməyi anasından öğrənir.

kül urküncə, köz ürk (ürkmək: püfləmək) . (kül püfləmə. köz püflə). (kül püflərsən gözün dolar. köz püflərsən işin onar).

küldən ot qalxar, oddan kül.

külək əsdiyi yöndəndə kəsilir.

külək əsir saman titrəyir, ağzın açıb, sözün girdəlir.

külək odu qızışdırar, araq hirsi.

külək olsan borana ras gələrsən.

külək otu qurudar, qayğı kişini.

küləkli gün yort, yağışlı gün, yat. (yort: yeri) .

küləyin önünə düşməyən yorular.

külü göyə səpən, gözündə, başında yığar.

külü savırma, girər gözüvə, tüpürmə göyə, düşər üzüvə.

küp küpüyə, küp deyər .

küpün zoru deşikdən çıxar.

kürə görmədən, dəmir döymədən, dəmirçi nədən ?.

kürə görməsə dəmir, yumşanmaz.

kürsü isdi, göt yastı, xanımın könlü nə istir.

küt göz, nə görər, küt ox, nə deşər.

küt gözə, iti ox nə gərək.

küzə gündə sınmaz, günündə sınar.

küzə qıranda bir, suyu gətirəndə bir.

küzə qırılsada qılpı əldə qalır.

küzə qırılsada qılpı əldə qalır.

küzənin geri verdiyi içindəndir.

qabaqda, inamın olsun, arxada, dayağın.

qabanın ardınca qaçan, evdəki doğuzunda itirdi.

qabığına çəkilmiş. (qınına girmiş. dış evrəndən, çevrəndən, dünyadan ilişgilərin kəsmiş. ətliyə sütlüyə qarışmazlıq).

qaçan at tutulur, söz çıxırsa tutulmaz.

qaçan fili, quyruğundan saxlaya bilməzsən.

qaçanda tanrını çağırır, qovanda.

qaçanı qovma, geçəni təpmə, yıxığı vurma.

qaçmaqdan qoğalamağı unutmaq. (bir işlə çox dərin uğraşmış olmaq).

qadana (zəncir) , su saxlamaz, yırtıq ağız söz saxlamaz.

qadaş qardaşın yoxluğun istər, ölümün yox.

qadın malı, hamam toxmağı.

qadının fəndi, ərkəyi yendi.

qadının gözünü yox, sözünü düşün.

qadınsız, ev donanmaz, yəhərsiz at.

qağan aslan kimi anğar ərənlər, oxa qalxan kimi göğsü (sinə) gərənlər.

qaqılmasa, açılmaz (döğülməsə açılmaz). (qapı) .

qalın versə qız alır, gərək olsa qız alır: (qalın: cehiz). (qız: baha) .

qamışı boş tutsan, əlivi kəsər.

qamışın ayağı (dibi) suda olsada, başı qurudur.

qamuğ kişi düz ərməs. (adamların hamısı bir deyil, bir qıl deyir).

qanmaz arvad ev pozar, yarım xoca din pozar.

qanmaz, dirilərin ölüsüdü.

qapı halqasız, dəniz dalğasız olmaz.

qapı yapmadan evə girmək. (çox tələsik iş aparmaq).

qapını girmədən döğ, girdin bağla.

qapıvı döğən ya özlüdür, ya üzlüdür, ya sözlü. (özlüdür: öz, iç adamdır) ,

qaplanın hirsinə baxma, oda öz balasın yemir.

qaplanınki dişi var, buynuz nəyinə gərəkdir.

qar yağış olar, dağda daşda, atalar sözü, ağıllı başda.

qara baxan göz, qamaşar.

qara baxdın əli yetişdi aşa, başı dəydi daşa. (qara bəxdin : əli aşdasa, başı daşda olar) .

qara bibər qaradır, dirhəmlə satılır, qar, ağ appağdır, kürəklə atılır.

qara doğmuşa, qarqa oğluna, sabın neyləsin, çoğan neyləsin.

qara günü gözləyən qara günə qalar.

qara it qapar, ağ it yapılar (tutular) .

qara keçə ağ olmaz, qarı (əsgi) düşman dosd.

qara qazan, könül versən ağarar.

qara quş ləş başında, soyqunçu mal qaşında.

qara quşa ox, öz yələyindən dəğər.

qara üstünə qara yoxdur.

qara üstünə, yox boya, aca verdin, ver doya.

qara üzlü pul, ağartmış qara gecəni.

qara yerin qədrin əkinçi bilər, qara yolun qədrin, yolağçı (yolçu).

qara, rənglərin üstünüdür, ağı görməyincə.

qarabatdaq yolu gedən qarqa, batar.

qaraçı çalıb, kürd oynamaq. (qarışmış olub, kimin nə yapdığı bəlli olmayan).

qaraquş milçək, avlamaz.

qaranlığa ışıq gərək, yaşamağa, bilik.

qaranlığın qədrin bilməyən, ışıqda kor qalar.

qaranlıq yerə girdin, gözüvü yum çəliyi tut.

qaranlıqda atınan eşşək seçilməz.

qaravaşa don geydirsən xanım olmaz, ləpə ləpə qar yağsa yaza qalmaz.

qaravaşdan xanım olmaz, çiçəkgildən, odun olmaz. (çiçəkgildən: gül ağacından) .

qaravaşın bəlalı başı, külü qoy, toprağı daşı.

qardaş evdə, yaxın demə, qonşu çöldə, uzaq demə.

qardaş, qan qardaş olur, mal qardaş yox.

qardaşdan qarın yaxın. (kişi hammıdan irəli özün düşünür).

qarı dəvə köşək (bala) verməz .

qarının birçəyi ağ, ürəyi qara, gəncin ürəyi ağ, birçəyi qara.

qarınqulu öz qarnın güdər, özgə əlin (götün) axdarar.

qarınpa qazanın altına yox, üstünə baxar.

qarınpanın özü doysada, gözü doymaz.

qarışqanı ayağa qoy, özü başa çıxar.

qarqa balasın lappağım (ağ appağım) , kirpi balasın yumşağım deyər.

qarqa döşün çəkməklə qaz olmaz.

qarqa qarqanın gözün oymaz.

qarqa on iki hava qarıldar, biri birindən zəhlə getməli.

qarqada quş sayılır, sərçədə.

qarqadan göyçək quş istədilər, öz balasın göstərdi.

qarqanın bir gözü oxda, bir gözü poxda.

qarqanın ötməsi, özünə xoşdur (xoş gələr).

qarqanın səsindən xoş səs yoxdu, bülbülü duymuyan yerdə.

qarqanın üzü qara, içi ala (pozuq) .

qarqanın, mininə də, bir daş yetər.

qarqışlar qocaldır, alqışlar ucaldır.

qarqnın bir gözü oxda, bir gözü poxda.

qarna qulluq, kəsəllərin başıdır. (qarınqululuq xəsdəliklərin başıdır) .

qarnı acığan, qazana baxar.

qarnı tox, sözü yox .

qarnıva görə aş iç, boyuva görə don biç.

qartal qocalsa, sıçan avlar.

qartal yuvasın gəzər, at sürüsün.

qartalla gəzən daşa, tüküylə gəzən ləşə qonar.

qartallar çırpışır, göyərçin tükü ürpəşir (tozlanır) .

qartalsız ölkədə, yapalaq qartal sayılır.

qaş yapayım dərkən, göz çıxarmaq. (iş düzəltmək diləyi ilə iş pozmaq).

qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

qaşıq yapan çox olar, qılpın verən az olar.

qaşıq yapdın, qılpın qoy, iş gördün dibin qoy (bitir) .

qaşıqla verən mənidim, gözüvü deşən sapıydı.

qaşıqla verir, sapıynan göz çıxarır.

qaşıqla yedirib, sapıyla gözün oymaq, çıxarmaq. (yapdığı bir iyiliyə qarşıt, qat qat artığna kötülük edmək).

qaşınmadan yaraşmaz. (yonulmadan yaraşmaz).

qatarda ər olsa, yük yerdə qalmaz. (qatarda: qurupda).

qatarından ayrılan qaz, bir topa qarğaya yem olar.

qatır, əli ilə ayağdan, insan, dililə başdan bəlaya düşər.

qatırı anası ilə, atı atası ilə.

qatranı qaynatsan, olurmu şəkər, cinsi batası, cinsinə çəkər.

qavın pişsə, sapında durmaz.

qayğı insanı qocaldar, güvənc anı ucaldar.

qayğı kişini qurudar, qurd ağacı, .

qayıq su üsdə, qaymaq süt üsdə.


Kataloq: Folklore -> Proverb -> 2011
Folklore -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
Folklore -> Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati
2011 -> Toplayan HƏSƏn bəy hadi 2005-5
Folklore -> AZƏrbaycan ìÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
Proverb -> Əl yazilari
2011 -> Uçut: xərabə). ( köçüt: köç yeri ). ♣ Ac atı yüküynən, dəvəni tüküynən utar. ♣ Ac qarın, bilim bilməz.
Proverb -> Laylalar laylalar Övlad boyu oxşayan qəlin analarımızın ulucabeşik nəğmələri Bu nəğmələrin sözü-avazı boyuncamurazlı-murazlı diləklər ganadlanır. Hər Murazlı dilək də təzə-tər bir gönçəni ay işığının aydınlığına qün işığının ­–saflığına

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə