Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Aygünlü – Azərbaycan Respublikasının Şabran rayonunun Gəndob inzibati ərazi 

vahidində  kənd. Baş Qafqaz silsiləsinin  ətəyindədir. Etnotoponimdir. XIX əsrdə 



Filologiya  məsələləri – №02, 2015 

 

173



Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin  əsrin ortalarında Aygunlu, Burbur 

(Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı 

kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 

böyük kənd icması  əmələ  gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" 

komponenti düşmüşdür  [5, s. 92]. 

Aygünlü toponimində Ay və Günün – iki əks qüvvənin qoşa – birlikdə verilməsi 

qədim türklərin dual təfəkkürü ilə bağlıdır ki, bu da özlüyündə əksliklərin vəhdətinə və 

mübarizəsinə  əsaslanır. Aygünlü toponimi quruluşca mürəkkəbdir, Ay və Gün 

sözlərindən və -lü şəkilçisindən ibarətdir  [4, s. 37]. 

Aydınlı – Eçmiədzin rayonunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş 

və Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1946-cı ildə  kənd ermənicə Senuqs 

adlandırılmışdır. Orta əsrlərdə Akadduda yaşamış Yeryük tayfa birləşməsinin Aydınlı 

tayfasının məskunlaşması nəticəsində yaranmışdır [8, 115]. Məfhum şəxs adına keçib, 

daha sonra isə etnonim və toponim istiqaməti üzrə inkişaf etmişdir. Bu toponimin 

etimologiyası mifonimə gedib çıxır.  

"1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir 

türk tayfası gəlməyə başlamışdır... Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan 

bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb 

getmiş  və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə 

monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, 

Bəydilli,  İnallı, Təklə, Qaramanlı,  Əhmədli, Aydınlı,  İmirli, Düxər və s. adlarla 

məşhurdur" [20].  

Aydoğmuş – 1728-ci ildə  İrəvan  əyalətinin  Şirakel (Şörəyel) nahiyəsində  kənd 

adı [13, s. 135]. Hal-hazırda isə  həmin kənd ermənilər tərəfindən dağıdılmışdır. 

Aydoğmuş toponimi mürəkkəb söz olub «Ay» və «doğmuş» komponentlərindən 

ibarətdir. Bu toponimin də Aya inamla bağlı olması heç kimdə şübhə doğurmur. Burada 

Ayın doğmağı kosmoqoniya ilə bir başa bağlı olan məsələdir [4, s. 40]. 

Qaşqa - Qərbi Azərbaycanın Vedi rayonu ərazisində kənd adı 1948-ci ildə Qaşqa 

adı ermənilər tərəfindən dəyişdirilərək Vardaşat qoyulmuşdur [8, s. 198; 11, s. 115]. 

Demək olar ki, bütün mənbələr Qaşqa toponiminin qaşqaylarla əlaqədar olduğunu 

təsdiq edir. Yalnız onlardan M.Seyidovun mülahizələri həmin toponimin «Qaşqa» və 

«ay» hissələrindən  əmələ  gəldiyini göstərir və eyni zamanda qaşqanın, «yandırmaq», 

«alovlandırmaq», «işıq vermək» mənalarında olduğunu qeyd edir [9, s. 81-83; 7, s. 74]. 

Bu toponim də  qədim türk mifoloji dünyagörüşü ilə dolayı yolla əlaqədardır. 

Qaşqa toponimi teonim-etnonim-toponim istiqamətində inkişaf xətti keçmişdir. 



Dədəgünəş  - Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi  ərazidədir. 

Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan 

Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cu illərdə tikilmişdır. Türbənin 

kitabəsinə görə, orada Dədəgünəş  (Əfzələddin Xəqaninin  əmisinin ləqəbi) nəslindən 

Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş 

quduzluğa tutulmuş  xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi 

müqəddəsləşdirilmişdir. Zəngin təbiəti və müalicə suları ilə  məşhur olan Dədəgünəş 

orta əsrlərdə  məşhur elm mərkəzlərindən biri olmuşdur və Xaqaninin əmisi Kafiəddin 

Ömər Osman oğlu bu mərkəzin hörmətli alimlərindən idi [5, s. 219]. 

Dədəgünəş  məşhur alim təbib və filosof idi. Rəvayətə görə onu "yerin və 

insanların günəşi" adlandırmışdılar. Kəndin adı da onun adı ilə əlaqədardır. Dədəgünəş 

həm də böyük Sufi alim hesab olunurdu. Dədəgünəş məqbərəsi şamaxılıların ocaq kimi 

inanclı  məqbərələrindəndir. Bu məqbərənin yerləşdiyi yerdə bir vaxtlar böyük tibb 

mərkəzi olmuşdur. 



Filologiya  məsələləri – №02, 2016 

 

174



Günəşli  –Dəvəçi, Xaçmaz, Beyləqan, Xocavənd,  Şəmkir, Bakı, Qərbi 

Azərbaycanın Basar-Keçər və Noyemberyan rayonlarında kənd və qəsəbə adı [6, s. 330-

331]. Günəşli adı ilə adlanan yer-yurd adlarmız heç şübhəsiz mifologiya ilə bağlılığıda 

xalqımızın Günəşi özləri üçün rəmzləşdirməsi və müqəddəsləşdirməsi ilə əlaqələnir.  



Ərgünəş – Xocavənd və Füzuli rayonları  ərazisində dağ. Oronimin tərkibindəki 

«ər» komponentini müxtəlif  şəkildə yozanlar var. Bəzilərinə görə, bu komponent türk 

dillərində «gədik» mənasında işlənən ar sözü ilə bağlıdır [6, s. 213].  

Qədim türklər – azərbaycanlılar Günəşi obrazlaşdıranda mifik təfəkkürə uyğun 

olaraq ona ər kimi müraciət etmişlər.  Ərgünəş sözündə  həm də Günəşə bir ehtiram, 

hörmət də ifadə olunmuşdur. Xocavənd və Füzuli rayonlarında yerləşən Ərgünəş dağı 

«əzəmət», «ucalıq» rəmzi kimi yerli camaat tərəfindən mənalandırılır [4, s. 32].  

Göylər – Şamaxı rayonunun Göylər inzibati ərazi vahidliyində iki kənd. 

Kəndlərdən biri dağətəyi ərazidə yerləşdiyi üçün Göylərdağ, digəri isə Şirvan düzündə 

yerləşdiyi üçün Göylərçöl adlanır. Hər iki kəndin adı  Səlcuq oğuzlarının «göglər» 

qolunun admı əks etdirir. [6, s. 325]. Türk inancları arasında Göyə – Səmaya müqəddəs 

varlıq kimi baxmaq, ona tapınmaq, onu hətta tarının özü kimi mənalandırmaq geniş 

yayılmışdır. Bu özünü adlarında da göstərir ki türklər Göytürklər adlanmışlar. Məhz 

burdan qaynağını alaraq «göy» rəng dünya türklərinin rəmzinə çevrilmişdir. Türklər 

tanrılarının adını öz övladlarında əbədiləşdirmişlər. Bildiyimiz kimi Oğuzun 6 oğlundan 

birinin adı da Göy xan idi. Və bununla da ad etnonim toponim istiqamətində 

irəliləmişdir. 

«Oğuznamə»lərin uyğur versiyasının birində deyilir: «Yenə günlərdən bir gün 

Oğuz xaqan bir yerdə Göy tanrısına tapındı. Qaranlıq düşdü. Göydən bir göy şüa düşdü. 

Günəşdən işıqlı, aydan parlaq idi. Oğuz xaqan yüyürdü, gördü bu şüanın arasında bir 

qız var, tək oturubdur» [14, s. 46]. 

Orxon-Yenisey abidələrində də Göy tanrı kimi, müqəddəs hesab olunur. Məsələn, 

«Yuxarıda Göy tanrı  aşağıda qonur torpaq yarandıqda, ikisi arasında insan oğlu 

yaranmış [15, s. 139]. 

Beləliklə, Göylər toponimindəki Göy elementinin izahı onun ta qədim türklərin 

tanrçılığına, qədim mistik inanclarına aparıb çıxarır ki, bu da mifoloji nəzərdən izahat 

tələb edir. 



Göynük - Şəki rayonunda iki kəndin adı. Aşağı Göynük və Yuxarı Göynük.  

Toponim cox vaxt Koynuk variantında da işlənir. Ehtimal edilir ki, Goynuk yaşayış 

məntəqəsini orta əsrlərdə Kicik Asiyada adı çəkilən Goynuk mahalından və ya eyniadlı 

qaladan gəlmiş ailələr salmışlar. Goynuk/goyruk Azərbaycan toponimiyasında "yaşıl 

sahə, otlu sahə" mənasını ifadə edir. Koynuk variantı isə "kənd, el, məskun yer" 

mənasını bildirir [5, s. 298]. 

Mənbələrə [16, 46] əsaslanaraq demək olar ki, Göynük toponimi «göy» və «-lük» 

komponentlərindən ibarətdir və quruluşca düzəltmədir. Həmin toponimdə «göy» 

məfhumu yerin - ərazinin yaşıllığını deyil, təmizliyini, saflığını ifadə edir ki, bu da 

«göy» sözünün mifoloji anlamından doğan məsələdir. -lük şəkilçisi isə adlardan ad 

düzəldən leksik şəkilçidir ki, Göynük toponimində  «ı» saiti «n» samiti ilə  əvəz olun-

muşdur. 


Mənbələrdə [17, s. 61; 10, s. 46; 18, s. 71; 12, s. 273] göy morfeminin əsasən iki 

mənasını – səma, göy qübbəsinin rəngi kimi mavi və  çəmənlik, otluq yerləri ifadə 

etməsini qeyd etmişlər.  Əksəriyyəti «göy» morfeminin birinci olaraq səma ilə 

bağlılığını əsaslandırmışlar. 



Göydəlləkli  - Ağsu rayonunun Ərəbsarvan inzibati ərazi vahidində kənd. Şirvan 

düzündədir. Kəndin adı goy/koy (kənd) və  dəlləkli (ərəbŞamlı tayfasının tirələrindən 



Filologiya  məsələləri – №02, 2015 

 

175



birinin adı) sözlərindən düzəlib, "kənd dəlləkli və ya dəlləkli kəndi" deməkdir. Kənd 

keçmışdə  Dəlləkli adlanan digər coğrafi obyektlərdən fərqləndirmək üçün belə 

adlandırılmışdır [5, s. 298]. 

Göyərcik - Qubadlı rayonunda kənd. Bərgüşad silsiləsinin yamacındadır. Bəziləri 

toponimin göylük, yaşıllıq, otluq mənası ilə bağlı olduğunu izah edirlər. Digərləri isə 

onu kürd dilindəki kuvər (arxac) sözü ilə əlaqələndirib (-cik Azərbaycan dilində kiçilmə 

şəkilçisidir) «kiçik arxac» kimi yozurlar. Toponimi türk dilli kürəcik etnonimi ilə 

əlaqələndirənlər də var [6, s. 324]. Digər mülahizəyə görə isə ehtimal olunur ki, 

Göyərcik toponimi «Göy», «ər» və «-cik» komponentlərindən ibarətdir və «Göylər 

tayfasının məskunlaşdığı yer» mənasındadır. Bu da öz növbəsində  qədim türklərin 

kosmoqonik inamları ilə bağlıdır [4, s. 43]. 

 

ƏDƏBİYYAT 

1.  Əliyev O. "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru. Bakı, “Elm”, 1999, 72 s. 

2.  Qurbanov A. Azərbaycan dilinin onomologiyası. Bakı. "Maarif" nəşriyyatı, 1988, 

423 s. 


3.  Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, ”Nurlan”, 2008, 

188 s. 


4.  Tapdıqov A. Azərbaycan dilində mifoloji toponimlər. Bakı, "Elm və təhsil", 2013, 

125 s. 


5.  "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti".  İki cilddə. I cild. Bakı, “Şərq-

Qərb” , 2007. 427 s. 

6.  Azərbaycan toponimləri (Ensiklopedik lüğət). Bakı, 1999, 588 s. 

7.  Bayramov T. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002, 696 s. 

8.  Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin 

izahlı lüğəti. Bakı, 1998, 452 s. 

9.  Cəlilov F. A. Azərbaycan dilində «al» köklü sözlər (tarixi-etimoloji etüd). 

«Azərbaycan filologiyası məsələləri», Bakı, 1983, s. 165-173 

10. Əhmədov T.M. Azərbaycan toponimikasmm əsasları. Bakı, 302 s. 

11. Əliyev F.V. Qaşqa toponimi haqqında. Az.O.P. №4, Bakı, 1993, s.115. 

12. Əsgərov N.Ə. «Göy» komponentli Azərbaycan hidronimləri. Az. O. P. №2, Bakı, 

1988, s.272-274. 

13. İrəvan əyalətinin müfəssəl dəftəri. Bakı, 1996, 184 s. 

14. R.Fəzlullah.F. «Oğuznamə». Bakı, 1992, 72 s. 

15. Şükürov.Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993, 336 s. 

16. Еремеев  Д.Е.  К  семантике  тюркской  этнонимии – Этнонимика.  М., 1970, 

с.133-142. 

17. Койчубайев.Е. Краткий толковый словарь топонимов Казахыстана. Алма-Ата, 

1974, 110 с.  

18. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986, 182 с. 

19. Britaniya adalarının xalq nağılları.“Britaniya adalarının nağıl dünyası" məqaləsi, 

Bakı, 2005. 

20. Vəliyev.M. (Baharlı) “Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” 

 

 



Filologiya  məsələləri – №02, 2016 

 

176



М.Ш.МУСАЕВА 

МИФОЛОГИЧЕСКИЕ ТОПОНИМЫ, ОБРАЗОВАННЫЕ НА ОСНОВЕ 

КОСМОГОНИЧЕСКИХ МИФОВ КАК СЛОЙ ФОЛЬКЛОРНОЙ 

ОНОМАСТИКИ



 

РЕЗЮМЕ 

В  статье  описаны  мифологические  топонимы,  образованные  на  основе 

космогонических  мифов  Азербайджанского  фольклора.  Азербайджанский 

фольклор — устное  народное  творчество  азербайджанского  народа, 

представленное  трудовыми,  обрядовыми  и  бытовыми  песнями,  легендарными, 

любовными  и  историко-героическими  эпическими  произведеними  (дастанами), 

сказками,  юморесками  (лятифа),  пословицами,  поговорками,  загадками. 

Азербайджанская  мифология  является  составной  частью  общетюркской 

мифологии.  Наша  мифология – это  творческая  сфера  обогащенная  источниками 

древнетюркской  мифологии,  которая,  оберегая  древнетюркские  мифологические 

модели,  обогатила  их  новыми  мифами,  поверьями,  культами,  традициями  и 

обрядами. Азербайджанская  мифология  богата  древними  верами,  поклонениями, 

антропоморфическими  и  зооморфическими  взглядами.

 

Азербайджана  в  качестве 



ведущего  мотива  выступает  мифологическое  мышление  древних  тюрков.  Это 

можно  наглядно  усмотреть  в  космогонических  мифах,  связанных  с  созданием 

мира,  этногенетических  мифах,  связанных  с  источниками  этноса,  а  также 

календарных  мифах,  связанных  с  сезонными  процессами.

 

По  отдельности 



описаны топонимы, образованные на основе таких мифологических образов, как 

луна,  солнце,  небо.  Среди  них  обяснено  значение  таких  мифологических 

топонимов, как "Aygünlü", "Aydınlı", "Dədəgünəş", "Günəşli", "Göylər", "Göynük". 

 

M.SH.MUSAEVA 



MYTHOLOGICAL PLACE NAMES FORMED ON THE BASIS OF  

COSMOLOGICAL MYTHS AS A LAYER OF FOLK ONOMASTICS. 

 

SUMMARY 

The article dealt with the mythological places where was registered as cosmo-

logical myths on the basis of Azerbaijan folklore. Azerbaijani folklore - folklore of the 

Azerbaijani people, represented by labor, ceremonial and domestic songs, legends, love, 

historical and heroic epic works (dastans), tales, proverbs, sayings, riddles.

 

Azerbaijani 



mythology is part of Turkic mythology. Our mythology - is the creative sphere of 

enriched sources of ancient Turkic mythology, which, preserving ancient Turkic 

mythological model, enriched by new myths, beliefs, faiths, traditions and customs.

 

Azerbaijan is rich in mythology of ancient faiths, worship, anthropomorphic and 



zoomorphic views. Azerbaijan as a leading motive appears mythological thinking of the 

ancient Turks. This can be clearly seen in the cosmogonic myths associated with the 

creation of the world, ethnogenetic myths associated with sources of ethnicity, as well 

as calendar myths associated with the seasonal processes. The explanation of places was 

given separately which is based on mythological character of the created images such as 

the moon, the sun, and the sky. 'Aygunlu', 'Aydinli', "Dədəgünəş", "Günəşli", "Göylər", 

"Göynük" and etc. was explained as the mythological places. 

 

Rəyçi:   T.M.Əsgərova  



            Filologiya elmlər namizədi            

Filologiya  məsələləri – №02, 2015 

 

177



 f.ü.f.d. NAHİDƏ HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

hnahide@mail.ru 

 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ -ÇILIQ ŞƏKİLÇİSİNİN  

İŞLƏNMƏSİNİN QANUNAUYĞUNLUĞU 

 

Açar sözlər: -çı

4

, -lıq

4

, -çılıq

4

, qovuşuq şəkilçi, sözyaratma. 

Ключевые  слова:    -çı

4

 (-чы

4

), -lıq

4

 (-лыг

4

), çılıq

4

 (-чылыг

4

),  слитный  суффикс, 

словообразование. 

Keywords: -çı

4

 (-chi

4

), -lıq

4

 (-lig

4

), -çılıq



(-chilig

4

), solid suffix, word – formation. 

 

Dilçilik  ədəbiyyatında artıq mürəkkəb quruluşlu  şəkilçi kimi, daha dəqiq desək, 

bu tip şəkilçilər sırasında özünə yer qazanmış sözyaratma üsullarından biri də  -çılıq

4

 

şəkilçisidir. Bu şəkilçinin yaranma etibarilə  -çı



4

  və  -lıq



4

 sayəsində formalaşması 

inkaredilməzdir. Məhz buna görə də bu sözdüzəldici vasitə -çı + -lıq, yoxsa elə -çılıq  

birləşməsindən ibarətdirmi?” və  həmin düşüncələrdən doğaraq  -çılıq  tərkibli sözlərin 

yaranmasında “–çı və -lıq şəkilçisinin ayrı –ayrılıqda rolu nədən ibarətdir?”, “mövcud 

oppozisiyada üstünlük daha çox hansı leksik göstəricinin üzərinə düşür?” kimi suallara 

cavab axtarışına təşəbbüs göstərdik.  

İstər söz yaradıcılığından, istərsə də ismin yaranma yollarından bəhs edilən elmi 

ədəbiyyatlarda -çı və -lıq şəkilçilərinin hər biri müxtəlif leksik məna çalarlıqları ilə xa-

rakterizə olunmuşdur. Sözyaratma qaydalarına  əsasən,  şəkilçilərin sıralanması baxı-

mından əvvəlcə -çı, sonra isə -lıq ilə bağlı fikirləri ümumiləşdirərək vermək istərdik. 

 -çı



4

 şəkilçisindən bəhs edilərkən sənət, peşə, ixtisas sahibliyi və mücərrəd mənəvi 

xüsusiyyətləri [1,s.156], əlavə olaraq adət, xasiyyət, əqidə, hal-vəziyyət, keyfiyyət və s. 

[3,s.160], və ya ümumən  şəxs anlayışı ifadə edən isimlər düzəltməsi [5, s.49]  kimi 

xüsusiyyətləri göstərilir. Hətta  –çı  nın iş görəni, sənət və ya peşə sahibini, subyekti 

bildirməsinin daha qədim dövrlərdən mövcud olması,  əqidə, məslək və s. bu sıradan 

məzmunları ifadə etməsi isə nisbətən müasir dövrlərə  təsadüf etməsi [7,s.55-56] kimi 

ayrıntılar tarixi qrammatikamızda  da öz əksini tapmışdır.  

Verilənlərdən belə aydın olur ki, -çı  şəkilçisi  “fəaliyyət göstərənin adını  əmələ 

gətirməklə” [6, s.62] , əsasən, iki istiqamətə ayrılır:  

-müxtəlif sahələri əhatə edən İŞ GÖRƏN (şəxs, subyekt, müəyyən peşə və ixtisas 

sahibi), məsələn, dəmirçi,təbliğatçı, pambıqçı, arabaçı, arançı, çərçi və s. 

-əsasən, mənfi mənaları ehtiva edən mücərrəd mənəvi xüsusiyyətlərin (adət, 

xasiyyət,  əqidə, hal-vəziyyət) DAŞIYICIsı, məsələn,  küyçü, çürükçü, süründürməçi, 



işğalçı, şikayətçi; əlaçı, milyonçu və s. 

-lıq

4

  şəkilçisinin də leksik-semantik funksiyası göstərilən  ədəbiyyatlar da daxil 

olmaqla, təxmini, eyni mənalar üzrə bu və ya digər şəkildə qruplaşdırılmışdır. Bunların 

içərisində məkan və ya topluluğu, çoxluğu: ağaclıq, dağlıq, qumluq; cisimlərə məxsus 

əlaməti:  bərklik, sarılıq; müəyyən və ya qeyri-müəyyən kəmiyyəti:  yüzlük, azlıq



Filologiya  məsələləri – №02, 2016 

 

178



konkret bir əşyanı:  dizlik, gözlük, arxalıq; mücərrəd mənanı:  dostluq, yaxşılıq  və s. 

göstərmək olar. 

Çoxsaylı nümunələrdən də aydın olur ki, əsasən, “bu şəkilçi mücərrəd və konkret 

hər hansı bir şeyin birləşməsi və  təmərküzləşməsini bildirir” [2, s.77].  Lakin –lıq 

şəkilçisinin yaratdığı  təmərküzləşmə prosesi sadaladığımız məna qrupları ilə kifayət-

lənmir. Buraya müəyyən sənət, peşə və ixtisas sahibliyini: dülgərlik, həkimlik, müəllim-



lik  və  mənsubiyyət və adətkarlığı, vəziyyəti:  dağlılıq, üstünlük bildirən isimlər də 

daxildir. Bu sırada  –lıq şəkilçisinin sözyaratmada maraqlı tərəfi həm də -çı şəkilçisi ilə 

birləşməsidir. Belə ki, -çılıq

şəkilçisinin yaranmasında və  işlədilməsində ixtiyari 

şəkildə düşünülən  -çı + -lıq formatının bir-birinə bağlılığında həmin məna qruplarının 

rolu böyükdür: 

-müəyyən peşə, sənət və ixtisas sahibliyini bildirən konkret isimlər, məsələn, 

ovçuluq, kömürçülük, toyuqçuluq, pambıqçılıq və  s. 

-mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlər, 

məsələn, yalançılıq, uzunçuluq və.s.   

 Bu münasibətdə maraqlı  cəhətlərdən biri budur ki, -çı



4

  və  lıq



üzrə yuxarıda 

göstərdiyimiz istiqamətlər (bax: s.1 və s.2) məna bağlılığı etibarilə biri digərini 

tamamlayır. Lakin daha diqqətçəkən məsələ budur ki, eyni məna qrupundan çıxış edən 



çı

4

 + lıq

4

 birləşməsi hansı hallarda özünü döğruldur və hansı səbəblərdən? 

 Birincisi, baxaq, ümumiyyətlə, peşə, sənət və ixtisas sahibliyini bildirən 

isimlərin –çı şəkliçisi ilə məna inkişafına: 



İsimlər -çı



-lıq

müəllim 


  həkim 

 bağban 


  zərgər 

  dərzi 


 alim və s. 

           







lik 

lik 


lıq 

lik 


lik 

lik 


 

dəmir 


pambıq 

 araba 


ov 

  kömür 


 lüğət və s. 

çi 


çı 

çı 


çu 

çü 


çi 

lik 


lıq 

lıq 


 luq 

 lük 


lik 

 

Birinci cədvəldə verilən isimlər özlüyündə insan anlayışı ifadə edərək artıq 



konkret bir sənət və ya peşə sahibliyinin adı olduğu üçün birbaşa –lıq

şəkilçisinin 

qəbulu özünü doğruldur.  İkinci cədvəldə isə cansız  əşyaları ifadə edən isimlər işlən-

diyindən bu tip sözlərdə şəxs anlayışı ifadə edən leksik vasitəyə ehtiyac duyulur ki, bu 

da –çı

4

 şəkilçisidir


Filologiya  məsələləri – №02, 2015 

 

179



Mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlərdə də 

fərqli hallar görünməkdədir: 



İsimlər -çı



-lıq

küy 


süründürmə 

uzun 


çürük 

yalan 


 

çü 


çi 

çu 


çü 

çı 


 

lük 


lik 

luq 


lük 

lıq 


 

şikayət 


əla 

milyon 


çi 

çı 


çu 



Burada isə  fərq  –lıq



4

  şəkilçisinin işlənməsi ilə bağlıdır. Ikinci cədvəldən 

göründüyü kimi, bəzi adlara qoşulan  –çı

4

 şərti olaraq insan anlayışı ifadə etdiyi üçün 

onlara –lıq

 artırmaq olmur. Həmin  və o sıradan olan sözlər “müvəqqəti” bir prosesin 

ifadəsidir. Burada –çı

4

 nın yaratdığı məna “şəxsin özü” anlayışından çox, bu işi, sadəcə, 

icra edən mənasında dərk olunur. Ikinci cədvəldəki sözlərlə müqayisədə daha aydın olur 

ki, birincilər hər hansı bir mənəvi keyfiyyəti, xasiyyəti ozündə daimiləşdirmiş, özünə 

peşə etmiş şəxsi bildirdiyi üçün həmin anlayışın məcmusu olaraq  –lıq

4

 la işlənməsi də 

labüddür, lakin digər tərəfin göstərilən səbəblərdən dolayı “təmərküzləşmə” si 

formalaşmayıb. 

Beləliklə, -çı

4

  və -lıq

4

  şəkilçisinin işlənməsi ilə  gəldiyimiz nəticələr sayəsində 

diğər isim düzəldən  şəkilçilərlə müqayisədə daha cavan  bir qrammatik vahid olan 

çılıq

şəkilçisinin leksik-semantik funksiyası ilə bağlı müəyyən suallarımıza da qismən 



aydınlıq gətirmiş olarıq. 

Azərbaycan dilçiliyində  -çılıq

4

  şəkilçisinin ayrılmaz hissəciklər olaraq vahid 



sözyaratma vasitəsi kimi mövcudluğu müvafiq elmi ədəbiyyatlarda öz əksini tapmışdır. 

[1,3,4,5,7] Qovuşuq  şəkilçilər adı altında bəhs edərək bu qrammatik vahidlə bağlı  ən 

konkret faktlar Ş.Hüseynovun tədqiqatındadır. “İki sözdüzəldici  şəkilçinin qovuşması 

məna sintezinə əsaslanır və onlarda məna sintezi əsasında vahid məna mərkəzi yaranır, 

məsələn, -çılıq (düzçülük, əyriçilik) həm isimlərə, həm də sifətlərə artırılan bu şəkilçinin 

qovuşmasını  təsdiq edən fakt odur ki, Azərbaycan dilində  düzçü,  əyriçi sözləri 

işlədilmir [4, s.176-177].  Sonra isə  əkinçilik, tərəvəzçilik

 

sözləri ilə müqayisə edərək 

birincilərin qovuşma faktoru olduğunu  əsaslandırır.

 

Ümumiyyətlə, müəllif  -çılıq

4

 

şəkilçisini də aid edərək qovuşma faktorunu tərkib hissələrinə ayırmamaqla vahid bir 



formant hesab edir. Həmin formantın vahidliyini isə bir məna atmosferi yaratmasında 

görür. Bunu “vahid morfosemantik mərkəzin yaranması ilə bağlı” izah edir. [4, s.194]   

Deyək ki, -çı

4

+ -lıq

  → vahid bir format → vahid məna atmosferi → vahid 

morfosemantik mərkəz modeli bütün bu qəbildən olan sözlər üçün keçərli deyildir. Belə 

ki, bu şəkilçi isimlərə və sifətlərə artırılaraq fərqli məna çalarlıqları yaratmaqla bərabər, 

qoşulma dərəcəsinə görə  də eyni söz əsasından çıxış etmirlər. Beləliklə  də, isimə  və 

sifətə qoşulması səbəbindən “vahid”lik prinsipi öz gücünü saxlaya bilmir. 


1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə