Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

 

 

Filologiya  məsələləri – №02, 2015 

 

75



ƏDƏBİYYAT 

1.  Арнолд И.В. Лексикология современного английского языка. М., 1973 

2.  Комиссаров В.Н. Словар антонимов современного английского языка. М.: 

Введение,1964. 

3.  Уримцева А.А. «Слововлексико-семантической системе языка» М.,1968 

4.  webstersdictionaryofsynoyms.USA 



 

D.VEKILOVA 

CLASSIFICATION OF ANTONYMS IN ENGLISH AND  

AZERBAIJANI LANGUAGES 

 

SUMMARY 

In English and Azerbaijani languages V.N.KOMISSAROV

′ S, A.A Ufimtev’s, 

I.V Arnolds and a number of other scholars opinions and classification of antonyms, 

members of the human body, as well concerning the names of dishes and drinks, 

including words that express the concept of time and space’ ass well as some abstract 

nouns and ete. Have been taken into account.  

The article montioned correction of antonyms, noted the correction of the 

correction of the words with  the addition of prefixes –un, -int, -il, -im, -ir, -dis.  

There were given a value of antonyms. 



 

Д.ВЕКИЛОВА               

КЛАССИФИКАЦИЯ АНТОНИМОВ В  

АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ  ЯЗЫКАХ 

 

РЕЗЮМЕ 

В статье рассматривается антонимы в Английском и Азербайджанском 

языках,их лексико-семантические свойства в простых и сложных предложениях,а 

также исследуется их место назначение в части речи в английском 

терминологическом системе. 

В данной статье также анализируется проблемы дублестности и паралели 

между Азербайджанским и Английским языками и в некоторых случаях 

проявляют полную семантическую адекватность к уже имеющимся в языке 

антонимы с лексическими единицами. 

 

Rəyçi: Həbib  Mirzəyev 



            filologiya üzrə fəlsəfə doktoru, dosent. 

Filologiya  məsələləri – №02, 2016 

 

76



RƏFİQ CƏFƏROV 

AzTU 

rəfiq.@.mail.ru. 

 

ÜMUMİ  DİLÇİLİK SİSTEMİNDƏ MORFOLOJİ YOLLA 

SÖZ  YARADICILIĞININ  BƏZİ  MƏSƏLƏLƏRİNƏ  DAİR 

 

Açar sözlər:  sözyaradıcılığı, morfologiya, qrammatika, morfema, dilşünaslıq, seman-

tika, leksika. 

Ключевые  слова:  словообразование,  морфология,  грамматика,  морфема, 

лингвистика, лексика, семантика. 

Key words:  word formation, morphology, grammar, morpheme, linguistics, leksical, 

semantic 

 

Söz yaradıcılığı anlayışı ilə dilçilikdə iki linqvistik hadisəni izah edirlər. Birincisi, 



dildə olan hazır modellər və nümunələr əsasında affiksasiya və digər formal vasitələrlə 

eyniköklü sözlərdən düzəltmə və mürəkkəb sözlərin yaradılması söz yaradıcılığı hesab 

edilir. Söz yaradıcılığının digər mənası daha geniş əhatə dairəsinə malikdir. Belə ki, söz 

yaradıcılığı dilçilikdə düzəltmə  və mürəkkəb sözlərin yaranmasının, quruluşunun və 

təsnifatının bütün aspektlərini öyrənən müstəqil bir sahədir. 

Söz yaradıcılığı nominasiya prosesini və onun nəticələrini təmin etməklə insanın 

dərketmə  fəaliyyətində  əhəmiyyətli rol oynayır. Söz yaradıcılığı  həm də dilin lüğət 

tərkibinin zənginləməsinin və nitq hissələri arasında  əlaqələrin yaradılmasının  əsas 

vasitələrindən biridir. 

Söz yaradıcılığına verilən digər bir tərifdə deyilir ki, söz yaradıcılığı dilin motivə 

edilmiş təksözlü işarələrinin yaradılması haqqında elmdir. Bu tərifə əsasən alimlər söz 

yaradıcılığına onomasiologiyanın bir sahəsi kimi yanaşırlar. 

L.V.Şerbaya görə, söz yaradıcılığı düzəltmə  və mürəkkəb sözləri dinamik və 

statik aspektlərdə öyrənir. Yəni dinamik dedikdə  məsələ  - söz песə yaranır, statik 

dedikdə isə, - söz песə yaradılıb – şəklində qoyulur. Bundan əlavə, alimin fikrincə, söz 

yaradıcılığı sözün diaxronik va sinxronik yaradılma qaydalarını da ehtiva edir. 

Amma dilçilikdə belə bir fikir də formalaşmışdır ki, söz yaradıcılığı  hər zaman 

diaxronik vəziyyətdədir. Bu fikir əsasən rus dilçisi O.N.Trubaçovun tədqiqatlarında 

izlənilir. Faktik materiala gəlincə isə, dilin inkişafının müəyyən mərhələsində söz 

yaradıcılığı  nəzəriyyəsi yeni sözlərin yaranması  və bu yaranma şəraiti barədə 

məlumatlar verə bilər, həm də belə sözlərin yaranması üçün yeni qaydalar da yarada 

bilər. Bu qaydalar əsasında isə dildən istifadə edənlər sinxronik planda yeni düzəltmə və 

mürəkkəb sözlər yarada bilər. 

Dildə söz yaradıcılığı sisteminin mürəkkəbliyi bir neçə amillə şərtlənir. Onları  bu 

şəkildə qruplaşdırmaq olar:   

1.  dilin digər səviyyələri ilə - fonologiya, morfonologiya, morfologiya, sintaksis, 

və ümumiyyətlə qrammatika ilə six əlaqələrlə; 

2.  sistemin inanılmaz hərəkətliliyi ilə; məhz bu səbəbdən onun potensiyaları  və 

faktiki reallaşma səviyyəsi arasında, habelə söz yaradıcılığı və söz dəyişməlari 

arasında kəskin və qəti sərhəddi müəyyənləşdirmək mümkün olmur. 

3.  Sinxroniyanın və diaxroniyanın differensiasiya çətinliyi ilə


Filologiya  məsələləri – №02, 2015 

 

77



4.  bu prosesdə iştirak edən vahidlərin çoxluğu və rəngarəngliyi ilə; bu vahidlərə ən  

kiçik söz yaradan morfemin affıksdən tutmuş söz yaradan kateqoriyalara qədər 

çoxsaylı vahidlər daxil edilir. Sistemin təsvirini verməyi mümkün edən bir çox 

nəzəri anlayışlar (söz yaradıcılığının paradiqmaları, söz yaradıcılığı növləri və 

s.) da həmçinin buraya  daxildir. 

Söz yaradıcılığı aktında iştirak edən formal vasitələrə görə söz yaradıcılığının bir 

neçə  növü fərqləndirilir: 

ajjiksusiya, suffiksasiya və prefiskasiya ilə baş verən söz yaradıcılığı prosesi; 

 iki eynihüquqlu vahidin iştirakı ilə baş verən söz yaradıcılığı prosesi; 

 konversiya  hadisəsi – sözlərin bir nitq hissəsindən digərinə keçidi və ya  

transpozisiyası; 

abreviasiya hadisəsi -qısaldılmış sözlərin iştirakı və s. 

Formal vasitələrin köməyi ilə yeni sözlərin yaradılması prosesi çox zaman 



derivasiya da adlandırılır. Derivasiya prosesində yaradılan düzəltmə və mürəkkəb sözlər 

isə bu halda  ümumi termin olan "derivatlar" termini ilə işaralənir. 

Dünya dilçiliyində çox zaman söz yaradıcılığı  iə derivativ morfologiya arasında  

bərabərlik işarəsi qoyulur. 

 Söz yaradıcılığı nəzəriyyəsinin əsas anlayışları bunlardır: 

 1. Motivasiya anlayışı. Bu anlayış düzəltmə  və mürəkkəb sözlərin mənalarının 

onları yaradan sözlərlə sıx semantik əlaqəsini bildirir. Söz yaradıcılığı aktında bir qisim 

vahidlər motivasiya mənbəyi kimi çıxış edir, digər vahidlər isə  nəticəyə yönəldilmiş 

olur. 

2. Düzəltmə sözlərin yaradılması anlayışı. Bu anlayışa görə, yeni yaradılmış 



düzəltmə söz formal və semantik baxımdan ilkin vahiddən müəyyən əlamətlərinə görə 

fərqlənmir və ya sezilir. Bu anlayışların söz yaradıcılığında isifadə edilməsi düzəltmə 

sözlərə xüsusi struktura malik vahid kimi yanaşmağa xidmət edir. Bu vahidin daxili 

strukturu onun məzmununu tam ifadə edir. Bu zaman düzəltmə sözün əsasında duran 

söz motivasiya edilmiş sözlərə birbaşa işarə edəcəkdir. 

 3. Söz yaradıcılığı qaydası anlayışı. Bu söz yaradıcılığı  nəzəriyyəsinin  ən  əsas 

anlayışı sayıla bilər. Bu anlayış istər rus dilçi-alimləri (Kubryakova, Uluxanov və b.), 

istərsə  də xarici dilçilər (M.Aronov, F.Plank, V.Dresler, S.Skalize və b.) tərəfindən 

öyrənilmişdir. Bu anlayış düzəltmə sözlərin morfoloji strukturunun yaradılması zamanı 

və onların yeni məna ifadə etməsi zamanı meydana çıxan qanunauyğunluqları ifadə 

edir. 

 Söz yaradıcılığı qaydaları derivasiya prosesində düzəltmə sözlərin modelləşməsi 



xüsusiyyətlərini təsvir edir, bu prosesi daimilik/qeyri daimilik, produktivlik, qeyri-

produktivlik baxımından xarakterizə edir, morfemlərin uyuşmasını  və onalrın 

morfonoloji dəyişmələrini göstərir, fonetik, morfoloji, semantik və praqmatik 

məhdudiyyətləri ifadə edir. 

Bu anlayışın söz yaradıcılığı  nəzəriyyəsinə  gətirilməsi söz yaradıcılığında sintez 

probleminin aydınlaşdırılmasına doğru yönəlmiş bir addım kimi dəyərləndirilə bilər. 

Kubryakova, Uluxanov, Qinzburq, Miloslavskiy, Saxarnıy və digər alimlərin 

əsərlərində ilk dəfə olaraq bu anlayış öz elmi təsdiqini tapmışdır. 

Derivat anlayışının düzgün izah edilməsi üçün onun morfoloji və söz yaratma 

strukturlarının münasibətlərini müəyyənləşdirmək lazım gəlir: morfoloji təhlil zamanı 



Filologiya  məsələləri – №02, 2016 

 

78



minimal sözyaratma vahidləri – morfemlər fərqləndirilir. Bu morfemlər derivatın format 

hissəsi iə tutuşdurulur. Bunun  sayəsində də sözün strukturu yaradılmış olur. 

Söz yaradıcılığı  təhlilinin məqsədi derivatla başlanğıç vahid arasında 

münasibətlərin yaradılması sayıla bilər. Bu da motivasiya mənbəyinin aşkarlanmasına, 

derivatın strukturunda onun ifadə formalarının müəyyən edilməsinə xidmət edir 

İki hissənin - başlangıç və formant hissənin birləşməsindən yaranan sözün yeni 

mənası söz yaradıcılığı mənası adlanır. Bu məna derivatm formant hissəsinin mənası ilə 

müəyyən oluna bilər .Söz yaradıcılığı mənası formal ifadə olunmuş mənadır, bir qisim 

sözlərdə eyni formantla ifadə oluna bilər. 

Söz yaradıcılığı hadisələrinə onomasioloji yanaşmanın meydana gəlməsi və geniş 

yayılması ilə söz yaradıcılığı  mənası mürəkkəb struktura malik məna kimi 

dəyərləndirilməyə başlanıldı. Yəni yeni yaranmış sözün onomasioloji bazisi ilə 

onomasioloji əlaməti arasında yeni tip münasibətləri ifadə edən məna kimi. 

Rus dilçiliyində söz yaradıcılığı hadisələrinin təsviri tarixi çox qədim  ənənələrə 

malikdir. Bu ənənələr Boduen de Kurtene, Fortunatov və Kruşevskidən başlanır. Amma 

müstəqil sahə kimi söz yaradıcılığı nisbətən sonralar, XX əsrin 40-cı illərində 

öyrənilməyə başlanıldı. Müstəqil dilçilik fənni kimi isə söz yaradıcılığı XX əsrin 60-cı 

illərindən sonra qəbul edildi. Söz yaradıcılığının yeni nəzəriyyəsinin əsasları Pokrovski 

və  Şerbanm  əsərlərində qoyuldu. Smirnitski, Vinokur, Stepanova və Jirmunski və 

nəhayət Vinoqradov bu istiqamətin əsas davamçıları oldular. 

Vinoqradov söz yaradıcılığı ilə leksikologiya, digər tərəfdən söz yaradıcılığı ilə 

qrammatika arasındakı çox yaxın əlaqəni müəyyən etdi, və dilçilikdə ilk dəfə olaraq söz 

yaradıcılığının dilçilikdə yeri barədə konstruktiv tezis irəli sürdü. 

Vinokur isə elmi əsərlərində düzəltmə sözün xüsusiyyətləri barəsində mühüm 

fikirlər söylədi. Bu dilçi-alim düzəltmə sözün xüsusi məna - söz yaradıcılığı  mənası 

daşıyıcısı olduğunu da ilk dəfə vurğuladı. 

Söz yaradıcılığı  nəzəriyyəsinin formalaşması prosesi bir neçə  mərhələdən 

keçmişdir. Bu mərhələlərin hər biri bu və ya digər yanaşmaların ön plana çəkilməsi ilə 

xarakterizə olunur. Birinci yanaşma, morfoloji yanaşmadır. Morfoloji yanaşma zamanı 

sözün yaranması zamanı minimal yaranma vahidi morfem götürülür. Bu məhələdə söz 

yaradıcılığı ancaq morfologiyanın bir isiqaməti kimi araşdırılırdı. 

İkinci yanaşma, struktur-semantik yanaşmadır. Struktur-semantik yanaşma sözə 

yalnız morfoloji vahid kimi baxmaqdan əlavə, onun strukturuna və semantikasına da 

fikir verməyi ehtiva edir. Söz yaradıcılığı  nəzəriyyəsinin formalaşmasının bu 

mərhələsində söz yaradıcılığı  təcrübəsinə sözün motivasiyası  və ümumiyyətlə, motivə 

edilmiş vahidlər anlayışları daxil edildi. İkinci mərhələ  həm də söz yaradıcılığı 

prosesinin təbiətini və daşıdığı məna yükünün araşdırılması cəhdləri ilə yadda qaldı. 

Ötən  əsrin 60-70-ci illərindən başlayaraq dünya dilçiliyindi söz yaradıcılığı 

problemlərinin intensiv həlli istiqamətində  işlərə başlanıldı.  Əsas vurğu isə söz 

yaradıcılığının modelləri içərisində yerinin müəyyənləşdirilməsi üzərində  qoyuldu. 

Dilçi amilməri düşünürən suallar içərisində söz yaradıcılığının leksika və ya 

qrammatika daxilində öyrənilməsi ön plana çəkildi. Nəhayət, məhz bu zamandan 

etibarən söz yaradıclığının öyrənilməsində indiyədək  davam edən üç əsas istiqamət 

formalaşdı: birinci istiqamət –sintaktik, transformasiya olunmuş və yaradıcı. 

Bu istiqamətin əsası H.Xomski və P.Liz tərərfindən qoyuldu və yarandığı gündən 

də çox kəskin tənqid hədəfinə çevrildi. Bu istiqamətin tərəfdarları yeni yaranmış sözün 



Filologiya  məsələləri – №02, 2015 

 

79



semantikasını  və strukturunu müxtəlif sinaktik konstruksiyalar vasitəsilə izah etməyə 

çalışırdılar. Söz yaradıcılığı qaydaları isə başlanğıc sintaktik konstruksiyaların 

zəncirvari keçid vasitəsilə yeni yaranmış derivata çevrilməsi kimi təqdim edilirdi. 

İ k i n c i   istiqamət- onomasioloji  ıstiqamətdir ki, bu istiqamətin tərafdarları söz 

yaradıcılığına yuxarıda da qeyd etdiyimiz kimi, nominasiya yəni adlandırma 

aspektindən yanaşmağa başladılar. Bu istiqamətlə söz yaradıcılığı prosesinə, 

onomasioloji bazis, onomasioloji əlamət və onomasioloji kateqoriya kimi anlayışlar 

daxil edildi. Bu istiqamətin əsası polyak və çex dilçı-alimləri tərəfindən qoyuldu. 

Nəhayət, üçüncü istiqamət-funksional istiqamətdir ki, özündə dinamik və 

onomasioloji yanaşmanı sintez edərək, yeni yaradılan sözün semantik, funksional və 

digər problemlərini canlı nitqdə  və  mətn daxilində düzəltmə  və mürəkkəb sözlərin 

yaranması məsələsini ön plana çıxarır. 

 Rus  dilçiliyində uzun illər söz yaradıcılığının  əsası problemi (A.Tixonov, 

P.Soboleva, Qinzburq və digərlərinin  əsərlərində), düzəltmə sözün semantikası 

problemi (Uluxanov, Kubryakova, Lopatin, Yansenetskaya, Blinova və digərlərinin 

əsərlərində), söz yaradıcılığının  danışanların nitqində (Zemskayanın  əsərlərində) və 

nominativ fəaliyyətində  iştirakı (Kubryakova, Saxamıy, Nikitoviç və başqalarının 

əsərlərində) problemi, uşaq nitqinin ontogenezində söz yaradıcılığı problemi 

(Şaxnaroviç və başqaları) və sair bu kimi elmi-nəzəri  problemlər diqqət mərkəzində 

olmuşdur. 

 Avropa  dilçiliyində isə söz yaradıcılığı V.Dressler, X.Brekle, D.Kastovski, 

L.Lipka, E.Uilyams və digər dilçi-alimlərin elmi yaradıcılığında aparıcı istiqamət kimi 

diqqti cəlb edir. Onların bu problemə həsr olunmuş əsərlərində leksikalist fərziyyə irəli 

sürülmüşdür ki, bu fərziyyəyə  əsasən, söz yaradıcılığının dilin sistemindəki yeri onun 

bu və ya digər leksik komponentə aidliyi ilə müəyyən olunur. 

 

ƏDƏBBİYYAT 

1 Щерба JI.B. Что такое словообразование // Вопросы языкознания. 1962, № 

2 i  


2.  Виноградов  В.  Словообразование  в  отношении  к  грамматике  и 

лексикологии // 3Избранные  труды.  Исследования  по  русской  грамматике. 

Москва: 1975  

4Земская  Е.,  Кубрякова  Е.  Проблемы  словообразования  на  современном 

этапе /  5/Вопросы язьжознания, 1978, №6  

6.Кубрякова К. Что такое словообразование. Москва: 1965  

 

              



Р.ДЖАФАРОВ.      

 

ОБ ОБЩИХ ВОПРОСАХ СЛОВООБРАЗОВАНИЯ 

 

РЕЗЮМЕ 

В  лингвистике  словообразование  характеризируется  как  образование  слов, 

на  ываемыми  производными  и  сложными,  как  правило,  на  базе  однокорневых 

слов  по  существующем  в  языке  образцам  и  моделям  с  помощью  аффиксации  и 

т.д.  


Filologiya  məsələləri – №02, 2016 

 

80



В  статье  исследуются  вопросы  словообразования,  становление  теории 

словообразования, место словообразования в языке. Автор на широком материале 

изучает  интенсивную  разработку  проблем  словообразования  в  мировом  языко-

знании. 


 

R.CAFAROV 

 

ABOUT THE GENERAL QUESTIONS OF THE WORD-

GOMBINATIONS 

 

SAMMURY 

In linguistics the word formation is characterized as the formation of the words 

called derivatives and complex, as a rule on the basis of single rooted words in the 

language of the existing examples and models with the help of the affixation, etc. 

 In the article the problems of the word-formation, the theory of word formation, 

the place of the word formation in the language are investigated, of the place. The 

author studies the intensive development problems of word formation in the world 

linguistics in a plenty of materials. 

 

Rəyçi:    Adilə Zeynalova 

 

               filologiya üzrə fəlsəfə doktoru,dosent. 

 

 

 


Filologiya  məsələləri – №02, 2015 

 

81



NAİLƏ  HACIYEVA 

ADİU 

                                                 Nailə-arzu.@.mail.ru. 

 

MÜASİR İNGİLİS ƏDƏBİ DİLİNİN 

SÖZ YARADICILIĞINDA OMONİMLƏRİN YERİ 

 

Açar sözlər: dilin semantik sistemi,semosiologiya,omonimlər,omofonlar, omoqraflar və 

paronimlər 

Ключевы слова: Cемантическая  система языка,семасиология,омоними, 

омофоны,омографы и пароними 

Keys words:  semantical system of language semasiology,omonyms,omophons, 

omographs and paronyms 

 

Nəzəri dilçiliyin əsrlər boyu inkişafı  əsasında onun bir sıra  şöbələri yaranıb 



müəyyənləşmişdir.Belə müstəqil şöbələrindən biri də semasiologiyadır. 

Semasiologiya -dilin semantik sistemi haqqında linqvistik təlimdir.Bu termin 

yunan mənşəli olub ,"semasion"-məna,fikir,"loqos" isə təlim anlayışını bildirir. 

Semasologiyanın kökü soz və ifadənin mənşəcə öyrənilməsi ilə 

bağlıdır.Məlumdur ki,sözün mənşəyi haqqında düçüncələr hələ eramızdan çox-çox 

əvvəl qədim və antik nelmdə  təşəkkül tapmışdır.Bu məsələlərlə bağlı semantik 

hadisələrin  şərhində  də yer verilmişdir.Məsələn müasir semasilogiyanın  ən vacib 

problemlərindən biri çəxmənalılıq problemi öz başlanğıcını yunan mütəfəkkiri 

Aristoteldən götürmüşdür. 

Dilin semantik hadisələri lüğət işləri ilə əlaqədar da şərh edilmişdir.Bizim eranın 

II əsrində  Çin alimi Lyu Si yaratdığı "Şi min" adlı lüğətində semasiologiya məsələrinə 

xüsusi yer vermişdir. 

Semantika məsələlərinə dair dərin tədqiqatlar aparmış alman alimi Karl Rayziq 

1820-ci ildə semasiologiyanı dilçiliyin müstəqil  şöbəsi kimi ayırmış    və bu şöbənin 

məqsəd və  vəzifələrini  müəyyənləşdirməyə  səy etmişdir.Semasiologiyanın bir şöbə 

kimi müstəqilləşməsində fransız dilçisi Mişel Brealın xüsusi xidmətləri olmuşdur.Onun 

bəzi alimlər tərəfindən linqvistik semantikanın atası hesab edilməsi heç də  təsadüfi 

deyil.Mişel Brealın "Essai də Semantigue" adlı əsəri semasiologiyanın tarixində əvəzsiz 

əhəmiyyət kəsb edir. 

Dilin semantikası olduqca çoxcəhətli və mürəkkəbdir.BU movzu ilə təkcə dilçilik 

deyil məntiq və  fəlsəfə  də  məşğul olur.Filosoflar tədqiq etdikləri bu səhəni fəlsəfi 

semantika məntiqşünaslar isə məntiqi semantika adlandırırıar. 

Dildə söz və ifadənin mənası mənanın dəyişməsi mənanın genişlənməsi daralması 

sözün məcazi məna bildirməsi çoxmənalılıq omonimlik antonimlik və sair kimi 

semasioloji məsələləri tədqiqi semasiologiya şöbəsinin mövzusunu təşkil edir. 

Semasiologiya tərkib hissəsi olan dünya dillərində geniş yayılmışdır.Formaca eyni 

mənaca müxtəlif olan leksik vahidlər omonim sözlər adlanır. 

Məsələn: 

Ingilis dilind'ki "light" sözünün bir neçə mənası vardır.Məsələn 

This box is very light 

My room is very light 


Filologiya  məsələləri – №02, 2016 

 

82



Birinci cümlədəki "light"sözü "yüngül" mənasında verilmişdir.İkinci cümlədəki 

"light" sözü isə "işıqlı" mənasını daşıyır.Run fast (quickly)and stand fast (firmly) 

ifadələri arasındakı fərq onların mənalarındadır. 

"A clean fast is better than a dirty breakfast: 

Who feasts till he is sick must fast till he is well." 

Nümunədə omonim kimi verilmiş "fast"sözü istifadə  şərtlərindən asılı olaraq 

müxtəlif məna dəyəri qazanır.Hər bir omonimik cütlük omonim lüğətlərində sadalanır. 

Omonimlik çoxlu dildə movcuddur ancaq ingilis dilində birhecalı sözlər arasında 

xüsusilə tez-tez rast gəlinir."Oksford ingilis dili lüğəti"də omonim siyahısında verilən 

2540 omonimlərdən 89% i birhecalı sözlərin payına düşür.və yalnız 9.1% iki hecalı 

sözləridir.Onların morfoloji quruluçlarının nöqteyi-nəzərindən onlar əsasən təkmorfem 

sözlərdir. 

Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə  həm də ayr-ayrı nitq 

hissələrinə aid ola bilir .Məsələn :"If you dust the bedroom you have to removethe 

dust."Verilmiş cümlədə birinci halda "dust" feildir,"təmizləmək" mənasında nəzərdə 

tutulub .İkinci halda  "dust" isimdir və" toz"mənasındadır. 

Omonimlər öz zahiri cəhətinə görə çoxmənalı sözlərə oxşayır.Çünki çoxmənalı 

sözlər də formaca eyni mənaca müxtəlifdir.Lakin daşıdığı  mənaya görə omonimlər 

çoxmənalı sözlərdən fərqlənir.Çoxmənalı sözlərdə    mənalardan biri əsas digərləri isə 

ondan törəmə olur.Yəni çoxmənalılıq sözün əsas mənasını  məcazlaşması yolu ilə 

yaranır.Məsələn: 

Fire n: 


1.Flame 

2.An instance of destructive burning:a forest fire 

3.Burning material in a stove fireplace:There is a fire in the next room.A camp 

fire. 


4.The shooting of guns:to open (cease)fire 

5.Strong feeling,passion,and enthusiasm:a speed lacking fire. 

Omonimlərdə isə sözün mənaları arasında heç bir bağlılıq yoxdur onlar ayrı-ayrı 

leksik vahidlərdir.Məsələn 

board n - a long and thin piece of timber 

board n -daily meals esp as provided for pay e.g room and board 

board n -an official group of persons who direct or supervise some activity e.g 

board of directors 

Omonimlərin çoxmənalı sözlərdən fərqini qısaca olaraq aşağıdakı kimi qeyd 

etmək olar. 

1.Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər ayri-ayrı mənaları bildirir. 

2. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər yalnız həqiq mənada olur. 

3. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər həm eyni həmdə ayrı-ayrı nitq 

hissələrinə aid olur. 

Söz yaradıcılığında omonimlər müxtəlif üsullarla yaranır.Bu üsullardan biri 

fonetik dəyişiklikdir.Söz tarixi inkişafda dəyişikliyə  məruz qalır.Belə  dəyişiklərin 

nəticəsində sözlər  əvvələr fərqli  şəkildə  tələffüz edilsələr də tarixi inkişaf prosesində 

sözlərin eyni səslənməsi formalaşır. 

Məsələn müasir ingilis dilində omonim cütlüyü olan "Night" and "knight"sözləri 

qədim ingilis dilində omonim deyildilər çünki ikinci sözdəki "k"samiti tələfüz edilirdi. 



Filologiya  məsələləri – №02, 2015 

 

83



Başqa bir misalda "to write" feli ilə "right" ышаэеш omonimdir,amma "to write" 

felinin qədim ingilis dilində olan variantı "to writan" ilə " right" sifətinin qədim variantı 

" reht"yaxud " riht" sözləri arasında fərq böyükdür.Eləcə  də sea(dəniz)isimi qədim 

ingilis dilində sea kimi to see (görmək)feili isə seon kimi yazılır.Belə fərqi work(iş)ismi 

ilə to work (işləmək)feili arasında da görmək olar bu sözlərin qədim ingilis dilindəki 

qarşılıqları wyrkean və weork-dir. 

Omonimlərin yaranma üsullarından biri də alınma sözlərdir.Alınma sözlər fonetik 

uyğulaşmanın son mərhələsində dildə olan doğma sözlərləuyğulaşır."rite to write-

right"omonimik qrupda olan sözlərdən ikinci və üçüncü söz ingilis dilinin öz mənşəyinə 

aiddir amma "rite"sözü Latın mənşəlidir(Latın"ritus"). Ingilis dilində bir çox dillərində 

alınmış sözlır vardır.Bu sözlər zaman keçdikcə dildə formalaşaraq dildə  əvvəldən 

mövcud olmuş sözlərlə omonimlik yaradır.Misal üçün fransız dilində alınmış race(reis)-

(running)və müasir ingilis dilində mövcud olan race (reis) (a distinct ethnical 

stock)sözləri tarixi dəyişikliklər nəticəsində omonim cütlüyünə çevrilmişdir... 

Söz yaradıcılığının bir növü olan çevrilmə (conversion)də omonimliyin inkişafına 

xeyli töhfə vermişdir.Buna misal olaraq "comb" n-"comb"v,"pale"adj "pale" v,"make" v 

-"make" n omonim cütlüklərini göstərə bilərik.bu tip omonimlər müxtəlif nitq 

hissələrinə aid olur və leksiko-qrammatik omonimlər adlanır.Söz yaradıcılığının başqa 

bir növü olan qısaltmalar(shortening) da ingilis dilində omonimlərin sayını artıran 

amillərdən biridir.Məsələn "fan"sözü "fanatic"(fənaetik)sözünün qısa formasıdır.bu 

sözün ontonim qarşılığı Latın dilində alınmış "fan"(an element for waving and produce 

some cool wind)sözüdür."rep"sözü 4 omonimə malikdir: 

1)rep=repertory: 

2)rep=representative 

3)rep=reputation 

4)rep=repetition(in school slang smth,need to know by hard) 

Dildə omonimlərin yaranmasının digər bir növü də abbreviaturalardır.Müəsisə 

təşkilat və ya ölkə adının baş hərflərlə qısadılması ingilis dilinin lüğət tərkibindən artıq 

mövcud olan hər hansısa bir sözü uyğun gələ bilər.Misal Amerika Birləşmiş 

Ştatları(United States of America)qısaca olaraq US yazılır.Bu da tələffüzü zamanı us 

əvəzliyinə uyğundur. 

Səs yamsılama ilə düzələn sözlər həmçinin başqa sözlər ilə omonim cütlərini 

formalaşdıra bilər:bang(n,a loud,sudden,explosive noise)-bang (n,a fringe of hair 

combed over the forehead).Həmçinin mew(n,the sound the cat makes)-mew (n,a sea 

gull) - mew (n,a pen in which poultry is fattened) mews (small terraced houses in 

Central London) Məlumdur ki dildə ayrı-ayrı kök sözlərinomonim olması ilə yanaşı 

bəzən nitq prosesində müxtəlif mənalı sözlərin eyni şəkildə səslənməsi hadisəsi də baş 

verir.Bu da omonimlik hesab olunur.Dilçilikdə omonimlərin fonetik omonimlər 

omofonlar və morfoloji omonimlər- omoqraflar tipi şərh olunur. 

İngilis dilində fərqli qurluşa malik olan sözlərin eyni səslənməsinin şahidi oluruq 

.Məsələn 

1. sea(si) - dəniz               see (si) - görmək 

2. buy(baı) - almaq           by(baı) - yanında 

3. know(nau) - bilmək     now(nau) indi 

4. I (aı) mən                         cye(aı) göz 

5. for(fo) - üçün                  four(fo)- dörd 



Filologiya  məsələləri – №02, 2016 

 

84



6. knight(nait) -cəngavər night(nait) -gecə 

7. not(not) - xeyr                knot(not)  - düyün 

8. or(o) yaxud                      oar(o) - avar 

Bu sözlərin hərf tərkibi fərqli olsa da səslənməsi eynidir.Belə sözlər omofonlar 

adlanır. 

The play-wright on my right thinks that some conventional rite should symbolize 

the right of every man to write as he pleases-cümləsində istifadə olunan 

wright,right,rite,right və write sözləri fərqli hərf tərkibinə malik olsalar da səslənməsi 

eynidir.Verilmiş nümunədəki omofonlar eyni zamanda fərqli nitq hissələrinə  də 

aiddir.Bu cümlədə (rait)səs kompleksi həm isim həm sifət həm zərf həm də feil kimi 

verilmişdir və dörd fərqli  hərf tərkibinə altı fərqli mənaya malikdir. 

Omofonlar eyni zamanda böyük hərflərdən istifadə etməklə də yaranır. 

"How much is my milk bill?" 

"Excuse me,Madam ,but my name is John,nit Bill 

Nümunənin birinci cümləsində istifadə olunmuş bill sözü hesab mənasında ikinci 

cümlədə işlədilmiş Bill sözü isə ad mənasında verilmişdir. 

Digər tərəfdən bütöv cümlə omofonik ola bilər:The sons raise meat The sun s rays 

meet-cümlələrin təşkil edən sözlərin hərf tərkibi fərqlidir.Amma buna baxmayaraq,hər 

iki cümlə eyni səs tərkibi ilə tələffüz edilir. 

Omoqraflar isə yazılışı eyni,tələffüz fərqli olan sözləridir.Omoqraflar cümlədə iki 

grammatik funkisiya nəticəsində yaranır.Məsələn  When I graduate (graedjueit)the  

University, I,II become a graduate (groedjuit)Dont desert (di zə:t)me here in the 

desert(dezət) 

Verilən misallardan göründüyü kimi,omoqraf cütlüklərindən biri isim,biri isə feil 

kimi işlənmişdir.Aşağıdakı omoqraf cütlüklərə nəzər salaq: 

bow (bou) -bow (bau): lead (li:d) lead (led): row (rou) -row (rau)sewer (soue) 

sewer (sjue): tear (tie) tear (te e): wind (wind) wind (waind) 

Verilmiş bu nümunələrdə tələffüz fərqi olduğu kimi,məna fərqi də vardır. 

Əksər hallarda omoqrafların tələffüzlərindəki fərq ya onların vurğularında,ya da 

xüsusi nəzərə çapdırılmalarında olur.Əslində,sözün hansı hecasının vurğulu olması əsas 

şərtdir.İki hecalı sözlərə nəzər salsaq,görərik ki,əsasən isimlərdən birinci heca vurğulu 

olur,fellərdə isə vurğu ikinci hecaya düşür.Məsələn,constest (n) - con test (v).Amma elə 

sözlər də vardır ki,onlarda vurğu dəyişmir.Məsələn,abuse və use sözləri.Burada səs 

əvəzlənməsi (sound interchange)baş verir.Feil formasında (z) cingiltili, isim formasında 

isə kar samit(s) olur.Lakin həmişə isim və fel dəyişmələri olmur. İngilis dilində bir sıra 

sözlər vardır ki,onlar müxtəlif nitq hissələrinə  mənsubdurlar və komponentlərdən biri 

cəm şəkilçisi qəbul etsə də cütlüklər eyni cür səslənir. Məsələn, asses-asses omoqrafik 

cütlüyündə birinci asses-ass sözünün cəm forması,ikinci asses sözü isə Latın mənşəli 

olub" qəpik"mənasındadır.Read sözü də omoqrafdır,çünki feilin indiki və keçmiş zaman 

formalarında eyni cür yazılır.lakin hər iki zamanda səslənməsi fərqlidir.Məsələn,I want 

to read the sequel(conclusion)today,because I rea the first book yesterday 

Bunlar qramatik funkisiyalı omoqraflardır cə əsl omoqraflardan fərqlənir,çünki əsl 

omoqraflar mənaca fərqli olur,yəni onlar nitq kateqoriyalarına görə  fərqlənirlər,burda 

isə read(ri:d) və read (red)sözlərinin tələffüzləri müxtəlif olsa da,eyni nitq hissəsidir. 

Leksikologiyanı önəmli bölmısi olan omonim mövzusu bir çox alimlərin tədqiqat 

obyekti olmuşdur.Bu alimlərdən biri dilçi alim professor A.İ.Smirnitski olmuşdur.O,öz 


Filologiya  məsələləri – №02, 2015 

 

85



tədqiqatlarında bu mövzunu geniş  şəkildə  tədqiq etmiş  və omonimlərin aşağıdakı 

təsnifatını vermişdir. 

Professor A.İ.Smirnitski omonimləri iki bölmə üzrə təsnifləşdirilmişdir. 

a)tam omonimlər 

b)qismən omonimlər 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə