Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

PREDICATE;THE PRETICTIVE 

Mürəkkəb ismi xəbərin predikativ hissəsi aşağıdakı sözlərlə ifadə oluna bilər: 

1.İsimlə: He is a worker.2.Əvəzliklə: Ii is ours.3.Qarşısında sözünü olan isim

yaxud əvəzliklə: My are of one age.4.Sayla: We are seven; I am the first.5.Sifətlə yaxud 

feli sifətlə: The night was cold; A book is missiny.6.Məsdərlə: Our desire is to help you 

– Bizim arzumuz sizə kömək etməkdir. 

7.Qerundla: Seeing is believing – Görmək inanmaq deməkdir.8.Zərflə: Shi is 

well; The lesson is over. Predikativ funksiyasında işlənən zərf müstəqil mənasını itirir, 

hal yaxud vəziyyət göstərir. Məsələn:I feel at home here – Mən özümü burada rahat hiss 

edirəm.9. Sözbirləşmə ilə başlanır. 

The most important thing was our not knowing the address – Ən  əsas məsələ 

bizim ünvanı bilməməyimiz idi.Bəzən mürəkkəb ismi xəbər qoşa xəbər Double adlanan 

şəkildə olur. Məsələn: 

The moon rose red (the moon was red when it rose) – Ay çıxanda qıpqırmızı idi. 

She went away quite a child (she was quite a chid when she went away) – O 

gedəndə lap uşaq idi. 

Bu cümlələrdə rose, went sözləri bağlayıcı fel funksiyasını daşıyır və moon, she 

mübtədalarını red, child predikativlə bağlayır. 



MÜRƏKKƏB FELİ XƏBƏR; THE COMPOUND VERBAL PREDICATE 

Mürəkkəb feli xəbər 2 feldən ibarət olur: bu fellərdən biri şəxsiz fel, yəni felin 

dəyişən, o birisi isə felin dəyişməyən formasında olur. 

Birinci hissə qrammatika kateqoriyaları, danışanın hərəkətə münasibətini, II hissə 

isə  xəbərin  əsas mənasını ifadə edir.We stopped reading – Biz oxumağu kəsdik.;She 


Filologiya  məsələləri – №02, 2015 

 

135



began to translate the article – O, məqaləni tərcümə etməyə başladı.They went on 

writtery – Onlar yazmağa da ram etdilər. 

Bəzən mürəkkəb feli xəbərin I hissəsi olan fel məcburiyyət, mümkünat, icazə, 

məsləhət və ya şübhə ifadə edir. Belə xəbərlər modal mürəkkəb fel xəbər adlanır. 

We must be ready at 5 oclock – Biz saat 5-də hazır olmalıyıq.I can translate it by 

myself – Mən özüm bunu tərcümə edə bilərəm.You ought to be move attentively – Siz 

daha diqqətli olmalısınız. 

You may open the window – Pəncərəni aça bilərsiniz.İngilis dilində there is, there 

are sözbirləşmələri ilə ifadə olunan xəbər forması da var.There – sözü bu birləşmələrdə 

öz zəriflik mənasını itirir və köməkçi söz kimi işlənərək cümlədə mübtədanın yerini, 

yəni I yeri tutur. Bu növ xəbər məntiqi Azərbaycan dilinə tərcümə edilərək cümlə yer 

zərfliyi ilə başlayır.There is only one book on the table – Masanın üzərində yalnız bir 

kitab var. 

SİNTETİK BİRLƏŞMƏLƏR;SYNTACTICAL COMPLEXES 

İngils dilində sintaktik kompleks adlanan komplekslər, yəni bir cümlə üzvü təşkil 

edən iki və ya daha artıq sözün birləşməsindən ibarətolan birləşmələr mövcuddur. 

Onlardan  ən çox işlənəni mürəkkəb tamamlıq (Complex Object), mürəkkəb mübtəda 

(Complex Subject), xüsusiləşmiş feli sifətli idarə (Absolute Nominative Participle 

Constraction) və for sözünün bəzi birləşmələridir (for Complexs). Hər bir sintaktik 

kompleks adlıq hissədən (ümumi halda və ya obyekt halda əvəzlikdən) və feli hissədən 

(məsdər, qerund, feli sifətdən) ibarət olur. Bunlar Azərbaycan dilində sadə geniş 

cümlənin bir üzvü olur, yaxud tam bir budaq cümlə qədər genişlənə bilir ki, bu zaman 

kompleks adlıq hissəsi mübtəda, feli hissəsi isə  xəbər olur.Ən çox yayılmış sintaktik 

birləşmə mürəkkəb tamamlıqdır.I want you to translate this books – Mən istəyirəm ki, 

siz bu kitabı    tərcümə edəsiniz.We have never seen her sewing – Biz heç vaxt o qızı 

tikiş tikən görməmişik.To have felindən sonra gələn birləşmə də mürəkkəb tamamlıqlar 

qrupuna daxildir. Bu mürəkkəb tamamlıq da feli xəbərlə və keçmiş zaman feli sifəti ilə 

ifadə olunmuş hərəkət şəxsin özü icra etmədiyini, hərəkət şəxsin xahişi və ya əmri ilə 

başqa bir adam tərəfindən həyata keçirildiyini göstərir. 

I had my photo taken – Mən  şəklimi çəkdirmişəm (Fotoqraf mənim  şəklimi 

çəkib).He will have his hair cut – O, başını qırxdıracaq (dəllək qırxacaq). 

(She will have his) She must have he shoes mended – O, ayaqqabılarını  təmir 

etdirməlidir (pinəçi təmir etməlidir).İngilis dilində for sözünü ilə  işlənən mürəkkəb 

mübtəda, mürəkkəb təyin və ya mürəkkəb məqsəd zərfliyi birləşmələrinə  də  təsadüf 

etmək mümkündür. 

For a young girl to live all alone was very hard – (mürəkkəb mübtəda) Cavan qız 

üçün yalqız yaşamaq çətin idi.This is an easy for you io fulfill – Bu sizin yerinə yetirə 

biləcəyiniz ən asan plandır.İngilis dilində sintaktik birləşmələr sırasına xüsusiləşmiş feli 

sifət adlanan ibarə də daxildir. 

Belə quruluşda feli sifət predikativ vəzifəsi daşıyır. Özünün əsas mübtədadan 

fərqlənən mübtədası olduğu üçün bir növ xəbər rolunu oynayır. Bu quruluş genişlənib 

səbəb, zaman və ya şərt zərflik bucaq cümlələrinə çevirə bilər.Work having been the 

workers went home – İş bitdiyinə görə  işçilər evə getdilər.Belə cümlələr Azərbaycan 

dilinə həmişə müvafiq zərflik budaq cümləsi ilə tərcümə edilir.Weather permitting we 

shall strat to morrow – Hava imkan versə sabah yolu düşəcəyik. 

 


Filologiya  məsələləri – №02, 2016 

 

136



ƏDƏBİYYAT 

1.  Azərbaycan və ingilis dillərində sadə cümlənin struktur tipləri. Tədqiqlər. 

AMEA.        Bakı, Elm nəşr. 2004. 

2.  Azərbaycan və ingilis dillərində sadə cümlənin funksional xüsusiyyətləri. 

AzTU, Elmi əsərlər, №3, Bakı-2007. 

3.  Sintaktik birləşmələrdə ingilis dili mənşəli sözlərin Azərbaycan dilinin izahlı 

lüğətində işlənməsi. Bakı-1999. «Nurlan» nəşr. 

4.  Sintaktik üsulla yaranan ingilis dili mənşəli texniki terminlər. EA Folklor 

İnstitutu. «Elmi axtarışlar». Bakı-Səda-2006. 

 

С.МАМЕДОВА 

СИНТАКТИЧЕСКИ- ФУНКЦИОНАЛЬНЫЕ ОСОБЕННОСТИ ГЛАГОЛОВ 

В СОВВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

В  статье  рассматриваются  функциональные  особенности  сложных  сущест-

вительных  и  глагольных  предикативов  в  синтаксических  соединениях  в 

современном английском языке, а также анализируются семантико-функциональ-

ная роль сложных в простых предложениях. 

В статье также рассматривается некоторые виды глаголов,их расположения 

в  простых  и  сложных  предложениях  и  употребления  в  родном  и  иностранном 

языке. 


 

S.MAMEDOVA 

VERBE WITH FUNCTIONAL PECULIARITY OF COMPROUND  

NOUN AND VERBAL IN ENGLIS AND AZERBAIJANI 

 

SUMMARY 


The article deals with functional peculiarities of compound nouns and verbal 

predicatives in the syntactical wits in she contemporary English language, also 

semantical-functional role of compound words in the simple  

   The articlesays about studying aspects of paremiological units.By the levelof 

verbalstructure are opposed not only to classicx sentences?but also verbs expressions. 

 Verbs sentence expression are subject to the analysise both from a semantic point 

of view and from position. 

 

Rəyçi:   Həbib Mirzəyev 



               filologiya üzrə fəlsəfə doktoru,dosent. 

 

Filologiya  məsələləri – №02, 2015 

 

137



GÜNEL ƏLİYEVA 

ADPU xarici dillər kafedrası 

 

BƏDİİ MƏTNİN ONOMASTİK MƏNZƏRƏSİ HAQQINDA 

 

Açar sözlər: Bədii mətn,onomastika,mənzərə,stilistika,semantika 

Ключевыеслова:  литературный  текст,  ономастика,  взгляд,  стилистика, 

семантика 

Key words: Literary text,onomastics,view,semantics,stylistics 

 

Müasir linqvistik tədqiqatlarda bədii mətn və onunla bağlı problemlərə geniş yer 



verilir. Mətnə bu cür maraq linqvistik tədqiqatların sem paradiqması ilə bağlıdır. Bu və 

ya digər məsələyə  mətn səviyyəsində yanaşma onun minimal linqvistik vahidinin 

cümlədən böyük olmasını da nəzərdə tutur (5, s.39) 

Bədii əsərdə hər bir dil işarəsinin mətnə daxil edilməsi təsadüfi deyildir. Müəllif, 

özünün həyat təcrübəsi, sosial-mədəni və intellektual-psixi xüsusiyyətləri ilə şərtlənən, 

onların təsiri ilə real, gerçəklikdən götürülmüş hadisə, xassə, keyfiyyət və s. əsərə daxil 

edir. O, gerçəkliyin fərdi modelini qurur. Mətni yaradarkən müəllif gerçəkliyin surətini 

çıxarmır, onun elementlərini seçib təsvir olunanın təşkilediciləri kimi paylayır (1, 

s.155).  

Bu baxımdan, bədii əsərdəki xüsusi adların da müəllif seçimi mətn yaradıcılığının 

əhəmiyyətli hadisəsidir. “Onomastiklik mətnin  əhəmiyyətli parametri, mətn yaradıcı-

lığının zəruri amilidir” (7, s.9). Bədii mətnin onomastik tərkibinin təhlili müəllifin həyat 

baxışları,  əsərin ideya-bədii dəyəri barədə  məlumat verir. Hər bir əsərin öz onomas-

tikonu olur. Ora müxtəlif xüsusi adlar daxil olur. 

Bədii  əsərdə  hər bir ad, eləcə  də, hər bir söz ətraf kontekstlərlə müxtəlif  şəkilli 

əlaqələrə malikdir. Bədii mətn estetik cəhətdən təşkil edilmiş funksional qapalı sistem 

olduğundan ad onun tərkibində çoxlu məna, mürəkkəb assosiativ və konnotativ əlaqələr 

qazanır. Beləliklə, adın fərdi bədii semantikası meydana gəlir. Adlar əsərdə bədii mətnin 

mümkün aləmini yaradan detallar funksiyasını yerinə yetirir. 

Ədəbi  əsərin personajının adı kimi fəaliyyət göstərən  şəxs adı assosiasiyalarla 

zənginləşir. Bu assosiasiyalar personajın obrazının koqnitiv fəzasının təşkilediciləridir. 

Beləliklə, bədii əsərdə şəxs adı eyniləşdirmə funksiyası ilə yanaşı, bədii-üslubi funksiya 

da qazanır. Antroponim bədii əsərdə özünün denotativ mənasını və çoxsaylı konnotativ 

mənalarını alaraq bəzi hallarda ümumi adlara yaxınlaşır.  Şəxs adları ilə müəyyən 

xüsusiyyəti bildirən ümumi ad arasında bərabərlik iki qrup amil əsasında tədricən 

formalaşır. Birinci qrup amillər personajın addan kənar xüsusiyyətləridir. Bu, personajın 

fəaliyyəti, onu görkəmi, daxili aləmi və s. haqqında məlumatlardır. İkinci qrup amillər 

isə adın özündə cəmləşir (2, s.27). 

Mətnyaratma funksiyası onomastik vahidin mətnin struktur və  məzmun-məna 

informasiya fəzasının formalaşdırıcı elementi kimi çıxış etməsidir. 

V.Nabokovun “Sevastyan Naytın həqiqi həyatı” romanının məzmununun yaxşı 

başa düşülməsi üçün vacib şərt mətnyaradıcı  “şahmat” onomastikasıdır.  Əsərin baş 

qəhrəmanının soyadı Knight şahmatda “at” mənasındadır. Əsərin digər personajlarının 

adları da şahmatla  əlaqələndirilmişdir. “Knight”ın ilk sevgilisi Clare Bishop, ikinci 

qadın isə Turovets soyadlı xanımdır. “Bishop” ingilis dilində  şahmatda “fil”i bildirir. 

Turovets soyadında isə  şahmat topunun rus adı “tura” sözündəndir. Turovets ərə 



Filologiya  məsələləri – №02, 2016 

 

138



getdikdən sonra aldığı Leserf familiyası fransız dili ilə bağlıdır. Fransız “le” artiklini 

atdıqda “serf” qalır. Bu isə, anaqrammatika “ferz” (şahmatda vəzir) sözünə çevrilir 

(serf=fers/ferz). Sevastiyanın əmisinin adı –N.Stainton da şahmatla izah olunandır. XIX 

əsrin 40-cı illərində  İngiltərədə yaşamış  məşhur  şahmatçı  və  şahmat tarixçisi Howard 

Staunton ilə H.Stainton arasında familiyalarda u=i fərqi nəzərə çarpır. Bundan başqa 

“Stainton” sözündə də anaqrammatika xüsusiyyət aşkar nəzərə çarpır Stainton=Seitnot. 

Ümumiyyətlə, bu əsərdə  “şahmat” mövzusu personaj və hadisələri bir yerə 

toplamağa imkan verir. Sevastyan gəncliyində  şerlər yazır və onların altında imza 

əvəzinə qara şahmat aşının şəklini çəkir. Belə bir atı Pavel Reçnoy oyun zamanı vurub 

əlinə götürür. Döyülən qapını açarkən bu at Pavelin əlində olur. Qapını döyən hadisələri 

nəql edən V. adlandırılan şəxsdir. O, St.Damier hospitalında olan qardaşı ilə görüşmək 

arzusundadır. Lakin əsəri danışan hospitalın adını xatırlamır. Ad təsadüfən onun yadına 

düşür. Telefon avtomat köşkündə o görür ki, kimsə burada şahmat taxtası  çəkmək 

istəmişdir: ein Schachbrett, un damier… “Bu zaman mənim beynimdə nəsə oyandı və 

dilimə  gəldi:  Cen-Damje!” “Some anonymous artist had begun blacking squares-a 

chess board, ein Schachbrett, un Damier…There was a flash in my brain and the word 

settled on my tongue: St.Damier!” (8, s.185). 

“Damier” fransız dilində  şahmat taxtasıdır.  Əsərin baş  qəhrəmanının anası 

Roquebrune  şəhərində  vəfat edir. Fransız dilində “roquer” qalaqurma (rokirovka) 

mənasındadır.  Əsərdə situativ motivləşmiş daha iki ad vardır. Bunlar “ağ” və “qara” 

sifətlərinin substantivləşməsindən alınan “Black” və “White” adlarıdır. Bu iki şəxs 

şahmat oynayır. “White” adlandırılan Pavel Reçnay, “Black” isə onun qohumudur. 

Pavel ağlarla oynayır. Ona iştirak edir. Başqa bir personaj “Shvarts” familiyalı qocadır. 

O, qocalar evində balaca yetim uşağa atın necə  hərəkət etməsini göstərir. Qocanın 

familiyası alman dilindən tərcümədə “qara” mənasını verir (8, s.203). 

Ümumiyyətlə, V.Nabokovun ingilis dilində  qələmə aldığı bu əsər bədii  əsərdə 

antroponimlərin funksionallığını, rolunu, xüsusiyyətlərini öyrənməkdə mühüm rol 

oynayır. Hər şeydən əvvəl, əsərdə müəllif müxtəlif dillərdən-ingilis, fransız, alman, rus 

dillərindən irəli gələn semantika və podtekstdən istifadə etmişdir. Qəhrəmanların adları 

bilavasitə müəyyən bir sahəyə bağlıdır (şahmat onomastikası). Eyni zamanda, başqa 

onomastik vahidlərdə  də bu cəhət qabarıqdır.  Əsərdə  mətnyaratma vasitəsinin  əsas 

vasitəsi antroponimlər və digər onomastik vahidlərdir. Müəllif bütün şahmat 

terminlərini onomastik vahidlərə çevirmir. Piyada, şah, mat, pat və s. terminləri 

onomastikləşməsi müşahidə olunmur. Bununla belə,  əsərin başlığında ilk “şahmat” 

antroponimi Knight daxil edilir və  bədii mətnin inkişafı da buradan başlanır. Oyunda 

qara at vurulur. Onu vuran oyunçu əlində  qara  at  qapını açır. Qara at taxtadan 

“damıer”dən götürülmüşdür. Qapıdan girən “B”-nin qardaşı da bu anda St.Damier 

xəstəxanasında vəfat edir. B. içəri girəndə qara atı qapını açanın əlində görür. Lakin o, 

“St.Damier”də qardaşının ölümündən xəbərsizdir. Təbii ki, şahmat partiyası atın 

taxtadan götürülməsi ilə bitmir. Ona görə də, əsərin qeyd olunan sonluğu əlavə şərh və 

yozumlar tələb edir. Nəyə görə qəhrəmanın anası “Roquer” sözü ilə bağlı şəhərdə ölür, 

niyə “qara at” taxtadan götürülür, niyə soyadının mənası “qara” olan qoca yetim uşağa 

məhz atın gedişlərini öyrədir. Bütün bu suallar şübhəsiz ki, əsərin dərin təhlili 

prosesində açıla bilər. 

Bədii əsərdəki antroponimlərin mühüm funksiyalarından biri də allüziyadır. Adlar 

mədəni-tarixi realiyaları,  ədəbi faktları yada salır və ya əsərə  gətirir. Nəticədə, 

antroponimlərin mətnyaratma və allüziya funksiyaları bir-biri ilə  əlaqələnir. Bədii 


Filologiya  məsələləri – №02, 2015 

 

139



əsərdə allüziyadan istifadə olunmasının məqsədi resipientə (oxucuya) informasiya 

təsirini gerçəkləşdirməkdir.  Ədəbi allüziya geniş dairədə  məlum olmalıdır. Məhz bu 

səbəbdəndir ki, bədii allüziyanın obyekti, bir qayda olaraq, klassiklər və klassik 

qəhrəmanlardır. Adresant (müəllif) allüziya ilə informasiya ötürərkən adresatın 

məlumatı deşifrovka etməkdə  çətinlik çəkməyəcəyini nəzərdə tutur. Bir çox hallarda 

allüziyadan istifadə edən müəllif adresata mətnin adına çəkir. Lakin bu xüsusiyyət bütün 

müəlliflərə xas deyildir. Bəzən müəllif oxucusunun ön biliklərinə inanır və ya bu 

qənaətdə olur ki, onun adresatları söhbətin kimdən getməsini müəyyənləşdirəcəkdir. 

V.Nabokovun ingilis dilində yazdığı “The Real life of Sebastian Knight” 

əsərindəki Sebastian Knight antroponimi özündə bir çox ön bilikləri saxlayır. Həmin 

biliklərin hamıya aydın olması, təbii ki, doğru deyildir. Lakin əsərin başa düşülməsi 

üçün bu adla bağlı biliklər mühüm əhəmiyyət daşıyır. Sevastyan adı ruslarda yayılmış 

antroponim deyildir. Əsərə görə Sevastyanın atası XIX əsrin sonu XX əsrin 

əvvəllərində yaşamışdır. Belə olan təqdirdə, müəllif antroponimi əsərə daxil etməklə 

başqa bir mənanı açmaq istəmişdir. “Sebastian Knight” antroponimində bir sıra allüziv 

elementlər vardır. Qəhrəman dekabrın 31-də doğulmuşdur. Həmin gün xristianlar 

Sevastyan adlı müqəddəsin doğum tarixini qeyd edir. Əfsanəyə görə, Sebastyan Roma 

oxucular legionunun kapitanı olmuş, xristianlığı qəbul etmiş və onu təbliğ etmişdir. Bu 

səbəbdən Roma imperatoru Diokletian 20.01.354 tarixdə onu edam etdirmişdir. 

Müqəddəs Sevastyanın zühuru V əsrə aiddir və xalqı cüzamdan müdafiə edən kimi 

təqdim olunur. Əsərin adında “Sevastyanın həqiqi həyatı” ifadəsi oxucunu məhz 

haqqında bəhs olunan Sevastyanın həyatı barədə məlumata kökləyir. 

Müqəddəs Sevastyanın və  əsərin qəhrəmanının çəkdiyi  əzablar da paralel 

aparmağa imkan verir. “Kinght” sözünün bir mənası da “cəngavər”dir. Müəllif “knight” 

sözünün kart oyununda “baet”i bildirir. Müəllif bunu nəzərə alı rvə romanın fabulasında 

“King, Queen, Knove” sözlərini işlədir. “Knight” və “night” sözləri fonetik 

omonimlərdir. Bu da qaranlıq”, “qara” xəttini  əmələ  gətirir. “Night” Şekspirlə allüziv 

əlaqəni ortaya çıxarır: whight - black, işıq - zülmət və s. 

V.Nabokovun ingilis dilində yazdığı  əsərlərdə öz adını personajların adlarında 

şifrələməsi də  məlumdur. Adı  çəkilən romanda nəqledən “V” adı ilə verilir. Bu, 

Vladimir kimi qəbul oluna bilər. 

“Kinght” sözünün tələffüzü “N” fonemi ilə başlanır. Buradan “Nabokov” 

soyadına keçid görünür. 

Bədii  ədəbiyyatda  əlavə informasiya daşıyan adların istifadə olunması xüsusi 

ədəbi üsuldur. Əsərdə istifadə edilən adların az olmayan bir qismi mədəni realiyalardır. 

Əsərdəki ad təsvir olunan hadisələrin antroponim mənzərəsi ilə həmişə səsləşir. Hazırda 

linqvistlər onimlərin bədii əsərdə imtiyazlı bir yer tutduğunu qəbul edirlər. Bu imtiyaz 

müəllifin həmin adlara əlavə etdiyi assosiativ əlaqələrdən doğur və  əsərin semantik 

qayəsini açmaqda, praqmatik funksiyalar yerinə yetirdikdə mühüm rol oynayır. Bəzi 

müəlliflərin  əsərlərində bu cəhət xüsusi yer tutur. Məşhur ingilis yazıçısı V.Skottun 

əsərlərinin onomastikonu bədii mətnlərdə antroponimlərin funksiyaları probleminin 

öyrənilməsində olduqca əhəmiyyətlidir. Müəllifin yaratdığı  və ya istifadə etdiyi 

antroponimlər sisteminin həm ayrılıqda, həm də müxtəlif dövrlərdə, o cümlədən XX 

əsrdə yazılmış ingilisdilli bədii ədəbiyyatlardakı şəxs adları ilə müqayisəli araşdırmalar 

üçün vacib faktoloji materialdır. V.Skottun antroponimləri intensional yükü və 

praqmatik potensialı ilə seçilir. Bu baxımdan onlar antroponimlərin həm müəllif 

intensiyasını, həm də praqmatik potensialını müəyyənləşdirmək üçün diqqət mərkəzinə 


Filologiya  məsələləri – №02, 2016 

 

140



çəkilməlidir. 

Qeyd edək ki, V.Nabokovun romanında işlənmiş “knight” antroponimi 

“cəngavər” mənasında bir sıra müəlliflərin, xüsusən də V.Skottun romanlarında 

mürəkkəb antroponimin tərkib komponenti kimi çox istifadə edilmişdir. Müəllifin 

“Ayvənhou” romanında tərkibində “knight” olan aşağıdakı adlar vardır:  Knight 

Disinheritod –Əmlakdan məhrum edilmiş cəngavər; The Black Knight – Qara cəngavər; 

Knight of the Fetterlock – Asılan Qəsrin cəngavəri, Blue Knight – Mavi cəngavər. Bu 

adlar V.Nabokovun romanındakı adla V.Skottun “knight” tərkibli antroponimləri 

arasında assosiativ əlaqə yaradır. Təbii ki, belə  əlaqə  hər  şeydən  əvvəl, tərkib 

komponentinin üst-üstə düşməsi ilə üzə çıxır. Real olaraq belə əlaqənin mövcudluğu hər 

iki əsərdəki surətlərin müəyyən parametrlər üzrə qarşılaşdırılmasını tələb edir. 

V.Skott yaradıcılığının təkrarolunmaz onomastik mənzərəsi vardır. Bu əsərlərdə 

antroponimlər xüsusi yer tutur və məhz V.Skott yaradıcılığı bədii əsərlərin antroponim 

ehtiyatının təsnifinə əsaslı zəmin yaratmışdır. 

Tədqiqatçılar V.Skottun “Ayvənhou” romanında bir, iki və üçüzvlü adları 

ayırmışlar. “Ayvənhou”da qeydə alınan 354 antroponimdən 216-sı birüzvlü, 121-i 

ikiüzvlü, 17-si üçüzvlüdür (3, s.3487).  

V.Skottun “Ayvənhou” romanında ikiüzvlü antroponim konstruksiyalarının 

müxtəlif modellərini qurmaq mümkündür. Məsələn, ad+soyad, ad+titul, ad+ləqəb, 

atribut+ad. Bədii  əsərdə antroponimlərin işlənmə xüsusiyyətlərinin V.Skott 

yaradıcılığında üzə  çıxan maraqlı  cəhətlərdən biri də eyni şəxsə aid antroponimin 

variativliyidir. Məsələn, “Ayvənhou”  əsərində 354 addan altısında variativlik qeydə 

alınır. Bu adların bəzilərinin iki, bəzisinin daha artıq variantına rast gəlinir. Variativlik 

göstəricisi 2 ilə 7 arasında dəyişir. Məsələn, 



Cedric the Saxon – Saxon-Cedric Rotervudsky; 

 

Wilfred Ivanhoe – Ivanhoe-Knight Disinherited – wilfred-Desdichado-

Disinherited; 

Athelstane-Athelstane Komingsburgsky – Athelstane the Unready; 

King Richard the Lionheart-Richard the Lionheart-Richard-The King of England-

Richard I-Richard Engilish –The Black Knight-Knight of the Fetterlock-Black Night of 

the Fetterlock-Black couch potato; 

Prince john-Prince-Prince of Anjou; 

Loxley-Robin Hood-Locksley of sherwood Forest-waldemar Fitz Urs-blue knight. 

Variativ adlar antroponimlərin praqmatik əhəmiyyətli nüvəsini təşkil edir. Bəzi 

adlarda antroponimik variativlik fonetik və ya qrafik səviyyədə özünü göstərir:  Ladu 

Rowenaledi Robena, Rebecca-Rewecca, Isaac-Isaack Wamba-Bamba və s. 

İngilis bədii  ədəbiyyatında işlənən adlar mənşəcə  rəngarəngliyə malikdir. Bu 

məsələyə iki istiqamətdən yanaşmaq olar. Birinci istiqamət ingilis dilinin leksikasının, 

eləcə  də, onomastikonu müxtəlif dillərdən alınmalarla zəngindir. Bəzi millətlərdən 

fərqli olaraq ingilislər istər leksikada, istərsə də onun mühüm layını təşkil edən onomas-

tik vahidlərdə özləşdirmə və dəyişdirmə siyasəti aparmamışlar. Alınma antoropnimlər, 

toponimlər saxlanılmış, onlarda fonetik, qrafik və leksik dəyişmələr aparılmamışdır.  

İkinci istiqamət  ədəbiyyat və  bədii  əsərin bəhs etdiyi mövzu ilə bağlıdır. Hansı 

janrda yazılmasından asılı olmayaraq bədii əsərdə müxtəlif xalqların nümayəndələrinin 

personajı kimi iştirakı mümkündür. Belə hallarda müəllif personaja onun mənsub 

olduğu millət üçün səciyyəvi adlardan istifadə edir. Tarixi, müxtəlif xalqlar arasındakı 

müharibələrdən bəhs edən əsərlərdə, həmçinin hadisələrin bir ölkədən digərinə keçməsi 



Filologiya  məsələləri – №02, 2015 

 

141



ilə inkişaf edən süjetlərdə fərqli mənşəli antroponimlər kifayət qədər müşahidə olunur. 

İngilis  ədəbiyyatında yəhudi mənşəli adlarda vardır:  İsaak,  İshmael, Rebecca, 



Kridzhat Jairam, Abraham, Joseph, Nathan Ben Samuel, Lazarus və s. Bu adlar bədii 

əsərdə tarixi kolorit vermək məqsədilə  də  işlədilir. XII əsr  İngiltərəsi milli tərkibin 

qarşılığı ilə seçilmişdir. Müasir Böyük Britaniya da çoxmillətliliyi ilə seçilir. 

Yəhudilər Britaniyaya ərəb adları da gətirmişlər. V.Skottun əsərlərində ərəb adlı 

yəhudi surətləri də vardır (Abdullah, Mahmoud, Mohammed, Sultan Saladin və s.). Ad-

onimlər bədii  əsərdə resipient üçün əhəmiyyətli informasiya daşıyıcısıdır. Belə adlar 

müəllif tərəfindən bəzən informasiyanı gizlətmək məqsədilə  də  əsərə daxil edilir (4, 

s.4). Bir millətə  məxsus adın başqa millətin nümayəndəsinin daşıması da bədii  əsərdə 

əlavə informasiya və koheziya xətləri açır. Bədii mətnlərdə antroponimlərin işlənmə 

xüsusiyyətləri probleminin maraq doğuran tərəflərindən biri də budur. 

Bir sıra hallarda müəllif personajı adlandırmanı motivləşdirir və adı intensional 

praqmatik potensialla zənginləşdirir. Məsələn, Loxley-Robin Hood. “-Call me no longer 



Locksley, my Liege, but know me under the name which, I fear, fame hath, blown too 

widely not to have reached even your royal ears: I am Robin Hood of Sherwood Forest” 

(9, s.464). 

XX  əsr ingilis ədəbiyyatından bəhs edərkən  əsərlərdə istifadə olunmuş ad və 

ləqəblərin də praqmatik yöndən izahı ilə müqayisə  və paralellər aparmaq maraq 

doğurur.  İngilis romanlarında ləqəbin personajın məşğuliyyət növünə, xarici 

görünüşünə, xarakterinin xüsusi cəhətlərinə, geyiminə, saçına, bədən hərəkətlərinə və s. 

verilməsi müşahidə olunur. Məsələn, məşğuliyyət: Robin Hood: “King of autlaws, and 

Prince of good fellows!”-said the King (9, s.465); Richard the Lionheart: “…” görkəm: 

Athelstane…; qəhrəman xarakter…; qəhrəmanın sosial vəziyyəti və s. 

Antroponimlər onları daşıyan  şəxslərin tanınma dərəcəsi  əsasında da 

qruplaşdırılır. Tanınma allüziyasının reallaşması oxucunun, adresatın erudisiyası, biliyi 

qarşısında əlavə tələblər qoyur. Allüziya uğurla gerçəkləşdirildikdə bədii əsərin oxucuya 

estetik təsiri güclənir. Bu güclənmə intensiv assosiativ təsirlərə  əsaslanır, bədii mətni 

dilxarici reallıqlarla vəhdətə gətirir (6, s.8). 

Bədii  əsərdə tanınan adlar müəyyən bir sistem təşkil edir. Bəzi adlarda tanınma 

əlavə komponentlə bağlı  bəlirlənirsə, başqa hallarda assosiasiya və kontekst 

dəqiqləşdirici funksiya ilə məsələyə aydınlıq gətirir: Henry II, Wilhelm II, Edward III, 

St.Mary, the Blessed Virgin, St.John, The Lord God, Richard the Lionheart, St.Mark, 

St.Viol, Napaleon və s. 

Bədii  əsərin antroponimikonu ikili motivləşməyə malikdir. Bir tərəfdən

motivləşmə əlaqələri real adlara uyğun gəlir, digər tərəfdən, antroponimik sistem bədii 

əsərin məzmun kontekstində assosiativ əlaqələrlə süni motivləşdirilmiş sistem əmələ 

gətirir. Adlar, əsərdə təsvir olunan dövrün müxtəlif aspektli keyfiyyətlərini açır. Əsərin 

baş qəhrəmanlarının adları praqmatik, kommunikativ, nominativ, idioüslubi, koqnitiv və 

s. funksiyaları yerinə yetirir. 

Deyilənlərdən aydın olur ki, bədii  əsərin strukturuna daxil edilmiş  şəxs adı bu 

əsərin yaradılması ilə bilavasitə bağlıdır. Ədəbi onomastikanın öyrənilməsi, hər şeydən 

əvvəl, bədii  əsərin yaxşı  dərk olunması üçün vacibdir. Xüsusi adın mətn 

funksionallığının öz xüsusiyyətləri vardır. Ad və başlıqlar bədii  əsərin formasının 

ayrılmaz elementləri bədii obraz yaradan vasitələridir. Onimlər özlərində mətn yükü, səs 

cildi daşıyır, assosiativ fona malik olur. Xüsusi adlar üslubi cəhətdən doğru və  dəqiq 

olmalı, bədii  əsərin ideya-bədii qayəsinə, məfkurəsinə, məqsədlərinə uyğun gəlməli, 



Filologiya  məsələləri – №02, 2016 

 

142



səciyyəvi koloriti, bəzən hansısa xüsusi mənanı, müəllif ideyasını ötürməlidir. Uğurlu 

seçilmiş ad personajın xarakterinin açılmasının əlavə elementi olub tam əsərdən doğan 

emosional təsəvvürü gücləndirir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin